Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-179/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə. 28, ev 11 mənzil 19da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən atasına məxsus avtomobil təmir sexində olan zaman sexin ərazisinə təmir etmək üçün avtomobili ilə daxil olan Zərərçəkmiş şəxs avtomobili sexin yerləşdiyi əraziyə giriş hissəsində olan zənciri icazəsiz açıb daxil olduğuna irad tutaraq qərəzli hərəkətləri nəticəsində aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək,heç bir əsaslı səbəb olmadan avtomobili ərazidən çıxartmağı tələb edib ictimai qaydanı kodud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edərək ictimai yerdə insanların gözü qarşısında ucadan qışqırıb nalayiq ifadələr işlədərək, yumruqla iki dəfə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sol alt göz qapağının qançırı,alt dodağın selikli qişasının yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri,28-ci məhəllədə «Emil» şadlıq evinin arxasında atasına məxsus avtotəmir və avtomobil dayanacağı vardır. 14 noyabr 2021-ci il tarixdə dayanacağa gedəndə dayanacağın giriş hissəsində yəni qarovulçu Seyfullanm həmişə olduğu yerdə zəncirin yerdə olduğunu görüb Seyfulladan nə üçün zəncirin yerdə olduğunu soruşanda ona demiş ki, Mersedes markalı avtomobilin sürücüsü özbaşına açıb içəri girmişdir. Tanımadığı sürücüyə yaxınlaşıb nə üçün belə hərəkət etdiyini soruşmuş, sürücü ona demiş ki,həmin yer dövlətindir nə üçün ora zəncir qoymusuz. Ona izah etmiş ki, həmin yer şəxsidir və buranın qaydaları var.Hər gələn burda maşın saxlasa burda tıxac olar və təmir sexində işləyən ustaların yanma gələn müştərilərin maşınları sexdən çıxa bilməyəcək.Hansı ustanın yanma gəldiyini soruşanda ona demiş ki, Telmanın yanma gəlib. Telman sexin içində iş gördüyü üçün ondan maşını çıxartmağı ya da bir manat ödəniş verməli olduğunu bildirmişdir. Həmin şəxs ona qəbz verilsə o da bir manat verəcəyini demişdir. Ona bildirmiş ki,qəbz verilmir. Həmin isə qəbz verilmədiyi halda pul verməyəcəyini bildirdi.Bu zaman ərazinin ona məxsus olduğunu deyib avtomaşını oradan çıxarmasını həmin şəxsdən tələb etmiş və buna görə aralarında mübahisə yaranmış,birbirinin yaxasından tutmuş,həmin vaxtı kənarda yəni dayanacağın içində olan tanımadığı müştərilər onlara yaxınlaşıb ayırmağa başlamışlar. Elə bu zaman həmin şəxsin sifətinə bir dəfə yumruqla vurmuşdur. Aralaşanda həmin oğlan yenə də ünvanına xoşagəlməz söz işlətmiş və o əsəbləşib ona yaxınlaşaraq bir dəfə də onun sifətinə yumruq vurmuşdur.Yenə də həmin şəxslər onları ayırdıqları üçün o oradan çıxıb getmişdir. Hadisə vaxtı orada qarovulçu Seyfiılla və yanında tanımadığı müştərilər olmuşlar. Mübahisə edəndə bir-birinin yaxasından tutub süpürrəşmişlər, Cümşüdü vuranda Cümşüddə onu vurmuş lakin onda heç bir xəsarət olmadığı üçün həmçinin adi bir münaqişə olduğu üçün şikayət etməmişdir. Hadisə zamanı Cümşüdü nəlaiq ifadələrlə söyüb təhqir etməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə «Emil» şadlıq sarayının yaxınlığında olan avtomobillərin təmiri sexinə öz avtomobili ilə bir neçə gün əvvəl orada işləyən usta Telmandan növbə götürdüyü üçün yaxınlaşmış,məqsədi istifadəsində olan avtomobilin ötürücü qutusunu təmir etdirmək olmuşdur. Sexin qarşısına gələn zaman oranın giriş hissəsinin zəncirlə bağlı olduğunu görmüş, avtomobildən düşüb səliqəli formada zənciri açmış və maşını ustanın işlədiyi sexin qarşısında sürüb saxlamışdır. Təxminən 5-6 dəqiqə sonra adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs ona yaxınlaşmış, ondan hansı səbəbdən qapının zəncirini qırdığını soruşmuşdur. Zənciri qırmadığını bildirmişdir.Bu vaxtı Təqsirləndirilən şəxs orada olan qarovulçudan onun zənciri qırıb qırmadığını soruşan zaman, həmin qarovulçu onun zənciri qırmadığını və açdığını demişdir.Bu vaxtı Emil ona demiş ki,ərazi ona məxsusdur və nə üçün icazəsiz girdiyini soruşmuş,ona ərazi təmir sexidir, istənilən zaman müştərilər daxil olduğunu desə də Emil demiş ki,bura daxil olmaq üçün ödəniş etmək lazımdır,əks halda maşını çıxartsın.Ödəniş edəcəyi halda ondan qəbz istəmiş, o isə qəbz verməyəcəyini bildirmişdir Buna görə aralarında sözlə mübahisə olmuşdur.Mübahisə zamanı Emil ona yaxınlaşmış və yanlarında olan avtomobillərini təmir etməyə gətirmiş tanımadığı şəxslər onların mübahisəsini kənardan görüb yaxınlaşmış və onları bir-birindən aralamaq üçün tutmuşlar ki, kənara çəksinlər elə bu zaman Emil yumruqla sol gözündən bir dəfə zərbə endirmişdir.Həmin vaxtı tanımadığı şəxslər onları aralaşdırmışlar. Aralarında təxminən 5-6 metr məsafə olmuş,Emil yenə uca səslə ondan tələb etmiş ki,maşını ərazidən çıxartsın. Emilə çıxartmayacağmı deyəndə Emil yenə ona tərəf yaxınlaşmağa başlamış,yenə də orada olan tanımadığı şəxslər onların arasına keçmişlər ki,dalaşma olmasın, lakin buna baxmayaraq Emil yenə də onu yumruqla dodağından bir dəfə vurmuş,yenə də həmin şəxslər onları ayırmışlar. Bundan sonra Emil çıxıb ərazini tərk etmişdir. Bir neçə dəqiqə sonra qarovulçu ona yaxınlaşıb maşını çıxartmağını istəmişdir. Etiraz etmiş, bundan sonra qarovulçu maşını çəkməsə ona xəsarət yetirəcəyini bildirmiş,o,qarovulçunun yaşma görə onunla mübahisə etməmiş və kənara çəkilmişdir.Qarovulçu da çıxıb getmişdir. Bir qədər sonra o maşını sexə salmışdır. Sexə salandan sonra atası ona zəng vurmuş ki,nə üçün gecikir,o isə sexdə döyüldüyünü bildirmişdir. Atası da bir qədər sonra sexə gəlmiş və DlN-nin 102 xidmətinə zəng vurmuşdur. Aralarında olan mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisə zamanı kimsəyə xəsarət yetirməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığından ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri,28-ci məhəllədə «Emil» şadlıq evinin arxasında Emilin atası Namiqə məxsus avtotəmir və avtomobil dayanacağı vardır. Avtomobili saxlamaq üçün gündəlik olaraq bir manatdır.Ailəsini dolandırmaq üçün arada bir günəmuzd gəlib orada işləyir. Dayanacağın qarşısında dayanıb içəriyə gələn avtomobilləri buraxır və bunun müqabilində ona nə qədər pul versələr alır. 14 noyabr 2021-ci il tarixdə günorta saatlarında dayanacağın giriş tərəfində olan balaca otaqda oturan zaman giriş hissəyə tanımadığı bir sürücünün idarə etdiyi Mersedes markalı avtomobillə yaxınlaşıb dayandığını görüb ayağa durmuş ki,otaqdan çıxıb zənciri açsın, otaqdan çıxıb ora yaxınlaşanda görmüş ki, zəncir açılmış vəziyyətdədir və maşının sürücüsü artıq maşına minib maşını içəriyə sürüb saxlamışdır.Həmin şəxsə yaxınlaşmış və ona nə üçün öz başına zənciri açdığına görə iradını bildirmiş, özü isə ona əhəmiyyət verməmişdir. Həmin sürücü ona əhəmiyyət vermədiyi üçün o məftillə zənciri düzlətməyə başlamış,bu zaman avtodayanacağın sahibinin oğlu Emil yaxınlaşmış və nə baş verdiyini soruşdu. Ona demişdir ki, orada duran sürücü həmin zənciri açanda ola bilsin qırmışdır. Həmin sürücü ilə onların arasında olan məsafə təxminən 70 metr olarmış.Emil həmin tərəfə getmiş, özü isə zənciri məftillə düzəldəndə eşitmişdir ki, Emillə həmin sürücü qışqırır. Elə yerdə dayanmışdır ki, onları görə bilməmiş, həmçinin onlara yaxınlaşmamış və məftillə zənciri düzəltməyə davam edirdi. Onların səs-küyü təxminən 10 dəqiqə davam etdiyindən zənciri düzəldib Emillə həmin şəxsin olduğu yerə tərəf yaxınlaşmış və görmüş ki,onlar mübahisə edir. Həmin sürücüyə yaxınlaşmış və boş boşuna nə səbəb görə mübahisə etdiyini soruşmuş və oradan ayrılıb giriş tərəfə qayıdıb otağına keçmişdir.Təxminən 10 dəqiqə sonra bir nəfər kişi və yanında həmin oğlan ona yaxınlaşmış, həmin kişi ondan nə baş verdiyini soruşdu və ona oğlunun nə etdiyini demişdir.Həmin şəxs yanında polisə zəng vurmuşdur.Emilin həmin şəxsi vurduğunu görməsə də onlara tərəf yaxınlaşanda həmin oğlanın sifət nahiyyəsində qızartı olduğunu görmüşdür. Lakin Emilin onu vurduğu anı görməmişdir. Mübahisə zamanı orada olan şəxslərin heç birini tanımır.Yəqin sexə gələn müştərilər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 14 noyabr 2021-ci il tarixdə günorta saatlarında Cümşüdün Xırdalan şəhərində özünə məxsus olan Mersedes markalı ** ME *** dövlət nömrə nişanlı avtomobili təmir sexinə aparacağını bilmiş və bir qədər keçəndən sonra onunla maraqlanmaq üçün mobil telefonuna zəng vurmuş və harada olduğunu soruşanda oğlu ona demişdir ki, təmir sexin yanındadır və orada onu döyüblər. Tez həmin yerə getmiş və oğlu ilə görüşmüşdür. Oğlu ona demiş ki, o maşını düzəltmək üçün həmin yerə gəlmiş və zənciri açıb sexin həyətinə daxil olmuş, lakin təmir sexinin sahibinin oğlu Emil ilə mübahisəsi düşmüş və həmin şəxs onun maşınını sexin həyətindən çıxartmaq istəmiş,buna görə aralarında mübahisələri olmuş, nəticədə həmin şəxs onu yumruqla xəsarət yetirmişdir. Oğlunun üzünə baxanda görmüş ki,gözü başı qızarmışdır. Gözətçidən tələb etmişdir ki, həmin Emil adlı şəxsi çağırsın. Təxminən yarım saat oğlunu döyəni gözləmiş,lakin həmin şəxs gəlməmiş ona görə də DtN-nin 102 xidmətinə zəng vurmuşdur.Bir qədər sonra polislər gəlmiş və onu oralarda müəyyən edib gəldikləri avtomobilə oturdub polisə aparmışlar. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 18.11.2021-ci il tarixli 2706 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol alt göz qapağının qançırı,alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, 14.11.2021-ci il tarixdə davadalaş zamanı yumruq zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi,sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 15.02.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığına görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-179/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-179/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver