Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-190/2020 15.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Sabirabad rayonu, Abdulyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi, 40a nömrəli ünvanda yerləşən evini girov qoymaq şərtilə ona 50000 manat məbləğində ipoteka krediti düzəldəcəyi adı ilə aldadaraq ilkin olaraq evinin təmir olunub yararlı vəziyyətə salınması üçün ona 15000 manat məbləğində kredit düzəldib onun 5000 manatını özünə götürəcəyini bildirib, xx.xx.2017-ci il tarixdə ünvan 3 nömrəli ünvanda yerləşən «xxxxxxxxxxx» ASC-nin 3 saylı filialından Zərərçəkmiş şəxs qızı Şahid5 adına 3000 manat məbləğində kredit çıxarıb, ASC-nin filialının qarşısında 1300 manatını, xx.xx.2017-ci il tarixdə yenidən qeyd olunan ünvanda yerləşən «xxxxxxxxxxx» ASC-nin 3 saylı filialından Zərərçəkmiş şəxsnın bacısı qızı Şahid4 adına 3000 manat məbləğində kredit çıxarıb, ASC-nin filialının qarşısında 1000 manatını, həmin gün Bakı şəhəri, Yasamal rayonunda yerləşən «xxxxxxxxx» ASC-nin Yasamal filialından Şahid4 adına 5000 manat məbləğində kredit çıxarıb ASC-nin filialının qarşısında 1300 manatını, xx.xx.2017-ci il tarixdə yenidən qeyd olunan ünvanda yerləşən «xxxxxxxxxxx» ASC-nin 3 saylı filialından Zərərçəkmiş şəxs qızı Xəyalə Dünyamalıyevanın adına 3000 manat məbləğində kredit çıxarıb ASC-nin filialının qarşısında 1000 manatını, həmin gün Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 saylı ünvanda yerləşən «xxxxxxxxxxxxxxx» ASC-nin Azneft filialından 1000 manat məbləğində kredit çıxarıb ASC-nin filialının qarşısında 300 manatını və sonuncu dəfə 2017-ci ilin sentyabr ayında ünvan 5 ünvanında yerləşən fərdi yaşayaış evinin qarşısında 200 manatını ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 5100 (beş min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2017-ci ilin yay aylarında sonuncunun qohumu Rafiqin vasitəsi ilə tanımışdır. Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik Mol» ticarət mərkəzində o, Rafiqlə görüşən zaman Mehralı da sonunucu ilə birlikdə gəlmişdir. Rafiqə pul ehtiyac olduğundan, evini girov qoyub kredit götürmək istəyirmiş. Onun da bank sistemində tanışı olduğundan, Rafiqə kömək edəcəkmiş. Həmin vaxt Mehralı, Rafiqdən krediti artıq götürməsini, götürdüyü kreditdən ona da veməsini bildirmişdir. Rafiq də Mehralı ilə razılaşmışdır. Rafiqin sənədəlrinə baxmış, Rafiqin çıxarışı olsa da, evinin torpaq sahəsi bələdiyyə məxsus olduğundan, kredit alınmayacaığnı bildirmişdir. Həmin vaxt Mehralı da özü ilə gətirdiyi sənədləri ona göstərmişdir. Mehralıdan sənədəlrin sürətlərini götürmüşdür. Mehralı sənədləri ona verən zaman, kredit götürmək istədiyini, buna görə də evini və Sumqayıt şəhərində olan dostunun fermasını da girov qoyacağını, yaşadıığ evin həyətində şirniyyat sexi açacağını, həmçinin feramya qoyun alıb saxlayaraq krediti ödəyəcəyini bildirmişdir. Mehralı 15000-20000 manat məbləğində kredit istədiyini bildirmişdir. Sənədəlri «Nikoil» banka göstərəcəyini bildirmişdir. Həmin şəxslərdən ayrıldıqdan sonra «Nikoil» bankda tanışı Novruza sənədləri və Mehralının yaşadığı evin şəkillərini göstərmişdir. Novruz da ona evin təmirsiz oldğuna görə pul verilməyəcəyini bildirmişdir. Novruzun dediklərini, yəni Mehralıya kreditin alınmayacağını bildirmişdir. Mehralı ilə danışmış və şəxsi adamların faizə pul verdiklərini bildirmiş, Mehralı da etiraz etməmişdir. Buna görə də o, tanışı İlqarı götürüb Mehralının yaşadığı evə getmişdir. İlqar evə baxdıqdan sonra Mehralıya 15000 manat pul verə biləcəyini bildirmişdir. Həmin vaxt Mehralının arvadı Nəzakət narazılıq etdiyinə görə İlqar Mehralıya pul verməyə qorxmuşdur. İlqar ona Nəzakətin narazılıq etdiyini buna görə də pul verməyəcəyini demişdir. Daha sonra faizə pul verən Araz adlı tanışını Mehralının yaşadığı evə aparmış ki, Mehralıya faizə pul versin, lakin Araz da evə baxdıqdan sonra, ev xoşuna gəlmədiyindən faizə pul verməyəcəyini bildirib getmişdir. Mehralı evi təmir etmək üçün ona kredit düzəltməyini, evi təmir etdikdən sonra isə evi ipotekaya qoyub kredit götürməkdə ona köməklik etməyini ondan xahiş etmişdir. Mehralıya 15000 manat kredit düzəldəcəyini, bunun müqabilində 2500 manat götürəcəyini bildirərək, evi təmir etdikdən sonra isə 500000 manat ipoteka krediti düzəldəcək. Lakin 50000 manata görə Mehralının hansı məbləğdə ona pul verəcəyini bilməmişdir. Belə ki, Novruzla danışmış, Novruz ona demiş ki, ev təmir edildikdən sonra, bank tərəfindən evə baxılacaq, xərclər hesablandıqdan sonra Mehralıdan hansı məbləğdə pul alınacağını sonra deyiləcəkdir. Mehralı da razılaşmışdır. Mehralıya qızlarının «xxxxxxxx» MMC-ə işə düzəldəcəyini, lakin əmək haqqı almayacağını, əmək haqqını şirkətin rəhbəri alacağını bildirmişdir. Mehralı öz qızları Günelin, Xəyalənin və Şahid4 şəxsiyyət vəsiqələrini ona vermişdir. Şəxsiyyət vəsiqələrini tanışı Rahil müllimə vermişdir. Rahil müəllimdə ona Şahid5, Xəyalə Dünyamalıyeva və Şahid4 adılarını forma olaraq şirkətdə qeyd etmiş və həmin vaxt onların adına iş stajı yazılırmış. Daha sonra «Nikoil» bankda işləyən Novruzla əlaqə saxlamış, Novruz onların hər üçünün iş yerinin olub-olmamasını sistemdə yoxladıqdan sonra onlara kredit düzəldəcəyini bildirmişdir. Mehralıya düzəldəcyi krediti hissə-hissə qızların adlarına veriləcəyini bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə Şahid5 Meralı qızının adına «Nikoil» bankdan 3000 manat verilmişdir. Həmin vaxt Mehralı «Gənclikdə» onunla görüşüb ona 500 manat pul vermişdir. xx xxxxxx 2017-ci il tarixdə saat 11 radələrində Mehralının bacısı qızı Şahid4 əri və Şahid5 ilə birlikdə Gənclik metrostansiyasının yanında görüşmüşlər. Həmin vaxt onun dayısı qızı X5 da gəlibmiş. Onlar birlikdə «Nikoil» bankına getmişlər və «Nikoil» bankda Şahid4 adına 3000 manat kredit verilmişdir. «Nikoil» bankda pul az verildiyinə görə birlikdə «xxxxxxxxxa» getmişlər. Orada Günelin adına kredit olduğuna görə, Zeynəbə 5000 manat kredit verməyəcəklərini əlavə zaminin lazım olduğunun bildirdikləri üçün dayısı qızı Seyidbilqeyisdən zamin durmasını xahiş etmişdir. Sonuncu razılaşmış və həmin gün «xxxxxxxxx» ASC-nin Yasamal filialından tanışı Anarın vasitəsi ilə 5000 manat kredit verilmişdir. Onlar krediti götürdükdən sonra Mehralı ilə əlaqə saxlamış, Mehralı ona puldan götürməyini bildirmişdir. Həmin puldan 1500 manat götürmüşdür. Mehralıya kreditləri düzəltdikdən sonra Mehralı onunla əlaqə saxlayıb pulun çatmadığını bildirmişdir. Buna görə də xx xxxxxxxx 2017-ci il tarixdə Mehralının qızı X6 və onun anası Nəzakətlə Gənclik metrosunun yanında görüşmüşlər. Birlikdə «Nikoil» banka getmişlər orada Xəyalə İsgəndərovanın adına Novruzun vasitəsi ilə 3000 manat kredit verilmişdir. Oradan 3000 manat götürdükdən sonra Mehralı ilə əlaqə saxlayıb krediti götürdüklərini bildirmişdir. Həmin vaxt Mehralı pulun az olduğunu əlavə 2000 manat da lazım olduğunu bildirmişdir. Bunun mümkün olmadığını, 1000 manat «xxxxxxxxxxxxxxxdan» götürə biləcəyini bildirdikdə, Mehralı da razılaşmışdır. Azneft dairəsi adlanan yerdə yerləşən «xxxxxxxxxxxxxxx»-ya getmişdir. Orada Toğurulun vasitəsi ilə 1000 manat kredit götürmüşlər. Ümumilikdə 4000 manat kredit götürdükdən sonra, təkrar Mehralı ilə əlaqə saxlamış və Mehralı arvadı Nəzakətlə danışdıqdan sonra ona 4000 manat puldan 1000 manatını ona vermişdir. 2017-ci ilin noyabr ayında, Mehralı və İnqilab adlı tanışı ilə Bakı şəhəri, Nərimanov rayonunda parkda kafedə görüşmüşlər. Orada aralarında olan söhbət zamanı X19 rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə 70000 manat ipoteka krediti götürmək istədiyini bildirmişdir. İnqilab da Mehralının evinə görə 70000 manatın çox olduğunu, ən çox halda 50000 manat ipoteka kreditini düzəldə biləcəyini bildirmişdir. Daha sonra İnqilab «Muğan bank»-da olan tanışı ilə danışmışdır. Danışdıqdan sonra isə Mehralıya 50000 manat pul verə biləcəyini, buna görə də 500xx xxxxxxxx 18000 manat pul götürüləcəyini demişdir. Mehralı da İnqilaba 70000 manat alınmasına görə 18000 manat verməyə razı olduğunu bildirmişdir. İnqilab da 70000 manat verilməyəcəyini deyərək, razılaşmayıb çıxıb getmişdir. 2017-ci ilin noyabr ayının ortasında Novruz onunla əlaqə saxlayıb Mehralının «Nikoil» banka gəldiyini orada səs-küy saldığını, kredit verməsinə görə ondan pul aldığını, pulunu qaytarmasını buna görə də Mehralıya 500 manat verdiyini bildirmişdir. Novruza nahaq Mehrayıla pul verdiyini bildirmişdir. Bundan sonra Mehralıya «sən Novruza pul vermişdin ki, ondan pul alırdın» sözlərini demişdir. Mehralı ondan da öz pulunu tələb etmişdir. Bunların hamısını tanışı Nazimə danışmış və sonuncu pulu Mehralıya qaytarmağı məsləhət görmüşdür. Buna görə də Nazimə 2000 manat pul vermiş, sonuncu Mehralı ilə «Nikoil» bankın qarşısında görüşüb həmin pulu Mehralıya qaytarmışdır. Həmin vaxtdan sonra Mehralı banklarda işləyənlərə problem yaratmamaları üçün Zeynəbin, Xəyalənin və Günelin adına kreditlər ödəmiş ki, Mehralı ipoteka krediti düzəldikdə kredit özü ödəsin. Bundan sonra Nazim, Mehralını Güllü ilə tanış etmiş, Güllü də Mehralının ipoteka məsələsini həll etmişdir. Həmin vaxt Mehralı əvvəl verdiyi pulu verməli olsa da ona verməmişdir. Nazimə Mehralının pulu nə üçün vermədiyini soruşmuş, Nazim ona demişdir ki, Güllügil Mehralıdan çox pul almışlar, Güllügil əvvəl Mehralıya ilkin ödəniş kimi, 18000 manat alacaqlarını desələrdə, sonradan isə hərbiçinin pulunu, Güllünün və başqaların pulunu aldıqlarına görə Mehralıdan artıq məbləğ pul almışlar. Mehralının əlində 28000 (iyirmi səkkiz min) manat qaldığını demişdir. Buna görə Mehralı onlara 3000 manatı verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin yaz aylarından Muxtar adlı tanışının vasitəsi ilə kredit düzəldən şəxs kimi Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında yerləşən «Gənclik molda» tanış olmuşdur. Həmin vaxt onun pula ehtiyacı olduğundan, yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evini girov qoyaraq ipoteka krediti götürmək istədiyini Mətanətə bildirmişdir. Mətanət ondan evə aid sənədləri götürmüş, daha sonra istifadə etdiyi *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 *** ** ** saylı mobil telefon nömrələrini ona vermiş və onun istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsini götürmüşdür. Mətanət həmin sənədləri götürdükdən sonra təxminən 7-8 dəfə müxtəlif tanımadığı şəxslərlə onun yaşadığı evə gəlib baxırmışlar. Mətanət hər dəfə gələn şəxslərin kredit düzəldən olduqlarını və həmin şəxslərin kredit düzəldə bilmədiklərini deyirmiş. 2017-ci ilin yay ayalarında, Mətanət ona ev remontsuz olduğundan ipoteka krediti götürmək mümkün olmadığını bildirmişdir. Buna görə də Mətanət ona uşaqların və qohumlarımın adına «Nikoil», «xxxxxxxxx» və «xxxxxxxxxxxxxxx»-dan 15000 manat kredit düzəldəcəyini, həmin pulun 5000 manatını ipoteka almaq üçün özü götürəcəyini qalan 10000 manata isə evi təmir etməyini bildirmişdir. Mətanətə qızlarının və bacısı qızının heç yerdə işləmədiklərini bildirmişdir. Mətanət banklardan kreditin götürülməsi üçün özü arayış təşkil edəcəyini demişdir. Ona pul ehtiyac olduğundan, razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə Mətanət qızı Şahid5 adına «Nikoil» bankdan 3000 manat kredit düzəltmişdir. Onlar həmin krediti götürən zaman 1000 manatını bankın qarşısında Mətanətə vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə 1-2 gün əvvəl Mətanətlə Bakı şəhərində Nərimanov rayonunda yerləşən parkda görüşmüşdür. Mətanətə 400 manat pul vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Mətanət bacısı qızı Şahid4 adına «Nikoil» bankdan 3000 manat kredit düzəltmişdir. Həmin pulu götürdükdən Mətanətə 1100 manat özünə, 300 manat da Zeynəbə «xxxxxxxxxda» zamın duran şəxsə görə vermişdir. Həmin gün də Mətanətin təşkili ilə «xxxxxxxxx»-dan 5000 manat kredit düzəlmiş və Mətanət, onun bacısı qızı Zeynəbə «xxxxxxxxxa» zamin öz qohumunu gətirmişdir. Mətanətini qohumunu həmin vaxt banaka Mətanətin Nazim adlı tanışı gətirmişdir. Onlar pulları götürdükdən sonra Mətanət ona zəng vurub Nazimə 1000 manat verməyini bildirmişdir. «xxxxxxxxxın» qarşısında Nazimə 1000 manat pul vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Mətanət qızı Xəyalənin adına «xxxxxxxxxxx» dan 3000 manat, «xxxxxxxxxxxxxxx»-dan isə 1000 manat kredit düzəltmişdir. O, həmin krediti götürən zaman orada olmamışdır. Həmin vaxt Mətanət ona zəng vurub pul istəmiş, buna görə də o, arvadı Şahid3 Yusif qızına zəng vurub Mətanətə 1300 manat pul verməsini bildirmiş və sonuncu Mətanətə bankın qarşısında 1300 manat vermişdir. Banklardan götürdüyü kreditlə evi təmir etməyə başlamış, evi təmir edən zaman Mətanət sonradan adının Gülya olduğu bildiyi qadınla və başqa 2 nəfər tanımadığı kişi ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Mətanət ona demişdir ki, onun ipoteka məsələsini Gülya düzəldəcəkdir. Gülya ilə gələn şəxslər onun evinin fotoşəkillərini çəkmişlər. Evin içərsinin şəkillərini çəkdikdən sonra getmişlər. Bir həftə keçikdən sonra Mətanət onunla əlaqə saxlamış və evin içərisinin tam təmirli olmadığından yaramıdığını qonşunun evinin içərisinin şəkillərinin çəkməyi təklif etmişdir. Buna görə də o, qonşusu Mahirin yanına getmiş, ona ipoteka götürmək istədiyini, buna görə də bankdan nümayəndələr gəldiyini, təmirli ev lazım olduğunu, onun evinin tam təmirli olmadığınıı bildirib, Mahirin evinin şəklini çəkməyə icazə verməsini xahiş etmişdir. Mahir də razılaşmış və Mətanət, Gülya başqa 2 nəfər şəxslə birlikdə onun yaşadığı evə gəlmişlər. Gülya ilə birlikdə gələn şəxs Mahirin yaşadığı evini içərisinin şəkillərini çəkmişdir. Gülya ona evin sənədlərini hazırlamasını bildirmişdir. Təxminən 1 həfətə keçdikdən sonra Gülya ona Elimlər Akademiyası metrostansiyasının yanına gəlməyini bildirmişdir. Gülaya ilə orada görüşmüşdür. Orada Gülyaya ipoteka krediti düzəltəmsi üçün özünə məxsus ünvan 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sənədlərini vermişdir. Həmin vaxt Gülya ona Mahirin evinin içərisi ilə onun yaşadığı evin sxemlərinin bir-biri ilə uyğun gəlmədiyini öz evini təmir edib qurtarmağını demişdir. Buna görə də aldığı divar kağızlarını təcili olaraq evin divarlarına yapışdırmışdır. Evin aboylarını yapıştırdıqdan sonra Mətanətə gəlib şəkilləri çəkmələrini bildirmişdir. Mətanət Gulya və başqa 2 nəfər «Azərqaz» bankın nümayəndələri ilə birlikdə gəlmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayonunda Metroparkın yaxınlığında yerləşən çayxanada, Gülya və Nazim görüşmüşlər və orada Nazim Gülayaya onun ipoteka alması üçün 5000 manat verəcəyini demişdir. Gülya ona 500000 manat pul çıxarılacağını, buna görə ondan 2000 manat özünə pul götürəcəyini dedikdə, 1000 manat verəcəyini bildirmişdir. Gülya ona ayrılası 50000 manat ipotekadan 4000-5000 manat civarında bank və notariat xərcləri çıxılacağını bildirmişdir. Bank və notariat xərclərinin çıxılmasına etiraz etməmişdir. Həmin vaxtdan sonra, Gülya ilə mütəmadi olaraq əlaqə saxlamış, ünvan 7 saylı ünvanda yerləşən fərdi yaşayış ev qızı Şahid1 adına olduğunudan, qızı da ailəli olduğuna görə, ərinin razılıq kağızı olmasını demişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən notariat kontorunda təsdiqlənmiş razılıq kağızını almışdır. Həmçinin Gülya ona alqı-satqı üçün Dövlət Əmlak Komitəsinin Abşeron rayon filialınadan forma 1 və həmin ünvanda qeydiyyatda olan şəxslərin olmaları barədə forma 2 sənədinin hazırlmağını demişdir. Buna görə də dövlət Əmlak Komitəsindən forma 1 və Abşeron rayonu, Novxanı kənd icra nümayəndəliyindən forma 2 adlanan arayış almışdır. Forma 2 adlnan arayışda, qızı Şahid1 və X7 Abşeron rayonu Novxanı kəndi, Ş.qurbanov küçəsi ev 40A-da qeydiyyatda olması qeyd olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə 09-10 radələrində, qızı Şahid1, Şahid5, arvadı Şahid3 və Xəyalənin əri X17 rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontourna gəlmişlər. Həmn vaxt Gülya «AG» bankın nümayəndəsi, Ramin, hərbiçi olan Elmidar və başqa bir nəfər şəxs də gəlmişdir. Orada Gülya ona Elmidarı təqdim edib, onun evinin güya ipoteka ilə aldığını və Elmidarın adına evin sənədləşəcəyini demişdir. Gülyadan tələb etmiş ki, Elmidar hərbiçidir, gələcəkdə onun başına iş gələ bilər, buna görə də onun adına etibarnamə versin ki, evi sonradan öz adına sənədləşdirsin. Gülya və Elmidar razılaşmaq istəmirmişlər. Gülyaya demişdir ki, əgər belə olmasa alqı-satqının baş verməsinə imkan verməyəcəkdir. Bundan sonra Gülya razılaşmış və həmin vaxt notariat kontorunda Rövşən sənədlərin hamısını notariat kontoruna təqdim etmişdir. Onlar birlikdə gözləməyə başlamışlar, sənədlərin uzun çəkəcəyini dediklərinə görə onlar birlikdə «İdeal» kafesinə getmişlər. Təxminən 1 saatdan sonra notariat kontorundan Gülyanı çağırmışlar, Gülya Elmidarla birlikdə notariat kontoruna getmişlər. Təxminən 1 saatdan sonra Gülya ona zəng vurub notariat kontoruna gəlməklərini bildirmişdir. Onlar hamısı notariat kontoruna getmişlər. Həmin vaxt Nazim də notariat kontourna gəlmişdir. Notariat kontorunda Gülya ona demiş ki, alqı-satqıya görə 2000 manata yaxın vergi tutulacaqdır. Narazılıq edib, notariat kontorunun notariusu Bahadurun yanına girmişdir. Bahadurdan nə üçün 2000 manata yaxın vergi tutulmasının səbəbini soruşmuş, Bahadur ona demişdir ki, həmin ünvanda Şahid1 5 ildən artıq qeydiyyatda olsaydı vergi tutulmazdır. Bu zaman Bahadura Xəyalənin 2009-cu ildən həmin ünvanda qeydiyyatda olduğunu demişdir. Bahadur ona demişdir ki, polis idarəsinə sorğu veriləcək, oradan cavab gəldikdən sonra alqı-satqını apararlar. Bahadurun otağından çıxıb, Gülyaya yaxınlaşıb Bahadurun dediklərini demişdir. Gülya Rövşənlə danışmış, Rövşən razılaşmamış, həmin vaxt Gülya və Rövşən Bahadurun yanına girmişlər. Rövşən və Gülya sorğu göndərməyə ehtiyac olmadığını Bahadura demişlər. Bahadur da ondan razı olub-olmadığını soruşduqda, razılaşmışdır. Bahadur Gülyagilə verginin rüsumunu ödəmələrini demişdir. Həmin vaxt Bahadurun yanında işləyənlərdən biri Bahadurun otağına daxil olmuş və kompyuterdən çıxan Forma 1 Forma 2 səndəlrini gətirmişdir. Bahadur həmin sənədələrə baxmış və Forma 1-lə, Forma 2-nin lazımı formada çıxarılmadığını, dəyişməyi demişdir. Həmin vaxt Gülyaya «əgər notarius bütün işləri görəcəkdirsə mənə niyə sənəd toplatdırırdın, bir helə də xərcim çıxsın» sözlərini demişdir. Həmin vaxt Bahadur sənədəlrin günortadan sonra ahzır olacağını deyib getmişdir. Həmin vaxt Elmidar bir nəfər arıq bədən quruluşlu, balaca boy 30-35 yaş arası şəxslə Notariat kontorunun içərsində yerləşən «Muğanbank»-ın kassasının qarşısında dayanmışdır. Bahadur getdiyinə görə ailə üzvləri ilə birlikdə «İdeal» kafesinə getmişlər. Saat 15 radələrində notariat kontoruna gəlmişlər, orada sənədlər hazırlanmışdır. Şahid1 «Muğanbankın» kassasına yaxınlaşmış və orada 39700 manat pul vermişlər. Onlar pulu götürməmişdən əvvəl Elmidarın öz adından arvadı Şahid3 adına mülki etibarnamə verilmişdir. Elmidar etibarnamə verdikdən sonra Xəyalə 39700 manat pulu ona vermişdir. Pulu sayıb Gülyaya vermiş, Elmidar rayona qayıdacağını dediyinə və Gülyadan pulunu tələb etdiyinə görə Gülya notariat kontorunun içərsində 2500 manat pul sayıb Elmidara verdi. Elmidar pulu aldıqdan sonra Ramin və digər adını bilmədiyi şəxslə birlikdə getmişdir. Xəyalənin əri Rüfət Dünyaməliyev də çıxıb getmişdir. Qızı Xəyalə, Günel, arvadı Nəzakət, Gülya və Nazimlə birlikdə notariat kontorunun yanında yerləşən «Xızı» restoranına getmişlər. Xızı restoranın zalında oturmuşlar, həmin vaxt Rövşən isə notariat kontorunda onları gözləyirmiş. Orada Gülya ona 22500 manat pul sayıb vermişdir. Gülyaya «siz mənə 50000 manat ipoteka krediti söz vermişdiniz, nə üçün mənə 22500 manat pul verirsən?» sözlərini demişdir. Gülya ona, bank ipoteka krediti kimi 39700 manat pul ayırdığını, həmin puldan da 22500 manat ona verildiyini, 2000 manat civarında verqi tutulduğunu, 2500 manat ipoteka adına sənədləşən hərbiçi Elmidara verildiyni pulun qalan hissəsini isə aparıb «Azər Qaz» banka verəcəyini demişdir. Gülya ondan söz verdiy 1000 manat pulu istəmiş, bu zaman Nazim də ondan aralarında olan söhbətə görə pul istəmişdir. 500 manat pulu sayıb stolun üzərinə qoyub, qalan pulu qaytarmasını demişdir. Gülya stolun üzərində olan 500 manatı götürüb qalan pulu geri qaytarmamış, Gülyadan banka pulu kimə verəcəyini soruşmuşdur. Gülya ona həmin şəxsin kim olduğunu deməmişdir. Bu zaman Gülyadan pulu onun iştrakı ilə həmin şəxsə verməsini demiş, lakin Gülya razılaşmamışdır. Həmn vaxt Nazim ona qızlarının adına olan krediti ödədiyinə görə həmin pulu verməyini demişdir. Buna görə 500 manat Nazimə pul vermişdir. Həmin vaxt Gülya ilə dalaşmaq istəsə də Nazim onu sakitləşdirib getməyini təklif etmişdir. Həmin vaxt Gülyaya şikayət edəcəyini demiş, Gülya isə istənilən yerə şikayət etməyini bildirmişdir. Ailə üzvləri yanında olduğuna görə oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs birinci dəfə xx xxxxxx 2017-ci il tarixdə ünvan 9 ünvanda yerləşən «xxxxxxxxxxx» ASC-nin yaxınlığında 1300 manat nağd pul, ikinci dəfə xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Cənclik metrostansiyasının qarşısında 1300 manat nəğd pul, üçüncü dəfə həmin gün Bakı şəhəri, Yasmal rayonu ərazisində yerləşən «xxxxxxxxxx» ASC-nin Yasamal filialının qarşısında 1300 manat nağd pul, dördüncü dəfə həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Cənclik metrostansiyasının qarşısında 1000 manat nəğd pul və sonuncu dəfə 2017-ci ilin sentyabr ayında 200 manat nəğd pulu yaşadığı ünvanda, yəni ünvan 5 ünvanında vermişdir. Təqsirləndirilən şəxs onu aldadaraq, ümumilikdə 5100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin 5100 manat məbləğində pulu yoldaşının vasitəsi ilə Mətanətə verilsə də, faktiki olaraq həmin məbləğdə maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2017-ci ilin sentyabr-oktyabr ayında tanımışdır. Belə ki, tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda yerləşən parkda Mehralı ilə onu görüşdürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, Mehralıya ipoteka krediti götürməsində köməklik etsin. Mətanətə demişdir ki, Gülyaya deyəcəkdir ki, köməklik göstərsin. Mətanət ona dedikdən 1-2 gün sonra Gülyaya zəng vurmuş və Gülya ilə birlikdə Mehralı ilə Nərimanov rayonunda yerləşən parkda görüşmüşlər. Onlar Gülya ilə görüşdükdən sonra Mehralıya kömək etməsini xahiş etmişdir. Gülya da ondan, zamin durmağını demişdir. Mehralıya zamin durduğunu, ona cavabdeh olduğunu demişdir. Gülya Mehralıya 40000 manat ipoteka çıxardacağını həmin puldan 15000 manat götürəcəyini 25000 manat Mehralıya verəcəyini demişdir. Mehralı da Gülyanın təklifi ilə razılaşmışdır. Gülya da xəbər edəcəyini bildirərək çıxıb getmişdir. Bir müddət keçdikdən sonra Mehralı onunla ələqə saxlamış və bildirmişdir ki, «ASAN» xidmətdə sənəd almalıdır, lakin pulu yoxdur. Mehralı ondan 40 manat pul istəmiş, özü Mehralı ilə Nərimanov metrostansiyasının yanında görüşüb 40 manat pul vermişdir. 2017-ci ilin dekabr ayınının əvvəllərində Mehralı ona zəng vurub işlərinin alındığını, notariusda olduqlarını demişdir. Mehralıya işlərini görməsini işdən çıxandan sonra gələcəyini demişdir. Saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariat kontorunun yanında olan çayxanaya getmişdir. Mehralı həmin vaxt 39700 manat pul gətirmişdir. Həmin vaxt Mehralı puldan bir hissəsini sayıb Gülyaya vermişdir. Mehralının özündə 23500-23600 manat pul qalmışdır. Həmin vaxt özü Gülyaya Mehralıdan çox pul aldıqlarını demişdir. Gülya isə hərbiçiyə 4000 manat verdiyini, qalan pulları isə ora-buranın olduğunu bildirmişdir. Mehralı özündə qalan puldan 500 manat pulu əlavə olaraq Gülyaya vermişdir. Həmin vaxt özü Mehralının qızı Xəyalınınin ödənişinin qəbzini vermiş və ondan 150 manat almışdır. Gülya pulu götürüb getmişdir. Səhəri gün Mehralı ilə görüşüb birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Nikoil» banka getmişlər. «Nikoil» bankda bir hissəsini ödəmiş, qalan hissəsini yeni qrafik açılmışdır. Mehralı ona 867 və 837 manat pul vermiş, o da həmin pulu «xxxxxxxxxxxxxxx»-ya aparıb Xəyalə Dünyamalıyevanın adına ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri X2 pul ehtiyac olduğundan yaşadıqları ünvan 10 saylı ünvanda yerləşən fərdi yaşayış evini ipoteka krediti ilə girov qoyub pul götürmək istəyirmiş. Həmin ərəfədə də Təqsirləndirilən şəxs onların yaşadıqları evə ipoteka krediti ilə bağlı gələn zaman tanımışdır. Mətanət təxminən 7-8 dəfə müxtəlif tanımadığı şəxslərlə yaşadığı evə gəlib baxırmışlar. Mətanət hər dəfə gələn şəxslərin kredit düzəldən olduğunu deyirmiş. 2017-ci ilin yay ayalarında Mətanət Mehralıya demiş ki, ev remontsuz olduğundan ipoteka krediti götürmək alınmır. Buna görə də Mətanət uşaqların və qohumlarının adına «Nikoil», «xxxxxxxxx» və «xxxxxxxxxxxxxxx»-dan 15000 manat kredit düzəldəcəyini, həmin pulun 5000 manatını ipoteka almaq üçün özü götürəcəyini qalan 10000 manatı isə evi təmir etmək lazım olduğunu bildirmişdir. Mehralı Mətanətə qızlarının və baldızı qızının heç yerdə işləmədiklərini bildirmişdir. Mətanət banklardan kreditin götürülməsi üçün özü arayış təşkil edəcəyini demişdir. Onlara pul ehtiyac olduğundan Mehralı da razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə Mətanət, qızı Şahid5 adına «Nikoil» bankdan 3000 manat kredit düzəltmişdir. Buna görə də qızı Şahid5 həmin krediti götürən zaman 1300 manatını bankın qarşısında Mətanətə vermişdir. Bundan başqa X1 adına «Nikoil» bankdan 3000 manat kredit götürməkdə özü də iştrak etmişdir. Həmin vaxt Xəyalə ilə Mətanətin göndərdiyi taksi ilə yaşadıqları evdən «Nikoil» banka getmişlər. Orada da Xəyalənin adına 3000 manat kredit götürübmüşlər. Mətanət də «Nikoil» bankın yanına gəlsə də, banka girməmişdir. Mətanət hər dəfə bankda işləyən Novruz adlı şəxslə telefonla danışıdıqdan sonra onlara Novruzun yanına getməklərini deyirmiş. Onlar da Novuruzun yanına gedirmişlər və oradan kredit götürürmüşlər. xx xxxxxxxx 2017-ci il tarixdə Mətanət, qızı X1 adına «xxxxxxxxxxx» dan 3000 manat götürdükdən sonra birlikdə «xxxxxxxxxxxxxxx»-ya getmişlər. Orada Xəyalənin adına 1000 manat kredit düzəlmişdir. Onlar orada krediti götürdükdən sonra Mətanət Mehralıya zəng vurub pul istəmişdir. Buna görə də Mehralı ona zəng vurub Mətanətə 1000 manat pul verməsini bildirmişdir. Mətanətə bankın qarşısında 1300 manat vermişdir. Onlar banklardan götürdükləri kreditlə evi təmir etməyə başlamışlar. Evi təmir edən zaman, Mətanət sonradan adının Gülya olduğu bildiyi qadınla və başqa 2 nəfər tanımadığım kişi ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Mətanət onlara demiş ki, ipoteka məsələsini Gülya düzəldəcəkdir. Gülya ilə gələn şəxslər evlərin fotoşəkillərini çəkmişlər. 1 həftə keçikdən sonra Mətanət Mehralı ilə əlaqə saxlamış və evin içərisinin tam təmirli olmadığından yaramadığını qonşu evinin içərisinin şəkillərini çəkməyi təklif etmişlər. xx xxxxxx 2017-ci il tarixdə 09-10 radələrində o, qızım Şahid1, Şahid5, ərim Zərərçəkmiş şəxs, Xəyalənin əri X17 rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontourna gəlmişlər. Həmn vaxt Gülya, «AG» bankın nümayəndəsi, Ramin və hərbiçi olan Elmidar və başqa bir nəfər şəxslə gəlmişdir. Orada Gülya onlara Elmidarı təqdim edib, evlərini güya ipoteka ilə aldığını və adına evin sənədləşəcəyini demişdir. Mehralı ilə Gülyadan tələb etmiş ki, Elmidar hərbiçidir, gələcəkdə onun başına iş gələ bilər, buna görə də onun adına etibarnamə versin ki, evi sonradan öz adına sənədləşdirsin. Gülya və Elmidar razılaşmaq istəmirmişlər. Mehralı Gülyaya demiş ki, əgər onun dediyi olmasa evin sənədləşməsinə imkan verməyəcəyikdir. Bundan sonra Gülya razılaşmış və həmin vaxt notariat kontorunda Rövşən sənədlərin hamısını notariat kontoruna təqdim etmişdir. Onlar birlikdə gözləməyə başlamışlar Sənədlərin uzun çəkəcəyini dediklərinə görə birlikdə «İdeal» kafesinə getmişlər. Təxminən 1 saatdan sonra notariat kontorundan Gülyanı çağırmışlar. Gülya Elmidarla birlikdə notariat kontoruna getmişlər, təxminən 1 saatdan sonra Gülya Mehralıya zəng vurub notariat kontoruna gəlməyini bildirmişdir. Onlar hamılıqla notariat kontoruna getmişlər. Həmin vaxt Nazim də notariat kontourna gəlmişdir. Notariat kontorunda Gülya Mehralıya demiş ki, alqı-satqıya görə 2000 manata yaxın vergi tutulacaqdır. Mehralı da narazılıq edib, notariat kontorunun notariusu Bahadurun yanına girmişdir. Mehralı Bahadurdan nə üçün 2000 manata yaxın vergi tutulmasının səbəbini soruşmuşdur. Bahadur da Mehralıya izah etmişdir ki, həmin ünvanda Şahid1 5 ildən artıq qeydiyyatda olsaydı vergi tutulmazdır. Mehralı da Bahadura Xəyalənin 2009-cu ildən həmin ünvanda qeydiyyatda olduğunu demişdir. Bahadur isə ona polis idarəsinə sorğu verəcəyini, oradan cavab gəldikdən sonra alqı-satqını aparılacağını bildirmişdir. Mehralı da Bahadurun otağından çıxıb Gülyaya yaxınlaşıb Bahadurun dediklərini demişdir. Gülya Rövşənlə danışmış, Rövşən razılaşmamış, həmin vaxt Mehralı Gülya və Rövşən Bahadurun yanına girmişlər. Həmin vaxt Elmidar bir nəfər arıq bədən quruluşlu, balaca boy 30-35 yaş arası bir nəfər şəxslə Notariat kontorunun içərsində yerləşən «Muğanbank»-ın kassasının qarşısında dayanmışdır. Bahadur getdiyinə görə onlar birlikdə «İdeal» kafesinə getmişlər. Saat 15 radələrində notariat kontoruna gəlmişlər, orada sənədlər hazırlanmışdır. Şahid1 «Muğanbankın» kassasına yaxınlaşmış və orada 39700 manat pul vermişlər. Onlar pulu götürməmişdən əvvəl Elmidarın öz adından ona mülki etibarnamə verilmişdir. Elmidar etibarnamə verdikdən sonra Xəyalə 39700 manat pulu Mehralıya vermişdir. Mehralı da pulu sayıb Gülyaya vermişdir. Mehralı, qızları Xəyalə, Günel, Gülya və Nazimlə birlikdə notariat kontorunun yanında yerləşən «Xızı» restoranına getmişlər. Xızı restoranın zalında Gülya Mehralıya 22500 manat pul sayıb vermişdir. Mehralı Gülyaya «50.000 manat ipoteka krediti söz vermişdiniz, nə üçün mənə 22500 manat pul verirsən» sözlərini demişdir. Gülya Mehralıya bank ipoteka krediti kimi 39700 manat pul ayırıdığını, həmin puldan da 22500 manat Mehralıya verildiyni, 2000 manat civarında verqi tutulduğunu, 2500 manat ipoteka adına sənədləşən hərbiçi Elmidara verildiyni bildirmişdir. Pulun qalan hissəsini isə aparıb «Azərqaz» banka verəcəyini demişdir. Gülya Mehralıya söz verdiyi 1000 manat pulu istəmişdir. Bu zaman Nazim Mehralıya, onun yanında olan söhbətə görə pulu verməsini demişdir. Mehralı da 500 manat pulu sayıb stolun üzərinə qoymuş, qalan pulu qaytarmasını demişdir. Gülya stolun üzərində olan 500 manatı götürüb qalan pulu geri qaytarmamışdır. Mehralı Gülyadan banka pulu kimə verəcəyini soruşmuş və Gülya bankda Ruslan, Rövşən adlı şəxslərə çatacağını bildirmişdir. Bu zaman Mehralı Gülyadan pulu onun iştrakı ilə həmin şəxsə verməsini demiş, lakin Gülya razılaşmmışdır. Həmn vaxt Nazim Mehralıya qızılarının adına olan krediti ödədiyinə görə həmin pulu istəmişdir. Mehralı da buna görə Nazimə 500 manat pulu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurub bir nəfər Mehralı adlı şəxsin olduğunu, həmin şəxs evini girov qoyub pul götürmək istəyir. Mətanətdən evin harada olduğunu soruşmuşdur. Mətanət ona evin Abşeron rayonu, Novxanı kəndində olduğunu bildirmişdir. Mətanətdən Mehralının hansı məbləğdə pul istədiyini soruşmuş və Mətanət ona Mehralının 15000-20000 manat pul istədiyini demişdir. Mətanətlə 20 Yanvar metrostansiyasının qarşısında görüşmüş və oradan birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Mehralının həyətinə daxil olduqda, həyətdən xoşagəlməz iy gəldiyinə görə və Mehralının arvadının narazı olduğunu görüb onun tanışlarının belə bir yerə gəlməyəcəklərini deyib oradan çıxıb getmişlər. Oradan onlar birlikdə 20 Yanvar metrostansiyasına qayıtmışlar və orada Mehralı ilə görüşmüşlər. Mehralıya evə görə heç kimin pul verməyəcəyini demiş, Mehralı da ondan xahiş edib ki, köməklik göstərsin. 2017ci ilin noyabr ayında əvvəllər tanıdığı Şahid2 ona zəng vurub Mehralı adlı şəxsə ipoteka krediti düzəltmək lazım olduğunu bildirmişdir. Nazim ona görüşməyi təklif etmiş və onlar Nərimanov rayonunda yerləşən çayxanada görüşmüşlər. Nazimlə görüşən zaman dediyi Mehralı adlı şəxs Mətanətin onunla tanış etdiyi Mehralı olduğunu bilmişdir. Mehralı 50000 manat pul istədiyini demiş, özü isə Mehralıya evinə pul verməyəcəklərini demişdir. Mehralı da evini təmir etdiyini demiş, özü Mehralıya köməklik etməkdə imtina etmişdir. Bu zaman Nazim Mehralıya zamin durduğunu heç bir problem olmayacağını demişdir. Mehralıya 50000 manata evini qiymətləndirilə biləcəyini demiş, Mehralı da 50000 manatdan artıq qiymətləndirilməsini xahiş etmişdir. Mehralıya 50000 manatdan artıq evi qiymətləndirilməyəcəyini, həmin 50000 manatdan ona 40000 manat pul nağd veriləcəyini, həmin 40000 manatdan da 15000 manat götürüləcəyini 25000 manat da ona veriləcəyini demiş və Mehralı da onunla razılaşmışdır. Mehralıya sənədləri hazırlamasını demiş, sonra onlardan ayrılıb getmişdir. Mehralı ilə danışdıqdan sonra Raminlə əlaqə saxlamaq qərarına gəlmişdir. Belə ki, Ramin ona banklarda tanışlarının vasitəsi ilə ipoteka kreditləri düzəldə biləcəyini bilirmişdir. Raminin istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Raminə Mehralı adlı şəxsin Abşeron rayonu, Novxanı kəndində evinin olduğunu, ona 50000 manat məbləğində ipoteka krediti düzəltmək lazım olduğunu demişdir. Ramin də ona bir nəfər hərbiçinin olduğunu evə baxdıqdan sonra ipoteka düzəltmək mümkün olduğunu demişdir. Təxminən 10 gün keçdikdən sonra Mehralı ilə Nərimanov parkının qarşısında görüşüb Mehralıdan evinin sənədəlri almışdır. Sənədlər tam olmadığından 2-3 gün keçdikdən sonra, Mehralının arvadı sənədlərin qalan hissəsini Elmlər Akademiyası metrostansiyasının yaxınılığında onunla görüşüb vermişdir. Sənədləri götürdükdən sonra Raminlə Nərimanov metrostansiyasının yanında görüşmüşdür. Həmin vaxt Ramin hərbiçi olan Elmidarla birlikdə gəlmişdir. Ramin sənədləri götürüb əlaqə saxlayacağını demişdir. Ramin sənədləri göürdükdən sonra özü Raminlə əlaqə saxlamış və ona məsələnin nə yerdə qaldığını soruşmuşdur. Ramin də ona 1-2 günə həll olunacağını deyirmiş. 2017-ci ilin dekabr ayının əvvələrində Mehralı ona zəng vurub Abşeron rayonu, Xırdalan şəhəri notariat kontoruna getmək lazım olduğunu demişdir. xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində, notariat kontoruna gəlmişdir. Həmin vaxt Ramin Elmidarla birlikdə, Mehralı arvadı və qızı ilə birlikdə gəlmişdirlər. Sonradan isə Mehralının kürəkəni notariat kontoruna gəlmişdir. Notariat kontorunda onlara evdə qeydiyyatda heç kim olmadığına görə vergi ödəmək lazım olduğunu bildirmişlər. Həmin vaxt Mehralı rasxodun çox çıxdığını desə də sonra razılaşmışdır. Alqı-satqı olduqdan sonra Mehralının qızının adına 39700 manat pul verilmişdir. Mehralı pulu götürdükdən sonra, Mehralı, Mehralının arvadı, qızı və Nazim notariat kontorunun yaxınlığında olan kafeyə getmişlər. Orada Mehralı 13200 manat pulu sayıb mənə vermişdir. Mehralı pulu ona verdikdən sonra notariat kontorunda da 3000 manatdan artıq pulu çıxdığını demişdir. Mehralıdan ona nə qədər verəcəyini soruşmuş, Mehralı da ona 500 manat pul vermişdir. Mehralıya «sən yalvara-yalvara pul istəyirdin, mən də köməklik etdim, indi də sən cığallaq edirsən» sözlərini demişdir. Mehralıdan 13200 manat pulu götürüb bayıra çıxmış və bayırda həmin pulu Raminə vermişdir. Həmin vaxt Ramin Elmidarla birlikdə dayanıbmış, özü pulu Raminə verib getdikdən sonra, Raminə zəng vurub Mehralının 500 manat verdiyini ona pul ehtiyac olduğunu demişdir. Səhəri gün o, X13 metrostansiyasının yanında görüşüb Ramindən 1500 manat pul almışdır. Bir müddət keçdikdən sonra Mehralı evin ödənişini gecikdirdiyinə görə bankdan Elmidara zəng vurmuşlar. Elmidar da ona zəng vuraraq, bankdan ona zəng olduğunu bildirmişdir. Buna görə Mehralıya zəng vurub ödənişi etməsini demişdir. Həmin vaxt Mehralı da ona başınıza oyun açacağını demişdir. Sonradan bilmişdir ki, Mehralı ondan və Mətanətdən şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bank xidmətləri müqavilələrindən görünür ki, Şahid1 və Şahid5 «Nikoil» bankdan hər biri 3000 manat Şahid4 isə «xxxxxxxxx» ASC-dən 5000 manat kreditlə pul götürmüşlər. xx.xx.2018-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul qaytarmışdır. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 valideynləri Müzəffər Müzəffərov və Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanın qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olamsını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X9 göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X9 göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-190/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-190/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver