Məhkəmə qərarları › İş №1(012)-178/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-178/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-178/2022 21.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Nəcəfova Şövkət Hüseyn qızı Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Xüsusi ittihamçılar X1 və X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 barəsində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinə üzrə Abşeron rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçılar X4 və X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilərək həmin maddəllərin sanksiyasında nəzərdə tutulan müvafiq cəza tətbiq edilməsini xahiş etmişdir. Xüsusi ittihamçılar X4 və X5 xüsusi ittiham qaydasında şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X6 xüsusi ittihamçı X5 ilə 2013-cü ildə rəsmi olaraq ailə qurmuş, nikahdan iki övladları anadan olmuşdur. 2021-ci ilin fevral ayında məhkəmə qaydasında nikahları pozulmuşdur. 2020-ci ilin iyul ayında Həsənova Ayşən döyərək cinayəti gizlətmək üçün qardaşı Namazın köməyi ilə zorla Kürdəmir rayonunda yaşayan valideynlərinin yanına aparmış, onun azadlığımı məhdudlaşdıraraq polisə şikayət etməmək üçün onu bayıra buraxmamışdır. Döyülərək zorakı surətdə Kürdəmir rayonuna məcburi aparılmağı ilə bağlı Kürdəmi rayon Prokurorluğuna şikayət etsə də işinə baxılmamış və onun yuxarı orqanlara çoxsaylı şikayətləri əsasında hadisənin başladığı ərazi üzrə Sabunçu rayon Prokurorluğuna göndərilmişdir. Hazırda həmin işlə bağlı araşdırmalar davam edir. Sonra Sabunçu rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, iş üzrə təqsirləndirilən şəxs X6 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və müstəntiqin 21.01.2021-ci il tarixli qərarı ilə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşin məhkəmədə baxılması zamanı X6 məhkəmədən qaçıb gizləndiyinə görə məhkəmənin 31.05.2021-ci il tarixli qərarı ilə axtarış elan edilməklə barəsində olan “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edimişdir. X6 16.11.2021-ci il tarixdə Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına Beynəlxalq hava limanında saxlanılaraq 14-cü Polis Bölməsinə gətirilmiş və Sabunçu rayon Pİ-nin MSY təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmadan ibarət olan əməli Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilmişdir. Lakin "8 noyabr-Zəfər günü münasibətilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 10 dekabr 2021 -ci il tarixli, 1(108)-205/2021 saylı cinayət işinə xitam verilmişdir. İlahi İslamov məsuliyyətdən yayınıb ölkə hüdudlarından kənara getdiyi zaman hər iki xüsusi ittihamçılar haqqında kütləvi informasiya sayılan sosial şəbəkələrdə yalan məlumatlar yayaraq onların şərəf və ləyaqətini ləkəlyən və nüfuzdan salan məlumatları bilə-bilə saxta istifadəçi adlardan və profillərdən istifadə edərək onlara böhtan atmış, təhqir etmişdir. Bu böhtan və təhqirlərin internet ehtiyatlarının odnoklassniki, whatsapp, Tik-tok sosial şəbəkələrdə yaymışdır. 26.08.2021-ci il tarixdə ona, yəni Ayşənə whatsapp yazışmaları gəlmişdir, Məmişə məxsus 050 *** ** ** saylı telefonuna tanımadığı şəxslər tərəfindən zənglər gəlmiş, mesajlar yazılmış, Ayşəni soruşmuşlar. O, sual verəndəki kimdi, nə üçün sorusursunuz? Cavabında isə bu nömrəni odnoklassikdən götürdüklərini və orada Ayşənin pul əvəzində cinsi əlaqə təklif etdiyini bildirmişlər. Odnoklassikdəki profil adını zəng edənlərdən soruşub açıb baxdıqda Ayşənin adına saxta profil açıldığını, orada “adım Ayşəndir, evimdə görüşürəm, 1 saatı 30 AZN. Masazırda qalıram, ev nömrəmi yığın, danışaq. Ev nömrəsi *** *** ** **. Ciddi olan gəlsin görüşək. Kim açsa telefonu “Ayşən lazımdır deməyiniz yetərli” sözlərinin yazıldığını görmüşlər. Bir başqa paylaşımda guya Ayşən deyir “şəklinizi göndərin 050 *** ** ** Ayşən”. Bunları oxuyandan sonra onlar çox pis hala düşmüş, sarsıntı və ağır əzəblar keçirtmişlər. O, cavab olaraq yazmışdır ki, profil saxtadır, onları narahat etməyin. Məhkəmədən 26.04.1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Tığık kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edərək həmin maddəllərin sanksiyasında nəzərdə tutulan müvafiq cəza tətbiq edilməsini xahiş etmişlər. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyat qaydalarının pozulması ilə verildiyi müəyyən edilmişdir. Belə ki, şikayət ərizəsində barəsində şikayət olunan X3 Laçın rayonu, Tiğik kəndində qeydiyyatda olması, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşaması göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdikyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi. ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 03 saylı Qərarının12-ci bəndində haqlı olaraq göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1, 74.4 və 74.8-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət barəsində şikayət cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə, yəni Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatma qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74,-74,5, 74,6, 75.1, 75.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçılar X4 və X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilərək həmin maddəllərin sanksiyasında nəzərdə tutulan müvafiq cəza tətbiq edilməsi barədə şikayəti və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar