Məhkəmə qərarları › İş №1(012)-189/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-189/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-189/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə 27 oktyabr 2018-ci il tarixdə birgə yaşadığı qohumu Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi evdən, evdə heç kimin olmamamsından istifadə edib yataq otağında çarpayının altında saxlanılan 4590 (dörd min beş yüz doxsan) manat ekvivalentində 2700 (iki min yeddi yüz) ABŞ dollarını, 96 (doxsan altı) manat 62 (altmış iki) qəpik ekvivalentində 50 (əlli) Avronu və 130 (yüz otuz) manat pulu götürüb gizli talayaraq zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs umumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manat 62 (altmış iki) qəpik məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və 27 oktyabr 2018-ci il tarixdədək həmin ünvanda bacısı-Şahid1, bacısı oğlu-Zərərçəkmiş şəxs və onun həyat yoldaşı- Şahid2 ilə birlikdə yaşamışdır. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dübəndi kəndi, fərdi evdə yaşayır, 27 oktyabr 2018-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında evdə olduğu zaman bacısı-Şahid1, bacısı oğlunun həyat yoldaşı-Şahid2 alışveriş üçün Bravo marketə getdiklərini bildirib, onlar evi tərk etdikdən sonra o, evdə heç kimin olmamasından istifadə edərək yataq otağına daxil olub və çarpayının üzərindəki matrası qaldıraraq telefon qutusunun içrisində olan 2700 (iki min yeddi yüz) ABŞ dolları, 50 (əlli) Avro və 130 (yüz otuz) AZN pulları götürdükdən sonra bacısı oğlunun həyat yoldaşı-Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək harada olduqlarını soruşmuşdur. Şahid2 ona marketdən çıxdıqlarını və bir neçə dəqiqəyə evə çatacaqlarını bildirmişdir. Sonuncuya Mərdəkanda işinin olduğunu və evə gec gələcəyimi bildirib, daha sonra evin qapısını bağlayaraq Mərdəkana getmişdir. 27 oktyabr 2018-ci il tarixdə saat təxminən 20 radələrində bacısı-Şahid1 ona zəng edərək harada olduğunu soruşduqda, sonuncuya Mərdəkanda olduğunu, vacib işi olduğu üçün evə gələ bilməyəcəyini bildirmişdir. 28 oktyabr 2018-ci il tarixdə bacısı-Şahid1 ona zəng edərək evdən oğurladığı pulları qaytarmağını tələb edərək, əks təqdirdə bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Bacısına evdən pul oğurlamadığını və məsələni aydınlaşdırmaq üçün işdən icazə alıb evə tez gələcəyini demiş, bacısı ilə danışdıqdan bir neçə saat sonra Şahid2 ona zəng edərək oğurladığı pulları geri qaytarmağını tələb etmişdir. Bu barədə Rəşada bir söz deməyəcəyini bildirmiş, bundan sonra o, telefonu söndürmüşdür. ünvan 1 ünvanından oğurladığı 2700 (iki min yeddi yüz) ABŞ dolları, 50 (əlli) Avro və 130 (yüz otuz) AZN pulun yerini əvvəlcədən bilmiş, həmin pulları oğurlamaqda məqsədi dönər evi və avtoyuma məntəqəsi açmaq olmuşdur. Lakin, oğurladığı pullarla planlaşdırdığı işləri görə bilmədiyi üçün şəxsi istifadəsi üçün xərcləmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda anası- Şahid1, həyat yoldaşı-Şahid2 və dayısı-Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 15 oktyabr 2018-ci il tarixdə İraq İslam Respublikasına “Kərbəlayi” ziyarətgahını ziyarət etmək məqsədilə getmişdir. xx.xx.2018-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə telefon əlaqəsi yaradan zaman həyat yoldaşı-Şahid2 evdən 2700 (iki min yeddi yüz) ABŞ doları, 50 (əlli) Avro və 130 (yüz otuz) AZN pulun dayısı-Təqsirləndirilən şəxs tərəfindən onlar evdə olmadığı vaxt oğurlandığını bildirmişdir. 02 noyabr 2018-ci il tarixdə İraq İslam Respublikasından geri qayıdıb, evə gəldikdən sonra ailə üzvlərindən evdən oğurluğun necə baş verdiyini soruşmuş, hadisənin bütün təfərrütı barədə onlar vasitədi ilə məlumatlı olmuşdur. Yaşadığı ünvan 1 ünvanında çarpayıda matrasının altında pulları saxlaması barədə hər bir ailə üzvünün o cümlədən dayısı-Təqsirləndirilən şəxs xəbəri olmuş, oğurluq nəticəsində ona ümumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manatmaddi ziyan dəymişdir. Daysı olan Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda oğlu-Zərərçəkmiş şəxs, gəlini- Şahid2 və qardaşı-X4 ilə bilrikdə yaşayır. 27 oktyabr 2018-ci il tarixdə evdə olduğu vaxt Təqsirləndirilən şəxs evə gələrək yorğun olduğunu və yatacağını dedikdə, gəlini ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Bravo market “ə alış veriş etmək üçün getmişlər. Marketdə olduqları vaxt gəlininin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub harada olduqlarını soruşmuş, gəlini ona ev istiqamətində gəldiklərini bildirmişdir. Arzu işləri olduğu üçün Mərdəkana getdiyini və axşam gec gələcəyini demişdir. Onlar alış-veriş etdikdən sonra yaşadıqları evə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Axşam saat 20 radələrində Təqsirləndirilən şəxs evə gəlmədiyi üçün o qardaşına zəng vurub və harada olduğunu soruşmuş, qardaşı ona işləri çox olduğu üçün evə gəlməyəcəyini demişdir. 28 oktyabr 2018-ci il tarixdə yaşadıqları evdə olduğu zaman gəlini ona yataq otağında çarpayıda matrasın altında telefon korobkasında Zərərçəkmiş şəxs məxsus pulların yerində olmadığını və karobkada cəmi 220 manat pul qaldığını demişdir. Həmin pulların qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını anladıqdan sonra ona zəng vuraraq pulları geriyə qaytarmasını tələb etmişdir. Əks təqdirdə polisə məlumat verəcəyini bildirmişdir. Qardaşı işdən tez icazə alıb gələcəyini və məsələni aydınlaşdıracağını bildirsə də sonradan ona zəng çatmayıb və onlarla əlaqəni kəsmişdir. Yaşadığı ünvan 1 ünvanında çarpayıda matrasının altında pulların saxlanması barədə hər bir ailə üzvünün o cümlədən qardaşı Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən həyəcanlı olduğundan və həmin pulların oğluna aid olduğu üçün dəqiq məbləği bilmədiyindən xx.xx.2018-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən yaşadığı evdən 2600 (iki min altı yüz) ABŞ dolları, 50 (əlli) Avro və 500 (beş yüz) AZN pulun oğurlandığını, ifadəsində isə 2700 (iki min yeddi yüz) ABŞ dolları, 50 (əlli) Avro və 130 (yüz otuz) AZN pul oğurlandığını qeyd etmişdir. Qardaşı olan Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında 03 dekabr 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı həmin tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Şübhəli şəxsin tutulması haqqıbda xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əliyev X3 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin icraatının təzələnməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı həmin tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işinin icraatı təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə təqsirləndirilən şəxslə razılığıa gəldiyindən onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, çahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi barədə razılıq əldə edilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 04 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından azad olunmalı və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 04 gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin bir gününü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla, qəti olaraq 01 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar