Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-182/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsn, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11.04.2002-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Muğanlı kəndində qeydiyyatda olan və barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində sosial şəbəkələrdə rüsvayediji məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, o, qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs özündə olan lüt video görüntülərini sonuncunun istifadəsində olan «Samsung Galaxy» markalı mobil telefonuna 25 may 2021-ci il tarixdə göndərib rüsvayedici məlumatları olan həmin vidiogörüntüləri sosial şəbəkərərdə yayajağı ilə hədələyərək 2000 manat pul tələb etmiş və onun hədələrini real qəbul edərək qohumları və tanışlarının yanında rüsvay olmaq istəməyən Zərərçəkmiş şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi ev 5, mənzil 19-da 11 iyun 2021-ci il tarixdə axşam radələrində 1500 manat pulunu və 700 manat dəyərində Samsung A7 markalı mobil telefonu alıb ələ keçirərək, sonuncuya ümumilikdə 2200 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə onun ər-arvad münasibətləri olmuş, Leyla ilə yaxın qohumlarımın və yaxınlarının evində ərarvad kimi görüşüb yaşamışlar. Aralarında normal münasibətlərin olmasından valideyinlərinin xəbəri olmuş, lakin valideyinləri onun Zərərçəkmiş şəxs ilə olan münasibətindən narahat olmuş, Leyladan uzaqlaşmağı məsləhət görmüşlər. Həmin ərəfələrdə yəni təxminən aprel-may ayında o, avtomaşın almaq qərarına gəlmiş, lakin pulu çatışmadığından Leyla ona 1000 (bir min) manat pul vermişdir. Bundan əlavə Leyla onun istifadəsində olan «Samsung Galaxy A50 markalı telefonunu «Lombarda» qoyaraq oradan pul götürmüş ona vermişdir. Lakin həmin vaxtı mobil telefonu olmadığından tarixini xarıllamadığı gün Leyla ilə görüşən vaxtı istifadəsində olan Samsung A7 markalı telefonu istifadə etmək üçün vermişdir. Sonradan, yəni 2021-ci il tarixdə təxminən iyul ayı ərzində o, Leyladan uzaqlaşmaq üçün münasibətlərini pozmuş, aralarında narazılıqlar yaranmışdır. O, Zərərçəkmiş şəxs qarşı törətdiyi əməldən peşmandır. O,Zərərçəkmiş şəxs 1000 (bir min) manat pul və Samsung A7 markalı mobil telefonu alıb istifadə etmişdir. Bundan əlavə o, fərdi qaydada mügənnilik edir, sosiyal şəbəkədə İnsdaqram «amid-seda-offijial» adlı səhifəsi olmuş həmin səhifədən tanışları ilə özünə aid reklam xarekterli görüntüləri paylaşmışdır.Sonda o, törətdiyi əməldən səmimi peşman olmasını, gəncliyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,o, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin yanvar ayında Tik-Tok sosial şəbəkəsi vasitəsilə tanış olmuş,həmin vaxt Təqsirləndirilən şəxs «Amid_Seda_Oficial» profili ilə onunla yazışmış, o, isə Amidlə «Leyla_08» profili ilə danışmışdır. Təxminən bir həftəyə yaxın Amidlə yazışmış, sonra onunla Neftçilər metrosunun yaxınlığında yerləşən Amidin dostu Seymurun kirayə qaldığı evdə görüşmüş həmin vaxt evdə Amid, Amidin dostu Seymur və Seymurun görüşdüyü qız olmuşdur. Orada Amidlə 1-2 saata yaxın söhbət etmiş, sonra təxminən 10 günə yaxın telefonla danışmışlar və sonra Bakı şəhərində yerləşən «Sekret» otelində görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxslə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra mütamadi olaraq Təqsirləndirilən şəxslə oteldə görüşmüşlər. Təxminən 10-15 gün görüşdükdən sonra Təqsirləndirilən şəxs onu yaşadıqları Bakı şəhəri Suraxanı rayonu 2ci Ramanı qəsəbəsi Şuşa şəhərciyinin yaxınlığında Orxan marketin yanında yerləşən evlərinə aparmış, həmin vaxt evdə heç kim olmamış, orada da Təqsirləndirilən şəxslə cinsi əlaqədə olmuşdur. Oradan Amidlə Bakı şəhərinə getmiş «Rent Car» dan avtomobil götürüb Ağcabədi rayonu Muğanlı kəndinə Təqsirləndirilən şəxs nənəsigilə getmiş, Amid onu nənəsi ilə tanış etmiş, gecəni orada qalmış, orada da Amidlə cinsi əlaqədə olmuşlar. Səhərisi gün axşam saatlarında Bakı şəhərinə qayıtmış, Amidin yaşadığı evə gedərkən Amid anasına zəng vurmuş, Amidin anası Xəyalə, qızı Aytacgildə olduğunu demiş və onlara evə getmələrini demişdir. İlk dəfə Təqsirləndirilən şəxs anası ilə tanış olmuşdur, onunla bir az söhbət etmiş və sonra Amid onu yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs demək olar ki, bütün xərclərini o, cəkmiş, «Rent Car»dan götürdüyü avtomobillərin pulunuda o, vermişdir.Təxminən 2021-ci ilin may ayının əvəllərində Amidlə Neftçilər metrosunun yaxınlığında görüşərkən istifadəsində olan mobil telefona əvəllər istədiyi hazırda Qazaxıstan Respublikasında yaşayan Elmir adlı şəxs sms yazmış, Amid smsi görən kimi ondan kim olduğunu soruşduqda o da həmin şəxsin əvəllər istədiyi oğlan olduğunu bildirmişdır. Təqsirləndirilən şəxs taksi avtomobili ilə onu yaşadıqları evə aparmış, orada telefonunu əlindən almış və Elmirin smslərinə cavab verib Elmiri söyüb onunla danışmaq istəməməsini bildirməsinə onu məcbur etmişdir. Amid onun keçmiş ərinin və qaynanasının telefon nömrələrinidə yazıb götürmüş, onu hədələyib keçmiş ərinə və qaynanasına onunla görüşdüyünü bildirmişdir. Bundan sonra o, Amiddən ayrılmışdır. Amiddən ayrılandan sonra təxminən 2021-ci ilin may ayının sonlarında Amid onu hədələyərək lüt videolarını Tik-Tokda paylaşacağını demişdir. O, Amidin yazısını oxuduqdan sonra onun səyifəsinə oteldə yatdığı yerdə videonu paylaşıldığını görmüşdür. O. Amidə zəng vurub “sən kimsən ki, mənim videomu paylaşırsan bu video mənim deyil”, dedikdəAmid də ona onun videosunu atmış, Amid ona videonu ğöndərəndən sonra videoda kı həqiqətəndə o olduğunu görmüşdür. Amid onü hədələyərək əgər videonun yayılmasını istəmirsə 2000 manat pul verməyi, pulu çatandan sonra paylaşmayajağını bildirmişdir. O, Amidə yalvaryaxar etmiş, belə şey eləməməsini, anasının xəstə olmasını bildirdikdəAmid onun yalvarışlarına məhəl qoymayıb yenə ondan pul tələb etmişdir. O, Amidə pulunun olmadığını, qızıllarını lombarda qoyub 1500 manat pul düzəldə biləcəyini demiş, lakin Amid ondan əl çəkmədiyinə görə o, məcbur qalıb rəfiqəsi X2 Amidin onu şantaj edib hədələdyini, bunun üçün ona təjili 1500 manat pul tapmasını xahiş etmiş, rəfiqəsi ona 1500 manat borca pul vermişdir. O, lüt vidiogörüntülərinin yayılmaması üçün 11 iyun 2021-ji il tarixdə Amidə ünvan 1 ünvanına gəlməsini bildirmiş, Amid də həmin günün axşam radələrində həmin ünvana gəlmiş Sünbülənin yanında ondan borj adığı 1500 manat pulu və 700 manat dəyərində olan Samsung A7 markalı mobil telefonunu Amidə vermişdir. Beləliklə, Amid ona hədə qorxu gələrək umumlikdə 2200 manat pulunu ələ keçirmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən yeddi ilə yaxındır ki, tanıyır, onunla düşmənçiliyi və ya ədavəti yoxdur, Leyla ilə rəfiqədir. Zərərçəkmiş şəxs tez-tez onun yanına gəlib gedir, təxminən 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs onun yanına gəlmiş, həmin vaxt onun sol qolunun kəsildiyini görmüş, ondan nə baş verdiyini soruşduqda Leyla ona bədənində olan diş yerlərinin və bədənində qaraltıların olduğunu göstərib 2021-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq görüşdüyünü, onun Leylanı dəfələrlə şantaj edərək döydüyünü və Leyladan hədə-qorxu ilə pul tələb etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs polisə müraciət etməsini bildirdikdə Leyla Amiddən dəfələrlə Azərbaycan Respublşikası DİN-nin 102xidmətinə məlumat verməsini ona demişdir.Təxminən iki gün sonra Zərərçəkmiş şəxs onun yanına gəlib ondan 1500 manat pul lazım olduğunu dedikdə Leyladan həmin məbləğdə pulu neyniyəcəyini soruşmuş, Leyla da ağlaya-ağlaya Təqsirləndirilən şəxs onun lüt videosu ilə hədələyib pul tələb etdiyini bildirmişdir. Leylada videosunun yayılmasından qorxmuşdur. Çünki Təqsirləndirilən şəxs Leylanın yataqda lüt uzandığı vəziyyətdə çəkilmş videosunun şəkilini Tİk-Tok profilində paylaşmışdır. O, axşama pulu düzəldib verjəyini Leylaya bildirmişdir.Bundan sonra Leyla harasa getmiş axşam saatlarında iş yerinə gələrək ondan 1500 manat pulu almışdır. Həmin vaxt o, Leylaya Təqsirləndirilən şəxs çağırmağı, onunla söhbət etmək istədiyini demişdir. Leyla pulu alandan bir gün sonra 11.06.2021-ci il tarixdə saat 20 radələrində ona zəng vuraraq kirayə yaşadığı evdə olduğunu, Amidin ona zəng vurduğunu, gəlib pulu götürəcəyini və onunda oraya gəlməsini xahiş etmiş, Leyla ilə telefonla danışdıqdan sonra o,oraya getmiş, evə çatanda Leyla ilə Amiddə evdə olmuşlar. O, Amidə niyə Leylanı şantaj etməsini soruşduqda Amid onun işlərinə qarışmamağını bildirmişdir.Bu vaxtı Leyla müdaxilə etmək istəmiş, Amid isə onun yanında Leylanın baş nahiyəsindən vurmuş və Leyla ona 1500 manat pulu vermişdir. Amid Leylanın “Samsun A7” markalı mobil telefonununda götürmüş və Leylaya əgər polisə şikayət etsə başına oyun açacağı ilə hədələmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan sensor ekranlı «Android 10» sistemli «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil telefonunun Qalereyasına baxış keçirilmiş,baxış zamanı Zərərçəkmiş şəxs lüt şəkillərinin olması həmin görüntü vasitəsi ilə nümayiş etdirərək barəsində rüsvayediji məlumatları sosiyal şəbəkələrdə yayajağı hədəsi ilə hədə-qorxu gələrək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1500 manat pul və Samsun A7 markalı mobil telefonunun tələb etməsi tam olaraq öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 29.12.2021-ji il tarixli 5/1395 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» sistemli ilə təhjiz olunmuş «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli «**********70339, **********70337» «İMEİ» kodlu mobil smarotfon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim olunan «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesaclar, audio,foto,vidio fayıllar, «Whatsapp Business» proqram təminatı vasitəsi ilə aparılmış, audio, foto, vidio fayıllar və sairə) mövjud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş, xariji yaddaş qurğuya) . 3.Rəyin «Tədqiqat hissəsi» nin 3-jü bəndində göstərilən səbələrə görə təqdim edilmiş, «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontaktlar, zənglər, SMS mesaclar, audio,foto,vidio fayıllar, «Whatsapp Business və Tik-Tok» proqram təminatları vasitəsi ilə aparılmış, məlumat mübadilələri və sairə) pozulu-pozulmaması, üzrə təqdiqət işlərinin aparılması mümkün olmadı.
4. Təqdim olunan «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil smartfonun yaddaşında quraşdırılmış «Whatsapp Business» proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı,buraxılmış, qəbul olunmuş, çıxan səsli və video zənglər) mübadilələri müəyyən olundu,, lakin rəyin Tədqiqi hissəsinin 3-jü bəndində göstərilən səbəblərə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
5. Təqdim olunan «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli smartfonun yaddaşında hal-hazırda «TikTok proqram təminatı müəyyən olunmadı. İş materiallarında olan Zərərçəkmiş şəxs götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil telefonu maddi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və maddi sübutlar saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanj anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbayjan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Sabunçu rayon İHB-nın Ramana qəsəbə İƏDÜ-nin nümayəndəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni yaşayış massivində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 01.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03.12.2021-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi sübut olan Abşeron RPİ-nin maddi sübutların saxlanj anbarına təhvil verilmiş «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Sabunçu rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 01.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Maddi sübut olan Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş «Samsung Galaxy A50» markalı «SM-A505FN» modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Sabunçu rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim:Şövkət Nəcəfova