Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-19/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1971 -ci il tarixdə Şəki rayonu, Aşağı Küngüt kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Aşağı Küngüt kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 188.3 və 255.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 20 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfində, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə Qobu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan, özbaşına ələk yerləşdirməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 qeyd edilən sahədə karxana fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerin təkindən istifadə üçün müvafiq hüquqi icazə sənədi almadan, qanunsuz qazıntı işləri aparıb torpaq sahəsini dəyişdirərək, qazılmış sahədən ağır texnika vasitəsi ilə yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozaraq həmin torpaq sahəsində ümumilikdə 527 m3 həcmində qarışıq süxurları daşıyıcı yük avtomobillərinə yükləyib daşıyaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən təbiətə cəmi 9486,0 manat (527m3 x 18 manat) məbləğində əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 20 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfində, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə Qobu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan, özbaşına ələk yerləşdirməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 qeyd edilən sahədə karxana fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerin təkindən istifadə üçün müvafiq hüquqi icazə sənədi almadan, qanunsuz qazıntı işləri aparıb torpaq sahəsini dəyişdirərək, qazılmış sahədən ağır texnika vasitəsi ilə yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozaraq həmin torpaq sahəsində ümumilikdə 527 m3 həcmində qarışıq süxurları daşıyıcı yük avtomobillərinə yükləyib daşıyaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən təbiətə cəmi 9486,0 manat (527m3 x 18 manat) məbləğində əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Buna görə də ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 255.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 255.1-ci maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, daha öncələr Ramamda yerləşən Şuşa qəsəbəsindəki qum bazarında satıcı kimi işləyib pul qazanmışdır. Təxminən 2012-ci ildə həmin işlə əlaqədar Naxçıvan Muxtar Respublikası Babək rayonu sakini X7 da tanımışdır. O, Nicatı biznesmen və qum işləri ilə məşğul olan biri kimi tanımış və aralarında normal münasibət olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayı ərəfələrində Nicatla söhbət edib danışan zaman Nicat ona Zirədə qum çıxardıb sataraq pul qazanmaq olduğunu, lakin bunun üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, işləmədiyindən bu işə qoşulub pul qazanmaq istəmişdir. Bundan sonra o, pul axtarmağa başlamışdır. Bir neçə gün sonra o, 2000 manat pul tapmışdır. O, pul tapan günü Nicat Abbasov ona zəng edərək 1500 manatını tapdığını, yalnızca 500 manat qaldığını bildirmişdir. O da həmin vaxt 2000 manat tapdığından 500 manatını Nicata göndərmişdir. Nicat ona demişdir ki, həmin 2000 manat pulu kiməsə hörmət edib verəcək ki, onlara Zirədə qum qazmağa icazə versinlər. O, Nicata pulu verəndən sonra Nicat ona bildirmişdir ki, pulu verib qalıb icazənin verilməsi. Bundan sonra Nicat ona demişdir ki, Zirədə komissiya olduğundan orada qazıntı işləri aparıb qum çıxara bilməyəcək. Bir müddət sonra, yəni 2021-ci noyabr ayının 19-u ərəfələrində Nicat ona Qobu qəsəbəsində qum çıxarmaq üçün razılıq aldığını və orada qum çıxarmağa başlayacaqlarını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən qazanacaqları qumu satıb pul əldə etmək olmuşdur. 20 noyabr 2021-ci il tarixdə onlar Qobu qəsəbəsində yerləşən həmin əraziyə getmiş və qumun uyğun olub-olmamasını yoxlamaq üçün qumu ələməyə başlamışlar. Ora gedən zaman həmin ərazidə onlardan əvvəldə qum çıxarma işlərinin getdiyini aşkar etmişlər. İlk gün qumu ələməyə çalışsalar da, qum çox qatı olduğu üçün qum ələkdən ələnməmişdir. Buna görə də işləri alınmamışdır. Sonra başı çıxan şəxslərdən məsləhət etmiş və ona bildirmişlər ki, ələkdən ələnməyən qatı qumu ələmək üçün ələyə mühərrik qoşmaq lazımdır. Növbəti gün onlar yenidən mühərrik gətizdirib qoşmuş, lakin yenidən qum çox qatı olduğu üçün ələnməmişdir. Bundan sonra ələyin qırılması, mühərrikin gücü çatmaması kimi səbəblərdən dolayı onlar bir neçə dəfə cəhd etməli olmuş, lakin qum ələnməmişdir. O, əlində qalan 1500 manat pulu elə həmin texnikaya xərcləmişdir. 20 noyabr 2021-ci il tarixdə 23 noyabr 2021 -ci il tarixədək qumu ələməyə çalışsa da, qum ələkdən keçməmişdir. 24 noyabr 2021-ci il tarixdə Nicat ona demişdir ki, Qobu qəsəbəsində şəhidin yaşadığı evin qarşısına qarışıq ələkdən keçməmiş qum lazımdır ki, həmin qumu yola töksünlər. Ona görə də o, Qobu qəsəbəsi ərazisində əvvəllər tanımadığı 3 ədəd yük avtomobili sürücüsü ilə danışıb Qobu qəsəbəsində yerləşən qum qazmaq üçün yerə aparmışlar. Orada yük avtomobillərinin birini qarışıq balıqqulağı və qumla yükləyib Qobu qəsəbəsində yerləşən şəhidin evinin yerləşdiyi küçəyə göndərmişdir. Həmin vaxt Kamaz sürücülərindən biri gözləməyəciyini bildirib oradan getmişdir. Daha sonra onlar kamazlardan birinin doldurub yola salan zaman 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələrək işi dayandırıb akt tərtib etmiş və gördükləri işin qanunsuz olduğunu bildirmişlər. O, həmin qazıntı işlərinin aparılmasının qanunsuz olduğunu bilməmişdir. Əməlindən peşmançılıq çəkir, xahiş edir əməlinə düzgün qiymət verilsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 255.1-ci maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2012- ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Kərpic zavodunda qum alqı satqısı ilə məşğul olmuşdur. Belə ki, həmin zavodun qum bazarında onun alqı-satqı obyekti olmuşdur. Qum çıxaranlar ona qumlarını satırmış, o da həmin qumun bazarda satışı ilə məşğul olurmuş. Həmin ərəfələr o, Ramana qəsəbəsində tikilən evlərə qum da satmışdır. Təqsirləndirilən şəxs2 da Ramanada yerləşən Şuşa qəsəbəsindəki qum bazarında işləmişdir. Vidadi də onun kimi qum alqı-satqısı ilə məşğul olmuşdur. O, Vidadini həmin ərəfələrdən tanımışdır. Vidadi ilə münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Vidadinin istintaq zamanı vermiş olduğu ifadəsi ilə tanış olmuşdur. Belə ki, 2021-ci ilin noyabr ayında o, Bakı şəhər, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən karyerlərdən Hövsanda yerləşən qum bazarına gedən tullantı qumları alıb, ələkdən keçirib normal satışa yararlı qum halına gətirəndən sonra tikintilərə satırmış. Həmin ərəfələr Vidadi ona zəng edib bildirmişdir ki, yük avtomobili arendaya götürüb karyerlərdən tullantı qum çıxarıb qum bazarlarına ələkdən keçirmək üçün satmaq istəyir. Vidadi ondan xahiş etmişdir ki, arendaya tutacağı avtomobilləri onun işlədiyi Qala qəsəbəsində yerləşən karyerə buraxılmasına və həmin karyerdən qum çıxarmasına icazə verilməsinə köməklik göstərsin. Vidadi ona demişdir ki, 2000 manat pulu var. Vidadi həmin pulu karyerdə tullantı qum çıxaran traktorun sürücüsünə verməyə hazır olduğunu, həmin traktorun sürücüsünündə təxminən 10 gün ərzində arendaya götürəcəyi yük avtomobillərini tullantı qumla yükləməsini bildirmişdir. O da xahiş edəcəyini söyləmişdir. Lakin təsadüfdən həmin karyerin iş fəaliyyəti dayandığı üçün karyerdən tullantı qum çıxarmaq işi də dayanmışdır. Həmin gündən bir neçə gün sonra o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Atçılıqdakı kafedə oturmuşdur. Sonradan Vidadi də ora gəlmişdir. Onlar bir yerdə olan zaman tanışı olan Kamaz sürücüsü ona zəng edib, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən karyerdə də qum çıxarmaq mümkün olduğunu bildirmişdir. O, Vidadinin avtomobili ilə Vidadi ilə birlikdə həmin deyilən yerə getmişdir. Deyilən yerə baxıb görmüşdür ki, həmin yer düzəngahlıqdır, üstəlik də karyer deyil. O, tullantı qumları yalnız karyerlərdən çıxartdırmışdır. Çünki karyerdən qum çıxarmaq üçün karyer sahibi ilə müqavilə bağlamaq olmuş və işini rahat qanuni görürmüş. Ona görə də o, Qobudan qum çıxarmaq işinə girişməmişdir. Vidadi ona demişdir ki, həmin yer yəni ki, Qobu qəsəbəsindəki torpaq tullantı qum çıxarmaq istəyir. Buna görə də Vidadi ondan ona məxsus olan texnikaları, yəni ki, traktor buldozeri və qum ələmək üçün setkanı istəmişdir. Vidadi ona təklif etmişdir ki, birlikdə iş görsünlər. O isə Vidadiyə demişdir ki, çoxdan bu işin içindədir, sənədsiz olan işlərə baş qoşmur. O, Vidadiyə demişdir ki, ona məxsus olan texnikaları yalnız arendaya verə bilər. Vidadi ondan arendanın qiymətini soruşmuş, o isə Vidadini çoxdan tanıdığı üçün və Vidadi yeni işe başladığı üçün arenda pulunu sonra razılaşacaqlarını demişdir. Ondan sonra o, Vidadiyə özünə məxsus olan ələk və traktor buldozerin yerini demişdir ki, gedib götürsün. Həmin gündən 1-2 gün sonra Vidadi ona zəng edib onu həmin Qobu qəsəbəsindəki yerə çağırmışdır. Vidadi ona demişdir ki, qazdığı qum ələnmir. Hətta qum onun ələyini də qırmışdır. Ələyi qırıldığı üçün o, Vidadidən öz ələyini alıb öz yerinə aparmışdır. Həmin vaxtı o, Vidadinin qazıntı işləri apardığı yerdən uzaqlaşan zaman tanımadığı bir şəxs onun yanında ələyi görüb qazıntı işlərinin onun tərəfindən aparıldığını görüb xahiş etmişdir ki, Qobu qəsəbəsində yerləşən şəhidin yaşadığı küçəyə balıqqulağını tullantı qum tökmək lazımdır. O həmin şəxsə bildirmişdir ki, qazıntı işlərinə o yox, Vidadi baxır. Həmin şəxsi Vidadiyə yönəldib oradan çıxıb getmişdir. Ondan sonra olanlardan isə xəbəri olmamışdır. Xahiş edir əməlinə düzgün qiymət verilsin. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2011-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. Təxminən 14 may 2020-ci il tarixdən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi müfəttiş vəzifəsində işləyir. Vəzifəsi təhkim olunmuş ərazidə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdən və sairdən ibarətdir. 01 noyabr 2021-ci il tarixli 69 saylı sərəncama uyğun olaraq 22 noyabr 2021-ci il tarixdə xidməti ərazisində sektorun baş məsləhətçisi Şahid2 ilə birlikdə monitorinq apardığı zaman Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfində Herba-Flora firmasının arxa hissəsində, yaşayış məntəqələrindən uzaqda, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə ağır texnika vasitəsilə qanunsuz olaraq qazıntı işlərinin aparıldığı və ərazidə yük maşınlarının olması faktını müəyyən etmişdir. Araşdırma zamanı özünü iş rəhbəri və icraçısı kimi təqdim edən Şəki rayonu, Aşağı Küngüt kənd sakini, 1971 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qazıntı işlərinə rəhbərlik etdiyini, ərazidə iki günə yaxın müddət ərzində qarışıq süxurları ekskavator vasitəsilə qazıb çıxardaraq yük maşınlarına doldurub özünün deməsinə görə Qobu qəsəbəsinin yollarının bərpası üçün aparmışdır. Həmin vaxtı sözügedən əraziyə Qobu bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 da dəvət etmişlər. Zərərçəkmiş şəxs1 deməsinə görə həmin qazıntı işlərini aparan şəxsləri tanımamış və həmin şəxslər istirahət günündən istifadə edərək şənbə və bazar günündən qazıntı işlərinə başlamışlar. Qobu bələdiyyə sədrinin arayışı ilə müəyyən edilmişdir ki, son günlər ərzində istirahət günündə əraziyə texnika gətirilərək qazıntı işləri aparıldığı, lakin özünün bundan xəbərsiz olmasını bildirmişdir. Həmin vaxt ərazidə bir ədəd yükləyici ağır texnika (KON), bir ədəd ekskavator və iki ədəd yük avtomobili aşkar edilmiş, Təqsirləndirilən şəxs2 deməsinə görə digər yük avtomobilləri ərazidən boş getmişlər. Həmin vaxt dəymiş ziyan Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən hesablanmış və 6640,20 manat müəyyən edilmişdir. Bu ziyan Təqsirləndirilən şəxs2 qazaraq götürmüş olduğunu qarışıq süxurlara yəni qum, balıqqulağı və torpaq qatına aid olan ziyandır. Onlar həmin gün işi dayandırdıq, akt tələb etmişlər. Torpağın əks doldurulmasını icra edərək üst qatı və qarışıq hissəni geri qaytarmışlar. Belə ki, qazılaraq qazıntının kənarına yığılmış torpaq və qarışıq süxurlar qazılan yerə geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 iki çala qazaraq qazıntı işlərini aparması müəyyən edilmişdir. Çalanın birinin ölçüsü 21x19x1.2=479 metr3, digərinin ölçüsü isə 8x5x1.2=48 metr3 olmaqla, cəmi 527 m3 olan çalalar mövcud olmuşdur. Təqsirləndirilən şəxs2 bu işi görməsi ilə əlaqədar X5 hər hansı bir icazə sənədləri olmamış, Təqsirləndirilən şəxs2 bu işi tamamilə qanunsuz etmişdir. Fakt öz təsdiqini tapmış, vurulmuş ziyan hesablanmış, vətəndaş Səmədov həmin ərazidə qazıntı işləri apararaq çıxardığı qarışıq süxuru yolun bərpası üçün istifadə etdiyini, həmçinin bu işin qanunsuz olması barədə məlumatının olmadığını onlara bildirmişdir Tərtib edilmiş akt və digər sənədlər Baş Prokurorluğa göndərilmişdir. İlk olaraq ərazinin icra və bələdiyyəsindən müvafiq sənədlər toplamalı və həmin sənədlərlə faydalı qazıntıların çıxarılması üçün, şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X2 müraciət edərək konkret ərazidən faydalı qazıntıların çıxarılması üçün lisenziya almalıdır. Ondan sonra artıq Vidadi konkret ərazidə faydalı qazıntılar apara bilər. Vətəndaş Təqsirləndirilən şəxs2 isə heç bir lisenziya almadan yerin təkinin qorunması qaydalarını pozaraq yerin təkinin qanunsuz olaraq qazıntısı və daşınmasının təşkil olunmasına rəhbərlik etmişdir. Yerin təki dedikdə yerin altında olan faydalı qazıntılar, məsələn, qum, daş, balıqqulağı, çınqıl və s. nəzərdə tutulur. Vətəndaş Təqsirləndirilən şəxs2 lisenziya almadan yerin təkinin qorunması qaydalarını pozaraq qanunsuz qazıntı işləri aparıb faydalı qazıntı növü olan qarışıq süxur (qum və balıqqulağı) daşınmasının təşkil olunmasına rəhbərlik etmişdir. Bir mütəxəssis kimi çalalara baxış keçirən zaman qazılmış ərazidə ekskavatorun dişlərinin izi yeni olduğuna müəyyən etmişdir. Bundan başqa həmin ərazi ona təhkim olunmuş ərazi olduğuna görə o, tez-tez həmin ərazilərdə gəzirmiş. Aktı tərtib etməmişdən əvvəl sonuncu dəfə həmin əraziyə 4-5 gün əvvəl baxış keçirmiş, lakin həmin ərazidə hər hansı bir yeni qazıntı izləri olmamışdır. Ona görə də o, yəqin etmişdir ki, həmin iki ədəd 527 m3 həcmində çalalar sırf Təqsirləndirilən şəxs2 qanunsuz qazıntıları nəticəsində yaranmışdır. Həmin ərazidə heç bir elektrik xətti olmamışdır. Həmin yerdə ələk və ya digər bir qurğu olmamışdır. Həmin yerdə heç bir tikinti və ya qurğu işləri aparılmamışdır. Qazıntı aparılan ərazidə sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün əraziyə yaxın bir yerdə Herba Flora şirkətinin yaxınlığında olan bir tikintinin qapalı məkanına gedib orada aktı tərtib edib sənədləşmə işlərini aparmışdır. Akta əlavə olunmuş foto cədvəldə olan qapalı məkanda olan foto şəkil də həmin qapalı məkandan çəkilmiş foto şəkildir. Qazıntı aparılan torpaq sahəsinin təyinatı barədə məlumatı olmadığı üçün bir söz deməmişdir. Birinci dəfə cərimə olunan subyektlər üçün ümumi dəymiş ziyan 0,7 əmsalına vurulur. Həqiqətən də dəymiş ziyan 9486,0 manat təşkil edir. Həmin dəymiş ziyanın da 0,7 əmsalı 6640,20 manat təşkil etdiyi üçün tərtib olunmuş cədvəldə ziyan 6640,20 manat kimi göstərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyir. Torpaq sahəsinə dəymiş ziyan həqiqətən də vətəndaş Təqsirləndirilən şəxs2 və X10 tərəfindən öz vəsaitləri əsasında xərc çəkilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. Bu məsələ ilə bağlı şikayətimiz və tələbimiz yoxdur. Cinayət işi üzrə hadisə yeri müəyyən edilmiş və ərazinin bələdiyyə torpaqlarına aid olması məsələsi tərəflərindən araşdırma zamanı müəyyən edilmişdir ki, sözü gedən torpaq sahələri bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahələrinə aiddir. Həmçinin həmin torpaq sahələrinə yaxın ərazilər keçmiş Qobu bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixinədək bələdiyyə qərarı əsasında vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 6 il olar ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. Təxminən 2021-ci ilin aprel ayından isə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda baş məsləhətçi müfəttiş vəzifəsində işləyir. Vəzifəsi təhkim olunmuş ərazidə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdən və sairdən ibarətdir. 01 noyabr 2021-ci il tarixli 69 saylı sərəncama uyğun olaraq 22 noyabr 2021-ci il tarixdə xidməti ərazidə sektorun məsləhətçi müfəttişi Zərərçəkmiş şəxs2 ilə birlikdə monitorinq apardığı zaman Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfində Herba-Flora firmasının arxa hissəsində, yaşayış məntəqələrindən uzaqda, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə ağır texnika vasitəsilə qanunsuz olaraq qazıntı işlərinin aparıldığı və ərazidə yük maşınlarının olması faktını müəyyən etmişdir. Araşdırma zamanı özünü iş rəhbəri və icraçısı kimi təqdim edən Şəki rayonu, Aşağı Küngüt kənd sakini, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qazıntı işlərinə rəhbərlik etdiyini, ərazidə iki günə yaxın müddət ərzində qarışıq süxurları ekskavator vasitəsilə qazıb çıxardaraq yük maşınlarına doldurub özünün deməsinə görə Qobu qəsəbəsinin yollarının bərpası üçün aparmışdır. Həmin vaxtı sözügedən əraziyə Qobu bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 da dəvət etmişlər. Zərərçəkmiş şəxs1 deməsinə görə həmin qazıntı işlərini aparan şəxsləri tanımamış və həmin şəxslər istirahət günlərindən istifadə edərək şənbə və bazar günlərindən qazıntı işlərinə başlamışlar. Qobu bələdiyyə sədrinin arayışı ilə müəyyən edilir ki, son günlər ərzində istirahət günündə əraziyə texnika gətirilərək qazıntı işləri aparılmış, lakin özünün bundan xəbərsiz olmasını bildirmişdir. Həmin vaxt ərazidə bir ədəd yükləyici ağır texnika (KON), bir ədəd ekskavator və iki ədəd yük avtomobili aşkar edilmiş, Təqsirləndirilən şəxs2 deməsinə görə digər yük avtomobilləri ərazidən boş getmişlər. Həmin vaxt dəymiş ziyan Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən hesablanmış və 6640,20 manat müəyyən edilmişdir. Bu ziyan Təqsirləndirilən şəxs2 qazaraq götürmüş olduğunu qarışıq süxurlara yəni qum, balıqqulağı və torpaq qatına aid olan ziyandır. Onlar həmin gün işi dayandırmış, akt tələb etmişlər. Torpağın əks doldurulmasını icra edərək üst qatı və qarışıq hissəni geri qaytarmışlar. Belə ki, qazılaraq qazıntının kənarına yığılmış torpaq və qarışıq süxurlar qazılan yerə geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 iki çala qazaraq qazıntı işlərini aparması müəyyən edilmişdir. Çalanın birinin ölçüsü 21x19x1.2=479 metr3, digərinin ölçüsü isə 8x5x1.2=48 metr3 olmaqla, cəmi 527 m3 olan çalalar mövcud olmuşdur. Təqsirləndirilən şəxs2 bu işi görməsi ilə əlaqədar X5 hər hansı bir icazə sənədləri olmamış, sonuncu, bu işi tamamilə qanunsuz etmişdir. Fakt öz təsdiqini tapmış, vurulmuş ziyan hesablanmış, vətəndaş Səmədov həmin ərazidə qazıntı işləri apararaq çıxardığı qarışıq süxuru yolun bərpası üçün istifadə etdiyini, həmçinin bu işin qanunsuz olması barədə məlumatının olmadığını onlara bildirmişdir. Tərtib edilmiş akt və digər sənədlər Baş Prokurorluğa göndərilmişdir. Bu işləri görmək üçün ilk olaraq ərazinin icra və bələdiyyəsindən müvafiq sənədlər toplamalı və həmin sənədlərlə faydalı qazıntıların çıxarılması üçün, şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X2 müraciət edərək konkret ərazidən faydalı qazıntıların çıxarılması üçün lisenziya almalıdır. Ondan sonra artıq həmin şəxs konkret ərazidə faydalı qazıntılar apara bilər. Vətəndaş Təqsirləndirilən şəxs2 isə heç bir lisenziya almadan yerin təkinin qorunması qaydalarını pozaraq yerin təkinin qanunsuz olaraq qazıntısı və daşınmasının təşkil olunmasına rəhbərlik edib. Yerin təki dedikdə yerin altında olan faydalı qazıntılar. Məsələn, qum, daş, balıqqulağı, çınqıl və s. nəzərdə tutulur. Vətəndaş Təqsirləndirilən şəxs2 lisenziya almadan yerin təkinin qorunması qaydalarını pozaraq qanunsuz qazıntı işləri aparıb faydalı qazıntı növü olan qarışıq süxur (qum və balıqqulağı) daşınmasının təşkil olunmasına rəhbərlik etmişdir. Bir mütəxəssis kimi çalalara baxış keçirən zaman qazılmış ərazidə ekskavatorun dişlərinin izi yeni olduğuna müəyyən etmişdir. Bundan başqa həmin ərazi ona təhkim olunmuş ərazi olduğuna görə o, tez- tez həmin ərazilərdə gəzirmiş. Aktı tərtib etməmişdən əvvəl sonuncu dəfə həmin əraziyə 4-5 gün əvvəl baxış keçirmiş, lakin həmin ərazidə hər hansı bir yeni qazıntı izləri olmamışdır. Ona görə də o, yəqin etmişdir ki, həmin iki ədəd 527 m3 həcmində çalalar sırf Təqsirləndirilən şəxs2 qanunsuz qazıntıları nəticəsində yaranmışdır. Həmin ərazidə heç bir elektrik xətti olmamışdır. Həmin yerdə ələk və ya digər bir qurğu olmamışdır. Həmin yerdə heç bir tikinti və ya qurğu işləri aparılmamışdır. Qazıntı aparılan ərazidə sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün əraziyə yaxın bir yerdə Herba Flora şirkətinin yaxınlığında olan bir tikintinin qapalı məkanına gedib orada aktı tərtib edib sənədləşmə işlərini aparmışlar. Akta əlavə olunmuş foto cədvəldə olan qapalı məkanda olan foto şəkil də həmin qapalı məkandan çəkilmiş foto şəkildir. Qazıntı aparılan torpaq sahəsinin təyinatı barədə məlumatı olmadığı üçün bir söz deyə bil məmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Nicadla münasibəti normaldır. Aralarında heç bir ədavət və düşmənçilikdə olmamışdır. Təqsirləndirilən şəxs2 isə şəxsən tanımamışdır. Bildiyi qədəri ilə də Vidadinin ləqəbi Şəkili olmalıdır. Lakin Vidadini də heç vaxt görməmişdir. Vidadi haqqında bildiyi Nicadla işləməsi olmuşdur. Kamaz 65115-018-13 markalı ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Həmin yük avtomobilini ondan başqa heç kim idarə etməyib və hazırda da yalnız özü idarə edir. O, öz yük avtomobili ilə daş yığmaq üçün Qobu qəsəbəsi ərazisindən keçirmiş. Həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsində Nicadın yük avtomobilinin sürücüsü Fərmanı görmüşdür. Fərman onunla görüşüb ona demişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfində Herba-Flora firmasının arxa hissəsində, yaşayış məntəqələrindən uzaqda, Qobu qəsəbəsinin şərq hissəsində yerləşən torpaq sahəsinə iki kanistr dizel yanacağı aparır. Fərman ondan xahiş etmişdir ki, həmin yerə özünü də aparsın. O da Fərmanın xahişi ilə həmin deyilən yerə Fərmanı aparmışdır. O, Fərmanı həmin yerə aparan zaman da ora ekologiyanın əməkdaşları gəlib şəkillər çəkmişlər. O, Fərmanı düşürəndən sonra yük avtomobilindən düşüb 1 siqaret çəkib oradan çıxıb getmişdir. Daha sonra nə baş verdiyindən də xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tikinti-texniki ekspertizasının 18 mart 2022-ci il tarixli, 10/727 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun sağ tərəfindən yaşayış məntəqələrindən uzaqda, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə qazıntı işləri aparılaraq 527 m3 qarışıq süxurların hasil olunması nəticəsində ümumilikdə vurulmuş zərərin 01 dekabr 2021-ci il tarixə dəyəri 9486,0 manat (527,0m2 x 18 manat) təşkil edir. Abşeron rayon Qobu bələdiyyəsinin 09 mart 2022-ci il tarixli, 132 nömrəli məktubundan görünür ki, Qobu-Güzdək yolunun sağ tərəfindən, yaşayış məntəqələrindən uzaqda, Qobu qəsəbəsinin şərq hissəsində örüş torpaqlarına yaxın ərazidə yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq hesab olunur. 22 noyabr 2021-ci il tarixli, 73464 saylı ziyan aktının hesablanması cədvəlində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən 527 m3 həcmində olan qarışıq süxurun qanunsuz işlədilməsi nəticəsində təbiətə dəymiş ziyan (479m3 x 18 x 0,7=6035,4 və 48m3 x 18 x 0,7=604,8) hesablanma qaydası ilə 6640,20 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 daxil olmuş 05 may 2022-ci il tarixli 19/532 nömrəli məktubdan görünür ki, Abşeron rayon, Qobu qəsəbəsi ərazisində Qobu-Güzdək yolunun sağ tərəfində karxana faəliyyətinin həyata keçirilməsi məqsədilə hər hansı fiziki və ya hüquqi şəxsə yerin təkindən istifadəsi üçün müvafiq hüquqi icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünürki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına ilə cəzasının qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsindən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli, 21-1/3-16688 nömrəli məktubdan görünür ki, Xətai rayon məhkəməsinin 28 fevral 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və “28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin xx.xx.2016-cı il tarixli qərarının təsiri altına düşdüyündən təyin olunmuş cəzadan azad edilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ibtidai istintaqdan istintaqından yayındığına görə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Səmədov X8 RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ibtidai istintaqdan istintaqından yayındığına görə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abbasov X9 RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ibtidai istintaqdan istintaqından yayındığına görə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Abbasov X9 RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş hüquqi şəxs Abşeron rayonu, Qobu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş ziyan bərpa edildiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, məlumat üçün bildiririk ki, vətəndaş Təqsirləndirilən şəxs2 və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3 və 255.1 maddələri ilə təqsirləndirmələrinə dair icraatınızda iş vardır. Nəzərinizə çatdırıram ki , torpaq sahəsinə dəymiş ziyan həqiqətən də vətəndaş Təqsirləndirilən şəxs2 və X10 tərəfindən öz vəsaitləri əsasında xərc çəkilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. Əlavə olaraq bildiririk ki, bu məsələ ilə bağlı şikayətimiz və tələbimiz yoxdur. Zərərçəkmiş hüquqi şəxs Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 389 saylı məktubundan görünür ki, cinayət işi üzrə hadisə yeri müəyyən edilmiş və ərazinin bələdiyyə torpaqlarına aid olması məsələsi tərəflərindən araşdırma zamanı müəyyən edilmişdir ki, sözü gedən torpaq sahələri bələdiyyənin ehtiyyat fondunun alqısatqı predmeti olan torpaq sahələrinə aiddir. Həmçinin həmin torpaq sahələrinə yaxın ərazilər keçmiş Qobu bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixinədək bələdiyyə qərarı əsasında vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Belə ki, istintaq orqanı əldə edilmiş sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək təqsirləndirilən şəxslərin əməlini düzgün tövsif etməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına tikinti, quraşdırma işləri aparma törədilən cinayət əməli kimi tövsif olunmuşdur. Həmin normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsindən, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. İttiham aktında isə təqsirləndirilən şəxslərin əməli kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına tikinti, quraşdırma işləri aparılması öz əksini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-in 188.3-cü maddəsi ilə verilmiş ittihamla razılaşmır və hesab edir ki, həmin maddə ilə ittiham səhv verilmişdir. Məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 niyə görə məhz CMin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsi maddəsi ilə ittiham verilməsi ittihamda əsaslandırılmamış, onların əməllərinin hansı səbəbə görə və hansı kriteriyalar nəzərə alınmaqla CM-in 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsində hesab olunması göstərilməmişdir. Halbuki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəqiq və əsaslandırılmış olmalıdır. Nəzərə alınsa ki, CM-nin 188.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma və Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə başa düşülür. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər (12 dekabr 2008-ci il tarixə qədər qüvvədə olmuş redaksiya). İş materiallarına əlavə edilmiş Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 389 saylı məktubundan görünür ki, cinayət işi üzrə hadisə yeri müəyyən edilmiş torpaq sahələri bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahələrinə aiddir. Həmçinin həmin torpaq sahələrinə yaxın ərazilər keçmiş Qobu bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixinədək bələdiyyə qərarı əsasında vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə deyil, “yaşayış məntəqələri torpaqları” torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla özbaşına becərmə, tikinti, quraşdırma işləri aparma cinayətini törətmişdir. Belə olduğu təqdirdə isə Təqsirləndirilən şəxslər əməlinin CM-nin 188.3-cü maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla təqsirləndirilən şəxslərin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən təqsirləndirilən şəxslərin əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən CM-nin 188.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidin ifadələrin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilməli, onlara CM-in 188.1, 255.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək olan müddət ərzində mülkiyyət, istifadə və icarə hüququ olmadan yaşayış məntəqələri torpaqları torpaq sahəsini özbaşına dəyişdirmiş, tutmuş, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmuşdur. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 188.1, 255.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özlərini təqsirli bilmiş və barələrində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmalı və barələrində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərarın icrası Təqsirləndirilən şəxs2 münasibətdə Şəki rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 münasibətdə isə Bakı şəhəri, Sabunçu rayon İcra Şöbəsinə həvalə edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən CM-nin 188.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 255.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinə əsasən həmin Məcəllənin 188.1, 255.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsindən CM-nin 188.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 255.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinə əsasən həmin Məcəllənin 188.1, 255.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Təqsirləndirilən şəxs2 münasibətdə Şəki rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 münasibətdə isə Bakı şəhəri, Sabunçu rayon İcra Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-19/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-19/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver