Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-187/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs Cəmaləddin qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 88-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalın şəhəri, H.Zərdabi küçəsi, ev 88-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 04 fevral 2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən «Vəfa» gözəllik salonuna açıq qapıdan daxil olmuş, salonda işləyən qadınların digər otaqda olmasından istifadə edərək salondakı güzgünün qarşısına qoyulmuş Zərərçəkmiş şəxs məxsus çantadan içərisində ekvivalentlə 170 manat təşkil edən 100 ABŞ dollarını, 850 manat nağd pulu, 1500 manat dəyərində üzərində üç brilliant qaşı olan italiya istehsallı 750 əyarlı, 7 qram çəkidə bir cüt qızıl sırğanı, 1000 manat dəyərində italiya istehsallı 750 əyarlı, 10 qram çəkidə nişan qadın qızıl üzüyünü, 500 manat dəyərində İtaliya istehsallı 750 əyarlı, 6 qram çəkidə spiral formalı bir cüt qadın qızıl sırğanı, hər birinin dəyəri 500 manat olan, ümumi 1000 manat dəyərində iki ədəd “beşlik” qızılı, 300 manat dəyərində üzərində «tərəzi bürcü» olan 750 əyarlı, 3 qram çəkidə kulonu olan boyunbağını, 120 manat dəyərində 750 əyarlı, 1,3 qram çəkidə nazik qızıl üzüyü, 200 manat dəyərində üzərində 10 ədəd çerkon qaşı olan gümüş üzüyü, 80 manat dəyərində üzərində 6 ədəd çerkon qaşı olan bir ədəd gümüş üzüyü, 50 manat dəyərində üzərində 5 ədəd çerkon qaşı olan bir ədəd gümüş üzüyü, 20 manat dəyərində sadə formalı gümüş üzüyü, 30 manat dəyərində bir cüt halqavari gümüş sırğanı, 15 manat dəyərində sadə gümüş sırğanı, hər birinin dəyəri 10 manat olan ümumi 20 manat təşkil edən iki ədəd fleş kart olan 20 manat dəyərində dəri pulqabını, yəni ümumilikdə 5875 manat dəyərində əmlakı oğurlayaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xalis çəkisi 0,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib siqaretin şəffaf sellofanına qablaşdırıb əynində olan cins şalvarının sağ yan cibində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 02 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri, H.Zərdabi küçəsində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş 0,215 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər 3 dəfə törətdiyi cinayət əməllərinə görə məhkum olunmuş, sonucu dəfə isə oğurluq etdiyi üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2018-ci ilin iyul ayının 4-də azadlığa buraxılmış, 04 fevral 2020-ci il tarixdə yaşadığı ərazidə olmuş, günorta radələrində həmin ərazidən çıxıb 28-ci məhəllə ərazisi istiqamətinə gəlmiş, tanışı həmin ərazidə olan bərbərxanada saçını qırxdırmalı olmuş və o da sonuncu ilə görüşüb pul almaq istəmişdir. 2 ildir ki, cəzadan buraxılmasına baxmayaraq, hadisə törətdiyi əraziyə ilk dəfə idi ki, gedirmiş, buna görə də birinci mərtəbədə tanışının olduğu yeri axtararkən həmin mərtəbədə yerləşən gözəllik salonunun qapısını təsadüfən açmış, salonun içərisində olan giriş otaqda heç kəs olmamış, otaqda olan güzgülü stolun yanında qadan əl sumkasının olduğunu görüb güzgülü yerə yaxınlaşmış, ətrafa baxdıqda otaqda kənar bir şəxsin olmadığına əmin olmuşdur. Əl sumkası açıq vəziyyətdə olmuş və onun üst tərəfindən qara rəngli pul kisəsinin olduğunu görüb kimsənin görməyəcəyinə əmin olduqdan sonra pul kisəsini cəld götürmüş və həmin anda da salonu tərk edib bayıra çıxmışdır. Salondan çıxan kimi də sağa dönüb həmin ərazidən uzaqlaşmış, salondan çıxandan sonra pul kiçəsini əynindəki gödəkçənin içəri cibinə qoymuş, sonra hündürmərtəbəli binanın qarşısından küçəyə çıxdıqda boş taksi avtomobili gəldiyini görüb saxlatmış və Bakı şəhəri 20 yanvar metrosuna tərəf getdiyini bildirmişdir. Yolda gedərkən əlini cibinə salıb gizli halda pul kisəsini açmış və içərisində pul olduğuna əmin olmuş, lakin pul kisəsini cibindən çıxarmaamış, 20 yanvar metrosu istiqamətində düşdükdən sonra kənara çəkilib pul kisəsini açmış və içərisində olan pulları saymış, təxminən 435 manat nəğd pul, həmçinin xırda pullar olmuşdur. Bundan başqa bir ədəd 100 ABŞ dolları əskinazı, iki ədəd nazik qızıl üzük, bir ədəd boyunbağı, bir cüt sırğa olmuş, həmin məmulatlar qızıldan olmuşdur. Bundan başqa pul kisəsində gümüşdən hazırlanmış bir cüt sırğa, 2 ədəd üzük və bir ədəd kulon da olmuş, pul kisəsindən aşkar etdiyi pulları və həm qızıl, həm də güymüşdən olan məmulatları götürüb cibinə qoymuş, pul kisəsini isə yaxınlıqda olan əraziyə atıb oradan uzaqlaşmışdır. Əldə etdiyi pulları şəxsi tələbatı üçün xərcləmiş, qızılları və gümüşü isə satmaq üçün Memar Əcəmi metrosu istiqamətinə gəlib orada bir qədər gəzişdikdən sonra orada dayanmış qızıl təhvil alan tanımadığı şəxsə yaxınlaşmış və üzərində olan qızılları və gümüşləri təqdim edib satmaq istədiyini bildirmişdir. Həmin şəxs təqdim etdiyi əşyalara baxıb ona 1300 manat pul verəcəyini bildirmiş, razılaşıb həmin əşyaları satmış və pulu alıb oradan uzaqlaşıb getmiş, sonra həmin pulları da şəxsi tələbatı üçün xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, salona daxil olduqda orada hər hansı şəxsin olduğunu görməmiş, buna görə də salonda adam olmadığına əmin olub pul kisəsini götürmüş, tez bir anda da salonu tərk etmiş, salonu tərk etdikdə onu görən şəxs olmamışdır. Qızılları və gümüşləri Memar Əcəmi metrosunun qarşısında dayanmış qızıl təhvil alan şəxsə satmış, həmin şəxsi ilk dəfə idi ki, görmüş və onun şəxsiyyəti barədə hər hansı məlumatı yoxdur, qızılları və gümüş həmin şəxsə satmaq üçün təqdim etdikdə əşyaların özünə məxsus olduğunu demiş və maddi sıxıntıları ilə bağlı satmaq istədiyini bildirmişdir. Təxminən 10 il olar ki, narkotik vasitə olan heroin qəbul edir. 01 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 8 manat qarşılığında bir ədəd siqaretin şəffaf sellofan bükümündə narkotik vasitə olan heroin almış, həmin narkotik vasitənin olduğu bükümü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 02 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Xırdalan şəhərində yaşadığı H.Zərdabi küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu, buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİnə getməsini demişlər. Heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, orada ona hüquqlarım izah edildikdən sonra video çəkiliş ilə polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən o, özü əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd siqaretin şəffaf sellofanına bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra həmin bükümdəki narkotik vasitə ekspertiza təyin edilməsi üçün onun və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Özü istifadə etmək üçün narkotik vasitə əldə etmiş, cibindən aşkar edilərək götürülmüş siqaretin şəffaf sellofanına bükülmüş bir bükümdə olan narkotik vasitəni 01 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 8 manat qarşılığında şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cəmaləddin qızı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında “Vəfa” gözəllik salonunu təxminən 6 ilə yaxındır ki, icarəyə işlədir. Hər gün saat 09 radələrində gözəllik salonunu açır, saat 19 radələrində salonunu bağlayır. Salonda o və Zenfira işləyir. 04 fevral 2020-ci il tarixdə saat 09 radələrində işlədiyi gözəllik salonuna getmiş, özü ilə əl çantasını da götürmüş, əl çantasını güzgünün qarşısında qoymuşdur. Zenfira xəstə olduğu üçün təxminən saat 14 radələrində salonda digər otağa, yəni mətbəx kimi istifadə etdiyi otağa keçmiş ki, Zenfiraya baxsın. Təxminən 10 dəqiqə mətbəx kimi istifadə etdiyi otaqda olmuş, bundan sonra salona keçmiş, qara rəngli, dəridən olan çantası güzgünün qarşısında olmuş, təxminən saat 18 radələrində salondan çıxmalı olduğu üçün əl çantasına yaxınlaşmış ki, əl çantasını oradan götürsün. Bu zaman əl çantasının içərisində pul qabının yerində olmadığını görmüş, dərhal ətrafa baxmış, lakin pul qabını tapa bilməmişdir. Fikirləşmişdir ki, həmin gün yəni 04.02.2020-ci il tarixdə saat 14 radələrində salonda mətbəx kimi istifadə etdiyi yerə keçən zaman kimsə salona daxil olub, oradan əl çantasının içərisindən pul qabını kimsə götürmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng etmiş və oğurluq olması barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yeri müayinə olunmuşdur. Oğurluq zamanı pul qabının içərisində 100 ABŞ dolları (170 AZN), 850 manat nəğd pul, 1500 manat dəyərində üzərində üç brilliant qaşı olan italiya istehsallı 750 əyarlı, 7 qram çəkidə bir cüt qızıl sırqa, 1000 manat dəyərində italiya istehsallı 750 əyarlı, 10 qram çəkidə nişan qadın qızıl üzüyü, 500 manat dəyərində italiya istehsallı 750 əyarlı, 6 qram çəkidə spiral formalı bir cüt qadın qızıl sırqası, hər birinin dəyəri 500 manat olan iki ədəd qızıl “beşlik”, 300 manat dəyərində üzərində tərəzi bürcü olan 750 əyarlı, 3 qram çəkidə klonu olan boyunbağı, 120 manat dəyərində 750 əyarlı, 1,3 qram çəkidə nazik qızıl üzük, 200 manat dəyərində üzərində 10 ədəd çerkon qaşı olan gümüş üzük, 80 manat dəyərində üzərində 6 ədəd çerkon qaşı olan bir ədəd gümüş üzük, 50 manat dəyərində üzərində 5 ədəd çerkon qaşı olan bir ədəd gümüş üzük, 20 manat dəyərində sadə formalı gümüş üzük, 30 manat dəyərində bir cüt halqavari gümüş sırğa, 15 manat dəyərində sadə gümüş sırqa, hər birinin dəyəri 10 manat olmaqla iki ədəd fleş kart oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5855 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.B.Zərdabi küçəsi, ev 88-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, qəbul etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 12.10.2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və CAŞ-nin əməliyyat müvəkkili, polis Şahid2la birlikdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində tərəfimizdən saxlanılmış, sonuncuya qanunsuz olaran narkotik vasitə qəbul etməsində və daşımasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olundu və videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmiş, onun üstünə baxış keçirilərkən üzərində qeyri qanuni əşya varsa, stolun üstünə qoyması təklif olunmuş, belə olan halda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanuna bükülmüş narkotik vasitə olan heroinə oxşar maddəni çıxarıb təqdim etmiş, sonra təqdim edilmiş həmin narkotik vasitəyə oxşar kütlə kağız zərfə qoyularaq qablaşdırıldı və bu barədə protokol tərtib edilmiş, həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilməkdədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi 02 oktyabr 2020-ci il tarixli 6/2045 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilmiş maddə...” yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,165 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli 2931 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan və psixotrop maddə metamfetamindən maddələrdən sui – istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında 01 ədəd diskə baxiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12.10.2020-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri, H.Zərdabi küçəsində saxlanılaraq Abşeron rayon Pİ-nin inzibati binasına gətirilmiş, orada saat 14:50-dən saat 15:15-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ünvan 1 ünvanda yerləşən «Vəfa» gözəllik salonunun yaxınlığında quraşdırılmış kameranın qeydə aldığı vieogörüntünün köçürüldüyü bir ədəd DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, görüntü 02:14 dəqiqəni əhatə edir. Götürtünün 01:15 dədiqəsində bir nəfər orta boylu şəxsin «Vəfa» gözəllik salonununa daxil olduğu və 01:58 dəqiqədə salondan çıxaraq sağa dönüb getdiyi müəyyən olundu. Həmçinin CD diskinə köçürülmüş 3 ədəd fotoşəkildən ibarət fotocədvəldə bir nəfər əynində qalın gödəkçə və başında papaq olan orta boylu şəxsin hərəkət edə-edə sol əli ilə gödəkçəsinin qarşı hissəsini irəliyə doğru çəkdiyi və sağ əlini isə gödəkçənin içəri cibinə salaraq nəyisə qoyduğu əks olunmuşdur. 15.06.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15.06.2019-cu il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.4, 66.5, 68.2-ci maddələrinə əsasən 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişiklik tətbiq olunaraq cəzası 3 il 8 ay 28 günə endirilmiş, 14.07.2018ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski və ünvan 1 ünvanda yerləşən «Vəfa» gözəllik salonunun yaxınlığında quraşdırılmış kameranın qeydə aldığı videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.4, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.10.2020-ci il tarixdən 03.10.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 04.02.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski və ünvan 1 ünvanda yerləşən «Vəfa» gözəllik salonunun yaxınlığında quraşdırılmış kameranın qeydə aldığı videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,165 qram narkotik vasitə olan heroin heroin məhv edilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.10.2020-ci il tarixdən 03.10.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təsirləndirilən şəxsə təyin edilmiş 3000 manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04.02.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski və ünvan 1 ünvanda yerləşən «Vəfa» gözəllik salonunun yaxınlığında quraşdırılmış kameranın qeydə aldığı videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Madi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,165 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-187/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-187/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver