Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-186/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nadim oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1968-ci il təvəllüdlü, Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla və ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən yeni inşa etdirdiyi fərdi yaşayış evinin həyətində həmin evdə təmir işlərini görmüş Zərərçəkmiş şəxs ilə təmir işlərinin pulunun verilməsi ilə bağlı aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başına bir dəfə əli ilə, qarın və sol qoluna isə təpiklə zərbələr vuraraq ona sol bazu oynağı nahiyəsinin geniş həcmli hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə, qarın nahiyəsinin yumşaq toxumaların əzilməsi xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada usta kimi çalışır, evlərin təmir işi ilə məşğul olur. Nahidi təxminən bir aydır ki tanıyır. Onunla evini təmir etmək üçün usta axtardığı zaman tanış olmuş, Nahid onun Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evində usta işləmiş, onu 2020-ci ilin avqust ayının ortalarında evini təmir etmək üçün dəvət etmişdir. Onların razılaşmasına görə evin üç otağının və bir mətbəxinin rəngsaz işini görməyi müqabilində 550 manat pul verilməsi barədə Nahidlə razılığa gəlmişlər. Bundan başqa işə başlayan zaman onların razılaşmasına görə işin yarısı görüldükdə danışdıqları məbləğin bir hissəsini, işi bitirdikdə isə qalan məbləği tam şəkildə ödəməli idi. Nahid təxminən 4-5 gün işlədikdən sonra o, Nahidə 300 manat pul vermiş, qalan 250 manat pulu isə işini bitirdikdən sonra ona verəcəyini bildirmişdir. İşlədiyi müddətdə Nahid onun təmir etdiyi evində yaşamışdır. Aradan bir neçə gün keçdikdən sonra 08.09.2020-ci il tarixdə saat 14 radələrində o, Nahiddən evdə olan usta təmir alətlərinin harada olduğunu soruşduqda Nahid ona heç bir söz demədən həyətdən çıxmış, aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra evin həyətindən çöldə Nahid uca səslə onun ünvanına söyüş söyərək pulunu alacağını demişdir. O, da Nahidi çöldən içəri həyətə salmış, o, təkrar Nahiddən usta təmir alətlərinin harada olduğunu soruşmuş, bu zaman Nahid usta təmir alətlərindən xəbəri olmadığını deyərək onunla mübahisə etməyə başlamış, o, əsəbləşib Nahidin başına bir dəfə möhkəm sillə vurduqda Nahid həyətdən çıxıb getmişdir. Ona məxsus olan Nahid ilə mübahisə edən zaman ondan soruşduğu və yerini bilmədiyi usta təmir alətlərini sonradan təmir işləri gedən digər evində tapdığını bildirmişdir. Əlavə olaraq o, Nahidlə arasında mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, mübahisənin onun həyətində olduğunu, orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışmasına, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, fərdi qaydada usta kimi fəaliyyət göstərir. Ev təmiri ilə məşğul olur, eyni zamanda fərdi qaydada ev, ofis, market və digər müəssisələrdə mühafizə sistemlərini quraşdırır. Bir aydır ki, Elçin adlı şəxsi tanıyır. Elçinin evini təmir etmək üçün onunla tanış olmuş, 2020-ci ilin avqust ayının ortalarında Elçin adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində “Brilliant” şadlıq sarayının arxa hissəsində yerləşən evində usta kimi işləmiş, Elçinin evinin üç otağının və bir mətbəxinin malyar işini görməyi müqabilində 550 manat alacağı barədə onunla razılaşmışdır. Onların razılaşmasına görə işin yarısı görüldükdə danışdıqları məbləğin bir hissəsini, işi bitirdikdə isə qalan məbləği tam şəkildə almalı idi. Elçinlə razılaşdıqları kimi bir neçə gün müddətində işin yarısını gördükdən sonra Elçin ona 200 manat pul vermişdir. Aradan bir müddət keçdikdən sonra 08 sentyabr 2020-ci il tarixdə saat təxminən 14 radələrində o, işini bitirmiş, o, Elçindən qalan 350 manat pulunu istədikdə Elçin ona pul verməyəcəyini bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Elçin əli ilə onun bir dəfə baş nahiyəsindən vurduqda o, yerə yıxılmış, daha sonra Elçin onun qarın və qol nahiyəsinə təpiklə vurmuşdur. Bundan sonra o, küçəyə çıxdıqdan sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq onun Elçin ilə aralarında mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, mübahisənin Elçinin evinin həyətində baş verdiyini, onun Elçin ilə mübahisə etdiyi vaxt ikisinin olduğunu, mübahisə zamanı Elçinin əli ilə baş nahiyəsinə bir dəfə zərbə vurduğunu, daha sonra isə qarın və sol qol nahiyəsinə təpik zərbələri vurduğunu bildirdi. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, fərdi qaydada usta kimi çalışır. Ev təmiri işləri ilə məşğul olan Təqsirləndirilən şəxs və oğlu Şahid1 10 ildən artıq müddətdir ki, tanıyır. Elçin ev təmiri işləri götürən zaman onu da usta kimi işlətmişdir. Hazırda da Elçinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evində usta işləyir. Onun usta işlədiyi evin yanında, yəni bir həyətdə Elçinə məxsus iki ev vardır. Onun işlədiyi evin yanındakı evdə usta işləyən Nahidi hər gün işlədiyi həyətdə görsə də yaxın münasibətləri olmamışdır. 08.09.2020-ci il tarixdə səhər işə gələn zaman Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında Namil onunla və usta Nahid ilə görüşmüş. Namil ondan Nahidə işi tez bitirməsi üçün köməklik etməsini xahiş etmiş. O, da Namil ilə razılaşmış, Namil hətta ona günorta yeməyi üçün 20 manat pul vermiş, bundan sonra o, Nahid ilə birlikdə Elçinin usta işlədiyi evinə getmişlər. O, öz işlərini dayandırıb Nahidin işlədiyi evə daxil olub onunla birlikdə işləməyə başlamışdır. Onun işlədiyi digər evdə isə usta Yusif döşəməyə laminat vururdu. Həmin gün, yəni 08.09.2020-ci il tarixdə günorta saatlarında Elçin evə gəlmiş. Elçin Nahidə işi tez bitirməyini bildirmiş, Elçin Nahidə onun da Nahidə kömək edəcəyini demiş, bundan sonra Elçin Nahidə usta alətlərinin harada olduğunu soruşmuş, bu zaman Nahidlə Elçinin arasında sözlə mübahisə yaranmış, o, isə həmin vaxt otaqların arakəsməsini hörürdü. Nahid evdən həyətə çıxmış, Elçin isə Nahidin arxası ilə həyətə çıxmışdır. Bu zaman yüksək səslə Nahidin Elçinin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib həyətə çıxmış, həmin vaxt Elçin ilə Nahidin sözlə mübahisə etdiyini görmüş, o, aşağı həyətə düşən vaxt Nahid evin həyətinin giriş darvazasından küçəyə çıxmış, O, Elçini evə içəri aparmış, bundan sonra o, küçəyə çıxıb Nahidin yanına getmiş, ona orada Nahidin DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verməsi məlum olmuşdur. Əlavə olaraq o, Nahid ilə Elçinin evin həyətində mübahisə edən zaman evdə iş gördüyünü, Nahidin yüksək səslə Elçinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitdiyi üçün həyətə çıxdığını, kimin-kimi vuraraq xəsarət yetirdiyini görmədiyini, evin həyətində Elçin ilə Nahid mübahisə edən zaman tək olduqlarını, o, da Nahidin Elçinin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib həyətə düşdüyünü, Şahid1 orada olmadığını, Elçinin əli ilə Nahidin başına, təpiklə isə qarnına və sol qoluna vurduğunu və ona xəsarət yetirdiyini görmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi qaydada evlərin təmiri işi ilə məşğul olur. Təxminən bir aydır ki, Nahidi tanıyır. Nahid onların Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evlərində usta işləmiş və həmin evdə də yaşamış, Nahid 2020-ci ilin avqust ayının ortalarında evlərində təmir işlərinə başlamış, atası Elçinin Nahidlə razılaşmalarına görə Nahidə evin üç otağının və bir mətbəxinin rəngsaz işini görməyi müqabilində 550 manat pul verməli olmuşlar. Təxminən bir ay Nahid onların evində usta kimi işləmiş, o, hər dəfə evə gələn zaman Nahidi yatmış vəziyyətdə gördüyü üçün Nahidə irad bildirirmişdir. O, bildiyinə görə atası Elçin Nahidə 300 manat pul vermiş, əlavə olaraq Nahidin dükana olan 50 manat borcunu ödəmiş, 08.09.2020-ci il tarixdə səhər saat 09 radələrində o, Masazır qəsəbəsində yerləşən “Şok” marketin qarşısında ustası Radimlə birlikdə Nahidlə görüşmüş, söhbət əsnasında Nahid ona evi razılaşdıqları şəkildə həmin gün, yəni 08.09.2020-ci il tarixdə axşam saatlarında təhvil verəcəyini bildirmiş, o, Radimi də Nahidə kömək üçün həmin gün gətirmiş, o, Nahidə nahar etmək üçün 20 manat da pul vermiş, bundan sonra Radim Nahidlə birlikdə ondan ayrılıb işləmək üçün getmişlər. O, da Bakı şəhəri, Mərdəkan qəsəbəsinə işi ilə bağlı getmiş, bir neçə saatdan sonra isə Xırdalan şəhərində yaşadığı evin həyətində olan avtomobilini götürüb Bakı şəhərində avtomobilinin şüşələrinə örtük çəkdirmiş, həmin gün o, Bakı şəhərində olmuş, günorta saatlarında Nahid telefonda ona zəng edərək atasının ona pulunu vermədiyini dedikdə, o, isə Nahidə işini görüb bitirəndə pulunu alacağını demiş, sonradan atası Elçin ilə usta Nahid arasında mübahisə yaranması və Nahidin polisə şikayət etməsi ona məlum olmuşdur. Əlavə olaraq Zərərçəkmiş şəxs izahatında dediklərinin yalan olduğunu, həmin gün Bakı şəhərində olduğunu, Nahidlə mübahisə etmədiyini, onu vurmadığını və xəsarət yetirmədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Əliağa oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi qaydada usta kimi çalışır. Ev təmiri işləri ilə məşğul olan Təqsirləndirilən şəxs və oğlu Şahid1 2-3 ildir ki, tanıyır. Elçin ev təmiri işləri götürən zaman onu da usta kimi işlətmişdir. Hazırda da Elçinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evində usta işləyir. Onun usta işlədiyi evin yanında, yəni bir həyətdə Elçinə məxsus iki ev var. Onun işlədiyi evin yanındakı evdə usta işləyən Nahidi hər gün işlədiyi həyətdə görsə də, yaxın münasibətləri olmamışdır. Onunla eyni evdə Radim də usta işləmişdir. 08.09.2020-ci il tarixdə Radim Nahidə kömək etmək üçün onun işlədiyi evdə olmuş, o, isə tək evdə laminat vururdu. Həmin gün, yəni 08.09.2020-ci il tarixdə günorta saatlarında evin həyətindən səs gəldiyini eşidib həyətə düşmüş, həyətdə Elçin, Radim və Nahidi görmüş. Elçin Nahidi sakitləşdirməyə çalışmış, ancaq Nahid Elçin ilə sözlə mübahisə etmişdir. Əlavə olaraq o, həyətdən səs eşidib evdən həyətə düşdüyünü, Elçin ilə Nahidin yalnız sözlə mübahisə etdiyini gördüyünü, kimin kimi vurduğunu görmədiyini, o, evin həyətinə düşən zaman Elçin ilə Nahidin sözlə mübahisə etdiyini şahidi olduğunu, həmin vaxt orada digər evdə işləyən usta Radimi də gördüyünü, ancaq Təqsirləndirilən şəxs oğlu Şahid1 orada olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 10.09.2020-ci il tarixli 1863 nömrəli rəyindən görünür ki, 1993cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bazu oynağı nahiyəsinin geniş həcmli hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə, qarın nahiyəsinin yumşaq toxumaların əzilməsi – bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən, eləcə də zərərçəkənin göstərdiyi müddətdə və şəraitdə, yəni 08.09.2020-ci il tarixdə dava dalaş zamanı ağır çəkiyə malik olan dəmir parçası ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyi həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26.12.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-186/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-186/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver