Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-186/2024 16.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2001-ci ildə Xaçmaz rayonu, Tikanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Krasnı Xutor (Şıxlı) kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, avtomobili idarə edərək, yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Chery M Suv T11SQR7” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, 20 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, AAAF park yaşayış kompleksi istiqamətində 10 km/saat sürətlə hərəkətdə olarkən, Heydər Əliyev prospektində Xırdalan şəhəri istiqamətinə sağ tərəfdən birləşən dalandan idarə etdiyi avtomobili yola daxil edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətdə olduğu dalanda 2.4 «Yol verin» yol nişanının olmasını nəzərə alaraq, üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir kimi tələbinə riayət etməklə, baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək, avtomobilin qabaq hissəsi ilə, AAAF park istiqamətindən Xırdalan şəhəri istiqamətinə 40km/saat sürətlə İ zolağda əsas yol ilə hərəkət edən Şahid etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin minik” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı hissəsi ilə toqquşmuş, nəticədə “Tofaş Şahin minik” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkət hissəsinin kənarında Heydər Əliyev prospekti «Bazar Store» marketin qarşısında dayanmış piyada X6 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, sonuncuya baş-beyin silkələnməsi ilə müşayiət olunan çanaq sümüklərindən sağ qasıq sümüyün yerdəyişməyən xətti sınığı, sol böyrək kapsulasının hematoması ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına Az Ağır zərərvurmaya aid xəsarətləri almasına səbəb olmuş və hadisədən sonra idarə etdiyi avtomobili hadisə yerinin yaxınlığında saxlayaraq hadisə yerinə qayıtsa da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən nəqliyyat vasitəsini hadisə yerindən tərpətməməli, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə çatdırmaq öhdəliyi daşıdığı halda həmin öhdəlikləri yerinə yetirməyərək oradan uzaqlaşmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində özünə məxsus “Chery M Suv T11SDR7 “ markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AAAF park adlanan yerdə dalandan çıxıb baş yol olan Heydər Əliyev prospektinə çıxıb sağa üzü Xırdalan şəhər istiqamətinə dönmək istəmişdir. O, avtomobilinin ön hissəsini baş yola tərəf çıxartmış və bu zaman soldan baş yolda hərəkət edən “Toyota Prius” markalı, dövlət nömrə nişanını bilmədiyi nəqliyyat vasitəsi dayanmışdır. O, “Toyota Prius” markalı avtomobilin dayandığını görüb hərəkətinə davam etmişdir. Həmin an maşını yerindən tərpədən zaman sürəti təxminən saatda 10 km/s olmuşdur.Həmin hərəkət istiqamətində təxminən 10 metr irəlidə yolun sağında ağ rəngli Vaz-2107 markalı avtomobil dayanmış və bu səbəbdən də dönmə manevri etmək üçün trayektoriyanı biraz geniş götürmüşdür ki, həmin Vaz-2107 markalı maşının yanından keçə bilsin. Baş yolun ortasına çıxdıqdan sonra həmin yolla hərəkətdə olan “Tofaş” markalı nəqliyyat vasitəsi qarşısından keçmiş, bu zaman onun idarə etdiyi nəqliyyat vasitəsinin ön sol tərəfi həmin Tofaşın arxa sağ qapısına dəymiş və bu zaman Tofaş markalı nəqliyyat vasitəsi zərbə təsirindən idarəetməni itirib qarşıda yolun kənarında dayanan VAZ-2107 markalı ağ rəngli maşının qabaq sol qapısının yanında dayanmasını və həmin yerdə adamların yığışmasını görüb maşını saxladıqda orada bir nəfər şəxsin asfalt üzərində uzanıqlı vəziyyətdə olmasını görmüşdür. O, dərhal maşınını saxlayıb qəza işıqlarını yandırmışdır. Daha sonra maşından düşəndə artıq yerdə uzanan piyadanın ətrafına kütlə yığışmışdır. O, kütləyə yaxınlaşanda vurulan piyada yerə uzanmasını görüb yaxınlaşmış, onun səkiyə oturmasında digər şəxslərlə birlikdə köməklik etmişdir.Sonra yaxınlıqda olan aptekdən su istəmişdir. Orada hadisə yerinə toplaşan insanlar bu barədə TTY və DİN-nin 102 xidmətinə məlumat vermişlər. O, isə avtomobilinə əyləşib getmişdr. Həmin vaxt piyadanın Tofaş markalı avtomobil tərəfindən vurulmasını fikirləşdiyi üçün hadisə yerində gözləməyib getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus VAZ-2107 markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobili vardır və o, həmin avtomobili idarə edir. 20 aprel 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksinin yaxınlığında yerləşən «Bazar Store» marketin qarşısında idarə etdiyi «VAZ-2107» markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobili ilə dayanıb adam gözləmişdir. Lakin gec olduğu və gözlədiyi adam gəlmədiyindən o, avtomobilinə əyləşmək istərkən ani anda «Tofaş» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin AAAF park yaşayış kompleksi istiqamətindən Xırdalan şəhəri istiqamətinə «Bazar Store» marketin önündə əsas yol ilə gələrək sağ tərəfdən onu vurmuşdur. O, həmin zərbədən yerə yıxılmışdır Bundan sonra həmin yerə çoxlu adamlar yığışmış və onu yerdən qaldıraraq yolun kənarına səkiyə oturtmuşlar. Bundan sonra hadisə yerinə TTYS-nın briqadası çağırılmış və ona Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, onu vuran Tofaş markalı avtomaşının sürücüsü sonradan adı ona məlum olan Əhmədiyə adlı şəxs onu vurduqdan sonra TTYS-na zəng vurub çağırmış və xəstəxanada olarkən də onun bütün xərclərini qarşılamışdır. Daha sonra ona Tofaş markalı avtomaşının sürücüsü Əhmədiyənin avtomobili AAAF park istiqamətindən Xırdalan şəhəri istiqamətinə Bazar Store marketin önündə əsas yol ilə hərəkətdə olan zaman sağ tərəfdən dalandan çıxan avtomobilin Əhmədiyyənin idarə etdiyi avtomobilə dəymiş və sonuncu idarəetməni itirərək onu vurmuşdur. Hadisəyə səbəb olmuş istintaq zamanı ona məlum olan «Chery» markalı ** TJ *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü hadisə zamanı ona yaxınlaşıb heç bir yardım göstərməmiş, hadisə yerində onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən yayınmışdır. Hazırda dəymiş ziyandan 500 manat ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, təxminən 01 ildir ki, nəqliyyat vasitəsi idarə edir. Hazırda təxminən 5 aydan artıqdir ki, o, etibarnamə əsasında «Tofaş Şahin minik» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. 20 aprel 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində o, idarə etdiyi həmin «Tofaş» markalı avtomobil ilə AAAF park istiqamətindən Xırdalan şəhəri istiqamətinə 40 km/ saat sürətlə «Bazar Store» marketin önündə 1 zolağdan ibarət olan əsas yol ilə hərəkətdə olan zaman qəfildən sağ tərəfdən dalandan çıxan «Cery M Suv T11SQR7» markalı avtomobil idarə etdiyi avtomobilin arxa sağ qapısından vurmuş və həmin zərbədən o, idarə etməni itirərək qarşıda yolun sağ kənarında dayanmış piyadanı idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vurmuşdur. Dərhal əyləcə basıb avtomobili saxlamışdır. Avtomobildən düşərək piyadaya yaxınlaşmış, TTYS-na zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən bir az keçmiş hadisə yerinə TTYS-nın biriqadası gəlmiş və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə o, həmin vurduğu şəxsi avtomobilə qoyduqdan sonra təcili yardım maşını həmin şəxsi «Abşeron Mərkəzi xəstəxanasına aparmışlar. O, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdikdən sonra özü taksi avtomobili ilə Abşeron Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada həmin xəstənin vəziyyəti ilə maraqlanmış, vurduğu kişinin X8 olması məlum olmuşdur. O, Zaur Bağırovun xəstəxana xərclərini tam olaraq ödəmişdir. Xəstənin yaxınları gəldikdən sonra o, hadisə yerinə qayıtmışdır. Təxminən bir az keçmiş Abşeron RPİ-nin polis əməkdaşları gələrək, onunla şifahi sorğu apardıqdan sonra birlikdə hadisə yerinə baxış keçirilmiş və hadisə ilə bağlı sənədlərini götürmüşlər. Baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl o, hər hansı bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir.Hadisə zamanı o.xəsarət almamışdır. O, hadisə zamanı avtomobildə tək olmuşdur. Onun idarə etdiyi avtomobildə heç bir problem və texniki nasazlıq olmamışdır. Hadisə zamanı hava şəraiti qaranlıq, yol örtüyünün vəziyyəti asfalt örtüklü olmuşdur. O, hadisə zamanı piyadanı ümumiyyətlə görməmiş, qəfildən sağında dalandan çıxan «Chery M Suv T11SQR7» markalı avtomobil idarə etdiyi avtomobilin arxa sağ qapısından vurması nəticəsində zərbədən idarə etməni itirərək qarşıda yolun sağ kənarında dayanmış piyadanı idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli, 944 №-li rəyindən görünür ki, 1967-ci ildə anadan olmuş X5 məhkəməə-tibbi müayinəsinin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir. 1.X5 almış olduğu xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan çanaq sümüklərindən sağ qasıq sümüyün yerdəyişməyən xətti sınığı, sol böyrək kapsulasının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. 2.Vət.Z.A.Bağırovun adına olan tibbi sənəddə qeyd olunan “sağ qulaq seyvanının üst nahiyəsinin cırılmış yarası” diaqnozu obyektiv əlamətlərə görə əsaslandırılmadığına və məhkəmə tibbi müayinə zamanı belə xəsarət aşkar olunmadığına görə xəsarət kimi qiymətləndirilmir. Baş vermiş yol-nəqliyyat hadisəsində «Tofaş» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid və “Chery M Suv T11SDR7“ markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə uyğunsuzluqlar olubolmaması və hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 8/1269 №-li rəyindən görünür ki, 1.İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Tofaş» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 2.İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Chery markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 «Yol verin» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Chery markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Qeydiyyatimtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001 –ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməsə də Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisənin görüntülərini özündə əks etdirən və məhkəmə istintaqında tədqiq edilən DVD disklə, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs yol-nəqiyyat hadisəsinin baş verməsinə səbəbkar olduğu və hadisədən sonra xəsarət alan piyada X7 heç bir yardım göstərmədən, özü barədə ona hər hansı bir məlumat vermədən, hadisə barədə polisə məlumat verməyib hadisə yerindən qaçıb uzaqlaşması zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, hadisənin video görüntüsü və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməməsi ilə bağlı dəlillərini özünümüdafiə kimi qiymətləndirməklə, inandırıcı və ağlabatan hesab etmir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsilə bağlı 10 aprel 2012-ci il tarixli qərarından görünür ki, nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir (“Yol hərəkəti haqqında” Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Bu cür yanaşmanın əhəmiyyətinə Avropa ölkələrinin məhkəmə təcrübəsində də rast gəlmək olar. Belə ki, Belçikanın Konstitusiya Məhkəməsinin 2005-ci il 13 iyul tarixli qərarında göstərilmişdir ki, nullum crimen, nulla poena sine lege prinsipi bu ideyadan irəli gəlir ki, cinayət qanunu hər kəsə edəcəyi hərəkətlərin cəzalandırılmalı olub-olmamasını bilmək imkanını verən ifadələrdən ibarət olmalıdır. Bu, ilk növbədə, tələb edir ki, hüquqi müəyyənlik prinsipinə cavab verən kifayət qədər ətraflı və aydın ifadələrlə hansı hərəkətlərin cəzalandırılmalı olması qanunvericilikdə göstərilsin. Belə olan halda, hər hansı müəyyən hərəkəti edən şəxs bu hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən qiymətləndirə bilər. Bununla da, məhkəmələrə həddən artıq mülahizənin verilməsinin qarşısı alınmış olar. Sözügedən məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərar). Eyni zamanda, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Qeyd olunmalıdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263- 1.1 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərdən birinin ehtiyatsızlıqdan, digərinin isə qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyandan 500 manat ödəməsini onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Rəşad Cəfərov tərəfindən şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 08 iyun 2023-cü il tarixdə müstəntiq polis mayoru Rəşad Cəfərov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin məcəllənin 263-1.1 və 264-cü maddələrinə tövsif edilmişdir. 10 iyun 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Abşeron rayon prokuroruna vəsatət verilmiş, lakin Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatətin təmin edilməməsi barədə qərar qəbul olunduğundan həmin tarixdə müstəntiq Rəşad Cəfərov tərəfindən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 08 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günü bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilmaəsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01(bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01(bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalından həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-186/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-186/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver