Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-175/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1993-cü ildə Qobustan rayonu, Cəyirli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olmuş, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələri ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla, müxtəlif ünvanlarda kirayə yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1994-cü ildə Qobustan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən saxlanc yeri sayılan obyektin pəncərəsini sındıraraq qanunsuz içəri daxil olub oradan 01 ədəd 600 manat dəyərində ot biçən aparatı, 01 ədəd 200 manat dəyərində elektrik mişarı, 75 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 01 ədəd 50 manat dəyərində plastik boru yapışdıran ütü, hər birinin qiyməti 3 manat olan ümumi 75 manat dəyərində 25 ədəd plastik krantları və 200 manat dəyərində aluminium materialdan olan su pompasının ehtiyat hissələrini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən “Al” marketin qarşısında Zərərçəkmiş şəxs1 işlədiyi kafenin divarında olan reklam yazısını dartmasını cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörtmətsizlik ifadə edən zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictimai yer olan küçədə insanların gözü qarşısında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifətinə yumruqla bir dəfə zərbə vuraraq ona çənə nahiyəsinin çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi əzilmiş yarası kimi xəsarətləri yetirməklə dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən saxlanc yeri sayılan obyektin pəncərəsini sındıraraq qanunsuz içəri daxil olub, oradan 01 ədəd 600 manat dəyərində ot biçən aparatı, 01 ədəd 200 manat dəyərində elektrikli mişarı, 75 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 01 ədəd 50 manat dəyərində plastik boru yapışdıran ütü, hər birinin qiyməti 3 manat olan ümumi 75 manat dəyərində 25 ədəd plastik krantları və 200 manat dəyərində aluminium materialdan olan su pompasının ehtiyyat hissələrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən saxlanc yeri sayılan obyektin pəncərəsini sındıraraq qanunsuz içəri daxil olub oradan 01 ədəd 600 manat dəyərində ot biçən aparatı, 01 ədəd 200 manat dəyərində elektrikli mişarı, 75 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 01 ədəd 50 manat dəyərində plastik boru yapışdıran ütü, hər birinin qiyməti 3 manat olan ümumi 75 manat dəyərində 25 ədəd plastik krantları və 200 manat dəyərində aluminium materialdan olan su pompasının ehtiyyat hissələrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə kirayə yaşayır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır, Orxan və Eltunla münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs3 zəng vurub bildirmişdir ki, yaşadığı Nübar qəsəbəsinə gəlsin və burada birlikdə pivə içsinlər. Təqsirləndirilən şəxs3 Eltunla birlikdə gəlmişdir. O, Eltundan orada 14 manat pul borc almışdır. Bundan sonra çıxıb evə getmişdir, oğurluqdan xəbəri yoxdu. Bundan başqa o, əvvəllər qohumu Vilayətin Abşeron rayonu, Nübar qəsəbəsi yeni məhəllədə yerləşən kafesini işlədirmiş. Vilayət də ona nəzarət edirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində kafedə yemək yeyirmiş. Həmin vaxt Vilayətin oğlu Orxan içəri girərək bir nəfər hündürboylu şəxsin kafenin bayır hissəsində olan reklam yazısını əli ilə dartdığını bildirmişdir. Bunu eşidən kimi o, yerindən qalxıb qapının ağzına çıxmışdır. Küçədə iki nəfər şəxsin getdiklərini görüb yüksək səslə onları çağırmışdır. O, çağırdıqdan sonra həmin şəxslər dayanmışlar. Bundan sonra o, həmin şəxslərə tərəf getmişdir. Onlara yaxınlaşıb hündürboylu sonradan adını bildiyi Seyidəmir adlı şəxsə kafenin bayır tərəfində olan reklam yazısını niyə dartdığını soruşduqda, həmin şəxs ona heç bir reklam yazısını dartmadığını və heç nəyə əl vurmadığını demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Seydəmir ona “akkumlyator oğrususan” sözünü deyərək ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt onlar bir-birinin əli ilə sinələrindən geri itələyirmişlər. O, artıq Seydəmirin əl çəkmədiyini görüb sağ əli ilə onun sifətinə, yəni çənə nahiyəsinə bir dəfə möhkəm yumruq zərbəsi vurmuşdur. Seydəmir həmin zərbədən huşunu itirərək yerə yıxılmışdır. Səs-küyə kənardan tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşmışlar. O, isə oradan aralaşıb kafeyə qayıtmışdır. Həmin vaxt qohumu Vilayət də Seydəmirin yanında olmuşdur. Aradan bir qədər keçdikdən sonra o, kafedən çıxıb evə gedərkən Seydəmirin başına çoxlu adamlar yığıldığını görmüşdür. Daha sonra çıxıb evə getmişdir. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 yumruqla zərbə vuran zaman əlində heç bir əşya olmamış, barmağında üzük olmuşdur. Dalaşma zamanı Zərərçəkmiş şəxs1 onun heç bir nahiyəsinə zərbə vurmamış və ona xəsarət yetirməmişdir. Seydəmir ilə aralarında dalaşma təxminən 5 dəqiqə davam etmişdir. Seydəmir ilə aralarında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən “Al” marketin qarşısında baş vermişdir, həmin vaxt orada o, Seyidəmir və başqa şəxslər olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 ay müddətdir ki, Naxçıvan MR-nın Şərur rayonundan gələrək Sumqayıt şəhəri Xəzər bağlarında fərdi evdə kirayə yaşayır. Sumqayıt şəhərində sürücülük məktəbinin yanında avtoyuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs3 Sumqayıt şəhərində yuyucu işlədiyi obyektə gəlmişdir. Bir müddət söhbət etdikdən sonra birlikdə yemək yemişlər. Həmin gün təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 zəng vuraraq onu Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində içki içməyə dəvət etmişdir. O, Əmrah və Orxan birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə getmişlər və orada yerləşən kafelərin birində əyləşib pivə içmişlər. Bundan sonra Əmrah xahiş etmişdir ki, “kafeni birtəhər razı salaq ki, pulu sabah verəcəyik”. O, da kafe sahibi ilə danışıb borcunu bağlamışdır. Bundan sonra Əmrah Orxanla birlikdə piyada “Vüsal” adlı şadlıq evinin yanına getmişlər. Orada yerləşən obyektlərdən birindən oğurluq etmiş və əldə olunan əşyaları satıb pulunu bölmüşlər . O, istintaqda ifadə verərkən qorxmuş, ona görə də etirafedici ifadə vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2-da yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Əmrah və Eltunla münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində işlədiyi avtoyuma məntəqəsinə onunla görüşmək üçün getmişdir. Həmin avtoyuma məntəqəsində bir müddət Eltunla söhbət etdikdən və yemək yedikdən sonra tanışı Təqsirləndirilən şəxs1 ona zəng vuraraq onu Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində pivə içmək üçün çağırmışdır. O, Eltunla birlikdə olduğunu bildirmiş və onlar birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə getmişlər. Orada kafelərin birində əyləşib hər üçü də spirtli içki qəbul etmişlər. Bundan sonra Əmrah Eltundan 14 manat pul borc almış və bir azdan qayıdacağını bildirib getmişdir. Bundan sonra onlar Eltunla kafedə qalmışlar. Həmin avtoyuma məntəqəsində bir müddət Eltunla söhbət etdikdən və yemək yedikdən sonra “Vüsal” adlı şadlıq evinin yanına getmiş, həmin obyektdən əşyaları oğurlamaq qərarına gəlmişlər O, Eltunla obyektdən elektrik naqili, plastik borular, plastik boruları yapışdırmaq üçün ütü və aluminium dəmirlər götürmüş. Həmin gün səhəri oğurladıqları aluminium dəmirləri və elektrik naqillərini Atyalı yaşayış massivində yerləşən metal qəbul məntəqəsinə 23 manata satmışlar. Ütünü və plastik boruları isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 18 manat pul müqabilində tanımadıqları şəxsə satmışlar. Həmin pulu Eltunla aralarında bölmüşlər və şəxsi ehtiyaclarına xərcləmişlər. Onlarla oğurluqda Əmrah iştirak etməmişdir, ibtidai istintaqda o döyülmüş ona görə də Əmrahın da oğurluqda iştirak etdiyinin etiraf etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada tikintidə usta işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində toydan çıxıb Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən evinə qayıdırmış. Qayıdarkən yolda bir butulka pivə içmişdir. Nübar qəsəbəsi yeni məhəllədə yerləşən “Al” marketin qarşısından piyada gedərkən həmin marketdən bir qədər aralıda olan kafeni işlədən Vilayət onu arxadan çağırmışdır. O, geri dönmüşdür. Vilayət ona yaxınlaşaraq özünə məxsus kafenin yanından keçərkən kafenin reklam yazısını yerindən qoparmaq istədiyini irad bildirmişdir. O, da Vilayətə belə bir şey etmədiyini demişdir. Həmin vaxt əvvəllər Vilayətin kafesində fəhlə işləyərkən gördüyü sonradan adını bildiyi Əmrah onlara yaxınlaşmışdır. Əmrah ona kafenin reklam yazısını niyə qoparmaq istədiyini irad bildirdikdə, o, Əmraha bu işə qarışmamasını, kafenin sahibi Vilayətlə onun işi olduğunu, Əmrahın özünün akkumlyator oğrusu olduğunu, hətta əvvəllər qardaşının maşınından da akkumlyator oğurladığını deyərək Əmrahı çıxıb getməsi üçün geri itələmişdir. Əmrah onunla yüksək səslə söhbət etdiyi üçün səsə həmin yerdə yaşayan tanıdığı Saleh və Elbrus da gəlmişlər. Bundan sonra o, Əmrahla sözlə mübahisə edərək yaxalaşmışlar. Onlar bir-biri ilə yaxalaşan zaman Əmrah sağ əli ilə bir dəfə möhkəm yumruq zərbəsi ilə çənəsindən vurmuşdur. O, həmin zərbədən müvazinətini itirib yerə yıxılmışdır. Əmrah onun yıxldığını görüb ondan aralanaraq oradan çıxıb getmişdir. Bundan sonra o, yerdən qalxıb evə gedərək qardaşı Fərasətə məlumat vermişdir. Qardaşı Fərasət gələrək onu Sumqayıt şəhərində yerləşən Travmatologiya Xəstəxanasına aparmışdır. Qardaşı hətta bu barədə DİN-in 102 ximdətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, onu Əmrah adlı şəxsdən başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. O, dalaşma zamanı nə Əmraha, nə də başqa hər hansı şəxs və ya şəxslərə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Əmrah ilə aralarında dalaşma təxminən 5-10 dəqiqə davam etmişdir. Dalaşma zamanı sonradan adını bildiyi Əmrah ona yumruqla zərbə vurarkən əlində heç bir əşya olmamış, ola bilsin barmağında üzük olmuşdur. Əmrahla aralarında baş vermiş davadalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən “Al” marketin qarşısında baş vermiş, həmin vaxt orada o, Əmrah, Vilayət, Elbrus və Saleh olmuşdur. Barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1106 nömrəli rəyində göstərilmiş xəsarətləri ona dalaşma zamanı Təqsirləndirilən şəxs1 yumruq zərbəsi vuraraq yetirdiyini bildirmişdir. Şikayətçidir, qanuni qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 2014-cü ildən etibarən Abşeron rayonu İcra hakimiyyətinin Abadlıq və kommunal xidmətlər idarəsində sahə rəisi vəzifəsində çalışır. Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində “Vüsal” adlı şadlıq evinin yanında yerləşən kiçik otaq ona məxsusdur, həmin otaqda fəhlələr paltarlarını dəyişsin və təmir tikinti alətlərini yığsınlar deyə onlara şərait yaratmışdır. Həmin otaq Abşeron rayon İcra hakimiyyətinə və Abadlıq və kommunal xidmətlər idarəsinə məxsus deyildir. Sadəcə olaraq onlar, yəni Abşeron rayon icra hakimiyyətinin Abadlıq və kommunal xidmətlər idarəsinin işçiləri ora təmir tikinti alətləri yığdıqları üçün və orada həmin idarənin fəhlələri paltarlarını dəyişdikləri üçün oradakı insanlar həmin otağın Abşeron rayon icra hakimiyyətinin Abadlıq və kommunal xidmətlər idarəsinə məxsus olduğunu zənn etmişlər. Əslində isə həmin otaq ona məxsusdur. O, sahə rəisi işlədiyi dövrdə müxtəlif təmir tikinti alətləri alaraq fəhlələrin işlətməsi və ərazini abadlaşdırmaq üçün həmin otağa yığmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində o və fəhlələr həmişəki kimi obyektdə təmir tikinti alətlərini yığıb bağlayıb evə getmişlər. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, həmin obyektə gələn zaman obyektin şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığının və obyektdən 01 ədəd 600 manat dəyərində ot biçən aparatın, 01 ədəd 200 manat dəyərində elektrikli mişarın, 75 manat dəyərində 50 metr elektrik naqilin, 01 ədəd 50 manat dəyərində plastik boru birləşdirmək üçün ütünün, 25 ədəd hər biri 3 manat olan ümumi 75 manat dəyərində plastik krantların və 200 manat dəyərində aluminium materialdan olan su pompasının ehtiyyat hissələrinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan dəymişdir və oğurlanmış əşyaların hamısı ona məxsusdur. Dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyə teleqram ünvanlamış Şahid1 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsində çalışır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında adının Əmrah olduğunu bildiyi bir nəfər şəxs yanında tanımadığı bir nəfər şəxslə onun Abşeron rayonu atyalı yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinə gələrək elektrik naqilləri və aluminium dəmirləri almağı təklif etmişlər. O, həmin şəxslərdən bu elektrik naqillərini və aluminium metalı haradan əldə etdiklərini soruşduqda, həmin şəxslər həmin elektrik naqillərini və aluminium dəmirlərin özlərinə məxsus olduğunu bildirmişlər. Bundan sonra o, həmin elektrik naqillərini və aluminium dəmirləri tərəzidə çəkərək Əmrahdan almışdır. Qarşılığında isə Əmraha 23 manat pul vermişdir. Onun həmin əşyaların oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 4 il müddətdir ki, "xxxx" MMC-də sürücü işləyir. Adətən işə saat 08 radələrində gedir, saat 22 radələrində evə qayıdır. Zərərçəkmiş şəxs1 onunla qonşuluqda yaşayır. Münasibətləri həmişə qonşu kimi yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsindən evə gəlirmiş. xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 00:30 radələrində Nübar qəsəbəsi yeni məhəllədə yerləşən “Al” marketin qarşısından piyada gedərkən həmin vaxt marketin yanında qonşusu Seydəmirin tanımadığı bir nəfər şəxslə mübahisə etdiklərini görmüşdür. Orada qonşuluqda yaşayan Elbrus da olmuşdur. O, onlara yaxınlaşan zaman həmin şəxsin Seydəmirin sifətindən yumruq zərbəsi vurduğunu görmüşdür. Seydəmir də həmin zərbədən müvazinətini itirərək yerə yıxılmışdır. O, dərhal Seydəmirə yaxınlaşıb Elbrusla birlikdə onu yerdən qaldırmışlar. Səs-küyə yaşadıqları evin yaxınlığında kafe işlədən Vilayət də gəlmişdir. Daha sonra onları ayırdıqdan sonra çıxıb evə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Seydəmir ilə sonradan adını bildiyi Əmrahın mübahisə etdiklərini görüb onlara yaxınlaşan zaman Əmrahın Seydəmirin sifətinə yumruq zərbəsi vurduğunu görmüşdür. X3 vurmasını görməmişdir. Seydəmir ilə Əmrah arasında dalaşma təxminən 5-10 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada özünə məxsus yük maşını ilə sifariş əsasında yük daşımaqla məşğul olur. Adətən saat 07-08 radələrində işə gedir, saat 22-23 radələrində evə qayıdır. Zərərçəkmiş şəxs1 onunla qonşuluqda yaşayır. Münasibətləri həmişə qonşu kimi yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində toydan evə gəlirmiş. Yolda Nübar qəsəbəsində qonşusu Seydəmirlə rastlaşmışdır. Onunla söhbət edə-edə evə tərəf gedirmişlər. xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 00:30 radələrində Nübar qəsəbəsi yeni məhəllədə yerləşən “Al” marketin qarşısına çatan zaman bir nəfər tanımadığı şəxs yaxınlıqda yerləşən kafenin qarşısından onları çağırmışdır. Onlar da geri dönüb dayanmışlar. Həmin sonradan adını bildiyi Əmrah adlı şəxs onlara yaxınlaşıb kafenin reklam yazısını niyə dartdığını Seydəmirə demişdir. Həmin vaxt kafenin sahibi Vilayət də onlara yaxınlaşmışdır. Vilayət də Seydəmirə kafenin reklam yazısını niyə dartdığını soruşduqda, Seydəmir heç nə etmədiyini bildirmişdir. Həmin vaxt Seydəmirlə Əmrahın arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı qonşuluqda yaşayan Saleh də onlara yaxınlaşmışdır. Əmrah sağ əli ilə bir dəfə möhkəm yumruq zərbəsi ilə Seydəmirin sifətindən zərbə vurmuşdur. Seydəmir həmin zərbədən müvazinətini itirib yerə yıxılmışdır. Onları ayırmışlar. Seydəmiri isə yerdə qaldırmışlar. Daha sonra onları ayırdıqdan sonra çıxıb evə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Seydəmir ilə sonradan adını bildiyi Əmrah mübahisə edərkən Əmrahın Seydəmirin sifətinə yumruq zərbəsi vurduğunu görmüşdür. X3 vurmasını görməmişdir. Seydəmir ilə Əmrah arasında dalaşma təxminən 5-10 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Yaşadığı Nübar qəsəbəsi yeni məhəllədə yerləşən evini sonradan çay evi kimi düzəldib işlədir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olduğu üçün tanıyır. Münasibətləri normal olmuşdur. Əvvəllər Əmrah onun həyətində usta kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Əmrah onun çay evinin həyətində işlədikdən sonra içəridə birlikdə çay içirmişlər. İçəridə onlardan başqa şəxslər də olmuşdur. Saat təxminən 23 radələrində Əmrah siqaret almaq üçün marketə getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra bir nəfər tanımadığı şəxs kafeyə daxil olaraq küçədə bir neçə nəfərin mübahisə etdiklərini demişdir. O, da dərhal kafedən çıxmışdır. Küçəyə çıxdıqda yaxınlıqda yerləşən “Al” marketin qarşısında Əmrahın bir nəfər şəxslə mübahisə etdiyini görüb onlara tərəf getmişdir. O, onlara çatan zaman Əmrahla sonradan adını bildiyi Seydəmir bir birini itələyirmiş. Həmin vaxt Əmrah Seydəmirin sifətindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Aldığı zərbədən Seydəmir yerə yıxılmışdır. O, tez Seydəmirə yaxınlaşıb yerdən qaldırmağa çalışmışdır. Həmin vaxt ətrafda bir neçə nəfər qonşular da olmuşdur. Bundan sonra o, Əmrahdan nə baş verdiyini soruşduqda, Əmrah ona Seydəmirin ona məxsus kafenin bayır tərəfində olan reklam yazısını dartdığını və bu səbəbdən onunla mübahisə etdiyini bildirmişdir. Seydəmir özünə gəldikdən sonra Əmraha “sən yenə oğurluğa gəlmisən?” sözlərini deyərək onu təhqir etməyə başlamışdır. O, və orada olan şəxslər Seydəmirlə Əmrahı sakitləşdirmişlər. Əlavə olaraq bildirmişdir ki, Seydəmir ilə Əmrahın mübahisə etdiklərini görüb onlara yaxınlaşan zaman Əmrahın Seydəmirin sifətinə yumruq zərbəsi vurduğunu görmüşdür. X3 vurmasını görməmişdir. Seydəmir ilə Əmrah arasında dalaşma təxminən 5 dəqiqə davam etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 1106 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə yazılanlara əsasən bədəni üzərində aşkar olunmuş xəsarətlər – çənə nahiyəsinin çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi əzilmiş yarası bərk küt əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni küt əşyayla (daş parçası, dəmir parçası və s.) endirilmiş zərbə nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Qobustan rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Qobustan rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş sayılır və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Qobustan rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Qobustan rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş sayılır və onun əməlində cinayətlərin residivi vardır. 220270537 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Toplanmış sübutlara əsasən, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmiş və həmin tarixdə barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 02 ay 20 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında yayındığından Abşeron rayon məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron rayon MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron rayon MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2023-cü tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanla bağlı ödəniş edilməmişdir, lakin bununla belə təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3,, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 oğlunun törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilməməsi ilə bağlı ifadələrini inandırıcı hesab etmir və özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsə də zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsə də zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 daimi yaşayış yerinin olmamasını, az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsə də zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər məhkum olunmasını və məhkumluğun ödənilmədiyini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, Zərərçəkmiş şəxs1 şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin olunmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təyin edilmiş cəzalara münasibətdə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə 03 il müddətinə, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsilə 03 il müddətinə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-175/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-175/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver