Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-183/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs ilə dalaşaraq hadisə yerindən götürdüyü metal parçası ilə sonuncunun baş nahiyyəsinə qəsdən vurmaqla ona başın sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası, sol saidin sıyrığından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Qaradağ rayonu “Meyvəli” adlanan bazarın ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20, 40 və 5 manat müqabilində, 20 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 7,412 qram olan maddə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranını, 40 manat müqabilində 7 ədəd 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına” (Siyahı İİ) daxil olan təmiz çəkisi 0,28 qram metadonu, 5 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 0,100 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib, üzərində saxlayaraq, Abşeron rayonu Xırdalan şəhərinə daşımış, 01 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol cibindən “Davudoff” markalı siqaretin qutusunun içərisindən həmin təmiz çəkisi 7,412 qram olan maddə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranı, təmiz çəkisi 0,28 qram olan 7 ədəd metadon və təmiz çəkisi 0,100 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə saat 13 radələrində evinin yaxınlığında dükandan çörək alıb evə qayıdarkən fərdi yaşayış evinin qarşısında küçədə qonşuları Ağabala və oğlu Nasirlə rastlaşmışdır. Nasir ona tərs-tərs baxmağa başlamışdır. Nasirdən hansı səbəbə ona bu şəkildə baxdığını soruşduqda, əcəb etdiyini bildirmişdir. Nasirə baş qoşmamış və onun atası Ağabalanı çağırmışdır. Ağabalaya oğlu Nasirin əvvəllər də ona qarşı hörmətsizlik etdiyini demişdir. Ağabala isə ona bildirmişdir ki, oğlu Nasir bir daha hörmətsizlik edəcəyi təqdirdə ona bu barəə xəbər versin. Həmin ərəfədə qızı Lalə küçəyə çıxmış və Ağabalanın ona nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bu sözdən əsəbləşib Ağabalanın yaxasından tutaraq onun üzünə tüpürmüşdür. Həmin vaxt Ağabalanın oğlu Nasir ona üzərinə hücum etmiş və onlar əlbayaxa olub yerə yıxılmışlar. Onlar iki nəfər olduqları üçün gücü çatmamışdır. Yerdə dartışan zaman onunla birlikdə yerə yıxılan Ağabalanın başı dəmir turbaya dəymişdir. Ağabalanı itələmiş, nəticədə o yerə yıxlaraq baş nahiyyəsindən xəsarət almışdır. Ağabalanın başından dəmir turba ilə vurmamışdır. Hadisə onların yaşadığı küçədə fərdi yaşayış evinin qarşısında baş vermişdir. Ağabala və oğlu Nasir onun qızı Laləni və arvadı Qənirəni də döymüşdür. Hadisə təxminən 5 dəqiqə davam eləmiş, kənar şəxslər toplaşmamışdır. Ağabala və oğlu Nasir ilə aralarında baş vermiş dava-dalaş hadisəsi zamanı xəsarət almadığına görə döyülməyi ilə bağlı ərizə ilə müraciət etməkdən imtina etmiş və məhkəmə tibbi ekspertizasından keçməmişdir. Təxminən 3 il olar ki narkotik vasitə istifadəçisidir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcək, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən “Davudoff” markalı siqaret qutusunda saxladığı 1 büküm siqaretin gümüşü kağızına bükülmüş heroini, 1 ədəd şəffaf selofana bükülü həşiş qətranını və 7 ədəd “M-40” adlı narkotik maddə olan metadonu təqdim etmişdir. Həmin narkotik maddələri xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Qaradağ rayonu “Meyvəli” adlanan bazarda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Heroini 5 manata, 7 ədəd metadonu 40 manata həşiş qətranını isə 20 manata almışdır. Sonra həmin 1 büküm siqaretin gümüşü kağızına bükülmüş heroini, 1 ədəd şəffaf selofana bükülü həşiş qətranını və 7 ədəd “M-40” adlı narkotik maddə olan metadon polis əməkdaşları tərəfindən qablaşdırılmış və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə polis əməkdaşları zərfə və protokola imza etmişlər. Polis idarəsində olan zaman ona qarşı yaxşı rəftar olunmuş, heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Mədəsində əməliyyat olunduqdan sonra kəskin ağrılar yarandığına görə narkotik vasitədən ağrı kəsici kimi istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kəsə satmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, onunla qohumluğu yoxdur, ədavəti yoxdur, lakin Təqsirləndirilən şəxs onunla ədavəti vardır. Belə ki, onun təxminən on beş il əvvəl su xətti onun həyətindən keçmiş və su xəttini öz həyətindən çıxartdığına görə də Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən narazı qalmışdır. 13 avqust 2021-ci il tarixdə saat 13 radələrində oğlu Şahid5 işlədiyi dükandan evə gəlmiş və Mahirdən narazılıq edərək ona söz atdığını bildirmişdir. Bu məsələni aydınlaşdırmaq üçün onun yaşadığı evə getmişdir. Mahirin evinə gedərək fərdi yaşayış evinin giriş qapısından Mahiri səsləmişdir. Bu zaman onun evinin qarşısından keçən küçəyə onun arvadı Qənirə və qızı Lalə çıxmışdır. Onlar Mahiri çağırılma səbəbini soruşmuşlar. Qənirə və Lalədən xahiş etmişdir ki, Mahiri evdən çağırsınlar. Bu zaman Mahir səsə həyətə çıxmışdır. Mahirdən oğlu Nasirə nə üçün söz atdığını soruşmuşdur. Mahir isə əcəb etdiyini deyərək nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmçinin onun arvadı Qənirə və qızı Lalə də onu nalayiq ifadələrlə söyərək təhqir etmişdr. Bu səbəbdən onların aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Mahir həyətinə gedib dəmir parçası götürüb üzərinə hücum edərək başının təpə nahiyəsinə həmin dəmir parçası ilə bir dəfə vuraraq xəsarət yetirmişdir. Zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra da, Mahir təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Mahir onu döyərək xəsarət yetirdikdən sonra DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş və sonradan Abşeron rayon Pİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə onların evlərinin qarşısından keçən küçədə baş vermişdir. Mahiri yaşadığı evin qarşısından çağıran zaman Qənirə və Lalə qapıdan küçəyə çıxaraq ona hücum etmişlər. Həmin vaxt hadisə yerinə gələn oğlu Nasir onları itələyib həyətlərinə salmışdır. Onları yaşadığı fərdi yaşayış evinin həyətinə salaraq küçə qapısını bağlamışdır. Bu zaman Mahir gəlib onu dəmir parçası ilə vuraraq xəsarət yetirmişdir. Hadisə yerində nə Mahir Vəlişovu, nə də onun arvadı Qənirə və qızı Lalə Vəlişovanı vurmamışdır. Onlara heç bir təzyiq, təsir göstərməmişdir. Hadisə qısa müddətdə baş vermiş, təxminən beş dəqiqə davam eləmiş, hadisə yerinə qonşulardan heç kim gəlməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Nəsir Vəlişov onun qonşularıdır. Onlarla ədavəti yoxdur. 13 avqust 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısındakı küçədən səs-küy gəldiyini eşitmiş və küçəyə çıxıb, Şahid5 əri Mahirlə mübahisə etdiyini görmüşdür. Təxminən beş dəqiqə keçmişdi ki, hadisə yerinə Nasir, Ağabala və Ağabalan gəlmişdir. Ağabalanın Mahir ilə mübahisə etdiyini görmüşdür. Hadisənin qarşısını almağa çalışmış və onları aralayarkən Ağabala qızı Laləni yumruqla vurmuş, qızı yıxılmışdır. Yıxılan yerdə Nasir onu təpiklə bir neçə dəfə vurmuşdur. Ağabala Laləni vurarkən, Nasir onu küçə qapısında saxlayıb qapı ilə divarın arasında sıxışdırmışdır. Mahirin Ağabalaya gücü çatmamış, Ağabala və Nasir onu döymüşdür. Ağabala Mahirin qarın nahiyəsinə vurmuşdur. Nasir də Ağabala ilə birlikdə onu yerə yıxmışdır. Mahir Ağabalanı vura bilməmişdir. Ağabala başından aldığı xəsarəti həyat yoldaşı Mahirlə əlbəyaxa olub yıxılkarkan başı yerdə olan dəmir turbaya dəyməsi nəticəsində almışdır. Mahir əlində olan hər hansı əşya ilə onu vurmamışdır. Əri Təqsirləndirilən şəxs narkotik maddələr satmır, lakin narkotik maddələr qəbul edir. Onların evlərinə narkomanlar gəlmir, lakin usta olduğu üçün təmir alətləri almaqdan ötrü tanıdığı şəxslər onlara gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Vəlişov Nəsir onun qonşularıdır. Onlarla ədavəti yoxdur. 13 avqust 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxmış, həmin vaxt atası Mahir ilə qonşuların mübahisə etdiklərini görmüşdür. Nasir anası Qənirə ilə kobud danışığı üçün ona irad tutmuşdur. Nasir ona qarşı kobud ifadələr işlətsə də, təhqir etməmişdir. Təxminən beş dəqiqə keçmişdi ki, hadisə yerinə Nasir, Ağabala gəlmişdir. Atası Mahir küçədə, ozü və anası isə həyətdə olmuşdur. Küçəyə çıxanda Ağabalanın atası Mahiri vurduğunu görmüşdür. Hadisənin qarşısını almağa çalışsalarda onları aralayarkən Ağabala məni nalayiq söyüşlərlə söymüş və yumruqla sifətinin sağ tərəfindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, yıxılan zaman Nasir onu təpiklə bir neçə dəfə sağ qolundan, sağ böyründən və sağ ayağından vurmuşdu. Bu zaman atası Mahir həyətə çıxıb onu müdafiə etmək istəmiş, lakin Ağabala və Nasir onunla əlbəyaxa olub yerə yıxaraq yerdə atasının qarnına təpiklə vurmuşlar. Lakin atası tibb ekspertizasına getməmiş və şikayət etməmişdir. Küçədə olan gül kollarının yanında olan dəmir parçası Ağabalanın başına yerdə dəymişdir. X8 hər hansı əşya ilə vurmamışdır. Eyni zamanda Nasir anası küçə qapısında saxlayıb qapı ilə divarın arasında sıxışdırmışdır. Atasının Ağabalaya gücü çatmamış, Ağabala və Nasir onu döymüşlər. Şahid5 döşəmə silən taxta ilə vurmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Təqsirləndirilən şəxs isə qonşusudur. Onunla qohumluq və ədavəti yoxdur. Lakin Mahir onun qonşuluğunda narkotik satdığına görə ondan xoşu gəlir. Ona dəfələrlə narkotiklərin satışı ilə məşğul olmaması barədə xəbərdarlıq etmişdi. Ona görə də, aralarında bir neçə dəfə mübahisə olmuşdur. Bel yırtığına görə xəstədir, beli tez-tez ağrıyır. 13 avqust 2021-ci il tarixdə, saat 13 radələrində işlədiyi dükandan belindən ağrı tutduğuna görə evə gələrkən küçədə qonşu Mahirlə rastlaşmışdır. Öz küçə qapısını döyüb, qapının açılmasını gözləyərkən əyilmiş vəziyyətdə durmuşdur. Həmin vaxt qonşusu Mahir öz evinin qarşısında dayanmışdır. Ona tərəf durmuşdur. Beli ağrıdığı üçün sifətini turşutmuşdur. Bu zaman Mahir nə üçün tərs-tərs baxdığını soruşmuşdur. Ona göz baxmaq üçün sözləini işlətmiş, lakin Təqsirləndirilən şəxs onun bu sözündən xoşu gəlməmiş və aralarında mübahisə omuşdur. Mahir onun üstünə hücum etmiş və əlbəyaxa olmuşlar. Bu zaman Mahirin evindən arvadı Qənirə və qızı Lalə küçəyə çıxmışdır. Lalə onun üstünə söyərək hücum etmiş və əlində olan döşəmə silən taxta ilə vurmaq istəmişdir. Lalənin anası Qənirə Laləni tutmuş və onu vurmağının qarşısını almışdır. Daha sonra hadisə yerinə atası Ağabala gəlmiş və atası onları aralayaraq, onu evə aparmışdır. Təzədən küçəyə qayıdıb Mahirə irad tutarkən Mahir əlində olan alətlə onun başına vurmuşdur. Yaşadığı fərdi yaşayış evinin qapısından onun atasını vurduğunu görmüşdr. Atasının başının qanadığını görüb Mahir evlərinə getmişdir. Şahid3 və Qənirə Şıxalıyevanı döyməmişdir. Lalə onun üzərinə döşəmə taxtası ilə hücum etmişdir. Mübahisə yaşadığı evin qarşısında baş vermiş təxminən 5-10 dəqiqə davam etmişdir. Lalə onun üzərinə hücum edən zaman onu itələyərək evlərinə salmış, həmin vaxt divara sürtünmə nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olan zaman xx.xx.1961-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda üzərində gəzdirməsi və istifadəsi ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə edib razılıq əldə edərək, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə gəlib, Mahirin gəlməsini gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs gəlmiş, həmin yerdə olan zaman, ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirib, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişlər. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən vəkili X4 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən “Davudoff” markalı siqaret qutusunun içərisindən siqaretin gümüşü kağızına bükülmüş heroini, 7 ədəd “M-40” adlı psixotrop maddəni və şəffaf sellofana bükülü həşiş qətranını təqdim edib, heroni 5 manata, metadonu 40 manata, həşiş qətranını 20 manata xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Qaradağ rayonu Meyvəli adlanan bazarda tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4859 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və s. yazılar imzalar olan bir ədəd zərfdə təmiz çəkisi 0,100 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (qalıq 0,050 qram - 0,050 qram nаrkоtik vаsitə hеrоin tədqiqata sərf edilmişdir). “Methadone 40” göstəricisi olan 7 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,28 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir (qalıq 06 ədəd – 01 ədəd həb tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyası İ), Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyası İ) daxildir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1129 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi , «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və s. yazılar imzalar olan bir ədəd zərfdə təmiz çəkisi 7,412 qram olan maddə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranıdır (qalıq 7,362 qram - 0,05 qram narkotik vasitə-həşiş qətran tədqiqata sərf edilmişdir). Həşiş qətarnı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyası İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 4355 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə kеçirilmiş MTЕ və PА Birliyinin Аbşеrоn rаyоn şöbəsinin xx.xx.2021-ci il tarixli 1890 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Şahid3 məhkəmə-tibbi müаyinəsi zаmаnı bədəni üzərində аşkаr еdilmiş хəsаrətlər- sağ çiyin qurşağı sağ bazu nahiyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol bazu nahiyəsinin sıyrığı-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərаrdа qеyd оlunаn müddətdə və şərаitdə yəni xx.xx.2019-cu il tаriхdə dаvа-dаlаş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə-Tibbi Еkspеrtizаsının xx.xx.2021-ci il tаriхli 1891 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müаyinəsi zаmаnı bədəni üzərində hər hаnsı bir хəsаrət və xəsarətin izi аşkаr оlunmаdı. İş üzrə kеçirilmiş MTЕ və PА Birliyinin Аbşеrоn rаyоn şöbəsinin xx.xx.2021-ci il tarixli 1889 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müаyinəsi zаmаnı bədəni üzərində аşkаr еdilmiş хəsаrətlər- başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin sıyrığı-bərk küt əşyа təsirindən törənmişdir, qərаrdа qеyd оlunаn müddətdə və şərаitdə yəni xx.xx.2021-ci il tаriхdə qeyd olunan nahiyələrə kənar şəxs(lər) tərəfindən metal parçası və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,050 qram narkotik vasitə heroin, 7,362 qram narkotik vasitə həşiş-qətranı və 6 ədəd metadon Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid5 Şahid3 qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirməsi xüsusatı ilə əlaqədar onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində оlаn qara rəngli gödəkçəsinin sol cibindən “Davudoff” markalı siqaretin qutusunun içərisindən olan maddə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranı, 7 ədəd metadon və qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs mübahisə zamanı özünü müdafiə etmək üçün dəlil gətirərək qonşusu Zərərçəkmiş şəxs dəmir parçası ilə vurmadığını, onu itələdiyi üçün yerə yixilan zaman başı dəmir parçasına dəyməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən törədilməsi sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 128, 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 66 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,050 qram narkotik vasitə heroin, 7,362 qram narkotik vasitə həşiş-qətran və 6 ədəd metadon məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 66 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,050 qram narkotik vasitə heroin, 7, 362 qram narkotik vasitə həşiş-qətran və 6 ədəd metadon məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-183/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-183/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver