Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-177/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X4 iştirakı ilə xx.xx.1980-cü il tarixdə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, əvvəllər məhkum olmamış, ali təhsilli, evli, işləməyən, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır kənd ərazisndə Zərərçəkmiş şəxs adına ********** nömrəsi ilə daşınmaz əmlakın Dövlət Reystr xidmətində qeydiyyata alınmış torpaq sahəsində tikilmiş evin mətbəxt hisəsində aralarında həmin evlə əlaqədar yaranmış mübahisə zamanı stolun üzərində olan mətbəxt bıçağını götürərək Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə vurmaqla, onun sol mil-bilək oynağının iç səthinin iki ədəd kəsilmiş yarası xəsarəti yetirərək, sonuncunun sağlamlığın qisa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Ayaz qardaşıdır əvvəllər münasibətləri normal olmuş, lakin son vaxtlar münasibətləri pozulmuşdur. Göyçay rayonunda ata evləri olduğu, ata evində anası ilə birlikdə qardaşı Ayaz yaşadığını, lakin Ayaz isə hazırda Göyçay rayonunda kirayədə yaşadığını göstərmişdir. Abşeron rayonu, Masazır kəndində Ayazın adına torpaq sahəsini anası almış və anası həmin torpaq sahəsində iki ədəd fərdi ev tikdiriyini bildirmişdir. Göyçay rayonunda yaşasada orada iş olmadığı üçün işləmək məqəsədi ilə Bakı şəhərinə gəldiyini Bakı şəhərində yaşayış evi olmadığı üçün anasına məxsus Masazır kəndində olan mənzilə gəlib orada yaşamağa başladığını göstərmişdir. Orada əvəllər bacısı oğlu Arif yaşadığını, məktəbə gedib-gəlmək üçün çətinlik çəkdiyindən o, evdən çıxdığını və məktəbin yaxınlığında kirayə ev tutduğunu bildirmişdir. Həyətdə olan digər evidə qardaşı Ayaz digər bir şəxsə kirayə verdiyini bildirmişdir. Anası onu Göyçay rayonunda olan evdən qeydiyyatdan çıxartmaq isdəsə də o, evdən qeydiyyatdan çıxmadığını, eyni zamanda Masazır kəndində anasının tikdirdiyi evdəndə onları çıxartmaq isdədiyini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində arvadı Xəyalə və az yaşlı övladı ilə birlikdə Göyçay rayonundan Abşeron rayonu Masazır kəndində anasının tikdirdiyi evə gəldiyini və həmin gün qardaşı Ayazda Abşeron rayonuna gəlmişdir. Masazır kəndindəki, evin həyətinə gəldikdə Ayazın avtomobili həyət qapısının qarşısında saxladığını gördüyündən avtomobildən enib Ayaz həyətdə kirayədə yaşayan şəxslə və oğlu Məhəmməd ilə birlikdə oturub söhbət etdiyini gördüyünüdən onlarla salamlaşıb, maşını Məhəmməd kənara çək mən maşını həyətə salım ki, avtomobilin yük yerində olan yükü boşaldım dedikdə, həmin vaxt Ayaz cavab verərək “ev mənim maşın mənim çəkmirəm”. Həyətə keçib mənzilin qapısını açdığını, yoldaşı və uşaqları evə girdiyini bildirmişdir. Həmin vaxt yaşca böyük olan övladına Sən paltarını dəyiş qaç məktəbə, dediyindən əşyaların bir hissəsini avtomobilin yük yerindən boşaldaraq mənzilə daşıdığını, həmin vaxt Ayaz gəlib mənzilə girdiyini və “3 günə evi boşaldın mən Bakıda ayı 1700 manta iş danışmışam özüm gəlib qalacam” dedikdə, gəlirsən gəldə, gəlin bir yerdə yaşayaq deyə cavab verdiyini bildirmişdir. O, siqaret çəkməyə başladığını, sonra saç fenini götürüb aparıb avtomobilinə qoyduqda ona iradını bildirərək feni niyə apardığını soruşduqda o, “mənimdi aparıram” deyə cavab verdiyini və feni avtomobilin yük yerinə qoyunb bağladığını bildirmişdir. Sonra qaz pilətəsini söküb əyirərkən ona mane olmak isdədikdə əlbəyaxa olduqlarını və onun köynəyin yaxasından tutub dartdığından onun köynəyinin yaxa hissəsi azca cırıldığını və “mənə bu lazım idi” dediyini göstərmişdir. Sonra Ayaz çölə çıxıb kiməsə zəng edərək, “bunlar evdən çıxmır mən nə edim” deməklə o, yenə evə girərək qapını bağladığını bildirmişdir. Həmin vaxt həyat yoldaşı evə girmək üçün məcbur olub digər ev tərəfdən pəncərənin şüşəsini sıxdığını və şüşə yerindən çıxdığından o, həmin yerdən mənzilə girib sonrada evin qapısını acdığından mənzilə daxil olduğunu bildirmişdir. Həmin vaxt digər otağa keçərək, səs-küy eşitdiyini həmin vaxt Məhəmməd “əmi qoyma” dedikdə irəli gedərək Ayazın sol qolundan qan töküldüyünü və bıçaq yerdə olduğunu göstərmişdir. Ayaz bıçağı yerdən götürmək isdədikdə ona mane olduqlarını və həmin vaxt bıçaq yerdə qaldığını və oğlu Məhəmməd ona dəsmal verərək qolunu bağladığını bildirmişdir. Həmin vaxt bıçaq yerdə qaldığı və o, özü evdən kənara çıxdığını və onun oğlu dəsmalı gətirib ona verdiyindən o qolunu sarıdığını göstərmişdir. Həmin ərəfədə polis əməkdaşları ora gəldiyini və Ayaz qolunu göstərərək “ baxın qardaşım məni bıçaqlayıb yoldaşı isə şüşəni qırıb girib evimə” dedikdə, polisdərə pəncərəni və evin içində olan qanı göstərib dedi kİ, “bax məni burda bıçaqlayıb qardaşım” həmin vaxt Polislərdə kiməsə zəng etdiyini və Ayaz “maşınını çək mənim maşınımın qabağından mən xəsdaxanaya gedirəm”, dedikdə çəkmirəm deyə ona cavab verdiyini göstərmişdir. Polislər “qanı axır öləcək axır” dedikdə onlara nə fərqi var ölüm işin araşdırarsız? o, özü-özünü vurub dediyini göstərmişdir. Polislər Ayaza onda taksi çağır taksiynən get dedikdə Ayaz , “mənim pulum var ki, taksiyə verim” dedikdə Polislər “çağır mən verəcəm pulu” dediyini və Həmin vaxt Ayaz oraya Vüqar adlı usdanı gətizdirdiyini və onu görən kimi əsəbləşdiyini bildirmişdir. Əvvələrdə o, evi satmaq üçün ora müştəri gətirdiyindən münasibətlər korlandığını bildrmişdir. Vüqarla aralarında mübahisə edərək onun üzərinə getdikdə polislər mane olmaqla, polis əməkdaşları qoluna girib, qolunu burub avtomobilə otuzdurduğunu, həmin vaxt polis əməkdaşları qoluna girib qolunu burub saxlamaq isdədikdə polislər əlindən dartınıb çıxıb kənara qaçdığından polis əməkdaşları arxasınca qaçdığını bildrmişdir. Təxminən 70-80 metr qaçandan sonra büdrəyib yerə yıxıldığından polis əməkdaşalrı tərəfindən tutularaq qoluna qandal vurmağa çalışarkən, yoldaşına mane ol qoyma qoluma qandal vursunlar deyə qışqırmışdır. Eyni zamnda bir əlini polisin ayağının arasından digər qolunu isə yoldaşının ayağının arasına salaraq, polislər qoluna qandal vurmasına mane olmağa çalışmaqla təxminən 4-5 dəqiqə dartışma olduğunu bildirmişdir. Polislər “bizimlə polisə gəlməlisiz” dedikdə buraxın özüm gedirəm, dedikdə orada olan polis leytenantı polislərə “buraxın özü gəlsin” dedikdə buraxıldığından polis leytenantının yanına gəldiyini bildirmişdir. Yenidən polislər yaxınlaşıb qoluna qandal vurmaq isdəsələrdə yenə etrazını bildirdiyini göstərmişdir. Lakin polislər təkid göstərərək qoluna qandal vurmaq isdədikdə arvadı Xəyalə polislərə “zorakılıq etməyin” dedikdə leytenatda “zorakılıq etmirik” deyə cavab verdiyini göstərmişdir. Polislər ikinci polis maşını çagrdıqdan sonra, aradan təxminən 10 dəqiqə keçəndən sonra yeni polis maşını gəldiyi və polislərə dəyməyin mən özüm gedirəm dedikdə polislər buraxmış və özü polis avtomobilinə oturaraq Abşeron Rayon polis idarəsinə gəldiklərini və idarədə izahatını aldıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır və münasibətləri normal olmuş, lakin son 5 ay ərzində isə münasibətləri pisləşmişdir. Abşeron rayonun Masazır kəndində torpaq sahəsi olduğu, həmin torpaq sahəsində 2012-ci ildə bir ev 2014-cü ildə isə ikinci evi tikmişdir. Özü isə Göyçay rayonunda yaşadığını və bacısı oğlu Quliyev Arif ali məktəbə qəbul olduğu üçün 2021 -ci ildə qalmağa yeri olmadığından Masazır kəndində olan evin birini ona müvəqqəti qalmaq üçün bir dayı kimi vermişdir. Qardaşı Gündüz taksi fəaliyyəti ilə məşqul olmaq üçün Bakı şəhərinə gəldiyini və qalmağa yeri olmadığı üçün o, da gəlib bacısi oğlu ilə birlikdə Masazır kəndində olan evində qalmağa başlamılş, aradan təxminən iki gün keçəndən sonra Gündüzün bacısı oğlunu evdən çıxartdığını eşitdiyini bildirmişdir. Gündüzə zəng edib niyə bacı oğlunu evdən çıxartmısını soruşduqda, “mən işdən yorğun gəlirəm bu kompyuternən oynayır səs-küy salır mən narahat oluram, ona görədə onu evdən çıxartmışam” deyə cavab verdiyini bildirmişdir. Sonradan Gündüz arvadınında gətirək həmin evdə qalmağa başaladıqlarını göstərmişdir. Ona mən özüm Bakı şəhərində iş danışmışam özümdə Bakı şəhərinə gələcəyəm deməklə xəbərdar etdiyini bildirmişdir. Eyni zamnda onlardan başqa həmin həyətdə olan başqa evinidə kirayə verdiyini və həmin kirayədə yaşayan adamlarla yola getmədikləri üçün kirayədə yaşayan şəxs oradan çıxıb getdiyini və məcbur olub başqa şəxsləri orada qalmaq üçün kirayəyə götürdüyünü, lakin Gündüz həmin şəxsləridə narahat etməyə başaladığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 12- radələrində oğlu Şahid2lə birlikdə Masazır kəndində olan evinə gəlmişdir. Həyətdə kirayə verdiyi şəxslə müəyyən qədər söhbət etdikdən sonra qardaşı Gündüz arvadı Xəyalə ilə birlikdə ora gəldiklərini və onlar həyətə gələn kimi kirayədə yaşayan şəxsin həyətinə gedərkən ona camahatı narahat etmə cıx camahatın həyətindən dediyini bildirmişdir. Həmin vaxt Gündüz yanına gəldiyi və birlikdə evə daxil olduqlarını bildirmişdir. Söhbət zamanı ona mən Bakı şəhərində iş tapmışam mənim evimi boşaldın mən özüm gəlib bu evdə qalacağam dedikdə, Gündüz ünvanına nalayiq söyüşlər söyərək “mən evdən çıxmıram” dedikdə evin içində olan özünə məxsus sac fenini götürdüyünü sonrada onları itələyib evdən çıxartdığını və qapını bağlamaqla özü isə evin içində qaldığını bildirmişdir. Onlara çağırmışam polislər gəlir onlar aydınlaşdıracaq dedikdə onlar, polis əməkdaşlarının, məhkəmənin və prokurorunda ünvanına nbalayıq söyşlər söydüyünü göstərmişdir. Həmin vaxt Gündüzün arvadı Xəyalə həyətdə olan digər ev tərəfindən gələrək evin pəncərəsinən mənzilə daxil olduğunu və qapını içəridən açdığından Gündüzdə mənzilə daxil olduğu və aralarında mübahisə dərinləşdiyi və Gündüzə iradını bildirdikdə o, üstünə cumub köynəyinin yaxasından tutub dartaraq cırdığını və əlbəyaxa olarkən Gündüzün arvadı Xəyalə arxadan boyun nahiyyəsindən tutub dartıb yerə yıxdığını göstərmişdir. Həmin vaxt Gündüz stolun üstündə olan bıçağı götürüb üstünə cumduğunu yerdə uzanmış vəziyətdə olarkən sol qol nahiyyəsindən Gündüz iki dəfə bıçaqla zərbə endirdiyini həmin vaxt sol qolunun biləng nahiyyəsindən qan bayıra püskürdüyünü və Səs küyə oğlu Şahid2 içəri gəldiyini göstərmişdir. Həmin vaxt sol qolun biləng nahiyyəsindən qan gəldiyini oğlu gördüyündən dəsmal tapıb qolunu bağladığını bildirmişdir. Ona görədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini, aradan təxminən 3-4 dəqiqə keçəndən sonra polis əməkdaşları hadisə yerinə gəldilklərini və hadisə barədə onlara məlumat verdiyini bildirmişdir. Həmin vaxt oraya qonşuluqda yaşayan usda Vüqar adlı şəxs gəldiyini, usta orada olarkən Gündüzə evimdən niyə çıxmırsan dedikdə Gündüz ev mənim dedikdə usta Vüqar ona iradını bildirərək necə ev sənindir deyib, evi mən tikmişəm ev Ayaza məxsusdur dedikdə Gündüz Vüqara iradını bildirib onun üzərinə cummaq isdədikdə polislər ona iradını bildirərək ona mane olduqlarını göstərmişdir. Həmin nvaxt Gündüz polislərə siz çaqqalsız və polisin ünvanına nalayiq söyüşlər söydüyünü göstərmişdir. Hətta o, polis əməkdaşının əl atıb paqonunu cırdığını və səs-küy salmağa başladığını bildirmişdir. Hətta polis əməkdaşları avtomobilə minərkən Xəyalə ilə Gündüz onların üstünə cumduqlarını və ümumi mübahisə təxminən 40 dəqiqə davam etdiyini bildirmişdir.Gündüzün arvadı bıcagı yuyaraq gizlətdiyini gördüyünü və polis əməkdaşları gələndən sonra bıçağın gizlədildiyi yeri onlara dediyindən polis əməkdaşları tərəfindən həmin bıçağın götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahidin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPX-də polis nəfəri kimi çalışdığını və xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində xidmətdə olarkən polis sahə rəisi polis kapitanı Fuad Məmmədov telefonla zəng edərək, Masazır kəndində “Araz” marketin arxasında mübahisə olduğundan ora gedin dediyindən, dərhal xidmətdə olduğu polis nəfəri Əsgərov Ramil ilə birlikdə həmin yerə getmişlər. Həmin vaxt orada sonradan adını bildiyi Ayaz və Gündüz adlı şəxslər mübahisə etdiyini və Ayazın sol əli sarglı vəziyyətrdə olduğunu, o, “qardaşım Gündüz məni bıçaqla vurdu və bıçağıda evdə kisələrin altında gizlədilər” dediyindən onların hər ikisini nizam-intizama dəvət etdiklərini və onlara bizmlə birlikdə Abşeron RPİ-nə gəlmələri və mübahisənin orada araşdırılacağı barədə xəbərdar etdiklərini göstərmişdir. Həmin vaxt qonşuluqda olan Vüqar adlı şəxs ora gəldiyini və Gündüz söhbət zamanı “evi mən tikmişəm ev mənə məxsusdur” dedikdə Vüqar “niyə yalan danışırsan həmin evi Ayaz tikib onun bütün malyar işində mən görmüşəm sən yalan danışırsan” dediyindən həmin vaxt Gündüz Vüqarın üstünə cumaraq onu vurmaq isdədikdə ona mane olaraq onun qarşısını aldığını göstərmişdir. Həmin vaxt Gündüz çaqqal deməklə polisin ünvanına nalayiq söyüşlər söydüyünü və onu nizam intizama dəvət etsədə o, nalayiq söyşlər işlədib qaçdığını bildirmişdir. Həmin vaxt onu təqib edərək təxminən 80 metr məsafədən sonra onu tutub saxladıqlarını və onu polis avtomobilinə sarı gətirəndə o, dartınıb əlindən çıxmaq isdədiyini, eyni zamanda Gündüzün arvadı Xəyalə ora gələrək, oda Gündüzün avtomobilə mindirməsinin qarşısını almağa çalışdığını bildirmişdir. Vəziyyətin gərginləşdiyini görüb əlavə qüvvə çağırdığını və ayaqlarının arasından Gündüz öz arvadının ayağından yapışaraq avtomobilə minmək isdədmədiyini bildirmişdir. Sonradan o, “məni buraxın özüm maşına minəcəyəm” dediyindən onu buraxdıqlarını və o, avtomobilə mindiyindən Abşeron RPİ-nə gətirib təhfil verilmişdir. Məhkəmə iclasnda ifadəsi elan edilmiş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Abşerton RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 786 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol mil - bilək oynağının iç səthinin iki ədəd kəsilmiş yarası-iti kəsici alətin təsirindən törənmişdir, əməlin törənməsi göstərilən vaxtda xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər kənar şəxs tərəfindən yetirililə bildiyindən dəqiq olaraq özü özünə yaxud kənar şəs tərəfindən yetirilməsini təyini təhqiqat və ya istintaq yolu ilə müəyyənləşdirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/855 saylı rəyində tədqiqata təqdim edilmiş 01 (bir) ədəd biçaq Rusiyada zavod üsulu ilə hazırlanmış mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir.Həmin bıcagın üzərində istehsal ilini bildirən işarələr olmadığından, onun hansı tarixə istehsal olunduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd bıçaq maddi sübut kimi tanınmış, saxlanılması üçün Abşeron RPİ-in saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı verdiyi ərizəsini geri çəkdiyini və onun cinayət məsuliyyətinə cəlb olunmamasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində zərərçəkmiş şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs mətbəxt bıçağı ilə zərərçəkmiş şəxsi vurmaqla xəsarət yetirmədiyini kimi gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş üzrə keçirilmiş ekspertiza rəyləri və şahid ifadələri ilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, Zərərçəkmiş şəxs təqsirəndrilən şəxsn ögey qızıdır, onlar bir evdə yaşayır, məhz təqsirləndirilən şəxsin etdiyi təzyiq nəticəsində məhkəmə icasında İlkinur onun əleyhinə ifadə verməyərək, həqiqətə uyğun olmayan ifadələr vermiş, bununlada təqsirləndirilən şəxs özünün məsuliyyətini yüngülləşdirməyə nail olmaq məqsədi güdmüşdür. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmadığı barədə ərizəsinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış və barışmaq istəmədiyini bəyan etmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi məyyən edilmiş və onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd mətbəxt bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 64 manat məbləğində məhkəmə trasoloji ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd mətbəxt bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-177/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-177/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver