Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-182/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Bürosunun vəkili X1 iştirakları ilə, 25 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şeyx Şamilov küçəsi 5/12-də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsi, “Masazır dairəsi” deyilən ərazidə yanma müştəri qismində gedərək, tanış olduğu bərbər kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs İsrail Respublikasına getmək üçün viza sənədlərinin düzəldəcəyini yalandan vəd verərək aldadıb bu məqsədlə 20 iyul 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında 1700 manat dəyərində 1000 ABŞ dolları, 22 iyul 2022-ci il tarixdə həmin ünvanda 510 manat dəyərində 300 ABŞ dolları və 28 iyul 2022-ci il tarixdə yenidən həmin ünvanda 1700 manat dəyərində 1000 ABŞ dolları pulu ümumilikdə 21 iyul 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs həmin miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şeyx" Şamilov küçəsi ev 5/12-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 3, mənzil 17-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsi, “Masazır dairəsi" deyilən ərazidə yolun sağ tərəfində yerləşən obyektdə saç ustası kimi fəaliyyət göstərir. O da təxminən 1 ilə yaxındır ki, Qəmlonun yanma saçını kəsdirməyə gedib gəlmişdir. Ona görə də Qəmlonu həmin vaxtlardan tanımış və münasibəti yaranmışdır. 2022-ci ilin iyul aylarının əvvəllərində Qəmlonun yanına yenidən saçını kəsdirməyə gedən zaman, Qəmlo gözündə olan xəstəliklə bağlı İsrail Respublikasına getmək istədiyini ona bildirmişdir. Lakin, həmin ölkəyə getmək üçün viza sənədlərinin lazım olduğunu, ancaq həmin sənədlərin alınmasının çətin olduğuna görə ala bilmədiyini bildirmişdir. O isə Qəmloya İsrail Respublikasına getmək üçün səfirlikdə tanışlarının olmasını deyib viza alınmasında köməklik göstərə biləcəyini bildirmişdir. Qəmlo vizanın alınması üçün ondan hansı miqdarda pul lazım olmasını soruşmuşdur. O isə Qəmloya viza sənədinin hazırlanması üçün 2000 ABŞ dolları, təyyarə biletinin alınması üçün isə 300 ABŞ dolları lazım olduğunu deyib ümumilikdə 2300 ABŞ dolları puluna bütün sənədlərin hazırlanmasına köməklik edəcəyini bildirmişdir. Qəmlo bununla razılaşıb ondan bir neçə gün möhlət istəmiş və həmin miqdarda pulu düzəltməli olduğunu demişdir. O da razılaşmış və pulu düzəldəcəyi halda onunla əlaqə saxlamasını bildirmişdir. 20 iyul 2022-ci il tarixdə Qəmlo onunla əlaqə saxlamış və onunla görüşmək istədiyini bildirmişdir. O isə Qəmlonu yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 3, mənzil 17-yə dəvət etmişdir. Həmin vaxtı həyat yoldaşı Svetlana da evdə olmuşdur. Ancaq digər otaqda qalmışdır. Qəmlo onların evinə gəlib bir qədər oturduqdan sonra ona 1000 ABŞ dolları pul vermişdir. Daha sonra eyni qayda ilə 22 iyul 2022-ci il tarixdə yenidən onun evinə gəlib, 300 ABŞ dolları və sonuncu dəfə 28 iyul 2022- ci il tarixdə evinə gələrək 1000 ABŞ dolları pul vermişdir. O, həmin pulu əldə etdikdən sonra Qəmloya səfirliklə danışıb 30 iyul 2022-ci il tarixinədək viza sənədlərinin alınmasında köməklik göstərəcəyini vəd vermişdir. Sonuncu iki dəfə pulu alan zaman isə həyat yoldaşı evdə olmamışdır. Bundan sonra bu məsələni yəni, verdiyi sözə əməl edə bilməmişdir. Ona görə də Qəmlonun verdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs vurduğu ziyanı ödədiyini, onunla barışdığını bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Boşçalılar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi ev 118-də yaşayır. Rəsmi olaraq işləməsə də saç ustası kimi işləyib ailəsini dolandırır. O, Abşeron rayonu, Masazır qəsəbəsində Q.Nəbi küçəsində “Masazır dairəsi" deyilən ərazidə yolun sağ tərəfində yerləşən obyektdə saç ustası kimi işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Zaur onun yanma müştəri kimi saçını kəsdirmək üçün gəlib getmişdir. O, Zauru həkim kimi tanımışdır. Buna görə də Zaurla müştəri kimi tanış olmuş və münasibəti yaranmışdır. Həmin şəxslə münasibəti yaxşı olmuşdur. Onun gözündə olan xəstəliklə əlaqədar olaraq, müayinə olunmaq üçün İsrail Respublikasına getməliymiş. Buna görə də həmin ölkəyə getmək üçün viza sənədlərinin düzəlməsi vacib olmuşdur. Təxminən 2022-ci ilin iyul ayının əvvəllərdə işdə olan zaman təsadüfən söhbət əsnasında Təqsirləndirilən şəxsla danışanda İsrail Respublikasına getmək istədiyini bildirmişdir. Lakin, həmin ölkəyə getmək üçün visa sənədlərini düzəltməkdə çətinlik çətdiyini bildirmişdir. Zaur isə İsrail səfirliyində tanışının olmasını bildirmişdir. Həmin viza sənədinin düzəldilməsi üçün ona köməklik edəcəyini vəd etmişdir. O isə Zaurun bu işdə köməklik edə bilməsi üçün ondan hansı miqdarda pul almasını soruşmuşdur. Zaur ona 2000 ABŞ dolları viza sənədinin hazırlanması üçün, 300 ABŞ dolları isə təyyarə bileti üçün pul lazım olduğunu bildirmişdir. O isə həmin pulu bir neçə gün ərzində düzəldərək Zaura verə biləcəyini bildirmişdir. 20 iyul 2022-ci il tarixdə Zaur ona zəng vuraraq, işin həll olunması üçün pul verməyini bildirmişdir. O isə həmin gün düzəltdiyi 1000 ABŞ dolları məbləğində pulu Zaurun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 3, mənzil 17-də Zaura vermişdir. Daha sonra 22 iyul 2022-ci il tarixdə həmin ünvanda 300 ABŞ dolları yenidən Zaura vermişdir. Sonuncu dəfə 28 iyul 2022-ci il tarixdə 1000 ABŞ dolları məbləğində olan pulu yenə də Zaurun yaşadığı ünvanda Zaura vermişdir. Zaur isə 30 iyul 2022-ci il tarixdə Zaur həmin viza sənədini həll edəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra Zaurla əlaqə saxlayıb viza sənədinin həl olub-olmamasını soruşmuşdur. Zaur isə sənədin hazırlanmadığını və yenə bir neçə gün ondan vaxt istəmişdir. O isə Zaurun onu aldatdığını düşünmüşdür. Artıq Zaurun onun viza sənədini düzəltmədiyini, onun pulunu alaraq özü üçün mənimsədiyini düşünmüşdür. Ona görə də bu barədə Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin, şikayət etdiyi dövrdə də Təqsirləndirilən şəxs onun nə viza sənədini düzəltmiş, nədə ki, onun verdiyi ümumilikdə Zaura verdiyi 2300 ABŞ dollarını geri qaytarılmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödədiyini, onunla barışdığını və ondan şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilib təqiq edilən Şahid ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Əcəmi küçəsi ev 27-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 3, mənzil 17-də həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla münasibəti olmamışdır. Qəmlonu sadəcə həyat yoldaşı Təqsirləndirilən şəxs viza sənədi düzəltmək adı ilə pul verən vaxt evlərində görmüşdür. Qəmlo Zaura onların yaşadığı evdə pul versə də həmin vaxt öz otağında olmuşdur. Qəmlonun Zaura pul verəməsini görməmişdir. Sonradan bilmişdir ki, Qəmlo Zaura viza düzəltmək üçün 2300 ABŞ dolları pul vermişdir. O, Qəmlonu bir dəfə evində görmüşdür. Qəmlo ilə hər hansı münasibəti olmamışdır. Digər vaxtlarda evə gəlsə də evdə olmamışdır. Qəmlonun Zaura pul verməsini görməmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində 03 dekabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında azad olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında azad olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-182/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-182/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver