Məhkəmə qərarları › İş №1(012)-183/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-183/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-183/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx xxxxxx 2001-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən 23 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,286 qram, 0,320 qram və 1,050 qram olmaqla ümumi 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,090 qram və 0,356 qram olmaqla ümumi 0,446 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu Saray qəsəbəsinə daşımış, həmin narkotik vasitə heroinin 1,606 qramını və psixotrop maddə metamfetaminin 0,446 qramını 23 iyul 2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində həmin qəsəbə sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 70 manat pul müqabilində satmış, bir büküm 0,320 qram çəkidə narkotik vasitə heroini isə üzərində saxlamış, 23 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “AL” marketin yaxınlığında saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qırmızı rəngli şortun sağ yan cibindən həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M. Müşfiq küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə açıq qapıdan evə qanunsuz daxil olaraq evdən 120 manat dəyərində perforatoru, otaqda divanın altında olan 55 manat dəyərində dreli, evin damında olan 80 manat dəyərində laqondanı, digər otaqdan 30 manat dəyərində blenderi, 30 metr uzunluğunda misdən olan 25 manat dəyərində elektrik naqilini, bundan başqa xx.xx.2022ci il tarixdə günorta saatlarında hasardan keçməklə qanunsuz həyətə daxil olub oradan 35 manat dəyərində içi qırmızı rəngli əl arabasını və 8 ədəd ümumi 16 metr uzunluğunda olan 50 manat dəyərində dəmir boruları vahid niyyətlə gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 395 (üç yüz doxsan beş) manat ziyan vuraraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, 23 iyul 2022-ci il tarixdə səhər saatlarında, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Al” marketin yaxınlığında Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 70 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,286 qram və 1,050 qram olmaqla ümumi 1,606 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,090 qram və 0,356 qram olmaqla ümumi 0,446 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və daşımış, 23 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşadığı evinin yaxınlığında saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 03 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi 1,606 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 02 ədəd kağız kəsiyinə bükülmüş ümumi 0,446 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham əvvəl təqsirli bilməsə də məhkəmə istintaqının sonunda qismən özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 23 iyul 2022ci il tarixdə səhər saatlarında o, Sumqayıt şəhərində tanımadığı şəxsdən narkotik vasitə almışdır. Elə həmin günü səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən evinə gedən zaman Al marketin yaxınlığında o, tanışı Təqsirləndirilən şəxs1 ilə görüşən zaman Nəriman ona ağrılarının olduğunu deyib ondan narkotik vasitə olan heroin istəmişdir. O da aldığı narkotik vasitə heroindən bir bükümünü əvəzində 2 qram qızıl almaqla Nərimana vermişdir. Həmin günü günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Al marketin yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroini istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşmişdir. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli parça şortun sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, heroin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülüyə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin kütləni 23 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığını, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, heroin olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi Elvin Yusifov tərəfindən imzalanaraq qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini o, şəxsi istifadəsi üçün əldə etmişdir. Bu məqsədlə də üzərində gəzdirirmiş. O, Nərimana heroin və metamfetamin satmamışdır. O, yalnız Nərimana kömək etmək məqsədilə qızıl sep qarşılığında 1 büküm heroin vermişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə səhər saatlarında o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Al marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə almışdır. Elə həmin günü günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroini istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmişdir. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 3 ədəd şəffaf rəngli sellofanlara bükülmüş içərisində olan qəhvəyi rəngli, heroin olan bükülünü və 2 ədəd kağız bükümündə olan kristal formalı psixotrop maddə olan metamfetamin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin kütləni 23 iyul 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Al marketin yaxınlığında Təqsirləndirilən şəxs2 heroin və metamfetamin aldığını, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 3 ədəd şəffaf rəngli sellofanlara bükülmüş içərisində olan qəhvəyi rəngli, heroin və 2 ədəd kağız bükümündə olan kristal formalı psixotrop maddə olan metafetaminə bənzər kütlələr olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 3 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi İsmayıl İmanov tərəfindən imzalanaraq qablaşdırılmışdır. 23 iyul 2022-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 23 iyul 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Al marketin yaxınlığında Təqsirləndirilən şəxs2 öz şəxsi istifadəsi üçün 70 manat pul müqabilində, 60 manatı nağd və 10 manatı isə nisyə olmaqla almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Bundan başqa o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsində fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs da onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Nazimin həyətinin darvazasının bağlı olduğunu görüb, sonuncun evdə olmamasını bilmiş və hasardan aşaraq Nazimə məxsus həyətə daxil olmuşdur. Həmin vaxtı evin qapısının açıq olduğunu görmüş və evə daxil olmuşdur. Evdə otaqda olan prefaratoru, həmin otaqda divanın altında olan dreli, otaqdan blenderi, elektrik naqilini və evin içindən damına qalxıb orada olan laqondanı oğurlayıb aparmışdır. Həyətdə olan dəmirləri isə apara bilmədiyi üçün sonra gəlib aparmağa qərar vermişdir. Həmin günü laqondanı Sumqayıt şəhərində şərq bazarında tanımadığı şəxsə 27 manata satmışdır. Oğurladığı qalan əşyaları həmin gün Saray qəsbəsində səyyar metal qəbulu ilə məşğul olan şəxsə 50 manata satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə günorta saatlarında yenidən hasardan Nazimin evinin həyətinə daxil olmuş və orada olan bir neçə ədəd borunu və dəmir parçasını hasardan küçəyə çıxarmış, həmin gün dəmir parçasını Saray qəsəbəsində metal qəbulu məntəqəsinə 7 manata satmışdır. Qalan boruları Saray qəsəbəsində səyyar metal qəbulu ilə məşğul olan şəxsə 15 manata satmışdır. O, qonşusu Nazimə məxsus evdən oğurluğu tək etmiş və bu barədə heç kimin xəbəri olmamışdır. O, oğurladığı əşyaları satan zaman özünə məxsus olduğunu bildirmişdir. O, Nazimin həyətindən araba oğurlamamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, hal-hazırda yaşadığı fərdi ev yarımtikili formada olsa da, pəncərələrini dəmir barmaqlıqla örtdürmüş və girişinə dəmir seyf qapı qoydurmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarından işdən evə gəlmiş və həmin vaxtı evin dəmir qapısının və hamamın plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olmuş və sağda yerləşən otaqda olan 120 manat dəyərində prefaratorun, həmin otaqda divanın altında olan 55 manat dəyərində drelin, evin damında olan 80 manat dəyərində laqondanın, digər otaqdan 30 manat dəyərində blenderin, digər otaqdan olan 30 metr uzunluğunda misdən olan 25 manat dəyərində elektrik naqilinin oğurlnadığını aşkar etmişdir. O, evindən oğurluq etməkdə qonşusu Nərimandan şübhələnmişdir. O, bu barədə Nərimana bildirdikdə Nəriman onun evindən oğurluq etmədiyini bildirmişdir. Bundan sonra evin pəncərələrini dəmir barmaqlıqla bağlatdırmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərinə getmişdir. Həmin gün saat 18 radələrində Saray qəsəbəsinə evinə gəlmiş və həmin vaxtı həyətdə olan 35 manat dəyərində içi qırmızı rəngli əl arabasının və 8 ədəd ümumi 16 metr olan 50 manat dəyərində köhnə boruların oğurlandığını aşkar etmişdir. Bu barədə Nərimanın atası Ağakişiyə bildirmiş və Ağakişi polisə şikayət etməyini məsləhət bilmişdir. Bundan sonra o, Saray polis bölməsinə müraciət etmişdir. O, evin dəmir qapısının zamokunu açarla bağlamış, həmçinin hamamın kiçik ölçülü plastik pəncərəsidə bağlı olmuşdur. Qapı və pəncərədə qırılmamışdır. Oğurluq nəticəsində ona 395 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs2» adlı şəxsin Abşeron rayonu, Saray qəsəbəsində narkotik vasitələrin qəbulu, saxlanması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid1 iştirakı ilə 23 iyul 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 23 iyul 2022-ci il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Həsənov X5 rayonu, Saray qəsəbəsi ərazisində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Bundan sonra Seymura üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şortikin sağ yan cibindən çıxan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və digər iştirakçıların gözü qarşısında Seymurun təqdim etdiyi 01 ədədi siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şortikin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Seymur bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz formalı maddə narkotik maddə olan heroindir. Seymur həmin psixotrop vasitə olan heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs2 külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs2 saxlamışlar. Təqsirləndirilən şəxs2 qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid1 vermiş olduğu ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs1» adlı şəxsin Abşeron rayonu, Saray qəsəbəsində narkotik vasitələrin qəbulu və saxlanması ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 23 iyul 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 23 iyul 2022-ci il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Bundan sonra Seymura üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxan 05 ədəd olmaqla 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütlə və 02 ədəd kağız kəsiyi bükümünə bükülmüş ağ rəngli, kristal formalı psixotrop vasitə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütlə və 02 ədəd kağız kəsiyi bükümünə bükülmüş ağ rəngli, kristal formalı psixotrop vasitə metamfetaminə bənzə kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1dən əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 05 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Nəriman bildirmişdir ki, üzərindən aşkar olunmuş 05 ədəd bükümdən 03 ədədində qəhvəyi rəngli toz formalı maddə narkotik vasitə olan heroin, 02 ədədində isə psixotrop vasitə metamfetamindir. Nəriman, həmin psixotrop maddə olan metamfetimini və narkotik vasitə heroini Sumqayıt şəhərində Seymur adlı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 70 manata almış, həmin pulun 60 manatını ödəsə də, 10 manatını borclu qalmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Onlara Nərimanın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Nərimanın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Nərimana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür göstərmişdir ki, 2 ildir Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əlvan-metal qəbulu məntəqəsini icarə əsasında işlədir. 2022-ci ilin may ayının sonlarında Saray qəsəbəsi sakini kimi tanıdığı Nəriman adlı şəxs işlədiyi metal qəbulu məntəqəsinə gəlib özü ilə gətdirdiyi bir neçə ədəd dəmir parçasını satmaq istədiyini bildirmişdir. O, Nərimandan dəmir parçasının kimə məxsus olduğunu soruşmuş, Nəriman dəmir parçasının özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, Nərimanın şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra dəmir parçasını götürmüş və Nərimana təxminən 7-8 manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 5(012)-321/2022saylı “telefon danışıqları barədə məlumatların ələ keçirilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsinə 01 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş üzərində “220270866” rəqəmləri yazılmış 01 ədəd “CD” diskə 24 noyabr 2022-ci il tarixdə tərəfimdən baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, həmin diskin içərisində 01 ədəd “SMS_Tarixçəsi__**********3008__773172097” adlı, 01 ədəd “SMS_Tarixçəsi__**********3011__773172097” adlı, 01 ədəd “Zənglərin_Detallaşması__**********1448___773172097” adlı və 01 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri__**********1429___773172097_NAR” adlı PDF formatlı fayllar aşkar olundu. PDF formatlı 01 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri__**********1429___773172097_NAR” adlı 1-ci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi daxil olan və çıxan Azerfon MMC-yə məxsus nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. İkinci “Zənglərin_Detallaşması__**********1448___773172097” adlı PDf formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil saylı mobil nömrəyə 01 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Üçüncü “SMS_Tarixçəsi__**********3008__773172097” adlı və dördüncü “SMS_Tarixçəsi__**********3011__773172097” adlı PDF formatlı fayllar açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2022ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi daxil olan və çıxan mesajların siyahısı və mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman ***-***-**-** mobil nörməsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 12:28:53-də “20 MANAT KOLA. 20 MANAT PATİ. PULU TAMİZDİ. 40 MANAT. CATİRAM CİX” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 06:51:14də “Nə qədər lazımdı p?” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 22:44:26 “Aybəniz niyə bu qədər yalançısan? Məndə səninçün bu boyda p tapıb gətizdirmišəm” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə saat 21:18:18-də “Rizvan seni özūm kimi görmeyimi istedin. Sene konum atsam emanet var al getir. 1 q senin 10 m pul” məzmunlu və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə saat 12:28:54-də “20 MANAT KOLA. 20 M” məzmunlu SMS mətnlərinin göndərildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 24 iyul 2022-ci il tarixli, 6/4011 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksləri, “... (imza) Təqsirləndirilən şəxs2..” sözləri və imzalar olan bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisi - 0,320 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,270 qram Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 24 iyul 2022-ci il tarixli, 6/4013 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – tədqiqata təqdim edilmiş üzərində “.... İştirak etdilər 1) imza Nağızadə ..... Tərtib etdi imza Əsgərov E.....” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,286 qr və 0,270 qram qəhvəyi rəngli tozşəkilli maddələr və 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 1,050 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,356 qr və 0,09 qram olmaqla, ümumi çəkisi 0,446 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroinin ümumi çəkisi – 1,606 qram, tədqiqata sərf edilən miqdar – 0,15 qram, qalıq – 1,456 qram. Metamfetaminin ümumi çəkisi – 0,446 qram, tədqiqata sərf edilən miqdar – 0,1 qram, qalıq – 0,346 qram. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli, 4/162 nömrəli rəyin nəticə hissəsində ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işin 106-cı vərəqində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 107-ci vərəqində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 108-ci vərəqində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 109-cu vərəqində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 110-cu vərəqində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 182-ci vərəqində olan ibtidai istintaqın qurtarması barədə məlumat vermə haqqında 29 noyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 190-cı vərəqində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 01 dekabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza – Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli, 4166 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli, 4508 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə kimyəvi ekspertizası üzrə 02 sentyabr 2022-ci il tarixli, 6/4191 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Nº75" dairəvi möhür əksləri olan "6/4013...24 iyul 2022-ci il..." sözləri soyad və imza qeyd edilmiş və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Nº63" dairəvi möhür əksləri olan "6/4011... 24 iyul 2022-ci il..." sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan; - üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,236 qram, 0,220 qram, 0,270 qram olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, bir ədəd bükümdə təmiz çəkisi 1,000 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. - iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,346 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroinin təmiz çəkisi – 1,456 qr, tədqiqata sərf edildi – 0,12 qr, qalıq – 1,336qr; Heroinin təmiz çəkisi – 0,270 qr, tədqiqata sərf edildi – 0,04 qr, qalıq – 0,230 qr; Metamfetaminin təmiz çəkisi – 0,346 qr, tədqiqata sərf edildi – 0,02 qr, qalıq – 0,326 qr Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 23 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 23 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 220270865 nömrəli cinayət işi üzrə 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatətlə müraciət olunmuş, lakin Abşeron rayon prokurorluğu tərəfindən həmin vəsatət təmin olunmayaraq Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinin təmin edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 23 iyul 2022-ci il tarixdə saat 16:10-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis leytenantı Elməddin Əsgərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şortikin sağ yan cibindən ümumilikdə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini tanımadığı şəxsdən Sumqayıt şəhərində almışdır. Bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs2 sorğu zamanı Təqsirləndirilən şəxs1 pay olaraq narkotik vasitə verdiyini etiraf etmişdir. Bundan başqa iş materiallarında olan bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 23 iyul 2022-ci il tarixdə saat 15:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİnin təhqiqatçısı, polis leytenantı Elməddin Əsgərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən ümumilikdə 05 ədəd olmaqla 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə və 02 ədəd kağız kəsiyi bükümünə bükülmüş ağ rəngli, kristal formalı psixotrop vasitə metamfetaminə bənzə kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroini və 02 ədəd kağız kəsiyi bükümünə bükülmüş ağ rəngli, kristal formalı psixotrop vasitə metamfetamini Seymur adlı şəxsdən Saray qəsəbəsində ümumilikdə 70 manatın 60 manatını ödəyib 10 manat borclu qalmaqla alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalında həbs olunduğu vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə 333 (üç yüz otuz üç) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada, təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, qalıq çəkisi - 0,230 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, qalıq çəkisi - 1,336 qram çəkidə narkotik vasitə olan heroin və ümumi qalıq çəkisi – 0,326 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 oğlu 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şıxılmaqla, qəti olaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalında həbs olunduğu vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, qalıq çəkisi - 0,230 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, qalıq çəkisi - 1,336 qram çəkidə narkotik vasitə olan heroin və ümumi qalıq çəkisi – 0,326 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 333 (üç yüz otuz üç) manat məhkəmə kimyəvi və xətşünaslıq ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada, təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar