Məhkəmə qərarları › İş №1(012)-185/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-185/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-185/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə Yevlax rayonu, Xanabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmuş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “faize.pull2022” adlı səhifə açıb şəxslərə yalandan müxtəlif məbləğlərdə kredit verməyə dəvət edərək, həmin səhifə ilə əlaqə saxlamaqla tanış olan Zərərçəkmiş şəxs3 aşağı faizlə kredit vermək adı ilə yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 1294 8622 nömrəli plastik karta 21 mart 2023-cü il tarixdə saat 10:49-da Yevlax rayonu, Qarxun kəndində yerləşən “AF” yanacaqdoldurma məntəqəsinə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 125 (bir yüz iyirmi beş) manat, həmin gün saat 11:40-da yaşadığı Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun qohumu Şahid vasitəsi ilə sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 1309 7791 nömrəli plastik kartından “BirBank” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə onun adına olan "xxxx" ASCyə məxsus 4169 7388 1294 8622 nömrəli plastik karta göndərdiyi 275 (iki yüz yetmiş beş) manat, eynu üsulla saat 12:03-də isə 200 (iki yüz) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “faize.pull2022” adlı səhifə açıb şəxslərə yalandan müxtəlif məbləğlərdə kredit verməyə dəvət edərək, həmin səhifə ilə əlaqə saxlamaqla tanış olan Zərərçəkmiş şəxs1 aşağı faizlə kredit vermək adı ilə yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə 20 aprel 2023cü il tarixdə saat 18:08-dən saat 19:26 radələrinədək olan müddət ərzində yaşadığı Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169 7385 3076 4335 nömrəli plastik kartından “BirBank” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 7657 4553 nömrəli plastik karta göndərdiyi 320 manat, 300 manat, 200 manat olmaqla ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 820 (səkkiz yüz iyirmi) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “faize.pull2022” adlı səhifə açıb şəxslərə yalandan müxtəlif məbləğlərdə kredit verməyə dəvət edərək, həmin səhifə ilə əlaqə saxlamaqla tanış olan Zərərçəkmiş şəxs2 aşağı faizlə kredit vermək adı ilə yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə 22 aprel 2023cü il tarixdə saat 17:38-dən saat 18:24 radələrinədək olan müddət ərzində yaşadığı Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169 7385 9696 0306 nömrəli plastik kartından “BirBank” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 0796 3099 nömrəli plastik karta göndərdiyi 90 manat və 300 manat, bundan başqa həmin gün saat 18:48-də onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 0796 3099 nömrəli plastik karta “eManat” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə göndərdiyi 540 (beş yüz qırx) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 540 (beş yüz qırx) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daha öncə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib Cəbrayıl Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda ayağında qolbaq vardır. O, “İnstagram” sosial şəbəkəsində “faize.pull2022” adlı hesab açmışdır. Həmin səhifədə o, tək şəxsiyyət vəsiqəsi ilə ilkin ödənişlə kreditə pul verəcəyi ilə bağlı paylaşımlar və reklamlar edirmiş. xx.xx.2023-cü il tarixdə, axşam saat 18 radələrində öz adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs onun “İnstagram” hesabına yazaraq 5000 manat kreditə pul götürmək istədiyini demişdir. O, da həmin şəxsə 5000 manat kredit alması üçün ilk öncə ilkin ödəniş olaraq 320 manat pul göndərməli olduğunu və həmin pulu göndərdikdən 1 saat sonra məbləğin hesabına köçəcəyini bildirmişdir. O, Növrəstə ilə ilk öncə “İnstagram” sosial şəbəkəsində danışsa da, daha sonra “Whatsapp” sosial şəbəkəsi ilə özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsilə danışmağa davam etmişdir. Bundan sonra Növrəstə onunla razılaşaraq ona məxsus “Kapital Bank”-a aid 4169 7388 7657 4553 nömrəli karta 320 manat pul göndərmişdir. Bundan bir müddət sonra o, Növrəstədən hal-hazırda aktiv kreditinin olub-olmadığını soruşduqda sonuncu ona kreditinin olduğunu demişdir. O, da bunu bəhanə edərək əlavə olaraq 300 manatda pul göndərməsini demişdir. Növrəstə də onunla razılaşaraq həmin karta yenidən 300 manat göndərmişdir. O, Növrəstənin ona inandığını görüb bir qədər sonra Növrəstədən kredit gecikməsinin olub-olmadığını soruşmuşdur. Növrəstə də ona kredit gecikməsinin olduğunu demişdir. O, bir daha bunu bəhanə edərək Növrəstəyə kredit gecikməsi olması səbəbindən əlavə olaraq 200 manat göndərməli olduğunu və həmin pulu göndərdikdən 2-3 dəqiqə sonra 5000 manat pulun kartına köçürüləcəyini demişdir. Həmçinin o, Növrəstəyə ilk dəfə göndərdiyi 320 manat pulun komisya kimi tutulsa da, axırıncı ödədiyi 300 və 200 manat olmaqla 500 manat pulun 5000 manatla birlikdə özünə qaytarılacağını demişdir. Bu səbəbdən Növrəstə sonuncu 500 manat pulu rahatlıqla ona göndərmişdir. Növrəstə artıq sonuncu 200 manat pulu göndərdikdən sonra o, Növrəstənin nömrəsini əngəlləmiş və əldə etdiyi ümumilikdə 820 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, axşam saat 17 radələrində öz adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi şəxs onun “İnstagram” hesabına yazaraq 800 manat kreditə pul götürmək istədiyini demişdir. O, da həmin şəxsə 800 manat kredit alması üçün ilk öncə ilkin ödəniş olaraq 90 manat pul göndərməli olduğunu və həmin pulu göndərdikdən 1 saat sonra məbləğin hesabına köçəcəyini bildirmişdir. O, Nəzrin ilə ilk öncə “İnstagram” sosial şəbəkəsində danışsa da, daha sonra “Whatsapp” sosial şəbəkəsi ilə özünə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsilə danışmağa davam etmişdir. Bundan sonra Nəzrin onunla razılaşaraq ona məxsus “Kapital Bank”-a aid 4169 7388 0796 3099 nömrəli karta 90 manat pul göndərmişdir. Bundan bir müddət sonra mən Nəzrindən halhazırda aktiv kreditinin olub-olmadığını soruşduqda sonuncu ona kreditinin olmadığını demişdir. Lakin o, Nəzrindən pul almaq bəhanəsi ilə sonuncuya sistemdə adında kredit olmasını göstərdiyini bildirmiş və əlavə olaraq 300 manatda pul göndərməsini demişdir. Nəzrin də onunla razılaşaraq həmin karta yenidən 300 manat göndərmişdir. O, Nəzrininin ona inandığını görüb bir qədər sonra kredit gecikməsinində sistemdə göstərdiyini demişdir. O, bir daha bunu bəhanə edərək Nəzrinə kredit gecikməsi olması səbəbindən əlavə olaraq 150 manat göndərməli olduğunu və həmin pulu göndərdikdən 2-3 dəqiqə sonra 800 manat pulun kartına köçürüləcəyini demişdir. Həmçinin o, Nəzrinə ilk dəfə göndərdiyi 90 manat pulun komisya kimi tutulsa da, axırıncı ödədiyi 300 və 150 manat olmaqla 450 manat pulun 800 manatla birlikdə özünə qaytarılacağını demişdir. Bu səbəbdən Nəzrin sonuncu 450 manat pulu rahatlıqla ona göndərmişdir. Nəzrin artıq sonuncu 150 manat pulu göndərdikdən sonra o, Nəzrinin nömrəsini əngəlləmiş və əldə etdiyi ümumilikdə 540 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin şəxslərlə danışdığı müddət ərzində və pullarını ələ keçirən zaman Yevlax rayonu, Xanabad kəndində yerləşən yaşadığı evdə olmuşdur. O, öz kimliyini gizlətmək üçün Nəzrinə və Növrəstəyə özünü Rüstəm Musayev kimi təqdim etmişdir. Həmçinin həmin şəxslər pulu ona ödəniş terminalı ilə göndərsə idi, orada kart sahibinin adı Rüs.... Mus.... olaraq çıxacağından ondan şübhələnmiyəcəklərini bildirmişdir. Bundan başqa o, Ağdaş rayonu, Qaradeyin kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onunla və onun ailə üzvləri ilə nə onun, nə də onun ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ona məxsus smartfon tipli mobil telefonu, öz adına olan və faktiki istifadə etdiyi ***-***-**-** saylı mobil nömrsi, 41 69 73 88 12 94 86 22 nömrəli Kapital bank plastik kartı vardır Uzun müddətdir ki, pulsuzluqdan əziyyət çəkmiş və asan yolla daha çox pul qazanmaq qərarına gəlmişdir. Həmin səhifə vasitəsi ilə öz adına olan və faktiki istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə instagramda qeydiyyatdan keçməklə “faize.pull2022” adlı instagram səhifə açmışdır. Həmin səhifəni açmaqda məqsədi tanımadığı şəxslərə (İnsanlara) yalandan vədlər verərək, yəni faizə pul verəcəyini deyərək, həmin şəxslərdən (insanlardan) ilkin olaraq müəyyən məbləğdə pul istəmişdir. Həmin şəxs(lər) də onun istədiyi pulu göndərdikdən sonra həmin şəxslərin mobil telefon nömrələrini qara siyahıya (əngəllilər siyahısına) salmışdır. 21 mart 2023-cü il tarixdə təxminən saat 10 radələrində Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evində olan vaxt yuxarıda qeyd etdiyi instagram səhifəsində qeyd etdiyi adına olan və faktiki istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp”ına adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 xatırlamadığı nömrədən ona yazmışdır. Zərərçəkmiş şəxs3 ona faizə pul lazım olduğunu bildirmişdir. O, da həmin şəxsə faizə 18 ay müddətinə 1000 manat pul verəcəyini və hər ay 68 manat pul ödəyəcəyini bildirmişdir. O, isə Zərərçəkmiş şəxs3 1000 manat faizə pul üçün aylıq 68 manat ödəyəcəyini, ilkin ödəniş kimi isə 125 manat ödəməli olduğunu, həmçinin şəxsiyyət vəsiqəsinin fotosunu, pul göndərmək üçün isə kartının şəklini atmasını bildirmişdir Zərərçəkmiş şəxs3 dediklərini etmiş və həmin gün, yəni 21 mart 2023-cü il tarixdə saat 10:49-da 125 (yüz iyirmi beş) manat pulu onun qeyd etdiyi bank kartına göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 hər hansı bir banka pul borcunun və kredit gecikməsinin olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs3 isə ona “Unibank”da kredit gecikməsinin olmasını bildirmişdir.Unibankda olan kredit gecikməsinin olmasını bildirdikdə ona 275 (iki yüz yetmiş beş) manat pul göndərməsini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs3 ümumilikdə 600 (altı yüz) manat pulunu yalandan guya Zərərçəkmiş şəxs3 faizə pul verəcəyini bildirib dələduzluq yolu ilə ələ keçirmişdir. Onun məqsədi dələduzluq edərək asan yolla pul qazanmaq olmuşdur. Zərərçəkmiş şəxs3 pulunu dələduzluq yolu ilə ələ keçirdikdən sonra onu tapmasın deyə telefonunda Zərərçəkmiş şəxs3 nömrəsini bloka (qara siyahıya) atmışdır. İstədiyi pul məbləğləri şəxslərə görə dəyişmişdir. Dələduzluq etdiyi şəxsləri pulunu ələ keçirdikdən sonra telefonunda qara siyahıya salmışdır. Həmin pulları almaqda məqsədi pulları dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı ta ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, 20 aprel 2023-cü il tarixdə o, mobil telefonu ilə instagram sosial şəbəkəsində səhifələrə baxan zaman qarşısına “faize.pul2022” səhifəsi çıxmışdır. Həmin səhifənin paylaşımlarına baxanda görmüşdür ki, tək şəxsiyyət vəsiqəsi ilə aşağı faizlə kredit vermişdir. O, da kredit götürmək istədiyi üçün həmin səhifəyə mesaj yazmışdır. Həmin səhifəni idarə edən şəxslə yazışan zaman həmin şəxs özünü ona Rüstəm Musayev kimi təqdim etmişdir. Bir qədər yazışdıqdan sonra özünü ona Rüstəm Musayev kimi təqdim edən şəxs şəxsi mobil nömrəsi olan ***-***-**-** saylı nömrəsini vermiş və onlar “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmağa başlamışlar. Yazışma zamanı həmin şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. O, da həmin Rüstəmə öz şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Ondan sonra həmin şəxs ona demişdir ki, ona 5000 manat məbləğində kredit düşür. Lakin ilkin olaraq o, 320 manat pul ödəməlidir. Onun adına kredit olduğu üçün və üstəlik də kreditinin ödənişlərində gecikmələr olduğu üçün ona banklar yüksək məbləğdə kredit vermirmiş. O, düşünmüşdür ki, Rüstəm Musayev ona kredit verə biləcək. Ona görə də Rüstəmə 320 manat pulu göndərməyə razılıq verib özünə məxsus olan 4169-7385-3076-4335 nömrəli “Kapital Bank” plastik kartından Rüstəmin ona göndərdiyi 4169 7388 7657 4553 nömrəli bank kartına 320 manat pulu elə həmin gün yəni ki, 20 aprel 2023-cü il tarixdə saat 18:08də göndərmişdir. Bundan sonra Rüstəm ondan adına kredit olub-olmadığını soruşmuşdur. O, da Rüstəmə demişdir ki, adında hazırda aktiv kredit vardır. Rüstəm bunu bəhanə edib ondan əlavə 300 manat pul istəmişdir. O, da çarəsiz qalıb Rüstəmə eyni qaydada saat 19:13-də 300 manat pul göndərmişdir. Daha sonra Rüstəm ondan kreditinin ödənişində adına gecikmə olub-olmadığını soruşmuşdur. O, da ödənişlərində də gecikmə olduğunu demişdir. Rüstəm bunu da bəhanə edib ondan əlavə olaraq gecikməsi olduğu üçün 200 manat pul istəmişdir. O, həmin 200 manat pulu da eyni qaydada həmin gün saat 19:26-da Rüstəmə göndərmişdir. Bununla da ümumilikdə o, Rüstəmin ona göndərdiyi bank kartına 820 manat pul göndərmiş olmuşdur. Sonuncu pulu göndərəndən sonra Rüstəm onun nömrəsini əngəlləmiş və Rüstəmə mesajları çatmamışdır. O, artıq başa düşmüşdür ki, Rüstəm onu aldadaraq 820 manat pulu ələ keçirib. Ona görə də o, 102-yə zəng edib aldadılmağı barədə məlumat vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 17 radələrində o, mobil telefonu ilə instagram sosial şəbəkəsində səhifələrə baxan zaman qarşına “faize.pul2022” səhifəsi çıxmışdır. Həmin səhifənin paylaşımlarına baxanda görmüşdür ki, tək şəxsiyyət vəsiqəsi ilə aşağı faizlə kredit verir. O, da kredit götürmək istədiyi üçün həmin səhifəyə mesaj yazmışdır. Həmin səhifəni idarə edən şəxslə yazışan zaman həmin şəxs özünü ona Rüstəm Musayev kimi təqdim etmişdir. Bir qədər yazışdıqdan sonra özünü ona Rüstəm Musayev kimi təqdim edən şəxs şəxsi mobil nömrəsi olan ***-***-**-** saylı nömrəsini vermiş və onlar “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmağa başlamışlar. Yazışma zamanı həmin şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. O, da Rüstəmə öz şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Ondan sonra həmin şəxs ona demişdir ki, ona 800 manat məbləğində kredit düşür. Lakin ilkin olaraq o, Rüstəmə 90 manat pul ödəməlidir. Rüstəm yerli operatorlara məxsus nömrə istifadə etdiyindən və təklifi ona inandırıcı gəldiyindən düşünmüşdür ki, Rüstəm Musayev ona kredit verə biləcək. Ona görə də Rüstəmə 90 manat pulu göndərməyə razılıq verib özünə məxsus olan 4169 7385 9696 0306 nömrəli “Kapital Bank” plastik kartından Rüstəmin ona göndərdiyi 4169 7388 0796 3099 nömrəli bank kartına 90 manat pulu elə həmin gün yəni ki, 22 aprel 2023-cü il tarixdə saat 17:38-də göndərmişdir. Bundan sonra Rüstəm ondan adına kredit olub-olmadığını soruşmuşdur. O, da Rüstəmə demişdir ki, adında kredit yoxdur. Lakin Rüstəm orada guya adında kredit olmasını göstərdiyi bəhanə edib ondanəlavə 300 manat pul istəmişdir. O, da çarəsiz qalıb Rüstəmə eyni qaydada saat 18:24-də 300 manat pul göndərmişdir. Daha sonra Rüstəm ondan guya göstərilən kreditlərinin ödənişində adına gecikmə olduğunu demişdir. Rüstəm bunu da bəhanə edib ondan əlavə olaraq gecikməsi olduğu üçün 150 manat pul istəmişdir. O, həmin 150 manat pulu da eyni qaydada həmin gün saat 18:48-də Rüstəmə göndərmişdir. Həmçinin Rüstəm ona sonuncu göndərdiyi 300 və 150 manat pulun geriyə qaytarılacağını dediyi üçün O, həmin pulları Rüstəmə inanıb göndərmişdir. Bununla da ümumilikdə o, Rüstəmin ona göndərdiyi bank kartına 540 manat pul göndərmiş olmuşdur. Sonuncu pulu göndərəndən sonra Rüstəm onun nömrəsini əngəlləmiş və Rüstəmə onun mesajları çatmamışdır. O, artıq başa düşmüşdür ki, Rüstəm onu aldadaraq 540 manat pulu ələ keçirib. Ona görə də o, 102-yə zəng edib aldadılmağı barədə məlumat vermişdir. Hazırda şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istiintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Ağdaş rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 21 mart 2023-cü il tarixdə təxminən saat 10 radələrində “İnstagram" sosial şəbəkəsinə daxil olmuş və orada “faize.pull2022” profilində olan ***-***-**-** saylı nömrənin sahibi adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs onlayn kredit vermək adı ilə ona “sənə 18 aylıq 1000 manat kreditə pul verə bilərəm, hər ay 68 manat pul ödəyərsən” deyə bildirmişdir. O, da Təqsirləndirilən şəxs ona izah etdiyi şərtlər ilə razılaşmışdır, Daha sonra onun hansı bankda pul gecikməsi olması barədə maraqlanmış, O, isə Təqsirləndirilən şəxs “Unibank”da adına olan kredit borcunun gecikməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun bu sözündən istifadə edərək, onun “Unibank”da adına olan kredit borcunun silinməsi üçün ondan 125 manat pul tələb etmişdir. O, isə Təqsirləndirilən şəxs ilə razılaşmış və Təqsirləndirilən şəxs ona göndərdiyi 4169 7388 1294 8622 saylı kapital kart hesabına Yevlax rayonu, Qarxun kəndində yerləşən “AF” YDM məntəqəsindən eManat ödəniş terminalı vasitəsi ilə elə həmin tarixdə, yəni 21 mart 2023-cü il tarixdə saat 10:49-da 125 manat pul göndərmişdir. Aradan bir az keçdikdən sonra Təqsirləndirilən şəxs onunla “Whatsapp” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq ona “baş idarə icazə vermir, 275 manat təkrarən həmin kart hesabına pul göndər” deyə bildirmişdir. Həmin vaxt üstündə pul olmadığı üçün qohumu, həmkəndlisi Şahid zəng vurub əlaqə saxlayaraq 4169 7388 1294 8622 saylı kapital kart hesabını ona göndərmiş və ona həmin hesab nömrəsinə 275 manat pul göndərməsini bildirmişdir. Şahid isə Ağdaş rayonu, Qaradeyin kəndində olan zaman “Birbank” mobil tətbiqi vasitəsilə kartı ilə onlayn ödəniş ilə 21 mart 2023-cü il tarixdə saat 11:40-da həmin kart hesabına 275 manat pul göndərmişdir. Təkrarən Təqsirləndirilən şəxs “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs əlavə 200 manat da pul göndərməsini, Təqsirləndirilən şəxs ona ümumilikdə 1600 manat pul göndərəcəyini, 1000 manat kredit və 600 manat da ona göndərdiyim pul olacaqdır. Mən isə təkrarən qohumum Şahid zəng edərək ona həmin kart hesabına 200 manat pul göndərməsini bildirmişdir. Şahid isə onun sözünə görə kənddə olan zaman saat 12:03- də 200 manat pulu Təqsirləndirilən şəxs hesab nömrəsinə göndərmişdir. Aradan bir az keçdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyi üçün aldadıldığını fikirləşərək polisə məlumat vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 490 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 20 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə şübhəli bilindiyindən tutulmuşdur. 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalı, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar