Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-184/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Dəvəçi rayonu Eynibula kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “156” xidmətində evakuator sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Eynibulaq kəndində qeydiyyatda olan və həminünvandayaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə saat 10:40-da idarə etdiyi “İsuzuNPR75LD” xüsusi təyinatlımarkalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədyolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrliyində Bakı istiqamətində 79 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və digər əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib, avtomobilin qabaq hissəsi yolun sağ kənarında hərəkət hissəsində dayanmış X3 idarə etdiyi “MercedesBenzC220 CDİ” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş, “MercedesBenzC220 CDİ” minik markalı avtomobil yolun sağ kənarında metalkonstruksiyalı məhəccərə çırpılmış, zərbədən nəticədə ehtiyatsızlıqdan avtomobilin sərnişini X10 başın və döş qəfəsinin küt travması ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, beyinin dislokasiyası, çənə sümüyünün sınıqları, döş sümüyünün sınığı, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sol ağciyərin əzilməsi, kontuziyası, qansızması və sol tərəfli hemotoraks kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri KTM-də ölməsinə, digər sərnişinlər Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyü cisminin və qövsünün qəlpəli, sol tərəfli almacıq-alın tikişinin yerdəyişməmiş sınıqları ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların- sol üst və alt gözqapaqlarının sol almacıq nahiyəsidə əhatə olmaqla qançırşişkinliyi, sağ tərəfli 9-10-cu qabırğaların yerdəyişməyən sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs4 sağ bud sümüyünün yuxarı 1/3-nin burmalardan keçən qapalı yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs1 təpə nahiyəsinin sol yarısının sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sürücü Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə və döş qəfəsi nahiyələrinin yumşaq toxumalarının əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran bədən xəsarətləri almalarına, “İsuzuNPR75LD” xüsusi təyinatlı markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi «xxxxxxxxxxxxxxxxxxxx» X5 2820 (iki min səkkiz yüz iyirmi) manat, “Mercedes Benz C 220 CDİ”minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 8470 (səkkiz min dörd yüz yetmiş) manat məbləğində, 4 p/m metal təhlükəsizlik səddinin yararsız hala düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 257,60 (iki yüz əlli yeddi manat 60 qəpik) manat maddi ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, müqavilə əsasında «xxxxxxxxxx» X12 məxsus “İsuzu NPR75LD” xüsusi təyinatlı, **-JL-*** dövlət qeydiyyat nişanlı evakuator tipli avtomobili idarə edib, həmin avtomobillə sifariş əsasında avtomobilləri daşıyaraq ünvana çatdırır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 10.30 radələrində idarə etdiyi “İsuzu NPR75LD” xüsusi təyinatlı, **-JL-*** dövlət qeydiyyat nişanlı evakuator tipli avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 20-ci kilometrliyində üçzolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkət edərkən avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və yük olmamışdır. Arxasınca yolun orta zolağı ilə gələn “Mercedes Benz” markalı avtomobil idarə etdiyi avtomobilin yanından keçib gözlənilmədən onun zolağına, yəni sağ zolağa istiqamətlənib dayanmış, bunu görüb evakuator sola qaçırtmış, buna baxmayaraq idarə etdiyi evakuator qabaq sağ hissəsi “Mercedes Benz” markalı avtomobilin arxa sol hissəsinə dəymişdir. O, əyləci sıxıb avtomobili saxlamışdır. Nəticədə həmin avtomobilin sürücüsü və sərnişinləri xəsarət almışlar. Hadisə YPX inspektoru tərəfindən qeydə alınmışdır. O, hadisə zamanı sərxoş olmamış və heç bir bədən xəsarəti almadığı üçün tibb müəssisəsinə müraciət etməmişdir. O, hadisədən sonra yaralılara yaxınlaşıb onlara kömək etmiş, həmin vaxtı X23a və polisə bu barədə məlumat vermişdir. Hadisə yerinə gələn X23 yaralıları xəstəxanaya aparmış, yol polisi əməkdaşları isə onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş, o, hadisənin baş vermə mexanizmini əyani olaraq polis əməkdaşlarına göstərmiş, bu barədə protokol, sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Bundan sonra onun sərxoş olub-olmadığını yoxlamaq məqsədilə sərxoşluq müayinəsindən keçirilmiş, avtomobil BDYPİ-nin cərimə meydançasına qoyulmuşdur. X16 tərəfindən hadisə ilə bağlı ondan izahat almışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı “Mercedes Benz” markalı avtomobildə olan 4 nəfər sərnişinlərdən biri şəxsiyyətini sonradan bildiyi X15 aldığı xəsarətlərdən ölmüşdür. Toqquşmadan əvvəl “Mercedes Benz” markalı avtomobilin arxa sağ tərəfindən sərnişinin düşdüyünü görməmiş, “Mercedes Benz” markalı avtomobilin dayandığını gördükdə aralarında təxminən 5-10 metr məsafə olmuşdur. Sonda o, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi dəstək göstərməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, həmçinin digər zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə1 izahatında göstərdi ki, cinayət işinin ibtidai araşdırması dövründə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X8 vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin sürücülük vəsiqəsi əsasında “Mercedes Benz CDİ” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı idarə etdiyi “Mercedes Benz CDİ” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsinə getmişdir. Orada işlərini görüb qurtardıqdan sonra həmin gün saat 10.30 radələrində idarə etdiyi avtomobillə Z.Tağıyev qəsəbəsindən çıxıb Bakı-Quba yolu ilə Bakı istiqamətində hərəkətini davam etdirərkən qəsəbə ərazisində onun avtomobili ilə Bakı şəhərinə getmək məqsədilə tanımadığı 4 nəfər şəxs əyləşmişdir. Həmin şəxslərdən ikisi orta yaşlı kişi, 2 nəfər isə cavan oğlan olmuşdur. Cavan oğlanlardan biri avtomobildə qabaq sağ oturacaqda, qalan 3 nəfər şəxs isə arxa oturacaqda əyləşmişlər. Arxa oturacaqda oturan sərnişnlərdən biri bildirmişdir ki, Abşeron rayonu ərazisində düşəcəkdir. O, avtomobili ilə Bakı-Quba yolu ilə təxminən 80-90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olub Saray postunu keçdikdən sonra sərnişinə harada düşəcəyini soruşmuşdur. Həmin sərnişin ona bildirmişdir ki, çatanda deyəcəkdir. Ona görə də o, avtomobili ilə sağ zolağı tutub hərəkətini davam etdirməyə başlamışdır. Bir qədər yol getdikdən sonra həmin sərnişin avtomobili saxlamasını bildirmiş, o da avtomobili saxlamışdır. Arxa sağ oturacaqda əyləşən sərnişin qapını açıb bir ayağı maşında, bir ayağı yerdə dayanmış vəziyyətdə cibindən bir manat pul çıxarıb ona vermək istəyəndə avtomobilinin arxa hissəsindən zərbə ilə nəyinsə çırpıldığını hiss etmişdir. O, zərbədən xəsarət almışdır. Onu avtomobildən çölə çıxartmışlar. Orada ona kömək etməyə başlamışlar. Özünə gələndə görmüşdür ki, idarə etdiyi avtomobilin arxasına evakuator çırpılmışdır. Hadisə yerinə gələn X23 maşını onu və xəsarət alan şəxsləri xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobili ilə arxa oturacaqda əyləşən sərnişinlərdən biri aldığı xəsarətlərdən ölmüşdür. O, avtomobili saxladıqdan təxminən 2 dəqiqə sonra yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı hər hansı ödəniş edilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 10.30 radələrində Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsində olarkən Bakı şəhərinə getmək üçün taksi nişanlı “Mercedes Benz” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Həmin avtomobildə ondan başqa üç nəfər sərnişin olmuşdur. O, arxada orta oturacaqda əyləşmişdir. Onlar Bakı şəhərinə yola düşmüşdür. O, yorğun olduğu üçün avtomobildə yatmış və birdən səsə ayılmışdır. Ayıldığı zaman görmüşdür ki, əyləşdiyi avtomobilin arxa hissəsinə evakuator tipli maşın dəymiş, əyləşdiyi avtomobilin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. O, hadisə zamanı xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində əyləşdiyi avtomobildə arxa oturacaqda əyləşən sərnişinlərdən biri onun solunda oturan oğlan aldığı xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi «İsuzu NPR75LD» xüsusi təyintalı markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil başqa bir avtomobil toqquşmuş, nəticədə “İsuzu NPR75LD” xüsusi təyintalı markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək cəmiyyətə 2820 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi sonda bildirdi ki, «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin vurulmuş maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ayrıayrılıqda məhkəməyə teleqram ünvanlayaraq, məhkəm iclasında iştirak edə bilmədiklərini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. İş üzrə zərərçəkmiş şəxs «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi»nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 20-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “İsuzu” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 4 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 257,60 manat maddi ziyan vurulmuşdur. Həmin nəqliyyat vasitəsinin sığrota olunduğu “xxxxxxxxxxxx” ASC-yə müraciət olunmuş və ödəmədən imtina edilməmişdir. Lakin müvafiq sənədlərin sığorta şirkətinə çatdırılması gecikdirildiyindən, hal-hazıradək vurulmuş ziyan Agentliyin hesabına ödənilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə heç bir iddia və tələbləri yoxdur, gələcəkdə sığorta şirkəti tərəfindən ödənişdən imtina olunarsa, vurulmuş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq dövründə verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhərində yerləşən Memarlıq-İnşaat Universitetinin nəzdində olan İnşaat kollecinin 4-cü kursunda təhsil alır. xx xxxxxxx 2019-cu il tarixdə kollecdə dərsləri saat 12.00 radələrində başladığı üçün həmin gün səhər saat 09 radələrində yaşadığı Xızı rayonu ərazisində evdən çıxmış, avtovağzalda avtobusa əyləşib Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsinə gəlmiş və orada avtobusdan düşmüşdür. Məqsədi taksilərdən birinə əyləşib Bakı şəhərinə getmək olmuşdur. O, taksi nişanlı “Mercedes Benz” markalı, 99- DJ-221 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Həmin avtomobildə ondan başqa üç nəfər sərnişin olmuşdur. Həmin sərnişinlər arxa oturacaqda, o, isə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar Bakı şəhərinə yola düşmüşlər. Əyləşdiyi avtomobil Bakı-Quba yolu ilə Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkət etmişdir. Abşeron rayonu Ceyranbatan qəsəbəsini keçdikdən sonra arxada oturan sərnişinlərdən biri düşmək istədiyini bildirmişdir. Bu zaman sürücü idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin sürətini təxminən 80 km/saata qədər aşağı salıb avtomobili yolun sağ zolağına istiqamətləndirərək hərəkətini davam etdirmişdir. Belə ki, həmin sürücü avtomobili yolun sağ kənarında saxlamaq istəmişdir. Sürücü avtomobili yolun sağ zolağına istiqamətləndirib təxminən 150-200 metr məsafə düzünə sağ zolaqla hərəkət edirərək avtomobili yolun sağ zolağında saxlamışdır. Bu zaman arxa oturacaqda oturan sərnişinlərdən biri arxadan sürücüyə bir manat pul uzadıb vermişdir. Sürücü ilə söhbət edib avtomobildən düşərkən arxadan bərk zərbə səsi gəlmişdir. Zərbədən avtomobilin qabaq hissəsi sağa fırlanmışdır. Zərbədən o, özündən getmişdir. Təxminən bir neçə saniyədən sonra ayılanda avtomobildən yerə düşmüş və görmüşdür ki, avtomobilin arxa hisssinə dəyən evakuator tipli maşındır. Əyləşdiyi avtomobilin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. O, hadisə zamanı başından xəsarət almışdır. Buna baxmayaraq xəstəxanaya müraciət etməmişdir. Sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində əyləşdiyi avtomobildə arxa oturacaqda əyləşən sərnişinlərdən biri aldığı xəsarətlərdən ölmüşdür. Onun əyləşdiyi “Mercedes Benz” markalı avtomobil dayandıqdan təxminən 2-3 dəqiqə sonra toqquşma baş vermişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadığı H.Z.Tağıyev qəsəbəsindən Abşeron rayonu Xırdalan şəhərinə getmək məqsədilə qəsəbənin içərisindən keçən magistral yola çıxmışdır. Yolda tanımadığı “Mercedes Benz” markalı avtomobil saxlamışdır. O, avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa 3 nəfər sərnişin olmuş, onları tanımamışdır. Yolda o, avtomobilin sürücüsünə Xırdalan şəhərinə çatmamış “Xırdalan” yazılan plakatın yanında düşəcəyini bildirmişdir. Onlar Bakı-Quba-Dağıstan sərhədi yolu ilə Bakı istiqamətinə hərəkətdə olmaqla Saray postunu keçdikdən sonra o, yenidən sürücüyə bir qədər qabaqda düşəcəyini bildirməklə avtomobili sağ zolaqla sürməyi xahiş etmişdir. Sürücü sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yavaş sürətlə sağ zolaqla hərəkətini davam etdirmiş və həmin plakatın qarşısında avtomobili yolun kənarında saxlamışdır. O, qapını açıb ayağının birini yerə qoymuş və cibindən gediş haqqı çıxarıb sürücüyə uzatmışdır. Təxminən 2-3 dəqiqədən sonra o, avtomobildən düşmək istədiyi vaxt güclü zərbə dəydiyini hiss etmiş və huşunu itirmişdir. Az sonra özünə gəldikdə görmüşdür ki, avtomobilin qapısı açıq vəziyyətdə içərisindədir, sürücü və sərnişinlər də huşsuz vəziyyətdə avtomobildədir. O, arxada ortada yanında oturmuş sərnişini avtomobildən çıxarıb silkələyərək ayıltmışdır. Onun burnundan qan axmışdır. Sonradan sürücü də ayılmış və onlar birlikdə arxa sol oturacaqda sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxartmaq istəmişlər, lakin çıxara bilməmişlər. Həmin sərnişin baş nahiyəsindən ciddi xəsarətlər almışdır. Sonradan hadisə şahidlərinin köməyi ilə onu avtomobildə çölə çıxarmışlar. Onlara məlum olmuşdur ki, əyləşdiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz C220” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən Təqsirləndirilən şəxs idarə etdiyi “İsuzu” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Hadisə nəticəsində o, sağ bud sümüyünün sınığı xəsarəti almışdır. Az sonra hadisə yerinə gələn X23 avtomobili onları Bakı şəhəri X21 aparmışlar. Sonradan ona məlum olmuşdur ki, xəsarət almış sərnişin arxa sol oturacaqda oturmuş X15 aldığı xəsarətlərdən xx.xx.2019-cu il tarixdə xəstəxanada ölmüşdür. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində ifadəsi alınmış Nümayəndə2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hüquqşünas vəzifəsində işləyir. Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisində olan hissəsində yolun təhlükəsizlik səddi həmin agentliyə məxsusdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 10.30 radələrində həmin yolun 20-ci km-də yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində, yəni “İsuzu NPR75LD” xüsusi təyinatlı markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra “Mercedes Benz” minik markalı avtomobilin təhlükəsizlik səddinə çırpılması nəticəsində səddin bir hissəsinin əzilməsi barədə məlumat daxil olmuş və Agentliyin “Yolların Mühafizə Xidməti”nin mütəxəssisləri tərəfindən baxış keçirilərək 257 manat 60 qəpik məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid kimi dindirilmiş X11 məhkəmə baxışında iştirak etmədiyindən məhkəmə iclasından elan olunmuş ifadəsindən görünür ki, oğlu Hünər Bəşirov xx.xx.1999-cu il tarixdə Lerik rayonu Bibiyanı kəndində anadan olmuş, subay olmuş, onunla birgə Lerik rayonu Bibiyanı kəndində yaşamışdır. Oğlu Hünər fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, Bakı və Sumqayıt şəhərinə gələrək fərdi evlərin tikintisində fəhlə kimi çalışıb zəhməthaqqı qazanmışdır. Növbəti dəfə 2019-cu il tarixdə təxminən sentyabr ayının 15-də oğlu Hünər işləmək məqsədilə Bakı şəhərinə gəlmiş və mütəmadi olaraq istifadəsində olan mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Xırdalan şəhərində işlədiyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Bakı şəhərində olarkən səhər saat 11 radələrində arvadı Aypara Lerik rayonundan ona telefon vasitəsilə zəng edərək bildirmişdir ki, oğlu Hünər Abşeron rayonu ərazisində yol qəzasına düşüb, yaralı halda onu Bakı şəhəri “Semaşka” adlanan xəstəxanaya aparmışlar. O, xəbəri eşidən kimi dərhal xəstəxanaya getmişdir. Orada həmkəndlisi Amini görmüş, sonuncu ona bildirmişdir ki, hadisə barədə ona da məlumat verilmişdir, bu səbəbdən də xəstəxanaya gəlmişdir. Həkimlərin köməyi ilə oğlunu əməliyyat otağına aparmışlar. Oğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilmiş, həkimlərin səyinə və onlar tərəfindən 3 gündən artıq tibbi yardım göstərilməsinə baxmayaraq oğlu Hünər koma vəziyyətindən ayılmadığından xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində xəstəxanada vəfat etmişdir. Tibbi ekspert tərəfindən daxili və xarici müayinə olunduqdan sonra oğlu Hünərin meyiti onlara qaytarılmışdır. Oğlunun meyitini xx xxxxxxx 2019-cu il tarixdə Lerik rayonu Bibiyanı kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğlu Hünər “Mercedes Benz” markalı taksi nişanlı avtomobillə sərnişin qismində arxa oturacaqda əyləşib Xırdalan şəhərinə gələrkən arxadan eyni istiqamətdə sürətlə hərəkət edən evakuator tipli avtomobil həmin avtomobili arxadan vurmuş, nəticədə oğlu Hünər ağır xəsarət alaraq xəstəxanaya aparılmışdır. Hadisə yerinə gələn X23 avtomobili oğlu Hünəri xəstəxanaya çatdırmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsi tərəfindən verilmiş 2242 saylı, xx xxxxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - təpə nahiyəsinin sol yarısının sıyrığı bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsi tərəfindən verilmiş 2293 saylı, xx xxxxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyü cisminin və qövsünün qəlpəli, sol tərəfli almacıq-alın tikişinin yerdəyişməmiş sınıqları ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların - sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsidə əhatə olmaqla qançır-şişkinliyi, sağ tərəfli 9-10-cu qabırğaların yerdəyişməyən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X14 Məhkəmə-Tibbi Ekspertiza şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 77/MEŞ nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X10 meyitinin məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən, X10 meyitində aşkar edilmiş xəsarətlər başın və döş qəfəsinin küt travması ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, beyinin dislokasiyası, çənə sümüyünün sınıqları, döş sümüyünün sınığı, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sol ağciyərin əzilməsi, kontuziyası, qansızması və sol tərəfli hemotoraks bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu “Mercedes” markalı avtomobilin salonunda yarana bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. X10 ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, qişaları və mədəciklərinə qansızma, beyinin disloksiyası olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsi tərəfindən verilmiş 2320 saylı, xx xxxxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün yuxarı 1/3-nin burmalardan keçən qapalı yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsi zərərçəkən şəxsin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra aydınlaşacaqdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsi tərəfindən verilmiş 2357 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə və döş qəfəsi nahiyələrinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X13 rayon şöbəsi tərəfindən verilmiş 59Ə saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün yuxarı 1/3-nin burmalardan keçən qapalı yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27281 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “İsuzu NPR75LD” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz C220” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lkain hadisə zamanı “Mercedes Benz C220” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Cinayət işi materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx xxxxxxx 2019-cu il tarixli, 2/8300saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarında olan Sumqayıt ASAN xidmət mərkəzi tərəfindən verilmiş AC seriyalı 241950 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin sürücülük vəsiqəsi xx xxxx 2028-ci il tarixədək etibarlıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X24 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 016-104401-1219 saylı məktubdan görünür ki, DİN-nin BDYPİ-nin X9 kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AC 241950 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işi materiallarında olan AD seriyalı, 358368 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JL-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR75LD” xüsusi təyinatlalı evakuator “xxxxxxxxxx” QSC-nin adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cinayət işi materiallarında olan “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 19115 saylı məktubdan görünür ki, şirkətə məxsus **-JL-*** nömrəli nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə, saat 10:40-dan 11:00-dək hərəkətdə olduğu zaman maksimum sürət 79 km hesabatı rəsmi olaraq təsdiqlənmişdir. Cinayət işi materiallarında olan AD seriyalı, 545562 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C220 CDİ” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Cinayət işi materiallarında olab Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X6 Xidməti” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 20ci kilometrində “İsuzu” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 257,60 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan “xxxxxxxxxxxxx” MMC-nin texniki departamenti tərəfindən verilmiş ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “İsuzu NPR75LD” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2820 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan “xxxxx” MMC tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C220 CDİ” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8470 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X11 zərərçəkmiş şəxs X10 hüquqi varisi qismində tanınmışdır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Nümayəndə2 zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi kimi tanınmışdır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Nümayəndə3 zərərçəkmiş şəxs “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli, 713 saylı qərardan görünür ki, “İsuzu NPR75LD” xüsusi təyinat markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus olan “Mercedes Benz C220 CDİ” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Elşad Əmirovdan təhvil almışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 tərəfindən ayrıayrılıqda verilmiş ərizələrdən, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməy ünvanlanmış teleqramlardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X8 vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Binəqədi RİB-nin 28 May qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 994 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Narxanım və xx.xx.2014-cü il təvəllüdlü Azər adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Binəqədi RİB-nin 28 May qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanı ödəyərək, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında ********* saylı, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-184/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-184/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver