Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-184/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron aryon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ev 79, mənzil 48-də qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Ak. V.Tutayuk küçəsi ev 2, sahə 2-də yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Gəncə şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 0,472 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Novxanı kəndi ərazisinə daşımış və üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olduqları zaman özünü şübhəli apardığına görə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Duz gölü”nün yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib, orada həmin gün saat 18:50-dən saat 19:10-a kimi xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində həmin bir ədəd bükümdə 0,472 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ev 79, mənzil 48-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Sadılı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Subaydır və rəsmi olaraq heç bir yerdə işləmir, həmçinin əvvəllər məhkumluğu olmamışdır. Mahiyyəti üzrə bildirir ki, təxminən 2-3 ay olar ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin alaraq həmin bükümdəki metamfetamini sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. Bundan sonra o, şəxsi işi ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində şəxsi işi ilə əlaqədar Abşeron rayonu, Novxanı kəndində, “Duz gölü”nün yaxınlığına gedib orada piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirib onun anket məlumatlarını soruşmuşlar. O, həmin vaxt polis əməkdaşlarına anket məlumatlarını bildirsə də hərəkətləri onlarda şübhə doğurmuşdur. Belə ki, həmin vaxt polis əməkdaşları ona narkotok vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olmağından, həmçinin üzərində narkotik vasitə və ya psixotrop maddə saxladığından şübhələndiklərini bildirib onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vaitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı o, həmin bir büküm metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş həmin bir büküm psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bir daha bildirir ki, o, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis bölməsinə gətirildikdən sonra ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirdi ki, 14 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməliyyat müvəkkili X3 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olarkən saat təxminən 17:30 radələrində bir nəfər şəxsin “Duz gölü”nün yaxınlığında piyada hərəkət etdiyini və onları görən kimi özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını, “Duz gölü”nün yaxınlığına hansı səbəbdən gəldiyini və anket məlumatlarını soruşarkən o, verilən sullara qeyri səmimi cavablar verərək Gəncə şəhərində yaşadığını və həmin yerə səbəbsiz gəldiyini bildirib onlardan aralaşıb getmək istəmişdir. Bundan sonra onlar həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbulu ilə məşğul olmasından, həmçinin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib ona onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlməsini bildirmişlər. Həmin şəxs də etiraz etmədiyinə görə onlar həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün Abşeron RPİ-nin Saray PB-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Abşeron RPİ-nin Saray PB-də xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyinə bükülmüş həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd bükümdəki kütlə psixotrop maddə olan metamfetamindir və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bir daha bildirir ki, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bir büküm psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxlamışdır. İbtidi istintaqda iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Saray polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis leytenantıdır. 14 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olarkən saat təxminən 17:30 radələrində bir nəfər şəxsin “Duz gölü”nün yaxınlığında piyada hərəkət etdiyini və onları görən kimi özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını, “Duz gölü”nün yaxınlığına hansı səbəbdən gəldiyini və anket məlumatlarını soruşarkən o, verilən sullara qeyri səmimi cavablar verərək Gəncə şəhərində yaşadığını və həmin yerə səbəbsiz gəldiyini bildirib onlardan aralaşıb getmək istəmişdir. Bundan sonra onlar həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbulu ilə məşğul olmasından, həmçinin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib ona onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlməsini bildirmişlər. Həmin şəxs də etiraz etmədiyinə görə onlar həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün Abşeron RPİ-nin Saray PB-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Abşeron RPİ-nin Saray PB-də xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyinə bükülmüş həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd bükümdəki kütlə psixotrop maddə olan metamfetamindir və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bir daha bildirir ki, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bir büküm psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxlamışdır. İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/911 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,472 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,472 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq-0,422 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 21 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,422 qram psixotrop maddə metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə məhkəmədə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrindən saat 19:10 radələrinədək olan müddət ərzində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, 14 fevral 2024-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin Saray PB-nin əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs “Duz gölü”nün yaxınlığında özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar və qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-nin Saray PB-nə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyinə bükülmüş həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd bükümdəki kütlə psixotrop maddə olan metamfetamindir və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, həmçinin protokolda yazılanların doğru olduğu proses iştirakçıları tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 1044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,əməlindən peşiman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Ak. V.Tutayuk küçəsi ev 2, sahə 2-də yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:20-də cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən yayındığından Abşeron rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan olunmuşdur.İşdə olan Abşeron rayon Pİ-nin tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdə tutularaq MSY-ə yerləşdirilmişdir.Hazırda həbsdədir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu 11 gün, cəmi 13 gün müddət ,CM-nin 68.1.1-1 maddəsinə əsasən 26 gün hesabı ilə cəzasından 26 gün çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.422 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Abşeron RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan 01 ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi işdə saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat və sonuncu məhkəmə iclasında Abşeron aryon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat nın vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onların hər birinə 220 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və həbsdə olduğu 11 gün, cəmi 13 gün CM-nin 68.1.1-1 maddəsinə əsasən 26 gün hesabı ilə cəzasından 26 gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Ak. V.Tutayuk küçəsi ev 2, sahə 2-də yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.422 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan 01 ədəd DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92(doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı müdafiəsinə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 (iyirmi) saat və sonuncu məhkəmə iclasında Abşeron aryon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərfinə görə hər saatı 11 manat olmaqla onların hər birinə 220 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-184/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-184/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver