Məhkəmə qərarları › İş №1(012)-174/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-174/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-174/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, digər cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4nında yaşayan Təqsirləndirilən şəxs2, digər cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 18 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 20 manat müqabilində 1 ədəd şəffaf sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil edilmiş təmiz çəkisi 0,662 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 16 radələrində Abşeron RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, “Təbriz” marketin qarşısında saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən həmin 0,662 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, “Araz” marketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində “Namalanvini” markalı mobedi Təqsirləndirilən şəxs2lə birlikdə əl arabasına qoyub gizli talayaraq zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, “Araz” marketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində “Namalanvini” markalı mobedi Yuruiy Petrenko ilə birlikdə əl arabasına qoyub gizli talayaraq zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ilə yaxın olar ki, narkotik vasitədən istifadə edir. 18 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal bazarının yanında olarkən təsadüfən tanımadığı bir nəfər şəxslə söhbət zamanı ona narkotik vasitədən istifadə etdiyini bildirmiş, o da öz növbəsində həmin şəxsə narkotik vasitədən istifadə etdiyini demişdir. Daha sonra o, istifadə etmək üçün narkotik vasitə tapmasını ondan xahiş etmişdir. Həmin şəxs ona 1 ədəd selofan bağlamada olan bükümü 20 manata ala biləcəyini bildirmişdir. O, bununla razılaşmış və həmin şəxsdən gedib narkotik vasitəni almasını xahiş etmişdir. Həmin şəxs getmiş və təxminən 20 dəqiqədən sonra geriyə qayıdaraq bir büküm bağlamanı ona vermiş və o da özündə olan 20 manatı ona vermişdir. O, narkotik vasitəni aldıqdan sonra Xırdalan şəhərinə qayıtmiş və lazım olanda istifadə etmək üçün aldığı narkotik vasitəni əynində olan cins şalvarın sol yan cibinə qoymuşdur. 19 avqust 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində “Təbriz” marketin yanında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Ona narkotik vasitə heroini daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Onun saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkünsüz olduğunu izah etdikdən sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, buna etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşlarının müşayiəti ilə xidməti avtomobillə Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Burada ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, daha sonra hüquqlarını müdafiə etmək üçün yazdığı ərizə əsasında vəkil dəvət edilmişdir. polis əməkdaşları tərəfindən vəkil gəldikdən sonra aralarında konfidensial görüşün olmasına şərait yaradılmışdır. Daha sonra vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir büküm narkotik vasitə heroini çıxardaraq təqdim etmiş, sonra aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona üzərindən aşkar edilmiş maddənin çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyi izah edilmişdir. Verilən suallara cavab olaraq o, həmin narkotik vasitəni 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirdi. Bundan başqa o, 04 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olduqları zaman “Araz” marketin qarşısında moped olduğunu görmüşlər. Təqsirləndirilən şəxs2 ona həmin mopedin bir neçə gün orada olduğunu bildirmiş və onu oğurlamağı təklif etmişdir. O, dostunun bu təklifi ilə razılaşmışdır. Daha sonra həmin mopedə yaxınlaşaraq özləri ilə gətirdikləri araba ilə həmin mopedi oğurlayaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən metal qəbulu ilə məşğul olan obyektin yaxınlığında saxlamışlar. 15 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq və Abşeron rayon Polis İdarəsinə aparmışlar. Sonda o, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini əsas gətirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 04 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində dostu Təqsirləndirilən şəxs1lə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olduqları zaman “Araz” marketin qarşısında moped olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs1 həmin mopedin bir neçə gün orada olduğunu demiş və onu oğurlamağı təklif etmişdir. Dostu onun bu təklifi ilə razılaşmış, daha sonra həmin mopedə yaxınlaşaraq özləri ilə gətirdikləri araba ilə həmin mopedi oğurlamışlar. Onlar mopedi yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən metal qəbulu ilə məşğul olan obyektin yaxınlığında saxlamışlar. 17 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq və Abşeron rayon Polis İdarəsinə aparmışlar. Sonda o,əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini əsas gətirərək məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, “Volt” şirkətində kuryer kimi işləyir. 2020-cı ilin avqust ayında 1200 manata cərəyanla işləyən 9 kubluq Çin istehsalı olan “Namalanvini” markalı moped almış və həmin mopedlə şirkətə daxil olmuş məktubları sifarişçiyə çatdırmaqla məşğul olmuşdur. 03 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində səhər gəlib götürmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən «Araz» marketin qarşısında həmin mopedi saxlamışdır. Səhəri gün yəni 04 sentyabr 2022-ci il tarixdə o, mopedi yerində görmədiyi üçün saat təxminən 18 radələrində mopedin oğurlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona “Namalanvini” markalı mopedin oğurlanması nəticəsində 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, Xırdalan şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Anatolyeviç Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuşdur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri ifşa etmək məqsədi ilə şöbənin əməliyyat müvəkkili Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 19 avqust 2022-cı il tarixdə saat təxminən 17:20 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs1 Xırdalan şəhəri, Nizami küçəsi, «Təbriz» marketin qarşısında yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin şəxs özünü 31 avqust 1988-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Abşeron rayon Polis İdarəsinə gətirilmiş və dövlət hesabına dəvət edilmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoymasını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoymuş və o, təqdim etdiyi narkotik maddəni 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, «Yasamal bazarı» adlanan yerdən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş, digər qanunsuz əşya və ya maddələr aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 20 avqust 2022-ci il tarixli, 6/4426 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №56” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərində...” və s. Sözlər, imzalar olan zərdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,662 qram maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd bükümdə, ümumi təmiz çəisi 0.662 qram narkotik vasitə heroinin ekspertiza keçirildikdən sonra qalmış 0.622 qram qalığının iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə iclasında diskə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb İdarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilən hər hansı əşya və predmet tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 16 noyabr 2022-ci il tarixli 6849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Baş vermiş oğurluq hadisəsinin qeydə alındığı bir ədəd CD disk cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan X2 tərəfindən təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli, 131 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “Namalanvini” markalı markalı mopedin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiymətinin 950 manat olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş “Namalanvini” markalı moped maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma, saxlama və tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin tədqiq edilmiş ifadələri, dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökm çıxarılmalı və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması və həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və o, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan çıxarışından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,622 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1dən tutulmalıdır. Həmçinin məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğuluq cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin tədqiq edilmiş ifadələri, dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Ayla adlı bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması və vurulmuş ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən haldır Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu cəmi 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan çıxarışından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmışş Təqsirləndirilən şəxs1 Anatoloviçin üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı diskin cinayət işində saxlanılması və Təqsirləndirilən şəxs1 götürülmüş “Namalanvini” markalı mopedin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Anatoloviçə 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Anatoloviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Anatoloviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Anatoloviçə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Anatoloviçin həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Anatoloviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Anatoloviç barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Anatoloviçə narkomaniyaya görə məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısına daxil olan 0, 622 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 Anatoloviçdən tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmışş Təqsirləndirilən şəxs1 Anatoloviçin üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı diskin cinayət işində saxlanılması və Təqsirləndirilən şəxs1 götürülmüş “Namalanvini” markalı mopedin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Anatoloviçə 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar