Məhkəmə qərarları › İş №1(012)-187/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-187/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-187/2023 02.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində kirayədə yaşayan, Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayətini, yəni Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə barəsində Abşeron rayon məhəkəməsində cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədən 523 saylı avtobusla gələrkən kirayədə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində M.Əsədov küçəsində yerləşən “Araz” marketə çatmamış avtobusda qarşısındakı oturucaqda əyləşmiş X2 əynində olan jaketin sağ yan çibindən 10 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə ilə işləyən 300 manat dəyərində «Xiomi» markalı mobil telefonunu, çıxarmaqla ümumilikdə 310 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məqsədlə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 15 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədən 523 saylı avtobusa minərək kirayə yaşadığı Saray qəsəbəsinə gələn zaman avtobusda qarşısındakı oturucaqda əyləşmiş sonradan adını bildiyi Dilarə Adullayevanın əynində olan jaketin sağ yan cibindən «Xiomi» markalı mobil telefonu oğurlamışdır. O, telefonu istifadə etmək üçün oğurlamaq qərarına gəlmişdir. Sonra isə onu söndürüb yaşadığı evə qoymuşdur. O, həmin vaxt tək olmuş, buna baxmayaraq Sumqayıt şəhərində qeydiyyatdadır, amma Saray qəsəbəsində ev götürüb kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində 523 saylı avtobusda Zərərçəkmiş şəxs məxsus «Xiomi» markalı mobil telefonu cibindən oğurlayan zaman avtobusda olan digər sərnişinlər bunu görməmişlər və bundan heç kimin xəbəri olmamışdır. Həmin vaxt oğurladığı telefonun üzərində olan nömrəni dərhal çıxarıb qırıb Sarayda “Araz” marketdən biraz aralıda atmışdır. Üzərindən telefon götürdüyü qadını əvvəllər görməmiş, onu həmin vaxt ilk dəfə görürmüşdür, daha sonra onu polisdə olarkən görmüş və adını Dilarə olduğunu, Saray qəsəbəsində yaşadığını bilmişdir. Onun üzərindən həmin mobil telefonu Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısına çatanda götürmüşdür. Polis işçiləri onu polisə dəvət edəndə həmin telefonu onlara təqdim etmişdir. Sonda o, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 15 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Kolxoz bazarı adlanan yerdən 523 saylı avtobusa minərək yaşadığı Saray qəsəbəsinə gəlmiş, Saray qəsəbəsi, M.Əsədov küçəsində «Araz» marketin qarşısında avtobusdan düşmüş, avtobusdan düşdükdən sonra əynində olan boz rəngli jaketin, yəni üst geyimin sağ yan cibində qoyduğu «Xiomi» markalı 868 417 031 322 263 və 863 031 322 271 İMEL kodu mobil telefonunun oğurlanmasını müəyyən etmişdir. Ona məxsus telefon 523 saylı avtobusda oğurlanmışdır, mobil telefonun oğlurlanması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsində şühbələndiyi şəxs olmamışdır. Şikayəti və tələbi ona məxsus mobil telefonu oğurlamış naməlum şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasından və telefonun qaytarılmasından ibarət olmuşdur. Həmin telefon da, üstündəki nömrə də ona məxsusdur, telefonun qiyməti 300 manat, nömrəsi isə 10 manat təşkil edir. Ümumilikdə ona 310 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş maddi ziyanı tələb edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 məhkəməyə ərizə ünvanlayaraq ibitdai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və vurulmuş ziyanı tələb etmədiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməliyyat müvvəkili Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində «Xiomi» markalı 300 manat dəyərində mobil telefonu oğurlanması barədə Saray PB-nə 18 oktyabr 2022-ci il tarixdə vətəndaş X2 ərizəsi daxil olmuşdur. Həmin ərizə ilə əlaqadar olaraq tərəflərindən əməliyyat tədbiri keçiridlmiş, həmin mobil telefonunu Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən müəyyən olunandan sonra onu Saray polis bölməsinə dəvət etmişlər, onunla söhbət aparılmış, o, Zərərçəkmiş şəxs məxsus mobil telefonunu 525 nömrəli marşurut avtobusunda hərəkətdə olarkən Saray qəsəbəsində M.Əsədov küçəsində oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin telefonu təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs telefonun üzərində olan istifadə olunan nömrəni isə telefondan çıxarıb tulladığını və həmin cinayət hadisəsini tək törətdiyini bildirmişdir. İş materiallarında olan «X4» MMC-nin, 25 noyabr 2022-cı il tarixli 135 saylı rəyindən görünür ki, təqdim edilən «Xiomi» markalı mobil telefonun hadisə baş verən tarixə orta bazar qiyməti ilə təqribi dəyəri 120.0 manat məbləgtndə müəyyən edilir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş «Xiomi» mobil telefonu ekspertizadan sonra sahibinə qaytarılmışdır. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını cibindən çıxarmaqla gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmasına münasibətdə aşağıdakılrı qeyd edir. Belə ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsinin xaric edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidin məhkəmə tərəfindən elan olunaraq tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinn xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 05 (beş) ilə endirilmiş və o, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 7 saylı MKS-i tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin olmaması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli həmin hökmlə müəyyən edilən 30 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş «Xiomi» markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş «Xiomi» markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar