Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-188/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci ildə Naxçıvan MR-sı Şərur rayonu Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Naxçıvan MR-sı Şərur rayonu Həmzəli kəndində qeydiyyatda olan və Abşeron rayonu Digah qəsəbəsi Bakıxanov küçəsində yaşayan, barəsində “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 06:45 radələrində 12.09.2021-ci il tarixli etibarnamə əsasında idarə etdiyi “VAZ-21074 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Digah qəsəbəsi H.Rəhimov küçəsində Mehdiabad qəsəbəsi istiqamətində 70-80 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddələrin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, eləcədə həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda qanunun həmin tələblərini pozaraq yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edərək avtomobilin idarəetməsini itirmiş və avtomobili yolun sağ kənarında olan piyada X5 vurmuş, nəticədə ehtiyyatsızlıqdan Elmar Xanəliyevin hər iki ağ ciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sağdan İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, X, soldan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, qara ciyərin cırılmış yaraları, periton boşluğunda 1,2 litr sərbəst qan, baş beyinin ənsə payının yumşaq qişalarına ocaqlı qansızmalar, dalağın qansızmaları, hər iki körpücük sümüyünün yerdəyişmiş sınığı, Vİİ boyun fəqərəsinin cisminin sınığı və onurğa beynin zədələnməsi, sağ dirsək oynağı sümüklərinin çoxqəlpəli sınığı və həmin nahiyənin əzilmiş-cırılmış yarası (açıq sınığı), sağ bud sümüyünün orta 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qəlpəli sınıqları, çanaq sümüklərinin sınıqları, başın ənsə, alın və sağ almacıq nahiyələrinin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və hər iki ağ ciyərin, qara ciyərlərin cırılması, sağdan İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, X, soldan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları, Vİİ boyun fəqərəsinin sınığı və onurğa beyinin zədələnməsi nəticəsində baş verən travmatikhemorragik şokdan X3 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Digah qəsəbəsi Bakıxanov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun ”VAZ-21074 minik” markalı, 90BM607 dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili etibarnamə ilə idarə edərək, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketdə nəzarətçi işləyir. Hər gün saat 06:30 radələrində evdən çıxıb işə gedir. Həmişə olduğu kimi 04 oktyabr 2021-ci il tarixdə də səhər yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə işə gedirmiş, lakin həmişəkindən fərqli olaraq 04 oktyabr 2021-ci il tarixdə işə getməyə bir qədər gecikmiş, təxminən saat 06:35 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu Digah qəsəbəsi H.Rəhimov küçəsi ilə hərəkət edərək işə gedirmiş. Avtomobili təxminən 70-80 km/saat sürətlə idarə edirmiş. Həmin küçə ilə hərəkətdə olarkən qarşıdan bir nömrəsini bilmədiyi VAZ-2107 markalı, ağ rəngli avtomobilin gəldiyini görmüş və həmin avtomobil hərəkəti istiqamətində sola dönərək ara küçəyə girirmiş və həmin avtomobil onunla qarşı-qarşıya gələndə sola istiamətləndiyi üçün o, çaşmış və avtomobilin sürətini azaltmaq üçün ayağını əyləcə basmış, həmçinin avtomobili sola istiqamətləndirib əks hərəkət zolağına girmiş, həmin avtomobil isə hərəkəti istiqamətində yolun sol tərəfində olar aralığa girmiş, o, isə avtomobilin idarəetməsini itirmiş və avtomobilin idarə etməsini nizamlamaq üçün öz yoluna qayıtmaq istəmiş, lakin avtomobili yolun sağ kənarında olan bələdiyyənin köhnə binasının divarın künc hissəsi ilə toqquşmuşdur. Avtomobildən düşüb görmüşdür ki, avtomobili toqquşduğu yerin yanında yolun kənarında bir kişi yerdə hərəkətsiz vəziyyətdə uzanmışdır. Həmin şəxsin kim olduğunu bilmiş, həmin şəxs Digah kəndində küçə süpürən Elmar adlı şəxs olmuşdur. Avtomobilin idarə etməsini itirdiyi üçün həmin şəxsi necə vurduğunu heç görə bilməmiş, həmin şəxsin əlində süpürdüyü qum ya vedrədə, yada torbada olmuş və onun avtomobilinin üstü tamam qumlu olmuşdur. Həmin vaxt yoldan keçən şəxslərə demişdir ki, təcili tibbi yardıma zəng etsinlər. Ora toplaşan şəxslərdən kimsə təcili tibbi yardıma zəng etmiş və aradan bir qədər sonra təcili tibbi yardım gəlmiş həmin şəxs olan Elmara baxmışlar və demişlər ki, həmin şəxs ölmüşdür. Ondan sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər, polis əməkdaşlarına yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobili yüksüz olmuş, həmin avtomobil ilə onun idarə etdiyi avtomobil bir-birinə heç toxunmamışdır. Həmin piyada Elmar Xanəliyevi əvvəllər tanıyırmış, süpürgəçi olmuş və onunla aralarında heç bir qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X6 onun həyat yoldaşı olmuşdur. Elmar əvvəllər Abşeron rayonu Digah qəsəbəsində bələdiyyəsində fəhlə kimi işləyirmiş, lakin işdən çıxmış heç yerdə işləmirmiş. 2021-ci ilin oktyabr ayının ilk günlərində həyat yoldaşı Elmar ona demişdir ki, evdən bir az yumurta və başqa ərzaqdan qoysun o, Abşeron rayonu Digah qəsəbəsinə bir tanışının evinə gedəcək. 04 oktyabr 2021-ci il tarixdə səhər yuxudan ayılanda görmüşdür ki, yoldaşı Elmar evdə yoxdur, heç bilməmişdir hara getmişdir. Həmin gün təxminən saat 09 radələrində ona zəng edib demişlər ki, həyat yoldaşı Elmarı Abşeron rayonu Digah qəsəbəsində avtomobil vurmuşdur. O, da bu barədə oğlu Natiqə demiş və Natiq Abşeron rayonu Digah qəsəbəsinə getmiş, məlum olmuşdur ki, həqiqətən Təqsirləndirilən şəxs idarə etdiyi ”VAZ-21074 minik” markalı, 90BM607 dövlət qeydiyyat nişanlı avtomobillə Digah qəsəbəsində həyat yoldaşı Elmarı vurmuş və Elmar vəfat etmişdir. Qeyd etmişdir ki, o və ailə üzvləri Təqsirləndirilən şəxs əvvəllər tanımırmışlar və onunla heç bir düşmənçiliyi olmamışdır. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu Digah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsi tanıyır, aralarında heç bir qərəzli münasibəti olmamışdır. Nihadın ”VAZ-21074 minik” markalı, 90BM607 dövlət qeydiyyat nişanlı avtomobili var. 04 oktyabr 2021-ci il tarixdə səhər tezdən Digah qəsəbəsi H.Rəhimov küçəsində olan dayanacaqda dayanıb avtobus gözləyirmiş.O, yolda olan dayanacağın içərisində dayanmış, bu zaman bir qədər aralıda yolda avtomobilin sürüşmə və toqquşma səsini eşidib dayanacaqdan yola çıxıb görmüşdür ki, Nihadın idarə etdiyi VAZ-2107 markalı avtomobil yolun kənarında fırlanaraq dayanıb, Nihad da avtomobildən düşmüş, o, çox həyəcanlı olmuş, bir nəfər yaşlı kişi də avtomobilin yaxınlığında binanın divarın yanında səkinin kənarında yerdə hərəkətsiz vəziyyətdə uzanmışdır. O, özü təcili tibbi yardıma zəng etmiş, TTY avtomobili gələndən sonra həkimlər həmin şəxsə baxıb demişlər ki, həmin şəxs artıq ölmüşdür. Ondan sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Nihad demişdir ki, idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşıdan gələn bir ağ rəngli avtomobil sola dönərək ara küçəyə girmiş və həmin avtomobil onunla qarşı-qarşıya gələndə sola istiamətləndiyi üçün o, çaşmiş və avtomobilin sürətini azaltmaq üçün ayağını əyləcə basmış, həmçinin tomobili sola istiqamətləndirib əks hərəkət zolağına girmiş, həmin avtomobil isə hərəkəti istiqamətində yolun sol tərəfində olar aralığa girmiş, o, isə avtomobilin idarəetməsini itirmiş və avtomobilin idarə etməsini nizamlamaq üçün öz yoluna qayıtmaq istəmiş, lakin avtomobili yolun sağ kənarında olan bələdiyyənin köhnə binasının divarın künc hissəsi ilə toqquşmuş, orada olan həmin piyadanı da vurmuşdur. Həmin piyada Elmar Xanəliyev adlı şəxs olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi еkspеrtizаsının 01 noyabr 2021-ci il tarixli, 115 nömrəli rəyindən görünür ki, 1947-ci il təvəllüdlü X9 oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi aşağıdakı xəsarətlər aşkar olunmuşdur – hər iki ağ ciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sağdan İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, X, soldan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, qara ciyərin cırılmış yaraları, periton boşluğunda 1,2 litr sərbəst qan, baş beyinin ənsə payının yumşaq qişalarına ocaqlı qansızmalar, dalağın qansızmaları, hər iki körpücük sümüyünün yerdəyişmiş sınığı, Vİİ boyun fəqərəsinin cisminin sınığı və onurğa beynin zədələnməsi, sağ dirsək oynağı sümüklərinin çoxqəlpəli sınığı və həmin nahiyənin əzilmiş-cırılmış yarası (açıq sınığı), sağ bud sümüyünün orta 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qəlpəli sınıqları, çanaq sümüklərinin sınıqları, başın ənsə, alın və sağ almacıq nahiyələrinin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, qeyd edilən xəsarətlər həyati olub, küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən 04.10.2021-ci il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə bir başa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, E.X.Xanəliyevin piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. X3 ölümünə səbəb - hər iki ağ ciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, sağdan İ, İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, X, soldan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları, Vİİ boyun fəqərəsinin sınığı və onurğa beyinin zədələnməsi nəticəsində baş verən travmatikhemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X3 ölümü onun meyitxanada müayinəsi başlayandan (04.10.2021-ci il, saat 10:00-dan) təxminən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatları aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yоl-nəqliyyаt hаdisələri еkspеrtizаsının 15 dekabr 2021ci il tarixli, 8/3062 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ-21074 markalı, 90BM607 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. X11 və Sərxoşluq vəziyyətini təyin edən 04 oktyabr 2021-ci il tarixli, 2/13882 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Аbşеrоn RPİ DYPŞ-in 20 noyabr 2021-ci il tarixli, 128-53837-2021-ci saylı arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 23.10.2019-cü il tarixdə “BC” kateqoriyalı AE-052157 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi X4 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 17.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “VAZ-21074 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs qаytаrılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sаhibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sаhibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-188/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-188/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver