Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-19/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Saray qəsəbəsi, M. Əzizbəyov küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının sonlarında Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 140 manat qarşılığında bir büküm ağ rəngli kristallardan ibratə kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış, 02 aprel 2019-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində həmin psixatrop maddə olan metamfetamindən 60 manat məbləğində olan iki büküm yarımı tanışı Şahid1 “LG” markalı mobil telefonun müqabilində satmış, 06 aprel 2019-cu il tarixdə saat 16:00-da Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Saray qəsəbəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarıının arxa sağ yan cibindəki qara rənli pul kisəsindən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in siyahısına daxil olan əldə etdiyi metamfetamindən qalan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0.221 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 01 il 6 aydır olar psixotrop maddə olan metanfetomindən istifadə edir. 2019-cu ilin mart ayının sonlarında öz istifadəsi üçün Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən 140 manat qarşılığında bir büküm psixotrop maddə olan metanfetomin alaraq həmin metanfetamindən hər gün özü üçün istifadə etmişdir. 02 aprel 2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən tanışı Natiq ona yaxınlaşaraq 01 ədəd “LG” markalı və 01 ədəd “Xiomi Redmi” markalı mobil telefonları özünə məxsus olduğunu bildirirək ona 60 manat əvəzində verib ondan narkotik vasitə istəmişdir. O, həmin telefonların qarşılığında Natiqə 02 büküm yarım olmaqla 0.25 qram narkotik vasitə olan metamfetamin vermişdir. Natiqə verdiyi metafetaminin qalan hissəsinin isə üzərində gəzdirdiyi qara rəngli pul kisəsinin içərisinə qoymuşdur. 06.04.2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini təqdim edib Abşeron RPİ-nin əməkdaşları olduqlarını və onun üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı olduğunu, buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyini demişlər. O, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmişdir. Orada ona hüquqları izah edildikdən sonra video çəkiliş və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən onun özü əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindəki qara rəngli pul kisəsindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə olan metanfetamini təqdim etmişdir. Daha sonra həmin bükümdəki psixotrop maddə ekspertiza təyin edilməsi üçün onun və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Həmçinin, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd “LG” markalı **********18036 İMEİ kodlu telefon da aşkar edilərək götürlmüşdür. O, həmin mobil telefonu 02 aprel 2019-cu il tarixdə Natiq adlı şəxsə iki büküm narkotik vasitə olan metamfetamin verib əvəzində aldığını bildirmişdir. Həmin mobil telefon da iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzrəində daşımışdır. Tərtib edilmiş protokoldakı və izahatındakı imzalar özünə məxsus olub və heç bir təzyiq olmadan könüllü çəkmişdir. O, psixatorp maddənin satışı ilə məşğul olmamışdır, lakin, 02 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanışı Natiqin özünün istəyi ilə ona verdiyi “LG” markalı **********18036 İMEİ kodlu telefon qarşılığında ona 0.25 qram olmaqla ümumilikdə iki büküm yarım psixatrop maddə olan metamfetamin vermişdir. Natiq onun psixatrop maddə olan metamfetamin qəbul etdiyini bildiyi üçün onda metamfetamin olmağından əmin olmuşdur. Buna görə də onun yanına gələrək ondan metamfetamin istəmişdir. O, cibindən aşkar edilərək götürülmüş siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə olan psixotrop maddəni 2019-cu ilin mart ayının sonlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən 140 manat qarşılığında şəxsi istifadəsi üçün almışdır. Şahid1 ona psixatrop maddə qarşılığında verdiyi “LG” markalı **********18036 İMEİ kodlu telefonun oğurluq yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. 17 avqust 2019-cu il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ruhin İbrahimova ərizə ilə müraciət edərək 06.04.2019-cu il tarixdə Abşeron RPİ-də üzərindən aşkar edilərək götürülmüş narkotik faktı ilə əlaqədar özünü təqsirli bilməməsinin səbəbi, məsuliyyətdən azad olunacağını fikirləşməsi olmuşdur. Sonda o, psixotrop maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən bunların nəzərə alınmasını və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zamanı şahid qismində dindirilimiş Abşeron RPİ-nin CAŞ-nin əmliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən Abşeron RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2019-cu il tarixdə xidmətdə olduğu zaman xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və o, dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili baş polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Saray qəsəbəsinə yollanmışlar. Ona əməliyyat xəttini izah edilərək keçiriləcək tədbirlər barədə məlumat verildikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşmışlar və qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğuqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq özlərini, təqdim etmiş və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİnə getməsini təklif etmişlər. Həmin şəxs onların təklifdən imtina etməsə də ona narkotik vasitələrin əldə olunması və saxlanması barədə məlumatlı olduqlarını deməklərindən narahatçılıq keçirmişdir. Buna baxmayaraq onlar həmin şəxsi Polis İdarəsinə gətirmişlər və yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Zamiq Mustafayevə həvalə olunmuşdur. Daha sonra Zamiq Mustafayev video çəkilişlə və onların iştirakları ilə Təqsirləndirilən şəxs axtarış-götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl onun hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın arxa sağ yan cibindəki bir ədəd qara rəngli pul kisəsindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq könüllü təqdim edərək bildirdi ki, həmin bükümün içərisində olan kütlə psixatrop maddə metafetamindir, həmin maddəni 10 gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 140 manat qarşılığında şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş bükümü onların iştirakları ilə video çəkilişlə açılıb baxılmış və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “LG” markalı mobil telefonu təqdim edərək 4 gün əvvəl həmin mobil telefonu tanıdığı Natiq adlı şəxsin ona verib əvəzinə 2 büküm metamfetamin aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi, onun üzərindən psixatrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, həmin protokolda «LG» markalı mobil telefonun da götürülməsi qeyd olunaraq protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs izahatı alınaraq təqdim etdiyi kütlə yoxlanılması üçün ekspertizaya göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2019-cu ilin aprel ayının əvvəlində o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən avtomobillərin təmiri sexindən satıb əvəzində narkotik vasitə alaraq istifadə etmək üçün 01 ədəd «LG» və 01 ədəd «Xiomi» markalı mobil telefonları oğurlamış və həmin günün səhərisi Abşeron rayonu, Saray qəsəbəsində Elnur adlı şəxslə görüşərək oğurladığı telefonları Elnur verib əvəzində öz istifadəsi üçün 0,25 qram narkotik vasitə olan metamfetamini almışdır. O, Elnur adlı şəxsdən aldığı narkotik maddə metamfetaminin hamısını özü istifadə etmişdir. 06.04.2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşları onu oğurluqda şübhəli bildikləri üçün Abşeron RPİ-nə dəvət etmiş, həmin gün, yəni 06.04.2019-cu il tarixdə Abşeron RPİ-nin inzibati binasında yerləşən otaqların birində, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç-bir əşya aşkar olunmamışdır. Bu barədə Abşeron RPİ-nin TŞ-nin təhqiqaçısı tərəfindən protokolu tərtib edilmiş və həmin protokolu imzalamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahidlərin ifadələri, 02 ədəd «CD» disklərdə olan video görüntülər, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, «baxış keçirilməsi və götürmə barədə» Abşeron RPİ-də 06.04.2019-cu il tarixdə tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, 06.04.2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayou, Saray qəsəbəsində Təqsirləndirilən şəxs saxlanılmış və onun üzərinə Abşeron RPİ-nin inzibati binasında, xidməti otaqların birində baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindəki qara rəngli pul kisəsindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddənin metamfetamin olduğunu bildirərək, 2019-cu ilin mart ayının sonlarında öz istifadəsi üçün Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən 140 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş və şəxsi axtarışı əks etdirən videogörüntülər 02 ədəd «CD» diskə köçürülmüş və həmin «CD» disklərə tərəfimdən baxış keçirilmiş, şəxsi axtarışı əks etdirən videogörüntülər 02 ədəd «CD» disklər iş üzrə maddi sübut kimi tanınmışdır İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06.04.2019-cu il tarixli, 9053 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi – 0,221 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin – «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,221 qram çəkidə olan metamfetamin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0,171 qram çəkidə metamfetamin saxlanılmasından ötrü Abşeron RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «LG» markalı **********18036 və **********18044 -İmei kodlu mobil telefon sahibi X1 qaytarılmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan metametafin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı təqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22.05.2019-cu il tarixli, 1187 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui – istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 13.04.2019-cu il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30.10.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün ona hazırki hökmlə təyin edilmiş cəzasından çıxılması və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəlinin 30 iyul 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri NəsimiRayon Polis idarəsində saxlanılan, ilkin çəkisi 5,336 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 5,316 qram olan narkotik vasitə marixuana məhv edilməsi barədə hökm çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 17 saylı Cəzaçəkmə Müəssisəsinin 23.09.2020-ci il tarixli arayışından görünür ki, cəza çəkmiş Təqsirləndirilən şəxs 28.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, onun məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.04.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, 08.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına alma” növündə qətimkan tədbiri seçilmişdir. 31.07.2019-cu il tarixdə Nəsimi rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 23.09.2019-cu il tarixdə ona Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Abşeron rayon Məhkəməsi tərəfindən 04 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, icraat dayandırılmış, qərar icra edilməsi üçün Abşeron rayon Pİ-nə göndərilmiş, o, 20.03.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 20.03.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,171 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Elburus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət onun cəza müddətindən çıxılmaqla ona qəti cəza müddəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 20.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,171 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Elburus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-19/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-19/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver