Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-176/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bir yerdə dam örtüklərinin satışı ilə məşul olaraq və Türkiyə Respublikasının müxtəlif tikinti materiallarını gətirib satmaqla qazanc əldə edəcəklərini vəd edib aldadaraq bu məqsədlə 12.05.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 2000 manat pulunu, 22.05.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Dədə-Qorqud” heykəlinin yanında görüşərək 2500 manat pulunu, 27.05.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 5000 manat pulunu, 02.06.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dərnəğül bazarında görüşərək 2500 manat pulunu, 15.06.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 10000 manat pulunu, 15.07.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşısında görüşərək 7000 manat pulunu, 15.08.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşında görüşərək 6000 manat pulunu və sonuncu dəfə 04.10.2019-cu il tarixdə Abşeron rayonu, Müşviq qəsəbəsində yerləşən “Ağdağ” adlı tikinti materialları mağazasının qarşısında görüşərək 200 manat pulunu alıb ümumilikdə isə 35200 manat pulunu vahid niyyətlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 35200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. X4 onunla birlikdə X10 kollecində oxuduğu üçün onu tanıyır. Cavidlə əvvəllər münasibəti hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, 2018-ci ilin ortalarında Caviddən 5000 mant pul alıb hər ay 3000 manat olmaqla 9000 manat pul ödəmiş, o, həmin 5000 manat pulla tikinti materialları alıb sataraq yaxşı gəlir əldə etmiş, o, Caviddən dəfələrlə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul götürüb sonra faizi ilə birlikdə Cavidə qaytarmışdır. O, Caviddən 2000 manat bir dəfə, 3000 manat bir dəfə almış, daha sonra 1500 manat bir alımış və aldığı pulları faizi ilə birlikdə Cavidə qaytarmışdır. Caviddən aldığı 1500 manat puldan hər ay Cavidə 1000 manat faiz vermişdir. Caviddən üst-üstə aldığı pul 24000 manat qaytardığı pul isə 38000 manat olmuşdur. Cavidə qaytarmadığı Caviddən sonuncu dəfə aldığı 200 manat pul olmuşdur. Sonda o, təqsirinin olmamasını əsas gətirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2010-cu ildən tanıyır, Muradla münasibəti həmişə yaxşı olmuşdur. 2019-cu ilin yanvar ayında Murad ona birlikdə iş görüb gəlir əldə edə biləcəyini demiş, o, Muraddan bu barədə ətraflı soruşduqda Murad ona dam örtüyü işi ilə məşğul olduğunu, dam örtüyünü ucuz qiymətə alaraq, baha qiymətə başqa şəxslərə satdığını demiş, Murad ilkin olaraq ondan 5000 manat pul almış və bir müddət sonra dediyi vaxtda həmin pulu gəlirlə birlikdə ona qaytarmış, daha sonra əlavə olaraq 3000 manat pul almış və qaytarmış, bundan sonra o, Murada inanmağa başlamış, Muradda onun bu inamından və etibarından sui-istifadə edərək ondan 12.05.2019-cu il tarixdə Bakı şəhəri, Ramana qəsəbəsində 2000 manat, 22.05.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Dədə-Qorqud” heykəlinin yanında 2500 manat, 27.05.2019-cu il tarixdə Bakı şəhəri Ramana qəsəbəsində 5000 manat, 02.06.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dərnəğül bazarında” 2500 manat, daha sonra 15.06.2019-cu il tarixdə özü yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəldi və orada da Murada 10000 manat, bundan əlavə isə 15.06.2019-cu il tarixdən 15.08.2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhərində ayrı-ayrı yerlərdə isə ayrı-ayrı vaxtlarda ümumilikdə 13000 manat pulu almış, sonuncu dəfə isə 04.10.2019-cu il tarixdə Abşeron rayonu, Müşviq qəsəbəsində 200 manat pulu Murada vermişdir. Sonuncu dəfə pulu Murada verməsi barədə kamera görüntüləri də var. Həmin vaxtı Muradın yanında onun dostu Tahir adlı şəxsdə olmuşdur. Sonda o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, Zərərçəkmiş şəxs səkkiz il müddətdir ki, tanıyır. 2019-cu il əvvəllərindən Cavid ona Murad adlı bir nəfər tanışının olduğunu və həmin tanışının dam örtüklərinin topdan pərakəndə satışı ilə məşğul olduğunu və onu da həmin işə şərik edəcəyini bildirmiş, o da Cavidə həmin işdə ehtiyatlı olmasını və aldanmamasını bildirmişdir. Bundan sonra Muradın Cavidə ilkin olaraq 5000 manat pul verdiyini, bir müddətdən sonra Muradın Cavidə həmin 5000 manatın qarşılığında Cavidə 2000 manat qazanc verdiyini eşitmiş, bir neçə gündən sonra Murad yenidən Caviddən 3000 manat pul almış və həmin 3000 manat pulun əvəzində isə yenidən qazanc adı altında həvəsləndirərək 1000 manat pul vermiş, daha sonra isə Cavid onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşısına gedərək orada onu birinci dəfə Muradla tanış etmiş, həmin vaxt Murad Cavidə yenə də ucuz dam örtükləri lazım olduğunu və müştərisinin də hazır olduğunu deyərək 6000 manat pul lazım olduğunu demişdir. Caviddə Muradla razılaşaraq həmin yerdə 6000 manat pulu Murada vermiş, Murad da yeddi gün müddətinə dam örtüklərini ucuz alıb baha qiymətə müştəriyə verib 6000 manatın üstündə 2500 manat pul verəcəyini demiş, o, bundan sonra Caviddən soruşduqda Cavid Muradın onu aldatdığını və onunla birlikdə verdiyi 6000 manat puldan sonra əlavə olaraq hissə-hissə müxtəlif məbləğlərdə və müxtəlif yerlərdə ümumilikdə 35200 manat pul verdiyini və axırıncı 200 manat pulu Murad Cavidi aldadaraq, guya Bakı şəhəri, Binəqədi rayonu ərazisində avtoyuma məntəqəsi icarəyə götürəcəyini və həmin avto yumanı bağlayaraq dam örtüklərinin satışı mağazası açacağı adı altında Caviddən almış, Cavid həmin 200 manat pulu Murada beh kimi verərkən həmin anın video görüntülərini də əldə etdiyini ona demiş və o, bildiyi qədər həmin video görüntüləri istintaqa təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, Zərərçəkmiş şəxs səkkiz il müddətdir ki, tanıyır. 2019-cu il əvvəllərindən Cavid ona Murad adlı bir nəfər tanışının olduğunu və həmin tanışının dam örtüklərinin topdan pərakəndə satışı ilə məşğul olduğunu və onu da həmin işə şərik edəcəyini bildirmiş, o da Cavidə həmin işdə ehtiyatlı olmasını və aldanmamasını bildirmişdir. Bundan sonra Muradın Cavidə ilkin olaraq 5000 manat pul verdiyini, bir müddətdən sonra Muradın Cavidə həmin 5000 manatın qarşılığında Cavidə 2000 manat qazanc verdiyini eşitmiş, bir neçə gündən sonra Murad yenidən Caviddən 3000 manat pul almış və həmin 3000 manat pulun əvəzində isə yenidən qazanc adı altında həvəsləndirərək 1000 manat pul vermiş, daha sonra isə Cavid onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşısına gedərək orada onu birinci dəfə Muradla tanış etmiş, həmin vaxt Murad Cavidə yenə də ucuz dam örtükləri lazım olduğunu və müştərisinin də hazır olduğunu deyərək 6000 manat pul lazım olduğunu demişdir. Caviddə Muradla razılaşaraq həmin yerdə 6000 manat pulu Murada vermiş, Murad da yeddi gün müddətinə dam örtüklərini ucuz alıb baha qiymətə müştəriyə verib 6000 manatın üstündə 2500 manat pul verəcəyini demiş, o, bundan sonra Caviddən soruşduqda Cavid Muradın onu aldatdığını və onunla birlikdə verdiyi 6000 manat puldan sonra əlavə olaraq hissə-hissə müxtəlif məbləğlərdə və müxtəlif yerlərdə ümumilikdə 35200 manat pul verdiyini və axırıncı 200 manat pulu Murad Cavidi aldadaraq, guya Bakı şəhəri, Binəqədi rayonu ərazisində avtoyuma məntəqəsi icarəyə götürəcəyini və həmin avto yumanı bağlayaraq dam örtüklərinin satışı mağazası açacağı adı altında Caviddən almış, Cavid həmin 200 manat pulu Murada beh kimi verərkən həmin anın video görüntülərini də əldə etdiyini ona demiş və o, bildiyi qədər həmin video görüntüləri istintaqa təhvil vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs təxminən iki il müddətdir tanıyır. O, 2017-ci il tarixdən indiyədək Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Baksol” adlanan yerdə avtoyuma məntəqəsi işlədir. 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlətdiyi avtoyuma məntəqəsinə gələrək Cavid adlı şəxslə tanışı olduğunu və həmin yeri Cavidlə birgə şərikli icarəyə götürəcəyini və həmin moykanın yerində dam örtükləri açacağını dedikdə, o da moykanın dostunun olduğunu və dostu ilə danışıb 800 manata aylıq icarəyə verə biləcəyini demiş, bundan sonra Murad onunla razılaşmış və Cavid adlı tanışını avtoyuma məntəqəsinə gətirəcəyi təqdirdə həmin yeri icarəyə götürəcəyini və ona görə də Cavidlə əlavə başqa heç nə danışmamağı ona bildirmiş, bir neçə gündən sonra Murad Cavid adlı tanışı ilə avtoyuma məntəqəsinə gəlmiş və onun işlətdiyi avtoyuma məntəqəsini göstərərək həmin yeri icarəyə götürəcəyini və dam örtükləri mağazası açacaqları barədə Cavidlə danışmışdır. Murad həmin yerdə Cavidlə təxminən 20 dəqiqə danışdıqdan sonra avtomobilə minərək birlikdə getmişlər. Həmin günü Murad ona mobil telefon vasitəsi ilə zəng vuraraq ona Caviddən avtoyuma məntəqəsini icarəyə götürmək üçün 200 manat pul aldığını demiş, Cavid ona zəng vursa Cavidə yalandan Muradın ona 200 manat pul verdiyini deməyi xahiş etmiş, o da Murada niyə belə bir yalan danımağı soruşduqda Murad isə onun dediklərini deməyi və qalan məsələyə qarışmamağı bildirmiş, bir neçə gündən sonra Cavid ona mobil telefon vasitəsi ilə zəng vuraraq onun Muraddan 200 manat pul almasını soruşduqda o da Muradın ona dediyi kimi 200 manat pul aldığını Cavidə bildirmiş, bir gün sonra Cavid ona zəng vurmuş və 200 manat pulu Muradın ona verib-vermədiyini yenə soruşduqda o, bu dəfə Cavidə yalan danışa bilməmiş, həqiqəti, yəni Muradın ona 200 manat avtoyuma məntəqəsinə görə icarə pulu vermədiyini Cavidə bildirmiş və Muradın onu aldatdığını Cavidə demiş, bir müddət sonra Murad avtoyumaya gəlmiş və ondan avtoyuma məntəqəsini icarəyə götürüb götürməyəcəyini soruşduqda Murad da işin alınmadığını və avtoyuma məntəqəsini icarəyə götürməyəcəyini ona bildirmişdir. Daha sonra Muradın Cavidi aldadaraq şərikli iş qurmaq adı ilə onun pullarını ələ keçirdiyini bilmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Furqon markalı avtomaşınla taksi sürücüsü kimi fəaliyyət göstərir. İşlə əlaqədar mal alıb-gətirmək üçün Muradın sifarışlərini yerinə yetirdiyini, Cavidin Murada faiz şəklində pul verdiyini, 2019-cu ildə bir neçə dəfə Baksol adlanan ərazidə, Suraxanıda və H.Aslanovda Murad tərəfindən ona verilmiş 3500 manat, 4000 manat və 4500 manat məbləğində pulları Cavidə çatdırdığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Muradın dostudur. Cavidi bir dəfə Muradın ad günündə görmüş, Murad iş qurmaq üçün Caviddən faiz şəklində pul götürdüyünü, Muraddan Cavidin onu faizin ödənilməsinə görə sıxdığını şikayət eşitdiyini, bir dəfə onun Vüqar və İlqarla birlikdə Caviddən faizin ödənilməsinə görə vaxt vermək üçün Muradın xahişi ilə Əhmədliyə getdiyini, Muradın sonuncu dəfə iş görmək üçün Caviddən 200 manat pulu faiz şəklində kameralar altında götürdüyünü bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Murad onun qohumudur. Murad iş qurmaq üçün Caviddən faiz şəklində pul götürdüyünü, Muraddan Cavidin onu faizin ödənilməsinə görə sıxdığına dair şikayət eşitdiyini bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 -cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 -cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bir yerdə dam örtüklərinin satışı ilə məşul olaraq və Türkiyə Respublikasının müxtəlif tikinti materiallarını gətirib satmaqla qazanc əldə edəcəklərini vəd edib aldadaraq bu məqsədlə 12.05.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 2000 manat pulunu, 22.05.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Dədə-Qorqud” heykəlinin yanında görüşərək 2500 manat pulunu, 27.05.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 5000 manat pulunu, 02.06.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dərnəğül bazarında görüşərək 2500 manat pulunu, 15.06.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək 10000 manat pulunu, 15.07.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşısında görüşərək 7000 manat pulunu, 15.08.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 7 nömrəli poliklinikanın qarşında görüşərək 6000 manat pulunu və sonuncu dəfə 04.10.2019-cu il tarixdə Abşeron rayonu, Müşviq qəsəbəsində yerləşən “Ağdağ” adlı tikinti materialları mağazasının qarşısında görüşərək 200 manat pulunu alıb ümumilikdə isə 35200 manat pulunu vahid niyyətlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 35200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə göstərdikləri özünü, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş qohumu və dostu olan şəxslərin ifadəsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş onu müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 22.09.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 12.09.2020-ci il tarixdə Biləsuvar rayonu ərazisində tutularaq həbsə alınmış, Abşeron RM-nin 13.09.2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 12.09.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 12.09.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsrə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-176/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-176/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver