Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-180/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1970-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Tatar Ərazi dairəsi Qiyaslı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecinin 1 saylı yataqxanasında məskunlaşaraq yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 16 fevral 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində 310 nömrəli xidməti iş otağına gələrək orada onun xəsarət alması ilə bağlı istintaq olunan cinayət işinə müstəntiq Şahid1 tərəfindən düzgün baxılmamasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə həmin otaqda xidmətdə olan müstəntiq Şahid1 və qeyrilərinin ünvanına uca səslə söyüşlər söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə otaqda olan stulları aşırmış, bu zaman səsküyə həmin otağa gəlib, onu nizam-intizama dəvət edən müstəntiq Zərərçəkmiş şəxs1 sifətindən yumruqla qəsdən bir dəfə vuraraq ona burun nahiyəsinin qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, həmin vaxtı onun qərəzli hərəkətlərinin qarşısını almağa çalışan müstəntiq Zərərçəkmiş şəxs2 müqavimət göstərib zor tətbiq edərək, dırnaqları ilə sonuncunun boyun nahiyəsini cırmaqlayaraq ona boyun nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirib, əynindəki uni formanın düymələrini qırararaq bu hərəkətlərini 30 dəqiqə davam etdirməklə idarənin normal iş fəaliyyətini pozaraq xuliqanlıq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən X8 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Qubadlı rayonı, Tatar Ərazi dairəsi Qiyaslı kəndində qeydiyyatda olsa da bir neçə ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecinin 1 saylı yataqxanasında məskunlaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı yataqxanada qonşuları tərəfindən döyülərək xəsarət almağı ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq müstəntiq Şahid1 tərəfindən istintaq aparılmış, o dəfələrlə Abşeron rayon polis idarəsinin inzibati binasına gəlib, müstəntiq Şahid1 istintaqın gedişatından razı olmadığını, işin düzgün aparılmadığını deyərək, şifahi narazılığını bildirsə də onun etirazlarını nəzərə alan olmamışdır. Sonuncu dəfə 16 fevral 2022-ci il tarixdə Şahid1 onun döyülərək xəsarət almağı ilə bağlı olan cinayət işinə xitam verdiyini eşidib, həmin günü saat 19 radələrində Abşeron rayon polis idarəsinin inzibati binasının 3-cü mərtəbəsindəki 310 nömrəli xidməti iş otağına gəlib bununla bağlı müstəntiq Şahid1 şifahi olaraq etirazını bildirmiş, lakin sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. O da bundan əsəbləşib, qışqıraraq nalayiq ifadələr söyləməyə başlamış, həmin vaxtı otaqda olan tanımadığı mülki adamlar və adlarını bilmədiyi polis əməkdaşları onu sakitləşdirib otaqdan çıxarmışlar. O da oradan çıxıb əsəbi halda yaşadığı ünvana getmişdir. Həmin vaxtı heç kimi vurmamış, heç kim də ona xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 polis əməkdaşı kimi tanısa da onlarla heç vaxt mübahisə etməmiş və onlara xəsarət yetirməmiş, həmçinin otaqda olan sənədləri və stulları vurub aşırmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2013-cü ildən X9, 2021-ci ildən isə Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyir. 16 fevral 2022-ci il tarixdə saat 19 radələrində iş otağından çıxıb xidməti işlə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vilayət Kazımovun iş otağına gedərkən inzibati binanın, müstəntiqlər olan 310 nömrəli otağının giriş qapısının açıq olduğunu və həmin otaqda sonradan adının X8 olduğunu bildiyi qadının uca səslə qışqıraraq Azərbaycan dövlətinin, daxili işlər orqanları əməkdaşlarının, prokurorluq əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək, otaqdakı 2 ədəd stolu aşırdığını, stolun üstündə olan sənədləri əli ilə yerə dağıtdığını görmüş, həmin vaxtı iş yoldaşı müstəntiq Zərərçəkmiş şəxs1 həmin qadına söyüş söyməməsini, bu cür hərəkətlərindən daşınmasını deyərək onu intizama dəvət edərkən Təyyarə İslamovanın qəfildən yumruqla Vüqarın burun nahiyəsinə bir dəfə güclü zərbə vurduğunu və yenə söyüş söyərək Vüqarın üstünə hücüm etdiyini görüb tez həmin otağa daxil olub Təyyarə İslamovanı sakitləşdirməyə və səs-küy salmamağa dəvət etmişdir. Bu zaman Təyyarə İslamova onu kənara itələyib, təhqir edərək, əynindəki polis formasının düymələrini dartaraq qoparmış və əli ilə onun boyun nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxtı otaqda olan müstəntiqlər Şahid2, Şahid1 və bir nəfər tanımadığı vətəndaş Təyyarə İslamovanı otaqdan dəhlizə çıxarmışlar. O da həmin otaqdan çölə çıxmış və iş otağına gedib Abşeron rayon polis idarənin rəisinin adına raport tərtib etmişdir. Təyyarə İslamovanın xuliqanlıq hərəkətləri təxminən 25-30 dəqiqə ərzində davam etmiş, həmin müddət ərzində idarənin iş rejimi pozulmuşdur. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında elan olunmuş ifadəsindən görünur ki, o, 2005-ci ildən X9, 2020-ci ilin aprel ayından etibarən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edir, polis mayoru rütbəsi daşıyır. 16 fevral 2022-ci il tarixdə saat 19:15 radələrində xidmətdə olduğu vaxtı xidməti işlə bağlı Abşeron RPİ-nin İŞ- nin rəisi, polis polkovnik-leytenantı Vilayət Kazımovun xidməti otağına gedərkən inzibati binanın, müstəntiqlər olan 310 nömrəli otağının giriş qapısının açıq olduğunu və həmin otaqda sonradan adının X8 olduğunu bildiyi qadının uca səslə qışqıraraq, Azərbaycan dövlətinin, daxili işlər orqanları əməkdaşlarının, prokurorluq əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək, otaqdakı 2 ədəd stolu aşırdığı, stolun üstündə olan sənədləri əli ilə yerə dağıtdığını görmüşdür. O, həmin qadına söyüş söyməməsini, bu cür hərəkətlərindən daşınmasını deyərək, onu intizama dəvət edib, söyüş söyməməsi barədə xəbərdar etmişdir. Bu zaman Təyyarə İslamova heç bir səbəb olmadan qəfildən yumruqla onun burun nahiyəsinə bir dəfə güclü zərbə vurub, ona xəsarət yetirmişdir. O, bu zərbəni gözləməmiş qadın ona yumruqla vurandan sonra dəhlizdən səs-küyə otağa iş yoldaşı, müstəntiq Zərərçəkmiş şəxs2 daxil olub həmin qadını sakitləşdirməyə və səs-küy salmamağa dəvət etmişdir. Bu zaman Təyyarə İslamova müstəntiq Zərərçəkmiş şəxs2 itələyib, təhqir edərək, onun əynindəki polis formasının düymələrini qoparmış və əli ilə Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Həmin vaxtı otaqda olan müstəntiqlər Şahid2, Şahid1 və bir nəfər tanımadığı vətəndaş Təyyarə İslamovanı otaqdan dəhlizə çıxardımışlar. O da həmin otaqdan çölə çıxmış və Abşeron rayon polis idarənin rəisinin adına raport tərtib etmək üçün öz xidməti 308 nömrəli otağa keçmişdir. Bu zaman orada burnundan qan gəldiyini görmüşdür. Burnunu silib, xidməti kopyuterində hadisə barədə idarə rəisinin adına raport tərtib etmiş, qadının anket məlumatlarını dəqiqləşdirərkən ona məlum olmuşdur ki, həmin qadın onun şikayəti əsasında müstəntiq Şahid1 apardığı araşdırmanın nəticəsindən narazı olduğuna görə müstəntiq Şahid1 xidməti otağına gedib orada səs-küy salıb, uca səslə qışqıraraq, Azərbaycan dövlətinin, daxili işlər orqanları əməkdaşlarının, prokurorluq əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək, otaqdakı 2 ədəd stolu aşırmış, stolun üstündə olan sənədləri əli ilə yerə dağıdaraq xuliqanlıq etmişdir. Təyyarə İslamovanın bu cür hərəkətləri təxminən 30 dəqiqə ərzində davam etmiş, həmin müddət ərzində idarənin iş rejimi pozulmuşdur. Hadisədən az sonra səhhətində problemlər olduğu üçün o, Abşeron rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Orada ona tibbi yardım göstərilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2012-ci ildən X9, 2019-cu ilin aprel ayından etibarən Abşeron RPİ-nin İŞ-nin müstəntiqi vəzifəsində işləyir. İslamovaTəyyarə Əkbər qızını 2021-ci ilin may ayından , yəni onun şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə başlanmış cinayət işi otaq yoldaşı müstəntiq polis kapitanı Şahid1 icraatına daxil olduğu vaxtdan tanıyır. 16 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron RPİ-nin inzibati binasının 3-cü mərtəbəsindəki 310 nömrəli iş otağında olduğu zaman T.İslamova icazə almadan otağa daxil olmuş, onun və istintaqla bağlı iş otağında olan bir nəfər vətəndaşın yanında müstəntiq Şahid1 onun şikayəti əsasında apardığı cinayət işi üzrə qəbul etdiyi qərarın qanunsuz olduğu deyib uca səslə qışqıraraq Azərbaycan dövlətinin, daxili işlər orqanları, prokurorluq əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək otaqdakı 2 ədəd stulu aşırıb, iş masasının üstündə olan sənədləri əli ilə yerə dağıtmış, bu zaman səs-küyə gəlmiş iş yoldaşı müstəntiq Zərərçəkmiş şəxs1 Təyyarə İslamovaya yaxınlaşıb söyüş söyməməsini, bu cür hərəkətlərindən daşınmasını deyərək, onu nizam-ntizama dəvət etmiş, lakin T.İslamova qəfildən yumruqla Vüqarın burun nahiyəsinə bir zərbə vurub, yenə söyüş söyərək onun üstünə hücum etmiş, bu zaman digər otaqda olan iş yoldaşı Zərərçəkmiş şəxs2 səs-küyə onların otağa gəlmiş, Təyyarə İslamovanın müstəntiq Zərərçəkmiş şəxs1 yumruqla vurduğunu və səs-küy salıb söyüş söydüyünü görüb onu sakitləşdirməyə, səs-küy salmamağa dəvət etmiş, X11 Məhərrəmovu da kənara itələyib, təhqir edərək, əynindəki polis formasının yaxasından dartaraq düymələrini qırmış və əli ilə Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt o və otaqda olan 1 nəfər tanımadığı vətəndaş Təyyarə İslamovanı otaqdan dəhlizə çıxarmışlar. Təyyarə İslamovanın bu qanunsuz hərəkətləri təxminən 25-30 dəqiqə ərzində davam etmiş, həmin müddət ərzində idarənin iş rejimi pozulmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında elan olunmuş ifadəsindən görünur ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 16 fevral 2022-ci il tarixdə saat 19 radələrində iş ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində 310 nömrəli xidməti otaqda olarkən əvvəllər tanımadığı, təxminən 45-50 yaşlarında sonradan adının Təyyarə olduğunu bildiyi qadın otağa daxil olub, şikayəti əsasında müstəntiq Şahid1 apardığı cinayət işi üzrə qəbul etdiyi qərarın qanunsuz olduğunu deyib, uca səslə qışqıraraq, Azərbaycan dövlətinin, daxili işlər orqanları və prokurorluq əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək, otaqdakı 2 ədəd stulu aşırıb, iş masasının üstündə olan sənədləri əli ilə vurub yerə dağıtmışdır. Bu zaman səs-küyə gəlmiş digər polis əməkdaşı adının sonradan Vüqar olduğunu bildiyi şəxs həmin qadını nizam-intizama dəvət etmiş, lakin Təyyarə İslamova qəfildən yumruqla Vüqarın burun nahiyəsinə bir zərbə vurub, yenə söyüş söyərək Vüqarın üstünə hücüm etmişdir. Bu zaman digər otaqda olan adının Nəsimi olduğunu sonradan bildiyi polis əməkdaşı səs-küyə onların olduğu otağa gəlib, Təyyarə adlı qadının Vüqar adlı polis əməkdaşını yumruqla vurduğunu və səs-küy salıb söyüş söydüyünü görüb həmin qadını sakitləşib səs-küy salmamağa dəvət etmişdir. Təyyarə adlı qadın həmin Nəsimi adlı polis əməkdaşını kənara itələyib, təhqir edərək, əynindəki polis formasının yaxasından dartaraq düymələrini qırmış və əli ilə onun boyun nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxtı o və otaqda olan polis əməkdaşları Təyyarə adlı qadını otaqdan dəhlizə çıxarmışlar. Həmin Təyyarə adlı qadının bu qanunsuz hərəkətləri təxminən 25-30 dəqiqə davam etmiş, həmin müddət ərzində idarənin iş rejimi pozulmuşdur. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında elan olunmuş ifadəsindən görünur ki, o, iş üzrə digər şahid Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək, oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 340 saylı rəyində qeyd olunmuşdur ki, 1983-cü il Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun nahiyyəsinin qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, küt əşya(əşyaları) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl barmaqlar və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin olunmur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 357 saylı rəyində qeyd olunmuşdur ki, 1996-cı il Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin sıyrıqları, küt əşya(əşyaları) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl barmaqlar və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 istintaqdan gizləndiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə icraatı dövründə qeyd olunan qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş üzrə maddi sübut olan uni-formanın 1 ədəd düymələri qırılmış pencəyi saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmaldır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X3 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq etməkdə təqsirli olması yuxarıda göstərilənlərdən başqa, işin araşdırılmış digər halları ilə tam subuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini və məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-cü maddəsində nəzərdə tutulmuş ilk dəfə olaraq az ağır cinayətin törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən belə hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə X6 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alır və belə hesab edir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də təqsirləndirilən şəxs X1 daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, X3 ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X6 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Məhkəmə hesab edir ki, X6 məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X3 ibtidai istintaq zamanı tutulduğu 1(bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02(iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay, 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. X6 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X3 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan uni-formanın 1 ədəd düymələri qırılmış pencəyi saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. X6 məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-180/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-180/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver