Məhkəmə qərarları › İş №1(012)-186/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-186/2020

27.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-186/2020 27.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X2 iştirakı ilə, X4 X3 Azərbaycan Respublikası CN-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cuinayət işi başlanmasına dair şikayəti üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Samirə Şahin qızının Azərbaycan Respublikası CN-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cuinayət işi başlanmasına dair şikayəti ilə məhkəməyə nüraciət edərək onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qəbul edilməsini, məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, X4 X3 Azərbaycan Respublikası CN-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cuinayət işi başlanmasına dair şikayəti geri qaytarılmalıdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsində. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin, 302-ci və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 X3 Azərbaycan Respublikası CN-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cuinayət işi başlanmasına dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina ediisin və geri qaytarılsın. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar