Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-176/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, vəkili X5 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 Novruz oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə xx xxxxx 1957-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 11, mənzil 20-də qeydiyyatda olan yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1961-ci ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Xocalı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs qızı Aygün Hüseynovanı ingilis dili müəllimi işlədiyi Neftçala rayonu, Xolqarabucaq kənd orta məktəbindən Bakı şəhərindəki məktəblərin birinə köçürülməsi işini həll edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2017-ci ilin iyunun ortalarında Abşeron rayonu, «Xırdalan Dairəsi» adlanan ərazidə Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə 6000 manat pul alıb ələ keçirərək, 3000 manatını özünə, 3000 manatını isə Şahid2 verməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi alacağını yalandan vəd verib aldadaraq, 2017-ci ilin oktyabr ayının ortalarında Abşeron rayonu, «Xırdalan Dairəsi» adlanan ərazidə sonuncunun oğlu Şahid1 vasitəsi ilə 10.000 manat pulunu alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs, oğlu Şahid1 25.000 manat müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının birinci kursuna qəbul etdirəcəyini vəd verib aldararaq, Zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsi ilə 2018-ci ilin iyun ayının 4-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Gənclər şəhərciyi»ndə 5.000 manat, həmin ilin iyun ayının ortalarında Abşeron rayonu, «Xırdalan Dairəsi» adlanan ərazidə 3.000 manat və iyun ayının sonlarında Abşeron rayonu, «Xırdalan Dairəsi» adlanan ərazidə 7000 manat, ümumilikdə 15.000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olun bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs övladı Şahid1 25.000 manatın müqabilində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına kursant düzəldəcəyini vəd edib aldararaq, Şahid1 2018-ci ilin iyun ayının 4-də Abşeron rayonu ərazisində yerləşən Gənclər şəhərciyində 5.000 manat, iyunun ortalarında Abşeron rayonu, «Xirdalan Dairəsi» adlanan ərazidə 3.000 manat və iyunun sonlarında Abşeron rayonu, «Xirdalan Dairəsi» adlanan ərazidə 7000 manat pul almış, lakin verdiyi vədlərə əməl etməyib Əfsarağa Gözəlovdan vahid niyyətlə ələ keçirdiyi ümumilikdə 15.000 manat pulu öz xeyrinə yönəltməklə xeyli miqdarda özgə əmlakını dələduzluqla ələ keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs təxminən 2017-ci ilin iyun ayından qonşusu Sadıxa görə tanımışdır. Belə ki, həmin ərəfələrdə Qaraçuxur qəsəbəsində Mətanətlə birlikdə yaşamışdır. Sadıx da onun qonşusu olmuşdur. Təxminən iyun ayının ortalarında Sadıx ona müraciət edib bir nəfər Neftçaladan olan Əfsarağa adlı müəllimin Neftçala rayonu, Xolqarabucaq kənd orta məktəbində ingilis dili müəlimi işləyən qızının Bakı şəhərindəki məktəblərin birinə yerdəyişməsini istədiyini bildirib Əfsərağagilin işin həl edilməsi üçün ona 5000 manat pul verdiklərini, bu işdə Əfsarağa adlı şəxsə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin ərəfədə tanışı X2 görə tanıdığı Eldəniz adlı proravdan eşitmişdir ki, onun Azər adlı qohumu Bakı Təhsil Şöbəsində işləyir və sonuncu bu işləri həll edir. Buna görə də o, Sadıxa Eldənizlə maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bundan sonra əslən Kürdəmirdən olan, ***-***-**-** nömrədən istifadə edən Eldəniz Həsənovla əlaqə saxlayıb, 5000 manata Əfsarağa adlı şəxsin istədiyi işi həll edib-edə bilməyəcəyini soruşmuşdur. O da bu işi həl edəcəyini, lakin ona 6000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra o, Sadıxla əlaqə saxlamış və 6000 manata Əfsarağa adlı tanışının qızının işini həll edə biləcəyini bildirib həmin pulu gətirməsini istəmişdir. Sadıx da 5000 manat pul olduğunu, həmin pulu götürüb işi həll etməyini, qalan 1000 manat pulu da iş həll ediləndən sonra alıb verəcəyini söz vermişdir. Buna görə də 2017-ci ilin iyulun ortalarında Sadıx Qaraçuxur qəsəbəsində, 81 nömrəli avtobusunun sonuncu dayanacağının yaxınlığında olan yaşadıqları binada ona 5000 manat pulu vermişdir. Bundan sonra Eldənizlə «Xırdalan Dairəsi»ndə görüşmüş və Eldənizə 2000 manat pulu verib qalan 3000 manat pulu işi həll edəndən sonra verəcəyini bildirmişdir. Eldəniz də onunla razılaşmışdır. Lakin, iki gündən sonra Eldəniz əlavə 1000 manat pulu tələb etdiyindən Eldənizlə yenə Neftçilərdə görüşüb 1000 manat pulu Eldənizə vermişdir. Onu da bildirmişdir ki, sonuncu pulu verəndə Eldənizin də tanıdığı tanışı Pənah Bayramovun yanında vermişdir. Bundan sonra Eldəniz bu gün-sabah deyərək vaxtı uzatmağa başlamışdır. Bir müddət keçəndən sonra əvvəllər tanımadığı, sonradan tanıdığı Əfsarağanın oğlu X6 nömrəsini götürüb onunla əlaqə saxlamış və onunla görüşmək istəmişdir. O da razılaşmış və ilk dəfə gördüyü Şahid1la «Gənclik» metro stansiyasının yaxınlığında görüşmüşdür. Görüş zamanı Eldənizin adını çəkməsə də Emilə narahat olmamasını, bacısının işinin həll ediləcəyini söz vermişdir. Çünki, Eldəniz onu da inandırmışdır ki, işi həll edəcəkdir. Təxminən 2017-ci ilin oktyabr ayında Emil ona müraciət edib Bakı ətrafında bacısına ev tikmək üçün torpaq sahəsi lazım olduğunu bildirmişdir. Həmin vaxtı tanışı Köçəri Ramana qəsəbəsində 6 sot torpaq sahəsini 10.000 manata satdığını bildiyindən Emilə həmin torpaq sahəsini təklif etmişdir. Emil də razılaşmış və ilk dəfə Ramana qəsəbəsində 6 sot torpaq sahəsini Emilə göstərmişdir. Həmin zaman torpaq sahəsini satan Köçəri də torpaq sahəsində olmuşdur. Orada Köçəri ilə razılaşmışdır ki, o, Köçəriyə 5000 manat pul və 5000 manat dəyərində konteyner verəcək. Həmin vaxtı Köçəri konteyner axtardığından bunu Köçəriyə təklif etmişdir. Sonradan Əfsarağa, Emilin qardaşı Ağabəy torpaq sahəsinə baxmışdılar və xoşlarına gəldiklərinə görə almaq qərarına gəlmişdilər. Buna görə də 2017-ci ilin oktyabrın ortalarında Emillə «Xırdalan Dairəsi»nin Abşeron rayon hissəsinə düşən ərazisində görüşüb Emildən 10.000 manat pul almış və həmin pulun 5000 manat hissəsini Ramana qəsəbəsindəki kafedə Köçəriyə vermişdir. Köçəri də ona bələdiyyəyə vergi ödənilməsi barədə qəbzi təqdim edib torpaqın sənədini də verəcəyini vəd etmişdir. O da həmin qəbzi Eminə göstərmiş və onda qalmasını, Köçərinin torpağın sənədini götürəndə ona lazım olacağını bildirmişdir. 2018-ci ilin əvvəllərində Emil DİN-in Polis Akademiyasına müdavim kimi daxil olmaq istədiyini və bu işdə ona köməklik edib edə bilməyəcəyini maraqlanmışdır. O da əvvəllər tanıdığı keçmiş polis əməkdaşı olan Təqsirləndirilən şəxs2 bu işdə kəməklik edə biləcəyini fikirləşib Emilə təklif etmişdir ki, Təşəkküllə görüşüb danışaq. Emil də etiraz etməmiş və bundan sonra Təşəkküllə əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Təşəkkül də etiraz eləməmiş və Emillə birlikdə X3 «Sevinc» kinoteatrının yaxınlığında görüşmüşdülər. Görüş zamanı Təşəkkül keçmiş polis əməkdaşı olduğunu, Akademiyanın rəisi Nazim müəllimlə dost olduğunu, Nazim müəllimlə görüşüb danışacağını bildirmişdir. Həmin görüş zamanı Təşəkkül konkret olaraq Akademiya işini hansı məbləğdə pula həll edəcəyini söyləməyib bunu Nazim müəllimlə danışandan sonra deyəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra Nəsimi Bazarının yanındakı kabab evində Təşəküllə görüşmüş və həmin görüş zamanı sonuncu guya Nazim müəllimlə danışdığını və 25.000 manat pulun müqabilində işi həll edə biləcəyini bildirmişdir. Emil də deyilən məbləğə gücü çatmadığını bildirəndə Təşəkkül 15.000 manat pulu ilk olaraq verməsini, qalan 10.000 manat pulu da iki il ərzində oxuya-oxuya ödəyə biləcəyini bildirmişdir. Emil də Təşəkkülün təklifi ilə razılaşmışdır. Təxminən 2018-ci ilin aprelin sonlarında Emil onunla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşmüş və orada Emildən ilkin olaraq 6000 manat pulu götürmüşdür. O, pulu Emildən götürəndən sonra həmin pulu Təşəküllə görüşüb vermişdir. Bundan sonra iki dəfə Emillə eyni yerdə görüşüb Emildən 5000 manat bir, 4000 manat bir pul almış, lakin Təşəküllə verməmişdir. Aradan bir müddət keçəndən sonra Emilgil bacısının işi ilə bağlı onu sıxışdırmağa başlamış, o da Eldənizi sıxışdıranda sonuncu aldığı pulu Oktay adlı tanışına verdiyini, həmin işi sonuncunun düzəldəcəyini bildirmişdir. Bundan sonra Eldənizin vasitəsi ilə Oktayla kafedə görüşmüş və Oktay Eldənizin yanında 3000 manat pulun 1500 manatının ona çatdığını, əgər pulun hamısı verilsəydi işi düzəldəcəyini bildirmişdir. Buna görə də o, 2019-cu ildə Eldənizin barəsində 25-ci polis bölməsinə şikayət etmişdir. X9 satdığı torpaq sahəsini başqa şəxsə satmış və bundan sonra Köçəri özü 3500 manat bir, 1500 manat da bir pulu özü şəxsən Emilə qaytarmışdır. O da sonradan onda qalan 5000 manat puldan Emilə 500 manat pul qaytara bilmişdir. Onu da qeyd etmişdir ki, hələ Köçəriyə 5000 manat pulu verəndə Köçəri ona torpaq sahəsinə dair sənəd verəcəyini vəd etdiyini bildirmiş, həmin sənədə görə 2500 manat pul istəmişdir, o da özündə qalan 5000 manat puldan 2400 manat pulu Köçəriyə vermişdir, Köçəri də torpaq sahəsinə dair bir sənəd vermişdir ki, sonradan məlum olmuşdur ki, həmin yer Dövlət Neft Şirkətinin əraizisidir və Köçərinin ona verdiyi sənəd bələdiyyədən verilmiş sənəddir. Köçəri sənədə görə ondan aldığı 2400 manat pulu vermədiyindən o, həmin pulu Emilgilə qaytara bilməmişdir. hazırda dəymiş ziyandan 6300 manat qaytardığını bildirmişdir. Sonrakı məhkəmə prosesində Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Emildən Akademiyaya görə aldığı 15.000 manat pulun hamsını Təşəkkülə verdiyindən, sonuncu da geri qaytarmadığından həmin pulu Emilgilə qaytara bilməmişdir. Təşəkkül hətta ona Emilgillə görüşəndə yalandan guya aldığı pulu ona verməməyini bildirməyini, həmin pulu başqa şəxsə verməyini bildirməyini istədiyindən o, Emil və atası Əfsərağa ilə birlikdə Təşəküllə görüşəndə yalandan aldığı ümumilikdə 15.000 manat pulu Təşəkkülə verməyini, işi başqa bir polkovniklə həll etdiyini bildirmişdir. əlavə olaraq bildirdi ki, Təşəkkül onu inandırır ki, onun adını verməsə yaşına görə yüngül cəza alacaq. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, Teymur onun qardaşıyla Xankəndində sürücü işləyəndən tanıyır. BMCMİ-də müstəntiq Ramin Məhərrəmov onu çağırmış və soruşmuşdur ki, bu adamdan pul almısanmı, o, da imtina etmişdir, sonra müstəntiq ona zənd vurmuş və Teymurun yerini göstərməyini xahiş etmişdir. O, da razılaşmışdır və Teymur tutulmuşdur. Teymur ona demişdir ki, onu Emil və müstəntiq öyrədir, ona görə də sənin üzünə durmuşam. Taksi fəaliyyəti göstərdiyi üçün onun telefonu açıq olur, lakin BMCMİ əvvəllər polisdə işlədiyi üçün onu axtarışa vermişdir. O, Abşeron rayon Polis İdarəsinə gəlmiş və öyrənmişdir ki, barəsində axtarış var. BMCMİ-də Teymur onun üzüzə durmuşdur. Müstəntiq də Teymuru buraxmış və onu həbs etmişdir. o, da hər şeydən imtina etmişdir və narazılıq bildirmişdir ki, nəyə görə əvvəllər məhkum olunan şəxsin sözüylə o həbs olunur. Sonra da o, buraxılmışdır.O qeyd edir ki, Teymur ona 15000 manatdan heç bir manat da verməmişdir, Emilin işini Əli adlı şəxslə danışmışlar. Sonra da müstəntiqə söz vermişdir ki, avtomobilini satıb pulu ödəyəcək, lakin sata bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ifadəsindən görünür ki, təxminən 2018-ci ilin əvvəllərində Teymurla görüşəndə ona bir nəfər qohumu olduğunu, onun DİN-in Polis Akademiyasına düzəlməsi işinə köməklik etməyini xahiş etmişdir. O da Teymura Akademiyaya düzəlməsi üçün ilk olaraq mandatdan keçməli olduğunu bildirmişdir. Həmin vaxtlar Polis Akademiyasının rəisi Nazim müəllimlə şəxsi münasibətlərini əvvəlcədən Teymur bildiyi üçün ona müraciət etmişdir. O da Teymura əgər qohumunun əlində pulu varsa Teymura bu işdə köməklik etməyin mümkün olacağını bildirmişdir. Bu söhbətdən təxminən bir həftə sonra Teymur əvvəllər tanımadığı Şahid1 Qara Qarayevdəki «Sevinc» kinoteatrının yaxdığında olanda yanına gətirib onunla görüşmüşdür. Söhbət zamanı ona məlum olmuşdur ki, Şahid1 Ədliyyə Nazirliyinin Mühafizə Alayının işçisidir. Həmin söhbət zamanı Emildən mandatdan keçməsi işinin düzəlməsi üçün əlində pulunun olub- olmadığım soruşmuş, Emil də hələlik pulu olmadığını, lakin rayondakı təsərrüfatından pul əldə edə biləcəyini bildirmişdir. O da etiraz etməmiş və pulu düzəldəcəyi təqdirdə Emilə köməklik edə biləcəyini bildirmişdir. Həmin söhbət zamanı o, Şahid1 konkret olaraq pulun məbləği barədə heç nə deməmişdir. Lakin, sonradan Teymurla görüşəndə mandatdan keçmək üçün 3000 mnat pulu lazım olacağını bildirmişdir. 2018-ci ilin aprel ayında Nəsimi Bazaranın yaxınlığındakı yemekxanada görüşmüş, Teymur ona zəng edib Emilin onunla görüşmək istədiyini bildirdiyi üçün həmin şəxslə orada görüşmüşdür. Lakin, orada işlə bağlı hər hansı bir söhbət olmamış və Emildən hər hansı bir məbləğdə pul istəməmişdir. Sonradan Teymurdan işin nə yerdə olduğunu soruşanda Teymur Emilin hələ pulu düzəldə bilmədiyini bildirmişdir. Bundan təxminən 5-6 ay keçmiş, bacısının rəhmətə getməzdən iki gün əvvəl, yəni 2018-ci ilin sentyabrın 16-da Teymur onunla əlaqə saxlamış və Emilin atası Əfsarağa ilə birlikdə onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və Atatürk parkındakı kafedə Emil, qardaşı və atası Əfsərağa ilə görüşmüşdür. Görüş zamanı Teymur da yanlarında olmuşdur. Həmin görüş zamanı aralarında heç bir söhbət olmamış, sadəcə oturub birlikdə çörək yemişdilər. Həmin danışıq zamanı Emil, ya onun qardaşı, yadaki atası ona Teymura hər hansı bir məbləğdə pul vermələri barədə bir söz deməmişdilər. Bundan təxminən 3-4 ay sonra, 2019-cu ilin əvvəllərində Emili Xətai parkına dəvət edib Emilə Teymurun ona bir manat pul da vermədiyini, Teymura nə qədər pul veriblərsə gedib geri almasını tələb etmişdir. Bundan sonra Emilin atası da Bakıya gəlmiş və o, Emil və atası X8 rayonu, Gənclər şəhərciyində vermədiyini bildirmişdir. Teymur da bunu təsdiq edib guya pulu işin düzəlməsi üçün hansısa bir polkovnikə verdiyini bildirmişdir. Bundan sonra Əfsərağa kişidən Teymurdan pulunu geri almasınaı tələb etmişdir. Bundan sonra onun Əfsərağa kişigillə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Teymur Cabbarov adı ilə tanıdığı, sonradan ona şəxsiyyəti Təqsirləndirilən şəxs1 olduğu müəyyən olan şəxsi təxminən 2017-ci ilin iyun ayının əvvəllərindən tanımışdır. Belə ki, həmin vaxtlar yaşadığı kənddə müəllim işləyən qızı Aygün Hüseynova Bakı şəhərinə köçüb yaşamaq qərarına gəlmiş və bunun üçün də Bakı şəhərindəki məktəblərin birinə işə düzəltmək istəmişdir. Lakin, həmin ərəfələrdə bu proses, yəni məllim yerdəyişməsi çətin olduğundan o, ətrafdakı tanışlarından bu işə köməklik edəcək şəxsləri maraqlanmağa başlamışdır. Günlərin bir günü Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində avtomobil təmiri ilə məşğul olan Elxan adlı həmkəndilisinin yanına oğulları Emil və Ağabəylə avtomobili təmir etdirmək üçün getmişdir. Orada oğlanları ilə aralarında qızının yerdəyişmə məsələsi ilə bağlı danışanda həmin zaman Elxanın yanına gələn, əvvəllər tanımadığı Sadıx adlı şəxs Teymur adlı qonşusunun olduğunu, həmin şəxsin yaxşı qohumları olduğunu və bu işdə həmin şəxsin köməklik edə biləcəyini bildirib əgər istəsə Teymur adlı şəxsə müraciət edə biləcəyini bildirmişdir. O da Sadıxla razılaşmışdır. Bundan sonra Sadıx özü Teymurla maraqlanacağını və bu barədə ona bildirəcəyini bildirib elə oradaca onun mobil telefon nömrəsini götürmüşdür. Aradan iki gün keçəndən sonra Sadıx onunla əlaqə saxlayıb Teymurla danışdığını, Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxsin əli ilə 7000 manat pulun müqabilində işi həll edə biləcəyini bildirmişdir. Lakin, o, ancaq 6000 manat pul düzəldə biləcəyini bildirmiş, Sadıx da buna etiraz etməmiş və razılaşmışdır. Buna görə də o, Elxanın iş yerində Sadıxla görüşüb 6000 manat pul vermişdir. Həmin zaman Sadıx Teymurla əlaqə saxlayıb pulu götürdüyünü bildirmiş, Teymur da pulu götürmək üçün Sadıxı harasa dəvət etmişdir. Sadıx harasa getmiş və bir müddət sonra geri qayıdıb onun yanında Teymurla danışmış və danışıq zamanı Teymur pulun ona çatdığını bildirmişdir. Bundan bir neçə gün sonra Sadıxla əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlananda Sadıx Teymurun ***-***-**-** nömrəsini ona verib özünün Teymurla danışmasını istəmişdir. O da Teymurla əlaqə saxlayıb özünü təqdim edəndən sonra Teymur qızının köçürülmə işini artıq Təhsil Nazirliyində işləyən şəxslə danışdığını və guya ondan aldığı pulu həmin şəxsə çatdırdığını bildirmişdir. Aradan bir müddət keçəndən sonra, təxminən 2017-ci ilin iyunun sonlarında yerdəyişməyə imtahanlar başlamışdır. Ona görə də qızının yerdəyişmə məsələsinə öyrənmək üçün qızı Aygünü də götürüb Təhsil Nazirliyinə getmişdir. Təhsil Nazirliyində maraqlanda qızının adının yerdəyişmə üçün təşkil edilən qəbul siyahısında olmadığını görmüşdür. Bundan sonra Teymurla əlaqə saxlayıb, bu barədə deyəndə sonuncu irad bildirib nahaq yerə Təhsil Nazirliyinə getdiklərini, bu işi Prezident Aparatında işləyən yüksək vəzifəli şəxsin köməkçisi olan Əli Əliyev adlı xalası oğlunun həll etdiyini, xalası oğlunun artıq Təhsil Naziri ilə danışdığını və qızının heç bir imtahan vermədən yerdəyişə işinin həll ediləcəyini bildirmişdir. O da Teymurun bu yalanlarına inanmışdır. Bundan sonra hər dəfə Teymurla əlaqə saxlayanda Teymur, eyni sözləri deyib səbrli olmağını və işin həll olunacağını bildirmişdir. Aradan təxminən 3 ay müddət keçəndən sonra Teymurun vaxt uzatdığını görüb Bakı şəhərində yaşayan oğlu Emildən Teymurla əlaqə saxlayıb, görüşməsini istəmişdir. Oğlu da Teymurla Bakı şəhərində görüşmüş və həmin görüş zamanı da Teymur oğluna eyni sözləri deyib işi Əli Əliyev adlı xalası oğlunun gördüyünü bildirib həmin şəxsin ***-***-**-** nömrəsini oğluna vermişdir. Bundan sonra həm o, həm də oğlu X16 adlı şəxslə zəngləşmiş və həmin şəxs də həqiqətən də işin onun tərəfindən həll edildiyini və buna görə Təhsil Nazirliyinə tapşırdığını bildirmişdir. Təxminən 2017-ci ilin oktyabr ayında qızı üçün ev tikdirmək üçün qızı Aygünə Bakı şəhər ətrafında torpaq sahəsi axtarmışdır. Bu barədə oğlu Emil Teymurla söhbət edərkən sonuncu dostu Köçəri adlı şəxsə dövlət tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində pay olaraq bir hektar torpaq sahəsi verildiyini, Köçərinin həmin torpaq sahəsini 6 sot olmaqla bölüb satdığını, torpaq sahəsinin baha qiymətə olsa da dostundan torpaq sahəsini onlar üçün 10.000 manata ala biləcəyini bildirmişdir. Oğlu da torpaq sahəsinə gedib baxmış və bu barədə ona məlumat vermişdir. Sonradan özü də torpaq sahəsinə gedib baxmış və torpaq sahəsindən xoşu gəlmişdir. Danışığa görə Teymur və dostu Köçəri onlara satacağı torpaq sahəsinə Bələdiyyədən sənəd alıb verməli idi. Aralarında razılıq əldə ediləndən sonra 2017-ci ilin oktyabr ayında 10.000 manat pulu Teymura verməsi üçün oğluna göndərmiş, sonuncu da «Xırdalan Dairəsi»nin Abşeron rayon hissəsinə düşən ərazisində görüşüb 10.000 manat pulu Teymura vermişdir. Danışığa görə Teymur torpaq sahəsinə dair sənədləri 3 ay müddətində hazırlayıb onlara verməli idi. Lakin, 3 ay keçməsinə baxmayaraq, Teymur onları inandıraraq guya sənədləşmə işini yaxın günlərdə həll edəcəyini vəd etmişdir. Həmin ərəfədə də, yəni 2018-ci ilin əvvəllərində oğlu Emil DİN-in Polis Akademiyasına müdavim kimi daxil olmaq istəmişdir. Bu barədə Teymurun yanında danışanda sonuncu polis əməkdaşı olan Təşəkkül adlı tanışı olduğunu, sonuncunun oğlunun işinin həll edilməsində Təşəkkül adlı şəxsin köməklik edə biləcəyini bildirib birlikdə sonuncu ilə görüşmələrini təklif etmiş, oğlu da buna görə ilk dəfə 2018-ci ilin aprel ayında Teymurla birlikdə «Sevinc» kinoteatrının yaxınlığında Təşəküllə görüşmüş, görüş zamanı Təşəkkül polis əməkdaşı olduğunu, Akademiyanın həmin ərəfədə rəisi işləyən Nazim müəllimlə dostluq etdiyini, oğlunun işini rəislə görüşüb danışacağını bildirmişdir. Həmin görüş zamanı Təşəkkül konkret olaraq Akademiya işini hansı məbləğdə pula həll edəcəyini söyləməyib bunu Nazim müəllimlə danışandan sonra deyəcəyini bildirmişdir. Bundan bir müddət sonra oğlu Emil Teymurla birlikdə yenidən Təşəküllə görüşmüş və həmin görüş zamanı sonuncu guya Nazim müəllimlə danışdığını və 25.000 manat pulun müqabilində oğlunun işini həll edə biləcəyini bildirmişdir. Oğlu da tələb edilən məbləğə gücü çatmayacağını bildirəndə Təşəkkül 15.000 manat pulu ilk olaraq verməsini, qalan 10.000 manat pulu da iki il ərzində ödəyə biləcəyini bildirmişdir. Oğlu bu barədə ona dedikdə razılaşmışdır. Sonradan Təşəkkül oğluna ilkin olaraq may ayının sonlarında baş tutacaq mandata qədər pulu hazırlamasını tapşırmışdır. Buna görə də oğlu Emil 2018-ci ilin aprelin 24-də öz adına "xxxx" ASC-dən 10.200 manat kredit pul götürmüş və həmin pulu rayona, ona göndərmişdir. O da əziyyətlə əkdiyi taxılı satıb həmin pulun üstünü düzəldib 15.000 manat düzəltmiş və işin gedişatını gözləməyə başlamışdır. Təxminən bir aydan artıq müddət keçmiş, təxminən 2018-ci ilin iyunun 5-6-sında Teymur oğlu Emillə əlaqə saxlayıb Təşəkkülün mandata görə ilk olaraq 6000 pul tələb etdiyini və həmin pulun təcili çatdırılmalı olduğunu bildirdiyindən oğlu onunla əlaqə saxlayıb təcili 6000 manat pulu Teymura göndərməyini istəmişdir. O da həmin məbləğdə pulu ona göndərmişdir. Oğlu Emil də həmin pulu götürəndən sonra Teymurla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşmüş və 6000 manat pulu Teymura vermişdir. Bundan iki gün sonra Teymur oğlu Emillə əlaqə saxlamış və mandatdan keçməyi üçün Təşəkkülün əlavə olaraq 5000 manat pul istədiyini bildirib təcili həmin pulu çatdırılmalı olduğunu istəmişdir. Bundan sonra oğluna əlavə 5000 manat pul göndərmiş və oğlu Emil də yəni, eyni qaydada Teymurla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşüb 5000 manat pulu Teymura vermişdir. Aradan bir neçə gün keçəndən sonra Teymur yenidən oğlu Emillə əlaqə saxlayıb mandatdan keçməsi üçün Təşəkkülün 4000 manat əlavə pul istədiyini bildirib təcili həmin pulu çatdırılmalı olduğunu istədiyindən yenə oğlu Emilə 4000 manat pul göndərmiş və oğlu Emil yenə eyni qaydada Teymurla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşüb 4000 manat pulu Teymura vermişdir. Bu müddət ərzində dəfələrlə Teymurla əlaqə saxlayıb qızının işinin nə yerdə olduğunu soruşmuş, Teymur da yalandan guya hər dəfə işin həll olunmaq üzrə olunduğunu bildirib hər dəfə Bakı şəhəri, Nizami rayonu ərazisindəki məktəbləri sadalamışdır. X17 həmin məktəbləri təklif etmişdir. Nizami rayon ərazisində məktəbləri sadalaması isə guya qızının yaşadığı yerə yaxın olması ilə əlaqədar olmuşdur. Hər dəfə Teymur hansısa bir məktəbin adını çəkib guya həmin məktəbə yerdəyişmə ediləcəyini bildirəndən sonra qızı məktəbin direktorunun yanına gedib maraqlananda bunun düz olmadığını öyrənmişdir. 2018-ci ilin oktyabr ayında oğlu Emil Teymurun vasitəsi ilə aldığı torpaq sahəsinə gedib baxanda həmin torpaq sahəsində katlavan qazıldığını görmüş, bununla maraqlananda isə həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu öyrənmiş, bu barədə Köçəri və Teymurla maraqlanda Köçəri onlara satılan torpaq sahəsinin əvəzinə başqa yerdən 8 sot torpaq sahəsini verəcəyini bildirib başqa yeri oğluna göstərmişdir, həmin torpaq sahəsinin sonradan Dövlət Neft Şirkətinə məxsus olduğunu öyrənəndən sonra isə onlar Teymurdan verdiyi 10.000 manat pulu tələb etməyə başlamışdılar. Köçəri də Teymurun vasitəsi ilə onlara 4000 manat pul qaytarmış, qalan pulu isə qaytaracağına söz vermişdir. Bu müddət ərzində guya Teymur və Təşəkkül oğlunun Akademiya işini həll etmiş və iki dəfə hətta Təşəkkül oğlu ilə görüşüb oğlunu mandatdan keçməsi ilə əlaqədar öpüb təbrik etmişdir. Onu da bildirmişdir ki, Təşəkküllə bir çox dəfə əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlananda Təşəkkül guya polisdəki fəaliyyətinə görə ölkədə olmadığını, hansısa bir cinayətkarı tutuması üçün xaricə göndərildiyini bildirmişdir. Bunu Teymur da təsdiq etmişdir. Həmin vaxtı Təşəkkül polisdən təqaüdə çıxdığını onlardan gizlətmişdir və polisdə hələ də işlədiyini yalandan bildirmişdir. Artıq 2018-ci ilin sentyabr ayının ortalarında Akademiyada dərslər başlayanda Teymur və Təşəküldən işin nə yerdə olması ilə maraqlanmağa başlamışdılar. Təşəkkül guya bir həftəyə işi düzəldəcəyini söz vermişdir. Lakin, sonradan hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatdığını görəndən sonra onlar Teymurun nə qızının köçürülmə işini, nə oğlunun Akademiya işini nədəki, onlara satdığı torpaq məsələsinin düzəlmədiyini görüb Teymura verdikləri pulu geri verməsini tələb etməyə başlamışdılar. Teymur da onlardan Akademiya adı ilə aldığı 15.000 manat pulun hamısını Təşəkkülə verdiyini bildirməyə başlamışdır. Buna görə də bir dəfə Teymur və Təşəkküllə “Gənclik” metro stansiyasının yaxınlığında görüşmüş və həmin görüş zamanı Təşəkkül Teymurun üzünə qarşı Teymura Akademiya işinin həll edilməsi üçün ona heç bir məbləğdə pul verilməli olduğunu bildirmiş, Teymur da bunu təsdiq edib guya aldığı 15.000 manat pulu hansısa polkovnikə verdiyini bildirmişdir. Həmin vaxt Təşəkkül Teymurdan pulu kimə verdiyini soruşsa da Teymur bunu deməmişdir. Bundan sonra Təşəkkül Teymurdan tələb etmişdir ki, notariusa gedib orada dilindən kağız versin ki, aldığı puldan Təşəkkülə heç nə verməmişdir. Lakin, Teymur guya şəxsiyyət vəsiqəsinin olmadığını bəhanə edib narahat olmamağını, pulu özü tərəfindən polkovnikdən alınıb verəcəyini bildirmişdir. Həmin zaman Teymur və Təşəkkülün danışığından ikisin də oyun oynadığını hiss etmişdir. Bundan sonra başa düşmüşdür ki, Teymur və Təşəkkül əlbir olub ona məxsus 15.000 manatını mənimsəmişlər.. Hazırda dəymiş ziyandan 6300 manat Təqsirləndirilən şəxs1 qaytarmışdır. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçidir.həm də mülki iddia vermiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştrək qaydada 25000 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun atasıdır. Ailədə iki bacı, üç qardaşdır. Bacılarından biri ailəlidir, biri isə subaydır, qardaşlarının ikisi də ailəlidir. Evli olan bacısı Aygün Gözəlova 2019-cu il tarixədək Neftçala rayonu, Xolqarabucaq kənd orta məktəbində ingilis dili müəlliməsi işləmişdir. Özü Neftçala rayonu, Xolqarabucaq kənd orta məktəbini bitirmiş, qəbul imtahanlarında iştirak etsə də universitetlərə qəbul ola bilməmişdir. Atasının şikayət ərizəsi ilə bağlı başlanılmış cinayət işi ilə əlaqədar bildirmişdir ki, 2017-ci il tarixdə Neftçala rayonu, Xolqarabucaq kənd orta məktəbində İngilis dili müəlliməsi işləyən bacısı Aygün Gözəlovanın ailəsi, yəni, həyat yoldaşı və övladları Bakı şəhərində yaşadığından bacısı məktəbdə dərs demək üçün tez-tez Bakıdan Neftçalaya gedərək orada qalmaq məcburiyyətində qalmış və buna görə də iş yerini dəyişərək Bakı şəhərindəki orta məktəblərin birinə köçürülməsini istəmişdir. Buna görə müvafiq yerlərə çoxsaylı müraciətlər etsələr də heç bir nəticəsi olmamışdır. Müraciətlərin nəticəsiz qaldığını görən atası Əfsərağa da bacısının işinin həll olunmasına köməklik edə biləcək şəxslər axtarmışdır. Təxminən 2017-ci ilin iyun ayında atası Əfsərağa Bakı şəhərində, Qaraçuxur qəsəbəsində avtomobil təmiri ilə məşğul olan Elxan adlı həmkəndlilərinin yanına qardaşı Ağabəylə avtomobili təmir etdirmək üçün gedəndə bu barədə orada söhbət etmiş və həmin zaman bir nəfər şəxs Elxanın yanına gəlmiş, əvvəllər tanımadıqları Sadıx adlı şəxs Teymur adlı qonşusu olduğunu və bu işdə həmin şəxsin köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra atası Sadıxdan Teymur adlı qonşusu ilə danışıb bacısının Bakı şəhərindəki orta məktəblərin birinə köçürülməsi işinə köməklik edə bilib-bilməyəcəyi ilə maraqlanmasını xahiş etmiş, Sadıx da bununla maraqlanıb atasına bir söz deyəcəyinə söz vermişdir. Bir neçə gündən sonra Sadıx Teymurla danışdığını, bu işi həll edə biləcəyini bildirib bunun üçün 6000 manat pul lazım olduğunu bildirmiş və telefonda ilk dəfə Teymur adlı şəxslə atasını danışdırmışdır. Atası ilə telefonda danışan Teymur adlı şəxs Əli Əliyev adlı xalası oğlu olduğunu, həmin şəxsin Prezident Adminstrasiyasında işləyən yüksək vəzifəli şəxsin köməkçisi olduğunu və həmin şəxsin vasitəsi ilə bacısının işini düzəldəcəyini və 6000 manat pulun da həmin şəxsə çatacağını bildirmişdir. Bundan sonra atası Əfsərağa Qaraçuxur qəsəbəsində Sadıxla görüşüb Teymur adlı şəxsə çatdırması üçün ona 6000 manat pul vermiş, Sadıx da atasının yanında Teymurla danışmış, sonuncu da 6000 manat pulun Teymura çatdığını bildirmişdir. Bundan sonrakı günlər Sadıxla əlaqə yaradıb işin nə yerdə olduğunu soruşmuş, sonuncu da Teymurla danışdığını və işin tez bir zamanda həll olunacağını söz verdiyini bildirmişdirdi. Lakin, aradan iki ay müddət keçməsinə baxmayaraq işin düzəlmədiyini görüb o, özü Teymur adlı şəxslə görüşmək, həm Teymuru tanımaq, həm də işin nə yerdə olması ilə bağlı şəxsən özü maraqlanmaq qərarına gəlmişdir. Bu ərəfədə atası özü də Teymurun nömrəsini Sadıxdan götürüb Teymurla əlaqə yaradaraq işlə maraqlanmışdır. O, bu qərara gələndən sonra atasından Teymurun nömrəsini götürmüş və zəngləşib «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində ilk dəfə gördüyü, özünü Teymur Əliyev kimi təqdim edən, sonradan isə Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslə ilk dəfə 20 yanvar metrostansiyasının yaxınlığında görüşmüşdür. Görüş zamanı o, Teymurdan işin nə yerdə olduğunu, niyə yubandığını soruşanda Teymur işi düzəldən şəxsin xalası oğlu Əli Əliyev olduğunu, atasından aldığı 6000 manat pulu Əliyə verdiyini, Əlinin işin üstündə olduğunu və işi həll etməyə yaxın olduğunu, hətta Təhsil Naziri ilə görüşdüyünü bildirib narahat olmamağı və işi həll edəcəklərini söz vermişdir. Bundan sonra uzun müddət Teymur bu gün-sabah deyərək eyni vədləri təkrarlamağa davam edərək vaxtı uzatmağa başlamışdır. Vəziyyətin belə olduğunu görüb onlar Teymuru sıxışdırmağa başlayanda X14 ilk olaraq öz nömrəsi ilə onlarla danışdırmış, Teymurun telefonu ilə Əli adlı üzünü görmədiyi şəxs onlarla danışanda narahat olmamağı və işi həll edəcəyini söz vermişdir. Bir müddətdən sonra X15 adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsini onlara vermiş və bundan sonra onlar həmin nömrə ilə əlaqə saxlamağa başlamışdılar. Əli Əliyev adlı şəxs də hər dəfə ya eyni bəhanəni gətirmiş, yadakı xaricdə olduğunu bildirib qayıdandan sonra söhbət edəcəklərini bildirmişdir. Beləcə vaxt uzanmışdır. Bu müddət ərzində atası Teymurla münasibəti saxlamışdır və demək oları ki, münasibəti yaxşı olmuşdur. Təxminən 2017-ci ilin oktyabr ayında atası bacısı Aygün üçün Bakı şəhər ətrafında torpaq sahəsi axtarmışdır ki, torpaq sahəsində ev tikdirsin. Bunu Teymur da bilmişdir və həmin ərəfədə Teymur Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 6 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin Köçəri adlı dostuna məxsus olduğunu, torpaq sahəsinin baha qiymətə olsa da dostundan onlar üçün torpaq sahəsini 10.000 manata ala biləcəyini bildirmişdir. Bundan sonra ilk dəfə Teymur onu aparıb torpaq sahəsini göstərmişdir. Həmin zaman torpaq sahəsi satan kimi özünü təqdim edən Köçəri də orada olmuş və orada Köçəri ilə Teymur razılaşdılar ki, Teymur həmin torpaq sahəsinə görə 5000 manat pul verəcək, 5000 manatın müqabilində isə konteyner verəcək. Sonrakı günlər də atası, qardaşı Ağabəy, bacısının qaynanası gedib həmin torpaq sahəsinə baxmışdılar və torpaq sahəsi xoşlarına gəldiyi üçün almaq qərarına gəlmişdilər. Bundan sonra 2017-ci ilin oktyabr ayında atası 10.000 manat pulu Teymura verməsi üçün ona vermiş və o da Teymurla əlaqə saxlayıb onunla yenə də «Xırdalan Dairəsi»nin Abşeron rayon hissəsinə düşən ərazisində görüşüb Teymura vermişdir. Danışığa görə Teymur torpaq sahəsinə dair sənədləri 3 ay müddətində hazırlayıb onlara verməliymiş. Lakin, 3 ay keçməsinə baxmayaraq Teymur onları inandıraraq guya sənədləşmə işini yaxın günlərdə həll edəcəyini vəd etmişdir. Həmin ərəfədə də, yəni 2018-ci ilin əvvəllərində DİN-nin Polis Akademiyasına müdavim kimi daxil olmaq istəmişdir. Atası Əfsərağa bu arzunun olmasını Teymura bildirdikdə sonuncu Təşəkkül adlı keçmiş polis əməkdaşı olan tanışı olduğunu, sonuncunun keçmiş DİN nazirinin əmisi nəvəsi olduğunu və həmin şəxsin onun işinin həll edilməsində köməklik edə biləcəyini bildirib Təşəkkül adlı şəxslə birlikdə görüşməyi təklif etmişdir. Onlar da etiraz etməmiş və buna görə də ilk dəfə 2018-ci ilin aprel ayında Teymurla birlikdə Qara Qarayevdəki «Sevinc» kinoteatrının yaxınlığında Təşəküllə görüşmüşdülər. Görüş zamanı Təşəkkül keçmiş polis əməkdaşı olduğunu, Akademiyanın rəisi Nazim müəllimlə dost olduğunu, Teymurun xətrinə onun işini Nazim müəllimlə görüşüb danışacağını bildirmişdir. Həmin görüş zamanı Təşəkkül konkret olaraq onun Akademiya işini hansı məbləğdə pula həll edəcəyini söyləməyib bunu Nazim müəllimlə danışandan sonra deyəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Bundan təxminən bir həftə sonra Teymurla birlikdə Nəsimi Bazarının yaxınlığındakı kabab evində Təşəküllə görüşmüş və həmin görüş zamanı sonuncu guya Nazim müəllimlə danışdığını və 25.000 manat pulun müqabilində onun işini həll edə biləcəyini bildirmişdir. O da deyilən məbləğə gücü çatmadığını bildirəndə Təşəkkül 15.000 manat pulu ilk olaraq verməyini, qalan 10.000 manat pulu da iki il ərzində ödəyə biləcəyini bildirmişdir. O da sonradan bu barədə atasına dedikdən sonra Təşəkkülün təklifi ilə razılaşmışdılar və 2018-ci ilin aprelin 24-də öz adına 10.200 manat kredit pul götürmüş və həmin pulu rayona atasına göndərmiş, bundan sonra atası həmin pulun üstünü əziyyətlə əkdiyi taxılı satıb düzəldib 15.000 manat pul eləmişdir. Aradan bir həftə keçəndən sonra Teymur onunla əlaqə saxlayıb Təşəkkülün pulu tələb etdiyini və təcili çatdırılmalı olduğunu bildirmişdir. O da atası ilə əlaqə saxlamış və atası ilk olaraq 6000 manat pulu Bakıya göndərmişdir. O da həmin pulu götürəndən sonra Teymurla əlaqə saxlayıb pulun hazır olduğunu bildirmişdir. Daha sonra Təşəkkülə əlaqə saxlayıb pulun hazır olduğunu bildirəndə Təşəkkül pulu Teymurla görüşüb ona verməyini və pulu Teymurdan götürəcəyini bildirmişdir. Bundan sonra Teymurun təklifinə əsasən, «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində sonuncu ilə görüşmüş və 6000 manat pulu Teymura vermişdir. Orada yenidən Təşəkküllə əlaqə saxlayıb pulu Teymura verdiyini bildirmişdir. Bundan iki gün sonra Teymur onunla əlaqə saxlamış və mandatdan keçməyi üçün Təşəkkülün 5000 manat pul istədiyini bildirib təcili həmin pulu çatdırmalı olduğunu istəmişdir. Bundan sonra atası ona əlavə 5000 manat pul göndərmiş və o yenə, eyni qaydada Teymurla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşmüş və 5000 manat pulu Teymura vermişdir. Aradan bir neçə gün keçəndən sonra Təşəkkül yenidən Teymur onunla əlaqə saxlayıb mandatdan keçməyi üçün Təşəkkülün 4000 manat pul istədiyini bildirib təcili həmin pulu çatdırılmalı olduğunu istəmişdir. Bundan sonra atası ona əlavə 4000 manat pul göndərmiş və yenə eyni qaydada Teymurla «Xırdalan Dairəsi»nin Abşeron rayon ərazisinə düşən hissəsində görüşmüş və 4000 manat pulu Teymura vermişdir.Beləcə onlar həm bacısı Aygünün iş yerinin dəyişdirilməsi işinin həlli üçün 6000 manat, torpaq sahəsinin alınması üçün 10.000 manat və onun Akademiyaya qəbul edilməsi üçün 15.000 manat olmaqla Teymura ümumilikdə 31.000 manat pul vermişdilər. Bundan sonra həm bacısının işi ilə əlaqədar olaraq Teymur və xalası oğlu kimi təqdim etdiyi Əli Əliyevlə, onun Akademiya işi ilə əlaqədar isə həm Teymur, həm də Təşəkküllə əlaqə saxlamışdır, Teymur və Təşəkkül hər iki işin yaxın günlərdə həll olunacağını bildirmişdilər. Hətda bir neçə dəfə Təşəkküllə görüşəndə onu təbrik edir və onun guya mandatdan keçdiyini bildirmişdir. Lakin, aradan bir müddət keçəndən sonra bacısın köçürülmə işinin həll olunmadığını görüb atası Əli adlı şəxslə əlaqə yaradaraq pulu qaytarmasını tələb etmiş, Əli adlı şəxs də həftənin ikinci günü pulu Teymura qaytaracağını bildirmişdir. Lakin, bundan bir həftə keçəndən sonra onlar Əli adlı şəxslə əlaqə yaradıb pulunu geri tələb edəndə həmin şəxs Teymur adlı şəxsi tanımadığını, Teymur adlı şəxsdən pul almadığını, hara istəyirsək şikayət edib Teymuru tutdura biləcəklərini bildirmişdir. Elə həmin ərəfədə onlara məlum olmuşdur ki, Teymurun onlara Ramana qəsəbəsində dostuna məxsus olduğunu bildirib satdığı torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisinə düşür və həmin torpaq sahəsində hər hansı bir tikintinin həyata keçirilməsi qeyri mümkündür. Elə həmin ərəfədə onun Polis Akademiya işinin həll olunmadığını görüb onlar Təşəküllə əlaqə saxlayıb, sıxışdıranda Təşəkkül onu tək Xətai Parkına görüşə dəvət etmişdir. O da razılaşmış və dediyi yerdə Təşəküllə görüşəndə sonuncu Teymurun işinin həll edilməsi üçün ondan aldığı 15.000 manat puldan ona hər hansı bir məbləğ vermədiyini buna görə də işinin düzəlmədiyini bildirmişdir. Bundan sonra onlar Teymur tərəfindən aladadıldığını görüb Teymurdan həm bacısının köçürülmə işinə görə aldığı 6000 manat, torpaq sahəsinə görə aldığı 10.000 manat və Akademiyaya qəbula görə aldığı 15.000 manat pul tələb etməyə başlamışdılar. Teymur da guya 6000 manat pulu Əlinin şoferinin vasitəsi ilə Əliyə göndərdiyini, lakin geri ala bilmədiyini, torpaq sahəsi üçün aldığı 10.000 manat pulu torpaq sahəsinin sahibi Köçəriyə verdiyini və həmin pulu alıb qaytaracağını, Akademiya üçün aldığı 15.000 manat pulu isə hansısa polkovnik rütbəli şəxsə verdiyini bildirməyə başlamışdır. Aradan bir müddət keçəndən sonra Teymur torpaq sahəsinə görə aldığı 10.000 manat puldan 4000 manat bir, sonuncu dəfə isə 19 sentyabr 2019-cu il tarixdə 1500 manat pul qaytarmış, lakin aldığı digər pulları qaytarmamış və o gündən sonra qaçıb gizlənərək qalan pulları qaytarmaqdan boyun qaçırmışdır. Onu da qeyd etmişdir ki, həttda onlar torpaq sahəsinin sahibi Köçəri adlı şəxslə görüşəndə Köçəri Teymurun ona heç bir pul vermədiyini də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs heç bir zaman tanımamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Təxminən 2018-ci ilin avqust ayının əvvəllərində Neftçilərdə yerləşən çayxanaların birində Teymurla görüşəndə Teymur ona Əfsərağa adlı Neftçala rayonundan olan bir nəfərin qızının Neftçala rayonundakı orta məktəblərin birindən Bakı şəhərindəki məktəblərin birinə köçürülməsi istədiyini, bunun üçün 3000 manat pul verdiklərini bildirib bu işinin həll edilməsini xahiş etmişdir və işi həll edəcəyi halda əlavə olaraq 1000 manat hörmət edəcəyini söz vermişdir. Əvvəllər Təhsil Nazirliyində təmir-tikinti işləri ilə məşğul olduğundan oradakı bəzi şəxslərlə əlaqələri olmuş və Teymur bunu bildiyi üçün bu işlə bağlı məhz ona müraciət etmişdi. Mən də Teymura konkret bir söz deməyib maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Təhsil Nazirliyində tanışları olan tələbə yoldaşının həmyerlisi X7 müraciət edib, bir nəfər şəxsin qızının Bakı şəhərindəki məktəblərin birinə köçürülməsi işini həll edilməsinə hansı köməkliyi edə biləcəyi ilə maraqlanıb bu işin həll edilməsi üçün 3000 manat pul veriləcəyini, həmin pulun 1600 manatını Oktaya verə biləcəyini, qalan 1400 manatın özünə götürəcəyini, işi həll edəcəyi təqdirdə, əlavə olaraq 1000 manat verəcəyini bildirmişdir. Oktay da ona bunun problem olmadığını bildirmişdir. O da Xırdalan dairəsində Teymurla görüşmüş və həmin görüşdə Teymur ona 2000 manat pul vermişdir. Bunun üzərindən təxminən 10 gün keçəndən sonra Teymurla Neftçilərdə görüşmüş və bu zaman Teymur ona əlavə olaraq 1000 manat pul vermişdir. O da aldığı ümumilikdə 3000 manat puldan 1600 manatını «M.Əcəmi» metro stansiyasının yaxınlığında Oktayla görüşüb vermişdir. Bundan sonra Oktay bu gün-sabah deyərək işin həll olunacağını vəd etməyə başlamışdır. Təxminən 2018-ci ilin sentyabrın 15-də, yəni, yeni tədris ili başlayanda Oktay bu dəfə Əfsərağa adlı şəxsin qızının köçürülmə ilə bağlı ümumiyyətlə imtahana girmədiyini və buna görə də işin həll olunmasının mümkün olmadığını bildirmişdir. Dəfələrlə Oktaydan pulun qaytarılmasını tələb edilməsinə baxmayaraq Oktay bundan yayınmış və bundan sonra Teymur ilk olaraq Oktaydan Abşeron Rayon Polis İdarəsinə şikayət etmiş, orada araşdırma zamanı Oktayı tapa bilməmişdilər. Daha sonra Oktay hissə-hissə olaraq Teymura 1600 manatını qaytarmışdır. Lakin, həmin vaxtlar onun maddi imkanı olmadığından o, özünə götürdüyü 1400 manat pulu qaytara bilməmişdir. Bir müddətdən sonra, yəni, 2019-cu ilin fevral ayında Teymur ondan Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə şikayət etmişdir. Orada araşdırma aparılandan sonra o, hissə-hissə olaraq Teymura 2000 manat, yəni aldığından 400 manat artıq pul artıq ödəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında 29 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan gizlənməsi ilə əlaqədar olaraq barəsində axtarış elan olunmaqla cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 270908 nömrəli axtarış işindən görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 18 oktyabr 2021-ci il tarixdə saat 22:30-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılmış və 19 oktyabr 2021-ci il tarixdə, saat 11:20-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilmişdir. Cinayət işinin icraatının təzələnməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan gizlənməsi ilə əlaqədar olaraq barəsində axtarış elan olunmaqla cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təqdim olunmuş, həmin tarixdə də cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunmaqla cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1n Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 03 may 2017-ci il tarixli hökmü ilə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cəriməni tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs2 törədilən cinayət əməlində özlərini təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadə verməklə onlar, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi digər Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxs və şahidin ifadələrinin, mütəxəssis rəyinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 dəymiş ziyandan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 1-ci Qarabağ müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həsbdə saxlanıldığı 01 gün olmaqla cəmi 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştrək qaydada 25667 manat və 167 manat dövlət rüsumunun pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, dəymiş ziyandan 6000 manat ödənildiyindən, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 25000 manat və 167 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həsbdə saxlanıldığı 01 gün olmaqla cəmi 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 25000 manat və 167 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-176/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-176/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver