Məhkəmə qərarları › İş №1(012)-181/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-181/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-181/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsi, ev 154 Pdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 P ünvanın olarkən, qonşuluqda yaşayan 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun yaşadığı evin qapı zəngi vurub qaçmasına irad bildirdiyinə görə aralarında baş vermiş mübahisə zamanı yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona təpə nahiyyəsinin dərialtı hematoması, sol gözaltı nahiyyənin sıyrığı, sol gicgah və alın nahiyələrinin qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 P ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qonşusudur. Ramin və valideyinləri ilə aralarında onun heç bir münaqişəsi və ədavəti olmamışdır. Təxminən 1 il əvəldən yaşadığı məhəllədə yaşayan az uşaqlar yaşadığı evin qapı zəngini basaraq qaçır, onu narahat etmişlər. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yenidən bir neçə dəfə yaşadığı ünvanın zəngini basıb qaçmışlar. Qapını açdıqda heç kimin olmadığını görmüşdür. Bunu məhəllədə yaşayan azyaşlı uşaqların etdiyini düşünərək ona məxsus avtomobildə oturaraq uşaqların yenidən qapının zəngini basmasını gözləmişdir. Qapının zənginin səsini eşidib maşından düşən zaman 1 nəfər uşaq qorxaraq qaçmışdır. "Niyə zəngi basırsan?" dedikdə həmin uşaq maşına dəyib yıxılmışdır. Həmin uşağın qolundan tutaraq yuxarı qaldırmışdır. Onun yaxasından tutaraq sıxmış, sağ əli ilə başına, sifətinə və bədəninin müxtəlif nahiyyələrindən təpiklə və yumruqla vurmuşdur. Bu zaman uşaq ağlayaraq bu barədə atasına deməməsini istəmişdir. Həmçinin həmin vaxtı arvadı X3 yaşadığı evdən çıxmış və uşağın ağladığını görüb, uşağı buraxmasını demişdir. Uşağın ağladığını görüb onu buraxmışdır. Həmin uşaq qaçaraq evləri tərəfə getmişdir. Təxminən 3-5 metr irəliyə gedərək məhəllədə olan 2 nəfər qadına uşaqları onun yaşadığı tərəfə buraxmamalarını demişdir. Yaşadığı evə getdikdən sonra həmin uşağın valideynləri gəlmişdir. Həmin şəxslər onunla mübahisə edərək uşağı onun döydüyünü demişlər. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 qızının iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53 saylı orta məktəbin 4-cü sinfində oxuyur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxslə aralarında heç bir mübahisəsi, düşəmçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında küçədə oynamışdır. Bu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs qapısının zəngini basmışdır. Elə bu anda evin qapısının yaxınlığında dayanmış avtomobilin arxasından qonşusu Təqsirləndirilən şəxs çıxmışdır. Onun yaxasından tutaraq sıxmış, sağ əli ilə başına, sifətinə və bədəninin müxtəlif nahiyyələrindən təpiklə və yumruqla vurmuşdur. Sonradan Zərərçəkmiş şəxs yaxasından tutaraq evlərinə tərəf gətirmişdir. Orada onunla birlikdə oynayan şəxslər Ramin Axundoxun döyülməyini görüb qaçmışlar. Bu zaman Təqsirləndirilən şəxs arvadı Səidə Qarayeva onun yanında olan qardaşının sifətindən 1 dəfə sillə ilə vurmuşdur. Bu anda səsə küyə qonşuluqda olan Gülnarə adlı qonşusu çıxmış və onu döyən Təqsirləndirilən şəxsnən arvadı Səidə Qarayevin üstünə qışqırmışdır. Zərərçəkmiş şəxs hadisə barədə evə gələrək anası Vüsaləyə bu barədə danışımışdır. Anası da hadisə barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 937-də ailə üzvüləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətyanı sahəsində olmuşdur. Həmin vaxı yaşadığı məhəllədən uşaqların ağlamayaq səsini eşitmişdir. Küçəyə çıxdıqda səsin küçənin axırından gəldiyini eşidib ora tərəf getmişdir. Daha sonra küçənin axırında yaşayan sonradan adlarının Təqsirləndirilən şəxs və X3 olduğunu bildiyi iki nəfər şəxsin onlarla eyni küçədə yaşayan Şahid2 və Zərərçəkmiş şəxs döydüklərini görmüşdür. Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs yaxasından tutaraq sıxdığını, sağ əli ilə Zərərçəkmiş şəxs başına və sifətinin sol tərəfinə sillə və yumruq zərbələri vurduğunu, həmçinin X2 isə Şahid2 sifətinə sillə vurduğunu görmüşdür. Həmin vaxtı yüksək səslə "Nə edirsiz?" demişdir. Bu zaman Təqsirləndirilən şəxs uşaqları buraxmışdır. Uşaqlardan biri ona tərəf, digəri isə yaşadıqları evə tərəf qaçmışdır. Təqsirləndirilən şəxs isə ona yüksək səslə "Uşaqlarınıza sahib çıxın" demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Yasamal rayonu, 53 saylı orta məktəbin 5 F sinif şağirdidir. Zərərçəkmiş şəxs onun qardaşıdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində qardaşı Ramin Axundoxla birlikdə küçədə oynamışlar. Həmin vaxtı məhlə uşaqlarıda orada olmuşlar. Bu zaman uşaqlardan kimsə qonşusu Təqsirləndirilən şəxs evinin zəngini basmışdır. Bundan sonra onlar oynayarkən Təqsirləndirilən şəxs qapısının zəngini basmışdır. Bu anda Təqsirləndirilən şəxs avtomobilin arxasından çıxaraq qardaşı Zərərçəkmiş şəxs tutaraq bədəninin müxtəlif nahiyyələrindən vuraraq xəsarət yetirməyə başlamışdır. Şahid2 buna etiraz edəndə Təqsirləndirilən şəxs arvadı sillə ilə onu vurmuş və sillə onun boynundan dəydiyi üçün da xəsarət almışdır. Səsə-küyə isə qonşuluqda yaşayan Gülnarə adlı şəxs çıxaraq Təqsirləndirilən şəxs etirazını bildirmişdir. Bundan sonra Şahid2 və qardaşı Zərərçəkmiş şəxs hadisə barədə evə gedərək anası Vüsaləyə danışmışlar. Hadisə vaxtı onu Təqsirləndirilən şəxs arvadı Səidə bir dəfə sillə ilə vurmuşdur. Təqsirləndirilən şəxs isə qardaşı Ramin Axundoxu vurmasını görmüşdür. Həmin vaxtı onların yanında heç kim olmasada lakin sonradan səsə-küyə qonşuluqda yaşayan Gülnarə adlı şəxs çıxmışdır. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğlumdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində oğlu Zərərçəkmiş şəxs və qardaşı Şahid2 yaşadığı evin küçəsində oynamışlar. Bu zaman Zərərçəkmiş şəxs ağlaya-ağlaya evə gələrək demişdir ki, “bizi qonşuluqda yaşayn Təqsirləndirilən şəxs qonşu döydü”. Şahid2 isə demişdir ki, “Əzimin Qarayevin arvadı onu dömüşdür”. Şahid1 qonşusu Təqsirləndirilən şəxs ünvanına gedib ona etiraz edəndə, Əzim Qarayev ona demişdir ki, “uşqları onun evinin zəngini basmışlar”. Şahid1 həmin vaxtı ona bildirmişdir ki, nəyə görə zəng basdığına görə adam döymüşdür. Bundan sonra X7 xəstəxanasına müraciət etmişdir. Orada uşaqlar xəsarət aldıqları üçün onlara ilk tibbi yardım göstərmişlər. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2240 saylı rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- təpə nahiyəsinin dərialtı hematoması, sol gözaltı nahiyyənin sıyrığı, sol gicgah və alın nahiyyələrinin qançırları bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1883 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin sıyrığı, bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2020-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar