Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-189/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə 27 may 1990-cı ildə Beyləqan rayonu, Gödəklər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli şəhəri, Koroğlu küçəsi ev 74 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə 22 avqust 1992-ci ildə Tər-tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Tər-Tər şəhəri M.F.Axundov küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2022-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 22-ci məhəllədə inşa etdirdiyi 6 mərtəbəli, çoxmənzilli yaşayış binasının zirzəmisinə saxlanc yerinə nəfəslik pəncərəsini əli ilə sıxmaqla açaraq qanunsuz içəri daxil olub, oradan bir ədəd 800 manat dəyərində olan “Saturn” markalı, 60-70 kvadratmetrlik kondisioner mühərrikini (kompressorunu) gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 800 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyul 2022-ci il tarixədə, saat 05 radələrində Xırdalan şəhəri 28-ci məhəllə ərazisində yerləşən Abşeron su-kanal idarəsinin inzibati binasına qapının kilidini sındırmqla saxlanc yerinə qanunsuz olaraq daxil olub, oradan bir ədədi 88,58 manat olan 27 ədəd, cəmi 2391,66 manat dəyərində mexaniki tipli “Abşeron CSS-20” marlakı su sayğaclarını gizli olaraq talayıb, zərərçəkmiş Abşeron su-kanal idarəsinə ziyan vurmaqla təkrarən oğurlamışdır. Bundan başqa, o, 06 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhərində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümündə, təmiz çəkisi 0,395 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq 15 manata əldə edib, Xırdalan şəhərinə gələrək daşımış və üzərində saxlamış, 07 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı tam orta məktəbin yaxınlığında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman həmin kustar üsulla hazırlanmış 0,395 qram narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2022-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 22-ci məhəllədə inşa etdirdiyi 6 mərtəbəli, çoxmənzilli yaşayış binasının zirzəmisinə, saxlanc yerinə nəfəslik pəncərəsini əli ilə sıxmaqla açaraq birlikdə qanunsuz içəri daxil olub, oradan bir ədəd 800 manat dəyərində olan “Saturn” markalı, 60-70 kvadratmetrlik kondisioner mühərrikini (kompressorunu) gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 800 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, 08 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Nəsimi adına parkda istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,159 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq 10 manata əldə edib, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 09 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində Xırdalan şəhəri 28-ci məhəllədə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman həmin kustar üsulla hazırlanmış 0,159 qram narkotik vasitə heroin əynində olan qara rəngli idman şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyi və maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 16 iyun 2022-ci il tarixdə günorta saatlarında tanışı Nizami adlı şəxslə Xırdalan şəhərində görüşüb söhbət edən zaman Nizami ona oğurluq etməkləri üçün münasib bir yer olduğunu demişdir. Belə ki, Nizami ona Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın zirzəmisinə nəfəslik pəncərəsindən daxil olaraq oradan oğurluq etməyi təklif etmişdir. Ona görə də həmin gün saat 15 radələrində Nizami ilə birlikdə Xırdalan şəhəri 22-ci məhəlləyə gedərək, Nizaminin dediyi çoxmərtəbəli binanın arxa tərəfinə keçib binanın zirzəmisinin nəfəslik pəncərəsini əlləri ilə sıxıb açaraq zirzəmiyə daxil olmuşlar. Bundan sonra zirzəmidə saxlanılan əşyalara nəzər yetirdikdən sonra orada olan bir ədəd kondisioneri oğurlayaraq zirzəminin qabaq qapısını içəridən açıb çıxıb getmişlər. Oğurladıqları bir ədəd kondisioneri də həmin gün Nizami ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə aparıb, orada metal qəbulu məntəqəsində 25 manata satmışlar. Əldə etdikləri həmin pulu da Nizami ilə yarı bölərək öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, uzun müddətdir narkotik vasitə olan heroin qəbul edir. 08 iyul 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Sumqayıt şəhərində Göyərçin parkında olan zaman təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroin vermiş və o da həmin şəxsə 10 manat pul vermişdir. Aldığı narkotik vasitəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub istifadə etmək üçün saxlamışdır. Ondan sonra marşrut avtobusu ilə Xırdalan şəhərinə gəlmiş, 09 iyul 2022-ci il tarixdə, saat təxminən 00:30 radələrində, 28-ci məhəllədə olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər və o da etiraz etməyib onların xidməti avtomobilinə əyləşərək polis idarəsinə gəlmişdir. Polis idarəsinə gəldikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitənin olduğunu bildirmiş, həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmişdir.Həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o da həmin narkotik vasitəni həmin gün Sumqayıt şəhərində Göyərçin parkında tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunmuş və onlar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Əlaə olaraq o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, həmin məqsədlə də üzərimdə gəzdirdiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətini bilmədiyini, təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçənin və qara şalvarın olduğunu, başqa əlamətlərini xatırlamadığını qeyd etdi. Sonda o,əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 16 iyun 2022-ci il tarixdə günorta saatlarında tanıdığı Təqsirləndirilən şəxs1 ilə Xırdalan şəhərində görüşüb söhbət edən zaman maddi sıxıntıları olduğu üçün onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, onlar Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın zirzəmisinə nəfəslik pəncərəsindən daxil olaraq oradan oğurluq etməyi qərara almışlar. Ona görə də həmin gün saat 15 radələrində Tural ilə birlikdə Xırdalan şəhəri 22-ci məhəlləyə gedərək nəzərlərində tutduqları həmin çoxmərtəbəli yaşayış binasının arxa tərəfinə keçib binanın zirzəmisinin nəfəslik pəncərəsini sıxıb açaraq zirzəmiyə daxil olmuşlar. Bundan sonra zirzəmidə saxlanılan əşyalara nəzər yetirdikdən sonra orada olan bir ədəd kondisioner mühərrikini (kompressorunu) oğurlayaraq zirzəminin qabaq qapısını içəridən açıb çıxıb getmişlər. Oğurladıqları bir ədəd kondisioner mühərrikini də həmin gün Tural ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə aparıb orada metal qəbulu məntəqəsində 30 manata satmışlar və əldə etdikləri həmin pulu da Tural ilə yarı bölərək öz ehtiyacların xərcləmişlər. Bundan başqa o, Xırdalan şəhəri 28-ci məhəllə ərazisində yerləşən qapısı açıq olan obyektdə gecələyirmiş. Gündəlik ehtiyaclarını küçədə dəmir yığıb sataraq ödəyirmiş. Abşeron rayon su-kanal idarəsi onun gecələdiyi obyektin yaxınlığında yerləşir. Həmin obyektdə təmir işləri aparılırmış. Gecə saatlarında həmin obyektdə heç kim olmurmuş. 06 iyul 2022-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün həmin obyektdən oğurluq etmək qərarına gəlmişdir. Ona görə 07 iyul 2022-ci il tarixdə, saat 05 radələrində həmin obyektin qapısının kilidini sındıraraq həmin obyektə daxil olmuşdur. Abşeron rayon su-kanal idarəsinin içərisində yerləşən otağın qapısını dəmir parçası ilə sındıraraq həmin xidməti otaqlardan birinə daxil olmuş və yerdə su sayğaclarının olduğunu görmüş, həmin su sayğacları torbanın içərisində olmuş, o, həmin su sayğaclarını götürüb həmin obyektdən çıxmışdır.Su sayğaclarını yaşadığı istifadəsiz obyektə aparıb yığmış, Həmin günü polis əməkdaşları gəlib onun oğurluqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər.O, da heç bir etiraz etməyək polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmiş və törətdiyi cinayəti etiraf etmişdir. Bundan başqa, o, narkotik vasitə olan heroin istifadəçisidir. 07 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 2 saylı tam orta məktəbin yaxınlığında piyada gəzərkən, polis əməkdaşları ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra həmin şəxslərlə birlikdə Abşeron RPİ-nə getməli olduğunu söyləmişdir. Bu səbəbdən həmin polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmişdir.Abşeron RPİ-nə gətirildikdən sonra onun üzərinə şəxsiaxtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişdir. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olan bükümü masanın üzərinə qoymuşdur.Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O, isə həmin kütləni 06 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində aldığını, həmin kütləni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi X14 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. 07 iyul 2022-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 06 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manat pul müqabilində almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər- hansı bir digər formada təsir olunmamışdır. Sonda o,əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, 18 dekabr 2019-cu il tarixdən Azərsu ASC-nin X19 İdarəsində hüquq məsləhətçisi vəzifəsində işləyir. 07 iyul 2022-ci il tarixdə işə gələn zaman ona 06 iyul 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayon sukanal idarəsinin inzibati binasında yerləşən Azərsu ASC-nin X19 İdarəsinin Abşeron Sukanal idarəsi üzrə su ölçən cihazlarının quraşdırılması təmiri və istismarına nəzarət qrupunun anbarından oğurluq olmasını bildirmişlər. Bundan sonra şirkət tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxs və ya şəxslər Abşeron rayon sukanal idarəsinin inzibati binasında yerləşən Azərsu ASC-nin X19 İdarəsinin Abşeron Sukanal idarəsi üzrə su ölçən cihazlarının quraşdırılması təmiri və istismarına nəzarət qrupunun anbarının qapısının kilidini sındırıb içəri daxil olaraq oradan Azərsu ASC-yə məxsus hər birinin dəyəri, 88,58 manat olmaqla ümumilikdə 2391,66 manat dəyərində 27 ədəd “Abşeron ÇSS-20” markalı su sayğaclarını gizli olaraq talayaraq oğurlamışdır. Bununla da ümumilikdə "xxxx" ASC-nin X19 İdarəsinə 2391,66 manat maddi ziyan dəymiş, lakin oğurlanmış əmlak qaytarıldığı üçün təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 2 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə 6 mərtəbəli, çoxmənzilli yaşayış binasını inşa etdirərək istifadəyə vermişdir. Hazırda həmin binanın bütün mənzillərində yaşayış var. Həmin binanın zirzəmisində tikinti zamanı istifadə etdiyi və hazırda da lazım olduqca istifadə etdiyi tikinti materiallarını və alətləri saxlayır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, həmin binanın ofisinə gəldiyi zaman binanın zirzəmisinin qapısının açıq vəziyyətdə olduğunu görüb zirzəmidə saxladığı əşyalara nəzər yetirdikdə işlək vəziyyətdə olan, lakin istifadə etmədiyi bir ədəd kondisionerin mühərrikinin (kompressorunun) oğurlandığını görmüşdür. Bundan sonra o, binanın müşahidə kameralarına nəzər yetirdikdə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində tanımadığı 2 nəfər şəxsin zirzəmiyə arxa nəfəslik pəncərəni açma yolu ilə daxil olub həmin kondisioneri və onun hissələrini oğurlayaraq zirzəminin qabaq qapısını içəridən açıb bayıra çıxaraq getdiklərini görmüşdür. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da polis əməkdaşları həmin yerə gəlmişlər və hadisə yerinə baxış keçirməyə başlamışlar. Həmin oğurluq hadisəsi zamanı ona ümumilikdə 800 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət, tələbinin olmamasını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 9 iyul 2022-ci il tarixdə məxfi mənbədən ona Xırdalan şəhəri 28-ci məhəllədə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbul etməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən Polis idarəsinin rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis idarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və birgə Xırdalan şəhəri 28-ci məhəllənin ərazisində təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 tərəfindən müəyyən edilərək ona yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitələrdən qanunsuz istifadə etməklə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də bundan etiraz etməyərək onlarla Polis İdarəsinə gəlmişdir.Polis idarəsində Təqsirləndirilən şəxs1 ilə bağlı təhqiqatçı Zaıniq ıMustafayev tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibində 1 ədəd siqaret kağızı bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və 08 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərində Göyərçin parkında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir.Həmin büküm açılmış və içərisində narkotik vasitə olan heroinə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Təqsirləndirilən şəxs2 adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, kapitanı X3 iştirakı ilə tərəfindən 07 iyul 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı X11 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 2 nömrəli məktəbin arxasında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyətini dəqiqləşdirərək həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Nizamiyə üzərində nakotik vasitə heroin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir bükümdə qəhvəyi rəngli toz formalı narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi ağ rəngli kağıza bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götiiriilmüşddür. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Nizami bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Nizami həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində 15 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Nizaminin narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Nizaminin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması hallan müəyyən edilməmişdir. Nizamiyə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar Şahid2 ifadəsində olan xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində istintaqda ifadə vermiş X8 ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində nömrəsiz evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təxminən 3 ay olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Əliyev prospektində icarəyə obyekt götürərək, həmin obyektdə əlvan metalların alqı-satqısı ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində işlədiyi həmin obyektdə olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs həmin metal qəbulu məntəqəsinə bir ədəd kondisioner mühərrikini (kompressoru) gətirmişdir. Həmin şəxs ona həmin kondisionerin mühərriki işləmədiyi üçün öz evindən sökərək satmaq üçün gətirdiyini bildirmişdir. O, da həmin şəxsi üzdən tanıdığına görə həmin bir ədəd kondisioner mühərrikini ondan 30 manata almışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxsdən 30 manata aldığı bir ədəd kondisioner mühərriki hazırda işlədiyim metal qəbulu məntəqəsində olduğuna görə onu istintaqa təqdim edə bilər. Həmin şəxs qeyd olunan kondisioner mühərrikinin işlək olmadığını deyib, evindən sökərək gətirdiyini bildirdiyi üçün həmin mühərrikin oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. İş materialalrında olan məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 6/3719 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. İş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 09 iyul 2022ci il tarixli, 6/3741 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan qəhvəyi rəngli maddə kustar üsiilla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. İş materialalrında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Məhkəmə iclasında 07 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 07 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Nurlan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükümdə Məhkəmə Kimyəvi Ekspertizasının 08 iyul 2022-ci il tarixli, 6/3719 nömrəli rəyində göstərildiyi 0,395 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Məhkəmə iclasında 09 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 09 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin baş təhqiqatçısı, polis mayoru Zamiq Mustafayev tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə Məhkəmə Kimyəvi Ekspertizasının 09 iyul 2022-ci il tarixli, 6/3741 nömrəli rəyində göstərildiyi 0,159 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə X5 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona satılmış bir ədəd “Saturn” markalı kondisioner mühərriki götürülmüşdür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin məhkəmə-əmtəştinaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 9/6092 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli “Saturn” markalı, təxminən 60-70 kvadratmetrlik kondisioner mühərrikinin istifadə olması nəzərə almaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqtlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 22/600R saylı rəyində göstərilmişdir ki. xx.xx.2022-ci il tarixdə vətəndaş X13 məxsus Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllədə yerləşən binanın zirzəmisinin saxlanc yerində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eynilşədirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əlbarmaq izi xx.xx.1992-ci ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş üzrə 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman təqdim etdiyi 27 ədəd “Abşeron CSS-20” markalı su sayğacları mühum sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materialalrında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin X19 İdarəsinin 06 sentyabr 2022-ci il tarixli, 01/01-02/02-822 saylı məktubunda göstərilmişdir ki, mexaniki tipli Abşeron” CSS-20 (d-20mm) su sayğacının 1 ədədinin quraşdırılması ilə birlikdə dəyəri ƏDV daxil 88,58 manat təşkil edir. İş materialalrında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin X19 İdarəsinin 10 sentyabr 2022-ci il tarixli, 01/01-02/03-877 saylı məktubunda göstərilmişdir ki, Abşeron rayon su-kanal idarəsi üzrə su ölçən cihazlarının quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun anbarından oğurlanmış 27 ədəd su sayğacı Abşeron rayon polis idarəsi tərəfindən tapılaraq idarəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayon məhkəməsinin 01 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum cəzasına məhkum edilmiş, Şirvan Apellasiya məhkəməsinin 07 fevral 2014-cü il tarixli qərarı ilə 01 noyabr 2013-cü il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti təyin edilmişdir. İş materiallarında olan İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 atası X7 İ Qarabağ döyüşlərində şəhid olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 atasının X7 İ Qarabağ döyüşlərində şəhid olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və vurulmuş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı cəmi 09 (doqquz) ay 07 (yeddi) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01(bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialalrında olan məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4350 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarınn birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,345 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 29, 180.2.1,29, 180.2.2, 234.1 və 317-2.1-ci maddələri ilə ittiham olunaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra o, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 aprel 2017-ci il tarixli qərarı ilə CM-nin 180.2.5-ci maddəsi hökmdən xaric edilərək cəzasının 03 (üç) ay hissəsindən azad edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 aprel 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 29, 180.2.1, 29, 180.2.2, 234.1, 317-2.1-ci maddələri ilə ittiham olunaraq 07 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən, CM-nin 180.2.5-ci maddəsi xaric edilərək cəzasının 03 ay hissəsindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın 5 saylı MTİİTS-nin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əlizadə X16 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 21 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və vurulmuş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər də soyğunçuluq cinayətlərini törətməkdə təqsirli bilinib məhkum edilməsini onun bu növ qanunsuz əməllərə meyilli bir şəxs olaraq şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materialalrında olan məhkəmə-narkoloji ekspertizanın 16 avqust 2022-ci il tarixli, 4503 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,119 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 196 (bir yüz doxsan altı) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd “Satum” markalı kondisioner mühərriki, zərərçəkmiş "xxxx" ASC-nin X19 İdarəsinə məxsus 27 ədəd “Abşeron CSS-20” markalı su sayğacların sahiblərinə qaytarılması və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd şəffaf lentdə olan əl-baımaq izi, video görüntü olan bir ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan iki ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X12 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul, məhkəmə zamanı Təqsirləndirilən şəxs2 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, Təqsirləndirilən şəxs1 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 09 (doqquz) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01(bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edisin, o, dərhal məhkəmə zalından azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,345 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,119 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 196 (bir yüz doxsan altı) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd “Satum” markalı kondisioner mühərriki, zərərçəkmiş "xxxx" ASC-nin X19 İdarəsinə məxsus 27 ədəd “Abşeron CSS-20” markalı su sayğacların sahiblərinə qaytarılması və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd şəffaf lentdə olan əl-baımaq izi, video görüntü olan bir ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan iki ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X12 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul, məhkəmə zamanı Təqsirləndirilən şəxs2 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, Təqsirləndirilən şəxs1 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-189/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-189/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver