Məhkəmə qərarları › İş №1(012)-18/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-18/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-18/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1988-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-cu küçə, Döngə 1, ev 23-də qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 07.06.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” yaşayış massivi ərazisində tanışı Təqsirləndirilən şəxs2 180 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd şəffav sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.394qr, 0.300qr, 0.349qr, 0203 qram, ümumi çəkisisi 1,246 qram ağ rəngli kristal formada psixotrop maddə olan metafetamini alıb sol ayağına geyinmiş olduğu üzərində ağ rəngli zolaqları olan boz rəngli corabının içərisinə qoyaraq özü ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mədrəsə” adlanan əraziyə daşıyaraq üzərində saxlamış, 08.06.2019cu il tarixdə saat 03 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 sol ayağına geyinmiş olduğu üzərində ağ rəngli zolaqları olan boz rəngli corabının içərisindən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan həmin 4 ədəd şəffav sellofana bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.394qr, 0.300qr, 0.349qr, 0203 qram, ümumi təmiz çəkisi 1,246 qram kustar üsulla hazırlanmış çəkidə psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 5 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,631qr, 0.394qr, 0.300qr, 0.349qr, 0203 qram, ümumi təmiz çəkisi 1,877qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin əldə edib üstündə daşıyaraq saxlamış, 07.06.2019-cu il tarixdə Yasamal rayonu, “Qanlı Göl” yaşayış massivi ərazisində 4 ədəd bükümdə ümumi təmiz çəkisi 1.246 qram çəkidə metamfetamini tanışı Təqsirləndirilən şəxs1 180 manata satmış, qalan bir ədəd şəffav sellofana bükülmüş bükümdə saxladığı təmiz çəkisi 0,631 qram olan metamfetamini əynində olan xaki rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyaraq özü ilə Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” yaşayış massivinə daşımış və bunula bağlı Abşeron RPİ-nin əməkdaşları tərəfindən 08.06.2019-cu il tarixdə saat 04 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” yaşayış massivində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan xaki rəngli idman gödəkçəsinin sağ yan cibindən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan həmin bir ədəd bükümdə təmiz çəkisi 0.631 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-cu küçə, Döngə 1, ev 23-də ailəsi ilə bir yerdə yaşayır. Əvvəllər qanunsuz narkotik vasitə saxladığı üçün barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs2 tanıyır, Bakı şəhəri, Yasamal rayonu, Qanlığöl yaşayış massivində yaşayır. Zeynəblə münasibətləri hər zaman yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 9 ay olar narkotik maddə olan heroindən istifadə etmişdir. Zeynəbin narkotik vasitə satmasından xəbəri var və o, müxtəlif vaxtlarda Zeynəbdən müxtəlif məbləğlərdə 20-30 manat ödəməklə metafetamin alıb istifadə etmişdir. 07.06.2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl adlanan ərazidə tanışı Zeynəblə görüşüb ondan 180 manat müqabilində 4 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə hesab olunan metafetamin alıb sol ayağına geyindiyi üzərində ağ rəngli zolaqları olan boz rəngli corabının içərisinə qoyub özü ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mədrəsə” adlanan əraziyə gətirmişdir. 08.06.2019-cu il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mədrəsə” adlanan ərazidə olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin qəbulunda və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis İdarəsinə gətirmişlər. Polis idarəsində otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi təqdim edilməklə onun iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış aparılan zaman o, sol ayağına geyindiyi üzərində ağ rəngli zolaqları olan boz rəngli corabının içərisindən dörd ədəd şəffav sellofana bükülmüş bükümdə olan metafetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsinixahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır. Toğrulla münasibətləri hər zaman yaxşı olmuş və aralarında düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, təxminən 2-3 üç ay bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən təsadüfən adını bilmədiyi bir nəfər qadınla tanış olmuş və söhbət zamanı qadının narkotik vasitə qəbul etdiyini hiss etmişdir. Həmin qadın ona beş büküm metafetamin pay vermiş və həmin metafetamini evinə gətirərək özü üçün saxlamışdır. Həmin gün metafetamindən bir ədəd qəbul etmiş və bununlada metafetamin qəbul etməyə başlamışdır. 07.06.2019-cu il tarixdə axşam saatlarında tanışı Toğrul ona istifadə etməsi üçün ona metafetamin lazım olduğunu demiş, o da Toğrula onda beş büküm metafetamin olduğunu və evdə yeməyə ərzağı olmadığı üçün ona ərzaq məhsulları almağı müqabilində ona qəbul etmək üçün metafetamin verməyi söyləmiş, Toğrul onunla razılaşıb ona 180 manat dəyərində ərzaq məhsulları almış, o da əvəzində Toğrula dörd ədəd şəffaf sellofana bükülmüş bükümdə metafetamin vermiş və Toğrul həmin metafetaminləri ondan götürüb çıxıb getmişdir. Qalan bir bükümdə olan metafetamini əynində olan xaki rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyub özündə saxlamışdır. 08.06.2019-cu il tarixdə saat təxminən 04 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Qanlığöl yaşayış massivində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulunda, saxlamasında və satışında şübhəli olduğunu bildirib onu saxlayaraq Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsinin inzibati binasında otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış aparılan zaman o, əynində olan xaki rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümdə olan metafetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və Şahid2la bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 08.06.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Mədrəsə adlanan ərazidə məlumatda göstərilən əlamətlərə uyğun gələn Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1988-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-cu küçə, Döngə 1, ev 23-də qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs1dur. Abşeron RPİ-nin inzibati binasında video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs1 tərəfindən hüquq və vəzifələri izah olundu sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan əynində olan tünd boz cins şalvarının sağ yan cibindən bir ədəd nar nömrə, bir ədəd sim nömrə, sol ayağının corabının içərisindən bir ədəd sellofana bükülmüş büküm və əynində olan tünd boz rəngli cins şalvarının arxa cibindən bir ədəd qutusu ağ və göy rəngli olan “Marlbro” siqareti çıxararaq təqdim etmişdir. Həmin bir ədəd sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin sellogfan bükün içərisində dörd ədəd kağıza bükülmüş ağ rəngli kristal formada maddənin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan sol ayağının corabının içərisindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, 07 iyun 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl adlanan ərazidə tanışı Zeynəblə görüşüb Zeynəbdən 180 manat müqabilində dörd ədəd şəffav sellofana bükülmüş bükümdə narkotik vasitə hesab olunan metafetamini şəxsi istifadəsi üçün alıb sol ayağına geyindiyi üzərində ağ rəngli zolaqları olan boz rəngli corabının içərisinə qoyub özü ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mədrəsə adlı əraziyə daşımışdır. Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan 4 ədəd şəffaf rəngli sellofana bülükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 izahatı alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 bildirdiyi Zeynəb adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və Şahid2la bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 08.06.2019-cu il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl massivində Təqsirləndirilən şəxs1 verdiyi məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs X3 yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib həmin qadını Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qanlığöl yaşayış massivinin Qərb sahili ev 85-də yaşayan, Təqsirləndirilən şəxs2dır. Abşeron RPİ-nin inzibati binasında video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs2 tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra isə təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan xaki rəngli hər iki qolunda iki ədəd yanaşı ağ rəngli xətləri olan papaqlı, papağının və belinin ipləri olan uzun idman gödəkçəsinin sağ cinbindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin sellofan bükün içərisində bir ədəd kağıza bükülmüş ağ rəngli kristal formada maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əynində xaki rəngli hər iki qolunda iki ədəd yanaşı ağ rəngli xətləri olan papaqlı, papağının və belinin ipləri olan uzun idman gödəkçəsinin sağ cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav sellofana bükülmüş büküm içərisində olan bir ədəd narkotik maddə metafetamin ona məxsusdur, əri Zaur istifadə etdiyi üçün alıb paltar dolabında saxlamışdır. O, təxminən 2-3 ay bundan əvvəl yaşadığı evdə paltar dolabını yığışdırarkən həmin dolabdan bir neçə dənə bükümdə narkotik vasitə olan metafetamini tapmış, həmin gün metafetamindən bir ədəd qəbul etmiş və bununlada metafetamin qəbul etməyə başlamış, 07.06.2019-cu il tarixdə axşam saatlarında tanışı Toğrul ondan qəbul etməyə metafetamin istədikdə o, Toğrula 180 manat dəyərində ərzaq məhsulların əvəzində dörd ədəd şəffav sellofana bükülmüş bükümdə metafetamin vermiş və Toğrul həmin metafetaminləri ondan götürüb çıxıb getmişdir. Qalan bir bükümdə olan metafetamini əynində olan xaki rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyub özü üçün saxlamışdır. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan dörd ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasına dair 08.06.2019-cu il tarixli, 14877 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nə məxsus “Zərflər üçün №56” möhür əksi və “...Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış maddi sübut...” əl yazıları olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.394 qram, 0.300 qram, 0.349 qram, 0.203 qram, ümumi təmiz çəkisi 1.246 qram kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan metafetaminin çəkisi 1,166 qramdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,166 qram metafetamin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19.06.2019-cu il tarixli, 1420 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan METAFETAMİNDƏN suiistifadə edilməsi nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasına dair 08.06.2019-cu il tarixli, 14878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nə məxsus “Zərflər üçün №56” möhür əksi və “...Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış maddi sübut...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.631 qram kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1).Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış maddi sübut...” yazıları olan zərfdəki metafetaminlə “...Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış maddi sübut...” əl yazıları olan zərfdəki metafetaminin kimyəvi tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan metafetaminin çəkisi 0,581 qramdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 581 qram metafetamin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19.06.2019-cu il tarixli, 1419 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan metafetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığıüçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ek spert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi, və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.07.2019-cu il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən), Abşeron Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmündən və Sumqayıt şəhər probasiya Xidmətinin 16.02.2021-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Qasımov X7 Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə təqsirləndirilərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 29.12.2019-cu il tarixdə Sumqayıt şəhər probasiya Xidmətində qeydiyyatdan keçmiş, 16.02.2021-ci il tarixədək cəzanın çəkilməmiş hissəsi 04 (dörd) ay 17 (on yeddi) gün təşkil edir. İş materiallarında olan Abşeron RİH-nin başçısının 4 saylı MTİİTS tərəfindən verilmiş 09.09.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qasımov X7 rayonu, Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivi, küçə 1, döngə 1, ev 23 ünvanında həyat yoldaşı-1991-ci il təvəllüdlü X5, oğlu-2013-cü il təvəllüdlü X6, 2011-ci il təvəllüdlü X2 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, həmin cəzaya Abşeron Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay müddətə olan hissəsi 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 08.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 09.06.2019-cu il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qətimkan tədbiri məhkəmə hazırlıq iclasında öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddət onun cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,166 qram metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.07.2019-cu il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RİH başçısının Yasamal rayon MMKTB-i tərəfindən verilmiş 18.07.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu-2000-ci il təvəllüdlü Hüseyn Bağırov və qızı-2004-cü il təvəllüdlü Sibel ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət törətəsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 08.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 09.06.2019-cu il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmış, daha sonra məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində 24.12.2019-cu il tarixində barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş və o, 04.02.2021-ci il tarixdə tutularaq həbsə alınmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 16 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə bir gün bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 04.02.2021-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,581 qram psixotrop madddə olan metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamalı rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 34 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 204 (iki yüz dörd) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay müddətə olan hissəsi 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə olduğu 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 1,166 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron RPİ-nə, Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu 04.02.2021-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 0,581 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 219,80 (üç yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 34 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 204 (iki yüz dörd) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar