Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-18/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkumluğu ödənilməyən, evli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 06 saylı ünvanda qeydiyyatda oaln, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.əliyev prospekti «xxxxxxxx» MTK ev 54, mənzil 53-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı mənzilin qarşısında blokda yanğınsöndürənin durbasına trosla bağlanmış velosipedin trosu özü ilə gətirdiyi gəlbətinlə kəsib 1 ədəd 350 manat dəyərində «Star» markalı velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs3 350 manat maddi ziyan vurmurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.əliyev prospekti 30, Kristall Abşeron 1 yaşayış kompleksi ev 12, mənzil 17-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qarşısında blokda yanğınsöndürənin durbasına trosla bağlanmış velosipedin trosu özü ilə gətirdiyi gəlbətinlə kəsib 1 ədəd 280 manat dəyərində «Salkano» markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 280 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30, Kristall Abşeron 1 yaşayış kompleksi ev 16, mənzil 19-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin qarşısında blokda 1 ədəd 160 manat dəyərində olan «Sport Start» markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 160 maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx xxxxxx 2016-cı ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum olunmuş və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hhəbsdən çıxandan sonra taksi sürücüsü və çörək sexində sürücü işləmişdir. Təxminən 1 aydan artıq olar ki, heç bir işlə məşqul olmur. Dəqiq günün xatırlamır 2018-ci ilin noyabr ayında saat təxminən 14 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, «Fresco» marketin yanında yerləşən sfetaforun yanında piyada gəzərək oğurluq etmək qərarına gəlmişdir. Həmin ərazidə yolun sağ tərəfində yerləşən hündürmərtəbəli binaların həyətinə daxil olub, binaya daxil olmuş və liftə minib sonuncu mərtəbəyə qalxmışdır. Sonuncu mərtəbədən piyada pilləkənlə aşağı düşməyə başlamışdır. Mərtəbəsini xatırlamıram blokda divara söykənmiş «Star» markalı velosiped olmuşdur. Həmin velosipedi götürüb pilləkənlə aşağı düşürmüşdür. Velosipedi həyətdən çıxartdıqdan sonra minib, Masazır kəndinə getmişdir. Velosipedlə Şəmsinin işlədiyi təkər təmri yerinə getmişdir. Şəmsinin işlədiyi yerə çatıb velosipedi satdığını demişdir. Şəmsi velosipedi neçiyə satdığını soruşduqda, velosipedi 60 manata satdığını demişdir. Şəmsi pulunun olmadığını, 50 manat verə biləcəyini bildirərək, 50 manatı verməsini qalan 10 manatını isə sonra verəcəyini demişdir. Şəmsi ilə razılaşmış və ondan 50 manat pulu almışdır. Pulu alıb Şəmsinin yanından çıxıb getmişdir. Həmin pulu öz təlabatıma xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhərində, Kristal Abşeron 1 yaşayış kompleksinin ərazisində oğurluq etmək məqsədi ilə piyada gəmiş, binaya daxil olub liftə minib sonuncu mərtəbəyə qalxmışdır. Sonuncu mərtəbədən piyada pilləkənlə aşağı düşməyə başlamışdır. Mərtəbəsini xatırlamıram blokda olan yanğın söndürənin su durbasına trosla bağlanmış «Salkano» markalı velosiped olmuşdur. Həmin velosipedi bağlayan trosu özü ilə gətirdiyi kəlbətinlə kəsib, velosipedi götürüb pilləkənlə aşağı düşürmüşdür. Velosipedi həyətdən çıxartdıqdan sonra minib Masazır kəndinə getmişdir. Velosipedi Şəmsinin işlədiyi təkər təmri yerinə getmişdir. Şəmsinin işlədiyi yerə çatıb Şəmsiyə velosipedi satdığını demişdir. Şəmsi velosipedi neçiyə satdığını soruşduqda, velosipedi 50 manata satdığını demişdir. Sonradan velosipedi 45 manata satmağa Şəmsi ilə razılığa gəlmişdir. Şəmsi ona qalan 10 manat borcunu və əlavə olaraq 15 manat vermişdir. Şəmsi qalan 30 manat pulu isə yaxın müddətdə verəcəyini bildirmişdir. Razılaşmış və pulu alıb Şəmsinin yanından çıxıb getmişdir. Həmin pulu öz təlabatıma xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində, təkrar Abşeron rayonu Xırdalan şəhərində, Kristal Abşeron 1 yaşayış kompleksinin ərazisində oğurluq etmək məqsədi ilə piyada gəzirmiş. O, binaya daxil olub liftə minib sonuncu mərtəbəyə qalxmışdır. Sonuncu mərtəbədən piyada pilləkənlə aşağı düşməyə başlamışdır. Mərtəbəsini dəqiq xatırlamıram blokda olan mənzilin qarşısında «Sport» markalı velosiped olmuşdur. Həmin velosipedi götürüb pilləkənlə aşağı düşürdüb yaşadığı evə getmişdir. Səhəri gün o, təkrar oğurluq məqsədi ilə təkrar Kristal Abşeron 1 yaşayış komplesinin həyətinə gəlmişdir. Velosipedlə həyətdə gedən zaman Kristal Abşeronun 1 mühavizəçiləri ona yaxınlaşmışlar və velosipedin ona məxsus olub-olmadığın soruşmuşlar. Velosipedin ona məxsus olduğunu demişdir. Bu zaman mühavizəçi rasiya ilə ofislə əlaqə saxlamışdır. Tutulmasından qorxub qaçmaq istəmiş bu zaman onu tutub mühavizə otağına aparmışlar. Velosipedləri oğurladığını etiraf etmişdir. Mühavizəçilər Abşeron rayon polis idarəsinin sahə rəisinə məlumat vermişlər. Polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə aparmışlar. Şahid3 velosipedlərin oğurluq olmasından məlumatı olmamışdır. Oğurluğu tək etmişdir. Əldə etdiyi pulu öz təlablatına xərcləmişdir. Bundan başqa cinayətlər etməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, ev 4E, mənzil 102-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, X7 Kompleksi ev 12, mənzil 17-də yaşayır. Bakı şəhərində yaşadığı üçün 2015-ci ildə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən «Velobrnet» mağazasından 1 ədəd Salkano markalı velosipedi qızı üçün almışdır. 2016-cı ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristall Abşeron 1 yaşayış kompleksi, bina 12 mənzil 17-yə yaşamaq üçün köçmüşdür. Həmin vaxt velosiped ilə özü ilə birlikdə gətirmişlər. xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində işdən çıxıb yaşadığı evə gəlmişdir. Evin blokuna qalxmış və mənzilin qapısının qarşısına çatan zaman ora qoyduğu və torsla bağladığı velosipedi trosunun sındırıldığını və velosipedin də oğurlandığını bilmişdir. Trosu götürüb yaşayış kompleksin mühavizə xidmətinə demişdir. Səhəri gün yəni xx xxxxxx 2018-ci il tarixdə polisə məlumat vermişdir. Bir müddət keçdikdən sonra ona məxsus velosipedi oğurlayan şəxsi tutduğını bilmişdir. Velosipedi 2015-ci il tarixdə Bakı şəhərində yerləşən «Velobrent» mağazasından 600 manata almışdır. Velosipedi oğurlayan şəxsin əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Dağlı küçəsi ev 22, mənzil 6-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron 1 Yaşayış Kompleksi ev 16, mənzil 19-da yaşayır. 2017-ci ildə Bakı şəhəri, «28 Mall» ticarət mərkəzəindən 1 ədəd «Sport» markalı velosipedi oğlum üçün 500 manata almışdır. 2018-ci ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristall Abşeron 1 yaşayış kompleksi, bina 16 mənzil 19-yə yaşamaq üçün köçmüşdür. Həmin vaxt velosipedi də özü ilə birlikdə gətirmişdir. Təxminən 1 həftə oğlu velosipedi sürüb yaşadığı mənzilin qapısının qarşısına blokuna qoymuşdur. xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində, yaşadığı evə gəlmişdir. Evin blokuna qalxmış və mənzilin qapısının qarşısına çatan zaman ora qoyduğu velosipedin oğurlandığını bilmişdir. Yaşayış kompleksin mühavizə xidmətinə məlumat vermişdir. Səhəri gün mühavizənin əməkdaşları ona bildirmişlər ki, onlar velosipedi oğurlayan şəxsi velosipedlə birlikdə tutmuşlar. Abşeron rayon polis idarəsinə ərizə məlumat vermişdir. Həmin velosipedi 2017-ci il tarixdə Bakı şəhərində «28 Mall» ticarət mərkəzindən 600 manata almışdır. Velosipedi oğurlayan şəxsin əvvəllər tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «xxxxxxxx» MTK ev 54, mənzil 53də yaşayır. 2016-ci ilin yanvar ayında Sumqayıt şəhərində yerləşən idman mağazasından 350 manata «Star» markalı velosiped almışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində, evə gələn zaman yaşadığı binanın blokuna qoyduğu və yanğınsöndürənin durbasına trosla bağladığı velosipedin trosunun sındırıldığını və velosipedin də oğurlandığını bilmişdir. Yaşayış kompleksin mühavizə xidmətinə demişdir. Onlar bazar günü olduğundan videogörüntüyə baxa bilməyəcəklərini demişlər. Buna görə də o, heç yerə məlumat verməmişdir. xx xxxxxx 2018-ci il tarixdə polis əməkdaşları ona bildirdilər ki, velosipedi oğurlayan şəxsi tutmuşlar. xx xxxxxx 2018-ci il tarixdə, polisə məlumat vermişdir. Həmin velosipedi 2016-ci il tarixdə Sumqayıt şəhərində yerləşən idman mağazasından 350 manata almışdır. Velosipedi oğurlayan şəxsin əvvəllər tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayından Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Kristal Abşeron 1 yaşayış kompleksində mühavizəçi işləyir. xx xxxxxx 2018-ci il tarixdə saat 12 radələrində, Kristal Abşeron 1 yaşayış kompleksin ərazsində binalara nəzarət edən zaman bir nəfər şəxsin velosipedlə birlikdə küçədə getdiyini görmüşdür. xx xxxxxx 2018-ci il tarixdə binadan velosiped oğurlandığını bildiyinə görə ofisə bir nəfər şəxsin velosipedlə getmək istədiyini görmüşdür. Bu zaman sonradan adınıbildiyi Təqsirləndirilən şəxs velosipedi atıb qaçmağa başlamıqdır. Onun arxası ilə qaçmışdır. Talehi kompleksin ərazisində tutub mühavizə otağına aparmışdır. Oradan da ərazinin sahə rəisi Şahid2 zəng vurub məlumat vermişlər. Şahid2 polis əməkdaşları ilə birlikdə gəlib Təqsirləndirilən şəxs və onun aparmaq istədiyi velosipedi götürüb getmişlər. Təqsirləndirilən şəxs velosipedi oğurlayan zaman tək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2005-ci il DİO-da, 2014-cü ildən isə Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi vəzifəsində işləyir. Abşeron rayonu, Kristal Abşeron 1 yşayış kompleksi onun inzibati ərazisinə daxilir. xx xxxxxx 2018-ci il tarixdə inzibati ərazidə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Kristal Abşeron 1 yaşayış kompleksinin mühavizəçiləri məlumat verərək nəfər şəxsin velosipet oğurlayıb aparan zaman kompleksin həyətində tutduqlarını bildirmişlər. Polis nəfərləri ilə birlikdə mühavizəçinin yananına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs velosipedlə birlikdə mühavizəçilərin yanında olduğunu görüb onu velosipedlə birlikdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Kristal Abşeron 1 yaşayış kompleksinin həyətində oğurladığı və atdığı 1 ədəd velosipedi yerini müəyyən edərək, alan şəxslə birlikdə Abşeron rayon polis idarəsinə gətirib istintaq şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində avtomobil təmiri sexini işlədir. Həmin yerlə velosiped təmiri ilə də məşqul olur. Bir neçə günə əvvəl Taleh qırmızı rəngdə «Star» yazılmış velosipedlə onun iş yerinə gəlmişdir. Taleh həmin velosipedi 70 manata satdığını demişdir. Talehə 50 manat pulumun olduğunu demişdir. Talehə 50 manatı olduğunu, qalan 10 manatını isə səhəri gün verəcəyini demişdir. Razılaşıb Talehə 50 manat vermişdir. Taleh velosipedi ona verib getmişdir. Talehdən aldığı velosipedi səhəri günü 70 manata tanımadığı şəxsə satmışdır. xx xxxxxx 2018-ci il tarixdə Taleh təkrar qırmızı rəngdə olan velosipedlə onun iş yerimə gəlmişdir. Taleh həmin velosipedi 50 manata satdığını demişdir. Pulu olmadığını velosipedi 45 manata ala biləcəyini həmin puldan da 25 manat verə biləcəyini demişdir. Taleh də razılaşmışdır. Talehə 25 manat vermiş, pulu götürüb getmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 12 radələrində Taleh onun iş yerinə gəlib, ondan 10 manat ona olan borcunu almışdır. Həmin gün polis əməkdaşları onun iş yerinə gəldilər və ondan velosipedi kimdən aldığını soruşduqda, velosipedi Talehdən aldığını demişdir. Polis əməkdaşları Talehin ona satdığı velosipedin oğurluq olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə velosipedi Abşeron rayon polis idarəsinə gətirmişdir. Talehdən velosipedi hardan əldə etdiyini soruşduqda, velosipedləri Xırdalan şəhərində satıldığını demişdir. Velosipedin oğurluq olduğunu şübhələndiyinə görə onun şəxsiyyət vəsiqəsini və özünün şəklini çəkmişdir. Taleh ona velosipedin oğurluq yolu ilə əldə olunması barədə heçnə deməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 4854 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş velosipedlərin istifadə olunduğu nəzərə alaraq 2018-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur
1. 01 ədəd “Salkano” markalı, sürət qutusu olan, gənclər üçün nəzərdə tutulmuş velosiped 280.00 manat;
2. 01 ədəd “Start” yazılar, sürət qutusu olan, gənclər üçün nəzərdə tutulmuş velosiped -160 manat. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi “Salkano” markalı velosiped sahibi Zərərçəkmiş şəxs1, “Sport Star” markalı velosiped isə sahibi Zərərçəkmiş şəxs2 saxlanılması üçün qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Kərimov X5 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası tam birləşdirilərək, üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1500 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 7(002)-687/2017 saylı qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən təyin edilmiş 1500 manat cərimə cəzasından azad edilmişdir. xx.xx.2017-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. xx.xx.2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən məhkumluq yaranır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Kərimov X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayının 28-dən noyabr ayının 30-dək şübhəli şəxs qismində saxlanıldığı 03 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs X4 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Salkano” markalı velosiped sahibi Zərərçəkmiş şəxs1, “Sport Star” markalı velosipedin isə sahibi Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayının 28-dən noyabr ayının 30-dək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsi indiki hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov