Məhkəmə qərarları › İş №1(012)-179/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-179/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-179/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, İmişli şəhəri, Hə.Əliyev prospekti ev 234-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N.Zeynalov küçəsi, 117 nömrəli fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq, ona sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısının 7ci qabırğanın yerdəyişməyən sınıqları ilə müşaiyət olunan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin fevral ayından tanıyır və həmin müddətdən Zərərçəkmiş şəxs ilə Abşeron rayonu ərazisində bir neçə evdə kirayə yaşamışlar. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N. Zeynalov küçəsi 117 saylı fərdi yaşayış evində kirayədə qalarkən, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona təmir üçün istifadə etdiyi alətləri də götürüb evi tərk etməsini bildirdikdə, Təqsirləndirilən şəxs komendat rejimi olduğuna görə, Zərərçəkmiş şəxs heç bir yerə getməyəcəyini demişdir. Mübahisə zamanı Marinana Abbasovanı divanın üstünə yıxıb, üstündə oturub yumruqla sifət və baş nahiyələrindən vurmağa başlamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs əlini üzünə tutub sıxmış ki, sifəti zədələnməsin. Buna baxmayaraq Zərərçəkmiş şəxs ardıcıl zərbələr endirmiş və bundan sonra evdən çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından tanıyır və həmin müddətdən qeyri rəsmi ər-arvad kimi, Abşeron rayonu, Xırdalan şəhərində bir neçə evdə birlikdə kirayədə yaşamışlar. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N.Zeynalov küçəsi, ev 117-də fərdi yaşayış evində olarkən, Təqsirləndirilən şəxsnan aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs təmir üçün istifadə etdiyi alətləri də götürüb evi tərk etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona komendat rejimi olduğunu, heç yerə getməyəcəyini demişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu divanın üstünə yıxmış və üstündə oturub onu yumruqla sifət və baş nahiyyələrindən vurmağa başlamışdır. Həmin vaxt əlini üzünə tutub sıxmışdır ki, sifəti zədələnməsin. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ona ardıcıl zərbələr yetirirmiş və zərbələrdən sağ əlindən xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2289 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısının 7-ci qabırğanın yerdəyişməyən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə dava- dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, buna görə də barəsində olan cinayət işinə xitam verilməsinə xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 120 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Abşeron rayonu vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 120 manat məbləğdə pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayonu vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar