Məhkəmə qərarları › İş №1(012)-184/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-184/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-184/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, ailəli, işsiz, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19, mənzil 7-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray bağlarında yerləşən fərdi evdə yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.09.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan ağaca bağlanmış Zərərçəkmiş şəxs məxsus bir rəst 1500 manat dəyərində dişi cinsli atı və bir rəst 1500 manat dəyərində erkək cinsli atı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən fərdi evdə yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Əvvəllər xırda təsərrüfatla məşğul olmuş və həmin təsərrüftada özünə məxsus atları olmuşdur. Təxminən iki il əvvəl at örüşdə olan zaman oğurlanmış, lakin atlarının oğurlanmasına görə polisə şikayət etməmişdir. Bundan sonra o, həmin atı axtarsa da tapa bilməmişdir. 23.09.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində çöllükdə olan zaman örüşdə bir at görmüş və həmin atın iki il əvvəl itirdiyi ata oxşatmışdır. Təxminən iki gün həmin əraziyə gedib gəldikdən sonra atın sahibinin gəlmədiyini görüb həmin atı aparmaq qərarına gəlmişdir. 25.09.2021-ci il tarixdə gecə saat 01 radələrində həmin atı Abşeron rayonu, Saray qəsəbəsində, çöl ərazidə ağaca bağlandığı yerdən açıb öz həyətində olan tövləyə aparmışdır. Atın balasıda yanında olduğu üçün ana atla birlikdə gəlmişdir. Həmin atın ona məxsus olmasına əmin olduğu üçün bu barədə heç kimə məlumat verməmişdir. Bir neçə gün sonra Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları evinə gələrək atın onun tərəfindən oğurlanmasında şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin istintaq şöbəsinə dəvət etmişlər. O, Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan zaman örüşdən oğurladığı iki rəst atı sahibi Zərərçəkmiş şəxs qaytarmışdır. Sonda o, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1- də valideynləri ilə birlikdə yaşayır. Onun özünə məxsus iki rəst atı vardır. O, həmin atları hər gün aparıb otarır və gətirib həyətində saxlayır. 25.09.2021-ci il tarixdə səhər saatlarında özünə məxsus iki rəst atı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi evinin çöldən həyətində ağaca bağlamış, həmin günü atlara baxanda atların yerində olmadığını görmüşdür. O, iki rəst atının oğurlanmasına əmin olduqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək iki rəst atının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. O, iki rəst atın hər birinə ayrı-ayrılıqda 1500 manat pul verib almışdır. Oğurlanmış atı ona qaytarılsada atın balası ölmüş, ona 1500 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin ziyanını Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə zamanı şahid qismində dindiriən Şahid göstərdi ki, o, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. O, 25.09.2021-ci il tarixdə bölmədə xidmətdə olduğu zaman ünvan 1 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs olduğunu bildirən şəxs DİNnin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gəlib ərizə ilə müraciət edərək 25.09.2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan örüşdə ağaca bağladığı hər bri 1500 manat dəyərində olan iki rəst atının oğurlanmasını bildirmişdir. Bununla bağlı bölmə rəisi həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsinə göstəriş vermiş, bununla bağlı o, əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. 30.10.2021-ci il tarixdə tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs məxsus iki rəst atı Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan örüşdən oğurlayan şəxsin xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19, mənzil 7- də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray bağlarında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “25.09.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan ağaca bağlanmış iki rəst atı gizli talayıb oğurlayaraq yaşadığı evinin həyətində olan tövləsinə aparmışdır”. Bununla bağlı tərəfindən rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, 25.09.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində açıq sahədən oğurlanmış Zərərçəkmiş şəxs məxsus bir yaşlı bir rəst dişi cinsli və bir yaşlı bir rəst erkək cinsli olmaqla hər bir rəst atın 25.09.2021-ci il tarixə orta bazar qiyməti 1500 manat müəyyən olunur. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş iki rəst at iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 04.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Sumqayıt şəhər prokurorunun təqdimatına əsasən onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən saat 21:45-dən hesablanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.09.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə olan ağaca bağlanmış Zərərçəkmiş şəxs məxsus bir rəst 1500 manat dəyərində dişi cinsli atı və bir rəst 1500 manat dəyərində erkək cinsli atı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər məhkəməsinin 14.05.2014-ci il tarixli ilə hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 10.02.2017-ci il tarixdə cəzadan vaxtından əvvəl 11 ay 08 gün müddətinə şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30.10.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, müstəntiqin 01.11.2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmiş, dərhal MSY-dan azad edilmişdir. Məhkəmə hesab edir ki, müstəntiqin 01.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalı, Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sumqayıt şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhəri Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhəri Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş iki rəst at iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Sumqayıt şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Müstəntiqin 01.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş iki rəst at iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar