Məhkəmə qərarları › İş №1(012)-190/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-190/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-190/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində vətəndaş Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin həyətinə hasarından aşmaqla saxlanc yerinə qanunsuz daxil olub, həyətdə olan bir ədəd 1000 manat dəyərində velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsindəki 1 saylı yaşayış binasının saxlanc yeri olan zirzəmisindəki qapının qıfılını sındırma yolu ilə, qanunsuz içəri daxil olub orada saxlanılan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 200 manat dəyərində velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, 63 saylı yaşayış binasının ümumi istifadədə olan blokunda, 116 saylı mənzilinin giriş qapısının qarşısında saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 170 manat dəyərində “Saft” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “xxxx” MTK yaşayış kompleksinin 3 nömrəli binasının 7-ci mərtəbəsində ümumi istifadədə olan blokunda 36 saylı mənzilin giriş qapısının qarşısında kanalizasiya borusuna tros qıfılla bərkidilmiş vətəndaş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 350 manat dəyərində qara rəngli, 28 ölçülü “Crolan” markalı velosipedin qıfılını əvvəlcədən özü ilə gətirdiyi dəmir kəlbətin ilə kəsərək həmin velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 1 saylı yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Mercedes Benz ML 350» markalı,** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapılarına bərkidilmiş hər birinin dəyəri 550 manat olan, ümumi 1100 manat dəyərində 2 ədəd sol və sağ güzgüləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən “Rüfət 1001 xırdavat” mağazasının qarşısından Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 120 manat dəyərində “Start” markalı «Pro 24» modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi sonuncunun gözü qarşısında açıq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işsiz olduğu üçün bir neçə aydır Abşeron rayonu Xırdalan şəhərində fərdi yaşayış evlərinin həyətlərindən, bloklardan velosiped oğurlayıb satmaqla maddi güzaranını təmin edir. Belə ki. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Xırdalan şəhəri, 25-ci məhəllədə velosiped oğurlamaq üçün həyət axtarmış, həmin gün saat 10 radələrində Xırdalan şəhəri 25-ci məhəllədə fərdi yaşayış evinin hasarına qalxıb həyətə baxmış və həyətdə evin giriş qapısının yanında velosiped olduğunu görüb həyətə keçmişdir. Həmin velosipedi götürüb hasardan küçəyə çıxarıb özü ilə aparmış, həmin gün gün günorta saatlarında velosipedi markasını və dövlət qeydiyyat nişanlarını bilmədiyi taksi ilə Bakı şəhəri Nəsimi rayonu, M.Əcəmi metro stansiyası yaxınlığına aparmış və velosipedi orada tanımdığı bir nəfər şəxsə 70 manata satmış, əldə etdiyi 70 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdən, xx xxxxx 2020ci il tarixə keçən gecə saat 02 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində yerləşən «Əlillərin» binası adlanan yaşayış binasının 1-cı mərtəbəsində olan piləkənin altındakı saxlanc yerinin qıfıldını sındırmaqla, orada olan velosipedi oğurlamış, həmin velosipedi Abşeron rayonu ərazisində tanımadığı bir şəxsə 80 manata satmış, pulu da özü üçün xərcləmişdir. Onun oğurluq etməsini başqa heç kim bilməmiş, həmin velosipedi alan şəxs də oğurluq olduğunu bilməmiş, həmin şəxsin anket məlumatlarını bilmir, lakin həmin şəxsi üzdən görərsə tanıya bilər. Bundan başqa bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində Xırdalan şəhərində yerləşən yeni tikilmiş binaya daxil olmuş ki, velosiped oğurlasın. O, həmin vaxtı piyada bloku mərtəbə mərtəbə piləkənlərlə yuxarı qalxmış, bu zaman həmin binanın 7-ci mərtəbəsində evin qapısının çöl tərəfinə söykənilmiş «SAFT» markalı velosiped görmüş, ətrafa baxıb heç kimin olmadığını dəqiqləşdirdikdən sonra velosipedi götürüb sürərək oradan çıxıb getmişdir. Həmin velosipedi əvvəlcə satmaq fikrim var idi. Lakin sonradan velosipedi bir müddət sürüb sonra satmağı qərara almış, buna görə də həmin velosiped bir müddət özündə qalmışdır. Sonradan polis əməkdaşları tərəfindən tutularkən həmin velosipedi könüllü təqdim etmişdir. Bundan başqa bildirirəm ki, xx xxxxxx 2020-ci il tarixdə velosiped oğurlamaq məqsədi ilə Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının blokuna daxil olub velosiped axtarmış, həmin günü saat 01 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «xxxx» MTK yaşayış kospleksinin 3 nömrəli binasının bloklarına baxbaxa gəzərkən həmin binanın 7-ci mərtəbəsindəki mənzilin giriş qapısının qarşısında kanalizasiyanın platik borusuna tros qıfıl ilə bağlanmış bir ədəd qara və göy rənglərdən ibarət «Crolan» markalı 28 ölçülü velosipedin olduğunu görmüş, dərhal üzərində olan dəmir kəsən qayçı ilə həmin velosipedin tros qıfılını kəsib velosipedi binanın pilləkəkənləri ilə aşağı dürüşüb oradan da sürərək yaşadığı evə gətirmiş, velosipedi mənzilinin giriş qapısının qarşısını qoymuş və yatmaq üçün evinə daxil olmuşdur. Həmin günü velosipedi satmaq istəsə də, sonradan fikrindən daşınıb bir neçə gün sürmək istəmiş və velosipedi gün ərzində sürüb axşamlar evinin zirzəmisində gizlətmiş, həmin velosiped özündə olduğundan polis tərəfindən tutularkən istintaqa könüllü olaraq təqdim etmişdir. Bundan başqa bildirirəm ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı yaşayış binasının qarşısına gəlmiş, orada qara rəngli Mercedes Benz ML 350 markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobil saxlanıldığını görmüş, həmin avtomobilin qabaq sağ və sol yan güzgülərini oğurlamağı qərara almışdır. Həmin vaxtı aptekdən aldığı əlcəkləri əlinə taxmış və birinci avtomobilin qabaq sol yan güzgüsünü dartıb qoparmış, güzgünün içingən keçən elektrik naqillərini isə özündə olan bıçaqla kəsib güzgünü çıxarmış, sonra avtomobilin qabaq sağ güzgüsünü dartıb çıxarmış və yenidən güzgünün alt hissəsində olan elektrik naqillərini kəsib çıxarmışdır. Bundan sonra avtomobilin hər iki güzgüsünü özü ilə götürüb yaşadığı evə aparmış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Fövqəladə Hallar Nazirliyinin Abşeron rayon idarəsinin yaxınlığında tanışı Şahid ilə rastlaşmış, həmin güzgüləri Tahirə təklif etmiş və ucuz qiymətə aldığını deyib özünə məxsus olduğunu bildirmişdir. Tahirə bildirmişdir ki, pula ehtiyacı vardır, buna görə də güzgüləri 100 manata satır. Tahir də güzgülərə baxdıqdan sonra ondan 100 manata almağa razılıq vermiş, belə olduqda güzgüləri sonuncuya satıb əldə etdiyi pulu xərcləmiş, özünə siqaret və ərzaq almışdır. Göstərmişdir ki, həmin güzgülər Tahirdə olmuş, sonrakı aqibətini bilmir. Tahirə həmin güzgülərin özünə məxsus olduğunu demiş və ucuz düşdüyü üçün aldığını bildirmiş, lakin hazırda pula ehtiyacı olduğundan satmaq istədiyini bildirdiyi üçün Tahir onun sözlərinə inanıb həmin güzgüləri ondan almış, Tahir ona satdığı güzgülərin oğurluq olmasından xəbərsiz olmuş və onların oğurluq olmasından şübhələnməmişdir. Bundan başqa bildirirəm ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-də küçədə gəzərək velosiped axtarmış ki. oğurlasın. Elə bu vaxt həmin yaşayış massivində “Rüfət 1001 xırdavat” adlı ərzaq mağazasının qarşısında “Start” markalı göy-ağ rənglərdən ibarət velosiped olduğunu görüb, dərhal həmin velosipedə minərək oğurlamaq istəyərkən mağazadan az yaşlı qız uşağı və bir nəfər qadın onun arxasınca çıxaraq qışqırıb dayanmağı demiş, o isə pula ehtiyacı olduğu üçün sonuncuların bu hərəkətinə əhəmiyyət verməyib həmin velosipedi sürərək onların gözü qarşısında talayıb aparmışdır. O, həmin gün gecə olduğu üçün velosipedi sata bilmədiyindən səhəri gün satmağı fikirləşmiş, buna görə də həmin velosiped onda qalmış, səhəri gün isə Abşeron RPİ-nən əməkdaşları onu tutduğu üçün velosipedi götürüb Abşeron RPİ-nə gətirmiş, hazırda etdiyi əməldən peşmandır. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətmməsini və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saat 12 radələrində mağazadan gəldikdə yaşadığı evin pilləkənin altında olan zirzəminin giriş qapısının kilidi sındığını görmüşdür. O, zirzəminin qapısını açdıqda naməlum şəxs və yaxud şəxslərin qapının üzərində olan kilidi sındıraraq, içəridə olan velosipedi oğurladıqlarını müəyyən etmiş, həmin velosipedi təxminən 4-5 il əvvəl sədərəkdən 200 manata almış, hazırda həmin oğurluqla əlaqədar ona 200 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə tədqim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi.. İbtidai İstintaq zamanı Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 onun övladıdır. O, övladına 2020-ci ilin may ayında 250 manata “Start” markalı, 24 ölçülü göy rəngli velosiped almış, azyaşlı qızı həmin velosipedi hər gün sürürmüş. O, ailəsinin maddi cəhətdən ehtiyacını təmin etmək üçün özünə məxsus “Rüfət 1001 xırdavat” mağazasında işləyir. Qızı Nilay da hər gün onun yanında olur. xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində qızı Nilay velosipedi ilə onun işlədiyi mağazaya gəlmiş və velosipedi mağazanın girişində saxlamışdır. Həmin vaxt qızının qışqırtısını eşidib mağazanın qarşısına çıxanda bir nəfər kişi cinsindən olan şəxsin qızına məxsus velosipedi sürərək getdiyini görüb ondan dayanmasını deyəndə, həmin şəxs nə onun, nə də ki qızının sözünə əhəmiyyət verməyib öz əməlini davam etdirərək çıxıb getmiş, o da dərhal DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 250 manat məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai İstintaq zamanı Zərərçəkmiş şəxs2 İmanverdi qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə yaşadığı binanın blokundan oğluna məxus velosipedin naməlum şəxslər tərəfindən oğurlanması barədə xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciəti özü etmişdir. Belə ki, 2019-cu ilin yay aylarında azyaşlı oğluna təzə vəziyyətdə 220 manata Sədərək ticarət mərkəzindən «SAFT» markalı velosiped almış, oğlu həmin velosipedi hər gün mütəmadi olaraq sürüb öz yaşadığı binanın blokunda qapısının çöl tərəfdən qarşısında saxlamış, sonuncu dəfə oğlu xx.xx.2020-ci il tarixdə axşam saatlarında velosipedini həmişə saxladığı yerdə, yəni blokda qapısının çöl tərəfdən qarşısında saxlayaraq evə daxil olmuşdur. Səhəri günü yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında qapını açıb çölə çıxmaq istəyərkən oğlunun velosipedini blokda aşkar etməmiş, velosipedi nə qədər axtarsa da, tapa bilmədiyi üçün xx.xx.2020-ci il tarixdə RPİ-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq qapısının qarşısından velosipeddən başqa heç bir əşyası oğurlanmadığını, oğurlanmış velospiedi istifadə olunmuş vəziyyətdə olmaqla qaralı-qırmızılı rəngdə olduğunu, hazırda isə velosipedin istifadə olunmuş vəziyyətdə qiymətinin təxminən 200 manat təşkil etdiyini göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 İmanverdi qızı məhkəməyə ərizə ünvanlayaraq oğurlanan əşyanın ona geri qaytarıldığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai İstintaq zamanı Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2020-ci ilin iyul ayının 15-də azyaşlı oğluna 600 manata tünd göy rəngli 28 ölçülü “Corlan” markalı velosiped almış, həmin velosipedi hər gün oğlu sürdükdən sonra tros qıfılla yaşadığı binanın 7-ci mərətbəsində yerləşən 96 nömrəli mənzilinin qarşısındakı blokda divardakı kanalizasiya borusuna bağlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində oğlu yenə də velosipedi idarə etdikdən sonra eyni qayda ilə tros qıfılla blokda kanalizasiyanın plastik borusuna bağlayıb mənzilə gəlmiş, həmin günün səhərisi yəni xx.xx.2020-ci il tarixdə saat 08 radələrində mənzildən bloka çıxarkən oğluna aldığı velosipedin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal əri Mahir Hüseynova məlumat vermiş və sonuncu da DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona 600 manat məbləğində maddi ziyan vurulmuş və oğurluq hadisəsində heç kimdən şübhələnmir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram vuraraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Mercedes Benz ML 350 markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində özünə məxsus Mercedes Benz ML 350 markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 1 saylı yaşayış binasının qarşısında saxlayaraq evinə getmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində evin həyətinə düşdükdə naməlum şəxs tərəfindən ona məxsus avtomobilin sağ və sol yan güzgülərini yerindən qopararaq oğurlandığını görmüşdür. Avtomobilin güzgüsünün hər birinin dəyəri 550 manat olduğundan baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1100 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxmış, həmin vaxtı velosiped həyətdə olmuş, lakin saat 12 radələrində evinə qayıtdıqda velosipedin yerində olmadığını, yəni oğurlandığının şahidi olmuşdur. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Velosipedi 1000 manata almış və oğurluq nəticəsində ona həmin dəyərdə maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Fövqəladə Hallar Nazirliyinin Abşeron rayon idarəsinin yaxınlığında olarkən tanışı Təqsirləndirilən şəxsla rastlaşmış, həmin vaxtı sonuncunun əlində iki ədəd ML güzgüsü olmuş, söhbət zamanı Araz pula ehtiyacı olduğunu bildirib 100 manata satmaq istədiyini demişdir. O, həmin güzgülərə baxdıqda onları internet saytında nisbətən baha qiymətə sata biləcəyini bildiyi üçün onları almağa razılıq vermiş və Araza 100 manat pul verib güzgüləri ondan almışdır. Həmin güzgülər sağ və sol qapı güzgüləri olduğundan şəkillərini çəkib internetdə saat 16 radələrində satış saytına 300 manata satışa qoymuş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş və həmin güzgüləri ondan almaq istədiyini bildirmiş, həmin şəxslə Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal marketin qarşısında görüş təyin etmiş və saat 19 radələrində həmin şəxslə görüşmüşdür. Özündə olan iki ədəd ML markalı avtomobilə məxsus güzgünü həmin şəxsə sataraq 300 manat pulu almış, həmin şəxs hündür boylu, təxminən 30 yaşlarında, arıq bədən quruluşlu, üzü saqqalı şəxs olmuşdur, bundan sonra əldə etdiyi pulu öz tələbatı üçün xərcləmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə və ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3268 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qaraağ-qırmızı rəngli, üzərində Saft yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 170 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3602 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, üzərində Crolan yazıları olan, 28 ölçülü, sürət qutulu velosipedin istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9\4868 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Start” markalı, “Pro 24” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara-ağ-qırmızı rəngli, üzərində Saft yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped, 1 ədəd qara rəngli, üzərində Crolan yazıları olan, 28 ölçülü, sürət qutulu velosiped və 1 ədəd “Start” markalı, “Pro 24” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunamışdır. İş materiallarında olan Abşeron RİHB-nın 2 saylı MTİS tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Eyvazov X6 rayonu Xırdalan şəhəri məhəllə, 27-ci məhəllə, bina 1B, mənzil 56 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəqsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı- xx.xx.2011-ci il təvəllüdlü Aytən Eyvazlı, xx.xx.2012-ci il təvəllüdlü Ayaz Eyvazlı və xx.xx.2014-cü il təvəllüdlü Seyid Avazlı adlı şaqları var. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 ( yüz əlli) manatdır. İş üzrə 150 ( yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə 150 ( yüz əlli)manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara-ağ-qırmızı rəngli, üzərində Saft yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped, 1 ədəd qara rəngli, üzərində Crolan yazıları olan, 28 ölçülü, sürət qutulu velosiped və 1 ədəd “Start” markalı, “Pro 24” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar