Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-18/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, İnli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs üzərində “Fenzepin...tabletki 0.001 qram...07.22” göstəriciləri olan 02 ədəd blisterdə ümumi sayı 20 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən, təsiredici maddəsi psixotrop maddə fenazepam olan dərman tabletlərini satış məqsədi və tamah niyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üstündə daşıyaraq əczaçı işlədiyi ünvan 2 ünvanda fəaliyyət göstərən “Abşeron-24” nömrəli aptekdə satış məqsədi ilə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 may 2020-ci il tarixdə saat 13:45 radələrində Təqsirləndirilən şəxs üzərində “Fenzepin...tabletki 0.001 qram...07.22” göstəriciləri olan 02 ədəd blisterdə ümumi sayı 20 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən, təsiredici maddəsi psixotrop maddə fenazepam olan dərman tabletlərini Şahid3 nömrə və seriyaları protokolda qeyd edilmiş 6 manata qanunsuz olaraq satdıqdan sonra saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə fenazepamı satması nəticəsində əldə etdiyi 6 manat pul vəsaiti, Nicat Salmanovdan isə satılmış psixotrop maddə fenazepam dərman preparatı və bir ədəd kassa çeki aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 6 ildir ki, Abşeron rayonu Xırdalan şəhəri, Musabəyov küçəsində yerləşən «Abşeron 24» adlı aptekin müdiri işləyir. X2 da əczaçı kimi işləmiş, Nuranəni işə götürmüş və işə qəbulu ilə də bağlı əmək müqaviləsi vardır. Aptek "xxxx" şirkətinin verdiyi lisenziya əsasında fəaliyyət göstərmiş, aptekdə psixotrop maddələrin satışı ilə bağlı lisenziyası yoxdur. Təxminən iki il əvvəl işlədiyi depolardan birinə xeyli sayda adi dərmanlar sifarişi vermiş, eyni zamanda 2 konvalyutda fenazepam dərmanı da sifariş etmişdir. Ona adi dərmanlar və eyni zamanda da 2 ədəd konvalyutda da fenazepam dərmanı çatdırılmışdır. Həmin dərmanların, eyni zamanda fenazepam dərmanının pulunu da ödəmişdir. Amma onun hazırda dəqiq yadında qalmamışdır ki, həmin fenazepamı aldığı depo hansı depo olmuşdur. Dərmanı ona görə almışdır ki, yaxın qohumlarından kiməsə lazım olsa, yardım məqsədi ilə verər, fenazepamı satmaq niyyəti heç bir zaman olmamışdır. Həmçinin fenazepam dərmanının döriyyəsi qadağan olunmuş dərmanlar siyahısına aid olması barədə onun məlumatı olmamışdır. 2 ədəd konvalyutda cəmi 20 həb fenazepam olmuşdur. O, həmin dərmanları aptekdə özünə məxsus olan şkafda saxlamış, şkafın açarı da özündə olmuşdur. Şkafı açarla bağlamışdır ki, başqa adam şkafı açıb həmin dərmanı görməsin. Hətta aptekdə satıcı işləyən Nuranənin də xəbəri olmamışdır ki, aptekdə həmin dərman vardır. 13 may 2020-ci il tarixdə aptekə bir nəfər şəxs gəlib ondn fenazepam dərmanı istəmişdir. O da həmin şəxsə iki ədəd konvalyutda cəmi 20 həlbdən ibarət fenazepamı 6 manata satmış və həmin şəxsə kassa çeki də vermişdir. Həmin dərmanı hər hansı bir resept olmadan satmışdır. Həmin gün aptekdə yalnız özü olmuşam, başqa bir işçi də olmamışdır. Sonra polis əməkdaşları gəlib bildirmişlər ki, onun qanunsuz olaraq psixotrop maddə satmağı barədə məlumat vardır. Sonra bu barədə protokol yazılmış və o da protokolun məzmunu ilə tanış olub imzalamışdır. Törətdiyi əməldən çox peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 13 may 2020-ci il tarixdə Bakı şəhər sakini Şahid3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri, Musabəyov küçəsində fəaliyyət göstərən aptekdə qanunsuz olaraq 2 list psixotrop maddə Fenzepam dərman preparatını 6 manata satıldığını bildirərək qeyd olunan aptekdə baş verən bu cür halların qarşısının alınmasını xahiş etməklə, lazım gələrsə köməklik edə biləcəyini göstərmişdir. Ona görə də həmin məlumat tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkili Şahid2 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə Nicat Salmanova şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan ona DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd 5 manatlıq və bir ədədə 1 manatlıq pul əskinazından ibarət 6 manat pul verilmiş və bu barədə protokol tərtib olunaraq video çəkiliş aparılmışdır. Daha sonra DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd seriya nömrəsi F95426976 olan 1 manatlıq və bir ədəd seriya nömrəsi C00042415 olan 5 manatlıq pul əskinazlarından ibarət 6 manat pul videçəkiliş vasitəsi ilə Nicat Salmanova verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və Nicat Salmanovla birlikdə qeyd olunan ünvana getmiş və nəticədə həmin gün saat 13:35-də aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. Nicat Salmanov müşahidələri altında aptekə daxil olmuş və təxminən bir neçə dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman Nicat Salmanov əlində olan 02 list olmaqla 20 tablet “Fenzepin” dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı tərtib olunaraq 6 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki onlara verərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Ceyhun adlı şəxs satmışdır. Dərhal aptekin qarşısında aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər şəxsin olduğunu görmüşlər. Özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmiş və məlum olmuşdur ki, həmin şəxs aptekin müdiri Təqsirləndirilən şəxsdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl tərəfindən Nicat Salmanova qanunsuz olaraq 02 ədəd olmaqla 20 tablet “Fenzepin” dərman preparatının 6 manata satıldığını bildirib həmin dərman preparatını və 6 manat pulun ödənilməsi ilə bağlı çeki göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, aptekin müdiridir, qeyd olunan aptek "xxxx" MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərir. Lakin həqiqətən də həmin aptekdə psixotrop maddələrin və cüglü təsir edici dərman preperatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir. Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl o, vətəndaşa qanunsuz olaraq 02 ədəd list olmaqla 20 tablet “Fenzepin” dərman preparatını 6 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki təqdim etmişdir. Daha sonra təklif olunmuşdur ki, vətəndaşdan alınmış 6 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs həmin 6 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Nicat Salmanova verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs atpekdə psixotrop və güclü təsir edici dərman preparatları olub-olmaması soruşulmuş, lakin Təqsirləndirilən şəxs atpekdə psixotrop və güclü təsir edici dərman preperatları olmadığını bildirmişdir. Aptekə baxış keçirilmiş, lakin psixotrop və güclü təsiredici dərman preparatları aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Baş İdarəyə dəvət edilərək izahatı alınmışdır. Təqsirləndirilən şəxs satdığı dərman preparatının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına “Siyahı İİİ” daxil olduğundan və Təqsirləndirilən şəxs qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxsi işi ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərində olarkən səhhətində yaranmış kiçik baş ağrısı ilə bağlı Musabəyov küçəsində fəaliyyət göstərən «Abşeron 24» aptekinə daxil olmuşdur. Atrekə daxil olanda görmüşdür ki, özünü Ceyhun kimi təqdim edən şəxs 2 list üzərində «Fenzepin» yazısı olan dərmanı şübhəli- şübhəli ətrafa boylanaraq 6 manata satılır.Həmin şəxsin hərəkətləri onda şübhə yaratmış və atpekdən çıxıb maraq üçün internet vasitəsi ilə «Fenzepin» dərmanı ilə maraqlanmış, həmin dərmanın psixotrop maddə olduğunu, satışının qansuzur, xüsusi lisenziya əsasında satıla bilməsini öyrənmişdir.Onu bir vətəndaş kimi bu məsələ narahat etmiş və düşünmüşdür ki, belə halların gələcədkə daha çox fəsadlar törətməməsi üçün, həmçinin belə bir dərmanın açıq aşkar müştərilərə satılmasının gələcəkdə digər şəxslərə problemlər yarada biləcəyini düşündüyü üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. Belə hallara qarşı mübarizəni daha sərt şəkildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparıldığını eşitdiyi üçün həmin idarəyə müraciət etmək qərarına gəlmişdir. Nəticədə 13 may 2020-ci il tarixdə həmin idarəyə gedərək ərizə ilə müraciət edib bu barədə məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, həmin aptekdə qanunsuz olaraq psixotrop dərmanların satışını həyata keçirən şəxs və ya şəxslərin əməllərinin ifşa olunmasında lazım olarsa köməklik də edə bilər. Nəticədə ərizəsi qəbul olunmuş və daha sonra ona deyilmişdir ki, qeyd olunan ünvanda yerləşən aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərman preparatlarının satılmasının qarşısının alınması ilə bağlı əməliyyat-axtarış tədbiri keçiriləcəkdir,əgər razı olarsa həmin tədbirdə şərti alıcı qismində iştirak etsin.O da bir vətəndaş kimi polisə kömək etmək vəzifə borcu olduğu üçün razılaşmışdır. Nəticədə video çəkiliş vasitəsi ilə ona bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq əskinazdan ibarət 6 manat pul verilərək bu barədə protokol tərtib edilib pulun kserosurəti çıxarılmışdır.Bundan sonra polislərlə birgə həmin ünvana getmişlər.Nəticədə həmin gün saat 13:35-də aptekin yaxınlığına çatmış və polislər kənarda dayanmışlar. O,tədbirin planına əsasən aptekə daxil olmuş və həəmin vaxt aptekdə yalnız sonradan adının Ceyhun olduğunu bildiyi şəxs olmuşdur. Ceyhuna yaxınlaşmış və ona müraciət edərək 02 list «Fenzepin» dərmanı istəmişdir. Bu zaman Ceyhun adlı şəxs əvvəlcə ətrafa boylanmış və sonradan həmin dərmanın qiymətinin 6 manat təşkil etdiyini bildirmişdir. O, etiraz etməmiş və nəticədə ona 2 list «Fenzepin» dərmanı vermişdir. O da Ceyhuna 6 manat pul verib 6 manatın ödənilməsinə dair çek alıb aptekdən çıxmışdır. Daha sonra aptekdən çıxaraq polislərə yaxınlaşıb əlində olan 2 list «Fenzepin» dərmanını polislərə verərək bildirmişdir ki, qeyd olunan dərmanı ona aptekdə işləyən Ceyhun adlı şəxs satmışdır. Ona görə də polis əməkdaşları ilə birlikdə aptekə daxil olmuşlar. Polislər həmin Ceyhun adlı şəxsə yaxınlaşıb vəsiqələrini göstərib özlərini və ona həmin şəxsə təqdim edərək ondan kim olmasını soruşmuşlar. Məlum olmuşdur ki,həmin şəxs aptekin müdri Təqsirləndirilən şəxsdur. Polis əməkdaşları tədbirin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl tərəfindən ona qanunsuz olaraq 2 list «Fenzepin» dərman preparatının 6 manata satıldığını bildirib həmin dərman preparatını və çeki göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan aptek "xxxx"» MMC-ə məxsus lisenziya əsasında fəaliyyət göstər, lakin həqiqətən də həmin aptekdə psixotrop tərkibli və güclü təsiredici dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. Daha sonra polislər tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, ondan aldığı 6 manat pulu təqdim etsin.Təqsirləndirilən şəxs da ondan aldığı həmin 6 manat pulu polislərə təqdim edən zaman bir daha məlum olmuşdur ki, doğrudan da həmin bir ədəd 1 manat və bir ədəd 5 manat pul əskinazından ibarət 6 manat pul əvvəlcədən ona verilmiş puldur. Ona görə də həmin pul da polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polislər aptekə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs icazə istəmiş və polis əməkdaşları tərəifndən Təqsirləndirilən şəxs aptekdə psixotrop və güclü təsiredici dərman preperatları olub-olmamsı soruşulmuşdur.Təqsirləndirilən şəxs aptekdə psixotrop və güclü təsiredici dərman preperatları olmadığını bildirmişdir. Daha sonra aptekə baxış keçirilmiş, lakin heç bir psixotrop və güclü təsir edici dərman preperatları aşkar olunmamışdır.Baş verənlərlə bağlı elə yerindəcə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, əlavə və ya şikayət daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 may 2020-ci il tarixli, 6/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində DİN “Zərflər üçün № 6” möhür əksi və “Abşeron rayonu xırdalan şəhəri.Musabəyov 5 ünvanında fəaliyyət göstərən “Abşeron 24” aptekdə aşkar olunmuş 20 həb “Fenzepin” dərman preperatı..” əl yazıları olan zərfdəki üzərində “FENZEPİN..tabletki 0.001 q..07.22” göstəriciləri olan 02 ədəd blisterdə ümumi sayı 20 ədəd dərman tabletləri təsiredici maddəsi fenazepam olan dərman preperatıdır. 20 tabletdə fenazepam təsiredici maddəsinin ümumi miqdarı 0.02 qram təşkil edir və bu preperatlar təsiredici maddəsinin aktivliyinə və son istifadə müddəti göstəricisinə əsasən istifadəyə yararlıdır. Fenazepam “Fenzepin” 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına “Siyahı İİİ” daxildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 008-2294-1220 nömrəli məktubundan aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Musabəyov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Abşeron-24» aptekdə psixotrop tərkibli dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir. DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən 13 may 2020-ci il tarixdə qəbul edilmiş «Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsinə dair» qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması bildirilmiş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş «Pul vəsaitinin verilməsi barədə» protokoldan görünür ki, ünvan 7 ünvanda fəaliyyət göstərən «Abşeron-24» aptekində qanunsuz olaraq 6 manat pulun müqabilində təsiredici maddəsi 20 tablet «Fenzepin” dərman preparatının satılması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən ayrılmış bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq manatlıq pul əsginazları keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün kserosurəti çıxarılmaqla video çəkiliş vasitəsi ilə əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid3 verilmişdir. DİN-in BMCMİ-nin KSPSM və MDQMl-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protokoldan görünür ki, həmin tarixdə saat 13:45 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanda fəaliyyət göstərən «Abşeron-24» aptekdə qanunsuz olaraq əməliyyat axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid3 ooğluna 2 manat pulun müqabilində müqabilində 20 tablet" Fenzepin” dərman preparatını satdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, tədbirin keçirilməsi üçün əvvəlcədən protokolla rəsmiləşdirilmiş və Təqsirləndirilən şəxs 20 tablet” Fenzepin” dərman preparatın satışından əldə etdiyi bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq pul əsginazları aptekin kassasından aşkar olunaraq götürülmüşdür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2020-ci il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk və 01 ədəd kassa çeki cinayət işinə əlavə edilmiş, 16 tablet psixotrop maddə fenazepam BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılmış, bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq pul əsginazları Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün əməliyyat qrupunun rəhbəri Şahid1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində başqa yerə getməmək barədə iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, ünvan 7 ünvanda fəaliyyət göstərən «Abşeron-24» aptekdə qanunsuz olaraq əməliyyat axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid3 ooğluna 2 manat pulun müqabilində müqabilində 20 tablet" Fenzepin” dərman preparatını satdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, tədbirin keçirilməsi üçün əvvəlcədən protokolla rəsmiləşdirilmiş və Təqsirləndirilən şəxs 20 tablet” Fenzepin” dərman preparatın satışından əldə etdiyi bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq pul əsginazları aptekin kassasından aşkar olunaraq götürülmüşdür. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2840 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və baxmayaraq ki, CM-nin 59.1.1-59.1.14-cü maddələrində bu hal birbaşa göstərlməmişdir, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz, çünki CMnin 59.2-ci maddəsi CMnin 59.1-ci maddəsində göstərilməyən halların (yəni cinayətin törədilməsindən sonrakı davranışın səmimi peşmançılığa dəlalət edən, lakin CM-nin 72-ci maddəsində əks olunmayan təzahür formalarının) da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun törətdiyi əməldən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza yəni, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərsə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk və 01 ədəd kassa çeki cinayət işinin materiallarında saxlanılmalı, BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 16 tablet psixotrop maddə fenazepam məhv edilməli, bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq pul əsginazları Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün əməliyyat qrupunun rəhbəri Şahid1 təqdim edilməsi nəzərə alınmalıdır. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək, 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk və 01 ədəd kassa çeki cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 16 tablet psixotrop maddə fenazepam məhv edilsin. Bir ədəd F seriyalı 95426976 nömrəli 1 (bir) manatlıq və bir ədəd C seriyalı 00042415 nömrəli 5 (beş) manatlıq pul əsginazları Daxili İşlər Nazirliyinin əməliyyat xərclərinə qaytarılması üçün əməliyyat qrupunun rəhbəri Şahid1 təqdim edilməsi nəzərə alınsın. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-18/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-18/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver