Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-184/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 12, mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə təhlükədə qoymuşdur. Belə ki, Təqsirləndirilən şəxs «Elçin» adlı tanışı ilə birlikdə 02 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış massivinin B kompleksində 1 nömrəli yaşayış binasının alt mərtəbəsində yerləşən kafedə ümumi tanışları X14 ilə birlikdə olarkən sonuncunun narkotik vasitənin təsiri altında olduğunu bildiyi, əhvalının pis olduğunu gördüyü və ona kömək göstərmək imkanı olduğu halda bunu etməyərək həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Alim İsayevi bilə-bilə köməksiz qoymuş, nəticədə sonuncu orada xroniki qeyri-aktiv hepatit ilə müşayiət olunan narkotik maddə ilə (tiryəklə) zəhərlənmə səbəbindən ölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çox vaxtlar uzun illər sevgi münasibətlərində olduğu X7 ilə sonuncunun yaşadığı ünvanda yaşayır. 2013-cü ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və vaxtından əvvəl azadlığa buraxılmış, əvvəllər narkotik istifadəçisi olmuş, təxminən 4-5 ay bundan əvvəl sonuncu dəfə “patı” adlanan narkotik vasitə istifadə etmiş, lakin sonra dayandırmış, bununla bağlı heç bir yerdə müalicə almamış və heç yerdə qeydiyyatda dayanmamışdır. Özünə məxsus qırmızı rəngli “Opel Astra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksı fəaliyyəti ilə məşğul olur. Carı ilin avqust ayının ortalarında Cəmalə rəfiqəsi Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi ərazisində bir binanın altında yerləşən kafeni icarəyə götürmək istəmiş, onların həmin kafeni çayxana və pivə kafesi kimi işlətmək məqsədi olmuşdur. Həmin kafeni Cəmalənin xahişi ilə sahibi arasında icarə müqaviləsi bağlamış və sonuncular həmin yeri işlətməyə başlamışlar. Həmin kafedə onlardan başqa X4 ofisiant kimi işləmiş, Cəmalə və Rəna kafeni təxminən 14 gün işlətmiş və görmüşlər ki, həmin kafe istənilən gəliri gətirmir. Bundan sonra Rəna oradan uzaqlaşmış, Cəmalə və o çalışırmışlar ki, kafeni işə salsınlar. Hadisədən təxminən 4 gün Cəmalə və Rəna həmin kafeyə getməmiş, oranı Aysel idarə etmiş,, o da nəzarət etmiş, iş günün sonunda kassa hesabatı aparmışdır. Cəmalə həmin kafeyə sonuncu dəfə 31 avqust 2022-ci il tarixdə rəfiqəsi Rəna ilə birlikdə gəlmiş, həmin vaxt ona işdə kömək etmişlər. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində marketdə olan zaman telefonunu avtomobildə qoyub getmiş, marketdən qayıdan zaman görmüşdür ki, həmin yaşayış kompleksində yanğın baş verib və ətrafda çoxlu sakinlər vardır. O, telefonunu avtomobildən götürmüş və istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə mərhum X8 4-5 buraxılmış zəngi olduğunu görmüşdür. O, X21i təxminən 5 il olar ki, tanıyır və onunla 20 Yanvar dairəsində taksi kimi işləyən vaxt tanış olmuş, X18 narkotik istifadəçisi olduğunu bilmiş, buna görə sornuncuya dəfələrlə bu hərəkətindən əl çəkməsini bildirmişdir. Mərhumla həmişə yaxşı münasibətdə olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, kafenin yanında yanğına baxan zaman X18 özü gəlib yanında dayandığını görmüş, onlar görüşdükdən sonras kafedə oturmağı qərara almışlar. O, X21lə söhbət edən zaman digər bir dostu Elçin də gəlmiş, Elçinin soyadını və ata adını bilmir, o həmin yaşayış kompleksin ərazisində yaşayır və təxminən 50 yaşı var, heç bir yerdə işləmir, onun ağ rəngli “Ravon” markalı sedan tipli avtomobili vardır, səhv etmirsə **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Elçinlə təxminən iki ildir münasibəti vardır, onunla biz “AAAF Park” yaşayış kompleksi ərazisində tanış olmuşlar. O, Elçini və X21i kafeyə dəvət etmiş, masanın pərdələrini bağlamış və ofisiant Aytəndən xahiş etmiş ki, onlara Koka-kola versin. X21 Elçini əvvəllər tanımamış, onları həmin gün tanış etmişdir. X21 söhət əsnasında ailə problemləri olduğunu, sıxıldığını və atası ilə problemləri olduğunu bildirmiş, lakin mahiyyətini danışmamışdır. Həmin vaxt Alim narahat olmuş nə isə istifadə etmiş, çünki danışdığını anda tez-tez yuxuya getmişdir. Həmin vaxt onlara Aysel xidmət göstərmiş, digər müştərilərə isə Dürdanə baxmış, Aysel işlərini bitirib saat 23 radələrində çıxdı getmiş, Dürdanə isə kafedə qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində görüşü yekunlaşdırmış, üçü də kafedən bayıra çıxmışlar. Ofisiant Dürdanə də kafedə işlərini bitirib, özünə taksi çağırıb kafeni bağlamış və kafedən çıxmışdır. Həmin vaxt X21i və Elçini kafenin yanında küçədə qoymuş, özü isə yaxınlıqda şərab evinin yanında balaca marketə girmiş ki, özünə siqaret alsın. O, marketdə olanda ona Elçin zəng etmiş və bildirmişdir ki, ofisiant gedir və açarları vermək istəyir, o da sonuncuya buyurmşdur ki, açarları versin onun özünə, yəni Elçinə. Sonra marketdən qayıtmış və görmüşdür ki, artıq Dürdanə kafeni bağlayıb, işıqları və kondisioneri söndürüb, özü də çıxıb gedib. Ona açarları Elçin vermiş, sonra biz üçü təzədən kafeyə girmiş, o, işıqları və kondisioneri yandırmış, onlar həmin masa arxasında əyləşmişlər. X17 halı özündə olmamış və özünü pis hiss etmişdir. O, X21ə dəfələrlə təklif etmişdir ki, «dur səni aparım evinə», lakin sonuncu onun sözünə baxmamış və özü duranda gedəcəkdir demişdir. Həmin vaxtı da Cəmalə ona yazmış, harada olduğunu soruşmuş, o da kafedə olduğunu, kafedə içkili bir müştərinin olmasını və onu çıxara bilmədiyini demiş, sonuncu da demişdir ki, gəlir onun yanıaa və birlikdə evə getsinlər. Onlar kafedə olan zaman qapını içəridən bağlamış, qapını bağlamaqda məqsədləri heç kimin onları narahat etməməsi olmuş, gecə saat 03 radələrində Cəmalə gəlmiş kafeyə, ona zəng etmiş, mesajlar yazmış, lakin o, qapını açmamış və Cəmalə ilə mübahisə etmişdir. Cəmaləyə qapını açmamağını və içəri buraxmamağının səbəbləri barədə bir söz deyə bilmir. Həmin vaxt Cəmalə fikirləşmişdir ki, o içəridə qızla olmuşdur və buna görə də onlar mübahisə etmişlər. Təxminən saat 03:30-da kafedən getmək qərarına gəlmiş, Elçin də onunla birlikdə çıxmışdır. Onlar işığı söndürmüş, lakin kondisioneri yanılı qoymuş, həmçinin zalda olan ventilyatoru X18 yanına qoymuş və işıqları söndürüb kafeni tərk etmişlər. O, X21i orada qoyduqda sonuncu sağ olmuş, lakin halı pis olmuşdur. Onlar ona heç bir ilkin tibbi yardım və köməklik göstərməmiş, onu masa arxasında yatmış kimi qoyub oradan çıxmışlar. O, qapını çöldən bağlamış, sonra Elçin öz avtomobilinə əyləşmiş və evinə getdiyini bildirmişdir. O da öz avtomobilini saxladığı yerdə Cəmalənin onun avtomobilində oturub onu gözlədiyini görmüş, ona yaxınlaşmış və kafenin açarlarını onun üstünə atıb çıxıb getmişdir. O, Cəmalənin yanından gedəndən sonra avtomobili ilə müxtəlif yerlərdə fırlanmış, kafeyə bir daha qayıtmamış, Cəmaləyə yazmışdır ki, qapını açıq qoysun evə gələcəkdir. O, səhərə yaxın saat 07 radələrində evə gəlmiş və Cəmaləyə heç bir söz demədən yerinə uzanıb yatmışdır. X18 kafedə qalması barədə heç kimə məlumat verməmiş, yalnız o və Elçin bilmişlər. O, saat 13 radələrində yuxudan qalxdıqda Cəmalənin evdə olmadığını görmüş, sonra Cəmalə ilə telefonla danışmış, sonuncu ona bildirmişdir ki, kafeyə gedir, o da sonuncuya “gəl məni götür birlikdə gedək” demişdir. Saat təxminən 15 radələrində Cəmalə ona zəng etmiş və bildirmişdir ki, Rəna ilə kafeyə giriblər və orada ölmüş bir şəxs vardır. Bundan sonra o şoka düşmüş və bilmişdir ki, bu hadisə ilə bağlı onu axtaracaqlar. Buna görə də gizlənmək qərarına gəlmiş və müxtəlif yerlərdə gizlənmiş, telefonuna gələn mesajlara və zənglərə cavab verməmiş, sonradan Cəmalənin və yaxınlarının təkidi ilə izahat vermək üçün Abşeron Rayon Prokurorluğuna gəlmişdir. Göstərmişdir ki, X18 narkotik vasitənin təsiri altında olduğunu və özünü pis hiss etdiyini bilmiş, lakin nə o, nə də ki, dostum Elçin sonuncuya ilkin tibbi yardım göstərməmiş, heç bir hüquq-mühafizə orqanına və ya təcili tibbi yardım xidmətinə məlumat verməmişlər. Məhkəmə istintaqında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivinin B kompleksində, 1 nömrəli yaşayış binasının alt mərtəbəsində yerləşən adsız kafedə həmin kafenin işçiləri tərəfindən ölmüş vəziyyətdə aşkar edilmiş X14 onun qardaşıdır. O, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində doğulmuş, orta təhsilli olmuşdur, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki Bərdə rayonu, Hacallı kəndində anam X15, atası X9 və ailəsi ilə birlikdə yaşamışdır. Mərhum qardaşım X24 rayonu, Hacallı kəndində yerləşən Qurban Novruzov adına 2 saylı tam orta məktəbdən tanış olduğu Şahid4 Həsən qızı ilə 2010-cu ilin noyabr ayında nişanlanaraq iki ildən sonra, yəni 04.07..2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü övladı X16 vardır. Mərhum qardaşım Alim İsayev ailə qurandan sonra ailəsi ilə birlikdə Bərdə rayonu, Hacallı kəndində valideynlərimizin evində yaşamış, həmin ərəfədə o atasına kənd təsərrüfatı işlərində kömək etmiş, daha sonra onlar ailəvi Abşeron rayonu, Xırdalan şəhərinə köçmüş və təxminən beş il kirayə yaşamış və həmin ərəfədə o, fərdi qaydada öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mərhum qardaşım Alim 2019-cu ildə ünvan 2 ünvanında yerləşən həyət evini almış və orada təxminən üç il yaşamış və 2021-ci ilin dekabr ayında yenidən kəndə qayıtmış və orada hadisə baş verənədək yaşamışlar. 2021-ci ilin fevral ayında mərhum qardaşı Alim İsayev ona, arvadına və digər ailə üzvlərinə bildirmişdir ki, narkotik istifadəçisidir və asılılığı yaranmışdır, buna görə müalicə almaq istəyir və bu vərdişdən azad olunmasında ona köməklik etməyimizi xahiş etmişdir. Mərhum qardaşı Alim İsayev onlara narkotikdən asılılığının olması etiraf etdikdən sonra ailə üzvləri ilə məsləhətləşib ona köməklik etmək qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin aprel ayında əmisi Bəxtiyar İsayev və əri Pərviz Əmirov ilə birlikdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “X3”-nə aparmış və o, orada 6 ay ərzində müalicə almış və tam sağalmışdır. Mərhum qardaşı Alim İsayev 2021-ci ilin oktyabr ayının sonunda evə sağlam şəkildə qayıtmış və ailəsi ilə birlikdə qayıtmış kəndə və orada yaşamağa davam etmişlər. 29 avqust 2022-ci il tarixdə Sahilə öz işləri ilə bağlı Bakı şəhərinə gələsi olmuş, həmin vaxt da mərhum qardaşı Alim də ünvan 2 ünvanında yerləşən həyət evini kirayə vermək üçün onunla birlikdə gəlmək qərarına gəlmişdir. Həmin gün onlar ikisi onların evinə gəlmiş və işlərini görəcək ərəfədə onlarda yaşamağı planlaşdırmışlar. Bundan sonra onlar öz işlərini görmüş, sentyabr ayının 2-si qonaq getməli olmuş və ayın 3-ü isə rayona qayıtmalı olmuşlar. Mərhum qardaşı Alim avqustun 29 Yasamal rayonu ərazisində yaşayan Ricat adlı dostu ilə görüşmüş və axşam evə əri Pərvizlə birlikdə qayıtmış, 30 avqust Alim bütün günü evdə olmuşdur. 31 avqust Alim Məsi adlı bir dostu ilə görüşümüş, hətta həmin gün axşam saatlarında həmin Məsi adlı şəxslə evə gəlib öz şəxsiyyət vəsiqəsini evdən götürmüş, 01 sentyabr 2022-ci il tarixdə isə evinə qadın qonağı gələcəyi üçün Alim saat 17 radələrində evdən getmiş, 20 Yanvar dairəsi ərazisində Kamran adlı dostu ilə görüşüb çay içmiş və qonaq gedəndən sonra saat 21:15-də evə qayıtmışdır. Bundan sonra Alim evdə olmuş və saat 22 radələrində Sahilə Alimdən xahiş etmişdir ki, özünü pis hiss etdiyi üçün onunla küçədə havada azca gəzsin. Hazırda Sahilə ikinci övladına hamilədir. Mərhum qardaşı Alim Sahilə demişdir ki, yuxusu gəlir və çıxmaq istəmir, uzanıb yatacaqdır və yataqda soyunub uzanmış və telefonu ilə nə isə etmişdir. Həmin vaxt Alim özünü adi hallarda olduğu kimi hiss etmiş, normal olmuş və onda hər hansı bir bihuşedici maddənin təsirin altında olmasını hiss etməmişlər. Həmin gün saat 23 radələrində evin mətbəxində olan zaman Alim geyinib onların yanına gəlmiş və bildirmişdir ki, həyətə çıxıb gələcəkdir. Sahilə Alimdən soruşmuşdur ki, bu vaxtı kiminlə görüşür, onunla gəzməyə getmədiyi və yatmağa hazırlaşdığı halda birdən niyə gedir. Alim isə bildirmişdir ki, “Məsi” adlı dostu gəlir, onunla görüşəcəkdir, 5-10 dəqiqədən sonra evə qayıdacaqdır və çıxıb getmişdir. Bundan sonra Sahilə telefonunda balans az olduğu üçün onun telefonundan xx.xx.2022-ci il tarixdə saat 00:13-də mərhum qardaşı Alimə zəng etmiş və o telefona cavab vermiş, həmin vaxt Sahilə ondan soruşmuşdur ki, haradadır və nə vaxt evə gələcəkdir, Alim də bildirmişdir ki, “Xırdalanda AAAF Parkdadır, burada bina yanır ona baxır, bir tanış dost uşaq var, onunla birlikdə onun kafesində oturublar, narahat olmayaq, 10-15 dəqiqəyə evə gələcəkdir”. X22 tez evə gəlməsini bildirmiş, sonuncu da demişdir ki, narahat olmayaq, birazdan gələcəkdir. Bundan sonra onlar danışığı bitirmiş, o da sonuncuların danışığının şahidi olmuş, çünki Sahilə səsli rejimdə mirkofonla danışmış, sonra Alim öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzərindən qeydiyyata alınmış “WhatsApp” tətbiqində Sahilənin istifadəsində olan ***-***-**-** mobil telefonu üzərində qeydiyyata alınmış “WhatsApp” tətbiqində bir gülməli video göndərmiş, Sahilə də əsəbiləşib ona “Get obyektdə otur keyf elə” mesajı göndərmiş, sonuncu da oxuyub heç bir cavab verməmişdir. Bundan sona Sahilə ona 01:25-dən başlayaraq həmin tətbiqdə mesajlar yazmış, həmin mesajların çatdırılmasını görsələr də, onları oxumamış və bundan sonra narahat olub ona digər mesajlar yazmaqla yanaşı zənglər də etməyə başlamış, lakin o cavab verməmişdir. Alimi evdə gözləmiş, lakin sonuncu telefon zənglərinə cavab verməmiş, həmin gün saat 15 radələrində növbəti zəngin birinə polis əməkdaşı cavab vermiş, onlara “AAAF Park” Yaşayış kompleksi ərazisində bir kafenin yerləşdiyi yeri izah edərək ora gəlməyi xahiş etmişdir. Bundan sonra polis əməkdaşının dediyi yerə gəlmiş və orada bəlli olmuşdur ki, Alim həmin kafedə ölmüşdür. Hadisədən sonra bəlli olmuşdur ki, həmin kafedə Alim Məmmədhüseyn və Elçin adlı şəxslə olmuş, Məmmədhüseyn də Məsi adlanan şəxsin qardaşıdır. Alim Məsi ilə uzun illər dostluq etmiş, onun qardaşı Məmmədhüseyn ilə də münasibətləri olmuş, lakin Alim özü narkotik istifadəçisi olmamışdan əvvəl Məmmədhüseynin narkoman olduğu üçün ondan uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda yuxarıda qeyd olunan ünvanda tək kirayə yaşayır, rəsmi evli olsa da, faktiki ayrılmış, evliliyindən 2 azyaşlı oğlu vardır. Carı ilin avqust ayının ortalarında rəfiqəsi X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi ərazisində bir binanın altında yerləşən kafeni icarəyə götürmək istəmiş, həmin kafe çayxana və pivə kafesi kimi işlətmək məqsədi olmuşdur. Həmin kafeni Cəmalənin yaşadığı və qeyri rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs vasitəsi ilə həmin kafenin sahibi arasında icarə müqaviləsi bağlanmış və biz ikisi həmin yeri işlətməyə başlamışdır. Bir müddət sonra həmin kafenin gəlir gətirmədiyini görüb oradan uzaqlaşmış və sonradan Məmmədhüseyn özü bir Aysel adlı qızı ofisiant kimi işə götürmüşdür. Həmin kafeyə sonuncu dəfə 31 avqust 2022-ci il tarixdə rəfiqəsi Cəmalə ilə birlikdə getmiş, həmin vaxt orada Məmmədhüseyn olmuş, ona işləməyə kömək etmiş, çünki Aysel işə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə 14 radələrində ona Cəmalə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən yuxarıda qeyd etdiyi mobil nömrəsinə zəng etmiş və bildirmişdir ki, «gedək kafeni açaq». O, həmin vaxt evində yatmış və zəngdən sonra durmuş və Cəmalə öz avtomobili ilə onun yaşadığı evə gəlib onu götürmüşdür. Onlar yolda olduqda Məmmədhüseyn Cəmalənin telefonuna zəng etmiş, onlar danışmış, danışıqlarından başa düşmüşdür ki, gecə kafedə bir içkili müştəri qalmışdır. Bu xəbəri eşidən Cəmalə Məmmədhüseynlə mübahisə etməyə başlamış ki, niyə içkili adamı kafedə saxlayıb və kafeni bağlayıb çıxıb getmişdir. Həmin vaxt Məmmədhüseyn Cəmaləyə demişdir ki, özü də kafeyə gələcəkdir. Sonra biz Xırdalan şəhərindəki bazara getmiş, orada geyim alıb, sonra da “AAAF Park” yaşayış kompleksi ərazisnə getmişdir. Sonra kafeyə yaxınlaşmış, Cəmalə avtomobili saxlamış, o isə kafenin açarını götürüb qapısını açmış, işıqları yandırmış və zalın sonunda yerdə hərəkətsiz vəziyyətdə bir kişi görmüşdür. O, həmin kişiyə yaxınlaşmış və ona səslənmiş ki, “dur, dur, ay kişi”, lakin o cavab verməmiş, sonra ona yaxınlaşıb görmüşdür ki, onun gözləri açıqdır, şüşə kimidir, ağzından da köpük kimi ifrazat çıxıb, dili də dişləri arasında sıxılmışdır. Belə olduqda başa düşmüşdür ki, həmin kişi ölmüşdür. O, çığırmış və həmin vaxt kafeyə girmək istəyən Cəmalə qorxub girməmiş, sonra Cəmalə Məmmədhüseyn ilə əlaqə yaratmaq istəsə də, onun mesajlarına və zənglərinə cavab verməmiş, sonra Cəmalə hüquqmühafizə orqanlarına zəng etmiş və hadisə barədə məlumat vermişdir. Göstərmişdir ki, həmin kafeyə girən zaman Cəmalənin və Məmmədhüseynin danışığından bilmişdir ki, həmin kafedə içkili kişi qalmış və onun ölməsi barədə məlumatı olmamış, kafedə ölən şəxsi tanımamış, onunla heç bir münasibəti olmamış, əvvəl də onu müştəri kimi orada görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, carı ilin avqust ayının ortalarında rəfiqəsi Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi ərazisində bir binanın altında yerləşən kafeni icarəyə götürmək istəmiş, həmin kafeni çayxana və pivə kafesi kimi işlətmək məqsədi olmuşdur. Həmin kafeni yaşadığı və qeyri rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs vasitəsi ilə həmin kafenin sahibi arasında icarə müqaviləsi bağlanmış və ikilikdə həmin yeri işlətməyə başlamışdır. Həmin kafedə onlardan başqa X4 ofsiyant işləmiş, təxminən kafeni 14 gün işlətmiş, görmüşdür ki, həmin kafe gəlir gətirmir və oradan uzaqlaşmışlar. Təxminən 4 gündür ki o və Rəna həmin kafeyə getməmiş, kafeyə getmədiyi üçün həmin kafeyə Məmmədhüseyn nəzarət etmiş, həmin kafeyə sonuncu dəfə 31 avqust 2022-ci il tarixdə rəfiqəsi Rəna ilə birlikdə getmiş, həmin vaxt orada Məmmədhüseyn olmuş, ona işləməyə kömək etmiş, çünki Aysel işə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Sumqayıt yolunda yerləşən Bərgüşad adlı restoranın yanında olan adsız kafedən işdən çıxıb evə gələn zaman saat təxminən 03 radələrində Məmmədhüseyinə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş ki, kafeni bağlayıb birlikdə evə getsinlər. Məmmədhüseyn ona kafedə bir nəfər kişinin içkili olmasını və çıxmaq istəmədiyini bildirmiş, həmin vaxt fikirləşmişdir ki, sonuncu orada qızla ona xəyanət edir və buna görə mübahisə etməyə başlamış, sonuncu da onu söyüb təhqir etmişdir. Sonra Məmmədhüseyni ifşa etmək üçün “AAAF Park” yaşayış kompleksi ərazisində olan kafeyə gəlmiş, görmüşdür ki, ona məxsus qırmızı rəngli Opel markalı nömrəsinin son rəqəmləri 424 olan avtomobili dayanıb, onun maşınının qapıları açıq vəziyyətdədir, sürücü tərəfdən qapını açmış və görmüşdür ki, qabaq sərnişin oturacağında planşet tipli telefon vardır, onu yandırıb baxmaq istəmiş, lakin planşet işləməmişdir. Həmin vaxt düşünmüşdür ki, həmin planşet ya ona xəyanət etdiyi qızındır, ya da ki, onun özünündür və onun vasitəsi ilə gizli şəkildə başqa qızlarla yazışır. Sonra kafeyə girmək istəmiş, lakin kafenin giriş qapısı bağlı olmuşdur. O, öz telefonunun arxası ilə qapını nə qədər döysə də, qapını açan olmamış, həmin vaxt saat artıq gecə 03 radələri olmuş, sonra öz avtomobilinə əyləşmiş və Məmmədhüseynə mesajlar yazmağa və zəng etməyə başlamış, lakin sonuncu cavab vermməmişdir. Təxminən 25 dəqiqə sonra görmüşdür ki, kafenin qapısı açıqdır, oradan Məmmədhüseyn və orta yaşlı, ağköynəkli bir tanımadığı kişi çıxmış və ağ rəngli sedan tipli nömrəsini və modelini xatırlamadığı bir avtomobilə əyləşmiş və sürüb getmişdir, Məmmədhüsenyn isə onun avtomobilini görüb ona yaxınlaşmış, sonuncuya deimşdir ki, «fikirləşirdim ki, qızla xəyanət edirsən, amma kişi ilə görüşürsən», sonuncu da ona bir də söymüş, ondan kafenin açarlarını istəmiş, Məmmədhüseyn də kafenin açarlarını onun avtomobilinin içinə atmış və öz avtomobilinə oturub həmin kişinin dalınca sürmüşdür. Bundan sonra o, yaşadığı evə getmiş, evdə olanda Məmmədhüsenynə zəng etmiş, ona iradını bildirmiş ki, niyə qızla deyildirsə, kafedə olan zaman qapısını açmamış, kişi ilə orada bağlanıb, sonuncu da bildirmişdir ki, heç bir qızla ona xəyanət etməmiş, həmin kişi “qorotdelin işçisidir”, başqa bir söz deməmişdir və telefonu söndürmüşdür. O, sonuncuya çoxlu mesajlar yazsa da, ona cavab verməmiş, sonra da nömrəsini bloka atmışdır. Sonra onunla SMS vasitəsi ilə mesajlaşmağa başlamış, mesajlaşma onların arasında eyni mövzuda davam etimşdir. Onlar təxminən səhər radələrinə qədər aralarında olan şəsi məsələlərlə bağlı danışmışlar. O, Məmmədhüseynə barışmaq istədiyini və evə gəlməsini bildirmiş, sonuncu ona «qapını açıq qoy gələcəm» demiş, sonra saat 07 radələrində evə gəlmişdir. Məmmədhüseyn ona çay gətirməsini demiş və o da çay gətirdikdən sonra yorğun olduğu üçün yatmışlar. Saat 13 radələrində yuxudan oyanıb bazarlıq etmək üçün getmiş və evinə qayıdaraq gündəlik işlərlə məşğul olmuşdur. Həmin saatlarda Məmmədhüseyn evdə olmuş, bir qədər sonra obyektin sahibi Rza adlı şəxs ona zəng edərək obyektin kondisonerini niyə açıq qoyduğunu soruşmuş, ondan ofsiyantların gəlib gəlməməsini soruşmuşdur. O, Rzaya ofisiantın orda olmalı olduğunu demiş, Rza müəllim kafenin bağlı olduğunu bildirmişdir. O, ofisiant Ayselə zəng etmiş ki, işə gəlməməsini irad tutsun və səbəbini soruşsun. Lakin Aysel onun zənginə cavab verməmişdir. Sonuncuya Whatsapp proqramı vasitəsi ilə səsli mesaj atsa da, onun heç bir mesajına cavab verməmişdir. Sonra Rənaya zəng etmiş və onunla ilə görüşüb onun istəyi ilə ona paltar aldıqdan sonra kafeyə getmişlıər. Kafeyə gedən zaman Məmmədhüseyn ona zəng edərək “gəl məni götür» demiş, o, səbəbini soruşduqda ona axşamdan kafedə piyan adamın qalmasını demişdir. Ona əsəbi şəkildə «necə yəni axşamdan kafedə adam qalıb» demiş, sonuncu ona «tez gəl kafedən adamı çıxart» bildirmişdir. O Rəna ilə birlikdə kafeyə çatmış və Rəna kafenin açarını götürüb qapısını açmış, işıqları yandırmış və zalın sonunda yerdə hərəkətsiz vəziyyətdə bir kişi olduğunu görmüş, həmin kişiyə yaxınlaşmış və ona “dur, dur, ay kişi” demiş, lakin həmin şəxsdən səs gəlməmiş, sonra ona yaxınlaşdıqda onun gözlərinin açıq, şüşə kimi olduğunu, ağzından da köpük kimi ifrazat çıxıb dili də dişləri arasında sıxılmış olduğunu görmüşdür. Belə olan halda həmin kişinin öldüyünü bilmiş, Rəna çığırmış və həmin vaxt o qorxub kafeyə girməmişdir. Bundan sonra Məmmədhüseyn ilə əlaqə yaratmaq istəsə də, sonuncu onun mesajlarına və zənglərinə cavab verməmiş, sonra o, hüquq-mühafizə orqanlarına zəng etmiş və bu barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi ərazisində “Polly” adlı pab-kafedə ofisiant işləyir. Bundan əvvəl həmin kompleksdə yerləşən hadisə baş vermiş adsız kafedə təxminən 10 gün ofisiant kimi işləmiş, həmin kafeyə işə əvvəllər tanıdığı Şahid1 dəvət etmişdir. Rəna həmin kafeni şərik olaraq X7 ilə birlikdə icarəyə götürmüş, lakin icarə müqaviləsini Cəmalənin qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Onun adı Dürdanə olsa da, tanışları onu Aysel kimi çağırırlar. Həmin kafedə təxminən 10 günə yaxın işləmiş, həmin kafe tam işə düşməmiş, orada əsasən pivə və çay verilmiş, son bir neçə gün isə yemək də verilməyə başlamışdır. Həmin 10 gün ərzində, 31 avqust 2022-ci il tarixdə həmin kafe gəlir gətirmədiyi üçün işə gəlməmiş və həmin gün Cəmalə və Rəna özləri işlətmişlər, lakin sonradan onu dilə tutmuş və o, yenidən işləməyə başlamışdır. Bir müddət sonra, yəni hadisə baş verməzdən iki gün əvvəl tək olduğu üçün tanışı və əvvəl onunla birlikdə kirayə yaşamış Aytən adlı xanımı işə cəlb etmişdir. 01 sentyabr 2022-ci il tarixdə həmişəki kimi saat 13 radələrində işə gəlmiş, ondan təxminən bir saat sonra da Aytən gəlmiş, həmin kafenin açarları onda olduğu üçün, oranı açmış və işə başlamışdır. Həmin gün axşam saatlarında kompleksin ərazisində yanğın olduğu üçün kafedə çoxlu müştəri olmuş, həmin gün saat 23:30 radələrində kafeyə Məmmədhüseyn və yanında tanımadığı iki kişi ilə gəlmiş və onlar bar masasının yanında sağ tərəfdə olan masaya əyləşmiş və onlara Aytən qulluq etmiş, o isə digər müştərilərə xidmət göstərmişdir. Məmmədhüseyn və onun iki qonağı əyləşdiyi masa pərdə ilə bağlanır və masa görünmür, onlarda əyləşən kimi pərdələri bağlamışlar. Məmmədhüseynin yanında gələn şəxslərin birinin ağ saçları və əynində qara qısaqol mayka olduğunu və digər birinin sarımtıl rəngli maykada, saçları qara, üzü saqqallı olmuşdur. Onlar hər ikisi əvvəl kafeyə gəlib-gedən müştəri olmuş və Məmmədhüseynin dostları olmuşlar. Onlar həmin vaxt kosa kola sifariş etmiş və oturub içmişlər, lakin spirtli içki onlara verilməmişdir. Aytən həmin gün saat 24 radələrində çıxıb getmiş, onlar saat 00:50-də kafeni üçü də tərk etmiş, kafedə o tək qalmışdır. Bundan sonra o taksi sifariş etmiş ki, evə getsin, kafenin işıqlarını və kondisioneri söndürmüş və kafeni bağlayıb küçəyə çıxmıhdır. O, kafeni bağladıqda orada təmizlik olmuş, bütün masalar təmizlənmiş və heç kim kafenin içində qalmamış, kafeni tərk edən zaman orada heç bir bokal və ya digər şüşə qab sınmamış və həmin kafedə ölən şəxs xatırladığı qədər iş günü ərzində oraya gəlməmişdir. O, kafeni bağlayıb küçəyə çıxan zaman kafenin qarşısında bir ağ rəngli xarici bir avtomobil olmuş, onun içində Məmmədhüseynin yanında gələn iki şəxs olmuş, ağ saçlı kişi qabaq sərnişin oturacağında, digəri isə sükan arxasında, lakin Məmmədhüseyn özü orada olmamşıdır. O, həmin şəxslərdən soruşmuşdur ki, Məmmədhüseyn haradadır, ona kafenin açarlarını vermək lazımdır, sonuncular da demişlər ki, indi gələcəkdir. Sonra Məmmədhüseynin yanında gələn ağ saçlı kişi zəng etmiş, onun getmək istədiyini və açarları ona vermək istədiyini bildirmiş, Məmmədhüseyn də demişdir ki, açarları dostlarına versin, o da kafenin açarlarını ağ saçlı kişiyə vermişdir. Bundan sonra sifariş etdiyi taksi gəlmiş və taksiyə oturan zaman Məmmədhüseyn özü də gəlib çıxmış, lakin artıq yola düşmüş və onu görməmişdir. Bundan sonra öz evinə getmiş, Aytənlə danışıb bir daha qərara gəlmişdir ki, sabahdan işə gəlməyəcək, orada işləmək onlara sərf etmir. O, gecə yatan zaman Cəmalə ona bir neçə dəfə zəng edtmiş və səsli mesajlar göndərmiş, lakin onları səhər görmüşdür. xx.xx.2022-ci il tarixdə 15:08-də ona Cəmalə səsli mesaj göndərmiş ki, açarları gətirsin, kafedə ölüm olmuşdur. O da, kafenin açarlarının onda olmadığını bildirmiş, həmin vaxt bilmişdir ki, gecə o, gedəndən sonra kafeyə müştəri gəlib və onu orada kimsə bağlayıb, səhəri gün də onu Cəmalə və Rəna ölmüş vəziyyətdə aşkar etmişdir. Ona həmin kafedə ölən şəxsin fotoşəkili göstərilmiş, diqqətlə baxmış və həmin kafedə ölən şəxsi tanımır, onunla heç bir münasibəti yoxdur, əvvəl də onu müştəri kimi orada görməmiş, kafeni bağlayıb gedən zaman da onu orada görməmişdir. Məhkəmə istintaqında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivinin B kompleksində, 1 nömrəli yaşayış binasının sahəsi 82.3 kv.m. ibarət 4 saylı zirzəmi sahəsi ona məxsusdur. O, həmin yeri 5 avqust 2021-ci il tarixdə almış, alan zaman həmin yer artıq təmirli olmuşdur. O, həmin zirzəmini kafe kimi düzəldib icarəyə vermək qərarına gəlmiş və hadisədən əvvəl iki nəfər ardıcıl onu icarəyə götürüb işlətmək istəsələr də, bir aydan çox işlədə bilməmişlər. Carı ilin avqust ayında onu Cəmalə və Rəna adlı xanımlar tapmış, həmin yeri icarəyə götürmək istədiklərini bildirmişlər və aylıq 300 manat ödəniş olmaqla razılığa gəlmişlər. Həmin yeri qeyd etdiyi qadınlar icarəyə götürsələr də, onunla müqaviləni Cəmalənin əri kimi təqdim etdiyi Təqsirləndirilən şəxs bağlamağa gəlmiş, çünki onun VÖEN olduğunu bilmişlər. Bundan sonra o və Məmmədhüseyn xx.xx.2022-ci il tarixdə rəsmi qaydada icarə müqaviləsi bağlamış və onlar həmin kafeni işlətməyə başlamışlar. Səhəri gün həmin kafedə narazılıqlar başlamış, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gəlmiş və “102 məlumat mərkəzi”-nə şikayət daxil olmasını bildirmiş, həmin vaxt qonşular həmin kafedə səs-küydən narazılıq etmişlər. Bundan sonra o Rəna və Cəmaləyə iradını bildirmiş, onlarda onu başa düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində mağazaya getmiş və görmüşdür ki, kafenin kondisioneri işləyir, lakin işıqlar sönülüdür, yaxınlaşıb qapını açıb baxmaq istəyəndə də, qapı bağlı olduğunu müəyyən etmişdir. Sonra Cəmaləyə zəng etmiş və kafenin bağlı olduğu vaxt kondisioneri boş-boşuna istifadə etməməyi barədə irad bildirmiş, sonuncu isə demişdir ki, ola bilsin ofisiantın onu söndürmək yadından çıxmışdır. Həmin gün saat 15:30 radələrində onun mobil nömrəsinə Cəmalə zəng etmiş və bildirmişdir ki, həmin kafedə gecədən bir kişi qalıb və onlar kafeyə gələndə onu ölmüş vəziyyətdə orada aşkar etmişlər. O, dərhal həmin kafeyə gəlmiş və görmüşdür ki, zalın axırında, bar duracağın sağ hissəsində yerdə bir kişi uzanıb, ona yaxınlaşanda görmüşdür ki, onun gözləri böyüyüb, dili çıxıb və qacıyıb. Həmin kişi meyitinin ayaqlarının yanında ventilyator qoyulub, həmin meyitin üzərinə yönəlib. O, Cəmaləni və Rənanı sorğu sual edəndə bilmişdir ki, həmin kişi gecədən gəlib kafeyə, həmin vaxt orada onunla müqavilə bağlayan Məmmədhüseyn olub və onu orada bağlayaraq çıxıb gedib, həmin vaxt özü də onlara kafeyə gələcəyini bildirsə də, gəlməmiş və onun zənglərinə cavab verməmişdir. Sonra oraya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Göstərmişdir ki, həmin kafedə ölən şəxsi tanımır, onunla heç bir münasibəti yoxdur, əvvəl də onu kompleksin ərazisində görməmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivinin B kompleksində, 1 nömrəli yaşayış binasının alt mərtəbəsində yerləşən adsız kafedə həmin kafenin işçiləri tərəfindən ölmüş vəziyyətdə aşkar edilmiş X14 əri olmuşdur. Alim xx.xx.1991-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki Bərdə rayonu, Hacallı kəndində bizimlə birlikdə yaşamışdır. Mərhum əri Alim İsayevlə birlikdə oxuduğu Bərdə rayonu, Hacallı kəndində yerləşən Qurban Novruzov adına 2 saylı tam orta məktəbdə tanış olmuşlar, ondan 3 sinif yuxarı oxumuş və həmin vaxtdan da münasibətləri yaranmış, 2010-cu ilin noyabr ayında nişanlanmış və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü oğlumuz X16 doğulmuşdur. Mərhum əri Alim İsayevlə ailə qurduqdan sonra onunla birlikdə Bərdə rayonu, Hacallı kəndində onun valideynlərinin evində yaşamış, həmin ərəfədə sonuncu atası Həsənə kənd təsərrüfatı işlərində kömək etmişdir, daha sonra onlar Abşeron rayonu, Xırdalan şəhərinə köçmüş və təxminən beş il kirayə yaşamış və həmin ərəfədə sonuncu fərdi qaydada öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ildə biz ünvan 2 ünvanında yerləşən həyət evini almış və orada təxminən üç il yaşamış və 2021-ci ilin dekabr ayında yenidən kəndə qayıtmış və hazırda orada yaşamışlar. 2021-ci ilin fevral ayında mərhum əri Alim İsayev ona bildirmişdir ki, narkotik istifadəçisidir və asılılığı yaranmışdır, buna görə müalicə almaq istəyir və bu vərdişdən azad olunmasında ona köməklik etməyini xahiş etmişdir. O, bu söhbətdən azca əvvəl onun nə isə istifadə etməsindən şübhələnmiş, sonuncu özünü qeyri adi aparmış, lakin soruşduqda etiraf etməmiş, spirtli içki qəbul etdiyini bildirmişdir. Mərhum əri Alim İsayev ona narkotikdən asılılığının olması etiraf etdikdən sonra ailə üzvləri ilə məsləhətləşib ona köməklik etmək qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin aprel ayında onu əmisi Bəxtiyar İsayev, qaynı Pərviz Əmirov və baldızı X13 rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “X3”-nə aparmış və Alim orada 6 ay ərzində müalicə almış və tam sağalmışdır. Mərhum əri Alim İsayev 2021-ci ilin oktyabr ayının sonunda evə sağlam şəkildə qayıtmış və onlar kəndə qayıdıb orada yaşamağa davam etmişlər. 29 avqust 2022-ci il tarixdə öz işləri ilə bağlı Bakı şəhərinə gələsi olmuş, həmin vaxt da mərhum əri Alim də ünvan 2 ünvanında yerləşən həyət evii kirayə vermək üçün onunla birlikdə gəlmək qərarına gəlmişdir. Həmin gün oğlunu evdə qoyub, ikisi baldızı İlahə İsayevanın ailəsi ilə birlikdə yaşadığı ünvan 5 ünvanına gəlmiş və işlərini görəcək ərəfədə orada yaşamağı planlaşdırmışlar. Mərhum ərim Alim avqustu ayının 29da Yasamal rayonu ərazisində yaşayan Ricat adlı dostu ilə görüşmüş və axşam evinə qaynı Pərvizlə birlikdə qayıtmış, 30 avqust 2022-ci il tarixdə Alim bütün günü evdə olmuş, 31 avqust Alim Məsi adlı bir dostu ilə görüşmüş, hətta həmin gün axşam saatlarında həmin Məsi adlı şəxslə evə gəlib öz şəxsiyyət vəsiqəsini ondan götürmüş, 01 sentyabr 2022-ci il tarixdə isə evə qadın qonağı gələcəyi üçün saat 17 radələrində evdən getmiş, 20 Yanvar dairəsi ərazisində Kamran adlı dostu ilə görüşüb çay içmiş və qonaq gedəndən sonra saat 21:15-də evə qayıtmışdır. Bundan sonra sonuncu evdə olmuş və saat 22 radələrində Alimdən xahiş etmişdir ki, özünü pis hiss etdiyi üçün onunla küçədə havada azca gəzsin, belə ki, hazırda ikinci övladına hamilədir, mərhum əri Alim onun xahişinə görə bildirmişdir ki, yuxusu gəlir və çıxmaq istəmir, uzanıb yatacaqdır; həmin vaxt o yataqda soyunub uzanmış və telefonu ilə nə isə etmişdir. Həmin gün saat 23 radələrində evin mətbəxində olan zaman Alim geyinib gəlmiş yanına və bildirmişdir ki, həyətə çıxır, gələcəkdir. O, sonuncudan bu vaxtı kiminlə görüşəcəyi barədə maraqlanmış, belə ki, onunla gəzməyə getmədiyi və yatmağa hazırlaşdığı halda birdən nə səbəbə getmək istəmişdir. Alim bildirmişdir ki, “Məsi» adlı tanışı gəlir, onunla görüşəcəkdir, 5-10 dəqiqədən sonra evə qayıdacaqdır və çıxıb getmişdir. Həmin vaxt Alim qapıda ondan 1-2 manat istəmiş, o da pulunun olmadığını bildirmiş, bundan sonra Alim çıxıb getmiş, həmin vaxt onun üstündə pul və hər hansı bir sənəd olmamış, yanlıq öz mobil telefonu olmuşdur. Bundan sonra telefonunda balans az olduğu üçün baldızı İlahənin telefonundan xx.xx.2022-ci il tarixdə saat 00:13-də mərhum əri Alimə zəng etmiş və o telefona cavab vermiş, həmin vaxt ondan soruşmuşdur ki, haradadır və nə vaxt evə gələcəkdir, Alim də ona bildirmişdir ki, “Xırdalanda AAAF Parkdayam, burada bina yanır ona baxırıq, bir tanış dost uşaq var, onunla birlikdə onun kafesində oturmuşuq, birazdan evə gələcəyəm”, ona tez evə gəlməsini bildirmiş, sonuncu da demişdir ki, narahat olmasın, birazdan gələcəkdir. Bundan sonra danışığı bitirmiş, sonra Alim öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzərindən qeydiyyata alınmış “WhatsApp” tətbiqində onun öz istifadəsində olan yuxarıda qeyd etdiyi atasının adına olan və uzun illər istifadə etdiyi mobil telefonu üzərində qeydiyyata alınmış “WhatsApp” tətbiqində bir gülməli video göndərmiş, o da əsəbiləşib ona “Get obyektdə otur keyf elə” mesajı göndərmiş, Alim də oxuyub heç bir cavab verməmişdir. Bundan sona ona 01:25-dən başlayaraq həmin tətbiqdə mesajlar yazmış, həmin mesajların çatdırılmasını görsə də, onları oxumamış və bundan sonra narahat olub ona digər mesajlar yazmaqla yanaşı zənglər də etməyə başlamış, lakin sonuncu cavab verməmişdir. Onu evdə gözləmiş, hamı ona zəng etmişdi, lakin telefona cavab verməmiş, həmin gün saat 15 radələrində növbəti zənglərin birinə polis əməkdaşı cavab vermiş, ona “AAAF Park” Yaşayış kompleksi ərazisində bir kafenin yerləşdiyi yeri izah edərək ora gəlməyi xahiş etmişdir. Bundan sonra polis əməkdaşının dediyi yerə gəlmiş və orada Alimin həmin kafedə öldüyünün şahidi olmuşdur. Hadisədən sonra onlara bəlli olmuşdur ki, həmin kafedə Alim Məmmədhüseyn və Elçin adlı şəxslə olmuş, Məmmədhüseyn də Məsi adlanan şəxsin qardaşıdır. Alim Məsi ilə uzun illər dostluq edir, onun qardaşı Məmmədhüseyn ilə də münasibətləri olub, lakin Alim özü narkotik istifadəçisi olmazdan əvvəl Məmmədhüseynin narkoman olduğu üçün ondan uzaqlaşmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 127 saylı rəyinə əsasən, X8 məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar olunmamış, onun ölümünə səbəb xroniki qeyri-aktiv hepatit ilə müşayiət olunan narkotik maddə ilə (tiryəklə) zəhərlənmə olmuşdur. A.İsayevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (02 sentyabr 2022-ci il, saat 18:30) 12-16 saat əvvəl baş vermişdir. A.İsayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin pirazalon, 1,4 benzodizepin törəmələri və salsilatlar aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən o, cinayətlərin residivi kimi qiymətləndirilməməli və məhkumluğu ödənilmiş şəxs hesab olunur. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqındla iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-184/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-184/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver