Məhkəmə qərarları › İş №1(012)-18/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-18/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-18/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Abşeron rayon mərkəzi xəstəxanası” X8 doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, X10 küçəsi ev 21 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X8 Doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən, 04 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində doğuş ağrıları (sancıları) ilə həmin xəstəxanaya gətirilmiş Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edildiyi üçün doğuşun tibbi göstəriş əsasında “Qeysəriyyə kəsiyi” cərrahiyə əməliyyatı ilə uşaqlıq üzərində kəsik aparılmaqla doğuşun abdominal yolla başa çatdırılmalı olmasına baxmayaraq, vəzifəli şəxs kimi öz xidməti vəzifələrini, yəni Səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə kilinik protokol”-unda qeyd olunan “dölün disstressi (dölün disstressinə şübhə)” qeysəriyyə əməliyyatına göstərişdir”, “bu əməliyyatın aparılması üçün zəruri şərtlərdən hesab edilən cərrahi texniki bacarığına malik mama-ginekoloq, anestezioloq-reanimatoloq, həkim-neonatoloqdan ibarət ixtisaslaşmış mütəxəssislər briqadasının olması”, “anamnezində olan məlumatlara əsasən hamilənin vəziyyətini düzgün qiymətləndirməli”, Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə kilinik protokol”-unda qeyd olunan “hamiləyə doğuş zamanı maksimal dəstək verməli, risk amillərini dəyərləndirməli və fəsadları mümkün qədər tez müəyyən etməli, doğuş prosesinin gedişinə, dölün vəziyyətinə diqqətlə nəzarət etməli”, habelə Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”-nda göstərilən “həkim mama-ginekoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşları aparmalı, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərməli, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli” tələblərinə əməl etməyib normativ sənədlərlə və digər normativ aktlarda müəyyən edilmiş qaydada məsuliyyətini lazımi qaydada dərk etməyib öz işinə laqeyd yanaşaraq, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, cinayətkarcasına özünə güvənib baş verə biləcək ictimai təhlükəli nəticələri qabaqcadan görsə də, kifayət qədər əsaslar olmadan onların qarşısını alacağını güman edərək, həmin gün saat 14:25 radələrində Zərərçəkmiş şəxs doğuşunun təbii yolla aparılması barədə qanunsuz və əsassız qərar qəbul edib doğuş zalında qalmaqla əməliyyatın aparılmasına, yəni başa çatdırılmasına cavabdeh şəxs olmasına baxmayaraq, sancılar bağlanacağı halda onu çağırmalarını deyərək hamiləni doğuş zalında ixtisasca uyğun olmayan tibb işçiləri ilə tək qoyub getmiş, saat 14:33-də doğuş başlanan zaman orada olmadığına görə şöbənin maması Şahid5 mamaginekoloqun nəzarəti olmadan əməliyyatı tək idarə etmək məcburiyyətində qalmışdır. Nəticədə, mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən doğuş taktikasının düzgün seçilməməsi dölün göbək ciyəsinin doğuş yollarında dartılmaqla qan dövranının pozularaq hipoksiyasının baş verməsinə, onun vəziyyətinin ağırlaşmasına və sonradan dölün “İntranal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı” səbəbindən ağır nəticəyə - ölməsinə gətirib çıxarmış, doğuşdan sonra zərərçəkmişin aralıq nahiyəsində baş vermiş ağır dərəcəli cırıqları venadaxili narkoz fonunda bərpa etsə də, tibbi sənədlərdə bu cırıqları özbaşına tikiş qoyulmadan bitişmək xüsusiyyətinə malik 1-ci dərəcəli cırıq kimi qeyd etmiş, bu hərəkətləri ilə o, zərərçəkmişin hüquqlarına mühüm zərər vurulmasına və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyir. 2022-ci ilin yanvar ayının 3-dən 4-nə keçən gecə xüsusi çağırış üzrə evdə növbədə olmuş və xatırladığı qədər gecə saat 03 radələrinədək doğum şöbəsində işdə olmuş, həmin gecə evə getdikdən sonra doğum şöbəsinə Zərərçəkmiş şəxs adlı hamilə daxil olmuş, bu barədə növbətçi mama olmuş Zarina Zalova telefon vasitəsi ilə məlumat verib daxil olan hamilənin ümumi vəziyyətinin kafi, şikayətinin qarnının aşağı hissəsində olan zəif-preliminar xarakterli sancılardan olduğunu, hemodinamik göstəricilərinin (arterial təzyiq, nəbz) norma daxilində, dölün ürək döyüntülərinin aydın, ritmik, norma daxilində, daxili müayinə zamanı uşaqlıq boynunda dilotasiya (açıqlıq) 1 sm olduğunu, su kisəsinin tam, gələcək hissənin baş, ifrazatın isə adi-selikli olduğu, xəstənin dölyanı mayesi axması bildirilmişdir, o da gəlib xəstəni müayinə etmiş və uşağın başdan gəlməsini, 5 sm uşaqlıq yolunun açılması müəyyən edilmişdir. Dölün ürək döyüntüsü 140- 160 arasında olmuşdur. O, normal doğuşa buraxmışdır. Xəstə Ailə Sağlamlıqda qeydiyyatda olub, orada olan məlumatlar isə hamiləliyin fəsadsız keçməsi müəyyən olunmuş, UZİ-nin nəticəsindən isə görünür ki, plasentanın qürurlusu normal, göbək ciyəsinin bir dəfə dolandığı qeyd olunmuşdir, əgər USM-nin nəticəsini ekspertlər təkzibolunmaz fakt kimi qəbul edirlərsə, onda ciftin qalınlığı əslində 4 sm deyil, 1 sm olub, göbək ciyəsi isə bütün şahidlərin dediyi kimi boğazına dolanmamış olub və normal doğuşa buraxılmışdır. Kiniki protokola görə 4 saatdan bir təzyiq və nəbzi ölçülməldir, yarım saatdan bir ürək döyüntüsünə qulaq asılmalıdır. Normal doğuş üzrə klinik protokol var, ilkin olaraq qadına ekq aparılması məsləhət görülmüşdür. Qadında ürək döyüntüsü normal olmuşdur və tez tez yoxlanılmışdır. Bu halı özü də təsdiq etmişdir. Hardasa 2-3 radələrində baxış keçirmişdir, çünki qadında gücənmələrlə bağlı sancılar başlamışdır. O da baxış keçirmiş və qadında periental açıqlıq və uşağın başının kiçik çanaq boşluğunun dar hissəsinə daxil olmuşdur, bu isə o deməkdir ki, doğuş yarım saata ən çoxu 1 saat yarıma qədər çəkə bilər. Bu zaman Abıyeva Kəmalə gəlmiş və aşağıda bir xəstənin bayıldığını bildirmişdir, o, aşağı enmiş və 7 dəqiqə sonra geri qayıtmışdır. O gələndə isə artıq uşaq doğulmuşdur, uşaq həkimi uşağın ölü doğulduğunu bildirmiş və uşağa heç bir reanimasyon tədbirlər görülməmişdir. Sonra o, Ayşəyə yaxınlaşmış və uşaqlıq yolunda zədələr gördüyündən, yardım etmək istəmiş, lakin Ayşə baş verənlərdən təsirləndiyi üçün, onun müdaxiləsinə imkan verməmiş, o da xəstənin yaxınlarından südasıya üçün icazə almış və narkoz vurmaqla uşaqlıq yolundakı 1-ci dərəcəli zədələri bərpa etmişdir. Uşaq doğularkən rahat və tez doğulmuş, boynuna dolanma və dartılma olmamışdır, belə olsaydı doğuş ləngiyərdi, doğuş normal olmuşdur və özü təşrih aparılmasını və ölümün səbəbinin müəyyən olunmasını xahiş etmişdir. Baş həkim məsləhət gördü ki, müstəntiqin iştirakı ilə meyitin daxili müayinəsi aparılsın, o təşrihdə iştirak etmiş, orda da görünmüşdür ki, meyitin boynuda göbək ciyəsinin dolanma izi yoxdur. Belə olan halda ekspertlər nəyə, hansı protokola əsaslanıb göbək ciyəsinin dolanma olduğunu və göbək ciyəsinin dolanmasının əməliyyata göstəriş olmasını iddia edirlər. Bu haldan 2-3 gün sonra ailə gəldi və bildirdi ki, siz günahkarsınız, ekspertizanın cavabı belədir, o da söz vermişdir ki, ekspertizanın gedişinə mane olmayacaq. Ona görə də özünü təqsirli bilmir və barəsində bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının ortalarında özünü yaxşı hiss etmədiyi Abşeron rayonu Digah qəsəbəsindəki poliklinikaya gedəndə 4 həftəlik hamilə olduğunu bilmiş, sonradan Abşeron rayon mərkəzi xəstəxanasının mama-ginekoloqu Kəmalə Atakişiyeva məsləhət görülmüş, may ayında o, əri və yaşadıqları evin sahibi Pərvanə xanımla birlikdə onun yanına getmişlər. Həkimə halının pis olduğunu, qusduğunu, ürəyinin bulandığını demiş, Kəmalə həkim ona 5 günlük sistem yazıb müşahidəni özü şəxsən aparacağını bildirmiş, hamiləliyin yeddi ayında Digah poliklinikasında qeydiyyata düşmüş və müşahidəni Vəfa adlı həkim aparmağa başlamışdır. Hamiləliyin 9 ayı ərzində heç bir problem yaşamamış, hamiləliyi normal keçmiş, 04 yanvar 2022-ci il tarixdə isə gecə saatlarında sancıları başlamış, əri, anası Tünzalə Quliyeva, bacısı Sevil Quliyeva ilə birlikdə birbaşa “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsinə getmişlər. Orada palataya yerləşdirilmiş, palatada olanda onun yanına tibb bacılarından başqa heç kim gəlib dəyməmişdir. Səhər saatlarında sancıları başlamış, palatasında qışqıraraq həkim istəmiş, keyser olmasını istəmişdir, orda səslərinə xadimə gəlib doğuş zalına aparmış, Həmin gün doğuşdan təxminən 1-2 saat əvvəl palatada olanda özünü Arzu kimi təqdim edən qadın həkim gəlib onu müayinə edib bir barmaq açılış olduğunu, uşağın başının hələ tam gəlmədiyini deyib çıxıb getmişdir, o da xahiş etmişdir ki, ağrısı çoxdur, normalda da ağrıya dözümü yoxdur, hətta ağrıdan həkim onu yoxlayanda həkimi ayağı ilə itələmiş, ona sancılarının dözülməz olduğunu, ağrıdan dura bilmədiyini demişdir. Həmin gün saat 14 radələrində şiddətli sancılar başlanmış, o da keyser əməliyyatı olmasını istəmişdir, bir mamaça deyilən həkim gəlib baxaraq doğuş sancıları başladığını demiş, bundan sonra o, doğuş zalına gətirilmiş, orada uşağın ürək döyüntüsünə həm o, həm də həkim qulaq asmış və demişdər ki, uşaq normaldır, 3-ə qədər doğulacaq. Həmin gün Arzu həkim də doğuş zalına 2 dəfə gəlib ona baxaraq uşağın başının tam düşmədiyini və doğuşu özü qəbul edəcəyini deyib getmiş, həmin vaxt zalda ancaq xadimə qalmışdır. Bundan sonra fasilə ilə mamaça iki dəfə gəlib baxıb uşağın başının tam gəlmədiyini və güc etməkdə davam etməsini demiş, Arzu həkim gedəndən bir qədər sonra bir anlıq uşağın başının çıxdığını hiss edib qışqırmış, həmin vaxt xadimə çıxıb çöldən həkimləri səsləməyə başlamış, səsə mamaça gəlmişdir. Mamaça baxıb uşağın başının çıxdığını görmüş və uşağı çıxardıb sinəsinin üstünə qoymuşdur, uşağın səsi çıxmasa da əvvəl sağ idi, lakin həmin vaxt uşaq ağlamamış, sonra da tez götürüb yanındakı ayrı uşaq masasına qoyub ona ürək masajı etmiş, nəfəs yollarını hava vuranla təmizləməyə başlamış, nə qədər çalışsalar da, uşaq ayılmamış, uşaq gözlərinin qarşısında göyərməyə başlamışdır. Sonradan ona həkimlər uşağın öldüyünü demişlər. Məhkəmə istintaqının sonunda isə zərərçəkmiş şəxs ərizə verməklə bildirmişdir ki, həkimin təqsiri yoxdur ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs 2019-cu ilin iyun ayında rəsmi nikaha daxil olmuş və Abşeron rayonu Digah qəsəbəsində yaşamağa başlamışdır. 2022-ci ilin aprel ayının ortalarında Ayşən özünü yaxşı hiss etmədiyi üçün onu Abşeron rayonu Digah qəsəbəsindəki poliklinikaya aparmış və onun 4 həftəlik hamilə olduğu məlum olmuşdur. Abşeron rayon mərkəzi xəstəxanasının mama-ginekoloqu Kəmalə Atakişiyeva məsləhət görüldüyü üçün may ayında o Ayşəni onun yanına aparmış, həmin vaxtdan hər ayın sonunda Kəmalə həkimin qəbuluna gedib analizlərin, USM və sair müayinələrin cavablarını aparmışlar. X9 poliklinikasında qeydiyyata durmuş, 9 ay hamiləlik vaxtı Ayşən də heç bir problem olmamış, hamiləliyi normal keçmiş, həkimlər də hər şeyin normal getdiyinə onları əmin etmişlər. 04 yanvar 2022-ci il tarixdə gecə saatlarında Ayşənin sancıları başlamış, o, qayınanası Tünzalə Quliyeva və baldızı Sevil Quliyeva ilə birlikdə birbaşa Abşeron rayon mərkəzi xəstəxanasına getmiş, Ayşən doğum şöbəsinə qəbul edilərək palataya yerləşdirilmiş, artıq saat 15 radələrində tibb işçilərindən biri qayınanasını doğum şöbəsinə çağırmış, təxminən yarım saatdan sonra qayınanası qayıdıb uşağın nəfəs çatışmamazlığından öldüyünü demişdir. Bundan sonra bir həkim gəlib özünü Arzu kimi təqdim edib doğuşu onun qəbul etdiyini, doğuşun normal və təbii olduğunu deyib şikayət etməməyi xahiş etmiş, nə lazımdırsa kömək edib əziyyətini çəkəcəklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində sanitar - kiçik tibb işçisi kimi işləyir. Hadisə baş verən gün, yəni 04 yanvar 2022-ci il tarixdə növbəyə səhər 08:00da gəlib işə başlamış, həmin səhər doğum şöbəsində sancı çəkən üç hamilə qadın olmuş, sonradan adının Ayşən olduğunu bildiyi hamilə qadın ayrıca palatada olmuş, Ayşənin xəstəxanaya nə vaxt gəldiyini bilməmişdir. Daim həmin palatada olmuş, arada mama onu əvəz etmiş, yəni palatada doğuşu gözləyən hamilələr heç vaxt tək olmamışdır. Ayşən onlara çox əziyyət vermiş, yəni özünə baxmağa imkan verməmiş, həkimləri yaxın qoymamış, özünü aqressiv aparmış, bunu tibb işçilərinin onu incitməsi ilə izah etmişdir. Ayşən heç kimə əhəmiyyət verməmişdir, hətta Arzu həkimi bir dəfə ayağıyla itələmişdir. uşaq doğulmazdan əvvəl o, Ayşənin altını təmizləyib getmişdir. Uşağın doğulan vaxtını isə görməmiş, sonradan uşağın öldüyünü eşitmişdir. Arzu həkim doğuşdan sonra gəlmişdir, lakin nə vaxt gəldiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində həkim-neonatoloq vəzifəsində çalışır. 04 yanvar 2022-ci il tarixdə qrafik üzrə həkim-neonatoloq kimi işdə olmuş, saat 14:30-da onu şöbənin maması Şahid5 doğuş zalına dəvət edib Zərərçəkmiş şəxs doğuşunun başladığını demiş, doğuş zalına daxil olanda hamilə Zərərçəkmiş şəxs doğuş stolunda uzandığını, zalda ondan başqa mama Şahid5, kiçik tibb işçisi Şahid3 və uşaq tibb bacısı Şahid2 olduğunu görmüş, həmin vaxt, yəni doğuş zamanı həkim mamaginekoloq Təqsirləndirilən şəxs doğuşda iştirak etməmiş, doğuş artıq başladığı üçün mama Şahid5 doğuşu qəbul edib göbək ciyəsində pulsasiya olmadığını demişdir. Zala daxil olandan 3 dəqiqə sonra təbii doğuş baş vermiş, uşaq ananın üzərinə qoyularaq göbək ciyəsi kəsilmiş, sonra da uşaq bələk stoluna qoyulmuşdur. Sonra zəruri tədbirlərin görülməsi üçün uşağı müayinə edib həqiqətən də göbək ciyəsində pulsasiya olmadığını müəyyən edib tibb bacısına natriy-xlor və adrenalin məhlulu hazırlamasını tapşırmış, lakin auskultasiya zamanı uşaqda ürək döyüntüsü və tənəffüs olmadığı, hətta hərəkət əzələlərinin heç birinin iştirakı olmadığı üçün həmin məhluldan istifadə edilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs gəlib uşaqda heç bir həyat əlaməti olmadığını görüb ilkin reanimasiya başlatmaq istəmiş, “Ambu” kisəsi ilə süni ventilyasiya aparsa da, diri doğulma əlamətlərinin heç biri olmadığına görə reanimasiya tədbirlərinin görülməsini məsləhət bilməmişdir. Bundan sonra uşağı ölü doğulmuş kimi qiymətləndirmiş və heç bir tədbir görməmiş, sonra da özü doğuş zalını tərk etdiyi üçün orada nəyin baş verdikləri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-də doğum şöbəsində əməliyyat tibb bacısı vəzifəsində işləyir. 04 yanvar 2022-ci il tarixdə səhər saat 07:40-da işə gəlmiş, həmin vaxt hamilə Zərərçəkmiş şəxs artıq doğum şöbəsində sancı palatasında olmuş, onun şöbəyə konkret saat neçədə daxil olmasını bilməmişdir. Hamilə Zərərçəkmiş şəxs müayinə edən zaman suyunun açıldığını dediyi üçün o bu barədə dərhal telefon vasitəsi ilə mamaginekoloq Təqsirləndirilən şəxs məlumat vermiş və o da ona doğum tarixi açmağı tapşırmışdır. Zərərçəkmiş şəxs arterial təzyiqini, hərarətini ölçmüş, qanın və sidiyin analizlərini yığıb laboratoriyaya göndərmiş, KTQ aparatına qoşub dölün ürək döyüntülərini götürmüşdür. Bundan təxminən yarım saat sonra mama-ginekoloq Təqsirləndirilən şəxs gəlib xəstəni özü müayinə etmiş, uşaqlıq yolunun açılma dərəcəsinə baxıb dölün ürək döyüntüsünə qulaq asmış, ondan digər göstəriciləri soruşub xəstəni sancıya buraxmışdır. Hamilə Zərərçəkmiş şəxs özünü aqressiv, qeyri-adekvat aparmış, digər qadınlardan möhkəm qışqırıb müayinə etməyə imkan verməmiş, ağrıya dözə bilmədiyini demişdir. O, həmin hamiləni hər yarım saatdan bir KTQ aparatı vasitəsi ilə dölün ürək döyüntüsünə qulaq asmış, nəticələr normal olmuş, növbəti müayinə zamanı mama-ginekoloq Təqsirləndirilən şəxs göstərişi ilə o, ona spazmalitik dərman - noşpa vurmuş, digər hər hansı dərman vasitəsi həmin xəstəyə vurulmamışdır. Hətta müayinələrinin birində onu kiçik tibb işçisi Leylan kömək edib doğuş zalına gətirmiş, onu əvvəl çarpayıya uzatmış, sonra da doğuş masasına qaldırmaq istəyəndə o dizlərini yerə atıb ağrıya dözə bilmədiyini, masaya çıxmayacağını demiş və o, da ona baxandan sonra onu sancı otağına göndərmişdir. Həmin vaxt təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs doğuş zalına gətirilərək çarpayıya uzadılmış, artıq onun açılışının tam olduğu üçün o, doğuş masasına qaldırılmışdır. O, mama-ginekoloq Təqsirləndirilən şəxs zəng edib açılışın tam olduğunu deyib doğuş zalına yaxınlaşmasını istəmiş, sonra da onu KTQ aparatına yenidən qoşub dölün ürək döyüntülərini müşahidə etmiş, hər şey norma çərçivəsində olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da gəlib KTQ-nin nəticələrini eşitmiş, əlləri ilə açılışa baxıb başın hələ biraz yuxarıda olduğunu, bir az da irəliləməsini, sonra gücəndirmək lazım olduğunu demiş və telefonuna zəng gəldiyi üçün otaqdan çıxmışdır. Həmin vaxt saat 14:25 olmuş, KTQ aparatını təxminən 3 dəqiqə saxlayıb çıxarmışdır. Təqsirləndirilən şəxs doğuş zalından gedərkən dölün başı gələnədək 30-40 dəqiqə çəkəcəyini, doğuşun başlanmasına hələ vaxtın olduğunu, nəsə olsa onu çağırmalarını deyib getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs Şahid3 böyük bayıra getmək istədiyini deyəndə o da ona narahat olmamasını, təmizləyəcəyini demiş, o da böyük bayıra çıxandan sonra xadimə Leylan onun altını təmizləmişdir. Bu vaxt orada pis qoxu olduğu üçün doğuş zalından çıxıb qapının yanında durub təmizlik işlərinin bitməsini gözləmiş, Leylan hamilənin ətrafını təmizləyib onu çağırandan sonra o, Ayşənə yaxınlaşıb əli ilə onun uşaqlıq yolunu yoxlamışdır. Dölün başının irəlilədiyini görüb dərhal Təqsirləndirilən şəxs zəng etsə də, ona zəng çatmamış,doğuşun başladığını görüb doğuşu qəbul etmişdir, məlumat daxil olan kimi Təqsirləndirilən şəxs başqa digər tibb personalı doğuş zalında olmuş, Təqsirləndirilən şəxs doğuş baş verən şöbənin 2-ci mərtəbəsində olmamış və o da zəng edəndə ona zəng çatmamışdır. Sonra Şahid4 xəstənin yanında dayanmış, tibb bacısı Şahid2 isə xəstənin digər tərəfində körpə masasında hazırlıq görmüş, həmin vaxt heç bir müdaxiləsiz, iynəsiz təbii doğuş baş vermiş və döl görünmüşdür. Dölü qəbul edib ananın sinəsinə qoyanda pulsasiyanı hiss etməmiş və bu barədə Şahid4 məlumat vermiş, sonra da göbək ciyəsini kəsib dölü ananın üzərindən götürüb körpə masasının üzərinə qoymuşdur. Sonra da onunla Şahid4 məşğul olub onun ürək döyüntülərinə qulaq asmış, Şahid2 adrenalin və natriy-xlor məhlulun hazırlanmasını istəmiş, auskultasiya zamanı uşaqda ürək döyüntüsü və tənəffüs olmadığı, hətta hərəkət əzələlərinin heç birinin iştirakı olmadığı üçün həmin məhluldan istifadə etməyə ehtiyac olmamış, çünki döldə hərəkətlik və həyat əlamətləri olmamışdır. Uşaq doğularkən göbək ciyəsi uşağın boğazına dolanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində tibb bacısı işləyir. Hadisə baş verən gün, yəni 04 yanvar 2022-ci il tarixdə növbəni səhər 08:00-da qəbul etmiş, həmin vaxt öz iş yerində, yəni yenidoğulmuş körpələr palatasında körpələrin yanında olmuş, hamilə qadınlar barədə məlumatı olmamışdır. Həmin gün saat 14:30 radələrində doğuşa təxminən 3 dəqiqə qalmış şöbənin maması Şahid5 onu doğuş zalına dəvət etmiş, o da neonatoloq Şahid4 ilə birlikdə doğuş zalına girmiş, doğuş masasında isə hamilə qadın olmuş, digər hər hansı həkim olmamışdır. Həmin vaxt həkimneonatoloq xəstənin sağ tərəfində, o isə uşaq bələnən stolun yanında hazırlıq işləri aparmaq üçün durmuş, mama Şahid5 isə doğuşu qəbul etməyə başlamış, onlar gələndən 3 dəqiqə sonra təbii doğuş baş vermişdir. Sonra mama Şahid5 uşağı qəbul edib ananın sinəsinin üstünə qoymuş, daha sonra göbək ciyəsini kəsəndə göbəyində pulsasiya olmadığını, uşağın tənəffüs etmədiyini demişdir. Körpə pelenal masaya qoyulandan sonra həkim-neonatoloq Şahid4 müayinə edib ona natriy-xlor və adrenalin məhlulu hazırlamağı tapşırmış, sonra cihazla uşağa qulaq asıb körpədə həyat əlamətləri olmadığına və dölün öldüyünə əmin olmuşdur. Ona görə də hazırladığı məhluldan istifadəyə ehtiyac olmamışdır. Sonra isə Arzu həkim gəlmişdir, o isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində kiçik tibb işçisi vəzifəsində işləyir. 04 yanvar 2022-ci il tarixdə növbəyə səhər 08:00-da gəlib işə başlamış, doğuşlar və doğuşa qədər olan hamilələr ikinci mərtəbə yerləşmiş, işə başlayan vaxt artıq sancı palatasında sancı çəkən üç hamilə qadın olmuşdur. Həmin gün saat 14:20 radələrində mama-ginekoloqların oturduğu 1-ci mərtəbədə olanda şöbənin mamaginekoloqu Təqsirləndirilən şəxs yanına bir hamilə qadın əri ilə birlikdə gəlib onu axtarmış, bu vaxt özü doğuş zalları olan ikinci mərtəbəyə qalxıb həkimlər otağından Təqsirləndirilən şəxs çağırmış, həmin vaxt həkimlərin otağına daxil olanda Təqsirləndirilən şəxs həkimlər otağından çıxıb doğuş zalına girmişdir. Doğuş zalında olan doğuş masasının üzərində bir hamilə görmüş, yanında isə sanitar (kiçik tibb işçisi) Leylan və mama Şahid5 olmuş, Təqsirləndirilən şəxs xəstəyə baxıb “doğuşa hələ var” demiş və onlar birlikdə birinci mərtəbəyə düşmüşlər. Bundan təxminən 15 dəqiqə sonra ikinci mərtəbədən gələn sanitar Leylan doğuşun başladığını deyib Arzu həkimin çağırılmasını istəmiş, o, da tez Arzu xanımın olduğu həkimlər otağından onu çağırmış və Arzu xanım da qaça-qaça doğuş zalına getmişdir. Bundan bir neçə dəqiqə sonra ikinci mərtəbəyə qalxanda doğuş zalında çoxlu həkimlərin olduğunu görmüş, o, gələndə artıq həmin qadının körpəsi ölmüş, ətrafına yığılan həkimlər nə isə müzakirə etmiş, doğan qadın isə dayanmadan niyə körpəsinin ağlamadığını soruşmuşdur. Sonra Təqsirləndirilən şəxs xəstəyə narkoz vurub yatızdırıb ona tikişlər qoymuş, bir müddət sonra isə birinci mərtəbəyə düşüb həmin zahının qohumlarını otağına çağırıb uşağın ölü doğulduğunu deyəndə qohumlar narazılıq etməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Abşeron Rayon Mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində tibb bacısı vəzifəsində işləyir. 04 yanvar 2022-ci il tarixdə səhər 08:00-də işə gəlmiş, saat 12 radələrində doğuş blokuna düşəndə və palataların yanından keçəndə hamilənin birinin sancı otağında ağrıdan möhkəm qışqırdığını görüb ona yaxınlaşıb sakitləşdirməyə çalışmış, o ünsiyyətə girmədiyi və ağladığı üçün onu daha narahat etməmişdir. Bundan sonra təxminən saat 14:20 radələrində işlərini bitirib ikinci mərtəbəyə qeydiyyat yerinə getməyə hazırlaşmış, ikinci mərtəbəyə düşən pilləkənlərə tərəf çıxanda kiminsə yüksək səslə qışqıraraq “təcili Arzu xanımı doğuş zalına çağırın” dediyini eşitmiş, ikinci mərtəbənin girişinə çatanda kiçik tibb işçisi Şahid6 görüb ona tez Arzu xanımı tapıb doğuş zalına çağırmasını demişdir. Bundan sonra mama-ginekoloq Təqsirləndirilən şəxs birinci mərtəbədən pilləkənlə ikinci mərtəbəyə qalxıb onun yanından keçərək doğuş zalı olan ikinci mərtəbədəki doğuş zalı tərəfə qaçmış, o, da onun dalınca getmişdir. Doğuş zalında həmin vaxt neonatoloq Şahid4, kiçik tibb işçisi Şahid3, tibb işçisi Şahid2 və mama Şahid5 olmuş, mama Fərqanə zahının yanında, neonatoloq Lalə və tibb bacısı Sevinc zahının sağ tərəfində neonatoloji stolun yanında durmuşlar. Təqsirləndirilən şəxs birbaşa həmin stola yaxınlaşıb nə isə müzakirə etməyə başlamış, onların söhbətindən doğuş stolunda olan günorta vaxtı onun sakitləşdirdiyi xanımın, neonatoloji stolda isə onun yenidoğulmuş körpəsinin doğuş zamanı öldüyünü bilmiş, lakin doğuş zalına girməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin doğum şöbəsində neonatoloq vəzifəsində çalışır. O, 03 yanvar 2022-ci il tarixdə ACİL (təcili tibbi yardım) şöbəsində növbətçi olmuş, 04 yanvar 2022-ci tarixdə dəqiq xatırlamadığı gecə saatlarında doğum şöbəsindən növbətçi mamanın ACİL şöbəsinə gələrək inzibati binanın əsas qapısından sancısı olan hamilə qadının daxil olduğunu, doğuşa vaxtının çox qaldığını, təbii doğuş olmalı olduğunu, hər hansı problem olmadığını, əməliyyatın gözlənilmədiyini, mama-ginekoloq Təqsirləndirilən şəxs xəstəsi olduğunu demiş, ona dərhal həmin gün urqent növbətçi olmuş mama-ginekoloq Təqsirləndirilən şəxs məlumat verilməsini tapşırmışdır. Səhər saat 09:00-da növbətçiliyi başa çatdığından təhvil verib evinə getmiş, 05 yanvar 2022-ci il tarixdə işə gələndə ötən gecə xəstəxananın doğum şöbəsinə qəbul edilmiş həmin hamilə qadının uşağının doğuş vaxtı tələf olduğunu, doğuşun təbii olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-də Mamalıq-Ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2021-ci ilin avqust ayının ortalarında şöbəyə bir xanım yaxınlaşıb hamilə olduğunu və doğuşun onun tərəfindən aparılmasını istədiyini demiş, onu qəbul edib əlində olan müayinə sənədlərinə əsasən həmin vaxt onun hamiləliyinin 19-20-ci həftələrində olduğunu müəyyən etmişdir. Həmin qadın heç bir xəstəxanada qeydiyyatda olmadığı üçün onu yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin tabeçiliyində olan “Digah Ailə Sağlamlıq Mərkəzinə” göndərdim və sahə həkiminin yanında qeydiyyata düşməsini demişdir. Bundan sonra tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs hamiləliyin 21-ci həftəsində (4 ay yarım) xx.xx.2021-ci il tarixdə “Digah Ailə Sağlamlıq Mərkəzi”-də mama-ginekoloq Vəfa Ələkbərovanın yanında qeydiyyata alınmış ona antenatal xidmət onun tərəfindən aparılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs bir neçə dəfə onun qəbulunda olmuş, ona müəyyən analizlər verib müayinələrdən keçməsini tövsiyə edib Vəfa həkimin yanına göndərmiş, hamiləliyinin 26-cı həftəsində “Hamiləlikdə rezus-izoimmunizasiya üzrə klinik protokol”-a əsasən, onun qan qrupunun mənfi rezus olduğu üçün qan analizin (qanda Rh anticisimlərin təyini) və Dopler müayinəsinin aparılması üçün onu “Medikus” Klinikasına göndərmiş, müayinələrin nəticəsinə əsasən hamiləliyin gedişi normal olmuş, döldə hər hansı bir qüsur aşkar edilməmiş, qanda rezus anticisimlər aşkar olunmadığı üçün qeyd etdiyi protokola uyğun olaraq ona hamiləliyin 28-ci həftəsində “RH-immunoqlobulin” iynəsinin vurulması tövsiyə olunmuş və bu barədə sahə həkimi Vəfa xanıma məlumat verilmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs onun qəbulunda təxminən 2021-ci ilin oktyabr ayında olmuş, həmin vaxt ona dekabrın 25-dən 2022-ci ilin yanvar ayının 20-nə kimi məzuniyyətdə olacağını, telefonunun açıq və Sona adlı tibb işçisinin istifadəsində olacağını, hər hansı bir problem yarandığı halda da onunla əlaqə saxlamasını, onun tərəfindən müvafiq həkimlərə yönləndiriləcəyini, doğuş vaxtı gələndə də növbətçi mamaginekoloq tərəfindən qəbul ediləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs qəbul etməmiş və görməmiş, Zərərçəkmiş şəxs onun qəbulunda olan zaman onun müayinə nəticələrinə əsasən hamiləliyi normal keçmiş, hər hansı patologiya və qüsur olmamış, dölün inkişafı normal olmuşdur. Yanvar ayında Moskva şəhərində olan zaman hadisədən təxminən 3 gün sonra ona Zərərçəkmiş şəxs 04 yanvar 2022-ci il tarixdə xəstəxanada doğuşunun baş verdiyi, həmin gün şöbənin növbətçi mama-ginekoloqu Təqsirləndirilən şəxs olduğu və doğuş zamanı da dölün öldüyü barədə məlumat verilmiş, həmin ərəfədə məzuniyyətdə olan zaman onun vəzifəsini mama-ginekoloq Təqsirləndirilən şəxs icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin X2 rəisi vəzifəsində çalışır. Hazırki cinayət işi üzrə icra edilmiş komisyon ekspertizanın keçirilməsində iştirak etmiş və 110/KEŞ saylı xx.xx.2022-ci il tarixli rəyi təsdiq etmişdir. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı meyitin bədən səthində xəsarət aşkar edilməmiş, yalnız göbək ciyəsinin 3 sm yuxarıdan kəsilməsi qeyd edilmiş, yenidoğulmuş uşağın meyitinin bədən səthində digər hər hansı bir tibbi manipulyasiya izi olmamış, eyni zamanda meyit üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Tibbi sənədlərdə bu qeydlərin aparılması tibbi manipulyasiyalar icra edildikdən sonra doğuşda iştirak edən hər tibb personalının özünün öhdəsinə düşən hissədə ayrı-ayrılıqda qeyd olunmalı olmuş, bu qeydlər hər bir tibb işçisi tərəfindən özünə aid hissədə vaxtında icra edilməməklə Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq tələbləri pozulmuşdur. Aşkar edilən yenidoğulmuşun üzərində icra edilmiş tibbi manipulyasiya izləri yalnız göbəyin kəsilməsi göstərilmiş, bu da onun həyata qaytarılması üçün görülən tibbi prosedur hesab edilməmiş, yenidoğulmuşun həyata qaytarılması üçün tibbi prosedurlar görüldüyü halda üzərində iynə, damar yolu drenajı (kateter), ürəyin xarici masajı ilə əlaqədar hər hansı bir xəsarət izi, yəni qızartı olmalı və görülən tədbirlər qeydə alınmalı olmuşdur. Zərərçəkmiş şəxs hamiləliyi zamanı ultrasəs müayinəsində dölün boynuna göbək ciyəsinin dolanması aşkar olunduğu halda bunun aradan qaldırılması üçün hər hansı bir tibbi prosedur mövcud olmamış, belə olan halda doğuş “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı ilə başa çatdırılmalı və tibbi sənədlərdə əməliyyata göstəriş kimi qeyd edilməli olmuşdur. Zərərçəkmiş şəxs doğuş əməliyyatının aparılmasına, yəni başa çatdırılmasına cavabdeh şəxs doğuşu icra edən mama-ginekoloq olmuş, kiçik tibb işçisi mamaça həkimin, yəni mama-ginekoloqun nəzarəti olmadan stasionarda doğuşu tək idarə etməsinə səlahiyyəti olmamış, lakin həkim mama-ginekoloq doğuş zalında olduğu halda kiçik tibb işçisi (mamaça) doğuşu fəsadlaşmadığı halda tək idarə edə bilməsi mümkün olmuşdur. Eyni zamanda mama-ginekoloqun doğuşun aparılmasını kiməsə həvalə etmək səlahiyyəti olmamış, yalnız mama-ginekoloqun müəyyən səbəblərdən doğuşda iştirak edə bilmədiyi halda doğuşun digər mama-ginekoloq tərəfindən aparılmasına icazə verilmişdir. Bundan başqa “Normal doğuş üzrə klinik protokola” əsasən doğuş əməliyyatı zamanı mama-ginekoloq doğuş zalında olmalı, tibbi müdaxilənin düzgün seçilməməsinə, taktikitexniki cəhətdən düzgün icra edilməməsinə görə məsuliyyət daşımışdır. Həmçinin Səhiyyə Nazirliyində qüvvədə olan 70-ci əmrin tələblərinə əsasən həkim ginekoloq və doğuşu idarə etməyə ixtisasca səlahiyyəti olmayan kiçik tibb işçisi - mamaçanın doğuş zalında olması onların vəzifə öhdəliklərinə aiddir. Bundan başqa doğuş yollarının cırıqları 1-ci dərəcəli olduğu halda tikiş qoyulmasına ehtiyac olmamış, lakin tibbi sənədlərdə xəstəyə venadaxili narkozla tikiş qoyularaq uşaqlıq yolunun bərpa edildiyi qeyd edilmiş, bu isə özlüyündə aralığın cırığının 1-ci dərəcə deyil, 2-ci və ya 3-cu dərəcə olduğuna dəlalət etmişdir. “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-a əsasən göbək ciyəsinin dolanmasının dölün baş gəlişində öndə gəldiyi, dartılma zamanı dolanmanın sıxılacağı, ciyənin dölün bədəni ilə uşaqlıq yolunun divarları arasında sıxılacağının nəzərə alınmaması ciyənin disstress yaratmasına, klinik dar çanağın nəzərə alınmaması yenidoğulmuşun ölümünə gətirib çıxarmışdır. Disstress yaradan göbək ciyəsinin öndə gəlməsi və ya düşməsi protokolla hətta mütləq göstəriş sayılmış, protokola uyğun olaraq həkim xəstəni, onun çanağının ölçülərini dölün vəziyyətin yarana biləcək hipoksiyasını, ümumilikdə protokolda göstərilənlərin hamısını nəzərə alaraq tam qiymətləndirməli və doğuşu cərrahi yolla başa çatdırmalı, dolanmanı nəzərə alıb KTQ cihazı vasitəsi ilə dölə nəzarət aparmalı olsa da, həkim doğumda iştirak etməmişdir. Tibbi manipulyasiyaların nəticələrinin necə olacağı haqqında öncədən proqnoz vermək mümkün olmasa da, yenidoğulmuşa reanimasion tibbi tədbirlər tam həcmdə icra ediləcəyi halda onun həyatını xilas etmək şansı olmuşdur. Zərərçəkmiş şəxs doğuşu zamanı həkim mama-ginekoloq, neonatoloq, mama və tibbi bacısı tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin “vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirilməsi” bəndinin tələbləri pozulmuşdur. Doğuş zamanı müalicənin təşkili və doğuşun taktiki texniki düzgün icra edilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Həkim mama-ginekoloqun nəzarəti altında mamanın doğuşu idarə etməsi Səhiyyə sistemində qüvvədə olan əmr və qərarlara uyğun olsa da, həkim mama-ginekoloq doğuş zalında olmadığı halda mamanın doğuşu idarə etməsi yolverilməz olmuş, bütün bunlar, baş verə biləcək ağırlaşmalar nəzərə alınaraq lazım olduğu təqdirdə həkim mama-ginekoloqun doğuşa müdaxilə edə bilməsi üçün nəzərdə tutulmuşdur. Doğuş zamanı həkim mama-ginekoloq doğuş zalında olmalı, mama doğuşu idarə etməli, hər hansı bir ağırlaşma riski mövcud olduqda həkim neonatoloq dəvət olunmalı və yenidoğulmuşa tibbi müdaxilə üçün gözləməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert komissiyasının üzvləri - Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin Xəzər Rayon Şöbəsinin rəisi Şahid9 və həmin PHŞ-nin X2 tibbi eksperti Şahid10 Şahid12 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2022-ci il tarixli 03/MEŞ saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Zərərçəkmiş şəxs 39-40 həftəlik hamiləlik vaxtında, yetkin, diri, kişi cinsli uşağı doğulmuşdur; - Yenidoğulmuşun ana bətnində fiziki inkişaf dərəcəsi onun yaşama qabiliyyətli olmasına uyğundur; - Yenidoğulmuşun meyitində doğuşdan sonrakı dövrdə tənəffüs etmiş ağciyərlərin morfoloji dəyişiklikləri aşkar edilmişdir; - Abşeron RMX-nın doğum şöbəsində təbii doğuş baş vermiş, doğuşdan sonra göbək ciyəsinin kəsilərək ayrılması, fiksasiya, dölün bədənində olan pendirvari maddənin yuyularaq təmizlənməsi kimi köməklik və qulluq göstərilmişdir; - Yenidoğulmuşda aşkar edilmiş başın ənsə-təpə nahiyəsinin yumşaq toxumaların iç səthinə və aponevroza qansızma doğuş prosesi zamanı baş vermiş intranatal patologiyadır, təpə-ənsə nahiyəsinin doğuş şişi isə dölün doğularkən gəliş nahiyəsində uşaqlıq daxili təzyiqlə xarici atmosfer təzyiqi arasındakı təzyiqlər fərqi nəticəsində baş vermişdir. Yenidoğulmuşda maserasiya əlamətləri aşkar edilməmişdir; - Yenidoğulmuşun meyitində tibbi prosedur və manipulyasiya yerləri istisna olmaqla digər xarakterli xəsarət və ya xəsarət izi (stranqulyasiya şırımı və s.) aşkar edilmədi; - Yenidoğulmuşun ölümünün bilavasitə səbəbi intranatal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm 04 yanvar 2022-ci il tarixdə təxminən saat 14:35-də doğuşdan az müddət sonra baş vermişdir; - Yenidoğulmuşun meyitində bətndaxili asfiksiya nəticəsində baş vermiş ölüm (ölüdoğulmanın) üçün xarakter morfoloji dəyişikliklər aşkar edilməmişdir; - Yenidoğulmuşun meyitində “sürətli” doğuşu xarakterizə edən dəyişikliklər aşkar edilməmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının 14 fevral 2022-ci il tarixli 110/KEŞ saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərdə onun yenidoğulmuş uşağına doğuşdan sonra hər hansı bir tibbi yardımın göstərilməsi qeyd edilməmişdir. Lakin yenidoğulmuşun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda tibbi prosedur və manipulyasiya yerləri aşkar edilmişdir; - Zərərçəkmiş şəxs antenatal dövrdə göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan “fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq” üzrə klinik protokoluna uyğun olmuşdur; - Zərərçəkmiş şəxs hamiləlik dövründə antenatal nəzarəti zamanı qanın rezus faktoru İİ qrup Rh- aşkar edilmiş, lakin müvafiq analiz (kums) ilk hamiləlik və ilk doğuş olduğundan aparılmamışdır. Hamiləlik ilk və patologiyasız keçdiyindən rezus konflikti yaranma ehtimalının az və antenatal dövrdə aparılmış müayinələr zamanı dölün inkışafının normal olduğundan rezus konflikti ilə yenidoğulmuşun ölümü arasında səbəbli əlaqənin olması istisna edilir; - Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs doğuşu təbii yolla aparılmışdır. Lakin hamiləlik tibbi göstəriş əsasında operativ yolla, yəni “Kesar kəsiyi” cərrahiyə əməliyyatı ilə başa çatdırılmalı idi; - Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuş təbii yolla idarə olunmuşdur. Təbii doğuşla əlaqədar göbək ciyəsi doğuş yollarında dartılaraq qan dövranının pozulmasına və dölün kəskin hipoksiyasına gətirib çıxarmışdır. Bunu da öz növbəsində yenidoğulmuşun kəskin ağır asfiktik vəziyyətdə doğularaq ölməsinə səbəb olması istisna edilmir; - Zərərçəkmiş şəxs doğuşu zamanı Səhiyyə sistemində qüvvədə olan “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-un müvafiq təlimat qaydaları pozulmuşdur. Belə ki, doğuş doğum şöbəsinin maması tərəfindən aparılmalı olduğu halda, Zərərçəkmiş şəxs doğuşu doğumu ixtisasca idarə etməyə ixtiyarı olmayan tibb bacısı tərəfindən aparılmışdır; - Doğuşu qəbul edən tibb işçisi ixtisasca mama olmalı və doğuş başladıqdan sonra onu əvəz edən başqa mama olmadığı halda doğuşu tərk edib hamiləni tək qoya bilməz. Bu, Səhiyyə sistemində qüvvədə olan “Normal doğuş üzrə kliniki protokol”-u ilə tənzimlənir; - Yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibb müayinəsinə əsasən, onun ölümünə səbəb “İntranatal hipoksiyanın postnatal asfiksiya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı”-nın olduğu müəyyən edilmişdir ki, bu da tibbi müdaxilənin gecikməsi yox, düzgün seçilməməsi, taktiki-texniki cəhətdən düzgün icra edilməməsi dölün doğuş yollarında hipoksiyasının baş verməsinə və nəticədə onun vəziyyətinin ağırlaşmasına və sonradan ölümünə gətirib çıxarmışdır; - Zərərçəkmiş şəxs doğuşu zamanı Səhiyyə Nazirliyində qüvvədə olan əmr və təlimatları həkim-ginekoloq və doğuşu idarə etməyə ixtisasca səlahiyyəti olmayan tibb bacısı tərəfindən pozulmuşdur; - Zərərçəkmiş şəxs doğuşu zamanı mama-ginekoloq tərəfindən doğuş taktikası düzgün seçilməmiş, ixtisasca səlahiyyəti olmadan tibb bacısı doğuşu idarə etmişdir. Həmçinin yenidoğulmuşun müayinəsi zamanı yenidoğulmuşun meyitində bətndaxili asfiksiya nəticəsində baş vermiş ölüm (ölüdoğulmanın) üçün xarakter morfoloji dəyişikliklər aşkar edilməmiş, bununla yanaşı yenidoğulmuşda tibbi prosedur və manipulyasiya yerlərinin olması tibbi yardımın göstərilməsinə dəlalət edir. Bu barədə tibbi sənəd tərtib edilməli olduğu halda edilmədiyindən yenidoğulmuşa tibbi yardımların tam həcmdə göstərilib-göstərilməməsi barədə fikir söyləmək mümkün olmadı. Bu da Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər müalicə həkimi, şöbə müdiri və həkim neonatoloqdur; - Zərərçəkmiş şəxs doğuşdan sonra doğuşunu düzgün texniki cəhətdən idarə olunması fonunda onun aralıq nahiyəsində baş vermiş cırıqlar həkim-ginekoloq tərəfindən venadaxili narkoz fonunda bərpa edilmiş, lakin tibbi sənədlərdə cırıqlar 1-ci dərəcə kimi qeyd edilsə də, ona göstərilmiş tibbi yardımlar onun aralıq nahiyəsində baş vermiş cırılmanın 1-ci dərəcə deyil, daha ağır dərəcə olduğunu sübut edir. Səhiyyə sistemində qüvvədə olan “Normal doğuş üzrə klinik protokol”-a əsasən ehtiyac olduqda doğuş yollarının cırıqları mama-ginekoloq və ya mama tərəfindən yerli anesteziya altında, sintetik sorulan tikiş materialı ilə tikilir. 1-ci dərəcəli cırıqlar isə özbaşına tikiş qoyulmadan bitişir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 17 iyun 2022-ci il tarixli 479 saylı rəyi ilə bir daha ilkin rəyə uyğun nəticəyə gəlinərək aşağıdakılar müəyyən olunmuşdur: - Zərərçəkmiş şəxs yenidoğulmuşunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı diri doğulduğu müəyyən edilmiş, doğuşdan sonra nəfəs almış ağciyərlərə məxsus dəyişikliklər aşkarlanmışdır; - Yenidoğulmuşa doğuşdan sonra hər hansı bir tibbi yardımın göstərilməsi tibbi sənədlərdə qeyd edilməmişdir. Lakin yenidoğulmuşun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda tibbi prosedur və manipulyasiya yerləri aşkar edilmişdir; - Yenidoğulmuşun meyitinin məhkəmə tibbi müayinəsi zamanı tibbi prosedur və manipulyasiya yerləri istisna olmaqla, digər xarakterli xəsarət və ya xəsarət izi (stranqulyasiya şırımı və s.) aşkar edilməmişdir; - Yenidoğulmuşun ölümünün bilavasitə səbəbi intranatal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm 04 yanvar 2022-ci il tarixdə təxminən saat 14:35-də doğuşdan az müddət sonra baş vermişdir; - Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs doğuşu təbii yolla aparılmışdır. Lakin hamiləlik tibbi göstəriş əsasında operativ yolla, yəni “Kesar kəsiyi” cərrahiyə əməliyyatı ilə başa çatdırılmalı idi. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuş təbii yolla idarə olunmuşdur. - Yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibb müayinəsinə əsasən, onun ölümünə səbəb “İntranatal hipoksiyanın postnatal asfiksiya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı”-nın olduğu müəyyən edilmişdir ki, bu da tibbi müdaxilənin gecikməsi yox, düzgün seçilməməsi, taktiki-texniki cəhətdən düzgün icra edilməməsi dölün doğuş yollarında hipoksiyasının baş verməsinə, nəticədə onun vəziyyətinin ağırlaşmasına və sonradan ölümünə gətirib çıxarmışdır; - Zərərçəkmiş şəxs doğuşu zamanı Səhiyyə sistemində qüvvədə olan “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-un müvafiq təlimat qaydaları pozulmuşdur. Müalicə həkimi, şöbə müdiri və həkim neonatoloqdur; - Zərərçəkmiş şəxs doğuşdan sonra doğuşunu düzgün texniki cəhətdən idarə olunması fonunda onun aralıq nahiyəsində baş vermiş cırıqlar həkim-ginekoloq tərəfindən venadaxili narkoz fonunda bərpa edilmiş, lakin tibbi sənədlərdə cırıqlar 1-ci dərəcə kimi qeyd edilsə də, ona göstərilmiş tibbi yardımlar onun aralıq nahiyəsində baş vermiş cırılmanın 1-ci dərəcə deyil, daha ağır dərəcə olduğunu sübut edir. Səhiyyə sistemində qüvvədə olan “Normal doğuş üzrə klinik protokol”-a əsasən ehtiyac olduqda doğuş yollarının cırıqları mama-ginekoloq və ya mama tərəfindən yerli anesteziya altında, sintetik sorulan tikiş materialı ilə tikilir. 1-ci dərəcəli cırıqlar isə özbaşına tikiş qoyulmadan bitişir; - Zərərçəkmiş şəxs doğuşu doğumu ixtisasca idarə etməyə ixtiyarı olmayan tibb bacısı tərəfindən aparılmışdır. Doğuşu qəbul edən tibb işçisi ixtisasca mama olmalı və doğuş başladıqdan sonra onu əvəz edən mama olmadığı halda doğuşu tərk edib hamiləni tək qoya bilməz. Bu, Səhiyyə sistemində qüvvədə olan “Normal doğuş üzrə klinik protokolu” ilə tənzimlənir; - Zərərçəkmiş şəxs doğuşu zamanı həkim-ginekoloq, reanimatoloq, mama və tibb bacısı tərəfindən Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə klinik protokol”-a əsasən; - normal doğuş – bir döllə hamiləliyin 37 həftəsindən 41 həftəsi + 6 günə qədər müddətində özbaşına başlanan, minimal yardımla və ya yardımsız davam edən dölün ənsə gəlişində doğuşdur, normal doğuş zamanı və doğuşdan sonra ana və döl kafi vəziyyətdə olurlar; - doğum blokunun tibb heyətinin vəzifə borcuna hamiləliyə və onun ailə üzvlərinə doğuş zamanı və doğuşdan sonrakı dövrdə maksimal dəstək vermək, doğuş prosesinin gedişinə, dölün vəziyyətinə, doğuşdan sonra yenidoğulmuşun vəziyyətinə diqqətlə nəzarət etmək, risk amillərini dəyərləndirmək və fəsadları mümkün qədər tez müəyyən etmək aiddir; - doğuşda “bir qadına - bir mama prinsipinə riayət edilməlidir; - doğan qadının və dölün vəziyyətinə nəzarət etmək doğum blokunun mamasına və mama-ginekoloqa həvalə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-a əsasən; - Qeysəriyyə kəsiyi əməliyyatı - uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılmasıdır; - Qeysəriyyə əməliyyatına göstərişlər anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması; doğuşa mane ola biləcək səbəblərin olması (distosiya) (14,9%); dölün çanaq gəlişi; dölün disstressi (dölün disstressinə şübhə) (18,2 %); digər (cift pozuntuları, çoxdöllü hamiləliklər, dölün xəstəlikləri) səbəblərdir; - doğuşa mane ola biləcək səbəblər doğuş yollarının anomaliyaları və xəstəlikləri (arakəsmələr, uşaqlığın inkişaf qüsurları, uşaqlıq boynunun atreziyası və ya stenozu, rekonstruktiv əməliyyatlardan sonra uşaqlıq yolunun çapıqlı dəyişiklikləri, anamnezdə və hazırda sidik-cinsiyyət və ya rekto-cinsiyyət fistulları, uşaqlıq yolu və xarici cinsiyyət venalarının kəskin varikoz genəlməsi və s.); doğuş zamanı dölün irəliləməsinə mane olan uşaqlıq boynunun və ya cisminin, sidik kisəsinin, çanağın, qadın cinsiyyət orqanlarının törəmələri, sidik kisəsinin daşları; dölün köndələn vəziyyəti; çanağın ölçüləri ilə dölün başının ölçüləri arasında uyğunsuzluq; şəkərli diabetli qadınlarda dölün çəkisinin 4500 qram və artıq olması (D); əvvəlki doğuşda qasıq birləşməsinin aralanması; çanağın anadangəlmə və ya qazanılmış deformasiyalarıdır; - Qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün zəruri şərtlər dölün canlı və yaşamaq qabiliyyətində olması; planlı əməliyyat üçün hestasiya müddətinin 39 həftədən az olmaması; cərrahi texnika bacarığına malik mama-ginekoloq, anestezioloqreanimatoloq, həkim-neonatoloqdan ibarət ixtisaslaşmış mütəxəssislər briqadasının olması; əməliyyatın aparılması üçün şəraitin olması aiddir; - Qeysəriyyə kəsiyi əməliyyatından əvvəl hamilənin vəziyyəti ətraflı anamnez toplanmaqla, klinik müayinələr aparılmaqla qiymətləndirilməlidir. Zərərçəkmiş şəxs döl ölümü ilə bağlı doğum tarixinin təhlili ilə aşağıdakılar müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs 04 yanvar 2022-ci il tarixdə saat 08:00-da “HY1D0AQ Hamiləlik 40 həftə+0 gün. Ön ənsə gəlişi. Doğuşun İ dövrü. Rezus mənfi qan” diaqnozu ilə dölyanı Mayenin axması və qarının aşağı hissəsində müntəzəm doğuş sancıları ilə Abşeron RMXnın doğum şöbəsinə daxil olmuşdur; - saat 14:15-də sancıları güclənmə xarakterlidir; - saat 14:35-də güc zirvəsində ön ənsə gəlişində çəkisi 3500 qram, boyu 52 sm olan kişi cinsli bir ölü döl doğulmuşdur. - Klinik diaqnoz tam şəkildə qeyd olunmamışdır, döl qişasının vaxtından əvvəl cırılması, anemiya İ dərəcəli əlavə edilməli olmuş (Hb-100q/l), diaqnozlar kodlaşdırılmamışdır; - stasionardan çıxanın statistik kartası doldurulmamışdır; - hamilə qadının hemodinamik göstəriciləri yalnız qəbul zamanı qeyd olunmuş, heç bir statusda rutin müayinələr aparılmamışdır; - Zərərçəkmiş şəxs KTQ monitorinqi aparılmamış, doğuş sancılarına nəzarət olunmamış, dölün ürək döyüntüsü nəzarətsiz qalmışdır. Abşeron rayon mərkəzi xəstəxanası PHŞ-nin 02 dekabr 2021-ci il tarixli hamiləliyin ultrasəs müayinəsinin protokolunun surətindən görünür ki, həmin tarixdə 37 həftə 1 günlük hamiləliyi olan Zərərçəkmiş şəxs dölün boynuna 1 dəfə dolanmış göbək ciyəsi izlənilmişdir. Abşeron rayon mərkəzi xəstəxanası PHŞ-nin doğum şöbəsi üzrə müşahidə kameralarının görüntülərinə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - 04 yanvar 22-də saat 08:49-da Zərərçəkmiş şəxs başqa bir hamilə qadınla gəlib doğuş şöbəsinin girəcəyindən bir qədər sol tərəfdə pəncərəyə doğru gəlmiş, ilk olaraq həmin hamilə qadın yaxınlaşmış, onun ardınca da asta-asta Zərərçəkmiş şəxs gəlmiş, qadın pəncərədən kimdənsə nəsə soruşub geri qayıtmış, aldığı cavabı (əl işarəsindən müraciətinə cavab almadığı hiss olunur) Ayşənə Orucəliyevaya demiş və onlar geri qayıtmış, saat 09:03-də Ayşən bu dəfə əynində mavi rəngli xəstə xalatı ilə asta-asta həmin pəncərəyə yaxınlaşmış, yerişindən ağrılar keçirdiyi hiss olunmuş, nəsə soruşandan sonra pəncərənin qarşısında irəli-geri getmiş, saat 09:08-də pəncərədən aralanıb gəldiyi yerə doğru qayıtmışdır. - Doğuş zalına doğru istiqamətlənən kameradan isə müəyyən olunur ki, saat 14:22:56-da həkim mama-ginekoloq Təqsirləndirilən şəxs doğuş zalı üzbəüz otaqdan çıxıb zala daxil olmuş, saat 14:23:47-də zaldan çıxıb kamera istiqamətinə doğru gəlib saat 14:24:11-də geri qayıtmış, bu vaxt doğuş zalının qarşısında ağ və göy geyimdə 2 nəfər qadın tibb işçisi olmuş, Təqsirləndirilən şəxs ağ geyimli tibb işçisi ilə zala girib dərhal da (saat 14:24:35) çıxmış, ağ geyimli işçi isə içəridə qalmışdır. Saat 14:27:09-da doğuş zalından göy geyimli tibb işçisi çıxıb kamera istiqamətinə doğru gəlmiş, soldakı 243 saylı otağa daxil olmuş və saat 14:29-da doğuş zalına qayıtmış, həmin vaxt da (saat 14:29:31) üzbəüz otaqdan başqa bir göy geyimli tibb işçisi qaçaraq çıxıb doğuş zalına girmiş, daha sonra qapının ağzında dayanmış başqa bir göy geyimli işçi əli ilə kiminsə gəlməsini işarə edib çağırmış, göy geyimli tibb işçisi çölə çıxaraq mobil telefonla kiminləsə dəhlizdə hərəkət edə-edə danışıb saat 14:31-də yenidən doğuş zalına girmişdir. Saat 14:31:09-da zala kamera tərəfdən asta-asta gələn ağ xələtli tibb işçisi daxil olub saat 14:31:40-da çıxıb geri qayıtmış, saat 14:32:33-də ağ xələtli həkim qayıdıb doğuş zalına girmiş, onun arxasınca az əvvəl mobil telefonla danışan qadın çıxmış və yenə də mobil telefonla danışa-danışa kameraya tərəf gəlmiş və yenidən saat 14:33:01-də doğuş zalına qayıtmışdır. Saat 14:33:17-də həkim Təqsirləndirilən şəxs qaçaraq gəlmiş, arxasınca ağ köynək göy şalvarda başqa bir tibb işçisi də gəlmiş, əvvəlcə göy geyimli, onun ardınca da ağ geyimli tibbi işçisi zaldan çıxıb Təqsirləndirilən şəxs nəsə dedikdən sonra birlikdə zala daxil olmuş, onların ardınca həm Təqsirləndirilən şəxs arxasınca gələn, həm də qapının yanında durmuş tibb işçiləri zala girmiş, bundan sonra zaldan ağ xələtli tibb işçisi çıxmışdır. Təqsirləndirilən şəxs arxasınca gəlmiş tibb işçisi çölə çıxıb yenidən içəri qayıtmış, kameraya tərəf gedən ağ xələtli həkimə qapının yanında əli ilə nəsə göstərib zala girmiş, həmin ağ xələtli işçi 243 saylı otağa girib nəsə götürərək geri qayıtmış, bu vaxt zaldan göy geyimli tibb işçisi qaçaraq çıxıb üzbəüz otağa girmiş, ağ xələtli tibb işçisi zalın qapısının yanına çatanda otaqdan ağ-mavi geyimli tibb işçisi digər ağ-göy geyimli tibb işçisi ilə çıxmış və həmin ağ xələtli tibb işçisi ilə qaça-qaça bir qədər gəlib sağa dönüb az sonra geri qayıtmış, bu vaxt onlarla birlikdə otağa açıq göy geyimdə sanitar işçi formasında bir qadın da daxil olmuşdur. Bundan sonra ağ-göy geyimdə olan tibb işçisi zaldan çıxıb oraya doğru gələn başqa bir dolu bədənli ağ xələtli tibb işçisi-həkimlə birlikdə zala girmiş, az sonra ağ-göy geyimli tibb işçisi qapının ağzına çıxmış və dəhlizdə üzbəüz otaqda kiminləsə əl hərəkətləri ilə danışmışdır. Saat 14:47:51-də Təqsirləndirilən şəxs zaldan çıxmış, saat 14:51:43-də başında qırmızı yaylığı, ağ gödəkcəsi olan qadını tutub sakitləşdirməyə çalışa-çalışa gəlmiş, qadının ağladığı, narahatlıq hiss keçirdiyi etdikləri əl jestləri ilə hiss olunmuş, Təqsirləndirilən şəxs isə əvvələ zalla üzbəüz otağa, az sonra isə oradan çıxıb zala girib saat 14:52:52-də zaldan çıxıb qeydiyyat yerinə daxil olmuş, oradan nəsə götürüb yenidən zala qayıtmış, saat 15:01-də zaldan çıxıb telefonla danışmış və saat 15:04-də yenidən zala girmişdir. Saat 15:07-də az öncə gəlmiş qırmızı yaylıqlı qadın əynində yaşıl xələtlə zala doğru getmiş, onunla gələn tibb işçisi onun qeydiyyat yerinin yanında dayanıb gözləməsinə işarə etmiş, həmin qadın tibb işçisi ilə emosiya və əl hərəkətləri ilə danışmış, sanki nədənsə narazı olduğunu bildirmiş, doğuş zalına doğru getmək istəsə də, yanındakı tibb işçisi onu qoymamışdır. Saat 15:13-də dəhlizdə görünən kişi cinsli qara geyimdə bir şəxs həmin qırmızı yaylıqlı qadına yaxınlaşmış, saat 15:18-də həmin qadın zala doğru getmiş və tibb işçiləri ilə birlikdə içəri girmiş, bundan sonra az əvvəl gəlmiş kişi (Zərərçəkmiş şəxs əri olduğu ehtimal edilir) dəhlizdə dayanıb nəyisə müzakirə edən tibb işçilərinə yaxınlaşmış, bu zaman saat 15:24:45-də Təqsirləndirilən şəxs zaldan çıxmış, həm kişi, həm də tibb işçiləri ona yaxınlaşandan sonra Təqsirləndirilən şəxs onlardan aralaşıb kameraya doğru getmiş, onun ardınca həm kişi, həm bəzi tibb işçiləri də gəlmişdir. Bu vaxt zaldan qırmızı yaylıqlı qadın da çıxıb narahat halda başqa tibb işçisi ilə birlikdə onların dalınca getmişdir. - Baxış zamanı müəyyən olundu ki, həkim mama-ginekoloq Təqsirləndirilən şəxs saat 14:22-dən saat 14:25-dək doğuş zalında olmuş, daha sonra oradan getmiş və yalnız saat 14:33-də tələsik halda qaçaraq zala gəlmiş, bu müddətdə o, doğuş zalında olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, həkimin təqsiri yoxdur, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə, eyni zamanda barəsində bəraət hökmünün çıxarılmasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ekspertiza rəylərinin nəticələri ilə razılaşmayaraq özünün müdafiəsi üçün gətirdiyi dəlillərə əsasən, göbək ciyəsinin dölün boynuna bir qat dolanması heç vaxt “Kesar kəsiyi” cərrahiyə əməliyyatına birbaşa göstəriş olmamış, bu Səhiyyə sistemində qüvvədə olan “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-da öz əksini tapmamış, həmin protokolun tələbləri Zərərçəkmiş şəxs doğuşu zamanı pozulmamış, tibbi müdaxilə taktiki-texniki cəhətdən düzgün icra edilmiş, doğuş taktikası tərəfindən düzgün seçilmişdir. Lakin istintaq zamanı toplanılmış sübutlar öz mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə yoxlanılmış və Zərərçəkmiş şəxs doğuşu zamanı doğuşu qəbul edən mamaginekoloq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olduğu qənaətinə gəlinmişdir. Belə ki, cinayət işi materiallarından göründüyü kimi, “Abşeron rayon mərkəzi xəstəxanası” PHŞ-nin Doğum şöbəsinin mama-ginekoloqu Təqsirləndirilən şəxs üzərinə qanunla müəyyən olunmuş qaydada normativ sənədlərdə öz əksini tapan müvafiq vəzifə öhdəlikləri və bu öhdəliklərə əməl etməyəcəyi halda daşıyacağı məsuliyyət qoyulmuş, bununla da onun çalışdığı müəssisə ilə hüquq münasibətləri yaranmışdır. Onun vəzifə təlimatlarında müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin müalicəsinin stasionar şəraitində aparılması taktikasını və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək öhdəliyi qoyulduğu, o cümlədən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə görə məsuliyyət daşıdığı göstərilmişdir. Qeyd olunanlar da Təqsirləndirilən şəxs vəzifəli şəxs hesab olunmasına kifayət qədər əsas vermişdir. Bununla yanaşı iş materiallarında olan təkrar komisyon məhkəmə tibbi ekspertizasının 17 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Həkim mama-ginekoloq Təqsirləndirilən şəxs xəstənin tibbi sənədlərində hamilə Zərərçəkmiş şəxs dölündə boynuna göbək ciyəsinin dolanması barədə məlumatın olmasına, baxmayaraq doğuşu təbii ylla aparmış, öz vəzifə öhdəliklərinə laqeyd yanaşıb səhlənkarlıq edərək doğuşun qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə deyil, normal təbii doğuşla aparılması qərarına gəlmiş, bununla yanaşı doğuş başladığı zaman zalda olmadığı üçün şöbənin maması Şahid5 tərəfindən doğuş təklikdə həkimin iştirakı olmadan qəbul edilmiş, həkim mama-ginekoloq Təqsirləndirilən şəxs isə zala yalnız doğuş başa çatdıqdan və döl öldükdən sonra gəlmişdir. Müşahidə kameralarının görüntüləri ilə də Təqsirləndirilən şəxs doğuş vaxtı zalda olmadığı və ora sonradan gəldiyi bir daha təsdiq edilir. Bundan başqa doğuş zamanı müalicənin təşkili və doğuşun taktiki texniki düzgün icra edilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması iş üzrə keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ekspertlərin gəldiyi nəticələrlə razı olmaması nəzərə alınaraq, təkrar ekspertiza təyin edilmiş və ekspertlərin rəy üzrə dindirilmələri təmin olunmuşdur. Həm ilkin, həm də təkrar rəylərə əsasən, Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edildiyi üçün hamiləliyin tibbi göstəriş əsasında operativ yolla, yəni “Kesar kəsiyi” cərrahiyə əməliyyatı ilə başa çatdırılmalı olmasına baxmayaraq, Zərərçəkmiş şəxs doğuşu təbii yolla aparılmış, təbii doğuşla əlaqədar göbək ciyəsi doğuş yollarında dartılaraq qan dövranının pozulmasına və dölün kəskin hipoksiyasına gətirib çıxarmış, yenidoğulmuş uşağın meyitinin məhkəmə-tibb müayinəsinə əsasən, onun ölümünə səbəb “İntranatal hipoksiyanın postnatal asfiksiya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı” olmuş, bu da tibbi müdaxilənin düzgün seçilməməsi və taktiki-texniki cəhətdən düzgün icra edilməməsi ilə əlaqədar olmuşdur. Ekspertiza nəticələri ilə bağlı xüsusatların dəqiqləşdirilməsi üçün ekspert komissiyasının üzvləri dindirilmiş və alınmış ifadələrlə Zərərçəkmiş şəxs hamiləliyi zamanı ultrasəs müayinəsində dölün boynuna göbək ciyəsinin dolanması aşkar olunduğu halda bunun aradan qaldırılması üçün hər hansı bir tibbi prosedur mövcud olmadığı, belə olan halda doğuşun “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatı ilə başa çatdırılmalı və tibbi sənədlərdə əməliyyata göstəriş olması, Zərərçəkmiş şəxs doğuş əməliyyatının aparılmasına, yəni başa çatdırılmasına doğuşu icra edən mama-ginekoloqun cavabdehlik daşıması, doğuş əməliyyatı zamanı mamaginekoloqun doğuş zalında olması, tibbi müdaxilənin düzgün seçilməməsinə, taktiki-texniki cəhətdən düzgün icra edilməməsinə görə məsuliyyətin nəzərdə tutulması müəyyən edilmişdir. Eyni zamanda həmin ifadələrlə bir daha müəyyən edilmişdir ki, “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”-a əsasən göbək ciyəsinin dolanmasının dölün baş gəlişində öndə gəlməsi, dartılma zamanı dolanmanın sıxılacağı, ciyənin dölün bədəni ilə uşaqlıq yolunun divarları arasında sıxılacağının nəzərə alınmaması ciyənin disstress yaratmasına, klinik dar çanağın nəzərə alınmaması yenidoğulmuşun ölümünə gətirib çıxarmış, disstress yaradan göbək ciyəsinin öndə gəlməsi və ya düşməsi protokolla hətta mütləq göstəriş sayılmış, protokola uyğun olaraq həkim xəstəni, onun çanağının ölçülərini dölün vəziyyətin yarana biləcək hipoksiyasını, ümumilikdə protokolda göstərilənlərin hamısını nəzərə alaraq tam qiymətləndirməli və doğuşu cərrahi yolla başa çatdırmalı, dolanmanı nəzərə alıb KTQ cihazı vasitəsi ilə dölə nəzarət aparmalı olsa da, həkim doğumda iştirak etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə onu da qeyd edir ki, “Həkim mama-ginekoloqun vəzifə təlimatı”-na əsasən, o, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır; zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir və digər vəzifələri yerinə yetirir; ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi, lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə laqeyd yanaşması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və sair başa düşülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin ümumi obyekti insan və vətandaşın konstitsiya hüquq və azadlıqları, xüsusi obyektləri isə - öz xidməti vəzifəsini yerinə yetirməsi və ya lazımi qaydada yerinə yetirməsi vəzifəsindən irəli gələn ictimai münasibətlər və insanların həyat və sağlamlıqları təşkil edir. Təhlil edilən cinayət maddi tərkibli olmaqla yalnız müvafiq maddədə nəzərdə tutulmuş nəticələr baş verdikdə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi belə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bununla yanaşı o, da qeyd edilməlidir ki, işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyən vəzifəli şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli zamanı onun həmin qaydaları pozması ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməli və belə hal əməlin cinayət sayılması məsələsinin həllində xüsusi əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə onun əməlləri ilə baş vermiş nəticələr arasında səbəbəli əlaqənin olması müəyyən edilmədikdə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2013-cü il təvəllüdlü Murad adlı 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı həm də Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməldiri. 24 oktyabr 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan CD disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan CD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar