Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-190/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonu Xırdapay qəsəbəsində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu Xırdapay qəsəbəsində qeydiyyatda olmaqla, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, Binəqədi rayonu ərazisində xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət əməlləri ilə bağlı Binəqədi RPİ-nin İŞ-də barəsində olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR CM-nin 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsinə baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evə plastik qapını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 1 ədəd 500 manat dəyərində kulonla birlikdə qızıl sepi, 1 ədəd 2500 manat dəyərində kulonu ilə birlikdə qızıl sırğanı, 1 ədəd 1000 manat dərində qızıl briliyant qaşlı qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1400 manat dəyərində kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində nərdi, 680 manat nağd pulu, 350 manat dəyərində 1 dəst gümüş komplekti, 150 manat dəyərində bujuteriya üzüyü, hər birinin dəyəri 40 manat olan ümumilikdə 120 manat dəyərində 3 ədəd qol saatlarını, 1 ədəd 1000 manat dəyərində Notebuk kompyuteri, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 300 manat dəyərində 3 ədəd kişi duxularını, 1 ədəd 40 manat dəyərində idman köynəyini, qonaq otağındakı divanın üstündə olan yastığın altına qoyulmuş 600 manat nağd pulu və 300 manat dəyərində nərdi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 7300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazirda törətdiyi cinayət əməlləri ilə bağlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Əvvəllər narkotik vasitə qəbul etmiş və bu səbəbdəndə narkotikə olan təlabatını ödəmək üçün bir çox yerlərdən oğurluq etmişdir. Sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon ərazisindən oğurluq edən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təhvil verilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon məhkəməsinə təqdimat verilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda törətdiyi cinayət faktı ilə bağlı göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Əvvəllər narkotik vasitə isifadəçisi olduğu üçün müxtəlif ərazilərdə yerləşən evlərdən oğurluq edib narkotik vasitəyə olan təlabatını ödəmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat təxminən 15-16 radələrinə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində oğurluq məqsədi ilə tək gəzən zaman bir 2 mərtəbəli ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı evin qapısına tərəf yaxınlaşıb həyətin darvazasını döymüş, qapını açan olmadığı üçün evdə heç kimin olmadığını başa düşüb və ətrafa baxdıqdan sonra darvazanın üstündən həyətə daxil olmuşdur. Evə tərəf getmiş və evin 1-ci mərtəbəsi dəmir barmaqlıqlarla əhatə olunduğunu görmüşdür. Bunun üçün həyətə taxta materialdan pilləkən görüb onu götürüb evin divarına söykəyib, oradan evin 2-ci mərtəbəəsində yerləşən eyvana çıxmışdır. 2-ci mərtəbədə evin plastik qapısını sıxıb açaraq içəri daxil olmuş,həmin vaxtı yataq otağına daxil olub orada oğurluq məqsədi ilə axtarış aparmağa başlamışdır. O, otaqda olan divanın üstündəki yasdığın altına baxmış və oradan kağıza bükülmüş 420 manat pulu aşkar edib götürmüş, sonra isə həmin otaqda olan dolaba baxmış, oradan da qızıl qabının içərisində olan 1 ədəd kişi üzüyünü, sonra isə qonaq otağına daxil olub dolaba baxmış, dolabda olan bir neçə bujiteriyanı və 1 ədəd qızıl sepi, 1 ədəd qızıl qolbağı oğurlamışdır. Həmin otaqda televizorun arxasına baxdıqda isə orda 2 ədəd nərd aşkar edib onun da birini özü ilə oğurlayaraq götürüb evdən çıxıb getmişdir. Həmin qızılları Gəncə şəhərinə aparıb orada tanımadığı şəxsə 800 manata satmış, nərdi isə Bakı şəhəri Binqədi rayon ərazisində tanımadığı şəxsə 120 manata satmış, həmin pulları isə öz ehtiyyaclarına xərcləmişdir. Bujiteriyaları isə Gəncə şəhərində qızıl mağazasında onların yoxladıb bujiteriya olduğuna tam əmin olduqdan sonra elə ordada dəqiq xatırlamadığı ərazidə tullamışdır. Həmin evdən qeyd etdiyi əşyalardan başqa heç nə oğurlamamışdır. Sonda o, törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə təxminən saat təxminən 11 radələrində ailə üzvüləri ilə birlikdə evdən çıxaraq Bakı şəhərinə qonaq getmiş, təxminən saat 18 radələrində evə gələndə görmüşdür ki, ona məxsus olan evə naməlum şəxs və ya şəxlər evin 2-ci mərtəbənin qapısını sıxıb açmaq yolu ilə daxil olmuşlar və evindən 1 ədəd 500 manat dəyərində qızıl sep kulonu ilə birlikdə, 1 ədəd 2500 manat dəyərində qızıl sırğa kulonu ilə birlikdə, 1 ədəd 1000 manat dərində qızıl briliyant qaşlı üzüyü, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1400 manat dəyərində kişi üzüyü, 1 ədəd 300 manat dəyərində nərdi, 680 manat nağd pulu, 1 dəst 350 manat dəyərində gümüş komplekti, 150 manat dəyərində bujuteriya üzüyü, 3 ədəd hər birinin dəyəri 40 manat olan ümumilikdə 120 manat dəyərində qol saatlarını, 1 ədəd 1000 manat dəyərində Notebuk kompyuteri, hər birinin dəyəri 100 manat olan ümumilikdə 300 manat dəyərində 3 ədəd kişi duxularını, 1 ədəd 40 manat dəyərində idman köynəyini oğurlamışlar. Bundan sonra hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, sonra polis əməkdaşları və müstəntiq hadisə yerinə gələrək hadisə yerini müayinə etmiş, o ilkin olaraq izahatında bəzi əşlarına baxmadığı üçün yazmamış, lakin ifadəsində göstərilənləri izahat verdikdən sonra aşkar etmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi evə xx.xx.2021-ci il tarixdə saat təxminən 15-16 radələrində yaxınlaşaraq oğurluq etmək qərarına gəldiyini, evin qapısına tərəf yaxınlaşıb həyətin darvazasını döydüyünü, qapını açan olmadığı üçün evdə heç kimin olmadığını başa düşüb və ətrafa baxdıqdan sonra darvazanın üstündən həyətə daxil olduğunu, evin 1-ci mərtəbəsi dəmir barmaqlıqlarla əhatə olunduğunu gördüyünü, bunun üçün həyətə taxta materialdan pilləkən görüb onu götürüb evin divarına söykəyib, oradan evin 2-ci mərtəbəəsində yerləşən eyvana çıxdığını, 2-ci mərtəbədə evin plastik qapısını sıxıb açaraq içəri daxil olduğunu, həmin vaxtı yataq otağına daxil olub orada oğurluq məqsədi ilə axtarış aparmağa başladığını, otaqda olan divanın üstündəki yasdığın altına baxdıqda oradan kağıza bükülmüş 420 manat pulu aşkar edib götürdüyünü, sonra isə həmin otaqda olan dolaba baxarkən oradan da qızıl qabının içərisində olan 1 ədəd kişi üzüyünü, sonra isə qonaq otağına daxil olub dolaba baxdıqda, dolabda olan bir neçə bujiteriyanı və 1 ədəd qızıl sepi, 1 ədəd qızıl qolbağı görüb götürdüyünü, həmçinin otaqda olan televizorun arxasına baxdıqda isə orada 2 ədəd nərd aşkar edib onun da birini özü ilə götürərək çıxıb getdiyini hadisə yerində əyani olaraq göstərmiş və istintaqa analoji ifadə vermişdir. Hadisə yerinə baxış zamanı texniki vasitə kimi fotoaparatdan istifadə edilərək fotocədvəl tərtib edilməklə yanaşı qeyd olunan istintaq hərəkəti videokamera ilə lentə alınmış və bir ədəd CD diskinə köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar qonşuluqda yerləşən fərdi evə quraşdırılmış kameranın fiksə etdiyi görüntünün köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı CD diskdə 2 ədəd qovluq olduğu, diskə köçürülmüş görüntünün biri 22 saniyəlik, digəri isə 5 saniyəlik müddəti əhatə etdiyi, 1-ci görüntüdə bir nəfər orta yaşlı şəxs fərdi həyət evlərinin qarşısında olan darvazaların yanından əlində tutduğu sumkalarla birlikdə piyada hərəkət etdiyi öz əksini tapdığı, 2-ci görüntüdə də bir nəfər orta yaşlı şəxs fərdi həyət evinin qarşısından əlindəki sumkalarla birlikdə kameranın önündən keçərək piyada hərəkət etdiyi öz əksini tapdığını müəyyən edilmişdir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, hər iki videogörüntüdə əksi təsvir olunmuş şəxs özünə məxsusdur və həqiqətən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanından oğurluq etdikdən sonra əlindəki əşyalarla hadisə yerindən uzaqlaşdıqda ərazidə quraşdırılmış kameranın görüntü dairəsinə düşmüşdür. İş üzrə ifadənin yerində yoxlanılması prosesinin lentə alındığı bir ədəd CD diski və kameraların qeydə aldığı videogörüntünün köçürüldüyü bir ədəd CD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 29,180.2.2-ci, 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2021-ci il tarixdən hesablanmışdir. Abasov X3 rayonu ərazisində xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət əməlləri ilə bağlı Binəqədi RPİ-nin İŞ-də barəsində olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR CM-nin 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsinə baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evə plastik qapını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 1 ədəd 500 manat dəyərində kulonla birlikdə qızıl sepi, 1 ədəd 2500 manat dəyərində kulonu ilə birlikdə qızıl sırğanı, 1 ədəd 1000 manat dərində qızıl briliyant qaşlı qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1400 manat dəyərində kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində nərdi, 680 manat nağd pulu, 350 manat dəyərində 1 dəst gümüş komplekti, 150 manat dəyərində bujuteriya üzüyü, hər birinin dəyəri 40 manat olan ümumilikdə 120 manat dəyərində 3 ədəd qol saatlarını, 1 ədəd 1000 manat dəyərində Notebuk kompyuteri, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 300 manat dəyərində 3 ədəd kişi duxularını, 1 ədəd 40 manat dəyərində idman köynəyini, qonaq otağındakı divanın üstündə olan yastığın altına qoyulmuş 600 manat nağd pulu və 300 manat dəyərində nərdi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 7300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin cinayət əməlinə görə cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 29,180.2.2-ci, 29,180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X4 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X4 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 29,180.2.2-ci, 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə barəsində ittiham hökmü çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69cu maddələri ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən o, cinayətlərin residivi kimi qiymətləndirilməli və məhkumluğu ödənilməmiş şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 29,180.2.2-ci, 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Abasov X3 Rayon Pİ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, o, həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi şübhəli şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 29,180.2.2-ci, 29,180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi Binəqədi Rayon Pİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-190/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-190/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver