Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-177/2022 28.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1989-cu il, Sumqayıt şəhərində anadan olmuş, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğu olan, Bakı şəhəri, Nərimanov rayonu,Ülvü Bünyadzadə küçəsi, ev 5/29, mənzil 2-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsi, “Qurtuluş”-93 yaşayış kompleksi, bina 168, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.12.2021-ci il tarixdə saat 00:20 radələrində ünvan 1 ünvanında yaşayan xalası oğlu Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı yumruq təpiklə onu vurub dərəcəsinə görə ümumilikdə саьламлыьın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül зяряр вурмайа aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xalası oğlu Zərərçəkmiş şəxs ilə bir müddət olar ki, aralarında olan mülk mübahisəsi səbəbindən münasibətləri normal olmamışdır. 11.12.2021-ci il tarixdə qohumları Vəli adlı şəxs onu və Elməddini həmin toy məclisinə dəvət etmiş və o həyat yoldaşı Cəfərova Aysel ilə birlikdə “Aqat” şadlıq sarayında yerləşən məclisə daxil olan zaman Elməddinin və qardaşı Niyaməddinin qohumlara ayrılmış stolda oturduqlarını görmüşdür. Onlar həmin stolda əyləşən zaman Elməddin ona söz atmaq məqsədi ilə ucadan söyüş söyməyə başladıqda ona yenə iradını bildirmiş, Elməddin isə düz etdiyini deyib onun və həyat yoldaşı Ayselin ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış o, Elməddinə düz hərəkət etmədiyini bildirdikdə Elməddinin dava etmək məqsədi ilə onu bayıra dəvət etmiş, lakin o, arvadı Ayselin yanında olduğuna və qohum toyu olduğu üçün onunla başqa vaxt söhbət edəcəyini bildirib qohumlarının təkidi ilə Aysel ilə başqa stola keçmişdir. Bir az sonra o, əsəbi olduğu üçün evə gəlmiş və Elməddinin onun arxasınca danışdığınıa görə Elməddinin qardaşı Niyaməddinə zəng vurub iradını bildirmişdir. Niyaməddin həmin vaxt yaşadıqları evə çatdıqlarını bildirdikdə o, həmin zaman evdən çıxıb onların yaşadığı binaya tərəf getmiş, Elməddinin maşından düşdüyünü və qardaşı Niyaməddinin isə maşını sürüb oradan uzaqlaşdığını görmüşdür. O, Elməddinə yaxınlaşaraq şadlıq sarayında söyüş söyməyini ona irad bildirərkən Elməddin içkili olduğu üçün ona düz etdiyini deyib yenədə onu söyərkən onlar bir müddət dartışdıqdan sonra Elməddin onun üzərinə gəldiyi üçün onun yaxasından tutub kənara itələyən zaman Elməddin yerə yıxılmış və özüdə onun üstünə yıxılmışdır. O, yerindən durub oradan uzaqlaşmış və sonradan Elməddinin isə dava barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdiyini eşitmişdir. Baş vermiş, mübahisə təxminən beş dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun xalası oğlu olduğunu, onunla əvvəlcədən münasibətlərinin normal olmadığını və hal-hazırda Anar ilə küsülü olduğunu bildirmişdir. 11.12.2021-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs ilə Bakıxanov qəsəbəsində yerləşən “Aqat” şadlıq sarayında qohumlarının təşkil etdiyi toyda iştirak edən zaman Anar onun deyibgülməyinə narazılıq edərək ona iradını bildirib onunla başqa vaxt söhbət edə bilcəyinı deyərək yan masaya keçmişdir. Bundan sonra həmin günü saat 23 radələrində toydan çıxıb yaşadığı evə gəlmiş və yaşadığı binanın blokuna çatan zaman xalası oğlu Anar onu arxadan səsləyərək onunla söhbət etmək istədiyini bildirmiş, o, Anara yaxınlaşan zaman Anar onu avtomobilə əyləşməyi təklif etmiş, lakin o, Anarla razılaşmayaraq avtomobilə minməmiş, Anarla birlikdə söhbət edə-edə Zəngilan şəhərciyindən çıxaraq Abşeron rayon ərazisində yerləşən 525 saylı avtobusun dayanacağına tərəf getmiş, xalası oğlu Təqsirləndirilən şəxs ondan bir neçə addım geri qalaraq qəflətən onun boynunun sağ tərəfinə bir dəfə yumruqla zərbə vurub onun boynuna atılaraq onu yerə yıxmış, yerə yıxıldıqdan sonra ayağı ilə onun sifətinin müxtəlif nahiyyələrindən təxminən dörd dəfə zərbə endirmiş, həmin vaxt təxminən üç dəqiqə huşsuz vəziyyətdə yerdə qalmışdır. Bundan sonra o, ayağa qalxan zaman Anarın həmin yerdən qaçaraq uzaqlaşdığını görmüşdür. Mübahisə zamanı o Anara qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, ona vurub xəsarət yetirməmiş, aralarında baş vermiş mübahisənin, təxminən 5-10 dəqiqiqə davam etdiyini, hadisə yerində kənar şəxslərin olmadığını bildirmişdir. Əlavə olaraq həmin dava zamanı cibində olan 290 manat pulun orada cibindən düşərək itdiyini bildirmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli özünün etirafından başqa, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, eləcə də məhkəmə tibbi ekspertiza rəyi ilə tam təsdiqini tapmışdır. İş materiallında olan mящкямя-tибби eкспертизасынын 17.12.2021-ъи ил тарихли 3001 нюмряли rəyindən эюрцнцр ки, 1984-ъü ил тявяллцдлц Zərərçəkmiş şəxs мящкямятибби мцайиняси заманы bədəni üzərində ашкар olunmuş xəсарятlər – başın alın və sağ gicgah nahiyyələrinin dərialtı hematomaları, üzün sağ yanaq nahiyyəsinin, almacıq və çənə oynağı nahiyyələrinin, alt çənə nahiyyəsinin şişkinlikli qançırları, sol əlin 5 barmağının əziyi, qançırı küt яшйа (əşyaların) тясириндян тюрянмишдир, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni 12.12.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə саьламлыьın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül зяряр вурмайа aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən əl və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, onlıarın Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bər küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsi özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallında olan 37 saylı MKİS-in rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Abşeron rayon Masazır qəsəbəsi, Ü.Bünyadzadə küçəsi 5/23 küçəsi, ev 2 mənzilində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşamaqla yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraa işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tədqiqat zamanı20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs tədqiqat zamanı20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabı ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-177/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-177/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver