Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-176/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Rəfail oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 1A, mənzil 59-da qeydiyyatda olan və Abşeron rayonu Novxanı qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 15.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 14-cü məhəllə, ev 112c, mənzil 41-də qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsi Bağlar massivi B4520 ünvanında yerləşən yeni inşa etdirdiyi evin zirzəmisinin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə yerindən çıxartmaqla pəncərəni açaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə binaya qanunsuz olaraq hər bir-iki gündən bir davamlı olaraq üç dəfə daxil olub, oradan vahid niyyətlə bir ədədi 136 manat olan, cəmi 6528 manat dəyərində 48 ədəd, obyektlərdə istifadə olunan spot işıqlarını, bir ədədi 250 manat olan, cəmi 1750 manat dəyərində 7 ədəd obyekt qapıları üçün nəzərdə tutulmuş qapı dəstəklərini və mağaza adı üçün latundan hazırlanmış 2000 manat dəyərində hərfləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 10278 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 iyul 2021-ci il tаriхdə, sааt 22 rаdələrində Zərərçəkmiş şəxs2 Rəfаil оğlunun Аbşеrоn rаyоnu Nоvхаnı kəndində yeni inşa etdirdiyi fərdi yаşаyış еvin həyətin hаsаrının üstündən kеçməklə həyətə, sonra isə həyətdə оlаn еvin пəncərəsini əli ilə bаsıb аçmаqla binaya qаnunsuz olaraq dахil оlub, еvin zirzəmisində divаrlarа çəkilmiş 1000 mаnаt dəyərində, evin 1-ci və 2-ci mərtəbəsinin divаrlarınа səkilmiş 2500 mаnаt dəyərində, evin mаnsаrınа çəkilmiş 500 mаnаt dəyərində еlеktrik nаqillərini sökərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 mаnаt məbləğində ziyаn vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsi Bağlar massivi B4520 ünvanında yerləşən yeni inşa etdirdiyi evin zirzəmisinin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə yerindən çıxartmaqla pəncərəni açaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə binaya qanunsuz olaraq hər bir-iki gündən bir davamlı olaraq üç dəfə daxil olub, oradan vahid niyyətlə bir ədədi 136 manat olan, cəmi 6528 manat dəyərində 48 ədəd, obyektlərdə istifadə olunan spot işıqlarını, bir ədədi 250 manat olan, cəmi 1750 manat dəyərində 7 ədəd obyekt qapıları üçün nəzərdə tutulmuş qapı dəstəklərini və mağaza adı üçün latundan hazırlanmış 2000 manat dəyərində hərfləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 10278 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmamışdır. Toğrul onun bibisi nəvəsidir və onunla da tez-tez görüşürmüşlər. 2021-ci ilin avqust ayının əvvəllərində bir gün Toğrul ilə Saray qəsəbəsində olanda üç mərtəbəli bir evin yanından keçirmişlər, evdə yaşayış olmadığı üçün qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Ona görə Toğrul ilə günün gündüz saatlarında, təxminən saat 14 radələrində həmin 3 mərtəbəli yaşayış olmayan evin hasarın üstündən keçərək həyətə girmişlər. Evin həyəti də otluq olmuş, yaşayış olmamışdır. Onlar evin arxa tərəfində dəmir barmaqlığı olan plasmas pəncərənin dəmir barmaqlığını oradan tapdıqları dəmir parçası ilə yerindən çıxartmışlar, sonra plasmas pəncərəni açıb oradan evin zirzəmisinə girmişlər. Zirzəmidə taxtalar və müxtəlif köhnə əşyalar olmuşdur. Onlar oradan köhnə spot işıqlarından götürməyə imkanları olduğu qədər, 6-7 ədəd götürüb oradan çıxmışlar və razılaşmışlar ki, həmin spotları satandan sonra yenə gəlib həmin evin zirzəmisinə girib əşyalardan oğurlayıb satarlar. Ondan sonra həmin spotları aparıb Saray qəsəbəsində, özü kənarda qalmış, Toğrul onları orada olan Pərviz adlı şəxsin metal qəbulu yerinə satıb, 15 manat almışdır. Həmin pulu da aralarında bölmüşlər. Ondan bir-iki gün sonra yenə günün gündüz vaxtı, saat təxminən 13 radələrində Toğrul ilə yenə həmin evə əvvəlki pəncərədən içəri girib oradan metal hərifləri götürüb onları Sumqayıt şəhərinə aparıb metal qəbulu yerinə satıb 25 manat pul almışlar. Bundan da təxminən iki gün sonra yenə Toğrul ilə həmin evə saat təxminən 15 radələrində girib oradan köhnə spot işıqlarından iki ədəd torbalara yığıb evdən çıxarmışlar və tanımadığı taksi ilə Sumqayıt şəhəri 13-cü mikrorayonda olan həmin metal qəbulu yerinə aparmışlar, lakin metal qəbulu yerində onlardan şəxsiyyət vəsiqəsi istəmişlər, onlarda da şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin vaxt təsadüfən qonşusu Şahid3 oradan keçirmiş və ondan xahiş etmişlər ki, işlədikləri yerdən köhnə spotları satmağa veriblər, lakin şəxsiyyət vəsiqələri yoxdur, onun vəsiqəsi ilə onları metal qəbulu yerinə satsınlar. Şaiq də onlara inanmış və birlikdə metal qəbulu yerinə gəldik və həmin spotları avtomobildən boşaltdıq, onları tərəzidə çəkdilər və 34 kiloqram idi, bizə 61 manat 20 qəpik pul verdilər. Həmin pulu da Toğrul ilə xərcləmişlər, Şaiq isə onların oğurluq etdiklərini bilməmişdir. Bundan başqa heç bir oğurluq etməmişlər. Metal qəbulu yerində həmin malları onlardan alan şəxslər də onların oğurluq olduğunu bilməmişlər. Həmin əşyaları apardıqları tanımadığı taksi avtomobilin sürücüsü də onların oğurluq olduğunu bilməmişdir, qeyd etdiyi əşyalardan başqa həmin evdən başqa heç nə oğurlamamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyilmiş. 08 iyul 2021-ci il tаriхdə, sааt təхminən 22 rаdələrində Аbşеrоn rаyоnu Nоvхаnı kəndi ərаzisində piyаdа gəzərkən diqqətini yоlun kənаrındа оlаn hündür mərtəbəli binа cəlb еtmişdir. O, hаsаrdаn həmin еvin həyətinə dахil оlmuş, həyətdə hündür mərtəbəli yаşаyış еvi olmuşdur, lаkin həmin еvdə təmir işləri gеtdiyi üçün hələ yаşаyış olmamışdır. Həmin еvin birinci mərtəbəsi dеmək оlаr ki, hаmısı пəncərə olmuş, o, еvin аrха tərəfindən пəncərəni əli ilə bаsıb аçаrаq еvə dахil оlmuş, həmin еv zirzəmisi ilə birlikdə dörd mərtəbədən ibаrət olmuşdur. Həmin еvin zirzəmisindən, 1-ci, 2-ci mərtəbələrdən və mаnsаrdа divаrа çəkilmiş bütün еlеktrik nаqillərinin hаmısını çıхаrtmışdır. Həmin dаvаrdа оlаn nаqilləri çəkib çıхаrdıqdаn sоnrа, həmin nаqilləri bir yеrə tопаlаyıb və еvə dахil оlduğu yеrdən, yəni пəncərədən nаqilləri çölə аtmış, sоnrа isə özü də оrаdаn çıхıb, həyətdə оlаn nərdivаnı götürüb hаsаrа söykəyib və оğurlаdığı əşyаlаrı dа götürərək hаsаrdаn kеçib gеtmişdir. Həmin еvdən оğurlаdığı еlеktrik nаqillərinin hаsmısını həmin gеcə küçədə tаnımаdığı şəхsə 200 mаnаtа sаtmış, aldığı 200 mаnаt пulu isə öz şəхsi təlаbаtını ödəmək üçün çərək və digər ərzаq məhsullаrınа хərcləmişdir. Bundan başqa, Toğrul onun bibisi nəvəsidir və onunla da tez-tez görüşürmüşlər, 2021-ci ilin avqust ayının əvvəllərində bir gün Toğrul ilə Saray qəsəbəsində olanda üç mərtəbəli bir evin yanından keçirmişlər, evdə yaşayış olmadığı üçün qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Ona görə Toğrul ilə günün gündüz saatlarında, təxminən saat 14 radələrində həmin 3 mərtəbəli yaşayış olmayan evin hasarın üstündən keçərək həyətə girmişlər. Evin həyəti də otluq olmuş, yaşayış olmamışdır. Onlar evin arxa tərəfində dəmir barmaqlığı olan plasmas pəncərənin dəmir barmaqlığını oradan tapdıqları dəmir parçası ilə yerindən çıxartmışlar, sonra plasmas pəncərəni açıb oradan evin zirzəmisinə girmişlər. Zirzəmidə taxtalar və müxtəlif köhnə əşyalar olmuşdur. Onlar oradan köhnə spot işıqlarından götürməyə imkanları olduğu qədər, 6-7 ədəd götürüb oradan çıxmışlar və razılaşmışlar ki, həmin spotları satandan sonra yenə gəlib həmin evin zirzəmisinə girib əşyalardan oğurlayıb satacaqlar. Ondan sonra həmin spotları aparıb Saray qəsəbəsində, özü kənarda qalmış, Toğrul onları orada olan Pərviz adlı şəxsin metal qəbulu yerinə satıb 15 manat pul almışdır. Həmin pulu da aralarında bölmüşlər. Ondan bir-iki gün sonra yenə günün gündüz vaxtı, saat təxminən 13 radələrində Toğrul ilə yenə həmin evə əvvəlki pəncərədən içəri girib oradan metal hərifləri götürüb onları Sumqayıt şəhərinə aparıb metal qəbulu yerinə satıb 25 manat pul almışlar. Bundan da təxminən iki gün sonra yenə Toğrul ilə həmin evə saat təxminən 15 radələrində girib oradan köhnə spot işıqlarından iki ədəd torbalara yığıb evdən çıxarıb və tanımadığım taksi ilə Sumqayıt şəhəri 13-cü mikrorayonda olan həmin metal qəbulu yerinə aparıb, lakin metal qəbulu yerində onlardan şəxsiyyət vəsiqəsini istəmişlər, onlarda da şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin vaxt təsadüfən qonşusu Şahid3 oradan keçirmiş və ondan xahiş etmişlər ki, işlədikləri yerdən köhnə spotları satmağa veriblər, lakin şəxsiyyət vəsiqələri yoxdur, onun vəsiqəsi ilə onları metal qəbulu yerinə satsınlar. Şaiq də onlara inanmış və birlikdə metal qəbulu yerinə gəlib, həmin spotları avtomobildən boşaltmışlar, onları tərəzidə çəkmişlər və 34 kiloqram olmuş, onlara 61 manat 20 qəpik pul vermişlər. Həmin pulu da Toğrul ilə xərcləmişlər, Şaiq isə onların oğurluq etdiklərini bilməmişdir. Bundan başqa heç bir oğurluq etməmişlər. Metal qəbulu yerində həmin malları onlardan alan şəxslər də onların oğurluq olduğunu bilməmişlər, həmin əşyaları apardıqları tanımadığı taksi avtomobilin sürücüsü də onların oğurluq olduğunu bilməmişdir. hazırda əməlindən peşmandır. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda üç mərtəbəli evi var, lakin orada yaşamır, arada gəlib həmin evinə baxır. Sonunci dəfə 15 iyul 2021-ci il tarixdə gəlib həmin evimə baxmış, evdə hər bir əşya yerində olmuşdur. 11 avqust 2021-ci il tarixdə gəlib evinə baxıb görmüşdür ki, naməlum şəxslər evin pəncərəsinin dəmir barmaqlığını sındırıb plasmas pəncərəni də sındırıb evə daxil olub, evin evin sirzəmisindən bir ədədi 136 manat olan 48 ədəd, cəmi 6528 manat dəyərində obyektlərdə istifadə olunan markasını bilmədiyi spot işıqlarını, evin birinci mərtəbəsindəki bir ədədi 250 manat olan 7 ədəd cəmi 1750 manat dəyərində obyekt qatıları üçün nəzərdə tutulmuş markasını bilmədiyi qapı dəstəkləri, latundan hazırlanmış mağaza adı olan 2000 manat dəyərində hərflər oğurlanmışlar.Onun evindən ümumilikdə 10278 manat dəyərində əmlakı oğurlanmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Rəfаil oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində özünə məxsus torpaq sahəsində 4 mərtəbəli (zirzəmi və mansar daxil olmaqla) yaşayış evi tikdirmişdir. Həmin evdə işlər tamamlanmaq üzrədir. Hazırda bütün elektrik naqilləri çəkilib qurtarıb və üzərindən suvаq vurulmuşdur. Sоnuncu dəfə həmin evdə 07.07.2021-ci il tarixdə olmuş, heç bir oğurluq hadisəsi bаş vеrməmiş, 09.07.2021-ci il tarixdə, saat 14 radələrində evə gələndə görmüşdür ki, naməlum şəxs (şəxslər) hаsаrdаn həmin еvin həyətinə, оrаdаn dа evin plastik pəncərədən еvə daxil olmaqla hər 4 mərtəbədə olan elektrik naqillərini divarda оlаn suvаğın аltındаn dartıb çıxarmaq yolu ilə onun ümunilikdə 4000 manatlıq naqillərini oğurlamışlar. Bеlə ki, 1000 mаnаt dəyərində zirzəmidən, 2500 mаnаt dəyərində 1-ci və 2-ci mərtəbələrdən, 500 mаnаt dəyərində isə mаnsаrdаn еlеktrik nаqillərini оğurlаmаqlа ona ümumilikdə оğurluq nəticəsində 4000 mаnаt ziyаn vurmuşlаr. Həmçinin 1500 manat dəyərində həmin naqilləri оğurlаyаrkən, nаqillərin kеçirildiyi boruları zədələməklə, yаni yararsız hala salmаqlа ona 1500 mаnаt da ziyаn vurmuşlаr. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yaşayan İqbalı və onun qohumu Toğrulu tanıyır, aralarında heç bir qərəzli münasibətləri olmamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Sumqayıt şəhəri 13-cü mikrorayonda olarkən təsadüfən Toğrul və İqbal ilə rastlaşmış və onlar ondan xahiş etmişlər ki, satmağa metal gətiriblər, lakin metal qəbulu məntəqəsi şəxsiyyət vəsiqə olmadan metalı qəbul etmir və onlar ondan xahiş etmişlər ki, əgər üzərində şəxsiyyət vəsiqəsi varsa onların metalını metal qəbulu yerinə satsın. Onun da şəxsiyyət vəsiqəm üzərində olduğu onların gətirdikləri metallları yaxınlıqda olan metal qəbulu yerinə onlarla birlikdə təhvil vermiş və bununla bağlı metal qəbulu yerində kitabda qeydiyyat aparılmış, o, həmin kitabda imza da etmişdir. Göstərdiyindən başqa Toğrul və İqbal ilə heç bir əlaqəsi olmamış, onların başqa hara metal satmaqlarından məlumatı olmamış, həmin metalları da onlar ona bildirmişlər ki, fəhlə kimi işlədikləri yerdən köhnə tullantı işıqlardır, sahibi özü onlara vermişdir. İqbal və Toğrulun satdıqları əşyaları oğurladıqlarını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən yaşayış evin zirzəmisində metal qəbulu yerini əmisi Elçin icarəyə götürüb və orada fəhlə işləyir. Orada metal və plasmas qəbul edir, sonra onları zavodlara əritməyə verir. 2021-ci ilin avqust ayının əvvəllərində əvvəllər tanımadığı sonradan adlarını bildiyi İqbal və Toğrul adlı şəxslər latun metalından olan hərflər gətirmişlər və demişlər ki, həmin hərfləri işlədikləri yerdən tullantı kimi götürüblər və satırlar. O, da baxmışdır ki, həqiqətən həmin hərflər köhnədir və tərəzidə çəkmiş, bir kiloqramını 6 manatdan olmaqla cəmi 25 manat onlara pul vermişdir. Ondan təxminən 2 gün sonra yenə İqbal, Toğrul və Şaiq adlı şəxslər metal qəbulu yerinə nömrəsini bilmədiyi bir taksi avtomobili ilə spot işıqlarını gətirmişlər. Onlar həmin işıqları avtomobilin yük yerindən boşaltmışlar və o, onları tərəzidə çəkmiş, 34 kiloqram olmuş, həmin metallar dur alminium olmuş və o, onlara 61 manat 20 qəpik pul vermiş, həmin spotları almağı barədə kitabında qeydiyyat etmiş, Şahid3 şəxsiyyət vəsiqəsi ilə onları almış və Şaiq özü də kitabda imza da etmişdir. Onlar ona demişlər ki, işlədikləri yerdən köhnə tullantı əşyalardır. O, baxmışdır ki, həqiqətən həmin spotlar köhnə olmuşlar. Aldığım həmin əşyaları da əritməyə təhvil vermiş, onda qalmamışdır. Qeyd etdiyindən başqa o, həmin şəxslərdən heç bir əşya almamış, aldığı əşyaların da oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində metal və plastik materialların qəbulu ilə məşğul olur, qəbul etdiyi metal və plasmasları zavodlara əritməyə göndərir. Təqsirləndirilən şəxs1 adlı şəxsi Saray qəsəbəsində gördüyü üçün onu tanıyır. 2021-ci ilin avqust ayının təxminən 10-da gündüz vaxtı Toğrul onun metal qəbulu yerinə gəlmiş və əlində olan torbada köhnə və sındırılmış vəziyyətdə spot işıqları olmuş, Toğrul demişdir ki, onları yaşadığı evdən sökülmüş köhnə işıqlardır və satmağa gətirmişdir. O, həmin əşyaları tərəzidə çəkdim və 5 kiloqram olmuş, Toğrula 8 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 adlı şəxs tanımır, göstərdiyindən başqa heç bir əşya almamış, həmin əşyaların da oğurluq olduğunu bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şahid2 işlədiyi metal qəbulu yerində olan kitaba keçirilmiş baxış zamanı kitabda Şahid3 34 kiloqram metalın qəbul edilməsi və 61,20 manat pulun verilməsi barədə qeydiyyatın olması aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Cəfərli X3 Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 09 ay, 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin 15.08.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 15.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-127/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 26.05.2020-ci il tarixdən 30.03.2021-ci il tarixədək 10 (on) ay 4 (dörd) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmış, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən ona təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azadılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın əvvəli 03.02.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Abşeron rayon polis idarəsinin 15.08.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 9-cu bəndinə görə hökm çıxararkən məhkəmə CM-nin 34-cü maddəsində göstərilən əsaslar olduqda CM-nin 61.1.3 və 61.1.5-ci maddələrinə istinad etməklə cinayətin bir qrup şəxsin tərkibində törədilməsi halını cəzanı ağırlaşdıran hal kimi tanımağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin məqsəd və motivini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 оğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarından əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarı ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin məqsəd və motivini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15.08.2021-ci il tarixdən 17.08.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24.05.2022-ci il tarixdən hesablanmalıdır. Hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasının təmin edilməsi məqsədi ilə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Abşeron Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rəfail oğluna dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarı ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15.08.2021-ci il tarixdən 17.08.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Abşeron Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rəfail oğluna dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-176/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-176/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver