Məhkəmə qərarları › İş №1(012)-188/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-188/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-188/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 və Müdafiəçiiştirakı ilə xx.xx.1989-cu ildə Tərtər rayonu, Əskipara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonunun Əskipara kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyevküçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu ildə saat 1530 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 6,5-ci kilometrində 6 zolaqlı yolda Zərərçəkmiş şəxs3 məxsus idarə etdiyi DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağdan sola doğru 5-ci zolağında sürücü Zərərçəkmiş şəxs1 tərəfindən nasazlıq səbəbindən dayandırılmış JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 ağır kəllə beyin travması, baş-beyin əlamətləri ilə və psixomator oyanıqlıq ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin sağ alm payının hemorragik kontuziyası sağ və sol almacıq sümüklərinin, burun sümüklərinin sınıqları, sol göz almasının kontuziyası və sol gözün travmatik midriazı, alın nahiyyəsinin sol hissəsini və sol gicgah nahiyyəsini əhatə edən, üst dodaq nahiyyəsinin orta hissəsinin və alt dodaq nahiyyəsinin sol hissəsinin əzilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş,həmçinin DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs3 3386 manat maddi ziyan və JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 611 manat 50 qəpik maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, avtomobili idarə etmək hüquq vardır və xx.xx.2014-cü ildə ona BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. *9111 taksi xidmətində 2019-cu ilin may ayından işləyir. xx.xx.2019-cu ildə saat 15:20 radələrində Sulutəpə dairəsində idarə etdiyi avtomobildə oturub sifariş gözləyərkən, şirkətdən gələn sifarişə əsasən yaxınlıqdakı «Çinar» otelin qarşısına getmiş və orada bir nəfər tanımadığı qadın onun idarə etdiyi DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin kimi arxa oturacaqda oturmuşdur. Həmin gün saat 15:30 radələrində etibarnamə ilə idarə etdiyi X5 məxsus DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 6,5-ci kilometrində 6 zolaqlı yollun sağdan sola doğru 5-ci zolağı ilə Bakı istiqamətində 70-80 km/saat sürətlə hərəkət etmişdir. Hadisənin necə baş verdiyini xatırlamır. Qəzaya uğradığı avtomobildən onu ətrafdakılar çıxartmışlar. Hadisə yerində özünə gəldikdə ona məlum olmuşdur ki, idarə etdiyi avtomobillə yük avtomobili ilə toqquşmuşdur. Sərnişin barədə soruşduqda hadisə yerində olan tanımadığı şəxslər bildirmişlər ki, sərnişini xəstəxanaya aparıblar. Yaxın qohumları xəsarət almış sərpnişinin müalicə aldığı xəstəxanaya dəfələrlə gedib, onun müalicə olunmasına köməklik etmişlər. Hadisə nəticəsində özü də xəsarət aldığı üçün xəstəxanaya aparılmış, orada bir müddət müalicə aldıqdan sonra evə buraxılmışdır. JAC HFC3072K yük markalı avtomobilin arxasında nə təkər nə də təkərin üstündə qəza nişanı olmamışdır. Təhlükəni görmədiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki,nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2015-ci ildə ona BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2019-cu ildə saatl530 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 6,5-ci kilometrində X3 məxsus etibarnamə əsasında idarə etdiyi JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobillə 6 zolaqlı yolun sağdan sola doğru 5-ci zolağı ilə Bakı şəhəri istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobilin təkər oxunda yaranmış nasazlıq səbəbindən arxa sol təkərlər yerindən çıxaraq ox yerə düşmüşdür. Bu səbəbədən də avtomobili həmin zolaqda hərəkətsiz dayandırmışdır. Bunu görən 2 nəfər YPX inspektoru yaxınlaşıb ona demişlər ki, avtomobilin arxasında təkərlərindən birini avtomobildən 20 metr məsafədə və üstündə qəza nişanı, digərini isə 10-12 metr məsafədə qoysun ki, arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri təhlükəni görsünlər. İnspektorun dediyi kimi həmin tədbirləri görmüş və avtomobili yoldan götürmək üçün 156 xidmətinə zəng etmişdir. Təxminən 7-8 dəqiqədən sonra Bakı istiqamətinə hərəkətdə olan DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobil avtomobilinin arxasında olan iki təkəri qabağına qatıb gələrək avtomobilinin arxa sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə həmin avtomobilin sürücüsü və sərnişini olan qadın xəsarət almışdır. Onun avtomobilinin 2 təkəri yararsız vəziyyətə düşmüş, arxa stop sınmış və arxa körpü hissəsi əyilmişdir. Bununla da ona ümumilikdə 611 manat 50 qəpik maddi ziyan dəymişdir. Qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3ifadəsində göstərmişdir ki, X4 mülkiyyətində olan DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında satın almışdır. Həmin avtobilin faktiki sahibi hazırda özüdür. DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etmək üçün 9 ay 28 gün müddətinə vermişdir. xx xxxxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobil əzilərək ona ümumilikdə 1956 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanla əlaqədar heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əri 2011-ci ildə vəfat etmişdir. 2007-ci il təvəllüdlü qızı və 2011-ci il təvəllüdlü oğlu onun himayəsində olmaqla 2015-ci ildən uşaqları ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu X10 küçəsi ev 110 mənzil 80-də kirayədə yaşayır. xx.xx.2019-cu ildə saat 15:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsindəki «Çinarlı» otelində işi ilə əlaqədar olarkən kirayədə yaşadığı ünvana qayıtmaq məqsədi ilə *9111 taksi xidmətinə zəng edib taksi istəmişdir. Təxminən 2 dəqiqədən sonra ünvana DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin taksidə arxa oturacaqda sağ tərəfdə oturmuşdur. Sərinişini olduğu həmin avtomobil saat 15:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 6,5-ci kilometrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağdan sola doğru 5-ci zolağında dayanmış yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Bu zaman xəsarət alaraq huşunu itirmişdir. 4 gündən sonra xəstəxanada komatoz vəziyyətdən çıxmış, 18 gün xəstəxanada müalicə olunduqdan sonra evə ambulator müalicəyə buraxılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaq zamanı Quliyeva X1 Sərxan İlham oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin təmin olunmasını, mülki cavabdeh Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş xəsarətlərin müalicəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, yəni 8.000 manat pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsindəgöstərmişdirki,Baş Dövlət X8 bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2019-cu ildə saat 15:30 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 6,5- ci kilometrində xidmətdə olarkən həmin yerdə 6 zolaqlı yolun sağdan sola doğru 5-ci zolağı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərləri yerindən çıxmış, ox yerə düşərək avtomobil həmin zolaqda hərəkətsiz dayanmışdır. Bunu görən kimi həmin avtomobilə yaxınlaşaraq sürücüsünə demişdir ki, avtomobilin arxasında təkərlərindən birini avtomobildən 20 metr məsafədə və üstündə qəza nişanı, digərini isə 10-12 metr məsafədə qoysun ki, arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri təhlükəni görsünlər. Sürücü onun dediyi kimi həmin tədbirləri görmüş və avtomobili yoldan götürmək üçün 156 xidmətinə zəng etmişdir. Təxminən 7-8 dəqiqədən sonra Bakı istiqamətinə hərəkətdə olan DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin arxasında olan iki təkəri qabağına qatıb gələrək avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə həmin avtomobilin sürücüsü və 1 nəfər sərnişin qadın xəsarət almışdır. Yük avtomobilinin 2 təkəri yararsız vəziyyətə düşmüş, arxa stop sınmış və arxa körpü hissəsi əyilmişdir. Hadisə onun tərəfindən qeydə alınmış və yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2313 №lirəyindəngörünürki,Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağır kəllə beyin travması, baş-beyin əlamətləri il əvə psixomator oyanıqlıq ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin sağ alın payının hemorragik kontuziyası sağ və sol almacıq sümüklərinin, burun sümüklərinin sınıqları, sol göz almasının kontuziyası və sol gözün travmatik midriazı, alın nahiyyəsinin sol hissəsini və sol gicgah nahiyyəsini əhatə edən, üst dodaq nahiyyəsinin orta hissəsinin və alt dodaq nahiyəsinin sol hissəsinin əzilmiş yaraları bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2019- cu ildə yol-nəqliyyat hadisəsi şəraitində əmələ gələ bilərdi və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2314 №lirəyindəngörünürki,Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ gicgah, sol qulaq seyvanı, sol yanaq, sol said və sağ əlin İİİ-İV barmaqlarının əzilmiş cırılmış yaraları və sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu ildə yol-nəqliyyat hadisəsi şəraitində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli 24424saylı rəyindən görünür ki, DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində oğlunun hərəkətlərində 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli, 2/7794 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 20:00-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 016-89732-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə BC kateqoriyalı, AE 212194 nömrəli sürücülük vəsiqəsi verilmiş, bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Zərərçəkmiş şəxs1 təsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyatüçüntəhlükəliolansağlamlığaağırzərərvurmayaaid xəsarətlər almışıdr. Hadisə nəticəsində təqsirləndirilən şəxs özüdə az ağır xəsarət almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobilin və JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı qanunvericiliyin sahələrinin normalarına uyğun mülki iddia təqdim etmədiyindən zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs qanunvericiliyin sahələrinin normalarına uyğun qaydada məhkəməyə mülki iddia ərizəsini təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müdafiəçinin məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış DAEWOO GENTRA minik markalı 99ST308 dövlət qeydiyyat nişanlı avtomobilin və JAC HFC3072K yük markalı 90MA499 dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müdafiəçinin məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar