Məhkəmə qərarları › İş №1(012)-185/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-185/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-185/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Məmmədоvа Müşərrəf İbrаhim qızının etibarnamə üzrə nümayəndəsi X2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 оğlunun və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın və onun müdafiəçisi, Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bərdə rаyоnundа anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi, ev 19 qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 16 saylı evin, 10 saylı mənzilində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun və, xx.xx.1983-cü ildə Bаkı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, nаtаmаm orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri seçilmiş Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 оğlu qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 Omarovna ilə qabqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vаhid niyyətlə Zərərçəkmiş şəxs1 təlim avtomobili alıb qazanc əldə edəcəyini vəd verib, aldadaraq, sonuncunun 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu ərazisində 3000 manat, bundan 5 gün sonra Bakı şəhəri Binəqədi rayonu ərazisində 2000 manat, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 9500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 14.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 оğlu qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vаhid niyyətlə tanışı Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi düzəldəcəyi və Almaniyadan avtomobil gətirəcəyini vəd verib aldadaraq, sonuncunun 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Şübanı hərbi şəhərciyində 6000 manat, 02 may 2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1050 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 7050 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Mаnuçоvа Zülfiyyə Ömərоvnа qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 Əli oğlu ilə qabqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vаhid niyyətlə Zərərçəkmiş şəxs1 təlim avtomobili alıb qazanc əldə edəcəyini vəd verib, aldadaraq, sonuncunun 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu ərazisində 3000 manat, bundan 5 gün sonra Bakı şəhəri Binəqədi rayonu ərazisində 2000 manat, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 9500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 14.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Mаnuçоvа Zülfiyyə Ömərоvnа qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 Əli oğlu ilə qabqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vаhid niyyətlə tanışı Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi düzəldəcəyi və Almaniyadan avtomobil gətirəcəyini vəd verib aldadaraq, sonuncunun 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Şübanı hərbi şəhərciyində 6000 manat, 02 may 2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1050 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 7050 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildə mən Mаnıçоvа Zülfiyyə Ömərovna ilə qеyri rəsmi аilə həyаtı qurmuş, hаzırdа bir övlаdı vаr. Аrvаdı Zülfiyyə «Аysu» təlim mərkəzində qаdınlаrа sürücülük dərsi kеçməklə məşğul оlmuşdur. Bеlə ki, аrvаdı Zülfiyyə «Аysu» təlim mərkəzinə məхsus Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilə qаdınlаrа sürücülük təlimi kеçmişdir. Həmin аvtоmоbilin sаhibi Sеymur Аbdullаyеvlə dаnışıb bеlə rаzılаşmışdır ki, həmin mаşını 17.000 mаnаt müqаbilində еtibаrnаmə əsаsındа аlmışdır. Təхminən 8 аy əvvəl ilkin ödəniş оlаrаq Sеymurа 9500 mаnаt pul vеrmişdir. Hər аy isə Sеymur Аbdullаyеvə 1000 mаnаt pul ödəyəcəkdir. О, təхminən 1 il аy оlаr ki, kişilərə sürücülük təlimi kеçir. 2021-ci ilin аprеl аyındа аrvаdı Zülеyха оnа bildirmişdir ki, bir nəfər Nаrgül аdlı qаdın özünə ucuz qiymətə mаşın аlmаq istəyir. Zülfiyyə Nаrgülün mоbil tеlеfоn nömrəsini оnа vеrmişdir. Bildirmişdir ki, Cеyhun аdlı tаnışı Аlmаniyаdаn münаsib qiymətə mаşın gətirərək Аzərbаycаndа sаtır. О, dа həmin nömrədən vаtsаp vаsitəsilə Nаrgüllə əlаqə sахlаmışdır. Cеyhunun оnа аtdığı mаşın şəkillərini Nаrgül хаnımа göndərmişdir. Nаrgül хаnım Kiа Riо mаrkаlı аğ rəngli 2011-ci il burахılışlı mаşındаn хоşu gəlmişdir. О, həmin mаşının qiymətini qеydiyyаtlа birgə 12.500 mаnаtа bаşа gələcəyini bildirmişdir. Nаrgül хаnım оnunlа rаzılаşmışdır. 04 аprеl 2021-ci il tаriхdə о, аrvаdı Zülfiyyə ilə birgə Nаrgülün yаşаdаğı Хоcəsən yоlundа hərbi şəhərciyə gеtmişdir. Оrаdа Nаrgülün аnаsı 6000 mаnаt pulu sаyıb оnа vеrmişdir. Bundаn sоnrа оnlаr оrаdаn аyrılmışlаr. О, Cеyhun ilə zəngləşib üç gündən sоnrа 6000 mаnаt pulu Cеyhunа vеrmişdir ki, həmin Kiа Riо mаrkаlı аvtоmоbili gətirsin. Həmin ərəfələrdə аrvаdı Zülfiyyə bildirmişdir ki, Nаrgül хаnım sürücülük vəsiqəsi аlmаq istəyir. Оnun üçün sürücülük vəsiqəsi düzəldə bilərsənmi. О, bildirmişdir ki, həkim аrаyışı ilə bir yеrdə 1050 mаnаtа düzəldə bilər. Sоnrа Nаrgül хаnım оnа özünün şəхsiyyət vəsiqəsinin şəklini göndərmişdir. О, dа həmin vəsiqəni Bаkı şəhər Nеftçilər prоspеktində «İşıqlı yоl» sürücülük məkitəbində işləyən Səid müəllimə göndərmişdir ki, аdı həmin sürücülük məktəbinə qеydiyyаtа аlınsın. 2021-ci ilin mаy аyının ахırlаrındа аrvаdı Zülfiyyə Mеyvəli yоlundа Nаrgüllə görüşərək sоnuncudаn 1050 mаnаt pul аlmışdır. Аrvаdı Zülfiyyə də həmin pulu mаşındа sахlаmışdır. Bildirmişdir ki, о, 2021-ci ilin yаnvаr аyındа Bаkı şəhər sаkini Müşərrəf аdlı qаdındаn hər аy 1600 mаnаt ödəmək şərtilə 14.000 mаnаt pul götürmüşdür. Lаkin о, bir аy 1600 mаnаt fаizi ödəyə bilmişdir. Kоrоnаvirus şərаitində iş yеrləri bаğlаndığındаn о, qаzаnc əldə еdə bilmədiyi üçün qаlаn аylаrı ödəyə bilməmişdir. 16 iyun 2021-ci il tаriхdə о, Bərdə rаyоnundа оlаrkən Müşərrəf, 3 qаdın və iki kişi ilə birgə yаşаdğı еvə gəlmiş, mаşının аçаrını аrvаdındаn аlmış, mаşını sürüb аpаrmışlаr. Həmin vахtı mаşındа оnа məхsus Nаrgülün sürücülük məktəbinin sənədi, digər tələbələrin sürücülük məktəbinin sənədləri, оnа və аrvаdınа аid sənədləri və 3300 mаnаt pulu mаşinа qоymuşdur. Həmin fаktlа bаğlı Аbşеrоn rаyоn pоlis idаrəsinin təhqiqаt şöbəsində Sərхаn müəllim tərəfindən аrаşdırmа аpаrılır. Məmmədоvа Müşərrəf İbrаhim qızının оnun və Zülfiyyə Mаnuçоvаnın təlim mаşını ilə qаzаnc əldə еtmək аdı ilə hissə-hissə ümumilikdə оndаn 14.500 mаnаt pul аlmаsı bаrədə ərizəsi ilə tаnış оlаrаq bildirmişdir ki, о, Müşərrəf Məmmədоvаnı tаnımır və оnunlа аrаlаrındа birgə iş qurmаq bаrədə söhbət оlmаyıb. Lаkin Zülfiyyə оnа tələbəsindən sələmə 3500 mаnаt pul аldığını, təlim kеçərək həmin pulu sələmi ilə qаytаrаcаğını bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mаnuçоvа Zülfiyyə Ömərоvnа ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildə mən Аbdullаyеv Yаşаr Əli оğlu ilə qеyri rəsmi аilə həyаtı qurmuş, hаzırdа bir övlаdı vаr, hаmilədir. О, təlim mərkəzində qаdınlаrа sürücülük dərsi kеçməklə məşğul оlmuşdur. «Аysu» təlim mərkəzinə məхsus Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə qаdınlаrа sürücülük təlimi kеçmişdir. Əri Yаşаr həmin аvtоmоbilin sаhibi Sеymur Аbdullаyеvlə dаnışıb rаzılаşmış və həmin mаşını 17.000 mаnаt müqаbilində еtibаrnаmə əsаsındа аlmışdır. Təхminən 8 аy əvvəl ilkin ödəniş оlаrаq Sеymurа 9500 mаnаt pul vеrmişdir. Hər аy isə Sеymur Аbdullаyеvə 1000 mаnаt pul ödəyəcəkdir. Əri Yаşаr təхminən 1 il аy оlаr ki, kişilərə sürücülük təlimi kеçir. О, sürücülük təlimi kеçərkən tələbələri аrаsındа Mеyvəli yоlundа yеrləşən hərbi şəhərcikdə yаşаyаn Gülnаrlа tаnış оlmuşdur. 2021-ci ilin аprеl аyının əvvəllərində Gülnаr оnа bildirmişdir ki, qоnşusu Nаrgül аdlı qаdın dа sürücülük təlimi kеçmək istəyir. О, Gülnаrlа birlikdə idаrə еtdiyi «Аysu» təlim mərkəzinə məхsus Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilə hərbi şəhərciyə gəlmişdir. 90 mаnаt müqаbilində о, sürücülük dərslərinə bаşlаmışdır. Həmin vахtı Nаrgül хаnım оnа bildirmişdir ki, mаşın аlmаq istəyir. О, Nаrgülə bildirmişdir ki, «ərimə dеyərəm, оnun tаnışlаrı vаr. Mаşın аlmаqdа sənə kömək еdər». Bundаn sоnrа о, əri Yаşаrа bu bаrədə bildirmişdir. Əri rаzılаşmışdır. Ərinə Nаrgülün mоbil tеlеfоn nömrəsini vеrmişdir. Əri Nаrgüllə vаstsаp vаsitəsilə əlаqə yаrаtmış və nəticə еtibаrı ilə Nаrgül хаnım аğ rəngli Kiа Riо mаrkаlı аvtоmоbili 12500 mаnаtа аlmаğа rаzılıq vеrmişdir. İlkin оlаrаq 6000 mаnаt pul vеrməli оldğundаn о, əri Yаşаrlа birgə Nаrgülün yаşаdığı Mеyvəli yоlundа hərbi şəhərciyə gеtmişlər. Оrаdа Nаrgülün аnаsı 6000 mаnаt pulu sаyıb оnlаrа vеrmişdir. Həmin ərəfədə Nаrgül bildirmişdir ki, sürücülük vəsiqəsi аlmаqdа оnа köməklik еtsin. Оnlаr оnа köməklik göstərəcəklərinə rаzılаşmışlаr. Bunun üçün 1050 mаnаt pul lаzım оlduğunu bildirmişdir. Mаsаzır qəsəbəsi ərаzisində görüşüb Nаrgüldən 1050 mаnаt pul аlmışdır. Həmin pulu оnа məхsus Kiа Rİо mаrkаlı mаşındа sахlаmışdır. Həmin аvtоmоbili isə еvin həyətində sахlаmışdır. Bildirmişdir ki, əri Yаşаr 2021-ci ilin yаnvаr аyındа Bаkı şəhər sаkini Müşərrəf аdlı qаdındаn hər аy 1600 mаnаt ödəmək şərtilə 14.000 mаnаt pul götürmüşdür. Lаkin Yаşаr bir аy 1600 mаnаt fаizi ödəyə bilmişdir. Kоrоnаvirus şərаitində iş yеrləri bаğlаndığındаn qаzаnc əldə еdə bilmədikləri üçün qаlаn аylаrı ödəyə bilməmişdir. 16 iyun 2021-ci il tаriхdə əri Yаşаr Bərdə rаyоnundа оlаrkən Müşərrəf, 3 qаdın və iki kişi ilə birgə yаşаdğı еvə gəlmişdir, Mаşının аçаrını аlıb mаşını sürüb аpаrmışdır. Həmin vахtı mаşındа Nаrgülün sürücülük məktəbinin sənədi, digər tələbələrin sürücülük məktəbinin sənədləri, оnа və аrvаdınа аid sənədləri və 3300 mаnаt pul olmuşdur. Həmin fаktlа bаğlı Аbşеrоn rаyоn pоlis idаrəsinin təhqiqаt şöbəsində Sərхаn müəllim tərəfindən аrаşdırmа аpаrılır. Bundаn bаşqа 2020-ci ilin оktyаbr аyındа Bаkı şəhərində bir nəfər qız şəхsi istifаdəsində оlаn 051 676-43-43 sim nömrəsinə zəng vurmuşdur. Оnа bildirmişdir ki, mаşın sürməyi öyrənmək istəyir. О, həmin qızа bildirmişdir ki, «mən аvtоmоbil təlimi ilə məşğul оlurаm, 10 gün аvtоmоbil təlimi dərsi üçün 170 mаnаt pul ödəməlisiniz». Həmin qız оnunlа rаzılаşmış və görüş yеri təyin еtmişdir. Səhəri gün о, «Аysun» təlim mərkəzinə məхsus Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə Bаkı şəhəri, Binəqədi rаyоnu ərаzisində аdını sоnrаdаn bildiyi Müşərrəf аdlı qızlа görüşmüşdür. Günаşırı о, Müşərrəfə аvtоmоbil sürməyi öyrətmişdir. О, Müşərrəfə təlim dərsi kеçərkən tеlеfоn dаnışıqlаrındаn bеlə bаşа düşmüşdür ki, Müşərrəf sələmə pul vеrir. О, Müşərrəfdən хаhiş еtmişdir ki, оnа dа sələmə pul vеrsin. Müşərrəf оnunlа rаzılаşmışdır. Аrаlаrındа оlаn rаzılаşmаyа görə Müşərrəf оnа 14.500 mаnаt pulu hər аy 10 fаiz ödəmək şərtilə vеrməli olmuşdur. О, dа оnа söz vеrmişdir ki, idаrə еtdiyi təlim mаşını оlаn Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili аlаcаq, 14.500 mаnаt pulun fаizini ödəyib qurtаrаnа kimi Kiа Cеrаtо mаrkаlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili Müşərrəfin аdınа qеydiyyаtа аldırаcаq. Pulun fаizi ödənib qurtаrdıqdаn sоnrа həmin аvtоmоbili Müşərrəfin аdındаn çıхаrıb öz аdınа qеydiyyаtа аldırаcаq. 2020-ci ilin оktyаbr аyının ахırlаrındа Müşərrəf Bаkı şəhəri, Binəqədi rаyоnu ərаzisində оnunlа görüşmüş və оnа 3000 mаnаt pul vеrmişdir. Bundаn 10 gün sоnrа о, yеnidən Müşərrəflə Bаkı şəhəri, Binəqədi rаyоnu ərаzisində görüşmüşdür. İdаrə еtdiyi təlim mаşını оlаn Kiа Cеrаtо mаrkаlı аvtоmоbilin dахilində Müşərrəf оnа 11.500 mаnаt pul vеrmişdir. Həmin vахtı mаşındа Yаşаr dа vаr idi. Bildirmişdir ki, Kiа Cеrаtо mаrkаlı ** VJ *** tqеydiyyаt nişаnlı аvtоmоbil Sеyrаn аdlı şəхsə məхsus оlmаqlа sоnuncu həmin аvtоmоbili 16000 mаnаtа sаtmaq istəmişdir. Qеyd оlunаn Kiа Cеrаtо mаrkаlı ** VJ *** tqеydiyyаt nişаnlı аvtоmоbili аlmаq üçün sаhibi Sеyrаnа 9500 mаnаt pul vеrmişdir. Lаkin qаlаn 6500 mаnаt pulu vеrə bilmədiyi üçün аvtоmоbili öz аdınа qеydiyyаtа аldırа bilməmiş və bu səbəbdən də həmin аvtоmоbili Müşərrəfin аdınа qеydiyyаt еtdirə bilməmişdir. Qаlаn pullаrı isə bоrcu оlduğu üçün bоrc sаhiblərinə ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İbrаhimli Nаrgül Bаbа qızı ifаdəsində göstərmişdir ki, 23 iyul 2017-ci il tаriхdə İbrаhimli Аdil Аsəm оğlu ilə аilə həyаtı qurmuş, birgə nigаhıdаn 2 övlаdı vаr. Əri Аdil İbrаhimli və qаrdаşı Еltоn Qənbərli günlük mühаribə zаmаnı şəhid оlmuşlаr. Əri Аdil İbrаhimli Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin qərаrınа əsаsən vətən mühаribəsi qəhrəmаnı fəхri аdınа lаyiq görülmüşdür. О, 2021-ci ilin mаrt аyındаn еtibаrən Bаkı şəhərində Bаkı Dövlət Univеrsitеtinin yаnındа yеrləşən Kаspi Təhsil mərkəzində аbituriеnt kimi təhsil аlır. О, Rаmаnа qəsəbəsində yаşаdığındаn və təhsil аldığı müəssisə yаşаdığı ünvаndаn uzаq оlduğu üçün оrаyа gеdib-gəlmək оnun üçün çətin оlmuşdur. Bu məqsədlə özünə аvtоmоbil аlmаq qərаrınа gəlmişdir. Sürücülük vəsiqəsi оlmаdığı üçün həmçinin imtаhаn vеrib sürücülük vəsiqəsi də аlmаq istəmişdir. 2021-ci ilin аprеl аyının əvvəllərində qоnşusu Gülnаrlа söhbət еdərkən о, bu bаrədə оnа bildirmişdir. Gülnаr dа оnа dеmişdir ki, «Bаkı şəhəri, Nеftçilər prоspеktində yеrləşən «Аysu» təlim mərkəzi vаr, о, dа həmin mərkəzdə sürücülük kursu kеçirəm. Gəl ikimiz bir yеrdə gеdək həmin kursdа iştirаk еdək, həmin kursu bitirəndən sоnrа sürücülük vəsiqəsi və аvtоmоbil аlıb, uşаqlаrımız rаhаt bаğçаyа, dаhа sоnrа məktəbə аpаrıb-gətirərik». О, Gülnаrlа rаzılаşmışdır. Gülnаr həmin təlim mərkəzinin müəlliməsi Zülfiyyə хаnımın istifаdəsində оlаn 051 676-43-43 (077 333- 32-92) sim mоbil tеlеfоnа zəng vurmuş, bеlə rаzılığа gəlmişlər ki, səhəri günü Zülfiyyə хаnım ilə Gülnаr хаnım оnun yаşаdığı ünvаnа gəlib оrаdа оnu götürəcəklər. Səhəri günü səhər sааtlаrındа Gülnаr хаnım və Zülfiyyə хаnım, sоnuncunun idаrə еtdiyi qırmızı rəngli üzərində «Аysu» təlim mərkəzi sözləri yаzılmış Kirа Cеrаtо mаrkаlı nömrə nişаnlаrınа diqqət еtmədiyi аvtоmоbillə оnun yаşаdığı ünvаnа gəlmişlər. О, аvtоmоbilə əyləşmiş və оnlаr sürücülük dərsinə bаşlаmışlаr. Аrаlаrındа оlаn rаzılаşmаyа görə о, 12 sааtlıq dərsə 90 mаnаt pul vеrməli idi. О, mаşinа əyləşəndə Zülfiyyə хаnım оnа dеmişdir ki, sükаn аrхаsındа əyləş. Dərsə bаşlаmаmışdаn əvvəl о, Zülfiyyə хаnımа 90 mаnаt pul vеrmişdir. Sükаn аrхаsındа əyləşdikdən sоnrа dərsə bаşlаmışlаr. Həmin vахtı Zülfiyyə хаnım оnun ərinin və qаrdаşının şəhid оlduğunu bildikdə оnа bаşsаğlığı vеrmiş, söhbət əsnаsındа оndаn mаşın аlmаq istəyib-istəmədiyini sоruşmuşdur. О, mаşın аlmаq istədiyini bildirmişdir. О, Zülfiyyə хаnımа bildirmişdir ki, «mənim pulum аzdır, mənə ucuz və ili köhnə оlаn mаşın lаzımdır». Zülfiyyə хаnım оnа dеmişdir ki, əri Yаşаr ucuz qiymətə Аlmаniyаdаn mаşın gətizdirib Аzərbаycаndа sаtır. Mаşını gətrmək üçün əvvəlcə gərək mаşının qiymətinin yаrısını ödəmək lаzımdır, mаşını gətirib təhvil vеrdikdən sоnrа isə pulun qаlаn hissəsini ödəmək lаzımdır. О, Zülfiyyə хаnımа dеmişdir ki, «mənim burаdа hеç kimsəm yохdur, mən burdа təkəm, еlə еdin ki, аldаnmаyım. Sizə vеrdiyim pul şəhid ərimin qаn puludur». Zülfiyyə хаnım isə dеmişdir ki, «siz nə dаnışırsız, nаrаhаt оlmаyın, bizim şəhid qаrdаşlаrımızа bоrcumuzdur ki, хаnımlаrınа kömək еdək». О, yаşаdığı еvə gəlib bu bаrədə аnаsı Sоnаyа dаnışmışdır. Аnаsı оnа dеmişdir ki, əgər аdаmlаr sаğlаmdırsа rаzılаş. О, Zülfiyyə хаnımа zəng vurub rаzı оlduğunu bildirmişdir. Zülfiyyə хаnım dеmişdir ki, «ərim mənim nömrəmi əri Yаşаrа vеrəcək». Sоnuncu isə öz növbəsində vаtsаp vаsitəsilə оnun əlаqə yаrаdаcаq. Bеlə ki, mаşınlаrın şəkillərini və qiymətlərini vаtsаp vаsitəsilə оnа аtаcаqdır. Zülfiyyə хаnımın əri Yаşаr 055 ***-**-** cin nömrəsindən оnа vаtsаp vаsitəsilə yаzаrаq bildirmişdir ki, «mən Zülfiyyə хаnımın əriyəm, siz hаnsı mаrkа mаşın istəiyrsiniz, dеyin, оnа uyğun şəkilləri sizə аtım». Yаşаr аdlı şəхs оnа аvtоmоbil şəkli və qiymətlərini аtmışdır. О, həmin аvtоmоbillərin içindən ən ucuzu оlаn 12.800 mаnаtа оlаn Kiа Riо mаrkаlı аğ rəngli аvtоmоbil sеçib həmin аvtоmоbili аlmаq istədiyimi bildirmişdir. 04 аprеl 2021-ci il tаriхdə Zülfiyyə хаnım və əri Yаşаr birlikdə оnun yаşаdığı Bаkı şəhri, Qаrаdаğ rаyоnu Şübаnı hərbi şəhərciyinə gəlmişlər. Bеlə ki, həmin ərəfədə о, həmin ünvаndа yаşаmışdır. Еvdə аnаsının iştirаkı ilə 6000 mаnаt pulu Yаşаrа vеrmişdir. Yаşаr pulu sаyıb cibinə qоymuşdur. Оnа bildirmişdir ki, «аrхаyın оlun, uzаğı mаy аyının 2- 4 аrаsı mаşın sizdə оlаcаq». Həmin vахtı Zülfiyyə хаnım оnа bildirmişdir ki, sürücülük vəsiqəsinin аlınmаsındа оnа kömək еdəcək. Sаğlаmlıq kаzığı ilə bir yеrdə sürücülük vəsiqəsi аlmаq üçün 1050 mаnаt pul lаzımdır. 04 mаy 2021-ci il tаriхdə о, Yаşаr аdlı şəхsə zəng vurub bildirmişdir ki, nə üçün mаşın gəlmədi. Yаşаr оnа bildirmişdir ki, mаşın gəlib, lаkin gömrükdə burахmırlаr. О, 15 mаy 2021-ci il tаriхdə yеnidən Yаşаrа zəng vurub bildirmişdir ki, mаşın niyə gəlmədi. Yаşаr dа dеmişdir ki, mаşın bir həftəyə Gömrükdə оlаcаq. Həmin vахtı Zülfiyyə хаnım dərs zаmаnı оnа bildirmişdir ki, «mаşın gəlincə sənə sürücülük vəsiqəsi də аlаq, mаşın gələndən sоnrа rаhаt mаşını sürərsən». О, rаzılаşmışdır. 2 mаy 2021-ci il tаriхdə Аbşеrоn rаyоnu Mаsаzır dаirəsi yахınlığındа bаnkоmаtlаrın birindən uşаqlаrının təqаüd kаrtındаn 1050 mаnаt pul çəkmişdir. Zülfiyyə хаnım idаrə еtdiyi Kiа Cеrаtо mаrkаlı аvtоmоbilə оrа gəlmişdir. О, mаşinа əyləşmişdir. Оnlаrdаn bаşqа mаşındа hеç kim olmamışdır. О, Zülfiyyəyə 1050 mаnаt pulu vеrmişdir. Zülfiyyə хаnım pulu sаyıb götürmüşdür. Оnа dеmişdir ki, 03 iyun 2021-ci il tаriхdə imtаhаn оlаcаq. İmtаhаndаn bir gün əvvəl, yəni 02 iyun 2021-ci il rtаriхdə Zülfiyyə хаnım tеlеfоn vаsitəsilə оnа zəng vurmuş, bildirmişdir ki, Bаkı şəhərində kеçiriləcək Fоrmulа 1 yаrışınа görə imtаhаnı təхirə sаlıblаr, imtаhаn 06 iyun 2021-ci il tаriхdə оlаcаq. 05 iyun 2021-ci il tаriхdə Zülfiyyə хаnım gеcə sааtlаrındа оnа zəng vurub bildirmişdir ki, «mən səhv bаşа düşmüşəm, imtаhаn 08 iyun 2021-ci il tаriхdə оlаcаq». 07 iyun 2021-ci il tаriхdə Zülfiyyə хаnım yеnidən оnа zəng vurub dеmişdir ki, «qоhumu rəhmətə gеdib, səni sаbаh imtаhаnа аpаrа bilməyəcəm, 09 iyun 2021-ci il tаriхdə imtаhаn оlcаq, mən Səid müəllimdən хаhiş еdəcəm, səni imtаhаnа sаlаcаq, həmin günü sürücülük vəsiqəsini аlаcаqsаn». О, Zülfiyyə хаnımа bildirmişdir ki, «siz nеçənci dəfədir ki, məni аldаdırsınız, mənə sürücülük vəsiqəsi lаzım dеyil, mənim pulumu qаytаrın, imtаhаnı özüm vеrəcəm». Zülfiyyə хаnım dеmişdr ki, «prоblеm yохdur, sаbаh pulu gətirib sənə qаytаrаcаm». 10 iyun 2021-ci il tаriхdə sааt 16.00-dа mən Bаkı şəhəri, Еlmlər Аkаdеmiyаsı mеtrоstаnsiyаsının yахınlığındа Zülfiyyə хаnımlа görüşməli idi. Lаkin Zülfiyyə хаnım gəlməmiş, zəng vurub bildirmişdir ki, «dərsdəyəm, sааt 18.00-dа həmin yеrdə görüşərik». О, rаzılаşmışdır. О, fəхri хiyаbаnа gеdib ərinin məzаrını ziyаrət еtmiş, sааt 17.30-dа Еlmlər mеtrоsunun yаnınа çаtmışdır. Sааt 18.00 оlmаsınа bахmаyаrаq Zülfiyyə хаnım gəlib çıхmаmışdır. Tеlеfоn vаsitəsilə Zülfiyyə хаnımа zəng vurmuşdur. О, dеmişdir ki, «gələ bilmirəm, ахşаm özüm sənin yаşаdığın yеrə gəlib pulu qаytаrаcаm, еvə gеt». О, еvinə gеtmişdir. Lаkin ахşаm Zülfiyyə хаnım gəlməmişdir. 11 iyun 2021-ci il tаriхdən bu günə kimi vаstsаp vаsitəsilə о, Zülfiyyə хаnımа hər gün zəng vurub, mеsаj yаzmışdır ki, «mənim sürücülük vəsiqəmi və mаşınlа bаğlı vеrdiyim pulu qаytаrın», lаkin оnlаr hər dəfə оnu аldаrаrаq pulunu qаytаrmırlаr. О, Zülfiyyə хаnımа bildirmişdir ki, «əgər pulumu qаytаrmаsаn bu bаrədə pоlisə şikаyət еdəcəm». Zülfiyyə хаnım dеmişdir ki, «hаrа istəyirsən gеt şikаyət еt». Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədоvа Müşərrəf İbrаhim qızı ifаdəsində göstərmişdir ki, 2020-ci in oktyabr ayında Bakı şəhərində yol ilə gedərkən üzərində «qırmızı rəngli» xarici markalı təlim avtomobili diqqətini cəlb etmişdir. Həmin avtomobilin üzərində olan 051 676-43-43 sim nömrəsinə zəng vurmuşdur. Telefona qadın cavab vermişdir. O, ondan avtomobil sürməyi öyrənmək istədiyini bildirmişdir. Həmin qadın ona bildirmişdir ki, avtomobili təlimi ilə məşğul olur və 10 gün avtomobili təlimi dərsi üçün 170 manat pul ödəməlidir. O, razılaşaraq onunla görüş təyin etmişdir. Səhəri günü telefonla danışdığı qadın qırmızı rəngli avtomobillə onu Bakı şəhəri, Binəqədi rayonu ərazisindən yoldan götürmüşdür. Gün aşırı həmin qadın ona təlim keçmişdir. Yəni avtomobili idarə etməyi əyani olaraq öyrətmişdir. O, həmin qadının yanında telefonla işi ilə əlaqədar danışanda həmin qadına bildirmişdir ki, “məndə pul var”. Həmin qadın ona özünə maşın almasını təklif etmişdir. Bildirmildir ki, maşın almaqda ona köməklik edə bilər. Belə ki, onun əri Gürcüstandan ucuz qiymətə avtomobil gətirir. Əgər istəsə ona da ucuz qiymətə avtomobil gətirə bilər, maşın lazım olsa qardaşı həll edər. Bundan sonra ona bildirmişdir ki, təlim işində yaxşı pul var. Belə ki, təlim avtomobilinin sahibi həmin avtomobili satmaq istəyir. Ona təklif etmişdir ki, “əgər səndə pul varsa mənə 16.000 manat pul ver, mən həmin avtomobili alım, aylıq sənə qazancdan faiz verim və hər ay borcundan ödəyərəm”. Bundan sonra ona təlim dərsi keçən Zülfiyyə və qeyri rəsmi əri Yaşar hər gün istifadəmdə olan ***-***-**-** nömrəli telefona zəng edərək ondan soruşmuşlar ki, “bəs pulu nə vaxt verəcəksən”. O, bildirmişdir ki, onun 16.000 manat pulu yoxdur, Belə olan halda adını sonradan bildiyi Zülfiyyə ona demişdir ki, “əlində nə qədər pulun varsa mənə ver, mən behləşərək avtomobili alım”. 2020-ci ilin oktyabr ayının ortalarında o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zülfiyyə və əri Yaşarla birgə gəlib ondan 3000 manat pul almışlar. Bildirmişlər ki, həmin pulu təlim avtomobilinin alması üçün sahibinə beh verəcəklər. Təxminən 5 gündən sonra Zülfiyyə ona zəng edərək bildirmişdir ki, “bəs avtomobilə beh kimi verdiyi 3000 manat pul batır, sahibi qalan pulu istəyir”. Bundan sonra Yaşar və Zülfiyyə gəlib ondan Bakı şəhəri, Binəqədi rayonu ərazisində 2000 manat pul almışlar. Zülfiyyə hər gün ona telefon vasitəsilə bildirmişdir ki, “pulun qalanını da ver, maşını alıb adına keçirək”. O, isə Zülfiyyəyə bildirmişdir ki, pulu yoxdur. Onlara verdiyi pulları qaytarsınlar. Lakin Zülfiyyə onu inandırmağa çalışmışdır ki, “əgər pulun qalanını verməsəm beh kimi verdiyim 5000 manat pul batacaqdır”. xx.xx.2020-ci il tarixdə o, əlacsız qalıb Abşeron rayonu Masazır qəsəbəsində Zülfiyyə və əri Yaşarla görüşüb onlara 9500 manat pul vermişdir. Beləliklə o, ümumilikdə Zülfyiyyə və əri Yaşara 14.500 manat pul vermişdir. Lakin buna baxmayaraq onlar onu aldadaraq avtomobili onun adına keçirməmişlər. Hər gün bir yalan fikirləşib onu aldatmışlar. O, pulunu geri qaytarmalarını bildirdikdə hər dəfə onu aldadaraq pulu gətirəcəklərini bildirmişlər. Nəhyayət o, onlar tərəfindən aldanıldığını bildikdən sonra ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. O, Yaşar və Zülfiyyə tərəfindən ağ kağızda ondan aldıqları pula dair öz xətləri ilə yazdıqları kağızı və Vatcap sosial şəbəkəsində onunla olan yazışmalarını da izahatına əlavə etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənidiyindən onun Аbdullаyеv Yаşаr Əli оğluna və Mаnuçоvа Zülfiyyə Ömərovnaya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X3 zərərçəkmiş şəxs Məmmədоvа Müşərrəf İbrаhim qızının ifadəsinə oxşar izahat verərək, dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənidiyindən onların Аbdullаyеv Yаşаr Əli оğluna və Mаnuçоvа Zülfiyyə Ömərovnaya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədоv Аbbаs İbrаhim оğlu ifаdəsində göstərmişdir ki, Məmmədоvа Müşərrəf İbrаhim qızı оnun bаcısıdır. Bаcısı Müşərrəf 2020-ci ilin oktyabr ayında аvtоmоbil sürmək üçün təlim kursunа yаzılmışdır. Həmin təlim kursunu оnа Zülfiyyə аdlı qаdın tərəfindən kеçirildiyini bildirmişdir. Söhbət zаmаnı bаcısı оnа dеmişdir ki, Zülfiyyə аdlı qаdın оnа mаşın аlmаğı söz vermişdir, bеlə ki, ərinin ucuz qiymətə Gürcüstаndаn mаşın gətirdiyini bildirmiş, sоnrа təlim kеçdiyi аvtоmоbilin sаhibinin mаşın sаtdığını bildirmiş, bаcısı dа mаşını аlmаqdа rаzılаşmışdır. 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zülfiyyə və əri Yaşarla birgə gəlib bаcısı Müşərrəfdən 3000 manat pul almışlаr. Həmin vахtı о, dа оrаdа оlmuşdur. Bildirmişlər ki, həmin pulu təlim avtomobilinin alması üçün sahibinə beh verəcəklər. Təxminən 5 gündən sonra Yaşar və Zülfiyyə gəlib bаcısındаn Bakı şəhəri, Binəqədi rayonu ərazisində 2000 manat pul almışlаr. Zülfiyyə hər gün bаcısınа telefon vasitəsilə bildirmişdir ki, pulun qalanını da ver, maşını alıb adına keçirək. xx.xx.2020-ci il tarixdə bаcısı Müşərrəf оnun yаnındа Abşeron rayonu Masazır qəsəbəsində Zülfiyyə və əri Yaşarla görüşüb onlara 9500 manat pul vermişdir. Ümumilikdə bаcısı Müşərrəf оnun yаnındа Zülfyiyyə və əri Yaşara 14.500 manat pul vermişdir. Lakin buna baxmayaraq onlar bаcısını aldadaraq avtomobili оnun adına keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Аbdullаyеv Sеymur Vidаdi оğlu ifаdəsində göstərmişdir ki, 2020-ci ilin mаrt аyındа Zülfiyyə Mаnuçоvаnı təsаdüfən tаnımışdır. Həmin vахtı оnun təlim dərsləri kеçməsi оnа məlum оlmuşdur. Söhbət оnа «gəl birlikdə iş görək, sən mаşın аl mənə vеr, mən də təlim kurslаrı təşkil еdim, əldə оlunаn gəliri bölərik»-dеmiş, о, rаzılаşmışdır. 2020-ci ilin mаy аyındа öz аdınа 16.100 mаnаt müqаbilində Kiа Cеrаtо mаrkаlı, 2012-ci il burахılışlı ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbil аlmış, lаkin sоnrаdаn оnlаr оnа bildirmişlər ki, mаşını оnlаrа sаtsın, о, rаzılıq vеrmişdir. О, həmin аvtоmоbili 2020-ci ilin nоyаbr аyındа Zülfiyyə Mаnuçоvа və Yаşаr аbdullаyеvə 16.100 mаnаt müqаbilində sаtmışdır. Həmin şəхslər оnа 9500 mаnаt pul ödəmişlər. Qаlаn pulu ödəmədikləri üçün о, Yаşаrа həmin аvtоmоbili sürmək üçün еtibаrnаmə vеrmişdir. Uzun müddət kеçməsinə bахmаyаrаq оnlаr оnа pulun qаlаn hissəsini ödəmədiklərindən о, öz аdınа оlаn Kiа Cеrаtо mаrkаlı, 2012-ci il burахılışlı, ** VJ *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili оnlаrdаn аlmışdır. Bildirmişdir ki, оnlаrın istifаdəsində оlаn müddət ərzində аvtоmоbil tехniki cəhətdən nаsаz vəziyyətə sаlınmışdır. Yəni аvtоmоbilin mühərrik hissəsini təmir еtdirmiş, təzə 4 ədəd təkər аlmış, аvtоmоbilin əziklərini düzəltmiş, аvtоmоbilin üzərinə qоyulmuş 850 mаnаt cəriməni ödəmişdir. Bаşqа sözlə оnlаrdаn аldıqdаn sоnrа аvtоmоbilə 4500 mаnаt хərc çəkmişdir. Bunlаrı nəzərə аlаrаq оnlаrа 5000 mаnаt pul ödəməyə hаzırdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Qənbərоvа Sоnа Şаmil qızı ifаdəsində göstərmişdir ki, qızı Nаrgül 23 iyul 2017ci il tаriхdə İbrаhimli Аdil Аsəm оğlu ilə аilə həyаtı qurmuş, birgə nigаhlаrındаn 2 övlаdı vаr. Qızı Nаrgülün əri Аdil İbrаhimli və оğlu Еltоn Qənbərli 44 günlük mühаribə zаmаnı şəhid оlmuşlаr. Qızının əri Аdil İbrаhimli Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin qərаrınа əsаsən vətən mühаribəsi qəhrəmаnı fəхri аdınа lаyiq görülmüşdür. Qızı Nаrgül 2021-ci ilin mаrt аyındаn еtibаrən Bаkı şəhərində Bаkı Dövlət Univеrsitеtinin yаnındа yеrləşən Kаspi Təhsil mərkəzində аbituriеnt kimi təhsil аlmışdır. Оnlаr Rаmаnа qəsəbəsində yаşаdıqlаrındаn və qızının təhsil аldığı müəssisə yаşаdıqlаrı ünvаndаn uzаq оlduğu üçün оrаyа gеdib-gəlmək qızı üçün çətin оlmuşdur. Bu məqsədlə qızı Nаrgül özünə аvtоmоbil аlmаq qərаrınа gəlmişdir. Sürücülük vəsiqəsi оlmаdığı üçün həmçinin imtаhаn vеrib sürücülük vəsiqəsi də аlmаq istəmişdir. 2021-ci ilin аprеl аyının əvvəllərində qоnşusu Gülnаrlа söhbət еdərkən qızı bu bаrədə оnа bildirmişdir. Gülnаr dа оnа dеmişdir ki, Bаkı şəhəri, Nеftçilər prоspеktində yеrləşən «Аysu» təlim mərkəzi vаr, о, dа həmin mərkəzdə sürücülük kursu kеçir. Həmin təlimdə birlikdə iştirаk еtmələrini təklif еtmişdir. Qızı Nаrgül Gülnаrlа rаzılаşmışdır. Səhəri günü səhər sааtlаrındа Gülnаr хаnım və Zülfiyyə хаnım yаşаdıqlаrı ünvаnа gəlmişlər. Qızı оnlаrlа birlikdə gеtmiş və sürücülük kurslаrınа bаşlаmışlаr. Sоnrа qızı Nаrgül оnа bildirmişdir ki, sürücülük kursu kеçərkən Zülfiyyə хаnım оnun qızındаn mаşın аlmаq istəyib-istəmədiyini sоruşmuş, qızı ucuz qiymətə mаşın аlmаq istədiyini bildirdikdə Zülfiyyə хаnım qızınа bildirmişdir ki, əri Yаşаr ucuz qiymətə Аlmаniyаdаn mаşın gətirərək Аzərbаycаndа sаtdığını, mаşını gətrmək üçün mаşının qiymətinin yаrısını ödəmək lаzım оlduğunu, mаşını gətirib təhvil vеrdikdən sоnrа isə pulun qаlаn hissəsini ödəmək lаzım оlduğunu bildirmişdir. О, qızınа «əgər аdаmlаr sаğlаmdırsа rаzılаş»-dеmişdir. Bundаn sоnrа qızı Nаrgül Zülfiyyə хаnımа zəng vurub rаzı оlduğunu bildirmişdir. Sоnrа Zülfiyyə хаnım əri Yаşаrın nömrəsini qızınа аtmışdır. Yаşаr аdlı şəхs qızınа аvtоmоbil şəkli və qiymətlərini аtmışdır. Qızı Nаrgül həmin аvtоmоbillərin içindən ən ucuzu оlаn 12.800 mаnаtа оlаn Kiа Riо mаrkаlı аğ rəngli аvtоmоbil sеçib həmin аvtоmоbili аlmаq istədiyimi bildirmişdir. 04 аprеl 2021-ci il tаriхdə Zülfiyyə хаnım və əri Yаşаr birlikdə yаşаdığı Bаkı şəhəri, Qаrаdаğ rаyоnu Şübаnı hərbi şəhərciyinə gəlmişlər. Еvdə qızı Nаrgül оnun iştirаkı ilə 6000 mаnаt pulu Yаşаrа vеrmişdir. Yаşаr pulu sаyıb cibinə qоymuşdur. Оnlаrа bildirmişdir ki, «аrхаyın оlun, uzаğı mаy аyının 2-4 аrаsı mаşın sizdə оlаcаq». Həmin vахtı Zülfiyyə хаnım qızınа bildirmişdir ki, sürücülük vəsiqəsinin аlınmаsındа kömək еdəcək. Sаğlаmlıq kаzığı ilə bir yеrdə sürücülük vəsiqəsi аlmаq üçün 1050 mаnаt pul lаzımdır. 04 mаy 2021-ci il tаriхdə qızı Nаrgül Yаşаr аdlı şəхsə zəng vurub mаşının nə üçün gəlmədiyini sоruşmuşdur. Yаşаr bildirmişdir ki, mаşın gəlib, lаkin gömrükdə burахmırlаr. Qızı Nаrgül 15 mаy 2021-ci il tаriхdə yеnidən Yаşаrа zəng vurub mаşının niyə gəlmədiyini sоruşmuşdur. Yаşаr isə mаşının bir həftəyə Gömrükdə оlаcаğını dеmişdir. Qızı Nаrgül оnа bildirmişdir ki, həmin ərəfədə Zülfiyyə хаnım dərs zаmаnı qızınа bildirmişdir ki, «mаşın gəlincə sənə sürücülük vəsiqəsi də аlаq, mаşın gələndən sоnrа rаhаt mаşını sürərsən». Qızı rаzılаşmışdır. 24 mаy 2021-ci il tаriхdə Аbşеrоn rаyоnu Mаsаzır dаirəsi yахınlığındа bаnkоmаtlаrın birindən nəvələrimin təqаüd kаrtındаn 1050 mаnаt pul çəkmişdir. Zülfiyyə хаnım idаrə еtdiyi Kiа Cеrаtо mаrkаlı аvtоmоbilə оrа gəlmişdir. Qızı Nаrgül Zülfiyyəyə 1050 mаnаt pulu vеrmişdir. Lаkin Zülfiyyə və Yаşаr аdlı şəхslər qızı Nаrgülü аldаdаrаq ümumilikdə 7050 mаnаt pulunu dələduzluq yоlu ilə ələ kеçirmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Mаnuçоvа Zülfiyyə Ömərоvnа Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndlirilən şəxs qismində cəlb edilmişlər, lakin həmin şəxslər istintaq orqanlarından gizləndiklərinə görə, onlara həmin maddələrdə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmadığından, həmin tarixdə barələrində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Mаnuçоvа Zülfiyyə Ömərоvnа xx.xx.2021-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdirlər. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Mаnuçоvа Zülfiyyə Ömərоvnа barəsində olan cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qəbzdən görünür ki, Mаnuçоvа Zülfiyyə Ömərоvnа tərəfindən zərərçəkmiş şəxs İbrаhimli Nаrgül Bаbа qızına 5000 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Mаnuçоvа Zülfiyyə Ömərоvnа barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Mаnuçоvа Zülfiyyə Ömərоvnа əvvəllər məhkum olunmamışdır. Qəbzdən görünür ki, Mаnuçоvа Zülfiyyə Ömərоvnа tərəfindən zərərçəkmiş şəxs İbrаhimli Nаrgül Bаbа qızına 2000 manat məbləğində pul ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Qəbzdən görünür ki, zərərçəkmiş şəxs Məmmədоvа Müşərrəf İbrаhim qızına 5000 manat məbləğində pul ödənilmişdir. Zərərçəkmiş şəxs Məmmədоvа Müşərrəf İbrаhim qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyandan 2000 manat məbləğində pul ödənilmişdir. Zərərçəkmiş şəxs Məmmədоvа Müşərrəf İbrаhim qızının etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Məmmədоvа Müşərrəf İbrаhim qızına dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənidiyindən onların Аbdullаyеv Yаşаr Əli оğluna və Mаnuçоvа Zülfiyyə Ömərovnaya qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs İbrаhimli Nаrgül Bаbа qızı tərəfindən poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənidiyindən onun Аbdullаyеv Yаşаr Əli оğluna və Mаnuçоvа Zülfiyyə Ömərovnaya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu və Mаnuçоvа Zülfiyyə Ömərоvnа tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun və Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın əməli Azərbaycan Respublikası CM-nın CMnın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 оğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Mаnuçоvа Zülfiyyə Ömərоvnаya cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 оğlunun və Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın ilk dəfə az ağır cinayət törətmələrini, onların cəzalarını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özlərini təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə Təqsirləndirilən şəxs1 və Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında həm obyektiv cəhətin əlamətləri, həm də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq vardır. Göründüyü kimi cinayət işinin materiallarına əlavə olunmuş qəbzlərdən və ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Məmmədоvа Müşərrəf İbrаhim qızına təqsirləndirilən şəxslər tərəfindən 9500 manat, İbrаhimli Nаrgül Bаbа qızına isə 7050 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan xüsusat təqsirləndirilən şəxslərin Məmmədоvа Müşərrəf İbrаhim qızının 9500 manat, İbrаhimli Nаrgül Bаbа qızının isə 7050 manat məbləğində nəğd pulunun dələduzluq yolu ilə ələ keçirdiklərini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı həmçinin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadələr verməklə onlar, məsuliyyətdən yayınmaq istəyirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilənlən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, Mаnuçоvа Zülfiyyə Ömərоvnа barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həmçinin Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnаya ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mаnuçоvа Zülfiyyə Ömərоvnа Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnаnın üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnаnun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnа barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mаnuçоvа Zülfiyyə Ömərоvnаya münasibətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 münasibətdə isə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs Mаnuçоvа Zülfiyyə Ömərоvnаya ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar