Məhkəmə qərarları › İş №1(012)-19/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-19/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-19/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs18 və qeyrilərinin, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar yol, ev 15-də qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 30 avqust 2016-cı il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs17 Əbdül oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağındakı əl çantasının içərisindən 50 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə bir cüt qızıl uşaq sırğasını, 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 2 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü və 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd medalyonlu qızıl boyunbağını gizli olaraq talayıb, əvvəlcədən razılaşdıqları kimi həmin qızıl-zinət əşyalarını satmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da qızılzinət əşyalarını satdıqdan sonra əldə olunmuş pulu öz aralarında yarı bölərək şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs17 ümumilikdə 600 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 08 fevral 2017-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs22 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 4-cü paralel küçəsi-116 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı, içərisində həmin dövrün məzənnəsi ilə 547 manat 56 qəpik olan 300 ABŞ dolları və 200 manat nağd pul, 3000 manat dəyərində 1 ədəd briliant qaşlı qızıl dəsti, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 1000 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, 1500 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, 1500 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağı, 300 manat dəyərində 1 ədəd nazik qızıl boyunbağı, cəmi 1000 manat dəyərində 1 ədəd qızıl 10-luq və 1 ədəd qızıl 5-lik sikkə, 1000 manat dəyərində 1 ədəd qızıl qadın qolbağı olan dəmir seyfi gizli olaraq talamış, 300 ABŞ dollarını və 200 manat nağd pulu özünə götürmüş, əvvəlcədən razılaşdıqları kimi qızıl-zinət əşyalarını satmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da həmin qızıl-zinət əşyalarını satdıqdan sonra əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs22 ümumilikdə 11547 manat 56 qəpik məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 27 may 2017-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Şamaxı şossesinin 24-cü kilometrliyində yerləşən 219 nömrəli, iki mərtəbəli fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq 2-ci mərtəbədəki yataq otağında olan paltar dolabından 350 manat nağd pulu, 1100 manat dəyərində 1 cüt qızıl qadın sırğasını, 450 manat dəyərində 1 ədəd qızıl qadın qolbağısını, 600 manat dəyərində 1 ədəd qızıl boyunbağısını, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü və birinci mərtədə yerləşən yataq otağından 207 manat nağd pulu gizli olaraq talamış, 557 manat nağd pulu özünə götürmüş, qızıl-zinət əşyalarını əvvəlcədən razılaşdıqları kimi satmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuuncu da həmin qızıl-zinət əşyalarını satdıqdan sonra əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs11 ümumilikdə 4207 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 09 yanvar 2018-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs19 Tarxan oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi 2-ci paralel, ev-61 ünvanında yerləşən evinə plastik pəncərəni vintaçanla açmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 1000 manat dəyərində 1 ədəd qızıl qolbağını, 1000 manat dəyərində 1 cüt qızıl sırğanı, hər biri 1500 manat olan ümumilikdə 3000 manat dəyərində 2 ədəd qızıl qadın üzüklərini, 1000 manat dəyərində 1 ədəd, qızıl kişi üzüyünü və 500 manat dəyərində 1 ədəd qızıl medalyonu gizli olaraq talamış, Təqsirləndirilən şəxs2 həmin qızıl-zinət əşyalarını satmış və əldə olunmuş pulu öz aralarında yarı bölərək şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs19 ümumilikdə 6500 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 15 iyul 2018-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsi-2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiº, o isə evin plastik pəncərəsinin torunu cırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabda saxlanılan qızıl qabından 2550 manat nəğd pulu, 3500 manat dəyərində brilyant qaşlı qızıl üzük, sırğa və boyunbağı dəstini, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 1000 manat dəyərində 1 cüt İtaliya istehsalı olan qızıl sırğanı, qonaq otağındakı 1100 manat dəyərində 1 ədəd geniş ekranlı televizoru və 100 manat dəyərində 1 ədəd qazan dəstini gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Yusuf Əsgərov satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 9750 manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 07 avqust 2018-ci il tarixdə saat 19:20 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin pəncərəsindən içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabından içərisində 2000 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 1500 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 1900 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl medalyon, 850 manat dəyərində 1 ədəd 10-luq qızıl sikkə, 600 manat dəyərində 583 əyarlı 1 ədəd qızıl dəsti, 300 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl üzük, hər biri 300 manat olmaqla 600 manat dəyərində 585 əyarlı 2 ədəd qızıl üzük, 500 manat dəyərində 750 əyarlı 1 ədəd briliant qaşlı qızıl medalyon, 500 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 850 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 500 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğa olan qırmızı rəngli qızıl qabını gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs9 ümumilikdə 10300 manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 06 noyabr 2018-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Natəvan küçəsi-96 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs5 məxsus 11900 manat və 850 manat olmaqla 500 ABŞ dollarını, 5000 manat dəyərində olan brilyant qaşlı “badam” dəstini, 1300 manat dəyərində 1 ədəd 50 qramlıq qızıl boyunbağını, 1000 manat dəyərində 1 ədəd 20 qramlıq qızıl qolbağını, 500 manat dəyərində 1 ədəd 10 qramlıq qızıl boyunbağını, 2000 manat dəyərində 1 ədəd “filyantik” qızıl dəstini, 350 manat dəyərində 1 ədəd 7 qram qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 5 qram qızıl qolbağını, hər birinin dəyəri 120 manat, ümumi dəyəri 360 manat olan 3 ədəd qızıl qolbağını, cəmi 2900 manat dəyərində 7 ədəd qızıl üzükləri, 750 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, hər birinin dəyəri 125 manat, ümumi dəyəri 500 manat olan 4 ədəd qızıl boyunbağını, hər birinin dəyəri 75 manat, ümumi dəyəri 150 manat olan 2 ədəd qızıl medalyonu, 750 manat dəyərində 1 ədəd “hörmə” qızıl dəstini, 230 manat dəyərində 1 cüt qızıl sırğanı, hər birinin dəyəri 100 manat, ümumi dəyəri 300 manat olan 3 ədəd qızıl medalyonu, 1500 manat dəyərində 1 ədəd qızıl boyunbağı və qolbaq dəstini, 550 manat dəyərində 1 ədəd qızıl dəstini gizli olaraq talamış, 11900 manat nağd pulu və 500 ABŞ dollarını özünə götürmüş, qızıl-zinət əşyalarını isə Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 31140 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 11 mart 2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M.İbrahimov küçəsindəki fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin plastik pəncərəsini vintaçanla açmaqla içəriyə qanunsuz daxil olaraq oradakı dolabda, plastik qabın içərisində saxlanılan 100 manat məbləğində qəpik pulları, 600 manat dəyərində 585 əyarlı 4 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 800 manat dəyərində 585 əyarlı 3 ədəd qaşı olan 6 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 500 manat dəyərində 585 əyarlı 4 qram çəkidə üzərində gül formalı sirkon qaşları olan 1 ədəd qızıl qadın üzüyünü, 400 manat dəyərində 585 əyarlı 6 qram çəkidə 1 cüt qızıl sırğanı, 200 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qırmızı rəngli qaşı olan 1 cüt qızıl sırğanı, 120 manat dəyərində 585 əyarlı 2 qram çəkidə 1 ədəd qızıl sırğanı, masanın üzərindəki 30 manat dəyərində “Geneve” markalı qızılı rəngli 1 ədəd bijuteriya saatı, 30 manat dəyərində qızılı rəngli 1 ədəd medalyonlu bijuteriya boyunbağını gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 2780 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 19 mart 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsi, Qarayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin pəncərəsini vintaçanla sıxıb açmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 700 manat dəyərində 1 ədəd briliyant qaşlı kişi qızıl üzüyünü, 4500 manat dəyərində qızıl boyunbağı, üzük və sırğa dəstini, 700 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, həmin dövrün məzənnəsi ilə 7650 manat olan 4500 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 192 manat, 71 qəpik olan 100 Avronu və 200 manat məbləğində qəpik pulları gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 13942 manat, 71 qəpik məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 24 aprel 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs21 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən, iki mərtəbəli fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin 2-ci mərtəbəsindəki eyvanın plastik qapısını vintaçanla açmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında olan 50 manat nağd pulu, 1200 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 800 manat dəyərində 1 cüt qızıl sırğanı və 600 manat dəyərində 1 ədəd qızıl üzüyü gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs21 ümumilikdə 2650 manat məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 02 iyun 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs23 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 714 manat dəyərində 17 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 84 manat dəyərində 2 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 336 manat dəyərində 8 qram çəkidə 1 ədəd qırmızı qaşlı qızıl qadın üzüyünü, 210 manat dəyərində 5 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 210 manat dəyərində 5 qram çəkidə 1 ədəd “fantaziya” qızıl qadın üzüyünü, 168 manat dəyərində 4 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 294 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 168 manat dəyərində 4 qram çəkidə üzərində “Zaura nənələrindən” sözləri həkk olunmuş 1 ədəd qızıl qolbağını və 3390 manat nəğd pulu gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs23 ümumilikdə 5574 manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 14 iyul 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs18 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yeni massiv, döngə-12, ev-29 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, yataq otağındakı güzgülü dolabdan 10 manat nəqd pulu, 170 manat dəyərində 1 ədəd ürək formalı qızıl medalyonu, 180 manat dəyərində 1 ədəd “Ledfort” markalı kişi qol saatını, 960 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl kişi üzüyünü, 850 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 1350 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 520 manat dəyərində 1 ədəd qaşsız sadə qızıl qadın üzüyünü, 380 manat dəyərində 1 ədəd qızıl qadın boyunbağısını, 250 manat dəyərində 1 cüt tək qaşlı qızıl qadın sırğasını, 150 manat dəyərində 1 ədəd qızıl uşaq qolbağısını, 100 manat dəyərində 1 ədəd orta hissəsi gözmuncuğu formasında qızıl uşaq medalyonunu, 30 manat dəyərində 1 ədəd sarı rəngli bijuteriya sırğanı və cəmi 40 manat dəyərində olan 2 ədəd sarı rəngli bijuteriya qolbağını gizli olaraq talamış, 10 manat pulu özünə götürmüş, qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölərək şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs18 ümumilikdə 4990 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 03 avqust 2019-cu il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs20 kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında olan əl çantasının içərisindəki pul qabından 691 manat nağd pulu, həmin dolabdakı paltarların arasındakı palstik qabdan 3500 manat dəyərində üzərində 20 ədəd xırda və iri briliant qaşları olan qızıl sırğa və üzük dəstini, 2000 manat dəyərində qızıl boyunbağı və qolbaq dəstini, 200 manat dəyərində 1 ədəd sadə tək qaş qızıl üzüyü, 600 manat dəyərində üzərində sapfir və briliant qaşları olan qızıl üzüyü, 250 manat dəyərində 1 ədəd “paxlava” formalı qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd sadə qaşsız qızıl üzüyü, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyünü, 500 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü, 300 manat dəyərində 01 ədəd medalyonlu qızıl boyunbağını, 120 manat dəyərində 1 ədəd qızıl uşaq sancağını, 150 manat dəyərində mirvarı boyunbağı və qolbağı dəstini, uşaq otağındakı dolabda saxlanılan dəmir qutudan həmin dövrün məzənnəsi ilə 17 manat olmaqla 10 ABŞ dollarını və 230 manat pulu gizli olaraq talamış, 10 ABŞ dollarını və 230 manat nəğd pulu özünə götürmüş, qızıl-zinət əşyalarını isə Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs20 ümumilikdə 10058 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 25 avqust 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağından 500 manat dəyərində 583 əyarlı 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 500 manat dəyərində 1 ədəd böyük brilyant qaşlı gümüş kişi üzüyünü, 750 manat dəyərində 583 əyarlı 14 qram çəkidə 1 ədəd qızıl medalyonlu boyunbağını, 650 manat dəyərində 583 əyarlı 11 qram çəkidə damla formalı qızıl üzük və sırğa dəstini, 400 manat dəyərində 583 əyarlı 7 qram çəkidə 1 ədəd sadə qaşlı qızıl qadın üzüyünü, 250 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl medalyonlu uşaq boyunbağısını, 250 manat dəyərində 7 qram çəkidə 1 ədəd medalyonlu tros formalı qızıl uşaq boyunbağısını, 4000 manat dəyərində 1 ədəd içərisi qırmızı rəngli qızıl qadın saatını, 200 manat dəyərində 1 ədəd 3 qram çəkidə zəncir formalı qızıl uşaq qolbağısını, 250 manat dəyərində 1 ədəd 4 qram çəkidə üzərində Zəhra yazısı olan qızıl uşaq qolbağısını, 450 manat dəyərində 1 ədəd 6 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 520 manat dəyərində 1 ədəd 8 qram çəkidə ağ qaşlı qadın üzüyünü, 300 manat dəyərində 1 ədəd 5 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 250 manat dəyərində 1 ədəd 4 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 220 manat dəyərində 1 ədəd 3,5 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 450 manat dəyərində 1 ədəd 7 qram çəkidə mirvari qaşlı qızıl sırğanı, 60 manat dəyərində 1 ədəd üstündə Zeynəb, Zəhra, Harun adları həkk olunmuş 3 ədəd medalyonlu gümüş boyunbağını, 60 manat dəyərində 1 ədəd açar formalı medalyonlu gümüş boyunbağını, 30 manat dəyərində 1 ədəd bijuteriya qolbağını, 300 manat dəyərində 1 ədəd kardinal qızıl qadın qolbağısını, həmin dövrün məzənnəsi ilə 1870 manat olmaqla 1100 ABŞ dollarını, 400 manat pulu və 200 manat məbləğində qəpik pulları gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12860 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 31 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs15 Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiº, o isə evin qonaq otağının plastik pəncərəsini vintaçanla açmaqla içəriyə qanunsuz evə daxil olaraq yataq otağındakı paltar dolabının siyirməsindən 3500 manat dəyərində üzərində briliant qaşları olan qızıl boyunbağı, üzük, sırğa və qolbaq dəstini, 500 manat dəyərində üzərində 4 ədəd brilyant qaşları olan 1 ədəd qızıl kişi üzüyünü gizli olaraq talamış, Yusuf Əsgərov həmin qızıl-zinət əşyalarını satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs15 ümumilikdə 4000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 07 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs16 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, M.Əsədov küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 3500 manat dəyərində 1 ədəd qızıl dəstini, 1400 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağını, 200 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını, 300 manat dəyərində 1 ədəd uşaq boyunbağısını, həmin dövrün məzənnəsi ilə 510 manat məbləğundə olan 300 ABŞ dollarını, 700 manat pulu və şüşə qabda olan 1000 manat məbləğində kiçik nominallardan ibarət pulları gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs16 ümumilikdə 7610 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 12 yanvar 2020-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin pəncərənin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 1590 manat məbləğində nağd pulu, 800 manat dəyərində qızıl qolbaq və boyunbağı dəstini, 400 manat dəyərində 1 ədəd qızıl uşaq sırğasını, 250 manat dəyərində 1 ədəd qızıl uşaq boyunbağısını, 500 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 250 manat dəyərində 1 ədəd qızıl üzük və sırğa dəstini, 500 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 180 manat dəyərində 1 ədəd qızıl üzüyünü, 700 manat dəyərində “buta” formalı qızıl sırğa və üzük dəstini, 150 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 100 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağını, 120 manat dəyərində gümüş üzük və sırğa dəstini gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs8 5540 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, sonuncu ilə birlikdə 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq, dəhlizdəki qadın çantasında olan 50 manat pulu, qonaq otağındakı 100 manat dəyərində olan 1 ədəd “Plesteyşin-3” oyun aparatını, yataq otağındakı güzgülü dolabın siyirməsində saxlanılan 1600 manat dəyərində 1 ədəd 16 qram çəkidə 950 əyarlı Ərəbistan istehsalı olan medalyonlu qızıl boyunbağını, 500 manat dəyərində 1 ədəd 7 qram çəkidə 750 əyarlı qızıl boyunbağını, 500 manat dəyərində 583 əyarlı ”Fantaziya” modelli qızıl üzük və sırğa dəstini, cəmi 700 manat dəyərində olan 4 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, 450 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl kişi nişan üzüyünü, 350 manat dəyərində 1 ədəd 585 əyarlı medalyonunun üzərində Ayşə sözü həkk olunmuş qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl uşaq qolbağını, 700 manat dəyərində 1 cüt 750 əyarlı qızıl sırğanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 5200 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 29 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Çiçək yaşayış massivində yerləşən iki mərtəbəli evinə 1-ci mərtəbənin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, mətbəxin yardımçı hissəsindəki dəmir qabda olan 100 manat məbləğində 50 qəpikləri, şüşə balonda olan 120 manat məbləğində 20 qəpikləri, qonaq otağındakı dolabın rəfində olan üzərində “Aida” sözü həkk olunmuş, 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağını, masanın üzərindəki 15 manat dəyərində olan 1 ədəd arağı və 20 manat dəyərində içərisində açarları olan 1 ədəd çantanı, evin 2-ci mərtəbəsindəki yataq otağında olan güzgülü dolabdan 2000 manat dəyərində brilyant qaşlı 1 cüt qızıl sırğanı və 3000 manat nağd pulu gizli olaraq talamış, 100 manat məbləğində 50 qəpikləri, 120 manat məbləğində 20 qəpikləri və 3000 manat nağd pulu özünə götürmüş, qızıl-zinət əşyalarını isə Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs10 ümumilikdə 6255 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 09 mart 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs12 Abşeron rayonu “28 May” qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin qonaq otağının dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında saxlanılan qızıl qabının içərisindən 1600 manat dəyərində 585 əyyarlı qızıl üzük, boyunbağı, qolbağı və sırğa dəstini, 500 manat dəyərində 585 əyyarlı 1 ədəd sirkon qaşları olan kişi qızıl üzüyünü, 120 manat dəyərində 585 əyyarlı 1 ədəd qadın nişan üzüyünü və 300 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl qadın oyunbağısını gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs12 ümumilikdə 2520 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 18 aprel 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, o isə evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq, oradan 80 manat dəyərində 1 ədəd “Bosch” markalı perefaratoru, 80 manat dəyərində 1 ədəd “Sokol” markalı perefaratoru, 80 manat dəyərində 1 ədəd markası bilinməyən perefaratoru, 160 manat dəyərində 1 ədəd gümüş dəstini və 500 manat dəyərində 1 ədəd 4 qram çəkidə üzərində qaşları olan 583 əyarlı qızıl üzüyü gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, 28 may 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs13 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, kərpic zavod yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında saxlanılan qızıl qabının içərisindən 500 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 400 manat dəyərində 1 ədəd qızıl boyunbağını, hər biri 500 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, hər biri 300 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd qızıl qolbağını, 200 manat dəyərində 1 ədəd qızıl medalyonu, 170 manat nağd pulu gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs13 ümumilikdə 3170 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 30 avqust 2016-cı il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs17 Əbdül oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı əl çantasının içərisindən oğurladığı 50 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə 1 cüt qızıl uşaq sırğasını, 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 2 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü və 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 qram çəkidə 1 ədəd medalyonlu qızıl boyunbağını Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızılzinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs17 ümumilikdə 600 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 08 fevral 2017-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs22 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 4-cü paralel küçəsi-116 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, yataq otağındakı dəmir seyfin içərisindən oğurladığı 3000 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl dəstini, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 1000 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 1500 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 1500 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağını, 300 manat dəyərində 1 ədəd nazik qızıl boyunbağını, cəmi 1000 manat dəyərində 1 ədəd qızıl 10-luq və 1 ədəd qızıl 5-lik sikkəni, 1000 manat dəyərində 1 ədəd qızıl qadın qolbağını Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs22 ümumilikdə 10800 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 27 may 2017-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Şamaxı şossesi 24-cü kilometrində yerləşən 219 nömrəli, iki mərtəbəli fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq 2-ci mərtəbədəki yataq otağında olan paltar dolabından oğurladığı 1100 manat dəyərində 1 cüt qızıl qadın sırğasını, 450 manat dəyərində 1 ədəd qızıl qadın qolbağısını, 600 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs11 ümumilikdə 3650 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 09 yanvar 2018-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs19 Tarxan oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi 2-ci paralel, ev-61 ünvanında yerləşən evinə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan oğurladığı 1000 manat dəyərində 1 ədəd qızıl qolbağını, 1000 manat dəyərində 1 cüt qızıl sırğanı, hər biri 1500 manat olan 2 ədəd qızıl qadın üzüklərini, 1000 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü və 500 manat dəyərində 1 ədəd qızıl medalyonu Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs19 ümumilikdə 6500 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 15 iyul 2018-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsi-2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin plastik pəncərənin torunu cırmaqla içəriyə qanunsuz daxil olaraq, yataq otağındakı dolabda saxlanılan qızıl qabından 2550 manat nəğd pulu, 3500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl üzük, sırğa və boyunbağı dəstini, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 1000 manat dəyərində 1 cüt İtaliya istehsalı olan qızıl sırğanı, qonaq otağındakı 1100 manat dəyərində 1 ədəd geniş ekranlı televizoru və 100 manat dəyərində 1 ədəd qazan dəstini gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 9750 manat məbləğində, xeyli ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 07 avqust 2018-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə pəncərədən qanunsuz daxil olmaqla yataq otağındakı paltar dolabından içərisində 2000 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 1500 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 1900 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl medalyon, 850 manat dəyərində 1 ədəd 10-luq qızıl sikkə, 600 manat dəyərində 583 əyarlı 1 ədəd qızıl dəsti, 300 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl üzük, hər biri 300 manat olmaqla, 600 manat dəyərində 585 əyarlı 2 ədəd üzük, 500 manat dəyərində 750 əyarlı 1 ədəd brilyant qaşlı qızıl medalyon, 500 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 850 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl qolbağı, 500 manat dəyərində 750 əyarlı 1 cüt qızıl sırğa olan qırmızı rəngli qızıl qabını gizli olaraq talamış, həmin qızılzinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs9 ümumilikdə 10300 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 06 noyabr 2018-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs5 məxsus, Abşeron rayonu, Hökməli qəsəbəsi, Natəvan küçəsi-96 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla oradan oğurladığı 5000 manat dəyərində olan briliant qaşlı “badam” dəstini, 1300 manat dəyərində 1 ədəd 50 qramlıq qızıl boyunbağını, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl qolbağını, 500 manat dəyərində 1 ədəd 10 qram çəkidə qızıl boyunbağını, 2000 manat dəyərində 1 ədəd “filyantik” qızıl dəstini, 350 manat dəyərində 1 ədəd 7 qram çəkidə qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 5 qram çəkidə qızıl qolbağını, hər birinin dəyəri 120 manat olan 3 ədəd qızıl qolbağını, cəmi 2900 manat dəyərində olan 7 ədəd qızıl üzüyü, 750 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, hər birinin dəyəri 125 manat olan 4 ədəd qızıl boyunbağını, hər birinin dəyəri 75 manat olan 2 ədəd qızıl medalyonu, 750 manat dəyərində 1 ədəd “hörmə” qızıl dəstini, 230 manat dəyərində 1 cüt qızıl sırğanı, hər birinin dəyəri 100 manat olan 3 ədəd qızıl medalyonu, 1500 manat dəyərində qızıl boyunbağı və qolbaq dəstini, 550 manat dəyərində 1 ədəd qızıl dəstini Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs5 18390 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 11 mart 2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M.İbrahimov küçəsindəki fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə plastik pəncərəni vintaçanla açmaqla qanunsuz daxil olaraq oradakı dolabda, plastik qabın içərisində saxlanılan 100 manat məbləğində qəpik pulları, 600 manat dəyərində 585 əyarlı 4 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 800 manat dəyərində 585 əyarlı 3 ədəd qaşı olan 6 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 500 manat dəyərində 585 əyarlı 4 qram çəkidə üzərində gül formalı sirkon qaşları olan 1 ədəd qızıl qadın üzüyünü, 400 manat dəyərində 585 əyarlı 6 qram çəkidə 1 cüt qızıl sırğanı, 200 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qırmızı rəngli qaşı olan 1 cüt qızıl sırğanı, 120 manat dəyərində 585 əyarlı 2 qram çəkidə 1 ədəd qızıl sırğanı, masanın üzərindəki 30 manat dəyərində “Geneve” markalı qızılı rəngli 1 ədəd bijuteriya saatı, 30 manat dəyərində qızılı rəngli 1 ədəd medalyonlu bijuteriya boyunbağını gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 2780 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 19 mart 2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsi, Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə pəncərəni vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 700 manat dəyərində, 1 ədəd briliyant qaşlı kişi qızıl üzüyünü, 4500 manat dəyərində qızıl boyunbağı, üzük və sırğa dəstini, 700 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 4500 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə 7650 manat pulu, 100 Avro olmaqla həmin dövrün məzənnəsi ilə 192 manat, 71 qəpik pulu və 200 manat məbləğində qəpik pulları gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 13942 manat, 71 qəpik məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 24 aprel 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs21 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə 2-ci mərtəbədəki eyvanın plastik qapısını vintaçanla açmaqla qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında olan 50 manat nağd pulu, 1200 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 800 manat dəyərində 1 cüt qızıl sırğanı və 600 manat dəyərində 1 ədəd qızıl üzüyü gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs21 ümumilikdə 2650 manat məbləğdə ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayaış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan həmin dövrün məzənnəsi ilə 680 manat olamaqla 400 ABŞ dollarını, 90 manat pulu, 50 manat dəyərində 1 ədəd kişi gödəkcəsini, 380 manat dəyərində 1 cüt qızıl sırğanı, 360 manat dəyərində 1 ədəd qızıl üzüyü, 475 manat dəyərində 1 ədəd, qızıl üzüyü, 420 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 200 manat dəyərində, 1 ədəd qızıl qolbağını, 165 manat dəyərində gümüş üzük və sırğa dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 2820 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 02 iyun 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs23 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 714 manat dəyərində 17 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 84 manat dəyərində 2 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 336 manat dəyərində 8 qram çəkidə 1 ədəd qırmızı qaşlı qızıl qadın üzüyünü, 210 manat dəyərində 5 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 210 manat dəyərində 5 qram çəkidə 1 ədəd “fantaziya” qızıl qadın üzüyünü, 168 manat dəyərində 4 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 294 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl nişan üzüyünü, 168 manat dəyərində 4 qram çəkidə üzərində “Zaura nənələrindən” sözləri həkk olunmuş 1 ədəd qızıl qolbağını və 3390 manat nəğd pulu gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs23 ümumilikdə 5574 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 14 iyul 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs18 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yeni massiv, döngə-12, ev-29 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq, yataq otağındakı güzgülü dolabdan oğurladığı 170 manat dəyərində 1 ədəd ürək formalı qızıl medalyonu, 180 manat dəyərində 1 ədəd “Ledfort” markalı kişi qol saatını, 960 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl kişi üzüyünü, 850 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 1350 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 520 manat dəyərində 1 ədəd qaşsız sadə qızıl qadın üzüyünü, 380 manat dəyərində 1 ədəd qızıl qadın boyunbağısını, 250 manat dəyərində 1 cüt tək qaşlı qızıl qadın sırğasını, 150 manat dəyərində 1 ədəd qızıl uşaq qolbağısını, 100 manat dəyərində 1 ədəd orta hissəsi gözmuncuğu formasında qızıl uşaq medalyonunu, 30 manat dəyərində 1 ədəd sarı rəngli bijuteriya sırğanı və cəmi 40 manat dəyərində olan 2 ədəd sarı rəngli bijuteriya qolbağını Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs18 ümumilikdə 4980 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 03 avqust 2019-cu il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs20 kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabda olan palstik qabdan oğurladığı 3500 manat dəyərində, üzərində 20 ədəd xırda və iri brilyant qaşları olan qızıl sırğa və üzük dəstini, 2000 manat dəyərində qızıl boyunbağı və qolbaq dəstini, 200 manat dəyərində 1 ədəd sadə tək qaş qızıl üzüyü, 600 manat dəyərində üzərində sapfir və brilyant qaşları olan 1 ədəd qızıl üzüyü, 250 manat dəyərində 1 ədəd “paxlava” formalı qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd sadə qaşsız qızıl üzüyü, 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünü, 500 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü, 300 manat dəyərində 1 ədəd medalyonlu qızıl boyunbağını, 120 manat dəyərində 1 ədəd qızıl uşaq sancağını, 150 manat dəyərində mirvarı boyunbağı və qolbağı dəstini Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs20 ümumilikdə 9520 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 25 avqust 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə pəncərənin dəmir barmaqlığını sındırmaqla içəriyə qanunsuz daxil olaraq yataq otağından 500 manat dəyərində 583 əyarlı 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 500 manat dəyərində 1 ədəd böyük brilyant qaşlı gümüş kişi üzüyünü, 750 manat dəyərində 583 əyarlı 14 qram çəkidə 1 ədəd qızıl medalyonlu boyunbağını, 650 manat dəyərində 583 əyarlı 11 qram çəkidə damla formalı qızıl üzük və sırğa dəstini, 400 manat dəyərində 583 əyarlı 7 qram çəkidə 1 ədəd sadə qaşlı qızıl qadın üzüyünü, 250 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl medalyonlu uşaq boyunbağısını, 250 manat dəyərində 7 qram çəkidə 1 ədəd medalyonlu tros formalı qızıl uşaq boyunbağısını, 4000 manat dəyərində 1 ədəd içərisi qırmızı rəngli qızıl qadın saatını, 200 manat dəyərində 1 ədəd 3 qram çəkidə zəncir formalı qızıl uşaq qolbağısını, 250 manat dəyərində 1 ədəd 4 qram çəkidə üzərində Zəhra adı həkk olunmuş qızıl uşaq qolbağısını, 450 manat dəyərində 1 ədəd 6 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 520 manat dəyərində 1 ədəd 8 qram çəkidə ağ qaşlı qadın üzüyünü, 300 manat dəyərində 1 ədəd 5 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 250 manat dəyərində 1 ədəd 4 qram çəkidə ağ qaşlı qızıl qadın üzüyünü, 220 manat dəyərində 1 ədəd 3,5 qram çəkidə qaşlı ağ qaşlı qızıl qadın üzüyünü, 450 manat dəyərində 1 ədəd 7 qram çəkidə mirvari qaşlı qızıl sırğanı, 60 manat dəyərində 1 ədəd üstündə Zeynəb, Zəhra, Harun adları həkk olunmuş 3 ədəd medalyonlu gümüş boyunbağnı, 60 manat dəyərində 1 ədəd açar formalı medalyonlu gümüş boyunbağını, 30 manat dəyərində 1 ədəd bijuteriya qolbağını, 300 manat dəyərində 1 ədəd kardinal qızıl qadın qolbağısını, həmin dövrün məzənnəsi ilə 1870 manat olmaqla 1100 ABŞ dollarını, 400 manat pulu, 200 manat məbləğində qəpik pulları gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12860 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 31 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs15 Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə qonaq otağının plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabının siyirməsindən 3500 manat dəyərində üzərində brilyant qaşları olan qızıl boyunbağı, üzük, sırğa və qolbaq dəstini, 500 manat dəyərində üzərində 4 ədəd brilyant qaşları olan 1 ədəd qızıl kişi üzüyünü gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs15 ümumilikdə 4000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 07 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs16 Abşeron rayonu, Hökməli qəsəbəsi, At-yalı yaşayış massivi, M.Əsədov küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 3500 manat dəyərində 1 ədəd qızıl dəstini 1400 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağını, 200 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını, 300 manat dəyərində 1 ədəd uşaq boyunbağsıını, həmin dövrün məzənnəsi ilə 510 manat məbləğundə olamaqla 300 ABŞ dollarını, 700 manat pulu və şüşə qabda olan 1000 manat məbləğində kiçik nominallardan ibarət pulları gizli olaraq talamış, həmin qızılzinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs16 ümumilikdə 7610 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 12 yanvar 2020-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 1590 manat məbləğində nağd pulu, 800 manat dəyərində qızıl qolbağı və boyunbağı dəstini, 400 manat dəyərində 1 ədəd qızıl uşaq sırğasını, 250 manat dəyərində 1 ədəd qızıl uşaq boyunbağısını, 500 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 250 manat dəyərində qızıl üzük və sırğa dəstini, 500 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 180 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 700 manat dəyərində “buta” formalı qızıl sırğa və üzük dəstini, 150 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 100 manat dəyərində 1 ədəd qızıl medalyonlu boyunbağını, 120 manat dəyərində gümüş üzük və sırğa dəstini gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs8 5740 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq dəhlizdəki qadın çantasında olan 50 manat pulu, qonaq otağındakı 100 manat dəyərində 1 ədəd “Plesteyşin-3” oyun aparatını, yataq otağındakı güzgülü dolabın siyirməsində saxlanılan 1600 manat dəyərində 1 ədəd 16 qram çəkidə 950 əyarlı Ərəbistan istehsalı olan medalyonlu qızıl boyunbağını, 500 manat dəyərində 1 ədəd 7 qram çəkidə 750 əyarlı qızıl boyunbağını, 500 manat dəyərində 583 əyarlı ”Fantaziya” modelli qızıl üzük və sırğa dəstini, cəmi 700 manat dəyərində olan 4 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, 450 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl kişi nişan üzüyünü, 350 manat dəyərində 1 ədəd 585 əyarlı medalyonunun üzərində Ayşə adı həkk olunmuş qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl uşaq qolbağısını, 700 manat dəyərində 1 cüt 750 əyarlı qızıl sırğanı gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 5200 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 29 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Çiçək yaşayış massivində yerləşən iki mərtəbəli evinə 1-ci mərtəbənin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq qonaq otağındakı dolabın rəfindən oğurladığı, üzərində “Aida” adı həkk olunmuş, 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağını, evin 2-ci mərtəbəsindəki yataq otağındadakı güzgülü dolabdan oğurladığı 2000 manat dəyərində 1 cüt brilyant qaşlı qızıl sırğanı Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs10 ümumilikdə 3035 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 09 mart 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs12 Abşeron rayonu “28 May” qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə qonaq otağının dəmir basrmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında saxlanılan qızıl qabının içərisindən 1600 manat dəyərində 585 əyarlı qızıl üzük, boyunbağı, qolbağı və sırğa dəstini, 500 manat dəyərində 585 əyarlı 1 ədəd sirkon qaşları olan qızıl kişi üzüyünü, 120 manat dəyərində 585 əyarlı 1 ədəd qadın nişan üzüyünü və 300 manat dəyərində 585 əyarlı 1 ədəd qızıl qadın boyunbağısını gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs12 ümumilikdə 2520 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 18 aprel 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan 80 manat dəyərində 1 ədəd “Bosch” markalı perefaratoru, 80 manat dəyərində 1 ədəd “Sokol” markalı perefaratoru, 80 manat dəyərində 1 ədəd markası bilinməyən perefaratoru, 160 manat dəyərində 1 ədəd gümüş dəstini və 500 manat dəyərində 1 ədəd 4 qram çəkidə üzərində qaşları olan 583 əyarlı qızıl üzüyü gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb, şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, aralarındakı razılaşmaya əsasən sonuncunun 28 may 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs13 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, kərpic zavod yolu deyilən ərazidə yerləşən fərdi yaşayış evinə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında saxlanılan qızıl qabından oğurladığı 500 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 400 manat dəyərində 1 ədəd qızıl boyunbağını, hər biri 500 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, hər biri 300 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd qızıl qolbağını, 200 manat dəyərində 1 ədəd qızıl medalyonu Bakı şəhəri, Mərkəzi Univermağın yaxınlığındakı qızıl-zinət əşyalarının alqı-satqısı mağazalarına satmış və əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la yarı bölüb, şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs13 ümumilikdə 3000 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3 il olar ki, tanışı, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gələrək bir çox evlərdən oğurluqlar etmişdir. Belə ki. bu məqsədlə xx.xx.2020-ci il tarixdə hava qaraldıqdan sonra Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəlləni gəzərək oğurluq etməyi üçün münasib ev axtarmağa başlamış, Şamaxı şossesinin yaxınlığında sahibini tanımadığı bir evin işıqlarının yanmadığını, lakin həyətin işıqlarının yanılı vəziyyətdə olduğunu görmüş, həmin vaxt evdə heç kim olmadığını düşünsələr də tam dəqiqləşdirmək üçün ertəsi gün, yəni xx.xx.2020-ci il tariuxdə saat 10 radələrində yenidən Yusiflə görüşərək birlikdə həmin evin yaxınlığına gəlmişlər. Həmin evin həyətinin işıqlarının hələ də yanılı vəziyyətdə olduğunu gördükdən sonra evdə heç kimi olmadığına tam əmin olmuş, sonra Yusiflə oğurluq etmək məqsədilə həmin evin arxa tərəf hasarından həyətə daxil olmuş, ilk öncə Yusiflə birlikdə köməkləşib evin yan tərəf pəncərəsinin dəmir barmaqlığını sındırmağa başlamış, sonra Yusif daş parçası ilə vurub həmin dəmir barmaqlığı sındırmışdır. Bundan sonra isə plastik materialdan olan pəncərəni itələyərək açıb evə daxil olmuş, Yusif isə gələn olarsa xəbər etmək üçün onu həyətdə gözləmişdir. O, evə daxil olub yataq otağındakı şkafları və dolabları axtarmağa başlamış, yataq otağındakı şkafda qızıl qablarının içərisində bir neçə dəst qızıl-zinət əşyalarının olduğunu görüb həmin qızılları, həmçinin həmin şkafda əl çantasının içərisində olan 1100 ABŞ dollarını və 400 manat pulu da götürmüşdür. Bundan sonra uşaq otağına keçib axtarış edərək uşaq beşiyinin dolabında bankanın içərisində olan qəpik pulları da götürüb həmin evdən çıxmış və oğurladığı qızıl-zinət əşyalarının hamısını satmaq üçün Yusifə vermişdir. Lakin oğurladığı pullar barədə isə Yusifə heç nə deməmiş, sonra Yusiflə yenidən həyətin hasarından aşaraq oradan uzaqlaşmış, həmin gün Yusif oğurladığı qızıl-zinət əşyalarını satmaq üçün Bakı şəhərnə, o isə evə getmiş, həmin gün Yusif günorta saatlarında qızılları Bakı şəhərində satdıqdan sonra geri qayıdıb ona zəng etmiş və onun yaşadığı evə getmişdir. Yusif yaşadığı evdə qızılları metal qiymətinə ümumilikdə 1500 manata satdığını bildirib ona 750 manat vermiş, həmin 750 manatı öz ehtiyaclarıma xərcləmişdir. Bundan başqa, təxminən iki il bundan qabaq Yusif ona evində usta işləyərkən demişdir ki, «pul yoxdu gedək oğurluq edək». O da ilk öncə razılaşmasada lakin sonradan onunla razılaşmışdır. Belə ki, 19 mart 2020-ci il tarixdə təxminən saat 20 radələrində Yusiflə birlikdə Aşagı Güzdək qəsəbəsində Yusifin qonşusu Elnargilin evinin yaxınlığından keçdikdə görmüşdür ki, Elnar və arvadı o, cümldən uşaqları evdən çıxaraq qapısını bağlayıb çıxıb getdilər. Həmin vaxtı Yusif demişdir ki, «qonşularımdı, evdən getdilər gedək onların evinə girək oğurluq edək». O da demişdir ki, birdən evdə adam olar. Yusif demişdir ki, evdə heç kim yoxdur, işıqları sönülüdür. O da razılaşıb hasardan həyətə düşmüş və mətəxin pənəcərəsini üzərində olan vintaçanla açaraq içəri daxil olmuş, daxil olduqdan sonra yataq otağına keçib qızl-pul axtarmış, yataq otağında olan şkafı açanda görmüşdür ki, şkafda qara rəngli pul qabının içərsində pul var, həmin pulun yanında parçanın arasında isə qızıllar vardır. O, həmin qızılları və pulu özü ilə götürüb içəri girdiyi yerdən bayıra çıxmışdır. Bundan sonra Yusiflə birlikdə onun yaşadığı evə getmiş, həmin vaxtı onun evində yuxarıda yoldaşı və uşaqları olmuşdur. Onlar isə aşagı mərtəbəyə gedib orada Elnarın evindən oğurladığı 1 ədəd briliyant qaşlı üzüyü, 1 koplekt qadın üçün sep, üzük, və sırğaını, 1 ədəd isə qadın üçün briliyant qaşlı üzüyü o, o, cümlədən 200 manat qəpik pulu çıxarmış və demişdir ki, bunları götürmüşdür. 3500 ABŞ dollarını və 100 EVRO pulu isə çıxartmamış, həmin qızılları isə həmin günün səhəri yəni 20 mart 2020-ci il tarixdə Yusif 1500 manata satdığını ona demiş, həmin pulu axşam yarı bölmüş, ona 750 manat pul vermişdir. O, ona verdiyi 200 manatdan pul götürməmiş, oğurladığı 3500 ABŞ dollarını və 100 EVRO pulu 20 yanvar metronunun yaxınlığında xırdalayıb müxtəlif kef məclislərinə və şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə nahardan sonra Yusifin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki evində olduğum vaxtı yenə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə saat təxminın 18-19 radələrində marşrut avtobusuna minib Aşağı Güzdək qəsəbəsinin yeni məhəllələr olan hissəsinə getmişlər. Oradakı “Yol marketi”in qarşısında avtobusdan düşüb həmin marketə siqaret və su almağa getmiş, bir neçə dəqiqədən sonra mağazadan çıxanda 2 qadının və 1 kişinin mağazanın yaxınlığındakı fərdi yaşayış evindən çıxıb həyət darvazasını qıfıllayıb orada dayanmış qara rəngli “Prado” markalı avtomobilə minib getdiklərini görüb həmin evdə heç kimin olmadığına əmin olmuş və oradan oğurluq etmək qərarına gəlmişdir. Havanın qaranlıq olmasından istifadə edib həmin evin həyət darvazasının sağ tərəfindən hasardan aşaraq həyətə tullanıb birbaşa evin arxa tərəfinə getmiş, o, özü ilə götürdüyü vintaçanı oradakı plastik pəncərənin arasına salıb həmin pəncərəni açmış, Yusif həmin pəncərədən evə daxil olmuş, o da sonuncunun ardınca da içəriyə girmişdir. Həmin otaq evin qonaq otağı olmuş, orada televizor, “Plesteyşin-3” oyun aparatı və bəzi ev əşyaları olduğunu görüb, qızıl və pul axtarmaq üçün pilləkənlə evin 2-ci mərtəbəsinə çıxmış, yataq otağını axtarmağa başlamış, Yusif də oradakı uşaq otağına getmişdir. Həmin vaxtı yataq otağındakı güzgülü dolabın siyirməsində xeyli qızıl-zinət əşyası olduğunu görüb həmin qızılları oradakı qırmızı rəngli parçadan olan torbaya yığıb cibinə qoyub oradakı digər paltar dolabını da axtarmış, lakin orada heç nə tapmayıb Yusiflə birlikdə evin 1-ci mərtəbəsinə düşmüşlər. Yusif qonaq otağındakı “Plesteyşin-3” oyun aparatını evdən götürdüyü sellofan torbaya qoymuş, o da dəhlizdəki qadın çantasının içərisindəki 50 manat nəqd pulu götürüb Yusifdən xəbərsiz cibinə qoyduqdan sonra biz evə girdiyi pəncərədən çölə çıxıb hasardan aşaraq küçəyə tullanıb piyada Bakı-Şamaxı avtomagistral yoluna tərəf getmişlər. Həmin vaxtı oğurladığı qızıllar olan torbanı, əvvəlcədən razılaşdığı kimi satıb pul əldə etmək üçün Yusifə vermiş, sonra avtobusla evə getmişlər. Elə həmin gecə Yusif 07-326-27-27 mobil nömrəsi ilə onun ***-***-**-** nömrəli telefonuna zəng edib oğurladığı zinət əşyalarının qızıl olduğunu bildirmiş və satdıqdan sonra pulunu onunla böləcəyini bildirmişdir. Ertəsi günü Yusif nahar vaxtı ona zəng edib qızlları satdığını bildirib onlara gəlməyi söyləmiş, o da Yusifin yaşadığı evə getmişdir. Yusif qızılları Bakı şəhərində qızıl alveri edən dostuna metal qiymətinə 1350 manata satdığını bildirib, həmin pulun yarısını ona vermiş, o da həmin məbləğdə pulu alıb evinə getmiş, oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində evinə ərzaq almağa və digər şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa, 2020-ci ilin mart ayının 09-da mən Təqsirləndirilən şəxs2 ilə Aşağı Güzdək qəsəbəsi tərəfdə piyada gəzərək söhbət edərkən ona pulunun olmadığı üçün oğurluq etməyi təklif etmiş, Yusif də onunla razılşadığı üçün piyada gəzərək Abşeron rayonu “28 May” qəsəbəsi ərazisinə gəlib orada nəzarətsiz ev axtarmışlar. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu “28 May” qəsəbəsində sonradan Zərərçəkmiş şəxs12 məxsus olduğunu bildiyi evin işıqlarının yanmadığını görüb evdə heç kim olmadığını fikirləşmiş, sonra həmin evin həyətinin ətrafındakı hasarın yan tərəfinə keeçib oradan hasardan aşaraq hər ikisi həyətə daxil olmuşlar. Bu vaxt Yusif həyətdəki taxta parçasını götürüb həmin evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının arasına salaraq barmaqlığı sındırmış, bu vaxt Yusifə həyətə dayanıb ətrafa nəzarət eməsini deyib həmin pəncərəni üzrərində olan vintaçan ilə açıb oradan evə daxil olmuşdur. O, evin yataq otağına gedib oradakı platar şkafını açıb axtarakən şkafın üst dolabında olan qızıl qabının içərisindən qızılları götürüb evi tərk etmiş, daha sonra hər ikisi həmin həyəti tərk edib yolda gedərkən götürüdüyü qızıllara baxarkən məlum olmuşdur ki, həmin evdən 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 cüt qızıl sırğadan ibarət dəst, 1 ədəd qızıl kişi üzüyü, 1 ədəd qadın nişan üzüyü və 1 ədəd qızıl boyunbağını oğurlayaraq ələ keçirmişlər. O, həmin qızıl ziynət əşyalarını Təqsirləndirilən şəxs2 vermiş ki, səhəri gün aparıb satdqıdan sonra pulu bölsün. Səhəri gün yəni, 10 mart 2020-ci il tarixdə saat 12 radələrində Yusif ona zəng edərək qızılları satdığını deyib onun pulunu vermək üçün onun evi tərəfə gəlməyi demiş, o da həmin günü yəni, 10 mart 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən dostu Təqsirləndirilən şəxs2 evinə gəlmişdir. Həyətdə Yusif ilə görüşmüş, Yusif ona oğurladığı qızılları 760 manata satdığını deyib onun payına düşən 380 manat pulu sayıb vermiş, həmin gün oğurluq yolu ilə əldə etdiyim pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə təxminən saat 09 radələrində Qaradağ rayonu, Müşviqabad qəsəbəsində fərdi yaşayış evlərinin yerləşdiyi küçədə gəzib oğurluq etmək üçün əlverişli məqam axtarmış, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinin həyətində heç kəsin olmadığına əmin olub evin plastikdən olan pəncərəsini açmış və pəncərədən içəri daxil olmuş, evə daxil olub otaqlarını axtarmağa başlamış, evin yataq otağında qapının yanında qadın əl çantasının olduğunu görüb içərisinə baxmış və çantanın içərisində bir cüt qızıl uşaq sırğası, bir ədəd nişan üzüyü, bir ədəd qadın üzüyü, bir ədəd medalyon olduğunu görüb götürmüşdür. Oğurluq etdiyi otaqda bir ədəd idman velosipedi də olmuş, sonra evə daxil olduğu pəncərədən çıxıb oradan uzaqlaşmışdır. Həmin günü dostu Yusif Əhmədovla görüşmüş və Müşviqabad qəsəbəsindəki evdən qızıl zinət əşyalarını oğurladığını demiş, həmin qızıl zinət əşyalarını Yusifə vermiş ki, satsın və əldə etdiyi pulu yarı bölsünlər. Yusif ondan həmin qızıl zinət əşyalarını alıb aparıb 450 manata satmış və həmin pulun 225 manatını ona vermişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Müşviqabad qəsəbəsi, 2-ci massivdə yerləşən qırmızı-yaşıl rəngli həyət qapısı olan fərdi yaşayış evlərinin birinin qapısının bağlı olduğunu görub həmin evdə adam olmadığını əmin olmuş, sonra evin daş hasarından tullanıb həyətə daxil olmuş, həyətdə birmərtəbəli ev olmuş, o evin arxa tərəfində ev ilə daş hasar arasında təxminən 50 sm məsafə olan yerdəki pəncərəsinin dəmir barmaqlığını yerdən götürdüyü taxta parçası ilə sındırmış, evin pəncərəsi açıq olduğu üçün evə rahat daxil olmuşdur. Otaqların birində olan güzgülü şkafda 10 manat pul, şkafda olan sandıqçanın içərisindən bir ədəd brilyant qaşlı kişi üzüyü, bir ədəd qadın nişan üzüyü, bir ədəd qaşsız sadə qızıldan olan üzüyü, bir ədəd boyunbağı, bir ədəd sırğanı və bir dəd qolbağı götürüb başqa otaqlara baxmadan evə girdiyi pəncərədən də çıxaraq oradan uzaqlaşmış, oğurladığı qızıl əşyaları götürüb tanışı Təqsirləndirilən şəxs2 yanına gəlmiş və ona satması üçün vermişdir. Sonradan Yusif həmin qızılları 450 manata satdığını ona demiş və qızılın pulunu yarı bölüb 225 manatını ona vermiş, qalan hissəsini isə özü götürmüşdür. Bundan başqa, 18 aprel 2020-ci il tarixdə saat 22 radələrində Aşağı Güzdək qəsəbəsində yaşayan dostu Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, Yusifin evində bir az söhbət etdikdən sonra küçəyə çıxmış, onlar birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Yusifin evinin yanından piyada küçə ilə hərəkət edərək boş ev axtarmağa başlamış, aradan bir saat keçəndən sonra, saat 23 radələrində biz Aşağı Güzdək qəsəbəsində yaşayan sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmiş, həmin vaxt ətrafa baxmış, heç kimin olmadığını görüb hasara çıxıb həyətə düşmüşdür. Həmin vaxt dostu Yusif evdən bir az aralıda dayanıb nəzarət etmişdir ki, gələn olarsa ona xəbər versin. O, həyətə düşmüş, evin künc hissəsində olan pəncərənin dəmir barmaqlığını əli ilə dartaraq sındırmış, plastik pəncərənin aşağı hissəsindən əli ilə bərk itələyib pəncərəni açmışdır. Bundan sonra evə daxil olmuş, daxil olduğu otaq evin mətbəxi olmuş, o, içəri daxil olub qonaq otağına keçmiş, bu zaman qonaq otağında qapının arxasında yerdə hər biri qutunun içərisində olan 3 ədəd perferatoru görmüşdür. Bundan sonra yataq otağına keçmiş, orada olan dolabın siyirmələrini açıb oradan 1 ədəd qadın üçün qızıl üzük və gümüş dəstini götürüb cibinə qoymuş, sonra qonaq otağına qayıdıb qapının arxasında yerdəki hər biri qutunun içərisində 3 ədəd markasını bilmədiyi perferatorları da götürüb evə daxil olduğu pəncərədən çölə həyətə çıxmışdır. Daha sonra evin qarşı tərəfinə keçib orada olan hasarın üstündən aşaraq küçəyə düşmüş, Yusif onu görüb yaxınlaşmış və onlar oradan uzaqlaşmışlar. Onlar Yusifin yaşadığı evin yaxınlığına doğru hərəkət etmiş, Yusifin evinin yaxınlığında cibində olan 1 ədəd qadın üçün qızıl üzüyü və gümüş dəstini Yusifə satması üçün vermiş, götürdüyü 3 ədəd perferatorları isə satacaqdı. Yusif ilə bölgüyə əsasən Zərərçəkmiş şəxs4 evindən oğurladığı 3 ədəd perferatoru o, 1 ədəd qızıl üzük və gümüş dəstini isə Yusif götürmüşdür. Bundan sonra yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs4 evindən oğurladığı 3 ədəd perferatorları səhəri gün, yəni 19 aprel 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 150 manata satmış, aradan iki-üç gün keçdikdən sonra dostu Yusif ilə görüşən zaman sonuncu bildirmişdir ki, Zərərçəkmiş şəxs4 evindən oğurladığı Yusifin payına düşən 1 ədəd qızıl üzüyü Bakı şəhəri, 20 yanvar metro stansiyasının yaxınlığında qızıl dükanına satmış, gümüş dəstini isə lazım olmadığı üçün atmışdır. Bundan başqa, 06 noyabr 2018-ci il tarixdə tanışı Yusifin yaşadığı Güzdək qəsəbəsindəki evində olarkən saat 09 radələrində Yusifə bildirmişdir ki, evlərin birindən oğurluq etsin və evdən dəyərli bir əşya tapdığı halda ona satması üçün versin. Yusif də onunla razılaşmış, həmin tarixdə saat 11 radələrində Hökməli qəsəbəsində küçə ilə piyada gedərkən orada olan bir yaşayış evinin darvazasının açıldığını və oradan bir Toyota Prado markalı avtomobilin çıxdığını, avtomobili idarə edən qadının darvazanı bağlayaraq təkrar avtomobilə minərək çıxıb getdiyini görmüş, qadın evin darvazasını açarla bağladığı üçün evdə heç kəsin olmadığını güman etmişdir. Həmin evin arxa tərəfinə keçib hasardan tullanmış və həyətə keçmiş, sonra isə həyətdəki evə yaxınlaşmışdır. Evin pəncərəsindəki dəmir barmaqlığı çıxarıb kənara qoymuş və plsitk pəncərəni itələyib açaraq evə girmişdir. Pəncərədən qonaq otağına, oradan içə yataq otağına keçmiş, yataq otağındakı şkafın içərisində olan qara çantanı götürmüş, çantanın içərisində 11.900 manat və 500 dollar pul olmuş, selofon torbada isə çoxlu sayda qızıl zinət əşyaları olmuşdur. O, pulları və qızıl zinət əşyalarını götürüb cibinə qoymuş, sonra otaqdakı termonun qarşısında pul kisəsi olduğunu görüb götürmüş və içərisində 300 manat pul olmuş, lakin həmin pula toxunmamışdır. Sonra evdən qonaq otağına keçmiş və evə girdiyi pəncərədən də çıxıb həyətə girdiyi hasara çıxaraq küçəyə tullanıb oranı tərk etmişdir. Oradan da tanışı Yusifin yaşadığı Güzdək qəsəbəsindəki evinə gəlmiş, sonuncuya oğurladığı 11.900 manat barədə bir söz deməmiş, evdən 500 dollar və qızıl zinət əşyaları oğurladığını demiş və həm dolları vermişdir ki, aparıb mübadilə etsin və həm də qızılları vermişdir ki, aparıb satsın. xx.xx.2018-ci il tarixdə Yusif pulu mübadilə edib 850 manat pulu öz yaşadığı evə gətirmiş, əvvəlcə həmin pulu yarı bölmüş, 425 manat Yusif ona vermiş, qalan 425 manatı isə özü götürmüşdür. Lakin qızıllar onun özündə qalmış, Yusif 10 gün ərzində həmin qızılları satıb pulunu böləcəyini bildirmiş, təxminən 10 gün sonra Yusiflə onun yaşadığı Güzdək qəsəbəsindəki evində görüşmüş, Yusif ona demişdir ki, qızıl zinət əşyalarını satmışdır və 3500 manat pul əldə etmişdir, həmin puldan Yusif ona 1750 manat vermiş, qalan 1750 manat pulu isə özü götürmüşdür. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Yusiflə birlikdə oğurluq etmək üçün Abşeron rayonu Pirəkəşkül qəsəbəsində ev axtarmış, həmin vaxtı Pirəkəşkül qəsəbəsi, yeni məhəllədə işığı yanmayan ev görüb, evdə heç kim olmadığını yəqin edib qonşu evin həyətinə keçmişlər. O, üstündə olan vintaçanla evin plastik pəncərəsini açmış və birlikdə pəncərədən evə daxil olmuşlar. Yusif evin mətbəxinə keçib həyətə baxıb kimsənin gəlib-gəlmədiyinə gözləmiş, o isə yataq otağında oğurlamaq üçün pul və qızılzinyət əşyları axtarmağa başlamışdır. Evin yataq otağında paltar dolabını açdıqda siyirtmədə qzıl zinət əşyaları və kişi üzüyü olduğunu görüb götürmüş, bir neçə dəqiqə evi axtardıqdan sonra evdən qızıl götürıb çıxmış, Yusifə evdən qızıllar götürdüyünü demiş, sonra pəncərədən çölə çıxıb getmişlər. Evdən çıxdıqdan sonra qızılları satması üçün Yusifə vermiş, Yusif də səhəri gün həmin qızılları Bakı şəhərində “Sum”adlanan qızıl satışı yerində şəxsiyyət vəsiqəmi təqdim etməklə 1200 manata satmış, həmin gün günorta saatlarında Güzdək yolunda Yusif onunla görüşmüş və satdığı qızılların pulunu öz aralarında bölüb xərcləmişlər. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Yusiflə birlikdə oğurluq etmək üçün Abşeron rayonu Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində ev axtarmış, həmin vaxtı Atyalı yaşayış massivində bir evin işıqlarının yanmadığını görüb, evdə heç kimin olmadığını yəqin etdikdən sonra Yuisflə birlikdə təxminən 2 metr hündürlüyündə olan hasardan həyətə keçmişlər. Yusif həyətdən götürdüyü taxta parçası ilə pəncərənin dəmir barmaqlığını aralamış və vintaçanla plastik pəncərəni açmışdır. O, da pəncərədən evə daxil olmuş, Yusif isə həyətdə dayanıb gözləmişdir. O, evin yataq otağına keçib orada paltar dolabında olan şüşə balonda pul olduğunu görüb balonu götürüb pəncərədən Yusifə vermişdir. Sonra yenidən yataq otağına qayıdıb, siyirməli stolun üstündəki göy rəngli qabın içində olan 1 ədəd qızıl üzüyü, 1 cüt qızıl sırğanı, 1 cüt qızıl uşaq sırğasını və 1 ədəd nazik qızıl qolbağını götürüb evdən çıxmışdır. Həyətdə olan yarımtikilinin içində şüşə balonu qırmış və balonda olan 650 manat pulu öz aralarında bölmüş, qızılları satması üçün Yusifə vermiş, səhəri gün X23 qəsəbəsində görüşmüş və Yusif qızılları 500 və ya 550 manata satdığını bildirmiş və pulları öz aralarında bölüb xərcləmişlər. Bundan başqa, 12 yanvar 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə növbəti dəfə oğurluq etmək üçün görüşdükdən sonra Abşeron rayonu Nübar qəsəbəsində gəzişmiş, birdən bir mərtəbəli fərdi yaşayış evin yanından keçəndə işıqların yanmadığını görmüş, yan tərəfdən qayalıq olan yerdən hasar balaca olduğu üçün evin həyətyanı sahəsinə daxil olmuş, pəncərədə barmaqlıq olduğu üçün Yusif yerdən götürdüyü taxta parçası ilə barmaqlığın alt hissəsindən basıb sıxmaqla açmış, Yusif kənarda dayanmış, o isə evin içinə daxil olmuşdur. Evdə yataq otağına daxil olmuş, şkafı axtardıqdan sonra qızıl zinyət əşyaları və 1500 manata yaxın pul götürmüş, oğurluq etdiyi əşyaları yəni qızıllar barədə Yusifə demiş, lakin 1500 manat barədə ona bir söz deməmiş, yalnız 200 manatın 100 manatını bölmüş, sonra növbəti gündə Yusif həmin qızılları satmış, qızılları 1100 manata satdığını Yusif bildirib pulu yarıya bölüb xərcləmişlər. Bundan başqa, təxminən 4 avqust 2018-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsindəki evində olarkən Yusiflə danışmış ki, ev yeri bilsəydi, ordan oğurluq edərdi, dəyərli bir əşya tapsa, onuda onunla yarı bölərdi. Bu zaman Yusif ona demişdir ki, əgər oğurluq etsə dəyərli əşyaları ona versə, özü həmin əşyaları sata biləcək, amma əşyaların satışından əldə edilən pulu yarı böləcəklər. O, Yusiflə razılaşmış, sonuncu bildirmişdir ki, bir nəfər vardır, qızıl satır hesab edir ki, onun evində qızıl və ya pul olar. Elə həmin vaxtı hər ikisi birlikdə Yusifin dediyi şəxsin Aşağı Güzdək qəsəbəsində yerləşən evinin qarşısına gəlmiş, ona evi göstərmişdir. Onunla birlikdə həmin evə və ətrafına baxmış, həmin vaxtı evdə adam olduğunu görüb oğurluq etmədən çıxıb getmişlər. Təxminən 2-3 gün sonra 07 avqust 2018-ci il tarixdə axşam üstü saat təxminən 19-20 radələridə Yusifin ona dediyi Əlifağa adlı şəxsin evinin qarşısına onunla birlikdə gəlmiş, evə nəzarət etmiş, həmin vaxtı onlar kənardan görmüşlər ki, evdən bir qadın və kişi yanlarındada uşaq çıxıb getmiş, qapıarı isə çöldən bağlamışlar. O, Yusiflə birlikdə həmin evin sahiblərinin evdən çıxıb getdiklərini gördükdən sonra tam arxayın olaraq evin sol tərəfdən yola düşən pəncərəsinin qarşısına gəlmiş, Yusif isə evin kənarında dayandır ki, kimsə gələrsə ona xəbər etsin. O, evin pəncərəsinin dəmir barmaqlıqlarını hasarın kənarında yerdə olan taxta parçasını götürüb sındırmış, sonra isə evin plastik materialdan olan pəncərəsini cibində saxladığı vintaçanla açıb evə daxil olmuşdur. Evə daxil olan kimi uşaq otağını görmüş, ordan yataq otağına daxil olmuşdur. Həmin vaxtı yataq otağında paltar dolabı görmüş, həmin paltar dolabının qapısını açmış, içərisində paltarların arasında qırmızı rəngdə qızıl qabı görmüş, həmin qızıl qabının qapağını açdıqda içərisində qızıl sep, qolbağ, klon, üzük və sırğa görüb götürərər cibinə qoymuşdur. Sonra isə evə daxil olduğu pəncərədən çölə çıxıb Yusifin yanına getdim. Həmin vaxtı qızılları onu çöldə gözləyən Təqsirləndirilən şəxs2 vermiş ki, onları aparıb satsın və pulunu isə gətirib onunla bölsün. Yusif bundan sonra həmin qızılları səhəri günü özü tək gedib Bakı şəhərində ünvanını dəqiq bilmədiyi yerdə satıb evinə gəlmişdir. Həmin vaxtı ona zəng edib qızılları satdığını bildirmiş, o da Yusifgilə getmiş, sonuncu qızıllırı 1100 manata satdığını bildirərək, pulu yarı bölüb ona 550 manat pul vermiş, əldə etdiyi pulu tələbatı üçün xərcləmişdir. Bundan başqa, 08 fevral 2017-ci il tarixdə saat 11-12 radələrində ünvan 8 daş hasarla əhatə olunmuş və dəmir darvazası olan evi kənardan müşahidə edib, həyətdən səs gəlmədiyini və həyətə girib-çıxanın olmadığını görüb oradan oğurluq etmək istəmiş, bunun üçün hasardan aşaraq həyətə düşmüşdür. Həmin pəncərəni balta ilə açıb evə daxil olub yataq otağında olan dolabdan dəmir seyfi götürüb evdən çıxarmış, seyfi boş olan qonşu həyətə atıb orada seyfin qapısını balta ilə açmış, seyfdə olan qızıl zinət əşyalarını, 300 ABŞ dollarını və 200 manat pulu götürüb hadisə yerindən uzaqlaşmış, 09 fevral 2017-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2la görüşüb qızılları ona vermiş, Yusif qızılları 1080 manata satdıqdan sonra əldə olunan pulu bölüşüb ona düşən 540 manat pulu götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, qonşusu Zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Şamaxı şossesi, 24-cü kilometrində yerləşən 219 №-li evindən 27 may 2017-ci il tarixdə axşam vaxtı oğurluq etmiş, belə ki qonşusu Farizin və ailəsinin özlərinə məxsus avtomobillə harasa getdiklərini görüb, evdə heç kəsin olmadığını bilib mişar daşı ilə hasarla əhatə olunmuş evin həyətinə hasardan aşıb düşmüşdür. Həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində yerləşən pəncərənin üzərində olan dəmir barmaqlıqlar vasitəsi ilə ikinci mərtəbəyə qalxıb açıq pəncərədən ikinci mərtəbəyə girmişdir. İkinci mərtəbədə yerləşən yataq otağında olan paltar dolabından 350 manat nağd pul, müxtəlif qızıl zinət əşyaları və birinci mərtəbədə yataq otağından 207 manat nağd pulu götürüb evə girdiyi üsulla evdən çıxmış, sonra dostu Yusifə zəng vurub bu barədə məlumat vermiş, sonuncu ilə yaşadığı Güzdək qəsəbəsində görüşüb oğurladığım qızılları və 200 manatı ona vermiş, ertəsi gün Yusif onunla görüşüb qızılları 850 manata satdığını bildirmiş və pulu yarı bölüb öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, ünvan 7 ünvanda yaşayan tanışı Zərərçəkmiş şəxs19 evindən də oğurluq etmiş, belə ki, təxminən 09 yanvar 2018-ci il tarixdə günün birinci vaxtında həyətdə səs olmadığını eşidib, ətrafa nəzər yetirmiş, həyətdə heç kəsin olmadığına əmin olub hasardan aşıb həyətə düşmüş, həyətdə evin birinci mərtəbəsinin plastik pəncərəsini vintaçanla açaraq oradan evin içərisinə yataq otağına daxil olmuş, sonra evin içərisinə keçdikdə yataq otağında olan ağ rəngli güzgülü termoya baxıb orada olan mücrülərin içərisindən müxtəlif zinət əşyaları götürərək evə girdiyi yataq otağındakı pəncərədən çölə çıxmış, sonra qızılları Yusiflə görüşüb satması üçün ona vermiş, Yusifdə qızılları ondan alıb aparıb satmış və qızılları 940 manata satdığını bildirib pulunu öz aralarında bölmüşlər. Bundan başqa, 24 aprel 2019-cu il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2la Sulu-Təpə qəsəbəsində gəzdiyi zaman, iki mərtəbəli evin işığının yanmadığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Sonra ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra birinci hasardan aşıb həyətə düşmüş, arxasınca Yusifdə hasarı aşıb həyətə düşmüşdür. Bundan sonra ikinci mərtəbədə yerləşən eyvana qalxmış, Yusif isə həyətdə qalmışdır ki, gələn olarsa ona xəbər etsin. Eyvanda plastik qapını özü ilə gətirdiyi vintaçanla açmış və mənzilə daxil olmuşdur. Otaqda olan güzgülü şkafın içərisindən bir cüt qızıl sırğa, bir ədəd üzük və bir ədəd boyunbağı götürmüş, termonun qırağından isə 50 manat tapıb götürmış, evdə başqa bir şey tapmayıb girdiyi yerdən çıxıb həyətə düşmüş, birlikdə hasardan aşıb oradan uzaqlaşmış, səhərisi gün oğurladığı qızılları Moskva Univermağının yaxınılığnda tanımadığı qızıl alışı mağazasına 1000 manata satmış, əldə etdiyim pulları aramızda yarı bölüb xərcləmişlər. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 21:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış sahəsi, Bağlar evləri tərəfdə yaşayan bacısı Şəfəqgildən çıxıb yaşadığı evə gedərkən yolda Abşeron rayonu ərazisində yaşayan tanışı Təqsirləndirilən şəxs2la görüşmüş, həmin vaxtı hər ikisinin cibində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi ilə piyada hərək edərkən, həyət evlərinə baxanda bir mərtəbəli evin işıqlarının yanmadığını görüb, evdə heç kəsin olmadığını dəqiqləşdirmək üçün ətrafa və həyətə fikir vermişlər. Evin qarşısında çox şəxsin gəlib-getdiyindən evin arxa tərəfində keçmiş, orada sözü gedən evlə qonşuluqda olan evin hasarını aşaraq həyətinə daxil olmuşdur. Həmin evin ümumi həyətinin hasarını aşaraq oğurluq etmək qərarına gəldiyi evin ümumi həyətinə daxil olmuş, Yusif yerdən taxta parçası götürüb, evin pəncərəsinin dəmir barmaqlıqını sındırmış, evin ağ rəngli plastik metaldan olan pəncərəsini vintaçanla açmış, daha sonra ən evin içərisinə daxil olmuşdur. Evdə dəyərli əşyalar axtarmağa başlamış, yataq otağında olan dolabın içərisində olan tünd rəngli kişi pencəyinin ciblərini axtaranda zaman, oradan qara rəngli kiçik həcimli pul kisəsi aşkar etmiş, pul kisəsini götürüb içərisinə baxdıqda, orada sarı rəngli metaldan olan üç ədəd üzük,bir ədəd sarı rəngli metaldan olan qolbağ olduğunu aşkar etmiş, üzük və qolbağların qızıl olduğunu ehtimal edərək, dərhal həmin pul kisəsini cibinə qoyumuşdur. Dolabın alt hisəsində olan çemodanı götürmüş və onun içərisindən ağ rəngli telefon qutusunu açdıqda orada 300 manat nəğd pul aşkar etmiş və həmin pulları götürmüşdür. Dolabın üzərində olan qara rəngli yaddaş kitabçasını götürmüş, kitabçanın içərisinə diqqətlə baxdıqda oradan 450 manat nəğd pulu aşkar edib götürmüşdür. Daha sonra evin içərisində hər hansı bir dəyəri əşya tapmamış, evdən çıxarkən evdə olan əşyaları yerlərinə qoymuş, mənzildən oğurladığı 750 manat pulu tanışı Yusiflə yarı bölmüş, evdən oğuladığı qızıl zinət əşyalarını isə Yusifə vermişdir ki, satsın. Bir neçə gündən sonra Yusif qızıl zinətəşyalarını satmış və həmin qızıların satışından təxminən ona 1000 manat pul verdiyini xatırlayır. Bundan başqa, yaşadığı evin yaxınlığında yaşayan Ülviyyə adlı qadının evindən oğurluq etmiş, belə ki, yaşadığı evin yaxınlığında Ülviyyə adlı qadın ailə üzvləri ilə birlikdə yaşayır. 03 avqust 2020-ci ildə səhər saat 09 radələrində onların yaşadığı evin yaxınlığından keçərkən daş hasardan keçməklə həyətə düşmüş, belə ki, onların evini hasarı mişar daşından olmuş və alçaq tikilimiş, hasarı aşmaqla həyətə düşmək mümkün olmuşdur. O, həyətə düşmüş və ilk növbədə qaz borusuna baxmış, belə ki, qazın borusunun vintili bağlı olduğundan bir daha əmin olmuşdur ki, evdə heç kim yoxdur. Onların evinin pəncərəsinin dəmir barmaqlığını əli ilə yoxlamış və görmüşdür ki, barmaqlığı sındırmaqla evə daxil olmaq olar. Həmin evin həyətindən iri taxta tapmış, həmin taxtanı dəmir barmaqlığın aşağı hissəsinə, yəni divara bərkidilmiş hissəsinə sıxmış, divarla dəmir barmaqlığın arasına qoyduğu taxtanı sıxmaqla dəmir barmaqlığı aşağı tərəfdən sındırmış, belə ki, dəmir barmaqlıq divara kip vəziyyətdə qaynaqlanmamış, dəmir barmaqlıq oynamışdır. Dəmir barmaqlığı sındırıb divardan araladıqdan sonra yuxarı qaldırmış və bundan sonra plastik pəncərəni əli ilə itələyərək evə daxil olmuşdur. Taxtanı da həyətə tullamış və evin qonaq otağına girmişdir. Qonaq otağındakı şkafı açaraq axtarmağa başlamış, şkafın aşağı hissəsində yerdə qara əl çantası olmuş, çantanın içərisinə baxmış və orada bir ədəd qadın pul qabının olduğunu görmüşdür. Həmin pul qabının zəncirbəndini açmış, oradakı pulları götürərək cibinə qoymuşdur. Sonra isə həmin şkafın orta gözündəki paltarların arxasında bir ədəd balaca qab aşkar etmiş, həmin qabı açanda içərisində olan qızıl-zinət əşyalarının olduğunu görüb götürmüşdür. Qızıl zinyət əşyalarının hamısını cibinə qomuş, sonra yataq otağına keçmiş və oradakı şkafı açdıqda orada bir ədəd dəmir qab olduğunu görüb götürmüş, qabın qapağını açdıqda orada da pulların olduğunu görmüş və həmin pulları da götürüb cibinə qoymuşdur. Sonra isə evi tərk etmiş və həyətdən də yenə hasarı aşaraq çıxmış, Yusif adlı tanışı ilə görüşərək oğurladığı qızılları ona vermiş ki, satsın. Səhərisi gün Yusif ona həmin qızıllara görə 300 manat pul vermiş və qızılların hamısını 600 manat satdığını bildirmiş, o, evdən oğurladığım puldan isə Yusifə heç nə verməmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 20:00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış sahəsi, Bağlar evləri tərəfdə yaşayan bacım Şəfəqgildən çıxıb yaşadığı evə getdikdə yolda həyət evlərinə baxarkən iki mərtəbəli evin işıqlarının yanmadığını görüb, evdə heç kəsin olmadığını dəqiqləşdirmək üçün ətrafa və həyətə fikir vermişdir. Gəlib-gedən olmadığını görüb evin arxa tərəfində hasardan aşaraq həyətə düşmüş, həyətə düşdüyü yerdə divarda su sayğacının qutusuda olmuş, həyətə düşdükdə ayağını qutunun üstünə qoyduqda qutunun qapısıda qırılmışdır. Ordan düşüb evin arxa divar tərəfə yaxın olan yerinə keçmiş, evin pəncərisinin dəmir barmaqlığını həyətdə olan taxta parçası ilə sındırmış, orada olan baltanı pəncərənin arasına salıb sıxıb plastik pəncərənidə açmışdır. Evin həmin hisəssində balaca bir otaq olmuş, otaq tamam dolu olmuş, mətbəxt əşyaları ilə yanaşı kompyuter masası və üzərində kompyuter olmuş, oradan digər otağa keçmişdir. Həmin mərtəbədə iki böyük qonaq otağına oxşar otaq və bir balaca içərisində oyuncaqlar olan otaq olmuş. Oraya baxıb ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədə üç yataq otağı olmuş, həmin otaqlara baxıb bir şey tapa bilməyib birinci mərtəbəyə düşmüşdür. Orada ətrafa baxıb heç bir şey tapa bilməmiş, evə düşdüyü balaca otağa gəlib çıxmaq istəyərkən orada yenidən əşyalara baxmış, sarı kauçuk qutunun içərisinə baxıb 20 və 50 qəpiklik cəmin 40 manat pul, 01 ədəd benzin iyi verən içki, 01 ədəd balaca butulkada viski, 01 ədəd su nasosus və 01 ədəd sarı və qara üzü olan açar yığılan qutunu götürüb evdən çölə çıxmış, həyətə düşdüyü hasar tərəfdən çıxmaq istəyərkən hündür olduğunu görüb həyətdə olan dəmir nərdivandan istifadə edib oğurladığı əşyaları götürərək oradan uzaqlaşmış, yolda kameralar olduğunu görüb nasosu və açar qapını sahibsiz həyətə atmış, içkilərdən birini içib benzin iyi gəldiyini görüb yolda atmış, viskini isə yolda içə içə yaşadığı evə gəlmişdir. Bundan başqa, 2019-cu ilin mart ayının 11-də saat 09 radələrində Təqsirləndirilən şəxs2 ilə Aşağı Güzdək qəsəbəsində piyada gəzərək söhbət edərkən ona pulu olmadığı üçün oğurluq etməyi təklif etmişdir. Yusif də onunla razılşadığı üçün piyada gəzərək həmin qəsəbə ərazisində nəzarətsiz ev axtarmışdır. Həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi M.İbrahimov küçəsində sonradan Zərərçəkmiş şəxs7 məxsus olduğunu bildiyi evin həyətinin giriş qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını fikirləşmiş, sonra həyətə daxil olub evə girəcəyini demişdir. Yusif isə yolda dayanıb gələn olarsa ona xəbər edəcəyini demiş, Yusif həmin vaxt evin qarşısından keçən yolda dayanıb ətrafa nəzarət etmişdir. O, isə evin həyətinin yan tərəfinə keçib oradan hasardan aşaraq həyətə daxil olmuş, bu vaxt həyətdə kürsülü bir mərtəbəli fərdi yaşayış evi olsa da təmirsiz olduğunu görmüşdür. Həmin vaxt həyətin giriş qapısının sağ tərəfində bir mərtəbəli ev olduğunu görüb həmin evin qonaq otağının plastik pəncərəsini həyətdən götürdüyü vintaçan ilə açaraq evə daxil olmuşdur. Bu vaxt həmin otaqda stolun üzərindən 1 ədəd qadın üzüyü, 1 ədəd 3 qaşlı qadın üzüyü, 1 ədəd gül formalı sirkon qaşları olan qadın üzüyü, 1 cüt sırğa, 1 cüt qırmızı rəngli qaşı olan sırğa, 1 ədəd qızılı rəngli “Geneve” markalı saat bijuteriya, 1 ədəd qızılı rəngli klonlu bijuteriya boyunbağını götürmüş, daha sonra həmin otaqdakı paltar şkafına baxarkən orada 1 cüt uşaq sırğasının bir tayını və 1 ədəd plastik qabın içərisində xırda pulların olduğunu görüb həmin qəpiklərdən ibarət pulları şalvarının yan cibinə boşaldıb plastik qabı yerinə qoyub pəncərədən həyətə oradan da yola çıxmışdır. Daha sonra hər ikisi oranı tərk edib yolda gedərkən götürüdüyü qızıllara baxarkən məlum olmuşdur ki, həmin evdən 1 ədəd qadın üzüyü, 1 ədəd 3 qaşlı qadın üzüyü, 1 ədəd gül formalı sirkon qaşları olan qadın üzüyü, 1 cüt sırğa, 1 cüt qırmızı rəngli qaşı olan sırğa, 1 ədəd qızılı rəngli “Geneve” markalı saat bijuteriya, 1 ədəd qızılı rəngli klonlu bijuteriya boyunbağı, 1 cüt uşaq sırğasının bir tayını və 100 manat dəyərində qəpiklərdən ibarət pulu oğurlamışlar. Həmin qızıl ziynət əşyalarını Təqsirləndirilən şəxs2 vermiş ki, satdqıdan sonra pulu bölsünlər, Xirda pulları isə hesablayıb hərəsi 50 manat məbləğində bölmüşlər. Həmin evdən oğurladığı klonlu boyunbağı olan bijuteriyanı və “Geneve” markalı qol saatını qızıl olmadığı üçün tullamış, sonra Yusif ilə sağollaşıb çay içmək üçün “Müşviqabad” qəsəbəsinə getmiş, səhəri gün yəni 12 mart 2020-ci il tarixdə saat 12 radələrində Yusif ilə Aşağı Güzdək qəsəbəsi ərazisində görüşmüş, Yusif ona oğurluq yolu ilə əldə etdikləri qızıl-ziynət əşyalarını Bakı şəhərində mərkəzi univermağın yanında qızıl alqı-satqısı mağazasına 350 manata satdığını deyib, ona 175 manat pul vermiş, o da əldə etdiyi həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, 2019-cu ilin mart ayının 11-də saat 09 radələrində Təqsirləndirilən şəxs2 ilə Aşağı Güzdək qəsəbəsində piyada gəzərək söhbət edərkən ona pulu olmadığı üçün oğurluq etməyi təklif etmiş, Yusif də onunla razılşadığı üçün piyada gəzərək həmin qəsəbə ərazisində nəzarətsiz ev axtarmışlar. Həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi M.İbrahimov küçəsində sonradan Zərərçəkmiş şəxs7 məxsus olduğunu bildiyi evin həyətinin giriş qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını fikirləşmiş, sonra həyətə daxil olub evə girəcəyini demişdir. Yusif isə yolda dayanıb gələn olarsa ona xəbər edəcəyini demişdir. Yusif həmin vaxt evin qarşısından keçən yolda dayanıb ətrafa nəzarət etmiş, o, isə evin həyətinin yan tərəfinə keçib oradan hasardan aşaraq həyətə daxil olmuş, bu vaxt həyətdə kürsülü bir mərtəbəli fərdi yaşayış evi olsa da təmirsiz olduğunu görmüşdür. Həmin vaxt həyətin giriş qapısının sağ tərəfində bir mərtəbəli ev olduğunu görüb həmin evin qonaq otağının plastik pəncərəsini həyətdən götürdüyü vintaçan ilə açaraq evə daxil olmuşdur. Bu vaxt həmin otaqda stolun üzərindən 1 ədəd qadın üzüyü, 1 ədəd 3 qaşlı qadın üzüyü, 1 ədəd gül formalı sirkon qaşları olan qadın üzüyü, 1 cüt sırğa, 1 cüt qırmızı rəngli qaşı olan sırğa, 1 ədəd qızılı rəngli “Geneve” markalı saat bijuteriya, 1 ədəd qızılı rəngli klonlu bijuteriya boyunbağını görüb götürmüş, sonra həmin otaqdakı paltar şkafına baxarkən orada 1 cüt uşaq sırğasının bir tayını və 1 ədəd plastik qabın içərisində xırda pulların olduğunu görüb həmin qəpiklərdən ibarət pulları şalvarının yan cibinə boşaldıb plastik qabı yerinə qoyub pəncərədən həyətə oradan da yola çıxmışdır. Daha sonra hər ikisi oranı tərk edib yolda gedərkən götürüdüyü qızıllara baxarkən məlum olmuşdur ki, həmin evdən 1 ədəd qadın üzüyü, 1 ədəd 3 qaşlı qadın üzüyü, 1 ədəd gül formalı sirkon qaşları olan qadın üzüyü, 1 cüt sırğa, 1 cüt qırmızı rəngli qaşı olan sırğa, 1 ədəd qızılı rəngli “Geneve” markalı saat bijuteriya, 1 ədəd qızılı rəngli klonlu bijuteriya boyunbağı, 1 cüt uşaq sırğasının bir tayını və 100 manat dəyərində qəpiklərdən ibarət pulu oğurlayaraq ələ keçirmişlər. O, həmin qızıl ziynət əşyalarını Təqsirləndirilən şəxs2 vermişdir ki, satdqıdan sonra pulu bölsünlər. Xırda pulları isə adama 50 manat hesablayıb böldük. Həmin evdən oğurladığı klonlu boyunbağı olan bijuteriyanı və “Geneve” markalı qol saatını qızıl olmadığı üçün tullamış, sonra Yusif ilə sağollaşıb çay içmək üçün “Müşviqabad” qəsəbəsinə getmiş, səhəri gün yəni 12 mart 2020-ci il tarixdə saat 12 radələrində Yusif ilə Aşağı Güzdək qəsəbəsi ərazisində görüşmüş, Yusif ona oğurluq yolu ilə əldə etdikləri qızıl-ziynət əşyalarını Bakı şəhərində mərkəzi univermağın yanında qızıl alqı-satqısı mağazasına 350 manata satdığını deyib ona 175 manat pul vermiş, o, həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, 2020-ci ilin may ayının 27-də həmin ərazidə yaşayan əmisi Zeynalın evinə qonaq gəlmiş, Zərərçəkmiş şəxs13 evi isə əmisi Zeynalın evi ilə qonşuluqda yerləşir. 27 may 2020-ci il tarixdə saat 15-16 radələrində Natiq və ailə üzvlərinin evdən çıxıb getdiklərini və qapıları bağladığını görmüş, həmin günün səhəri yəni, 28 may 2020-ci il tarixdə saat 10 radələrində əmisi Zeynalın evindən çıxıb evinə gedərkən Natiqin həyətinin qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını müəyyən etmiş, bundan sonra yan tərəfdən hasardan aşaraq həyətə daxil olmuş, evin qarşısna gəlib qonaq otağının plastik pəncərəsini həyətdəki baltanın ucu ilə açıb oradan evə daxil olmuş, o, yataq otağına keçib paltar şkafını axtarakən şkafın yuxarı hisssində olan pul qabından 170 manmat nağd pulu götürmüş, sonra parça materialından olan qızıl qabının içərisindən 2 ədəd qızıl boyunbağı, 1 ədəd kişi üzüyü, 3 ədəd qadın üzüyü, 1 ədəd qızıl qolbaq və 1 ədəd klonu götürüb dərhal evi tərk etmişdir. Həmin vaxt dərhal Natiqin evindən çıxıb dostu Yusifin yaşadığı evə gəlib onu yola çağırmış, Yusifə oğurluq etdiyini deyib oğurluq yolu ilə əldə etdiyi qızıl ziynət əşyalarını ona vermiş, evdən 170 manat pulu götürdüyünü Yusifə deməmiş Yusif də dərhal evdən çıxıb həmin qızıl ziynət əşyalarını satmağa getmiş, təxminən 2 saat sonra Yusif onun yanına gəlib həmin qızılları 1255 manata satdığını deyib ona 615 manat pul vermiş, qalan isə pulu Yusif özünə götürmüşdür. Sonda əməlindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Elçini Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən evimin təmir işlərini görməsi səbəbindən tanımış və onunla aralarında dostluq münasibəti yaranmışdır. 2018-ci ildə Elçin bir neçə dəfə yaşadığı evə qızıl-zinət əşyaları gətirərək həmin qızıllları sata bilib-bilməməsini soruşmuşdur. O, şəxsiyyət vəsiqəsi olduğuna görə gətirdiyi qızıl-zinət əışyalarını sata biləcəyini söyləmiş, həmçinin həmin qızılları Elçinin oğurluq yolla əldə etdidiyini də bilmişdir. Həmin vaxtlarda Elçin ona oğurluğa birlikdə getməyi də təklif etdiyinə görə onunla birlikdə oğurluq etməyə razılıq verib evlərdən oğurluqlar etməyə başlamışdır. Belə ki. bu məqsədlə xx.xx.2020-ci il tarixdə Elçinlə birlikdə hava qaraldıqdan sonra Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəlləni gəzərək oğurluq etməyi üçün münasib ev axtarmağa başlamışlar. Şamaxı şossesinin yaxınlığında sahibini tanımadığı bir evin işıqlarının yanmadığını, lakin həyətin işıqlarının yanılı vəziyyətdə olduğuunu görmüş, həmin vaxt evdə heç kim olmadığını düşünsələr də tam dəqiqləşdirmək üçün ertəsi gün, yəni xx.xx.2020-ci il tariuxdə saat 10 radələrində yenidən Elçinlə görüşərək birlikdə həmin evin yaxınlığına gəlmişlər. Onlar həmin evin həyətinin işıqlarının hələ də yanılı vəziyyətdə olduğunu gördükdən sonra evdə heç kimi olmadığına tam əmin olmuş, bundan sonra Elçinlə oğurluq etmək məqsədilə həmin evin arxa tərəf hasarından həyətə daxil olmuşlar. İlk öncə Elçinlə birlikdə köməkləşib evin yan tərəf pəncərəsinin dəmir barmaqlığını sındırmağa başlamış, sonra o, daş parçası ilə vurub həmin dəmir barmaqlığı sındırmışdır. Bundan sonra isə Elçin plastik materialdan olan pəncərəni itələyərək açıb evə daxil olmuş, o isə gələn olarsa xəbər etmək üçün həyətdə gözləmişdir. Bir qədər sonra Elçin evə daxil olduğu pəncərədən geri çıxmış və oğurladığı qızıl-zinət əşyalarının hamısını satmaq üçün ona vermişdir. Bundan sonra Elçinlə yenidən həyətin hasarından aşaraq oradan uzaqlaşmış, sonra Elçin evə, o isə oğurladığı qızıl-zinət əşyalarını satmaq üçün Bakı şəhərinə, mərkəzi univermağa getmişdir. Həmin gün günorta saatlarında qızılları Bakı şəhəri, mərkəzi univermağın yaxınlığında olan, 2 qızıl-zinət mağazasına ümumilikdə 1500 manata satdıqdan sonra geri qayıdıb Elçinə zəng etmiş və yaşadığı evdə Elçinə 750 manat vermişdir. Bundan başqa, təxminən iki il bundan qabaq Yusifə demişdir ki, ona pul lazımdır, onunla oğurluq edə bilər? Elçin ilk öncə razılaşmasada, sonradan razılaşmışdır. Belə ki, 19 mart 2020-ci il tarixdə təxminən saat 20 radələrində Elçinlə birlikdə Aşagı Güzdək qəsəbəsində qonşusu Elnargilin evinin yaxınlığından keçmiş, bu zaman görmüşdür ki, Elnar və arvadı o, cümlədən uşaqları evdən çıxaraq qapısını bağlayıb çıxıb getdilər. Həmin vaxtı Elçinə demişdir ki, “qonşularımdır, evdən getdilər gedək onların evinə girək oğurluq edək”. Elçin isə demişdir ki, “birdən evdə adam olar”. Elçinə demişdir ki, heç kim yoxdu işıqları sönülüdü. Bundan sonra hasardan həyətə düşmüş mətəxin pənəcərəsini Elçin açaraq içəri daxil olmuşdur. O, isə bayırda gözləmiş, bir qədər sonra Elçin içəridən çıxaraq bayıra gəlmiş, sonra onunla birlikdə yaşadığı evə getdiş, orada Elçin ona 200 manat pul və qızıllar vermiş, 200 manatın 100 manatını ona vermişdir. Həmin qızılları isə 20 mart 2019-cu il tarixdə X4 qızıl mağazasına 1730 manata satmışdır. Satdığı qızıllardan isə 750 manatını Elçinə vermiş, həmin özünə düşən pulları isə şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə nahardan sonra Elçin onun yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki evinə gəlmiş, həmin vaxtı pulları olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə saat təxminın 18-19 radələrində marşrut avtobusuna minib Aşağı Güzdək qəsəbəsinin yeni məhəllələr olan hissəsinə getmişlər. Oradakı “Yol marketi”in qarşısında avtobusdan düşüb həmin marketə siqaret və su almağa getmiş, bir neçə dəqiqədən sonra mağazadan çıxanda 2 qadının və 1 kişinin mağazanın yaxınlığındakı fərdi yaşayış evindən çıxıb həyət darvazasını qıfıllayıb orada dayanmış qara rəngli “Prado” markalı avtomobilə minib, getdiklərini görüb həmin evdə heç kimin olmadığına əmin olub oradan oğurluq etmək qərarına gəlmiş və havanın qaranlıq olmasından istifadə edib həmin evin həyət darvazasının sağ tərəfindən hasardan aşaraq həyətə tullanıb birbaşa evin arxa tərəfinə getmişdir. Elçin özü ilə götürdüyü vintaçanı oradakı plastik pəncərənin arasına salıb həmin pəncərəni açmış, o, həmin pəncərədən evə daxil olmuş, Elçin də onun arxasınca içəriə birmişdir. Həmin otaq evin qonaq otağı olmuş, orada televizor, “Playstation-3” oyun aparatı və bəzi ev əşyaları olduğunu görüb, qızıl və pul axtarmaq üçün pilləkənlə evin 2-ci mərtəbəsinə çıxmışdır. Elçin yataq otağını axtarmağa başlamış, o da oradakı uşaq otağına gedib pul və qızıl axtarmağa başlamışdır. Lakin heç nə tapa bilməyib bir neçə dəqiqədən sonra otaqdan çıxmış, Elçin yataq otağndakı güzgülü dolabdan xeyli qızıl-zinət əşyası götürdüyünü söyləmiş, sonra birlikdə evin 1-ci mərtəbəsinə düşmüş, o, qonaq otağındakı oyun aparatını evdən götürdüyü sellofan torbaya qoymuş və özü ilə götürüb Elçinlə birlikdə evə girdiyi pəncərədən çölə çıxıb hasardan aşaraq küçəyə tullanıb piyada Bakı-Şamaxı avtomagistral yoluna tərəf getmişlər. Həmin vaxtı Elçin oğurladığı qızıllar olan qırmızı rəngli torbanı, əvvəlcədən razılaşdığı kimi satıb pul əldə etmək üçün ona vermişdir. Sonra avtobusla evə getmiş, o oğurladığı qızıllara baxıb Elçinə zəng edib oğurladığı zinət əşyalarının qızıl olduğunu və satdıqdan sonra pulunu onunla böləcəyini bildirmişdir. Ertəsi günü səhər həmin qızılların bir hissəsini Bakı şəhəri 20 Ynavar dairəsindəki Velotrek ticarət mərkəzinin girişindəki qızıl-zinət əşyaları satılan mağazaya, bir hissəsini də Bakı şəhərindəki Mərkəzi unuvermağın yaxınlığındakı qızıl-zinət əşyaları satılan mağazalara özünə məxsus qızıl əşyası kimi şəxsiyyət vəsiqəsini təqdim etməklə satıb cəmi 1350 manat pul əldə edib evə qayıtmış və Elçinə zəng edib onu evə çağırıb əldə etdiyi pulun yarısını ona vermişdir. Həmin evdən oğurladığı “Playstation-3” oyun aparatını isə bir neçə gündən sonra yaşadığı məhəllədə mağazası olan Faiqin oğlu Xalidə özünə məxsus aparat kimi müvəqqəti işlətməyə vermişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu “28 May” qəsəbəsində sonradan Zərərçəkmiş şəxs12 məxsus olduğunu bildiyi evin işıqlarının yanmadığını görüb evdə heç kim olmadığını fikirləşmiş, sonra həmin evin həyətinin ətrafındakı hasarın yan tərəfinə keçib oradan hasardan aşaraq hər ikisi həyətə daxil olmuşlar. Bu vaxt həyətdəki taxta parçasını götürüb həmin evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının arasına salaraq barmaqlığı sındırmış, Yusif ona həyətdə dayanıb ətrafa nəzarət eməyini, kiminsə gələcəyi halda ona məlumat verməyi tapşırıb, özü pəncərəni üzərində olan vintaçan ilə açıb oradan evə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Elçin həmin pəncərədən həyətə düşərək ona evdən qızıl götürdüyünü deyib birlikdə həmin həyəti tərk etmişlər. Daha sonra hər ikisi həmin həyəti tərk edib yolda gedərkən Elçinin götürüdüyü qızıllara baxarkən məlum olmuşdur ki, həmin evdən 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 cüt qızıl sırğadan ibarət dəst, 1 ədəd qızıl kişi üzüyü, 1 ədəd qadın nişan üzüyü və 1 ədəd qızıl boyunbağını oğurlayaraq ələ keçirmişlər. Elçin həmin vaxt qızıl ziynət əşyalarını ona satıb pulunu bölmək üçün vermişdir. 10 mart 2020-ci il tarixdə saat 10 radələrində həmin qızıl ziynət əşyalarını götürüb satmaq üçün Bakı şəhərində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı qızıl alqı-satqı mağazasına gəlmiş, orada adını bilmədiyi mağaza sahibinə həmin qızıl ziynət əşyalarını təqdim edib özünə məxsus olduğunu demiş, həmin şəxsdə qızıl ziynət əşyalarına baxıb ona qzıllara görə 760 manat pul verə biləcəyini bildirmişdir. O, razılaşıb şəxsiyyət vəsiqəsinin ksero surətini təqdim edərək həmin pulu alıb qızılları satmış, daha sonra Elçinə zəng editb qızılları satdığını və pulu gəlib evin qarşısından götürməyi bildirmişdir. Həmin günü Elçin saat 14 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi evinə gəlmiş, həyətdə Elçin ilə görüşmüş, Elçinə oğurladığı qızılları 760 manata satdığı deyib onun payına düşən 380 manat pulu sayıb vermişdir. Həmin oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2018-ci ildə ilk dəfə tanışı Elçin oğurladığı qızıl zinət əşyalarını satmağı istəmiş, o da Elçindən qızılları alıb 1000 manata satmış və həmin puldan Elçin ona 100-150 manat pul vermiş, bundan başqa Elçin bir dəfə də ona oğurladığı qızıl zinət əşyalarını satmağı üçün vermiş, o da şəhərdə həmin qızılları 450 manata satıb, pulunu yarı bölmüş və 225 manatını Elçinə, qalan 225 manatı isə ona çatmışdır. Bundan başqa, 18 aprel 2020-ci il tarixdə saat 22 radələrində Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə olmuş, bu zaman dostu Elçin onlara gəlmiş, Elçin ilə evdə bir az söhbət etdikdən sonra küçəyə çıxmışlar. Onlar birlikdə oğurluq etmək qərarına gəlmiş, bunun üçün Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşadığı evin yanından piyada küçə ilə hərəkət edərək boş ev axtarmağa başlamış, aradan bir saat keçəndən sonra, saat 23 radələrində Aşağı Güzdək qəsəbəsində yaşayan sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmişlər. Həmin vaxt ətrafa baxmış, heç kimin olmadığını görüb hadisəni törətmək qərarına gəlmiş, razılaşmalarına əsasən evə Elçin hasardan aşaraq daxil olmuş, o isə evdən bir qədər aralıda dayanıb ətrafa nəzər edib kimsə gələrsə xəbər vermək üçün Elçini gözləmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Elçin hasarın üstündən aşaraq küçəyə düşmüş, onu görüb yaxınlaşmışdır. Elçinin əlində 3 ədəd qutuda perferatorlar olmuş, bundan sonra yaşadığı evin yaxınlığına doğru hərəkət etmiş, yaşadığı evin yaxınlığında Elçin cibindən 1 ədəd qadın üçün qızıl üzüyü və gümüş dəstini çıxarıb ona vermiş, götürdüyü 3 ədəd perferatorları isə Elçin özü götürmüş və satacağını bildirmişdir. Onun Elçin ilə bölgülərinə əsasən Zərərçəkmiş şəxs4 evindən oğurladığı 3 ədəd perferatoru Elçin, 1 ədəd təxminən 3-4 qram çəkidə, üzərində qaşları olan 583 əyarlı qızıl üzük və gümüş dəstini isə o götürmüşdür. Bundan sonra Elçin çıxıb evə getmiş, o, Elçinin verdiyi Zərərçəkmiş şəxs4 evindən oğurladığı 1 ədəd qızıl üzüyü Bakı şəhəri, 20 yanvar metro stansiyasının yaxınlığında 19 aprel 2020-ci il tarixdə günorta saatlarında qızılların alışı dükanında 130 manata satmışdır. Gümüş dəstini isə lazım olmadığı üçün dəqiq xatırlamadığı yerdə atmış, oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 06 noyabr 2018-ci il tarixdə yaşadığı evdə olmuş, Elçin də onunla birlikdə olmuşdur. Təxminən saat 10 radələri olardı, Elçin onun yaşadığı evdən çıxıb getmiş və təxminən bir saat yarım sonra saat 11:30 radələrində qayıdıb gəlmişdir. Ona bildirmişdir ki, yaşayış evindən 500 dollar və qızıl zinət əşyaları oğurlamışdır. Elçin ona 500 dolları mübadilə etməsi üçün vermiş, həmçinin oğurladığı qızıl zinət əşyalarını satmağı üçün vermişdir. O, götürdüyü 500 dolları pulu xx.xx.2018-ci il tarixdə Nəsimi rayonu, 20 yanvar metrosunun yanında mübadilə edib 850 manat pulu öz yaşadığı evə gətirmişdir. Həmin pulu yaşadığı evdə Elçinə vermiş, qızılı zinət əşyaları isə onda qalmış, 10 gün ərzində qızılları satıb pulu böləcəyini bildirmişdir. Həmin qızıl zinət əşyalarının bir hissəsini Laçın univermağının yanında, digər hissəsini isə Memar Əcəmi metrosunun yanında dükanlara müxtəlif qiymətlərə satmış, bütün qızıl zinət əşyalarının satışından 3500 manat pul əldə etmiş və pulun hamısını Elçinə vermiş, Elçin isə həmin puldan ona 500 manat pul vermişdir. Bundan başqa, 12 may 2019-cu il tarixdə yaşadığı evdə olarkən qəsəbə ərazisində olan evlərin birinə girərək oğurluq etmək qərarına gəlmiş, onun evi qəsəbənin giriş hissəsində yerləşir, lakin qəsəbənin axırına qədər piyada getmişdir ki, boş evlərdən tapıb həmin evə oğurluğa girsin. O, piyada qəsəbənin sonuna çatdıqda bir mərtəbəli ev görmüş və evin işığının sönülü olmasını gördükdən sonra həmin evə oğurluğa girmək qərarına gəlmişdir. Bundan sonra küçədən ətrafa nəzər yetridikdə küçədə heç kəsin olmadığına tam əmin olduqdan sonra evin həyətinə hasardan keçmiş və evin arxa tərəfinə keçərək evin dəmir barmaqlığını orada olan taxta parçası ilə barmaqalığın ortasında olan gül formalı hissəsini sındırmış və evin plastikdən olan pəncərəsini isə özü ilə gətirdiyi vintaçan ilə açaraq evin qonaq otağına daxil olmuşdur. O, evin qonaq otağında pul və qızıl-zinət əşyaları axtarsa da tapa bilməmiş və ona görə də evin yataq otağına keçmişdir. O, evin yataq otağına keçərək orada olan mebel dəstlərində pul və qızıl-zinət əşyaları tapa bilməmiş, lakin həmin otaqda termonun üzərində olan qadın pamadası olan çantanın içərisinə baxdıqda həmin çantanın içərisində 2 ədəd qızıldan qadın üzüyü görmüş və dərhal həmin üzüyü cibinə qoyaraq evə daxil olduğu kimi oradan çıxaraq getmişdir. Həmin günün səhərsi yəni 13 may 2019-cu il tarixdə oğurladığı 2 ədəd qızıl üzüyü Bakı şəhərində yerləşən Memar Əcəmi metro stansiyasının yaxınlığında olan qızılların alqı satqısı mağazasına ümümilikdə 160 manata satmış və pulunu öz tələbatı üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Elçinlə birlikdə oğurluq etmək üçün Abşeron rayonu Pirəkəşkül qəsəbəsində ev axtarmış, həmin vaxtı Pirəkəşkül qəsəbəsi, yeni məhəllədə işığı yanmayan ev görüb, evdə heç kim olmadığını yəqin edib qonşu evin həyətinə keçmişlər. Elçin üstündə olan vintaçanla evin plastik pəncərəsini açmış və birlikdə pəncərədən evə daxil olmuşlar. O, evin mətbəxinə keçib həyətə baxıb kimsənin gəlib-gəlmədiyinə baxmış, Elçində yataq otağında oğurlamaq üçün pul və qızılzinyət əşyları axtarmağa başlamışdır. Bir neçə dəqiqə sonra Elçin evdən qızıl götürdüyünü bildirdi və onlar pəncərədən çölə çıxıb getmişlər. Evdən çıxdıqdan sonra Elçin qızılları satmağı üçün ona vermiş, o da səhəri gün həmin qızılları Bakı şəhərində “Sum”adlanan qızıl satışı yerində şəxsiyyət vəsiqəsini təqdim etməklə 1200 manata satmışdır. Həmin gün günorta saatlarında Güzdək yolunda Elçinlə görüşmuş və satdığı qızılların pulunu aralarında bölərək şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Elçinlə birlikdə oğurluq etmək üçün ev axtarmış, həmin vaxtı Abşeron rayonu Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində bir evin işıqlarının yanmadığını görüb Elçinlə birlikdə hasardan həyətə keçmişlər. Mən həyətdən götürdüyü taxta parçası ilə pəncərənin dəmir barmaqlığını aralamış və Elçində olan vintaçanla ilə plastik pəncərəni açmışdır. Elçin pəncərədən evə daxil olmuş və o da həyətdə gözləyib kimsənin gəlib-gəlmədiyinə baxmışdır. Elçin evə daxil olduqdan bir neçə dəqiqə sonra pəncərədən ona 1 şüşə balon verib içində pul olduğunu bildirmiş, Elçin sonra yenə otağa qayıtmış və 5 dəqiqə sonra evdən çıxıb qızıl da tapdığını bildirmişdir. Onlar həmin həyətdə olan yarımtikilinin içində şüşə balonu qırmış və içində olan 650 manat pulu Elçinlə aralarında bölmüşlər. Bundan sonra Elçin evdən oğurladığı 1 cüt qızıl sırğanı, 1 cüt qızıl uşaq sırğasını və 1 ədəd nazik qızıl qolbağını satmağı üçün ona vermişdir. O da səhəri gün həmin qızılları Bakı şəhərində Bakı şəhərində “Sum”adlanan qızıl satışı yerində şəxsiyyət vəsiqəsini təqdim etməklə 550 manata satmış, əldə olunmuş pulu səhəri gün Aşağı Güzdək qəsəbəsində Elçinlə aralarında bölmüşdür. Bundan başqa, 2020-ci ilin yanvarın 12-də axşam saatları idi Elçinlə birlikdə Abşeron rayonu Nübar qəsəbəsində gəzişdikdə qayalığın yanında bir bir mərtəbəli evin işıqlarının yanmadığını görmüş və həmin evdən oğurluq etməyi qərara almışlar. Ev yan tərəfdə olan qayalığın yanından hasar balaca olduğu üçün asanlıqla həyətə daxil olmuşlar. Əmin olmuşlar ki, evdə kimsə yoxdur və ona görə də mən yerdən iri taxta parçası götürüb pəncərənin barmaqlığını əymişdir. Elçin evə girmiş, o isə kənarda dayanmışdır ki, kimsə gələrsə xəbər versin. Elçin bir qədər qayıtdıqdan sonra demişdir ki, qızıl və 200 manat pul oğurlamışdır. Pulun 100 manatını və qızılların hamısını ona satması üçün vermişdir. Səhərisi günü həmin qızılları 900 manata satmış, satdığı yer də hazırda dəqiq yadında deyil, tutulduqdan sonra bilmişdir ki, Elçin 200 manat yox o evdən 1500 manata yaxın pul oğurlamışdır. Bundan başqa, təxminən 2-3 gün sonra 07 avqust 2018-ci il tarixdə axşam üstü saat təxminən 19-20 radələridə Əlifağa adlı şəxsin evinin qarşısına Elçinlə birlikdə gəlmiş, evə nəzarət etdikdə bir kişi və bir qadının uşaqla birlikdə getdiyini görmüş, evin qapısını isə bağlamışlar. Həmin evin sahiblərinin evdən çıxıb getdiklərini gördükdən sonra tam arxayın olaraq evin sol tərəfdən yola düşən pəncərəsinin qarşısına Elçin getmiş, o isə evin kənarında dayanmış ki, kimsə gələrsə Elçinə xəbər etsin. Elçin evin pəncərəsinin dəmir barmaqlıqlarını hasarın kənarında yerdə olan taxta parçasını götürüb onunla sındırmış, sonra isə evin plastik materialdan olan pəncərəsini cibində saxladığı vintaçanla açıb evə daxil olmuşdur. Az sonra isə Elçin çölə çıxmış və onlar birlikdə getmişlər. Elçin həmin vaxtı qızılları ona vermiş ki, onları aparıb satsın, pulunu isə gətirib birlikdə bölsünlər. O, qızılları səhəri günü özü tək gedib bir hissəsini Bakı şəhərində Nəsimi rayonu ərazisində M.Əcəmi metrosunun yaxınlığında Moskva Univermağının qarşısındakı qızıl mağazasına Hətəm adlı şəxsə, bir hissəsini isə Nizami rayonu ərazisində Laçın univermağındakı qızıl mağazasına satmışdır. Həmin vaxtı qızılları satıb evə gəlib Elçinə zəng vurub bu barədə bildirmiş və gəlib pulunu götürməsini demişdir. Elçində bundan sonra gəlib qızılların pulunu onunla bölmüş, həmin qızılları təxminən 1100 manata satmış və bu barədə Elçinə deyib sonra pulunu tam olaraq yarı ba yarı bölmüş, pulun 550 manatını Elçinə öz evində vermiş, qalan hissəsini isə özü götürüb şəxsi tələbatı üçünxərcləmişdir. Bundan başqa, 24 aprel 2019-cu il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1la Sulu-Təpə qəsəbəsində gəzdiyimiz zaman, iki mərtəbəli evin işığının yanmadığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Sonra ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra Elçin birinci hasardan aşıb həyətə düşmüş, arxasınca o da hasarı aşıb həyətə düşmüşdür. Bundan sonra Elçinlə birlikdə ikinci mərtəbədə yerləşən eyvana qalxmış, o eyvanda dayanaraq gələn olarsa Elçinə xəbər verməyi öz öhdəsinə götürmüş, Elçin qalxdıqları eyvandan qapısın açıb evə daxil olmuşdur. Təxminən 15 dəqqiqədən sonra Elçin evə girdiyi yerdən eyvana çıxıb ona evdən qızıl zinət əşyaları oğurladığını bildirmiş, daha sonra birlikdə eyvandan həyətə düşüb, hasardan küçəyə aşıb oradan uzaqlaşmışlar. Səhərisi gün oğurladığı qızılları Moskva Univermağının yaxınılığnda tanımadığı qızıl alışı mağazasına 1000 manata satmış, əldə etdiyi pulları aralarında yarı bölüb xərcləmişlər. Bundan başqa, 02 iyun 2019-cu ildə saat təxminən 19:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1la görüşmüş, həmin vaxtı ikisinin də cibində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə piyada hərəkət edərkən, həyət evlərinə baxanda bir mərtəbəli evin işıqlarının yanmadığını görüb, evdə heç kəsin olmadığını dəqiqləşdirmək üçün ətrafa və həyətə fikir vermişlər. Evin qarşısında çox sayda şəxsin gəlib-getdiyindən evin arxa tərəfinə keçmiş, evin arxa hasarından aşaraq evin ümumi həyətinə daxil olmuş, həmin evin həyətindən taxta parçası götürüb, evin pəncərəsinin dəmir barmaqlıqını sındırmış, Elçin bundan sonra evin içərisinə daxil olmuşdur. O, evin həyətində qalmışdır ki, gələn olarsa Elçinə xəbər versin. Təxminən 15 dəqiqədən sonra Elçin çıxmış və oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra Elçin cibindən 750 manat pul, qara rəngli pul kisəsinin içərisində qızıl-zinət əşyalarını çıxarıb ona göstərmiş və həmin pul və qızıl zinət əşylarını sözü gedən evdən oğurladığını bildirmişdir. 750 manat puldan, 350 manat pulu ona vermiş, qara rəngli pul kisəsinin içərisində sarı rəngli metaldan olan üç ədəd üzük, bir ədəd sarı rəngli metaldan olan qolbağ olduğunu aşkar etmiş, həmin üzük və qolbağların qızıl olduğuna əmin olduqdan sonra, onları satmaq üçün ona vermişdir. O, həmin qızılları Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” unvermağında 2000 manata satmış, qızıların satışından əldə olunan 1000 manatını Elçinə vermişdir. Bundan başqa, tanışı Elçin 08 fevral 2017-ci il tarixdə saat 11-12 radələrində ünvan 8 ünvandan oğurluğu tək törətmiş, Elçinlə görüşdükdə ona demişdir ki, həmin evin pəncərəsini balta ilə açıb evə daxil olub yataq otağında olan dolabdan dəmir seyfi götürüb evdən çıxartmışdır. Seyfi boş olan qonşu həyətə atıb orada seyfin qapısını balta ilə açmış, seyfdə olan qızıl zinət əşyalarını, 300 ABŞ dollarını və 200 manat pulu götürüb hadisə yerindən uzaqlaşdır. 09 fevral 2017-ci il tarixdə Elçin mənimlə görüşüb qızılları ona satması üçün verdmiş, lakin evdən pul götürməsi barədə ona heç bir söz deməmişdir. O, qızılları Bakı şəhərinə Mərkəzi Univermağın yanına aparıb orada tanımadığı şəxsə 1080 manata satdıqdan sonra əldə olunan pulu götürüb geri qayıtmış və Elçinlə görüşüb ona qızılları satdığını demiş, bundan sonra əldə etdiyi pulu yarı bölüb onun payına düşən 540 manat pulu götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Şamaxı şossesi, 24-cü kilometrində yerləşən 219 №-li evində baş vermiş oğurluqla bağlı bildirmişdir ki, həmin oğurluğu Elçin tək törətmişdir. Belə ki, Elçin 27 may 2017-ci il tarixdə axşam vaxtı qonşusu Farizin və ailəsinin özlərinə məxsus avtomobillə harasa getdiklərini görüb, evin həyətinə hasardan aşıb düşmüşdür. Həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində yerləşən pəncərənin üzərində olan dəmir barmaqlıqlar vasitəsi ilə ikinci mərtəbəyə qalxıb açıq pəncərədən ikinci mərtəbəyə girmiş, yataq otağında olan paltar dolabından 350 manat nağd pul, müxtəlif qızıl zinət əşyaları və birinci mərtəbədə yataq otağından 207 manat nağd pulu götürüb evə girdiyi üsulla da evdən çıxmışdır. Elçin bu barədə zəng vurub ona dedikdən sonra onunla görüşmüş, Elçin oğurladığı qızılları və 200 manatı ona vermiş, ertəsi gün qızılları Bakı şəhəri 20 yanvar ərazisinə aparıb orada tanımadığı şəxsə 850 manata satmış, geri qayıdıb Elçinlə görüşmüş və pulu yarı bölüb qalan pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, ünvan 7 ünvanda yaşayan Zərərçəkmiş şəxs19 evindən oğurluğu da Elçin tək etmişdir. Belə ki, 09 yanvar 2018-ci il tarixdə Elçin Zərərçəkmiş şəxs19 evinin hasarından aşıb həyətə düşmüş, evin birinci mərtəbəsinin plastik pəncərəsini vintaçanla açaraq oradan evin içərisinə yataq otağına daxil olmuş, evin içərisinə keçdikdə yataq otağında olan mücrülərin içərisindən müxtəlif zinət əşyaları götürərək evə girdiyi yataq otağındakı pəncərədən çölə çıxmışdır. Sonra onunla görüşüb qızılları həmişə olduğu kimi ona satması üçün vermiş, o da qızılları alıb Bakı şəhərinə, 20 yanvar metrosu istiqamətində aparıb orada tanımadığı şəxsə 940 manata satmış, qızılların satışından əldə etdiyi 940 manat pulu Elçinlə bölmüş və qalan pulu isə özü xərcləmişdir. Bundan başqa göstərmişdir ki, Elçin yaşadığı evin yaxınlığında yaşayan Ülviyyə adlı qadının evindən oğurluğu tək etmiş, belə ki, 03 avqust 2020-ci ildə səhər saat 09 radələrində Elçin qonşu Ülviyyənin ailə üzvlərinin evdə olmadığına əmin olub daş hasardan keçməklə həyətə düşmüşdür. Evin qonaq otağındakı şkafı açaraq axtarmağa başlamış, qara əl çantasında olan bir ədəd pul qabını götürmüş, pulqabıda pullar və qızıl olduğu üçün yenidən Elçin onunla qızılları satıb pulu bölmək üçün görüşmüş, ona etdiyi oğurluq barədə deyib evdən qızıl götürdüyünü bildirmiş, ona evdən pul götürdüyüyünü deməmiş, o, qızılları satmaq üçün ondan götürmüşdür. Həmin qızılları Bakı şəhəri 20 yanvar metrosu yanında tanımadığı şəxslərə satmış və geri qayıdıb Elçinin yanına gəlmişdir. Satdığı qızılın pulundan Elçinə 300 manat vermiş və qızılları 600 manata satdığını deyib özünə saxladığı pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış sahəsi, Bağlar evləri ərazisində yerləşən fərdi evdən oğurluğu da Elçin tək törətmişdir. Elçin evin arxa divar tərəfinə keçib pəncərisinin dəmir barmaqlığını taxta parçası ilə sındırmış, evdən xırda pullar, bir sıra içkilər və bəzi əşyalar götürüb çıxmışdır. Elçin yolda gələndə kameralar olduğuna görə götürdüyü iri əşyaları atmış ki, kameralara düşməsin. Elçin həmin evdən qızıl əşyası oğurlaması barədə ona heç nə deməmiş, lakin sonradan bilmişdir ki, Elçin həmin evdən qızıl da oğurlamış və həmin qızılı özü satıb pulunu xərcləmişdir. Bundan başqa, 2018-ci ilin iyul ayının 15-da saat 22 radələrində Təqsirləndirilən şəxs1 ilə Aşağı Güzdək qəsəbəsində piyada gəzərək söhbət edərkən ona pulunun olmadığı üçün oğurluq etməyi təklif etmişdir. O da razılşadığı üçün piyada gəzərək həmin qəsəbə ərazisində nəzarətsiz ev axtarmışlar. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi H.Məmmədov küçəsində sonradan Zərərçəkmiş şəxs6 məxsus olduğunu bildiyi evin həyətinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını dəqiqləşdirmişlər. Bundan sonra Elçin həyətə daxil olub evə girəcəyini demiş, o isə yolda dayanıb gələn olarsa ona xəbər edəcəyini demişdir. Bundan sonra həmin vaxt evin qarşısından keçən yolda dayanıb ətrafa nəzarət etmiş, Elçin isə evin həyətinin yan tərəfinə keçib oradan hasardan aşaraq həyətə daxil olmuşdur. Təxminən 20-25 dəqiqə sonra Elçin yenidən həyətdən aşaraq onun yasnına gəlmiş, ona evdən cəmi bir ədəd qaşları olan qızıl qadın üzüyü götürdüyünü deyib satması üçün ona vermiş, o da Elçinə həmin üzüyü səhəri gün satacağını dediyinə görə Elçin sağollaşıb evinə getmişdir. O da öz evinə gəlmişdir. Səhəri gün yəni, 16 iyul 2018-ci il tarixdə həmin qızıl üzüyü götürüb Nəsimi rayonu ərazisində yerləşən metronun M.Əcəmi stansiyasının arxa tərəfində olan “Moskva” univermağının qarşısında qızıl alqı-satqısı ilə məşğul olan Hətəm adlı tanışına sənədsiz özünə məxsus olduğunu deyib 55 manata satmış, həmin gün saat 22 radələrində Elçin yaşadığı evin qarşısna gəlmişdir. Orada görüşüb oğurluq yolu ilə əldə etdiyi qızıl üzüyü 55 manata satdığını deyib onun payına düşən 23 manat pulu vermiş, qalan pulu isə özünə götürmüş, pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi M.İbrahimov küçəsində sonradan Zərərçəkmiş şəxs7 məxsus olduğunu bildiyi evin həyətinin giriş qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını fikirləşmiş, sonra Elçin həyətə daxil olub evə girəcəyini demişdir. O, isə yolda dayanıb gələn olarsa ona xəbər edəcəyini demiş, o, həmin vaxt evin qarşısından keçən yolda dayanıb ətrafa nəzarət etmişdir. Elçin isə evin həyətinin yan tərəfinə keçib oradan hasardan aşaraq həyətə daxil olmuş, Elçin evin pəncərəsindən içəri daxil olub evi axtarmış və oradan qızıl zinət əşyaları, həmçinin bijuteriya götürüb evdən çıxmışdır. Bir qədər sonra Elçin onun yanına gəlib ona 1 ədəd qadın üzüyü, 1 ədəd 3 qaşlı qadın üzüyü, 1 ədəd gül formalı sirkon qaşları olan qadın üzüyü, 1 cüt sırğa, 1 cüt qırmızı rəngli qaşı olan sırğa, 1 ədəd qızılı rəngli “Geneve” markalı saat bijuteriya, 1 ədəd qızılı rəngli klonlu bijuteriya boyunbağı, 1 cüt uşaq sırğasının bir tayını vermişdir. Həmçinin Elçin evdən çoxlu xırda pullar götürmüş, həmin pulu saymış və pulun 50 manat dəyərində hissəsini ona vermiş, qalanını isə Elçin özünə götürmüşdür. Bundan sonra Elçinlə sağollaşıb getmiş, Elçindən aldığı qızılları Bakı şəhərinə aparıb Mərkəzi Univermağın qarşısında tanımadığı şəxsə 350 manata satmışdır. Səhəri gün, yəni 12 mart 2020-ci il tarixdə saat 12 radələrində Elçin ilə Aşağı Güzdək qəsəbəsi ərazisində görüşmüş, Elçinə oğurluq yolu ilə əldə etdiyi qızılziynət əşyalarını Bakı şəhərində mərkəzi univermağın yanında 350 manata satdığını deyib ona 175 manat pul vermiş, qalan pulu isə şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 evində baş vermiş oğurluqla bağlı bildirmişdir ki, həmin evə oğurluğu Elçin özü tək girmişdir. Belə ki, sonradan bilmişdir ki, Elçin 28 may 2020-ci il tarixdə saat 10 radələrində əmisi Zeynalın evindən çıxıb gedərkən Natiqin həyətinin qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını bilmiş və hasardan aşaraq həyətə daxil olmuş, plastik pəncərəsini həyətdəki açıb oradan evə daxil olmuş, evdəki qızıl qabının içərisindən 2 ədəd qızıl boyunbağı, 1 ədəd kişi üzüyü, 3 ədəd qadın üzüyü, 1 ədəd qızıl qolbaq və 1 ədəd klonu götürmüşdür. Həmin günü Elçin onun yaşadığı yerə gəlib onu yola çağırmış, ona oğurluq etdiyimi deyib oğurluq yolu ilə əldə etdiyi qızıl ziynət əşyalarını ona vermişdir. Elçinin evdən 170 manat pul götürməsini bilməmiş, o dərhal evdən çıxıb həmin qızıl ziynət əşyalarını satmağa getmiş, Elçindən aldığı qızılları Bakı şəhərinə Mərkəzi univermağın qarşısına aparıb orada 1255 manata satmış və 2 saat sonra geri qayıtmış, Elçinlə yaşadığı ərazidə görüşüb həmin qızılları 1255 manata satdığını demiş və sonuncuya 615 manat pul verib qaran hissəsini özünə saxlamışdır. Sonda əməlindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 mart 2019-cu il tarixdə təxminən saat 21 radələrində bayram axşamı olmuş, qonşuluqda yaşayan həmyerlisi Babək onları öz evinə dəvət etmiş, o da etiraz etmədən 2 azyaşlı övladı və həyat yoldaşı Samirə ilə birlikdə yaşadığı evin qapısını bağlayaraq Babəkin evinə getmişlər. Orada həmin vaxtı Babəkin ailəsi və qardaşları Bəhlul və Bəhmada olmuş, təxminən 3 saat Babəkin eivndə əyləşdikdən sonra təxminən saat 23 radələrində işıqlar söndüyü üçün ailə üzvüləri ilə birlikdə yaşadığı evinə qayıtmışdır. Həmin vaxtı qaranlıq olduğu üçün heç nəyə fikir vermədən axşam yatmış, həmin günün səhəri, yəni 20 mart 2019-cu il tarixdə təxminən saat 07 radələrində yaşadığı evdə olarkən bu zaman həyat yoldaşı Samirə qızılların olduğu şkafa baxdıqdan sonra ona pulların və qızılların yerində olmadığını bildirmiş, sonra o da pulların qoyulduğu yerə baxmış və görmüşdür ki, 19 mart 2019-cu il tarixdə o, qonşuya gedərkən naməlum şəxs və ya şəxlər mətbəxin plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olaraq evdən 1 ədəd 700 manat dəyərində briliyant qaşlı kişi qızıl üzüyünü, 1 komlekt 4500 manat dəyərində qadın üçün sep, üzük və sırğanı, 1 ədəd 700 manat dəyərində briliyant qaşlı qadın üzüyünü, 4500 ABŞ dollarını, 100 AVRO pulu və 200 manat xırda pulları oğurlamışlar. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, sonra polis əməkdaşları və müstəntiq hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 yanvar 2020-ci il tarixdə iş axtarmaq üçün 3 gün müddətinə xarici ölkələrdən birinə getmiş, ailə üzvüləri isə evində qalmışlar. 25 yanvar 2020-ci il tarixə keçən gecə evinə qayıdıb, ertəsi günü səhər axşamüstü saat 17 radələrində ailəlikcə Xaçmaz rayonundakı evinə getməyə hazırlaşdığı zaman həyat yoldaşı evin dəhlizindəki dolabın üstündəki əl çantasında olan 50 manat pulu götürmək istəyərkən həmin pulun yerində olmadığını görüb bu barədə ondan soruşmuş, o da pulu götürmədiyini söylədikdən sonra evinə kiminsə girib pulu götürməsindən şübhələnib evdə olan əşyaların yerində olub-olmadığını yoxlamağa başlamış, həmin vaxtı evin 1-ci mərtəbəsindəki qonaq otağındakı 100 manat dəyərində olan “Plesteyşin-3” oyun aparatının, evin 2-ci mərtəbəsindəki yataq otağında olan güzgülü dolabın sağ tərəfindəki siyirməsində içərisində, 1600 manat dəyərində 1 ədəd, 16 qram çəkidə, 950 əyarlı, Ərəbistan istehsalı olan medalyonlu qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd, 7 qram çəkidə, 750 əyarlı qızıl boyunbağı, 500 manat dəyərində 583 əyarlı, ”Fantaziya” modelli qızıl üzük və sırğa dəsti, cəmi 700 manat dəyərində, 4 ədəd, 585 əyarlı qızıl qadın üzüyü, 450 manat dəyərində 1 ədəd, 585 əyarlı qızıl kişi nişan üzüyü, 350 manat dəyərində 1 ədəd, 585 əyarlı, medalyonu üzərində Ayşə sözü həkk olunmuş qızıl boyunbağı, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üşaq qolbağı, 700 manat dəyərində 1 cüt 750 əyarlı qızıl sırğa olan torbanın yerində olmadığını görüb həmin qızılların, pulun və oyun aparatının o, xaricdə olduğu vaxtı ailə üzvüləri qonşuluqda yaşayan qardaşının evinə getdikləri zaman, yəni xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrindən saat 21:00 radələrindək olan müddətdə evinə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını yəqin edib, bu barədə DİN-nin 102 xidmətinə telefonla məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qızı Mələk boynundakı boyunbağınıaçaraq qızılların içərisinə qoymuş, həmin vaxtı evindəki qızıllar yerində olmuş, xx.xx.2019-cu il tarixdə səhər saat 10-11 radələrində yoldaşı və uşaqları ilə birlikdə evindən çıxıb yaxınlıqda yaşayan qaynatasıgilə getmişdir. Uşaqları orada qoyub yoldaşı, qaynanası və qızı Mələklə birlikdə Sədərək ticarət mərkəzinə alver etmək üçün getmiş, axşam saat 18:30 radələrində isə evinə qayıtmışdır. Həmin günün səhərisi, yəni xx.xx.2019-cu il tarixdə gün ərzində evdə olmuş, lakin qızılların yerində olub-olmamasına fikir verməmiş, axşam saat 20:15 radələrində evdən çıxıb qaynatasıgilə getmişlər. Təxminən saat 22 radələrində evə qayıtmış, saat 23 radələrində yoldaşı ona evdəki şkafdan 10 manat pulu götürüb götürməməsi ilə bağlı maraqlanmış, o, isə pulu götürmədiyini bildirmişdir. Bundan sonra dolaba baxdıqda orada olan 10 manat nəğd pulun, brilyant qaşlı kişi üzüyünün, qaşsız sadə qızıldan olan üzüyün, qızıl boyunbağının, qızıl sırğanın, qızıl qolbağın oğurlandığının şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 4500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində evdən çıxaraq işə getmiş və həmin gün saat 21:00 radələrində evə qayıtdıqda qonaq otağında olan bəzədilmiş şam ağacının yerdə yıxılmış və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra qeyri-rəsmi münasibətdə olduğu tanışı X5 zəng edib bu barədə məlumat vermiş, İlqar tez bir zamanda yaşadığı ünvana gəlmiş, evdə olan əşyaların dağınıq vəziyyətə salındığını gördükdən sonra evi axtarmağa başlamışdır. Həmçinin evin qonaq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını da aşkar etmiş, sonra evi axtaran zaman yataq otağındakı dolabdan dəyəri 3500 manat olan 1 ədəd qızıl komplektin, 1 ədəd dəyəri 1400 manat olan qızıl klonlu boyunbağının 1 cüt dəyəri 200 manat olan qızıl uşaq sırğasının, 1 ədəd dəyəri 300 manat olan qızıl uşaq boyunbağının, 700 manat və 300 ABŞ dollarının, həmçinin şüşə qabda olan təxminən 800-100 manat arası pulun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra İlqar DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 12 yanvar 2020-ci il tarixdə səhər radələrində evdən çıxıb işə getmiş və təxminən saat 21 radələrində evinə qayıtmışdır. Evə qayıtdıqda mətbəxin pəncərəsinin üzərindəki dəmir barmaqlığın sındırıldığını görmüş, evə girib yataq otağındakı şkafa baxdıqda onun açıq olduğunu görmüşdür. Şkafdakı əşyalara nəzər yetirdikdə orada saxladığı 800 manat dəyərində qızıl qolbağdan və boyunbağından ibarət dəstin, 400 manat dəyərində uşaq üçün sırğanın, 250 manat dəyərində uşaq üçün boyunbağının, 500 manat dəyərində qadın üzüyünün, 250 manat dəyərində sırğa-üzük dəstinin, 500 manat dəyərində kişi-qadın üzüyünün, 180 manat dəyərində qızıl üzüyün, 700 manat dəyərində buta formalı sırğa-üzük dəstinin, 150 manat dəyərində qadın üzüyünün, 100 manat dəyərində kulonlu boyunbağının, 120 manat dəyərində gümüş dəstinin və 1590 manat məbləğində pulun oğurlandığının şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 5740 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00-da qızı Aidanın ad günü ilə əlaqədar şəhərə getmiş, həmin zaman yoldaşının rəfiqəsi Xanım və onun həyat yoldaşı Tofiqdə onlarla birlikdə ad günündə olmuşlar. Onlar saat 23:00 radələrində evə qayıtmış, həmin zaman evin giriş qapısında heç bir iz olmamış və qapını açıb içəri girmişlər. İçəri girərkən evdə nə isə narahatlıq hiss etmiş, birinci mərtəbənin pəncərələrinə baxarkən, birinci mərtəbədəki mətbəxin yardımçı sahəsində olan otağın pəncərəsinin açıq olduğunu və dəmir çərçivəsinin bir barmağının qırıldığını aşkar etmişlər. Bunu görüb evə dəqiq baxmışq, həmin yardımçı sahədə olan masanın üzərində olan sarı qəpik qabında 100 manat 50 qəpiklik, adi balonda olan 120 manat 20 qəpiklik cəmi 220 manat qəpik pulların yerində olmadığını aşkar etmişdir. Bundan sonra birinci mərtəbəyə baxanda qonaq otağında olan rəfdə qızı Aidanın adı yazılan 1000 manat dəyərində qızıl boyunbağınında yerində olmadığını aşkar etmiş, həmin zaman evin birinci mərtəbəsində qeyd etdiyi pəncərədən başqa heç bir əşya sındırılmamış və dağıdılmamışdır. Bundan sonra tez ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədədə hər şey səliqəli, öz səhmanında olmuş, otaqlara baxarkən yataq otağında olan güzgülü kamotun siyirməsində olan yoldaşı Nərminəyə özüm hədiyyə aldığı 2000 manat dəyərində brilyant qaşlı bir cüt sırğanın oğurlandığını aşkar etitş, sonra həmin siyirmədə konverdə olan 30 ədəd 100 manatlıq əskinazlarla olan 3000 manat pulunda oğurlandığını aşkar etmiş, bunu görüb digər otaqlara bamışdır. Həmin otaqlar səliqəli vəziyyətdə olmuş və heç bir şey oğurlanmamışdır. Sonra yenidən birinci mərtəbəyə düşmüş, birinci mərtəbədə olan dolablara baxmış, məlum olmuşdur ki, evə girilən yardımçı otaqda masanın üzərində olan 15 manat dəyərində arağın və 20 manata aldığım açarlar olan çemodanında oğurlandığını aşkar etmiş, sonra çölə çıxıb həyətə baxmış, həyətə baxarkən pəncərənin dəmir çərçivəsini sındırıldığını və plastik pəncərənin açıldığını müəyyən etmiş, sonra polis əməkdaşları ilə ətrafa baxarkən, qonşunun bizim həyətin hasarına vurdurduğu su sayğacının qutusunun qırıldığını müəyyən etmişdir. Bundan sonra əmin olmuşdur ki, həyətə girən şəxs elə həmin sayğacın üstünə ayağını qoyub hasara qalxaraq həyətə girmişdir. Baş vermiş oğurluq nəticəsində onu ümumilikdə 6255 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 27 may 2017-ci il tarixdə saat 19:20 radələrində yaşadığı evdən çıxıb ailə üzvləri ilə birlikdə Müşviqabad qəsəbəsindəki Məscidə getmiş, evin qapısını və darvazanı açarla bağlamışdır. Həmin günü saat 22:05 radələrində yaşadığı evə qayıtmış və evin qapısını açıb içəri daxil olmuşlar. Həmin vaxtı evdə hər hansı hadisənin baş verdiyini bilməmişdir. Səhəri günü saat 09 radələrində qızı Günel çantadan 207 manat pulun oğurlandığını bilmiş, belə olduqda yataq otağındakı dolabın içərisinə baxmış və oradan qızıl zinət əşyaları ilə birlikdə 350 manat pulunun da oğurlandığını bilmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4200 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan ödənilmədiyi üçün şikayətçidir, onlara cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, 08 fevral 2017-ci il tarixdə saat 20 radələrində evdə olarkən yoldaşı ona yataq otağındakı seyfin yerini dəyişdirilməsi barədə soruşmuş, o, isə seyfə toxunmadığını bildirmiş, bundan sonra yataq otağına keçdikdə orada olan seyinin yerində olmadığını görmüş, seyfin yerində isə otaqda olan stolunun qoyulduğunu görmüş, belə olduqda evindən oğurluq olduğunu başa düşmüşdür. Həmin seyfdə 200 manat, 300 ABŞ dolları, bir ədəd 3000 manat dəyərində brilyantq qaşlı sırğa üzük dəsti, bir ədəd 1000 manat dəyərində kişi üzüyü, bir ədəd 1500 manat dəyərində briloyant qaşlı qadın üzüyü, bir ədəd 1500 manat dəyərində brilyant qaşlı kulonu olan boyunbağı, 300 manat dəyərində bir ədəd boyunbağı, 1000 manat dəyərində qızıl onluq və bir ədəd qızılo beşlik, bir ədəd 1000 manat dəyərində qolbağ olmuş, baş vermiş oğurluq nəticəsində ona 10.800 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə saat 08 radələrində yoldaşı, oğlu və gəlini ilə birlikdə yaşadığı evdən çıxıb Bakı şəhərinə xəstə yanına getmiş, təxminən saat 14 radələrində yaşadığı evə qayıtdıqda məlum olmuşdur ki, oğlu Orxanın yataq otağındakı dolabın üst siyirməsindən bir ədəd 1000 manat dəyərində qızıl bilərzik, bir cüt 1000 manat dəyərində qızıl sırğa, hər birinin dəyəri 1500 manat olan 2 ədəd qadın qızıl üzükləri, bir ədəd 1000 manat dəyərində qızıl kişi üzüyü və bir ədəd 500 manat dəyərində kulon oğurlanmışdır. Məhkəmənin gedişatında ona vurulmuş ziyan ödənildiyindən artıq şikayətçi deyil. Məhkəmə iclasında zərəçəkmişin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 03 avqust 2019-cu il tarixdə səhər saat 08 radələrində həyat yoldaşı və uşağı ilə birlikdə yaşadığı evdən çıxıb getmiş, uşağı qaynanasının evində qoyub maşınının təmiri ilə bağlı emalatxanaya getmişdir, axşam radələrinədək orada olmuşdur. Təxminən saat 21 radələrində evinə qayıtmış, lakin evdə dağıntı olmadığından oğurluq olmasından şübhələnməmişdir. Ertəsi günü, yəni 04 avqust 2019-cu il tarixdə səhər saatlarında evdə saxladığı puldan götürmək istədikdə oğurluq olduğunu aşkar etmişdir. Yaşadığı evin yataq otağında olan paltar şkafında yoldaşı Ülviyyəyə məxsus əl çantasından 691 manat nəğd olmuş, əl çantası yerində olsa da, içərisindəki pul oğurlanmış, qızıllar paltar şkafında paltarların arxasında qutuda olsa da, qutu yerində qalmış, qızıllar isə oğurlanmışdır. Evindəki şkafda olan plastik qabın içindən 01(bir) dəst dəyəri təxminən 3500(üç min beş yüz) manat olan 23 qram çəkidə 750 əyyarlı, sarı qızıldan, üstü ağ platin materialdan, hərəsində 20 ədəd xırda və irili brilliant qaşları olan sırğa və üzüyü, 01(bir) dəst dəyəri təxminən 2000(iki min) manat olan 20 qram çəkidə 750 əyyarlı, sarı qızıldan, qaşsız boyunbağı və bilərziyi, 01(bir) ədəd dəyəri 200(iki yüz) manat olan 583 əyyarlı, 2-3 qram çəkidə, üzərində sadə tək qaş olan sarı qızıldan üzüyü, 01(bir) ədəd dəyəri 600(altı yüz) manat olan 585 əyyarlı, 3-4 qram çəkidə, üzərində sapfir və brilliant qaşları olan sarı qızıldan üzüyü, 01(bir) ədəd dəyəri 250(iki yüz əlli) manat olan 583 əyyarlı, 6-7 qram çəkidə paxlava formalı sarı qızıldan üzüyü, 01(bir) ədəd dəyəri 300(üç yüz) manat olan 750 əyyarlı, 4-5 qram çəkidə sadə qaşsız sarı qızıldan üzüyü, 01(bir) ədəd dəyəri 1200(min iki yüz) manat olan 750 əyyarlı, 7-8 qramlıq, üzərində 18 ədəd xırda və 10 ədəd iri brilliant qaşları olan sarı qızıldan nişan üzüyü, 01(bir) ədəd dəyəri 500(beş yüz) manat olan 750 əyyarlı, 5-6 qram çəkidə, ortası fırlanan sarı qızıldan nişan üzüyü, 01(bir) ədəd dəyəri 300(üç yüz) manat olan 583 əyyarlı, 3-4 qram çəkidə, üzərində kulon olan və kulonda bir ədəd qırmızı qaşı olan sarı qızıldan nazik boyunbağını, 01(bir) ədəd dəyəri 120(yüz iyirmi) manat olan, 750 əyyarlı, 1-2 qramlıq, üzərində göz muncuğu olan sarı qızıldan uşaq üçün sancağı və 01(bir) dəst dəyəri 150(yüz əlli) manat olan mirvari boyunbağı və qolbağını, uşaq otağından şkafın içərisində dəmir qutudan 230(iki yüz otuz) manat və milli manat məzənnəsinə nisbətdə 17(on yeddi) manat təşkil edən 10ABŞ dolları oğurlanmışdır. Baş vermiş oğurluqda qonşuluqda yaşayan X6 şübələnir, belə ki, hadisə baş verən tarixdə Malik yolun baş hissəsində dayanmış, onlar maşınla yolu döndüyü ərəfəyədək Malik orada olmuşdur. Ona vurulmuş ziyan ödənilmiş, hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 03 iyun 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı evdə təmizlik işləri aparan zaman qonaq otağındakı pəncərənin dəmir barmaqlığının qırıldığını aşkar etmiş, buna görə də yataq otağına keçib əri İlqarın pencəyinin ciblərini yoxlamış, məlum olmuşdur ki, oradan 714(yeddi yüz on dörd) manat dəyərində olan ümumi çəkisi 17 qr təşkil edən sümbül toxumalı sarı rənglı qızıl metaldan olan bir ədəd boyunbağı, 84(səksən dörd) manat dəyərində olan ümumi çəkisi 2 qr təşkil edən zənçir toxumalı sarı rəngli qızıldan metaldan olan bir ədəd boyunbağı, 336(üç yüz otuz altı) manat dəyərində olan ümumi çəkisi 8 qr təşkil edən üzəri qırmızı qaşlarla bəzədilmiş sarı rəngli qızıl metaldan olan üzük, 210(iki yüz on) manat dəyərində olan ümumi çəkisi 5 qr təşkil edən üzərində kiçik həcimli brilyant qaşlarla bəzədilmiş sarı rəngli qızıl metaldan olan üzük, 210 manat dəyərində olan ümumi çəkisi 5 qr təşkil edən bir ədəd fantaziya üzüyü, 168(yüz altmış səkkiz) manat dəyərində olan ümumi çəkisi 4 qr təşkil edən halqa şəkili sarı rəngli qızıl metaldan olan nişan üzük, 294(iki yüz doxsan dörd) manat dəyərində olan ümumi çəkisi 7 qr təşkil edən bir sarı rəngli qızıl metaldan olan nişan üzük, 168(yüz altmış səkkiz) manat dəyərində olan ümumi çəkisi 4 qr təşkil edən bir ədəd sarı rəngli qızıl metaldan olan üzərində “Zaura nənələrindən” sözləri yazılmış qolbağı, çantadan 3390(üç min üç yüz doxsan) manat nəğd pul oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 5574 manat dəyərində maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilmiş, hazırda şikayətçi deyil. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Kərpic zavod yolu, X27 küçəsində fərdi yaşayış evi vardır. 27 may 2020-ci il tarixdən 28 may 2020-ci il tarixədək olan müddət ərzində yaşadığı evdə olmamışdır. 28 may 2020-ci il tarixdə yaşadığı evə gəldikdə görmüşdür ki, naməlum şəxslər evin plastik pəncərəsindən içəri daxil olaraq arxa otağa keçib orada güzdanda qoyduğu 500 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 400 manat dəyərində 1 ədəd qızıl boyunbağı, hər biri 500 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, hər biri 300 manat dəyərində olan 2 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd qızıl qolbağı, 200 manat dəyərində 1 ədəd qızıl medalyonu və 170 manat nağd pulu oğurlamışlar. Göstərmişdir ki, evində baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3170 manat məbləğində maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs21 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 24 aprel 2019-cu il tarixdə saat 18 radələrində evindən çıxıb şəxsi işi ilə əlaqədar şəhərə getmiş, 25 aprel 2019-cu il tarixdə saat 01 radələrində yaşadığı evə qayıtmış və evin ikinci mərtəbəsinə çıxdaqda otağın dağınıq olduğunu görmüşdür. Bundan sonra evinə baxdıqda oradan 50 manat pul, 1200 manat dəyərində qızıl boyunbağı, 800 manat dəyərində qızıl sırğa, 600 manat dəyərində qızıl üzük oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq nəticəsində ona 2600 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs21 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 24 aprel 2019-cu il tarixdə saat 18 radələrində evindən çıxıb şəxsi işi ilə əlaqədar şəhərə getmiş, 25 aprel 2019-cu il tarixdə saat 01 radələrində yaşadığı evə qayıtmış və evin ikinci mərtəbəsinə çıxdaqda otağın dağınıq olduğunu görmüşdür. Bundan sonra evinə baxdıqda oradan 50 manat pul, 1200 manat dəyərində qızıl boyunbağı, 800 manat dəyərində qızıl sırğa, 600 manat dəyərində qızıl üzük oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq nəticəsində ona 2600 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində ailəmlə birlikdə yaşadığı evdən çıxaraq qapıları bağlayıb Qaradağ rayonu, Müşviq qəsəbəsində yaşayan qaynıgilə qonaq getmişdir. Bir gün orada qaldıqdan sonra xx.xx.2019-cu ildə saat 23:30 radələrində öz evinə qayıdıb içəri daxil olarkən evin əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən dağınıq vəziyyətə salındığını, otaqlardakı şkafların və dolabların qapılarının açıq vəziyyətdə olduğunu və içərilərində axtarış aparıldığını, həmçinin yataq otağının plastik materialdan olan pəncərəsinin dəmir barmaqlığının sındırıldığını görmüş və yaşadığı evdə oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Həmçinin bütün otaqlara nəzər yetirdikdən sonra yataq otağındakı şkafda saxladığı indiki dövrün məzənnəsi ilə 1870 manat olan 1100 ABŞ dollarının, 400 manat pulu və təxminən 9000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı və oğurluq nəticəsində ona 11.270 manat maddi ziyan vurulduğu məlum olmuş, buna görə də DİN-in “102” xidməti zəng mərkəzinə yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Hadisə yeri müayinə olunduqdan sonra o, oğurlanmış qızıl-zinət əşyalarının 10.390 manat dəyərində olduğu və əlavə 200 manat dəyərində qəpik pulların da oğurlandığı məlum olmuşdur.əlavə olaraq göstərmişdir ki, evindən 1 ədəd 500 manat dəyərində olan, 583 əyyarlı brilyant qaşlı qadın üzüyü, 1 ədəd 500 manat dəyərində olan böyük brilyant qaşlı gümüş kişi üzüyü, 1 komplekt 750 manat dəyərində olan 583 əyyarlı 10 qramlıq olan kardinal sep və 4 qramlıq klon, 1 ədəd 650 manat dəyərində olan 583 əyyarlı 7 qramlıq damla formalı 1 cüt sırğa, 4 qramlıq üzük, 1 ədəd 400 manat dəyərində olan 583 əyyarlı 7 qramlıq sadə qaşlı qadın üzüyü, 1 ədəd 250 manat dəyərində olan 2 qramlıq klonu ilə birlikdə 5 qramlıq kardinal uşaq sepi, 1 ədəd 250 manat dəyərində olan 2 qramlıq klonu ilə birlikdə 5 qramlıq tros formalı uşaq sepi, 1 ədəd 4000 manat dəyərində olan içərisi qırmızı rəngli qədimi qadın qızıl saatı, 1 ədəd 200 manat dəyərində olan 3 qramlıq zəncir formalı uşaq qolbağı, 1 ədəd 250 manat dəyərində olan 4 qramlıq üzərində Zəhra yazısı olan kardinal uşaq qolbağı, 1 ədəd 450 manat dəyərində olan 6 qramlıq ağ qaşlı qadın üzüyü, 1 ədəd 520 manat dəyərində olan 8 qramlıq ağ qaşlı qadın üzüyü, 1 ədəd 300 manat dəyərində olan 5 qramlıq ağ qaşlı qadın üzüyü, 1 ədəd 250 manat dəyərində olan 4 qramlıq ağ qaşlı qadın üzüyü, 1 ədəd 220 manat dəyərində olan 3,5 qramlıq qaşlı ağ qaşlı qadın üzüyü, 1ədəd 450 manat dəyərində olan 7 qramlıq mirvari qaşlı qədimi sırğa. 1 ədəd 60 manat dəyərində üstündə 3 ədəd klonu olan və klonların üstündə Zeynəb, Zəhra, Harun adları yazılmış gümüş sep, 1 ədəd 60 manat dəyərində olan açar formalı klonlu gümüş sep, 1 ədəd 30 manat dəyərində olan bijuteriya qolbağ, 1 ədəd 300 manat dəyərində olan kardinal qızıl qadın qolbağı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Məmmədov Hicran Əbdül oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2016-cı il tarixdə səhər saat 08 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, 28 May metrosunun yanındakı Neptun marketə işə getmiş, axşam radələrində işdən çıxıb qaynanasıgildən yoldaşını və uşaqlarını götürüb yaşadığı Müşviqabad qəsəbəsindəki evinə qayıtmışdır. Saat 23:05 radələrində evinə qayıtdıqda evdə yoldaşı sandığın səliqəsiz olduğunu görüb bu barədə ondan xəbər almış, o, bundan xəbərsiz olduğunu demiş, bundan sonra yataq otağına keçdikdə yorğan döşəyin səliqəsiz olduğunu və pəncərənin də açıq vəziyyətdə olduğunu görmüş, belə olduqda evə oğru girməsini başa düşmüşdür. Bundan sonra yoldaşı əl çantasına baxdıqda oradan uşağına məxsus bir cüt sırğanın, bir ədəd nişan üzüyünün və bir ədəd boyunbağı medalyonunun olmadığını görmüş, bundan sonra evindən qızıl zinət əşyalarının oğurlandığını başa düşmüşdür. Baş vermiş oğurluq nəticəsində ona 600 manat dəyərində ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 01 aprel 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakıxanov qəsəbəsində yaşayan qaynanasıgilə qonaq getmiş və bir neçə gün orada qalmışlar. 20 aprel 2020-ci il tarixdə yaşadığı Aşağı Güzdək qəsəbəsi, yeni yaşayış massivindəki evinə qayıtmış, həyətə daxil olduqda evin küncündə olan pəncərənin üzərindəki barmaqlığın sındırılmış vəziyyətdə olduğunu görmüş, evə daxil olub baxdıqda qonaq otağında qapının arxasına qoyüduğu bir ədəd “Bosch” markalı, bir ədəd “Sokol” markalı və bir ədəd də markasını bilmədiyi perefaratorların, həmçinin yataq otağında dolabın siyirtməsində saxladığı bir ədəd qızıl üzüyün və bir ədəd gümüş dəstinin yerində olmadığını görmüş və evindən oğurluq olduğunu başa düşmüş, buna görə də baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində olan ümumilikdə 900 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə həyat yoldaşı ona zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş, belə ki, oğurluq haditsəsi saat 11:00 radələri ilə saat 11:30 radələri arasında baş vermişdir. Həmin radələrdə yoldaşı uşağını məktəbə aparmış və geri evinə qayıtdıqda evin pəncərəsinin üzərindəki dəmir barmaqlıqların sındırıldığını və evə naməlum şəxsin pəncərədən daxil olduğunu görmüş, evdəki əşyalara baxış keçirdikdə dolabdakı əl çantasının içərisində saxladığı 11900 manat və 500 ABŞ dolları pulunun, digər pul kisəsində saxladığı bir ədəd 5000 manat dəyərində brilyant qaşlı badam formalı qızıl dəstinin, bir ədəd 1300 manat dəyərində 50 qram çəkidə reket boyunbağının, bir ədəd 1000 manat dəyərində 20 qram çəkidə reket bilərziyin, bir ədəd 500 manat dəyərində 10 qramlıq reket bilərziyin, bir ədəd 2000 manat dəyərində fiyanit qızıl dəstinin, bir ədəd 350 manat dəyərində 7 qram çəkidə reket sepin, bir ədəd 250 manat dəyərində 5 qramlıq reket sepin, hər biri 120 manat olan 3 ədəd bilərziyin, 2900 manat dəyərində 7 ədəd üzüyün, bir ədəd 750 manat dəyərində kişi üzüyünün, hər biri 125 manat olan 4 ələl sepin, hər biri 75 manat olan 2 ədəd kulonun, bir ədəd 750 manat dəyərində hörmə qızıl dəstinin, bir cüt 230 manat dəyərində sırğanın, hər biri 100 manat olan 3 ədəd kulonun, bir ədəd 1500 manat dəyərində yolka boyunbağını və bir ədəd 550 manat dəyərində strelkoza qızıl dəstinin oğurlandığını görmüş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 31.400 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs14 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 12 may 2019-cu il tarixdə təxminən saat 17 radələrində yaşadığı qəsəbədə yerləşən mağazanın qarşısında qəsəbə sakinləri olan Dostiyev Vidadi, Dostiyev Tərlan, Dostiyev Nurlan, Hümbətov Elməddin, Fərid, Orxan və Əkbərlə söhbət etmiş, o, söhbət əsnasında həmin şəxslərin yanında bacanağı olan Farizin ayağını laqonda kəsdiyini və axşamçağı onlara getmək istədiyini demişdir. Bundan sonra bacanağı Farizgilə getmək üçün həmin şəxslərin yanında maşın axtardığını bildirmiş, həmin vaxt Əkbər adlı şəxs ona bacanağıgilə öz avtomobili ilə apara biləcəyini demişdir. O da Əkbərlə razılaşmış və təxminən saat 19 radələrində getmək istədiyini ona bildirmişdir. Daha sonra evə gedərək evdəkilərə hazır olmalarını və saat 19 radələrində Fazilgilə gedəcəyini demişdir. Təxminən saat 19:45-də ailəsi ilə birlikdə Əkbərin idarə etdiyi avtomobillə Mehdiabad qəsəbəsində yaşayan bacanağı Farizgilə getmək üçün yola çıxmış və yolda qəsəbə sakinləri Asif və Xəyyamı görmüş və ailəsi ilə birlikdə bacanağı Farizin yaşadığı Mehdiabad qəsəbəsinə gedəcəyini demişdir. Bundan sonra ailəsi ilə birlikdə Farizgildə biraz oturduqdan sonra təxminən saat 22 radələrində yaşadığı evin darvazasınn qarşısında Əkbərin avtomobili ilə dayanmış və evdəkilərə evə keçmələrini demişdir. O, bacanağımgildə olarkən qəsəbə sakini olan Lələyev İlham mobil telefon vasitəsi ilə ona zəng vuraraq harada olmağını və çay içmək istədiyini bildirmiş, o da Mehdiabad qəsəbəsində bacanağı Farizgildə olduğunu demişdir. Özü isə qayıtdıqdan sonra Əkbərlə qəsəbədə yerləşən çayxanada çay içməyə getmiş, təxminən evdən 100 metr aralanmasına baxmayaraq həyat yoldaşı mobil telefon vasitəsi ilə ona zəng vuraraq evin dağınıq olduğunu və evdən oğurluq olmasını bildirmiş, o dərhal avtomobildən düşərək evə tərəf qaçmış, evə daxil olduqda qonaq otağına tərəf keçmiş və qonaq otağında olan pəncərənin açıq olduğunu və həmin pəncərənin dəmir barmaqlığının sındırıldığını aşkar etmişdir. O, yataq otağında olan mebelin içərisində gödəkçənin cibində olan 400 ABŞ dollarının, həmin otaqda olan güzgülü dolabın sürməsində 2000 manat dəyərində qızılzinət və gümüşün olmadğını aşkar etmiş, daha sonra həyat yoldaşı çantasına baxdıqda çantada olan 90 manat pulun da olmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə evimdən oğurluq olması barədə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs12 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 9 ünvanında 2 sot torpaq sahəsi vardır. Həyətin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbəüz kürsülü bir mərtəbəli fərdi yaşayış evi vardır. Evin pəncərələrinin hər birinin dəmir barmaqlıqları vardır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində arvadı Lalə və azyaşlı uşağı ilə birlikdə Xırdalan şəhərində yaşayan atası Fərdhadın evinə qonaq gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində aləsi ilə birlikdə evə qayıdıb gəlmişlər. Bu vaxt evə daxil olarkən dağınıq olduğunu görüb ətrafa baxarkən qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının qırılaraq pəncərənin açıq olduğunu görmüş, arvadi Lalə ilə birlikdə yataq otağına baxarkən yataq otağındakı paltar dolabında dəsmalların arasında qızıl qabının içərisindən 1600 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və bir cüt sırğadan ibarət qadın qızıl dəsti, 1 ədəd 500 manat dəyərində 585 əyyarlı üzərində sirkon qaşlar olan kişi qızıl üzüyü, 1 ədəd 120 manat dəyərində 585 əyyarlı qadın nişan üzüyü və 1 ədəd 300 manat dəyərində 585 əyyarlı qadın qızıl boyunbağısının oğurlandığını aşkar etmişdir. Həmin vaxt həyəcanlı olduğu üçün atası Fərhada zəng edərək bu barədə məlumat vermiş, atası Fərhad da DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə nəticəsində evindən oğurlanmış qızıl ziynət əşyaları ona məxsus olmuş və pulu ilə alınmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2520 manat məbləğində maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ikimərtəbəli ev tikdirmiş və yay aylarında həmin evdə yaşayır. 07 avqust 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı həmin evdə olmadığı müddətdə naməlum şəxslər pəncərəni sındırıb evə daxil olmuş və yataq otağında şkafın içərisində saxladığı qızıl zinət əşyalarını oğurlamışlar, baş vermiş oğurluq nəticəsində ona 10.300 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 15 iyul 2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə qızının evinə qonaq getmiş və 16 iyul 2018-ci il tarixdə saat 01 radələrində yaşadığı evə qayıtmışdır. Həyətə daxil olduqda yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olub otaqdakı şkafın dolabında olan mücrünün içərisinə baxdıqda orada saxladığı 2550 manat məbləğində pulunun, 6000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığının şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 9750 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 11 mart 2019-cu il tarixdə arvadı Ülkər bağçaya işə getmiş, o, isə azyaşlı qızı Aişəni bağçaya arvadının yanına aparmış, oradan isə işə getmişdir. Axşam saat 19 radələrində yaşadığı evə qayıtmış, arvadı Ülkər və qızları artıq evdə olmuşlar. Bundan sonra arvadı evi yığışdırarkən içərisində qəpiklər yığdığı qabın boş olduğunu görmüş, bu barədə qızından xəbər aldıqdan məlumatsız olduğunu demiş, bundan sonra arvadı Ülkər qızılları qoyduğu stolun üzərinə baxdıqda qızılları orada tapa bilməmiş, bundan sonra evi axtarsalarda tapa bilməmişlər, bu səbəbdəndən də polisə ərizə ilə müraciət etmişlər. Məlum olmuşdur ki, 11 mart 2019-cu il tarixdə saat 13 radələrindən 18 radələrinədək olan müddət ərzində evindən 100 manat dəyərində xırda pullar, 600 manat dəyərində 585 əyarlı 4 qram çəkidə 1 ədəd qızıl qadın üzüyü, 800 manat dəyərində 585 əyarlı 3 ədəd qaşı olan 6 qram çəkidə 1 ədəd qızıl qadın üzüyü, 500 manat dəyərində 585 əyarlı 4 qram çəkidə üzərində gül formalı sirkon qaşları olan 1 ədəd qızıl qadın üzüyü, 400 manat dəyərində 585 əyarlı 6 qram çəkidə 1 cüt qızıl sırğa, 200 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qırmızı rəngli qaşı olan 1 cüt qızıl sırğa, 120 manat dəyərində 585 əyarlı 2 qram çəkidə 1 ədəd qızıl sırğa, masanın üzərindəki 30 manat dəyərində “Geneve” markalı qızılı rəngli 1 ədəd bijuteriya saat, 30 manat dəyərində qızılı rəngli 1 ədəd medalyonlu bijuteriya boyunbağı oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2780 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında Zərgərlik məmulatlarının alışı və satışı mağazasını işlədir. Belə ki, həmin mağazada müxtəlif növ qızıl məmulatlarının alışını və satışını həyata keçirir. Belə ki, Təqsirləndirilən şəxs2 2018-ci ildən tanıyır, onun işlədiyi mağazaya bir neçə dəfə qızıl gətirib verib pulunu almışdır. Sonuncu dəfə 20 mart 2019-cu il tarixdə saat təxminən 15 radələrində Yusif onun mağazasına 1 komplekt üzük, sırğa sep və 1 ədəd üzük gətirib, həmin qızılların özünə məxsus olduğunu və satdığını bildirmişdir. O da həmin mallara baxdıdan sonra komplektə 1430 manat və 1 ədəd üzüyə isə 300 manat pul vermiş, həmin qızılları o, bazar qiyməti ilə uyğunlaşdırmış və aralarında, yəni Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onunla qızılın alışı ilə bağlı müqavilə bağlamış, sonuncu da həmin müqavilədə göstərilənlərlə razı olduğu üçün imza etmişdir. O, həmin qızılları aldıqdan sonra lom kimi əritməyə verərək başqa qızıllar düzəldib satmışdır. O, aldığı qızılların oğurluq olmasını bilməmiş, belə ki, qızılları alarkən Təqsirləndirilən şəxs2 Elçin oğlu alış aktında yazmışdır ki, qızıllar oğurluq deyil və imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, yaşadığı evin yaxınlığındakı bərbərxanada işləyir. Boş vaxtlarında atasının yaşadığı evin yaxınlıəğındakı gündəlik təlabat malları satılan mağazasda ona köməklik edir. Təqsirləndirilən şəxs2 təxminən bir il olar ki, Aşağı Güzdək qəsəbəsində yaşayan sakin kimi tanıyır. Yusif bir neçə dəfə onun işlətdiyi bərbarxanaya və atasının işlətdiyi mağazaya müştəri kimi gəlib-getmiş, sonuncu ilə yaxşı münasibəti olmuşdur. Aralarında olan söhbət zamanı Yusif əvvəllər toy şənliklərində tərtibatçı kimi işlədiyini söyləmiş, o da sonuncuya boş vaxtlarında kompyuter oyunları oynadığını demiş, buna görə də təxminən 2 ay əvvəl mağazanın yanında Yusiflə söhbət etdiyi vaxtı sonuncu özünə məxsus işlətmədiyi “Playstation-3” oyun aparatı olduğunu bildirib, həmin aparatı müvəqqəti istifadəsi üçün ona verə biləcəyini söyləmişdir. O da komtyuter oyunları həvəskarı olduğuna görə razılaşmış, təxminən 1 həftədən sonra Yusif həmin “Playstation- 3” aparatını sellofan torbaya qoyub ona gətirmiş, o, həmin aparatı alıb evə aparıb yoxlamışdır. Aparatın normal işləmədiyini, yəni bəzi hallarda donduğunu görüb bu barədə Yusifə bildirmiş və sonra həmin aparata 20 manat dəyərində bir oyun yükləyib oynamağa başlamışdır. Aparatın yenə ara-sıra donduğunu görüb bu barədə Yusifə deyib aparatını geri qaytarmaq istədiyini bildirmiş, sonuncu da aparatını götürəcəyini söyləsə də, götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanında yerləşən 4,6 kv.metr ölçüdə olan qohumu Tamilla Məlikovaya məxsus zərgərlik emalatxanasını icarə müqaviləsi əsasında işlədir. Həmin emalatxanada özü tək işləyir. Emalatxana səhr saat 10 radələrindən axşam 18 radələrinədək açıq olur. Emalatxanada qızıl məmulatlarının təmiri və düzəldilməsi ilə məşğul olur. İstifadə etdiyi qızılları fərdi qaydada vətəndaşlardan metal qiymətinə alır. Həmin qızılları alarkən həmin şəxslə birlikdə akt tərtib edir. Sonra həmin aktları təxminən iki-üç ay saxlayıb sonra məhv edir. Təqsirləndirilən şəxs2 tanımır, sonuncunun onun işətdiyi emalatxanaya hər hansı qızıl-zinət əşyasını satdığını xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid2 Eyyun qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə səhər saat 08 radələrində yoldaşı Hicran yaşadığı evdən çıxıb Bakı şəhəri, 28 May metrosunun yanındakı Neptun marketə işə getmiş, onu isə uşaqları ilə birlikdə qaynanasının evinə qoymuşdur. Axşam radələrində yoldaşı Hicran işdən çıxıb anasıgildən yoldaşını və uşaqlarını götürüb yaşadığı Müşviqabad qəsəbəsindəki evinə qayıtmışlar. Saat 23:05 radələrində evinə qayıtdıqda evdə sandığın səliqəsiz olduğunu görüb bu barədə yoldaşından xəbər almış, sonuncu bundan xəbərsiz olduğunu demiş, bundan sonra yataq otağına keçdikdə yorğan döşəyin səliqəsiz olduğunu və pəncərənin də açıq vəziyyətdə olduğunu görmüş, belə olduqda evə oğru girməsini başa düşmüşlər. Bundan sonra o, əl çantasına baxdıqda oradan uşağına məxsus bir cüt sırğanın, bir ədəd nişan üzüyünün və bir ədəd boyunbağı medalyonunun olmadığını görmüş, bundan sonra evindən qızıl zinət əşyalarının oğurlandığını başa düşmüşdür. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid1ının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxs7 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxsslər - Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 ərizələrindən görünür ki, onlara vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. İş materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış 05 oktyabr 2020-ci il tarixli, 3\1186 nömrəli rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş 1,3,4,5 saylı daktilolentlərin səthindəki əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - təqdim edilmiş 1,3,4,5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 2,6,7,8,9,10 saylı daktilolentlərin səthindəki əl barmaq və papilyar naxış izləri yayıldığına görə tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin baş barmağından qalmışdır. - təqdim edilmiş 3,4,5 saylı daktilolentlərin səthindəki əl barmaq izləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloxəritələrə köçürülmüş eksperimental əl barmaqlarından qalmamışdır. İş materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış 19 noyabr 2020-ci il tarixli, 9\4564 nömrəli rəylə müəyyən edilmişdir ki, 2020-ci ilin yanvar ayına 1 ədəd «Sony Playstation 3(CECHJ04)» markalı oyun aparatının qiyməti 180 manat, bir ədəd “DualScock 3” markalı oyun aparatına məxsus idarə etmə cihazı 10 manat müəyyən edilir. İş materiallaında olan DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 20/663R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 04 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. Qalan 02 ədəd əl barmaq izi DİN-nin KTİ-nin avtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin əl barmaq əksləri ilə eynilik təşkil etməmişdir. İş materiallaında olan DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 20/662R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qsəbəsi, yeni yaşayış məhəlləsində X7 evində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 13 ədəd şəffaf yapışqan lent və 01 ədəd daktolent üzərində olan əl barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. Qalan 02 ədəd ovuc izi DİN-nin KTİ-nin avtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin əl barmaq əksləri ilə eynilik təşkil etməmişdir. İş materiallaında olan DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 20/664R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Qarabad rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsi 12 ünvanında yaşayan Zərərçəkmiş şəxs17 Əbdül oğlunun mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf yapışqan lent kəsikləri üzərindəki əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs1 sağ əlinin adsız və sol əlinin böyük barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Qalan 02 ədəd əl barmaq izi DİN-nin KTİ-nin avtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin əl barmaq əksləri ilə eynilik təşkil etməmişdir. İş materiallaında olan DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 20/665R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, 28 May qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd şəffaf yapışqan lent kəsikləri üzərindəki 03 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. Qalan 02 ədəd əl barmaq izi DİN-nin KTİ-nin avtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin əl barmaq əksləri ilə eynilik təşkil etməmişdir. İş materiallaında olan bir ədəd «Sony Playstation 3(CECHJ04)» markalı oyun aparatı və iki ədəd “DualScock 3” markalı oyun aparatına məxsus idarə etmə cihazı sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallaında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə, X9 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. X13 H3 ******* saylı hərbi biletindən görünür ki, o,1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özlərinin qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın qismən ödənilməsini himayəsində iki azyaşlı uşaqlarının və X13 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, X14 27 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər bir iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************)köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər bir iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar