Məhkəmə qərarları › İş №1(012)-179/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-179/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-179/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavadova (Səfərova) Havaxanım İmamverdi qızına ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5553/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək inzibati qaydada 8 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün xx.xx.2023-cü il tarixli təqdimat əsasında 3325,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Cavadova (Səfərova) Havaxanım İmamverdi qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavadova (Səfərova) Havaxanım İmamverdi qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsada, sonra uşaq dünyaya gələndən sonra onun xasiyyəti dəyişmiş, nakotikə meyilli olmuş, bu səbəbdən də münasibətləri korlanmışdır. O, Havaxanım ilə atasının evində təxminən 4 il birlikdə yaşamış, müxtəlif yerlərdə fəhlə kimi işləmiş, avtomobil rəngsazı kimi də işləmiş, hər gün 15-20 manat qazancı olmuş, imkanı daxilində ailəsinə və uşağına baxmışdır. Lakin qayınatası İmamverdi ilə xasiyyətləri düz gəlməmiş, Havaxanım isə 2021 -ci ilin may ayında uşağı ilə birlikdə öz valideyinlərinin evinə qayıtmışdır. Sonra isə Havaxanım uşağın saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-5553/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Havaxanım Cavadova (Səfərovaya) verilməsi qət edilmişdir. Lakin qazancı kifayət qədər çox olmadıbından, hazırda da müxtəlif fərdi əməklə məşğül olaraq fəhləlik edərək günə 15-20 manat qazanıcı olduğu üçün bu pulu atasının müalicəsi üçün xərcləmişdir. Onun barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin alimenti ödəyə bilməmiş, bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra üçün ona yeni müddət təyin edilmiş, lakin daimi iş yeri olmadığı üçün heç bir ödəniş etməmişdir. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında onun ödənilməmiş aliment borcu 3325,00 manat təşkil edir. Onun barəsində Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri cinayət işi aparılmış və hazırda cinayət işi Abşeron Rayon Məhkəməsinə göndərilmiş, lakin tamamlanmamışdır. Məhkəməyə dəvət olunduqdan sonra qətnamə üzrə tələbkara olan borcunu tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Cavadova (Səfərova) Havaxanım İmamverdi qızı ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsada, uşaq dünyaya gələndən sonra Təqsirləndirilən şəxs xasiyyəti dəyişmiş, evə gecə vaxtı gəlməyə başlamış, sonuncunun nakotikə meyilli olduğundan şübhələnmişdir. Onlar, Təqsirləndirilən şəxs evində təxminən 4 il birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fəhlə kimi işləmiş, hər gün 15-20 manat qazancı olmuş, lakin qazandığını öz ehtiyaclarına xərcləmiş, ona və uşağına qarşı laqeyid yanaşmışdır. Bu səbəbdən o və uşağı öz valideyinlərinin hesabına yaşamış, Naibin valideyinləri isə ona qarşı laqeyd olmuşlar. O, bu cür münasibətə təxminən 4 il dözmüş sonra isə 2021-ci ilin may ayında uşağı ilə birlikdə valideyinlərinin evinə qayıtmışdır. Təqsirləndirilən şəxs və onun valideyinləri uşaq ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi dəstək göstərməmişlər. Bu səbəbdən uşağın saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-5553/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs işsiz olduğunu bəhanə edərək açıq şəkildə bildirmişdir ki, ona aliment ödəməyəcəkdir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti ödəməmiş, bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin alimenti ödəməkdən yayınmış heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs hazırda fərdi əmək fəaliyyəti ilə məşğuldur, fəhləlik edir, sonuncunun qazancı barədə məlumatı yoxdur. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ödənilməmiş aliment borcu 3325,00 manat təşkil edir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəsin əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri görülsün. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-5553/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar X2 ödənilməsi qərara alınmışdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı "Tələbin könülllü icra haqqında” bildirişi iş üzrə borclu Təqsirləndirilən şəxs Abşeron rayon icra və probasiya şöbəsində şəxsən imza etməklə təqdim edilmişdir. Bundan sonra borclunun əmlak və gəlirləri yoxlanılarkən “Elektron İcra İnformasiya” sistemində iş üzrə borclu Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcək əmlak və gəlirləri müəyyən olunmamışdır. Abşeron rayon məhkəməsinin 2(012)-5553/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Səfərov X7 Rayon Məhkəməsinin 3(012)-616/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə 7 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz və ya işaxtaran kimi qeydiyyatı aşkar olunmadığını qeyd olunmuşdur. İcra vərəqəsinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs yenidən Abşeron rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs 5 (beş) gün müddət verilmişdir. Yekun olaraq borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə 3325,00 manat borcun ödənilməsindən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82.3, 84.4-cü və Azərbaycan Respublikası CPM-nin 205-ci maddələrini rəhbər tutaraq iş üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 Sabir oğlu Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-5553/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavadova (Səfərova) Havaxanım İmamverdi qızına verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işsiz və iş axtaran vətəndaş kimi qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozaraq, məhkəmə istintaqdan yayınmağa, qaçıb gizlənməyə cəhd etdiyindən barəsində axtarış elan edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin tutma protokolundan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Zərərçəkmiş şəxs Cavadova (Səfərova) Havaxanım İmamverdi qızı tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə olan aliment borcunu tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, məhkəmə qətnaməsi üzrə olan aliment borcunu zərərçəkmiş şəxs Cavadova (Səfərova) Havaxanım İmamverdi qızına tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeyd hissəsində qeyd olunan tələblərə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini onun barəsində çıxarılmış hökm qanuni qüvvəyə minənədək tam icra etdiyinə görə o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində olan cinayəti işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsə ödənilməli olan aliment məbləğin tam ödənilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və məhkəmə zalında həbsdən azad edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306-cı, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar