Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-19/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 nümayəndəsi X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun vəkili Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan MR-sı, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR-sı, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində 'polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 Akil oğlu ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona Təqsirləndirilən şəxs2 vasitəsilə ABŞ-dan «Chevrolet Cruz» markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021 -ci il tarixdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 anası Şahid1 5780 (beş min yeddi yiiz səksən) manat pulu aldıqdan sonra aralarında bölüşdürmüş, xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki «AAAF» park yaşayış kompleksinin daxilində olan restorana gəlib orada Şahid1 avtomobilin daşınması haqqı adı ilə 2465 (iki min dörd yüz altınız beş) manat pıılu alıb sonuncunu inandırmaq üçün onun yanında Təqsirləndirilən şəxs2 vermiş, hadisə yerindən aralandıqdan sonra aralarında bölüşdürmüş, xx.xx.2021-ci il tarixdə gömrük rüsumu ödəmək adı ilə Abşeron rayonu Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksi, 26-cı məhəllə, 2 nömrəli binanın qarşısında Şahid1 6500 (altı min beş yüz) manat olmaqla ümumilikdə 14.745 (ön dörd min yeddi yüz qırx beş) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sııi-istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona Təqsirləndirilən şəxs2 vasitəsi ilə «Toyota Prius» markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021 -ci il tarixdə 5243 7544 1084 5448 nömrəli bank kartı ilə göndərilmiş Bakı şəhəri, Nərimanov rayonu ərazisində 600 (altı yüz) manat pulu alıb aralarında bölüşdürmüş, xx.xx.2021 -ci il tarixdə avtomobilin daşınması haqqı adı ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 7350 (yeddi min üç yüz əlli) manat, xx.xx.2021 -ci il tarixdə avtomobilin alqı-satqısım sənədləşdirmək adı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli Bazar" ticarət mərkəzinin yaxınlığında yerləşən gömrük idarəsinin yaxınlığında 4600 (dörd min altı yüz) manat olmaqla ümumilikdə 12.550 (on iki min beş yüz əlli) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona ABŞ-dan «Chevrolet Cruz» markalı avtomobil gəlirəcəyini yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 anası Şahid1 5780 (beş min yeddi yüz səksən) manat pulu aldıqdan sonra aralarında bölüşdürmüş, xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki «AAAF» park yaşayış kompleksinin daxilində olan restorana gəlib orada Təqsirləndirilən şəxs1 Şahid1 avtomobilin daşınması haqqı adı ilə 2465 (iki min dörd yüz altmız beş) manat pulu alıb sonuncunu inandırmaq üçün oan vermiş, hadisə yerindən aralandıqdan sonra aralarında bölüşdürmüş, xx.xx.2021 -ci il tarixdə gömrük rüsumu ödəmək adı ilə Abşeron rayonu Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksi, 26-cı məhəllə, 2 nömrəli binanın qarşısında Şahid1 6500 (altı min beş yüz) manat olmaqla ümumilikdə 14.745 (ön dörd min yeddi yüz qırx beş) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona «Toyota Prius» markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021 -ci il tarixdə 5243 7544 1084 5448 nömrəli bank kartı ilə göndərilmiş Bakı şəhəri, Nərimanov rayonu ərazisində 600 (altı yüz) manat pulu alıb Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürmüş, xx.xx.2021 -ci il tarixdə avtomobilin daşınması haqqı adı ilə Abşeron rayonu. Xırdalan şəhəri ərazisində 7350 (yeddi min üç yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə avtomobilin alqı-satqısmı sənədləşdirmək adı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli Bazar" ticarət mərkəzinin yaxınlığında yerləşən gömrük idarəsinin yaxınlığında 4600 (dörd min altı yüz) manat olmaqla ümumilikdə 12.550 (on iki min beş yüz əlli) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. 2021-ci ilin fevral ayında anasının xalası Gülçöhrənin oğlu Əziz, onun yaşadığı Xırdalan şəhərindəki evinə gələrkən ona qohumu Həqiqət və onun qızı Xaliqə Naxçıvan MR-dan Abşeron rayonuna köçüb hazırda orada yaşadıqlarını bildirmişdir. 2021-ci ilin fevral ayında o, qohumu Həqiqətin yaşadığı Abşeron rayonu. Xırdalan şəhəri. AAAF park yaşayış kompleksindəki evinə qonaq getmişdir. 2021-ci ilin mart ayının əvvəllərində o, Gürcüstan Respublikasından özünə Toyota Prius markalı avtomobil gətizdirmişdir. Həmin avtomobillərdən birini Xaliqənin bacısı Selcanın adına qeydiyyata aldırmaq istəmişdir. Həmin ərəfədə Xaliqə ona onun da özünə ucuz qiymətə maşın almaq istədiyini bildirmişdir. O, Xaliqəyə bu barədə maraqlanıb ona xəbər edəcəyini demişdir. Belə ki. Xaliqə özünə Chevrolet Cruz markalı avtomobil almaq istədiyini bildirmiş, o da bu barədə tanışı Elcana demişdir. Elcan ona Chevrolet Cruz markalı avtomobil şəkilləri atmış, o, da həmin şəkilləri vatsap vasitəsilə Xaliqəyə göndərmişdir. Xaliqə həmin avtomobillərdən birini bəyənmiş, aralarında olan razılaşmaya görə Xaliqə 3500 ABŞ dolları avtomobilə görə, 6000 manat isə gömrük sənədləşməsinə görə verməli idi. Xaliqə avtomobilin pulunu verməmişdir. 2021-ci ilin mart ayının axırında Elcan Amerikadan avtomobil sifariş vermişdir. Ona görə də o, Xaliqəylə görüşüb ona artıq ağ rəngli Cherolet Cruze markalı avtomobilin Elcan vasitəsilə ABŞ-dan sifariş verildiyini, artıq avtomobilin yola düşdüyünü, 2-3 ay arasında avtomobil Bakı şəhərinə çatacağını, 2021-ci ilin iyun ayında avtomobilin gömrükdən rüsum ödəyib keçəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayında o, Naxçıvan MR-na qohumu Həqiqətin yaşadığı ünvana getmiş, orada Həqiqət xala ona Xaliqəyə avtomobil almaq məqsədilə 5700 manat pul vermişdir. Həmin pulun üzərinə 80 manat əlavə edib 5780 manat pulu Naxçıvandan pulu Elcana gönədmişdir. Elcan pulu almışdır. 2021-ci ilin may ayının 24-də Xaliqənin anası Həqiqət xala telefon vasitəsilə ona zəng edərək Elcanın onlara zəng vurub Chevrolet Cruz markalı ağ rəngli maşın Gürcüstan Respublikasına çatdığını, həmin maşını Azərbaycana gətizdirmək üçiin 1450 ABŞ dolları yol xərci lazım olduğunu bildirmişdir. 2021-ci ilin may ayının 24-də Həqiqət xala onunla əlaqə saxlamış və Elcana pul verməli olduğunu bildirmiş, ondan xahiş etmişdir ki. «bir qohum kimi sən də pulun verilməsində iştirak et». O. razılaşmışdır. 2 may 2021-ci il tarixdə o, tək Xaliqənin yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin həyətində yerləşən istirahət parkındakı restorana getmişdir. Orada Elcanın, Həqiqətin xalasının, nəvəsinin və Selcanın restoranda oturduğunu görmüşdür. Bundan sonra o, Selcan və Həqiqət xala digər stola keçmişlər. Orada Həqiqət xala 2450 manat saymış, o, da cibindən onlara 15 manat pul vermiş, beləliklə Həqiqət xala restoranda onların iştirakı ilə Elcana 2465 manat pul sayıb vermişdir. Elcan avtomobili Gürcüstan Renspublikasından Azərbaycan Respublikasına gətirib gömrük rüsumunun ödədikdən sonra təhvil verəcəyini, yəni avtomobili 2021-ci ilin iyul ayının 15-nə kimi gətirib çatdıracağını bildirmişdir. Bundan sonra Elcan çıxıb getmişdir. O, orada çox oturmamışdır. Oranın hesabını ödəyib çıxıb getmişdir. Bundan sonra o, 2021-ci ilin may ayının axırlarında Xaliqə ilə yaşadığı evin həyətindəki restoranda görüşmüşdür. Xaliqə ona hospitalda əməliyyat olunacağını, ona görə də avtomobilin gömrük rüsumu ödəmək üçün pulu çatmadığını bildirmiş, buna görə də ona kömək etməyi xahiş etmişdir. Buna görə də o, 2500 manat pulu çıxarıb Xaliqəyə vermişdir. Səhəri günü Xaliqə hospialda yatmışdır. Xəstəxanaya olan 500 manat pulu da o, ödəmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində o, Həqiqət xala, qızı Selcan ilə birlikdə Xaliqənin yanına hospitala baş çəkməyə getmişlər. Oradan çıxdıqdan sonra Həqiqət xalanın telefonuna zəng gəlmişdir. O, telefonla danışdıqdan sonra zəng edən şəxsin Elcan olduğunu bildirmişdir. Elcan ona maşının artıq gəldiyini, Azərbaycanda olduğunu, gömrük rüsumunu ödənilməsini bildirmişdir. Təxminən bir həftədən sonra o, Elcana öz işi ilə əlaqədar gömrük rüsumunu ödəmək üçün pııl verməli idi. O. avtomobilini idarə edən taksi sürücüsünü öz yaşadığı evə pul alıb ona gətirmək üçün göndərmişdir. Həmin vaxtı Həqiqət xala ona zəng vurub Elcanın avtomobilin gömrük rüsumunu ödəmək üçün pul istədiyini bildirmişdir. O, Xaliqəyə bu məsələdən xəbəri olduğunu bildirmişdir. Həqiqət xala ondan xahiş etdiyinə görə gömrük rüsumunu ödəmək üçün lazım olan 6000 manat pulu Həqiqət xaladan alması üçün taksi sürücüsünü onun evinə göndərmişdir. Taksi sürücüsü Həqiqət xalanın yaşadığı evə gedib 6000 manat pulu ondan aldıqdan sonra həmin pulu aparıb Elcana vermişdir. Həmçinin taksi sürücüsü onun işi ilə bağlı 4.000 manat pulu da Elcana vermişdir. Bundan sonra Elcan müxtəlif bəhanələr gətirərək maşını gətirməmişdir. Bu səbəbdən o, Həqiqət xalanın yaşadığı evin qarşısından götürüb Abşeron rayonu ərazisində Notariat kontoruna getmişlər. Orada Elcanla görüşüb müdirin yanına keçmişlər. Həqiqət xanım borc müqaviləsi bağlanması barədə notariusə bildirdikdə sonuncu bununla razılaşmamışdır. Bundan sonra onlar Abşeron rayonu polis idarəsinin qarşısına gəlmişlər. Həmin vaxtı Həqiqət xanımla Elcan öz aralarında razılaşdıqlarından şikayət olmamışdır. Bundan sonra o, hər dəfə Elcanla danışanda sonuncu tezliklə pulu qaytaracağını bildirmişdir. O, Xaliqə xanıma təklif etmişdir ki, «inamsızlıq olmaması üçün öz adma olan avtomobillərdən birini baş etibarnamə əsasında sənin adına qeydiyyata aldırım, Elcan pulu tam ödədikdən sonra avtomobili öz adından çıxararsan». Həmin vaxtı Xaliqə onunla razılaşdmamışdır. Bundan əlavə bildirmişdir ki, bu hadisələrdən bir həftə sonra o, səhər saat 09.00-da axşam saat 19.00-dək olan müddət ərzində baş gömrük idarəsində olarkən tanımadığı bir nömrədən ona zəng olunmuş, özünü təqdim etmədən bildirmişdir ki. «tanımadım, bəs bizim qapını qırırdın, bizi öldürməyə gəlmişdin», sonra bildirmişdir ki, danışan Həqiqət xaladır. Onu polis əməkdaşına məxsus telefonun nömrəsi ilə zəng vurmuşdur. Onu yalandan şərləmək istəmişdir. Sonda o, 1-ci epizod üzrə özünü təqsirli bildiyini əsas gətirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mahiri 2020-ci ildən tanıyır, aralarında normal münasibətlər olmuşdur. O, Zaqatala rayonunda dəri işi ilə məşğul olmuşdur. 2019-cu ilin dekabr ayından ailəsi ilə birlikdə Bakı şəhərinə gəlib yaşayır, ailəsini dolandırmaq üçün taksi şirkətlərindən taksi kimi avtomobil götürüb sürür. 2021-ci ilin may ayının 23-də Mahir ona zəng edərək soruşmuşdur ki, «hardasan səninlə görüşmək istəyirəm». O, Badamdar qəsəbəsində olduğunu bildirmişdir. Bundan sonra Mahir idarə etdiyi Craysler markalı avtomobillə Badamdar qəsəbəsinə gəlmişdir. Onu Badamdar qəsəbəsindən götürmüşdür. Yolda Mahir ona pul lazım olduğunu, bir nəfər Zilfqar adlı şəxsin özünə maşın almaq istədiyini bildirmişdir. Mahir həmin şəxsə özünü iş adamı kimi təqdim etmişdir. Onun vasitəsilə həmin şəxsdən pul almaq istəmişdir. Mahir ona pul aldıqdan sonra ona hörmət edəcəyini bildirmişdir. Mahir Zilfqara onu Gürcüstan Respublikasından ucuz qiymətə maşın gətirən şəxs kimi təqdim etmişdir. İlkin olaraq maşının gəlirilməsi üçün 6750 manat pul ödənilməli olduğunu, guya maşın gələndən sonra əlavə gömrük sənədləşməsi üçün 4000 manat pul lazım olacağını həmin şəxsə bildirmişdir. Həmçinin ona gələcəkdə nəsə problem yaranarsa özü həll edəcəyini qeyd etmişdir. O da Mahirlə razılaşmışdır. Mahir onun yanında Zilfqar adlı şəxsə zəng vurmuş və ona Elcan adlı şəxsin gəlib səninlə görüşəcəyini, ona 6750 manat pul verəcəyini bildirmişdir. Sonra onun istifadəsində olan ***-***-**-** nar nömrəni ona vermişdir. Zilfqarla bu nömrə ilə əlaqə saxlamasını tapşırmışdır. Mahir telefonu söndürdükdən sonra Zilfqar adlı şəxs onun istifadəsində olan həmin nömrəyə pul vermək üçün zəng vuraraq bildirmişdir. O, Mahirə Xırdalan şəhərində «Araz» marketin yaxınlığında görüşməyi bildirmişdir. Bundan sonra Mahir Craysler markalı avtomobili Lider TV-nin yaxınlığında saxlamışdır. Orada onlar taksiyə oturub birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Araz» marketin yaxınlığına gəlmişlər. Mahir taksini saxlatdırmışdır. O, taksidən düşüb bir qədər aralanaraq Zilfqar adlı şəxslə görüşmüşdür. Mahir isə taksidə qalmışdır. Zilfqar adlı şəxs ona 6750 manat pul vermişdir. Bundan sonra o, Zilfqardan ayrılıb taksiyə qayıtmış və taksinin içərisində 6750 manat pulu sayaraq Mahirə vermişdir. Mahir həmin puldan ona 200 manat vermişdir. Bundan sonra onlar taksidən düşmüşlər. Toyota Prius markalı avtomobili verdiyi avtomobilin təmiri sexinə gəlmişlər. Orada o, həmin avtomobili sürüb birlikdə «Lider» TV-nin yanına gəlmişlər. X6 Prius markalı avtomobili tanımadığı şəxsə təhvil vermişdir. Sonra isə o, Mahiri idarə eldiyi “Toyota Prius” minik markalı avtomobilə Xırdalan şəhəri «Bazar Store» marketin yanına gəlmişlər. Sonra o, evə getmişdir. 28 may 2021-ci il tarixdə Mahir ona zəng vuraraq Zilfqar adlı şəxsə zəng vurub guya onun almaq istədiyi avtomobilin Gürcüstan Respublikasından gəldiyini və gömrük rəsmiləşdirməsi üçün 4000 manat pul lazım olduğunu deməyi tapşırmış, həmçinin ona şübhələnməməsi üçün Zilfqar adlı şəxsdən əlavə 600 manat borca pul almağı bildirmiş, bundan sonra o, Zilfqara zəng vuraraq bu barədə ona bildirmişdir. 28 may 2021-ci il tarixdə Mahirin əmisi oğlunun idarə etdiyi açıq göy rəngli Toyota Prius markalı avtomobilə Meyvəliyə getmişdir. Həmin günü saat 14 radələrində o, Zillqarın göndərdiyi adamla Meyvəli deyilən yerdə gömrük idarəsinin qarşısında görüşmüşdür. Həmin şəxs ona 4300 manat, bir saatdan sonra isə əlavə olaraq 300 manat pul gətirib vermişdir. Sonra o, Mahirin qohumunun idarə etdiyi Toyota Prius markalı avtomobilə Badamdar qəsəbəsinə qayıtmışlar. O, Mahirlə görüşmüşdür. Orada o. 4600 manat pulu sayıb Mahirə vermişdir. Mahirdə ona həmin puldan 900 manat vermişdir. Bir neçə gündən sonra Zilfqar onun mobil telefonuna zəng edərək maşını nə vaxt ona təhvil verəcəyini soruşmuşdur. Mahir isə hər dəfə onu aldadaraq tezliklə maşını ona təhvil verəcəyini bildirmişdir. Sonra Mahir ona telefonu söndürməyi və Zillqarın zənglərinə cavab verməməyi tapşırmışdır. Bundan başqa həmin ərəfədə Mahir ona uşaqlıqdan sevdiyi qızın yaxşı pulu olduğunu və onun Chevrolet Cruze markalı avtomobil almaq istədiyini, ondan guya Almaniyadan avtomobil gətirmək adı ilə pul almağı, qalan pulu isə özünün alacağını, onun əvvəlcədən xırda-xırda pullarını alıb yediyini, yol pulu ilə gömrük rüsumu üçün lazım olan pul qaldığını bildirmişdir. O, Mahirin tapşırığı ilə adını sonradan bildiyi Həqiqət xalaya zəng vurub maşının gətirilməsi üçün 2465 manat yol pulu lazım olduğunu bildirmişdir. Bundan sonra 24 may 2021-ci il tarixdə o, Mahirlə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, «AAAF» park yaşayış komplesinin həyətində yerləşən restorana getmişlər. Onlar ora gedəndə Həqiqət xala, qızları Xaliqə, Selcan və nəvəsi oturub şam edirmişlər. Həqiqət xala pul qabıdan çıxarıb ona 2465 manat pııl vermişdir. O, maşını tezliklə gətirəcəyini bildirmişdir. O. restorandan çıxıb «Bazar Store» marketin yaxınlığında Mahiri gözləmişdir. Mahir gəlmiş və onlar «Vaz» dairəsi deyilən yerin yaxınlığında yerləşən Məhəbbət restoranında oturmuşlar. Orada o, Mahirə 2465 manat pulu sayıb vermişdir. Həmin puldan Mahir ona 200 manat vermişdir. Restoranda şam etdikdən sonra evinə getmişdir. Təxminən 5-6 gündən sonra o, Mahirin tapşırığı ilə Həqiqət xalaya zəng edərək guya maşının gəlib gömrükdə olduğunu, gömrük rüsumu üçün 6000 manat pul lazım olduğunu bildirmiş, bundan sonra Mahirin əmisi oğlu gedib 6000 manat pulu Həqiqət xaladan alıb Texnikomun yanında gətirib Mahirə vermiş, Mahir də həmin puldan ona 500 manat vermişdir. Bundan sonra Həqiqət bir neçə dəfə ona zəng vuraraq maşını nə vaxt gətirib təhvil verəcəyini soruşmuşdur. O, isə Həqiqət xalanı aldadaraq maşının yolda olduğunu, tezliklə gələcəyini bildirmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 ifadəsində göstərdi ki, X3 şəhəri, M.Hüseynzadə küçəsi, ev 31/59-da mühafizəçi işləyir. Həmin binada 6 ay bundan əvvəl kirayədə yaşayan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin şəxs Zilfqar Mehdiyevə avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. 23 may 2021-ci il tarixdə Zilfqar da «Toyota Prius» markalı avtomobil almaq istədiyini Mahirə bildirmişdir. Mahir yaşadığı yerdə Zilfqara «Toyota Prius» markalı avtomobil göstərmişdir, lakin o, həmin avtomobilin salonunda yanıqlar olduğu üçün və avtomobilin rəngi xoşuna gəlmədiyi üçün başqa avtomobil tapmasını xahiş etmişdir. Bir neçə gün sonra Mahir ona bir neçə «Toyota Prius» markalı avtomobilin şəkillərini göstərmişdir. O, həmin maşınlardan birini bəyənmişdir. Dediyinə görə maşın Gürcüstan nömrələri idi. Mahir Zilfqara dostunun Gürcüstan Respublikasında olduğunu demiş, bəyəndiyi və almaq istədiyi avtomobilin sahibi 600 (altı yüz) manat beh istədiyini, təcili dostunun bank kartına 600 (alı yüz) manat pul köçürməli olduğunu demişdir. Zilfqar oğlu Rasim Mehdiyevə zəng edib, ondan həmin karta pul köçürməsini istəmişdir. Mahir də 23 may 2021-ci il tarixdə saat 21:31-də yaşadığı evin yaxınlığındakı Milli ön ödəmə terminalı vasitəsilə həmin karta pul köçürmüşdür. Həmin bank kartı Şahid3 məxsus olan 5243 7544 1084 5448 nömrəli bank kartı idi. Bir gün keçəndən sonra Mahir Zilfqara zəng edib artıq avtomobilin Gürcüstan Respublikasından çıxdığını, 7350 (yeddi min üç yüz əlli) manat pul vermək lazım olduğunu demişdir. Mahir Zilfqara özünün gələ bilməyəcəyini, dostunun göndərəcəyini demişdir. Zilfqara dostunun ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Zilfqar həmin şəxslə əlaqə saxlayıb Xırdalan şəhərində «Texnikom» ərazisi adlanan yerdə görüşmüşdür. Həmin şəxsin adını bilməmiş, təxminən 40-45 yaşlarında. 1,70 boylarında bir nəfər idi. Zilfqar orada pulu həmin həmin şəxsə vermişdir. 28 may 2021-ci il tarixdə Mahir Zilfqara zəng edərək avtomobilin artıq Bakı şəhərinə gətirildiyini, Meyvəli ticarət mərkəzinin yaxınlığındakı gömrük idarəsində onun 7350 manat pul verdiyi adamın gömrük rüsumunun ödənilməsi və alqı-salqı müqaviləsi bağlanması üçün gözlədiyini, avtomobilin hansı şəxsin adına sənədləşdiriləcəksə, həmin şəxsi ora göndərməyi bildirmiş, Zilfqar da qaynı Şahid2 Böyiikxan oğluna 4600 manat pul verib, meyvəli ticarət mərkəzinin yaxınlığındakı gömrük idarəsinə göndərmişdir. Bir neçə dəfə qaynı ilə əlaqə saxlamış və İlqar Zilfqara pulu verdiyini və sənədləşmənin həyata keçirilməsi üçün həmin şəxsi gözlədiyini bildirmiş, həmin gün qaynı 14:00-da pulu verdikdən sonra axşam saat 19:00-a qədər gömrük idarəsinin yaxınlığında həmin şəxsi gözləyib, lakin ondan heç bir cavab çıxmamışdır. Bu saatlar ərzində dəfələrlə həmin şəxslə əlaqə saxlamaq istəyib, lakin həmin şəxs telefona cavab verməmişdir. Qaynı İlqar artıq gömrük idarəsinin bağlandığını görüb evə yola düşmək istəyən zaman həmin şəxs onu səsləyib və yanına çağırmış, ona hədə-qorxu gələrək bu işdən əl çəkməsini demişdir. Bundan sonra Zilfqar Mahirlə və həmin şəxslə dəfələrlə əlaqə saxlamış, hər dəfə bəhanələrlə Zilfqarı aldatmış, nə pulunu qaytarmış, nə də avtomobili təhvil verməmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Novruz Mahirli ilə barışdığını və ona dəymiş ziyan tam ödənildiyi üçün mülki iddiadan imtina etdiyini göstərmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsidən görünür ki, Təqsirləndirilən şəxs1 anam Həqiqətin ögey xalası Qumrunun nəvəsidir və onu uşaqlıqdan tanıyır. 2019-cu ildə Naxçıvan MR-sı Naxçıvan şəhərindən Bakı şəhərinə köçmüş, 2020-ci ilin iyun ayında isə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin N nömrəli hərbi hissəsində rabitəçi vəzifəsinə xidmətə qəbul edilmişdir. 2021-ci ilin fevral ayında xalam Gülçöhrənin oğlu Əziz Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq gələndə anası Həqiqət və onun Bakı şəhərinə köçdüklərini onlara bildirmişdir. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksi 26-cı məhəllə bina 2, 88 nömrəli mənzilə qonaq gəlmişdir. Bu zaman söhbət əsnasında o, Mahirin maşın alqı-salqısı ilə məşğul olduğunu öyrənmişdir. Bundan sonra bir qohum kimi Mahir onların yaşadıqları mənzilə qonaq kimi gəlməyə başlamışdır. 2021-ci ilin mart ayında onun iş yerim uzaq olduğu üçün maşın almaq qərarına gəlmişdir. Həmin vaxt söhbət əsnasında Mahir ona maşın alveri ilə məşğul olduğunu və ona maşın almağa köməklik edəcəyini, onun ABŞ-dan internet vasitəsi ilə maşın sifariş verib Bakı şəhərinə gətirib satdığını bildirmişdir. Mahir ondan söhbət əsnasında soruşdu ki. hansı məbləğdə maşın almaq istəyir”. Ona 3500 ABŞ dollar məbləğinə qədər maşın ala biləcəyini demişdir. Bu zaman Mahir ona ABŞ dan internet vasitəsi ilə maşın sifariş verib ona maşın almağa köməklik edəcəyini demişdir Mahir ona “Chevrolet Cruz” markalı ağ rəngli maşın sifariş verəcəyini, həmin maşını Bakı şəhərinə gətizdirəcəyini və ona həmin avtomobilin 13 000 manata başa gələcəyini qeyd etmiş və o, razılaşmışdır. 2021-ci ilin mart ayının axırında həmin vaxtı Mahir ona ABŞ-dan onun üçün Chevrolet Cruz markalı ağ rəngli maşın avtomobil sifariş verdiyini, artıq avtomobilin yola düşdüyünü, 2 ay ərzində gəlib Bakı şəhərinə çatacağını bildirmişdir. Mahir həmçinin ona avtomobili Elcan adlı bir şəxsin vasitəsi ilə sifariş verəcəyini, yəni həmin avtomobili ABŞ dan Elcanın öz bank kartı vasitəsi ilə sifariş verəcəyini, sonra 2021ci ilin iyun ayında avtomobili gömrükdən rüsüm ödəyib keçirdəcəyini bildirmişdir. Mahir onun yerinə Elcanın 3400 ABŞ dollar pul ödədiyini bildirmişdir. Mahir ondan avtomobil üçün Elcanın verdiyi 3400 dolar pulu istəmiş, Onun pulu ünvan 6 ünvanında olduğu üçün 2021-ci ilin aprel ayının əvvəllərində anası Həqiqət Abşeron rayonundan ünvan 7 ünvanında ona məxsus olan 5780 manat pulu götürüb həmin mənzildə Təqsirləndirilən şəxs1 vermişdir. 2021-ci ilin may ayının 24-də Təqsirləndirilən şəxs1 ona ***-***-**-** zəng edərək Chevrolet Cruz markalı ağ rəngli maşının Gürcüstan Respublikasına çatdığını, həmin maşını Azərbaycana gətizdirmək üçün 1450 ABŞ dollar yol xərci lazım olduğunu, hətta həmin maşını Azərbaycana bir nəfər şəxsin gətirəcəyini bildirmiş, o da həmin vaxtı 2021-ci ilin may ayının 24-də Mahirlə əlaqə saxlamış, Mahirin göndərdiyi şəxslə və Mahirin özü ilə saat 20:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksinin həyətində yerləşən istirahət parkındakı restoranda görüşmüş, ona məxsus 2465 manat pulu anası Həqiqət sayıb Mahirə vermiş, Mahir də həmin pulu sayıb yanında tanımadığı şəxsə vermiş, bu zaman Mahir ona həmin avtomobili Gürcüstan Respublikasından Azərbaycan Respublikasına həmin şəxsin gətirəcəyini və avtomobili 2021-ci ilin iyun aynın 15-nə qədər çatdıracağını bildirmişdir. 2021-ci may ayının 31də o, səhhətiylə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olanda bu zaman Mahirlə telefonla əlaqə saxlamış və hətta Mahir onun yanına Hospitala gəlirmiş, söhbət əsnasında Mahirə avtomobil Bakı şəhərinə çatanda həmin avtomobili gömrükdən keçirdikdən və rüsumu ödədikdən sonra anası Həqiqətin adına keçirəcəyini bildirmişdir. 2021- ci ilin iyun ayının 3-də o, əməliyyat olunmuş, 2021-ci ilin iyun ayının əvvəllərində 03-dən sonrakı vaxtda o, qospitalda olan zaman Mahir anası Həqiqətlə telefon əlaqəsi saxlayıb, ona avtomobil artıq gömrük olduğunu, Azərbaycana çatdığını, 6500 manat gömrük rusumu ödəmək lazım olduğunu bildirmişdir. O, anasından həmin pulu istəmişdir. Anası da Mahiri yaşadıqları mənzilə gəlib pulu götürməyi söyləmiş, Mahir anasına özünün yox, əmisi oğlunun mənzilinə gəlib götürcəyini söyləmiş, 2021-ci ilin iyun ayininin əvəllərində 03-dən sonrakı tarixdə Mahirin əmisi oğlu Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksi 26- cı məhəllə 2 nömrəli binanın qarşısına gəlmiş, orada anası 6500 manat pulu avtomobilin gömrük rusumu ödəmək üçün Mahirin əmisi oğluna vermişdir. 2021-ci ilin iyun ayının 15-də Mahir ona Elcan adlı şəxsin onu aldatdığını, ona məxsus avtomobili Azərbaycana gətirmədiyini, telefonunu söndürüb, bizə qarşı dələduzluq etdiyini bildirmişdir. Mahirin onu aldatdığını görüb ondan pulunu tələb etdikdə bildirdi ki, “narahat olma ortada mən varam, qorxulu bir şey yoxdur, lazım olsa mən özümə məxsus avtomobili satıb sənin pulunu qaytararam, hətta günü sabah xaricdən sifarişim əsasında iki ədəd “Toyota Prius" markalı avtomobil gəlir . mən həmin avtomobilləri sənin adına qeydiyyata salacam ki, rahat olasan". O, hospitalda müalicə olunduğu üçün 08 iyun 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən 23 saylı notariusda Mahirin dostu Elcan öz adından bacısı Selcanın adına, bacısı Selcanı da aldadaraq onun adından Mahirə baş etibarnamə verilmişdir. Həmin baş etibarnamədə iki ədəd avtomobilin bacısı Sclcana etibar edildiyi göstərilmişdir. 23 iyun 2021-ci il tarixdə ona 18 iyun 2021-ci il tarixdə Mahir və ya Elcanın bacısının adına olan həmin baş etibarnaməni ləğv etdirdiyi məlum olmuşdur. İş materialalrında olan Zərərçəkmiş şəxs1 tərəfindən ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənildiyini göstərmişdir. İbtidai istintaq zamanı Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsidən görünür ki, Təqsirləndirilən şəxs1 onun ögey xalası Qumrunun nəvəsidir. Uzun illərdir ki, Mahiri tanıyır. 2019-cu ildə Naxçıvan MR-sı Naxçıvan şəhərindən Bakı şəhərinə köçmüşdür. 2021-ci ilin fevral ayında bacısı Gülçöhrənin oğlu Əziz Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq gələndə ona qızı Xaliqə ilə birlikdə Bakı şəhərinə köçdüklərini bildirmişdir. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksi 26-cı məhəllə bina 2, 88 nömrəli mənzilə qonaq gəlmişdir. Bu zaman söhbət əsnasında o və qızı Mahirin maşın alverçisi olduğunu öyrənmişlər. Bundan sonra bir qohum kimi Mahir onların yaşadığı mənzilə qonaq kimi gəlməyə başlamışdır. 2021-ci ilin mart ayında qızı maşın almaq qərarına gəlmişdir. Həmin vaxtı söhbət əsnasında Mahir onlara maşın alveri ilə məşğul olduğunu və onun qızı Xaliqəyə maşın almağa köməklik edəcəyini, ABŞ-dan internet vasitəsi ilə maşın sifariş verib Bakı şəhərinə gətirib onları satacağını bildirmişdir. Mahir onun qızından söhbət əsnasında hansı məbləğdə o maşın istədiyini soruşmuş, qızı Mahirə 3500 ABŞ dollar məbləğinə qədər maşın ala biləcəyini bildirmişdir. Mahir onun qızına Chevrolet Cruze markalı ağ rəngli maşın sifariş verəcəyini, həmin maşını Bakı şəhərinə gətizdirəcəyini və qızına həmin avtomobil 13 000 manata başa gələcəyini bildirmiş və qızı Xaliqə razılaşmışdır. 2021-ci ilin mart ayının axırında həmin vaxtı Mahir onun qızına ABŞ-dan Chevrolet Cruz markalı ağ rəngli maşın avtomobil sifariş verdiyini, artıq avtomobilin yola düşdüyünü, 2 ay ərzində gəlib Bakı şəhərinə çatacağını, avtomobili Elcan adlı bir şəxsin vaistəsi ilə sifariş verəcəyini, yəni həmin avtomobili ABŞ-dan Elcanın öz bank kartı vasitəsi ilə sifariş verəcəyini, sonra 2021-ci ilin iyun ayında avtomobili gömrükdən riisüm ödəyib keçirəcəyini, qızının yerinə də Elcanın 3400 ABŞ dolları pul ödədiyini, Mahirin qızından avtomobil üçün Elcanın verdiyi 3400 dolar pulu istədiyini bildirmişdir. Qızının pulunun ünvan 6 ünvanında olduğundan 2021-ci ilin aprel ayının əvəllərində o, Abşeron rayonundan ünvan 9 ünvanında ona məxsus olan 5780 manat pulu götürüb həmin mənzildə Təqsirləndirilən şəxs1 vermişdir. 2021-ci ilin may ayının 24-də Təqsirləndirilən şəxs1 qızına 051-687-88- 88 zəng edərək Chevrolet Cruz markalı ağ rəngli maşının Gürcüstan Respublikasına çatdığını, həmin maşını Azərbaycana gətizdirmək üçün 1450 ABŞ dollar yol xərci lazım olduğunu, hətta həmin maşını Azərbaycana bir nəfər şəxsin gətirəcəyini bildirmişdir. Onun qızı həmin vaxtı 2021-ci ilin may ayının 24-də Mahirlə əlaqə saxlamış. Mahirin göndərdiyi şəxslə və Mahirin özü ilə saat 20:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksinin həyətində yerləşən istirahət parkında yerləşən restoranda o və qızı görüşmüşlər, qızına məxsus 2465 manat pulu o, sayıb Mahirə vermişdir. Mahir də həmin pulu sayıb yanında tanımadığı şəxsə vermişdir. Bu zaman Mahir onun qızına məxsus avtomobili Gürcüstan Respublikasından Azərbaycan Respublikasına həmin şəxsin gətirəcəyini və avtomobili 2021-ci ilin iyun ayının 15-nə qədər çatdıracağını bildirmişdir. 2021-ci may ayının 31-də qızı səhhəti ilə əlaqədar Azərbaycan Respubbikası Qüvvəllərin Baş Klinik Qospitalında müalcə almışdır. Sohbət əsnasında Qızı Mahirə sifariş verdiyi avtomobili onun adına keçirəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının 3-də qızı əməliyyat olunmuşdur. 2021-ci ilin iyun ayının əvvəllərində ayın 03- dən sonrakı vaxtda qızı Qospitalda olan zaman Mahir onunla telefon əlaqəsi saxlayıb, ona avtomobil artıq gömrükdə olduğunu, ona məxsus, Azərbaycana çatdığını, 6500 manat gömrük rusumu ödəmək lazım olduğunu, ondan həmin pulu istədiyini bildirmiş, o da Mahiri yaşadığı mənzilə gəlib pulu götürməyi söyləmişdir. Mahir isə ona özü yox, əmisi oğlunun mənzilinə gəlib götürəcəyini söyləmişdir. 2021-ci ilin iyun ayının əvəllərində 03-dən sonrakı tarixdə Mahirin əmisi oğlu Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksi 26-cı məhəllə 2 nömrəli binanın qarşısına gəlmiş, orada o, 6500 manat pulu avtomobilin gömrük rusumu ödəmək üçün Mahirin əmisi oğluna vermişdir. 2021-ci ilin iyun ayının 15-də Mahir ona Elcan adlı şəxsin onu aldatdığını, ona məxsus avtomobili Azərbaycana gətirmədiyini, telefonunu söndürdüyü, onlara qarşı dələduzluq etdiyi, onun Mahirə verdiyi bütün pulları ələ keçirdiyi məlum olmuşdur. İş üzrə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsidən görünür ki, yeznəsi Zərərçəkmiş şəxs2 ona avtomobil almaq istədiyini, onun adıma sənədləşdirmək istədiyini demişdir. Ondan şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmişdir. 28 may 2021-ci il tarixdə artıq almaq istədiyi avtomobilin Gürcüstan Respublikasından gətirildiyini, sənədləşmə üçün Bakı şəhərinə gəlməyini istəmişdir. Burada yeznəsi ona 4600 (dörd min altı yüz) manat pul vermiş və “Meyvəli” ticarət mərkəzində 070-224- 38-88 mobil nömrə istifadəçisinin sənədləşmə üçün onu gözlədiyini demişdir. O, saat 14:00 radələrində həmin şəxslə görüşüb “Meyvəli” ticarət mərkəzinin yaxınlığındakı gömrük idarəsinin önündə pulu ona vermişdir. Həmin şəxs ondan gözləməsini demişdir. O da saat 19:00-a qədər gömrük idarəsi bağlanana qədər orada gözləmiş və həmin şəxslə bir neçə dəfə mobil telefonla əlaqə saxlamaq istəsə də, telefona cavab verməmişdir. O, evə getmək üçün yola düşən zaman həmin şəxs onu arxadan səsləmiş, onu bezdirməməyini bildirib, ondan bu işdən əl çəkməyini istəmişdir. Həmin gün o, yeznəsinə bu barədə məlumat vermişdir. 31 may 2021-ci il tarixdə rayonda olarkən yeznəsi yenə onu çağırmış və saat 14:00-da həmin şəxsin onu gömrük idarəsinin qarşısında gözləyəcəyini bildirmişdir. O, da yenə getmiş, lakin həmin şəxs gəlməmişdir. Bundan sonra bir dəfə də gəlib gömrük idarəsinin qarşısında gözləmiş, lakin həmin şəxs yenə görüşə gəlməmiş və o, həmin şəxsi bir daha görməmişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsidən görünür ki, Təqsirləndirilən şəxs1 ilə eyni kənddə böyümüş, uşaqlıqdan bir-birilərini tanımışlar. 23 may 2021-ci il tarixdə Mahir və onun tanışı Fdcanla birlikdə Yasamal rayonunda parkda kal elərin birində oturmuşlar. Elcanı həmin gün ilk dəfə görmüş və ondan sonra bir daha əlaqəsi olmamışdır. Aralarındakı söhbətdən belə başa düşmüşdür ki, Elcan Mahirin vasitəsilə tanıdığı bir nəfərə Gürcüstan Respublikasından avtomobil gətirməli idi. Elcan Mahirə həmin şəxsin beh göndərməli olduğunu demişdir. Mahir də həmin şəxsə bu barədə məlumat vermişdir. Elcan və Mahirin üzərində bank kartı olmadığı üçün Mahir ondan kartının olub- olmadığını soruşmuşdur. O, üzərində kart olduğunu bildirmiş və Mahir kartın şəklini çəkərək həmin şəxsə göndərmişdir. (Albalı Plus: 5243 7544 1084 5448) Həmin gün adının sonradan Zilfqar olduğunu ləldiyi şəxs onun kartına 600 (altı yüz.) manat pul göndərmişdir. Onlar birlikdə bankomata getmişlər. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığındakı Unibank bankomalından 600 manat pulu çıxarıb Elcana vermişdir. Bundan sonra onlar ayrılmışlar. Digər məsələlər barədə heç bir məlumatı yoxdur. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. İş materiallarında olan çıxarışdan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı-xx.xx.2022-ci il təvəllüdlü Raul adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs1 etdiyi əməli səmimi etiraf etməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını və vurulmuş ziyanının tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə tutulmuş, istintaq orqanı tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, təqsirləndirilən şəxs Şirinov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3. 177.2.4. 69.4-cii maddələrinə əsasən təqsirli bilinərək 1300 (min üç yüz) manat cərimə cəzasına məhkum edilmiş, daha sonra o, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013cü il tarixli amnistiya haqqında qərarının 1.7-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan-xx.xx.2007-ci il təvəllüdlü Məhəmmədəli adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs2 etdiyi əməli səmimi etiraf etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 vurulmuş ziyanının tam ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, o, xx.xx.2021-ci il tarixdə tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, barəsində seçilmiş qətimkan tədbirlərinin şərtlərini pozmuş, Abşeron rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonar Abşeron rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu 05 (beş) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 11 (on bir) ay 06 (altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Zaqatala rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Zaqatala rayon Probasiya şöbəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 məhkəməyə mülki iddiadan imtina edilməsi barədə ərizə təqdim etmişdir. Aşağıga göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 89.4.19-cu maddəsinə əsasən mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş şəxs hökm çıxarılanadək məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı qaldırdığı tələbindən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin iddiadan imtina etməsi qanuna zidd olmadığı üçün məhkəmə tərəfindən qəbul edilmişdir. Zərərçəkmiş şəxs iddiadan imtina etdiyi üçün həmin mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı tutulduğu 05 (beş) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 11 (on bir) ay 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Zaqatala rayonu hüdudlarını ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı qaldırılmış maddi ziyanın ödənilməsi tələbinə dair tələbdən Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-19/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-19/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver