Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-177/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində yaşamış, barəsində Abşeron rayon məhkəməsinin 02.30.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, 22.03.2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Cavid adlı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21.10.2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Hökməli-Qobu yolunda yerləşən Şirxan kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs Cavid adlı şəxsin idarə etdiyi ağ rəngli Mercedes Benz 190 markalı avtomobili göstərib həmin avtomobili ona 3500 manata satacağına vəd verib Zərərçəkmiş şəxs üzərində 1500 manat pulunun olduğunu bildikdə, ilkin ödəniş kimi 1500 manatı verməyi, qalan məbləği isə hər ay hissə-hissə alacağına razılaşdıqdan sonra, həmin yerdə Zərərçəkmiş şəxs 1500 manat pulu alıb güya avtomobilə dair etibarnamə Cavid adlı şəxsin anasının adından veriləcəyini və Cavidin anasını notariat kontora gətirəcəyi ilə aldadıb Cavidlə birlikdə oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs dələduzluq yolu ilə əldə etdikləri pulu yarı bölərək 750 manat pulu özünə götürərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 1500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkaran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmağına baxmayaraq Saatlı rayonu, Qaranur kəndində kirayə yaşayır. Təxminən 2019-cu il yay aylarında Biləsuvar rayonunda İmaməddin adlı taksi sürücüsü ilə tanış olmuş, onunla münasibəti yaranmı, bir-birləri ilə telefon nömrələrini dəyişmişlər, həmin vaxt o, Zərərçəkmiş şəxs kreditlə avtomobil düzəldə biləcəyini bildirmişdir. Bir müddət keçəndən sonra İmaməddin ona zəng vurub demiş ki, kreditlə avtomobil almaq istəyir, o, da sonuncuya demiş ki, öyrənib deyəcəkdir. Həmin ərəfədə tanışı Cavid özünə məxsus ağ rəngli Mercedes Benz 190 markalı avtomobili kreditlə 4000 manata satdığını demiş, ilkin ödəniş kimi də 1600 manat pul tələb olunduğunu bildirmişdir. Bundan sonra o, İmaməddinə zəng vurub tanışı Cavid adlı şəxs Mercedes Benz 190 markalı avtomobili kreditlə 4000 manata satdığını, ilkin ödəniş kimi də 1600 manat pul istədiyini, qalan məbləğidə hissə-hissə ödəyə biləcəyini demiş, İmaməddin də ona telefonda bildirmişdir ki, həmin avtomobili almaq istəyir və Bakı şəhərinə gələcəyini demişdir. Bir neçə saat sonra İmaməddin ona zəng vurub demiş ki, Bakı şəhərinə gəlir və o, sonuncunu Sulutəpə dairəsi adlanan yerdə qarşılayıb Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kafelərin birinə aparmışdır. O, İmaməddinlə orada əyləşən zaman o, tanışı Cavidə zəng vurmuş, bir neçə dəqiqə sonra Cavid idarə etdiyi Mercedes Benz 190 markalı avtomobillə adını bilmədiyim tanışı ilə oraya gəlmişdir. Onlar bir yerdə əyləşən zaman o, Cavidi avtomobilin sahibi kimi təqdim etmişdir. Cavid həmin vaxt İmaməddinə demiş ki, avtomobili kreditlə 4000 manata satır, ilkin ödəniş kimi 1600 manat pul istəyir, hər ayda 250 manat ödəniş ödəməli olduğunu bildirmişdir. Bundan sonra onlar avtomobilə baxmağa getmişlər, avtomobil İmaməddin xoşuna gəlmiş və avtomobili almağa razılaşmış və onlar kafeyə qayıtmışlar. Kafedə kabinetdə əyləşən zaman İmaməddin avtomobilə ilkin ödəniş kimi 1500 manat pul verəcəyini və hər ayda 150 manat ödəyə biləcəyini bildirmiş və Cavid onunla razılaşmış, bundan sonra İmaməddin ona 1500 manat pul vermişdir. O, pulu alandan sonra cibinə qoymuş, Cavid isə İmaməddinə demiş ki, o, Biləcəri qəsəbəsində yerləşən notariat kontoruna getsin, Cavidin idarə etdiyi avtomobil anasının adına olduğu üçün Cavid anasını evdən götürüb notariat kontoruna gələcəyini bildirmişdir. İmaməddin gedəndən sonra o, Cavidin idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobildə Cavidin adını bilmədiyi tanışıda olmuş, o, Cavidə 1500 manat pul vermiş, Caviddə pulun yarısını yəni 750 manat pulu ona verib demiş ki, sən ged narahat olma mən İmaməddinə avtomobili verəcəm. Təxminən 2 saat keçəndən sonra İmaməddin ona zəng vurub demiş ki, Cavid notariat kontoruna getməyim və ondan pulunu tələb etmiş, o, da İmaməddinə demiş ki, bir həftəyə İmaməddinin pulunu verəcəkdir. Bundan sonra Cavidin istifadəsində olan mobil telefona zəng vurmuş, lakin sonuncuya zəng çatmamışdır. O, İmaməddinin pulunu düzəldə bilmədiyi üçün bu gunə kimi onun pulunu qaytarmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə ay əvvəl özünə məxsus VAZ 2106 markalı avtomobillə yaşadığı rayonda taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu il yay aylarında iki nəfər şəxs Biləsuvar rayonuna getmək istədiklərini bildirmişlər, o, da həmin şəxsləri sərnişin kimi aparmağa razılaşmışdır. Biləsuvara sərnişinləri aparanda yolda biri ilə münasibəti yaranmış, həmin şəxs özünü Mais kimi təqdim etmiş, o, öz telefon nömrəsini verib demiş ki, əgər kreditə avtomobil lazım olsa ona müraciət edsin. Arada bir o, Maislə telefon əlaqəsi yaradıb hansı markalı avtomobillərin olduğunu soruşmuş, təxminən 2019-cu ilin oktyabr ayının ortalarında özünə məxsus VAZ 2106 markalı avtomobili 2600 manata satmışdır. Bundan sonra Maisə zəng vurub kreditə avtomobil lazım olduğunu bildirmiş, sonuncu ona nə qədər pul verə biləcəyini soruşmuş, o, da Maisa 2000- 2200 manat civarında avtomobil lazım olduğunu bildirmişdir. Maisda ona demiş ki, Opel və Mercedes markalı avtomobillər var əgər almaq istəyirsə gedib Bakı şəhərində baxsın. 21.10.2019-cu il tarixdə o, Maisə zəng vurub onunla Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində görüşmüş və onlar taksi avtomobilinə əyləşib tanımadığı ünvana getmişlər, orada Opel markalı avtomobilə baxmışlar, həmin vaxt avtomobilin sahibi orada olmadığı üçün Mais təklif etmiş ki, tanışı Cavid adlı şəxsin avtomobilinə baxsınlar. Bundan sonra Cavidin istifadəsində olan telefona Mais zəng vurub avtomobilinə alıcı olduğunu bildirmiş və Hökməli kəndində görüşmək istədiyini demişdir. Bundan sonra Cavid adlı şəxs Hökməli qəsəbəsinə idarə etdiyi ağ rəngli Mercedes Benz 190 markalı avtomobillə gəldmiş və o, Mais Cavidin avtomobilinə əyləşmişlər, Caviddə avtomobili Qobu qəsəbəsində yerləşən Şirxan kafesinə sürmüşdür. Onlar avtomobildən düşüb kafedə kabinetlərin birində oturub çay sifariş vermişlər. Həmin vaxt Mais Caviddən avtomobili hansı məbləğə satdığını soruşmuş, Caviddə onun yanında avtomobili 3200 manata satdığını bildirmiş, ilkin ödəniş kimi 1300 manat, hər ay isə 200 manat ödəməli olduğunu bildimişdir. Bir az söhbətdən sonra Maislə Cavid kabinetdən çölə çıxıb xeyli söhbət etdikdən sonra geri qayıtmışlar, sonra Mais ona demiş ki, çıxaq çölə söhbət edək, kafenin həyətində Mais ona demiş ki, avtomobilin pulunu ver danışmışam gedirik notariusa avtomobili sənədləşdirməyə, o, da sonuncuya 1300 manat pul və şəxsiyyət vəsiqəsini vermiş, bundan sonra kabinetə getmiş, oradanda o, Maislə Cavidin avtomobilinə əyləşmiş, Cavid yolda gedərkən demiş ki, avtomobilin sənədləri anasının adınadır, gedib anasını evdən götürüb gələcəkdir, o, bundan sonra 200 manat pulu da avtomobildə Maisə vermiş, bundan sonra Mais ona demiş ki, sən 1 manatlıq taksiyə min ged bizi avtovaqzalın yaxınlığında notariusda gözlə Cavidin anasını götürüb gəlirik. O, Maisin sözlərinə qulaq asıb avtomobildən düşüb yol maşını ilə avtovaqzalın yaxınlığında yerləşən notariusa getmiş, orada onları bir neçə saat gözləmiş, lakin heç kim gəlməmiş, buna görə də Maisə zəng vurmuş sonucudan harada olmasını soruşmuş, Maisdə ona demiş ki, gəlirik gözlə, lakin sonradan telefonu sönmüşdür. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, buna görə də ona dəymiş maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sonuncu barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində X2 ifadəsindən görünür ki, X3 onu əridir, sonuncu hazırda heç bir yerdə işləmir, əvəllər isə Biləsuvar rayonunda idarə etdiyi özünə məxsus «VAZ 2106» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin yay aylarında əri işdən evə gələndən sonra ona demiş ki, bir nəfər Mais adlı şəxslə tanış olub, həmin şəxs ona kreditə avtomobil almaq lazım olsa köməklik edəcəyini bildirib, İmaməddində Maisin telefon nömrəsini götürmüşdür. Həmin vaxtdan sonra İmaməddin mütamadi olaraq Mais adlı şəxslə telefon əlaqəsi yaradıb haləhval tutmuşdur. 2019-cu ilin oktyabr ayının ortalarında İmaməddin özünə məxsus avtomobili dəyişib digər avtomobil almaq qərarına gəlmiş və idarə etdiyi «VAZ 2106» markalı avtomobili 2600 manata satdıqdan sonra tanışı Mais adlı şəxslə telefonla danışıb 2000-2200 manat civarında avtomobil almağa görə 21.10.2019-cu il tarixdə Maisla görüşmək üçün Bakı şəhərinə getmişdir. Həmin gün saat təxminən 15 radələrində İmaməddin ona zəng vuraraq bildirmiş ki, Mais adlı şəxs ona Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən Şirxan adlı kafenin qarşısında Cavid adlı şəxsə məxsus Mercedes Benz 190 markalı avtomobili göstərib 1500 manat pul alıb etibarnamə verəcəklərinə dair yalandan söz versələrdə, dələduzluq edərək İmaməddinin pulunu ələ keçiriblər. Bu günə kimi Mais və Cavid adlı şəxslər onların pullarını nə də avtomobillərini onlara verməmişlər. Onun ailəsinin bizim yeganə dolanışığı ərinin taksi fəaliyyəti ilə əldə etdiyi qazanc olmuş, hazırda İmaməddinin avtomobili olmadığı üçün heç bir yerdə işləmədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.06.2020-ci il təvəllüdlü Nəzərli Məhəmmədəli və 16.11.2018-ci il təvəllüdlü Nəzərli Səma adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.11.2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxs oğlunun məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yəni Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 01.08.2020-ci il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, onun barəsində tərəfimdən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. 01.08.2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 03.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və 04.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, 05.11.2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmiş və 05.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş və həmin tarixdə Abşeron rayon məhkəməsi tərəfindən barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron rayon məhkəməsinin 02.03.2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındıına görə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, həbsdə axtarış verilməklə icraat dayandrılmış, 22.03.2021-ci il tarixdə isə tutularaq Abşeron RPİ MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tam sübuta yetirilir. Nəzərli Mais Dadaşbala oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Nəzərli Mais Dadaşbala oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Nəzərli Mais Dadaşbala oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Nəzərli Mais Dadaşbala oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Nəzərli Mais Dadaşbala oğlunun hal-hazıradək 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 09 (doqquz) ay 26 (iyirimi altı) gün ona təyin ediləcək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Vurulmuş 1500 (bir min beş yüz) manat maddi ziyanın tələbi üçün mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbir seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Vurulmuş 1500 (bir min beş yüz) manat maddi ziyanın tələbi üçün mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin. Təqsirləndirilən şəxs Nəzərli Mais Dadaşbala oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-177/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-177/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver