Məhkəmə qərarları › İş №1(012)-174/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-174/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-174/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi ev 5, mənzil 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində qeyri rəsmi yaşadığı Şahid bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında qonaq qismində olarkən, yataq otağında yerləşən paltar dolabında olan əl çantasının içərisindən sonuncuya məxsus çəkisi 4,94 qram təşkil edən 583 əyarlı 750 manat dəyərində 01 ədəd üzərində ümumi sayı 12 ədəd briliyant qaşları olan üzük və s/c qızıl dəstini, çəkisi 3,58 qram təşkil edən 583 əyarlı 250 manat dəyərində 01 ədəd sadə qaşı olan yaşıl qaşlı qızıl üzüyü və çəkisi 4,22 qram təşkil edən 583 əyarlı 295 manat dəyərində 01 ədəd üzərində kürəciklər olan qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1295 (bir min iki yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldşı Şahid bacısıdır. Zərərçəkmiş şəxs həyat yoldaşı Elşən Musayev işi ilə əlaqədar çox vaxtı rayonlarda olduğunu bilirmiş, bu səbəbdən həyat yoldaşı Lamiyə ilə birlikdə Ayselgilə tez-tez gedib gəlirmişlər. xx.xx.2020ci il tarixdə saat 13 radələrində o, həyat yoldaşı Lamiyə ilə birlikdə Ayselgilə qonaq getmişlər. Lamiyə və o, Ayselin uşaqları ilə birlikdə evdə qalmış, Aysel isə işinə getmiş, həmin gün saat 20 radələrində Aysel işdən evə qayıtmışdır. Lamiyə ilə o, Ayselgildə xx.xx.2020-ci il tarixədək olan müddət ərzində qalmış, Aysel hər səhər saat 08 radələrində evdən çıxıb işə və saat 20 radələrində işdən evə qayıdırmış. xx.xx.2020-ci il tarixdə Ayselin evdə olmamasından istifadə edib, Ayselgilin yataq otağında yerləşən paltar dolabında olan əl çantasının içərisinə baxan zaman, orada 50 manat məbləğində nəğd pulun və 03 ədəd qızıl üzüklərin olduğunu görmüşdür. Onun maddi vəziyyəti pis olduğuna görə elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 14 radələrində qızıl-zinyət əşyalarını oğurlamaq qərarına gəlmiş və bu səbəbdən həmin əşyaları götürüb Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən lomardların birinə girov qoyub 400 manat məbəlğində pul götürmüşdür. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Aysel işdən evə qayıdan zaman, o, Lamiyə ilə evlərinə çıxıb getmişlər. Həmin hadisədən bir-iki gün keçdikdən sonra Ayselin əri Elşən ona zəng vuraraq, evdən qızıl-zinyət əşyalarının oğurlandığı barədə bildirmiş, o, Elşənə həmin qızılzinyət əşyalarının özü tərəfdən götürüldüyünü bildirməmişdir. Bundan sonra arvadı Lamiyə ona bacısı Aysel çox narahat olduğunu və həmin oğurluqda ondan şübhələndiyni bildirmişdir. O, ilk öncə həyat yoldaşı Lamiyəyə boyun almasa da, sonradan həmin oğurluğun onun tərəfindən törədildiyni etiraf etmişdir. Lamiyənin onun oğuluq etməsi barədə xəbəri olmamışdır. Bundan sonra ona Ayselin evindən oğurluq olması ilə bağlı Abşeron RPİ-nə şikayət ərizəsi yazması məlum olmuşdur. Bu səbəbdən də o, qızıl-zinyət əşayalarını qoyduğu lomabarddan götürüb Abşeron RPİ-nə gəlib təhqiqatçıya təqdim etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Elşən Musayev işi ilə əlaqədar rayonlarda olurmuş, istirahat vaxtı ayda bir dəfə, hər ayın axırı bir həftəlik evinə qayıdırmış. O, özünə məxsus qızıl-zinyət əşyalarını və pulu həmişə yataq otağında olan paltar dolabında, əl çantasının içərisində saxlayırmış. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində az yaşlı uşaqları ilə evdə olduğu zaman, bacısı Şahid, qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə onlar gəlmişlər. Lamiyəgil gələndə o, hətta sevinmiş, çünki işə getməliymiş, uşaqları isə etibar edə biləcəyi kimsə olmamışdır. Bacısı Lamiyə ilə Sənan uşaqları ilə birlikdə evdə qalmış, o, isə işə getmiş, həmin gün saat 20 radələrində evinə qayıtmışdır. Lamiyəgil onlara gəlməmişdən əvvəl onun özünə məxsus qızıl-zinyət əşyaları yerində olmuşdur. Lamiyə ilə Sənan onlarda xx.xx.2020-ci il tarixədək olan müddət ərzində qalmış, o, isə hər səhər saat 08 radələrində evdən çıxıb işə və saat 20 radələrində işdən evə qayıdırmış. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində işdən evə qayıdan zaman, Lamiyə Sənanla çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində ona səhər işə getməyə pul lazım olduğundan, yuxarıda qeyd etdiyi çantanın içərisində olan 50 manat məbəlğində pulu götürmək istəyən zaman, özünə məxsus qızıl-zinyət əşyalarının yerində olmadığını aşkar etmişdir. Evdə bacısı Lamiyə və Sənandan başqa kənar şəxs olmadığına əmin olduğundan, bacısı Lamiyə evindən heç vaxt oğurluq edə bilməyəcəyini düşünüb, sonuncunun əri Sənandan şübhələnmişdir. Elə bu səbəbdən ilk öncə bacısı Lamiyəyə zəng vuraraq, evdən oğurluq olması barədə məlumat vermiş və həmin oğurluqda Sənandan şübhələndiyimi bildirmişdir. Lakin bacısı Lamiyə Sənanın oğurluq etməsinə inana bilmirmiş. Bundan sonra o, əri Elşənə bu haqda məlmuat vermiş və Elşəndə Sənana zəng vuraraq, evdən olan oğurluq barədə bildirmişdir. Sənan ilk öncə həmin oğuruluğu törətməsini etiraf etmədiyinə görə, o, Abşeron RPİ-nə şikayət ərizəsi yazmışdır. Sonradan məlum olmuş ki, Sənan ona məxsus çəkisi 4,94 qram təşkil edən 583 əyarlı 750 manat dəyərində 01 ədəd üzərində ümumi sayı 12 ədəd briliyant qaşları olan üzük və s/c qızıl dəstini, çəkisi 3,58 qram təşkil edən 583 əyarlı 250 manat dəyərində 01 ədəd sadə qaşı olan yaşıl qaşlı qızıl üzüyü və çəkisi 4,22 qram təşkil edən 583 əyarlı 295 manat dəyərində 01 ədəd üzərində kürəciklər olan qızıl üzüyü oğurlayıb lombarda qoymuşdur. İttihamda qeyd olunan qızl-zinyət əşyaları qaytarılsa da, Təqsirləndirilən şəxs ona borcu var. Həmin məbləğin də ona ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Təqsirləndirilən şəxs isə həyat yoldaşıdır, lakin onların rəsmi nikahları yoxdur. Bacısı Zərərçəkmiş şəxs həyat yoldaşı Elşən Musayev işi ilə əlaqədar çox vaxtı rayonlarda olduğunu o, bilirmiş, bu səbəbdən həyat yoldaşı Sənanla birlikdə onlara tez-tez gedib gəlirmiş. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, həyat yoldaşı Sənanla birlikdə Ayselgilə qonaq getmişlər. Sənan və o, Ayselin uşaqları ilə birlikdə evdə qalmış, Aysel isə işinə getmiş, həmin gün saat 20 radələrində Aysel evinə qayıtmışdır. Sənanla o, Ayselgildə xx.xx.2020-ci il tarixədək olan müddət ərzində qalmış, Aysel hər səhər saat 08 radələrində evdən çıxıb işə və saat 20 radələrində işdən evə qayıdırmış. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Aysel işdən evə qayıdan zaman, o, Sənanla evinə çıxıb getmişlər. Həmin hadisədən bir-iki gün keçdikdən sonra Aysel gecə saatlarında ona zəng vuraraq, evdən qızıl-zinyət əşyalarının oğurlandığını və həmin oğurluqda əri Sənandan şübhələndiyni bildirmişdir. Bundan sonra o, Sənandan Ayselin qızıllarını götürüb-götürmədiyni soruşduqda, Sənan ona həmin qızılları götürmədiyni bildirmişdir. Lakin, X1 RPİ-nə oğurulqla bağlı şikayət ərizəsi yazdığını bildikdən bir neçə gün sonra, Sənan ona həmin qüzülların özü tərəfindən oğurlandığını və həmin qızıl-zinyət əşyalarını Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən lombardların birində girov qoyduğunu bildirmişdir. O, Sənana həmin qızıl-zinyət əşyalarını lombarddan götürüb polisə təqdim etməsini məsləhət görmüşdür. Daha sonra o, bacısı Ayselə zəng vuraraq, qızıllarını Sənan tərəfindən oğurlandığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 623 nömrəli rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim olunan vətəndaş Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarının hazırki vəziyyətdə 2020-ci ilin noyabr ayına ümumi orta bazar qiyməti 1295 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş çəkisi 4,94 qram təşkil edən 583 əyarlı 750 manat dəyərində 01 ədəd üzərində ümumi sayı 12 ədəd briliyant qaşları olan üzük və s/c qızıl dəsti, çəkisi 3,58 qram təşkil edən 583 əyarlı 250 manat dəyərində 01 ədəd sadə qaşı olan yaşıl qaşlı qızıl üzük və çəkisi 4,22 qram təşkil edən 583 əyarlı 295 manat dəyərində 01 ədəd üzərində kürəciklər olan qızıl üzük cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş çəkisi 4,94 qram təşkil edən 583 əyarlı 750 manat dəyərində 01 ədəd üzərində ümumi sayı 12 ədəd briliyant qaşları olan üzük və s/c qızıl dəsti, çəkisi 3,58 qram təşkil edən 583 əyarlı 250 manat dəyərində 01 ədəd sadə qaşı olan yaşıl qaşlı qızıl üzük və çəkisi 4,22 qram təşkil edən 583 əyarlı 295 manat dəyərində 01 ədəd üzərində kürəciklər olan qızıl üzük cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 qızının göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Aberon rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş çəkisi 4,94 qram təşkil edən 583 əyarlı 750 manat dəyərində 01 ədəd üzərində ümumi sayı 12 ədəd briliyant qaşları olan üzük və s/c qızıl dəsti, çəkisi 3,58 qram təşkil edən 583 əyarlı 250 manat dəyərində 01 ədəd sadə qaşı olan yaşıl qaşlı qızıl üzük və çəkisi 4,22 qram təşkil edən 583 əyarlı 295 manat dəyərində 01 ədəd üzərində kürəciklər olan qızıl üzüyün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 qızının göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar