Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-190/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəlli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən X3 məxsus fərdi yaşayış sahəsinin daş hasarının çöl tərəfindən ümumi dəyəri 1500 (min beş yüz) manat olan istintaqa dəqiq sayları məlum olmayan şveller, armatur və metal künclük kimi tikinti materiallarını gizli olaraq talayıb Rəhman Quluyevə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 08 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış sahəsinin hasarından həyətə sonra isə evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 7000 (yeddi min) manat olan istintaqa məlum olmayan sayda dəmir boruları gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 26 fevral 2023-cü il tarixdə gecə vaxtı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus torpaq sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 300 (üç yüz) manat olan hər biri 10 metr uzunluğa və 50 santimetr diametrə malik 2 (iki) ədəd dəmir borunu və 11 (on bir) ədəd dəmir listi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 11 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi O.Səfərbəyli küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətinə sonra isə yeni inşa edilmiş yaşayış olmayan evin pəncərəsini əli ilə sıxıb açmaqla binaya qanunsuz daxil olaraq orada dəyəri 250 (iki yüz əlli) manat olan 1 (bir) ədəd unitazı, dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 280 (iki yüz səksən) manat olan 1 (bir) ədəd laqondanı, hər birinin dəyəri 60 (altmış) manat olmaqla ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 2 (iki) ədəd direli, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 10 (on) ədəd “Siemens” markalı elektrik açarını və hər birinin dəyəri 45 (qırx beş) manat olmaqla ümumi dəyəri 90 (doxsan) manat olan 2 (iki) top elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 14 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan günlərdə 3 dəfə gecə vaxtı Abşeron rayonu Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətə sonra isə evin hamam otağının nəfəsliyindən evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 65 (altmış beş) manat olan 4 (dörd) top 4 millimetrlik, ümumi dəyəri 180 (yüz səksən) manat olan 4 (dörd) top 2,5 millimetrlik elektrik məftillərini, ümumi dəyəri 12 (on iki) manat olan 40 (qırx) ədəd elektrik yuvasını, dəyəri 15 (on beş) manat olan 1 (bir) ədəd kollektor şitini, ümumi dəyəri 43 (qırx üç) manat olan 9 (doqquz) ədəd elektrik avtomatını, ümumi dəyəri 90 (doxsan) manat olan 30 (otuz) ədəd spot lampaları, ümumi dəyəri 130 (yüz otuz) manat olan 51 (əlli bir) ədəd elektrik açarını, ümumi dəyəri 110 (yüz on) manat olan 45 (qırx beş) metr uzunluğunda elektrik kabelini, hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla ümumi dəyəri 150 (yüz əlli) manat olan 2 (iki) ədəd kollektoru, ümumi dəyəri 60 (altmış) manat olan 15 (on beş) ədəd su avadanlıqlarını, dəyəri 155 (yüz əlli beş) manat olan 1 (bir) ədəd lazer avadanlığını, dəyəri 100 (yüz) manat olan 1 (bir) ədəd direli, dəyəri 55 (əlli beş) manat olan 1 (bir) ədəd laqondanı, dəyəri 60 (altmış) manat olan 1 (bir) ədəd qızdırıcını və dəyəri 150 (yüz əlli) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd nəfəsliyi, ümumi dəyəri 450 (dörd yüz əlli) manat olan 8 (səkkiz) top, dəyəri 75 (yetmiş beş) manat olan 1 (bir) top 25 (iyirmi beş) metr uzunluğunda elektrik kabelini, dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd açar dəstini gizli olaraq talayıb vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 1900 (min doqquz yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 14 sentyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerinin plastik pəncərəsini zərblə itələyib açmaqla qanunsuz içəri daxil olaraq oradan ümumi dəyəri 650 (altı yüz əlli) manat olan elektrik naqillərini və hamam aksesuarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 14 sentyabr 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətə sonra isə yeni inşa edilmiş yaşayış olmayan evin zirzəmisinin qapısını açmaqla zirzəmiyə, oradan isə döşəmənin taxtalarını qaldıraraq evə qanunsuz daxil olaraq evin otaqlarında dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 40 (qırx) manat olan 1 (bir) ədəd direli, dəyəri 60 (altmış) manat olan 1 (bir) ədəd laqondanı, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd taxtakəsən mişarı (fuqanı), evin həyətyanı sahəsində yerləşən saxlanc yerinin qapısını itələyərək kilidini sındırmaqla oradan dəyəri 150 (yüz əlli) manat olan 1 (bir) ədəd samovarı və ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda 0,6 metr diametrli elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 27 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla sonra isə pəncərə boşluğundan evə qanunsuz daxil olaraq oradan döşəməyə vurulmaq üçün nəzərdə tutulan taxtaların bir kubmetr hissəsini gizli olaraq talayıb ələ keçirdikdən sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə 28 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində və 29 sentyabr 2023-cü il tarixdə saat 00:00 radələrində yenidən eyni üsulla evə qanunsuz daxil olaraq döşəməyə vurulmaq üçün nəzərdə tutulan taxtaları hissə-beş-beş daşıyaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 500 (beş yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 dekabr 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsi “Yeni Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətyanı sahəyə qanunsuz daxil olaraq oradan dəyəri 1000 (min) manat olan dəmir materialdan hazırlanmış, 3 ton həcmə malik 1 (bir) ədəd kiçik dəmir konteyneri cinayətdən xəbərsiz istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən idarə edilən evakuatorun sürücüsünün köməkliyi ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin dəyərdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 13 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,794 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul müqabilində əldə edib Abşeron Rayonu, Mehdiabad qəsəbəsinə daşımış və saxlamış bundan başqa, bu iş üzrə şübhəli şəxs qismində tutulmamışdan 1 ay əvvəl Mehdiabad-Novxanı avtomobil yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində istintaqa məlum olmayan mənbədən yivli odlu silah hesab edilən 1 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş, “1083302” nömrəli, 5,45 millimetr kalibrli, “AK-74” modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı avtomatı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 10 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 millimetr kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edib Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində daşıyaraq saxlamış və gəzdirmiş, 15 yanvar 2024cü il tarixdə saat 14:00 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı həmin qəsəbə ərazisində piyada hərəkət edərkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:15-dən saat 15:40-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin çəkisi 0,794 qram olan narkotik vasitə heroin, 1 ədəd avtomat silahı, 1 ədəd patron darağı və 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Evlidir, himayəsində azyaşlı uşaq vardır. 2012-ci ildə satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2020-ci ilin yanvar ayında cəza müddəti başa çatdığından azadlığa buraxılmışdır. Həmin vaxtdan heç bir yerdə işləmir. Özünü elan olunmuş ittihamda CM-in 228.1, 234.1-ci maddələri ilə təqsirli bilir. Oğurluq etməmiş, ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, X4 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün 2022-ci ilin noyabr ayının sonlarında oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 01 dekabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixə keçən gecə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən fərdi yaşayış evlərindən birinin mişar daşından tikilmiş hasarının kənarı ilə təkbaşına piyada hərəkət edərkən şveller, armatur və “uqolnik” kimi metal tikinti materiallarının üstüstə yığıldığını görmüşdür. Gecə saatları olduğu üçün ətrafda heç kim olmadığından həmin tikinti materiallarını oğurlayıb satmaq fikrinə düşmüşdür. Bu məqsədlə onları yavaşyavaş dartıb əsas yola tərəf aparmış və orada gizlətmişdir. Saat 10:00 radələrində yenidən oraya gedib yoldan ötən, markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxladaraq oğurladığı materialları yük yerinə yerləşdirmişdir. Daha sonra Saray qəsəbəsində Telman adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə yollanmış və Telmana evində aparılan təmir-tikinti işlərindən sonra artıq qalan materialları satmaq üçün gətirdiyini bildirmişdir. Telman həmin materialların oğurluq yolu ilə əldə edib-etmədiyini soruşduqda o, Telmanı əmin etmişdir ki, gətirdiklərinin hamısı özünə məxsusdur və artıq qaldığına görə onları satmaq fikrindədir. Telmana əvvəlcədən üzərində götürdüyü şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra Telman tikinti materiallarını almağa razılaşmışdır. Oğurladığı tikinti materiallarını 300 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisəni təkbaşına törətmiş, kiminsə köməyindən, həmçinin hadisə zamanı hər hansı avtomobildən istifadə etməmişdir. Oğurluq etməzdən əvvəl və etdikdən sonra bu barədə heç kimə, o cümlədən Telmana və avtomobilin sürücüsünə heç nə danışmamış, Telmandan aldığı 300 manat pulun 30 manatını zəhmət haqqı kimi avtomobilin sürücüsünə vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Narkotik vasitə aludəçiliyi olduğundan, həmçinin şəxsi ehtiyaclarını qarşılamaq üçün 08 dekabr 2022-ci il tarixdə yenidən oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. Qeyd olunan tarixdə saat 18:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Vətən Market”in yaxınlığı ilə təkbaşına piyada hərəkət edərkən dəmir torla hasara alınmış ərazidə fərdi yaşayış evi və qaraj olduğunu görmüşdür. Ətrafda heç kim olmadığı üçün hasara yaxınlaşmış və oğurluq etmək üçün hasardan keçib hasarlanmış həyətyanı sahəyə daxil olmuşdur. Daha sonra qaraja doğru gedib oradan tapdığı dəmir armaturla qarajın qapısına vurulan kilidi qırmışdır. Qarajın içərisində dəqiq sayını xatırlamasa da, çoxlu dəmir boruların olduğunu görmüşdür. Onları oğurlayıb metal qəbulu məntəqəsinə sataraq narkotik vasitə almaq fikrinə düşdüyündən boruları gütürüb hasarın çöl tərəfinə yığmışdır. Sonra qarajın qapısını bağlayaraq boruları təkbaşına bir qədər uzaqlıqda – gözdən kənar yerdə gizlətmişdir. Ertəsi gün dəmir boruların hamısını Saray qəsəbəsində metal qəbulu ilə məşğul olan Telman adlı şəxsə 200 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisəni təkbaşına törətmiş, kiminsə köməyindən, həmçinin hadisə zamanı hər hansı avtomobildən istifadə etməmişdir. Oğurluq etməzdən əvvəl və ya etdikdən sonra bu barədə heç kimə nə isə danışmamış, Telman adlı şəxsə oğurluq etməsi barədə heç nə deməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün 2023-cü ilin fevral ayının sonlarında yenidən oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 26 fevral 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən “Tam Market”in yaxınlığından keçərkən yolun kənarında ətrafı mişar daşları ilə hasarlanmış torpaq sahəsi olduğunu görmüşdür. Hasarın üzərinə çıxıb içəri boylananda torpaq sahəsində heç bir tikilinin olmadığını müəyyən etmişdir. Daha sonra həyətə tullanıb gəzdikdə orada köhnə dəmir materialların olduğunu görmüşdür. Oğurluq etmək üçün havanın tam qaralmasını gözləməyə başlamışdır. Gecə saatlarında yenidən həmin yerə gedib hasardan keçməklə torpaq sahəsinə daxil olmuşdur. Bundan sonra oradakı 2 ədəd dəmir borunu və xatırlamadığı sayda dəmir listləri növbə ilə daşıyıb hasarın çöl tərəfinə tullamışdır. Sonra oranı tərk edərək oğurladığı dəmir materialları yaxınlıqdan keçən yolun kənarındakı ərazidə gizlətmişdir. Ertəsi gün yaşadığı evdə olarkən bir nəfər şəxsin yüksək səslə qışqıraraq metal aldığını eşidib küçəyə çıxmış və tanımadığı həmin şəxsə satmaq üçün dəmir materiallar olduğunu demişdir. Həmin şəxs əvvəlcə dəmir materialların oğurluq yolu ilə əldə edilib-edilməməsi ilə maraqlanmış və onlara baxdıqdan sonra alacağını dediyindən idarə etdiyi “VAZ-21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə oğurladığım materialları gizlətdiyi yerə getmişdir. Orada dəmir boruları və listləri həmin şəxsə 60 manata satmışdır. Daha sonra həmin şəxs onları avtomobilə yükləyərək çıxıb getmişdir. Bundan sonra həmin şəxsi bir daha görməmişdir. Bu hadisəni də təkbaşına törətmiş, əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş və hadisə barədə heç kəsə məlumat verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi durumu getdikcə pisləşdiyi üçün şəxsi ehtiyaclarını qarşılaya bilməmişdir. Buna görə də qazanc əldə etmək məqsədilə yenidən oğurluq etmək qərarına gəlmişdir. 10 iyul 2023-cü il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə oğurluq etmək üçün əlverişli ev axtaran zaman qarşısına yeni inşa edilmiş fərdi yaşayış evi çıxmışdır. Ətrafı gəzərək evdə yaşayış olmadığına əmin olduqdan sonra gecə saatlarında oradan oğurluq etməyə qərar vermişdir. 11 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində evin hasarına yaxınlaşıb hasar boyunca uzanan qaz borusunun üzərinə çıxmışdır. Hasardan tullanaraq evin həyətyanı sahəsinə keçdikdən sonra pəncərələrdən birinə yaxınlaşmış və pəncərəni əli ilə basıb açaraq içəri daxil olmuşdur. Otaqları dolaşıb divarlara bərkidilmiş 10 ədəd “Siemens” markalı elektrik açarını, 2 ədəd direli, 1 ədəd laqondanı, 1 ədəd perforatoru, 2 top elektrik naqilini və 1 ədəd istifadə edilməmiş unitazı bir yerə yığmışdır. Bundan sonra mətbəxin qapısını içəri tərəfdən açıb həmin əşyaları həyətyanı sahədəki əl arabasının içərisinə yığmışdır. Ardınca həyətyanı sahənin darvazasını təxminən yarım metr aralayıb açılmış hissədən arabanı küçəyə çıxarmış və evdən təxminən 100-150 metr aralı məsafədə yerləşən yarımçıq tikiliyə sürərək əşyaları həmin tikilinin içərisində gizlətmişdir. Daha sonra arabanı oğurluq etdiyi evin darvazasının yanına aparıb qoymuş və tikilinin içərisinə gedib səhərin açılmasını gözləmişdir. Saat 08:00 radələrində tikilinin qarşısındakı yoldan keçən tanımadığı “VAZ-2104” markalı avtomobili saxladaraq oğurladığı alətləri, elektrik açarlarını, naqilləri və unitazı avtomobilə yerləşdirib Sumqayıt şəhərindəki bazara aparmışdır. Bazarda əşyaları satmaq istədiyini görən tanımadığı orta yaşlı kişi onları neçəyə satdığını soruşmuşdur. Əşyaların hamısını 150 manata satdığını bildirdikdə həmin şəxs onların oğurluq yolu ilə əldə edilib-edilmədikləri ilə maraqlanmışdır. Satdıqlarının özünə məxsus olduqlarını və ehtiyac ucbatından satdığını demişdir. O, əşyaları həmin şəxsə 120 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi durumu ağır olduğu üçün 2023-cü ilin avqust ayının sonlarında yenidən oğurluq etməyə qərar vermişdir. 24 avqust 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu Novxanı kəndində təkbaşına piyada hərəkətdə olarkən mişar daşlarından tikilmiş hasara alınmış fərdi yaşayış sahəsində yarımtikili vəziyyətdə olan ev görmüşdür. Hasardan tullanaraq evin həyətyanı sahəsinə keçdikdən sonra evin ətrafına dolanmışdır. Bu zaman arxa tərəfdəki otağın nəfəsliyinin olduğunu görüb oradan içəri daxil olmuşdur. Otaqlardan birində laqonda, perforator, ütü kimi təmir alətlərinin və elektrik kabeli, elektrik çəngəlləri və “vkluçater”lərin saxlanıldığını görüb onları evin bir küncündən tapdığı torbanın içərisinə yığaraq həyətyanı sahəyə, oradan isə küçəyə çıxarmış və yaşadığı evə aparmışdır. 25 avqust 2023-cü il tarixdə axşam saatlarında evdə olarkən küçədən bir nəfər şəxsin metal və köhnə əşyalar qəbul etməsi ilə bağlı səsini eşitmişdir. Gecə oğurladığı əşyaları götürərək küçəyə çıxdıqda “İran maşını” ilə küçəyə gələn, tanımadığı şəxsin səyyar şəkildə metal qəbul edən şəxs olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özü ilə gətirdiyi laqonda, perforator, ütü kimi təmir alətlərini, elektrik naqilləri və digər şeyləri satmaq istədiyini bildirmişdir. Metal qəbul edən şəxs onun satdığı əşyaların oğurluq yolu ilə əldə edilib-edilmədiyini soruşduqda həmin şəxsi əmin etmişdir ki, gətirdiyi bütün əşyalar özünə məxsusdur və artıq qaldığına görə onları satmaq fikrindədir. Əvvəlcədən üzərində götürdüyü şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra metal qəbul edən şəxs alətləri və elektrik avadanlıqlarını almağa razılaşmışdır. Oğurladıqlarını 300 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisəni təkbaşına törətmiş, kiminsə köməyindən istifadə etməmişdir. Oğurluq etməzdən əvvəl və etdikdən sonra bu barədə heç kimə, o cümlədən metal qəbul edən şəxsə heç nə danışmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Narkotik vasitə aludəçisi olduğundan, həmçinin şəxsi ehtiyaclarını qarşılamaq üçün 14 sentyabr 2023-cü il tarixdə yenidən oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. Həmin tarixdə saat 02:00 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən küçələrdən biri ilə piyada hərəkət edərkən qarşısına içərisində yarımtikili olan həyətyanı sahə çıxmışdır. Ətrafda heç kim olmadığına əmin olduqdan sonra mişar daşlarından tikilmiş hasardan aşaraq həyətyanı sahəyə daxil olmuşdur. Bu zaman orada əl damı kimi istifadə olunan kiçik saxlanc yeri olduğunu görmüşdür. Saxlanc yerinə yaxınlaşıb plastik pəncərəsini əli ilə zərblə itələmiş və oradan içəri keçmişdir. İçəri ətraflı baxış keçirən zaman elektrik naqilləri və hamam aksesuarlarının saxlanıldığını müəyyən etmişdir. Həmin naqil və aksesuarları götürüb həyətyanı sahəyə çıxmış və hasarın çöl tərəfinə tullamışdır. Ardınca özü də hasara çıxıb küçəyə tullanmışdır. Ətrafda heç kim olmadığı üçün cəld elektrik naqilləri və hamam aksesuarlarını götürüb yaşadığı Saray qəsəbəsinə getmişdir. Ertəsi gün səhər saatlarında oğurladığı əşyaları tanımadığı şəxsə 80 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisəni təkbaşına törətmiş, heç kimin köməyindən istifadə etməmiş, oğurluq etməzdən əvvəl və ya etdikdən sonra bu barədə heç kimə nə isə danışmamışdır. Bu hadisəni törətdikdən təxminən 2 saat sonra daha bir oğurluq hadisəsi törətmişdir. Belə ki, həmin gecə cinayət əməllərini davam etdirib Saray qəsəbəsinə gedərək oradakı evlərdən birindən də oğurluq etməyə qərar vermişdir. Sonradan həmin evin sahibinin Zərərçəkmiş şəxs8 olduğu ona məlum olsa da, həmin şəxsi də əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 14 sentyabr 2023-cü il tarixdə saat 04:00 radələrində əvvəlki oğurluqdan əldə etdiyi əşyaları yaşadığı evə qoyduqdan sonra Saray qəsəbəsində təmir-tikinti işləri başa çatmayan fərdi yaşayış evlərinin birindən oğurluq etmək istəmişdir. Niyyətini həyata keçirmək üçün münasib ev tapıb hasardan aşmaqla həyətyanı sahəsinə keçmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin zirzəmisinin qapısına yaxınlaşmış və qapını itələməklə açmışdır. Daha sonra döşəmənin taxtalarını qaldırmaqla evin otaqlarına daxil olmuş, oradan perforator, direl, laqonda və taxtakəsən mişarı özü ilə götürərək həyətyanı sahəyə çıxmışdır. Bu zaman həyətyanı sahədə anbara oxşayan tikili görmüşdür. Həmin tikilinin içərisindən oğurluq etmək üçün qapısına yaxınlaşmış və itələyib kilidi qırmışdır. Bundan sonra anbardan götürdüyü 1 ədəd samovar və təxminən 100 metr uzunluğunda elektrik naqilini, eləcə də təmir alətlərini həyətdən tapdığı polietilen kisənin içərisinə yığmışdır. Ardınca kisəni hasarın çöl tərəfinə atmaqla küçəyə çıxmışdır. Oğurladığı əşyaları evin yerləşdiyi məhəllə ilə qonşuluqda yerləşən məhəllədəki yarımtikiliyə aparıb yığmışdır. Saat 06:00 radələrində həmin yerə taksi avtomobili sifariş verib əşyaları avtomobilə yerləşdirmiş və Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” deyilən yerə aparıb tanımadığı şəxsə 170 manata satmışdır. Hadisəni təkbaşına törətmiş, heç kimin köməyindən istifadə etməmiş, əşyaları satdığı şəxsə onların özünə məxsus olduğunu bildirmiş, oğurluq etməzdən əvvəl və etdikdən sonra bu barədə heç kimə nə isə danışmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs7 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında maddi durumu acınacaqlı vəziyyətdə olduğu üçün oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 27 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində siqaret almaq üçün açıq market axtarmışdır. “Üzümlük” yaşayış massivində evlərin arası ilə gəzən zaman qarşısına ikimərtəbəli ev çıxmışdır. Evin hasarı mişar daşlarından olsa da, üzərinə suvaq çəkilməmiş, qapı və pəncərə boşluqlarında çərçivə olmamışdır. Hasardan içəri diqqətlə baxdıqda pəncərələrin qarşısının qırmızı rəngli dam örtüyü ilə bağlandığını görmüşdür. Evin içərisində direl, laqonda kimi alətlər olduğunu fikirləşib içəri daxil olmağa qərar vermişdir. Ətrafda heç kimin olmamasından istifadə edərək hasarın üzərinə çıxmış və evdə işıqların yanmadığını görüb yaşayış olmadığı qənaətinə gəlmişdir. Bir müddət kənardan baxdıqdan sonra hasardan həyətyanı sahəyə keçməklə evin ətrafını dolanmışdır. Ardınca yaxınlaşıb pəncərənin qarşısına qoyulmuş dəmir materialdan olan dam örtüyünü kənara çəkməklə evə daxil olmuşdur. Evin içərisini gəzərkən oğurlanası heç nə tapmamış, birdən otaqlardan birində bir qismi döşəməyə vurulmuş taxtaların yığıldığını görmüşdür. Evdən əliboş çıxmamaq üçün taxtaları oğurlamağa qərar vermiş, buna görə də taxtaların gücü çatdığı qədərini götürüb daşımaqla həyətyanı sahəyə, oradan isə evdən xeyli aralıda yerləşən, hasara alınmış, yoldan və qıraqdan baxdıqda görünməyən yerə qoymuşdur. Daha sonra evə qayıdaraq dam örtüyünü pəncərənin qarşısına çəkib oradan uzaqlaşmışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində yenidən həmin evin yaxınlığına yollandıqda ətrafda heç kimin olmadığını görmüşdür. Əvvəlki gün etdiyi kimi dam örtüyünü kənara çəkib evə daxil olmuşdur. Həmin vaxt evdə hər hansı dəyişiklik olmadığından ev sahibinin etdiyi oğurluqdan xəbərsiz olduğunu və uzun müddət evdə yaşamadığını başa düşmüşdür. Gücü çatdığı qədər taxtaları götürüb daşıyaraq əvvəlki gün yığdığı yerə apardıqdan sonra geri qayıdıb dam örtüyünü pəncərənin qarşısına çəkmişdir. Ertəsi gün, yəni 29 sentyabr 2023-cü il tarixdə saat 19:00 radələrində yenidən həmin evdən oğurluq etmək qərarına gəlib havanın qaralmasını gözləmişdir. Saat 00:00 radələrində evin yaxınlığına gedib ətrafa nəzər salmış və heç kimin olmadığına əmin olub yenə də pəncərə boşluğundan evə daxil olmuşdur. Bu dəfə də oğurladığı döşəmə taxtalarını daşıyıb əvvəlki günlərdə oğurladıqlarının yanına yığmışdır. 30 sentyabr 2023-cü il tarixdə taxtaları satmaq üçün onları gizlətdiyi yerə getmişdir. Taxtaları satmağa adam axtarmaq barədə düşündüyü vaxt yoldan səyyar şəkildə metal qəbulu ilə məşğul olan şəxsin idarə etdiyi “QAZel” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin keçdiyini görmüşdür. Həmin avtomobilin təxminən 40-45 yaşlı sürücüsü onu görən kimi avtomobili saxlamışdır. Onlar salamlaşdıqdan sonra adını bilmədiyi sürücü ondan taxtaları nə üçün yolun kənarına yığdığını soruşmuşdur. Sürücüyə taxtaların özünə məxsus olduqlarını, evini təmir etdirmək üçün aldığını, lakin ölçüləri düz gəlmədiyindən satmaq istədiyini demişdir. Bu zaman sürücü taxtaların öz evinin təmiri üçün lazım ola biləcəyini bildirib neçəyə satdığı ilə maraqlanmışdır. O, taxtaların hamısını 150 manata satdığını dedikdə sürücü razılaşıb ona həmin məbləğdə pul vermişdir. Onlar köməkləşib taxtaları “QAZel” markalı avtomobilə yerləşdirdikdən sonra sürücü xudahafizləşərək çıxıb getmişdir. Həmin vaxtdan sürücünü bir daha görməmiş, əldə etdiyi 150 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 27-29 sentyabr 2023-cü il tarixlərdə taxta oğurlaması barədə heç kimə danışmamış, sürücünün aldığı taxtaları oğurlamasından məlumatı olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Narkotik vasitə aludəçisi olduğundan, həmçinin şəxsi ehtiyaclarını qarşılamaq üçün 15 dekabr 2023-cü il tarixdə yenidən oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. Həmin tarixdə axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsi “Yeni Üzümlük” yaşayış massivində yerləşən küçələrdən biri ilə piyada hərəkət edərkən fərdi yaşayış sahələrindən birinin mişar daşları ilə hasara alındığını, lakin qapısının olmadığını görmüşdür. Açıq yerdən içəri baxıb həyətyanı sahədə yarımtikili vəziyyətdə ev və dəmir su çəni olduğunu görmüşdür. Yaşayış sahəsinin kimə məxsus olduğunu öyrənməyə çalışsa da, buna nail ola bilməmişdir. Ətrafda heç kim olmadığına və fərdi yaşayış sahəsinin gediş-gəlişsiz yerdə yerləşməsinə görə çəni oğurlayıb satmaq fikrinə düşmüşdür. Bu məqsədlə ertəsi gün, yəni 16 dekabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə gedib tanımadığı şəxsin idarə etdiyi, markası və dövlət qeydiyyat nişanını bilmədiyi evakuatoru kirayələmişdir. Evakuatorun sürücüsünə Abşeron rayonu Saray qəsəbəsində özünə məxsus evin həyətyanı sahəsində su çəni olduğunu və gedib həmin çəni götürərək Sumqayıt şəhərinə aparmaq lazım gəldiyini demişdir. Sürücü ilə bu işi 100 manat pul müqabilində görməyi razılaşdırdıqdan sonra birlikdə “Yeni Üzümlük” yaşayış massivinə getmişlər. Çənin qoyulduğu həyətyanı sahə mişar daşları ilə hasara alınsa da, qapısı olmadığından evakuator rahatlıqla içəri daxil olmuşdur. Daha sonra su çənini dəmir trosla bağlayıb evakuatorun yük yerinə qaldırmış və birbaşa Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. Yolda olarkən sürücü ondan çəni haraya aparmalı olduğunu soruşduqda Sumqayıt şəhəri ərazisində tanımadığı küçədə yerləşən metaləritmə müəssisəsinin yerini təsvir edib evakuatoru oraya sürdürmüşdür. Orada tanımadığı şəxslə razılaşaraq çəni 400 manata həmin şəxsə satmışdır. Əldə etdiyi pulun 100 manatını sürücüyə verib yola salmış, qalan 300 manat pulu qarşıdakı günlərdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən narkotik vasitə almağa və şəxsi ehtiyaclarına sərf etmişdir. Hadisəni evakuatorun sürücüsünün köməkliyi ilə törətsə də, sürücünün, eləcə də çəni alan şəxsin oğurluq etməsindən xəbəri olmamış, sürücüyə və çəni alan tanımadığı şəxslərə çənin özünə məxsus olduğunu demişdir. Oğurluq etməzdən əvvəl və etdikdən sonra bu barədə heç kimə nə isə danışmamışdır. Bundan başqa, 2024-cü ilin yanvar ayında həbs edilməzdən əvvəl rəsmi olaraq heç bir yerdə işləməmiş, iş olanda günəmuzd fəhləlik etmiş, olmayanda isə müxtəlif ərazilərdən metal yığıb satmaqla özünü dolandırmışdır. Narkotik vasitə aludəçisi olduğu üçün tez-tez pula ehtiyacı yaranmışdır. 2023-cü ilin dekabr ayının sonlarında Mehdiabad-Novxanı avtomobil yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsindən keçən hissəsində – yolun kənarında metal toplayarkən ağ rəngli polietilen kisə tapmışdır. Həmin kisə diqqətini çəkdiyi üçün əyilib yerdən götürmüş və ağzını açıb içərisinə baxmışdır. Bu zaman orada 1 ədəd avtomat tipli silah və 1 ədəd patron darağı olduğunu görmüşdür. Patron darağı dolu olduğundan içərisindəki patronları sayıb 10 ədəd olduğunu müəyyən etmişdir. Kisənin içərisindən heç nə götürmədən ağzını bağlayıb bir qədər irəlidəki məişət tullantılarının və metal parçalarının atıldığı neft borusunun keçdiyi yerdə gizlətmiş və heç kim tapmasın deyə ətrafına plastik butulkalar və sellofan yığmışdır. Həmin vaxtdan odlu silah və döyüş sursatları tapması barədə heç kimə məlumat verməmişdir. Bundan başqa, təxminən 2-3 il əvvəl narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başladığı üçün bədənində ağrılar yaranmışdır. Narkotik vasitələr, əsasən də heroin ona sakitləşdirici təsir göstərdiyindən mütəmadi olaraq tanımadığı şəxslərdən narkotik vasitə almaqla istifadə etmişdir. 13 yanvar 2024-cü il tarixdə iş axtarmaq məqsədilə Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan yerdə olan zaman tanımadığı bir nəfər ona yaxınlaşıb saatın neçə olduğunu soruşmuş və saatı öyrəndikdən sonra onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu öyrənmiş və özünün də həmin vasitələrdən istifadə etdiyini demişdir. Həmin şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini bildirdikdə razılaşaraq həmin şəxsə 10 manat pul vermişdir. Bu zaman həmin şəxs şalvarının cibindən 1 ədəd kiçik ölçülü şəffaf sellofan torba vermişdir. Həmin torbanın içərisinə baxıb heroin olduğunu gördükdə dərhal alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Sonra oradan uzaqlaşıb Sumqayıt şəhərində iş axtarmağı davam etdirsə də, özünə uyğun iş tapa bilmədiyinə görə yaşadığı ünvana qayıtmışdır. 15 yanvar 2024-cü il tarixdə qar yağdığı üçün gizlətdiyi odlu silah və döyüş sursatının yararsız hala düşəcəyini düşünüb onları evində gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə Mehdiabad-Novxanı avtomobil yolunun kənarına yollanıb silah, patron darağı və patronları gizlətdiyi yerdən götürərək əvvəlcədən özü ilə gətirdiyi polietilen kisənin içərisinə qoymuşdur. Həmin vaxt “Daş bazarı” adlanan yerdə aldığı narkotik vasitə də üzərində olmuşdur. Yolun kənarı ilə piyada şəkildə hərəkət etməyə başladıqdan bir qədər sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib onu Mehdiabad polis bölməsinə dəvət etmişlər. Buna heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsinə çatdıqdan sonra ona hüquq və vəzifələri izah edilərək müdafiəçi dəvət olunmuş və bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı əşya, predmet, sənəd, maddə, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər şeylər varsa, onları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçülü şəffaf sellofan torbanın içərisində saxladığı narkotik vasitə heroini təqdim etdim. Daha sonra ona əlində saxladığı ağ rəngli polietilen kisənin içərisində nə olduğu soruşulduqda o, kisədən 1 ədəd “AK” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd patron darağı və 10 ədəd patronu çıxarıb təqdim etmişdir. Ardınca təqdim edilən avtomat silaha təhqiqatçı tərəfindən baxış keçirilmiş və üzərində qeyd olunan nömrə, patron darağının və patronların hər birinin kalibri müəyyən edilmişdir. Bundan başqa, ondan üzərində başqa hər hansı qeyri-qanuni əşya və ya predmet olubolmadığı soruşulduqda o, üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca təqdim etdiyi 1 ədəd şəffaf sellofan torbanın içərisindəki narkotik vasitə ağ rəngli zərfə, 1 ədəd silah, 1 ədəd patron darağı və 10 ədəd patron isə ağ rəngli polietilen kisəyə qoyularaq üzəriləri möhürlənib qeydlər aparılmış və zərfin üzəri onun özü və digər iştirakçılar tərəfindən imzalanaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşlər. Şifahi sorğu zamanı o, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, 13 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, silahı və həmin silaha aid olan patron darağı və patronları isə ağ rəngli kisənin içərisində təxminən 15-20 gün əvvəl Mehdiabad- Novxanı avtomobil yolunun Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında metal toplayarkən tapdığını, maraqlı gəldiyi üçün kisənin ağzını açıb içərisinə baxan zaman aşkarladığını qeyd etmişdir. Patronlar darağın içərisində olmuş, yalnız saydıqdan sonra saylarının 10 ədəd olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Abşeron rayonu Saray qəsəbəsi O.Səfərbəyli küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 2023-cü ilin iyul ayında həmin evdə təmir-tikinti işlərinin aparılması davam etdirilmişdir. İşlər başa çatdırılmadığı üçün həmin vaxt evdə yaşayış olmamışdır. 10 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində təmir işlərini aparan ustalar işlərini qurtarmış, o, qapını bağlayıb yaşadığı evə getmişdir. 11 iyul 2023-cü il tarixdə saat 08:30-da evə qayıdanda qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Həyətyanı sahədən keçərək evə daxil olduqda qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu, otaqları gəzdikdə isə 1 ədəd unitaz, 10 ədəd “Siemens” markalı elektrik açarı, 1 ədəd laqonda, 2 ədəd direl, 1 ədəd perforator və hər birinin uzunluğu 100 metr olan 2 top elektrik naqilinin yerində olmadığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Oğurlanmış əşyalardan 1 ədəd unitazın dəyəri 250 manat, elektrik açarlarının hər birinin dəyəri 6 manat, laqondanın dəyəri 280 manat, direllərdən hər birinin dəyəri 60 manat, perforatorun dəyəri 200 manat, elektrik naqillərinin hər topunun dəyəri isə 45 manat olduğundan hadisə nəticəsində ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 08 dekabr 2022ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvana gələn zaman ağ rəngli, “VAZ-2106” markalı “Az **-VU-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən tanımadığı şəxsin yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə saxladığı dəmir materialları oğurladığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 7000 manat maddi ziyan vurulmuşdur. Oğurluq edildiyini aşkar edən kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onun iştirakı ilə həyətyanı sahəyə baxış keçirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidəki fərdi yaşayış evinin həyətyanı sahəsində – hasarın yanına şveller, armatur, metal künclük (“uqolnik”) kimi tikinti materialları yığmışdır. Sonuncu dəfə 01 dekabr 2022-ci il tarixdə saat 20:00 radələrində həmin materialların yerində olduğunu görmüşdür. 01 dekabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər sözügedən tikinti materiallarını oğurlamışdır. Tikinti materiallarının yerində olmadığını 02 dekabr 2022-ci il tarixdə səhər saatlarında aşkar etmiş, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sözügedən materialların hansı ölçüdə olduqlarını bilməsə də, hadisədən təxminən 1 ay əvvəl onları Sumqayıt şəhərində yerləşən “Daş bazarı” deyilən yerdən 1500 manata almışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində özünə məxsus 30 hektar ölçüdə boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşlarından tikilmiş hasarla əhatəyə alınmışdır. Torpaq sahəsində ev olmadığından yaşayış yoxdur və özü mütəmadi olaraq oraya gedib baş çəkməklə nəzarət edir. Sonuncu dəfə 23 fevral 2023-cü il tarixdə torpaq sahəsinə baş çəkmiş, həmin vaxt hər şey yerli-yerində olmuşdur. 26 fevral 2023-cü il tarixdə günorta saatlarında növbəti dəfə torpaq sahəsinə getdikdə orada olan 2 ədəd dəmir borunun və 11 ədəd dəmir listin yerində olmadığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından ailə üzvləri ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yerləşən evdə yaşayır. Həmin evi 2023-cü ilin yay aylarında təmir etdirmiş və ətrafını mişar daşları ilə hasarlamışdır. Təmir işləri aparıldığı dövrdə mütəmadi olaraq evə gedib baş çəkmişdir. 14 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxslər evinə qapıdan və nəfəslikdən qanunsuz daxil olaraq 3 dəfə oğurluq etsələr də, hadisə barəsində məlumat verməmişdir. Lakin 24 avqust 2023-cü il tarixdə gecə saatlarında baş vermiş oğurluq hadisəsindən sonra polisə müraciət etmək qərarına gəlmişdir. Baş vermiş ilk oğurluq hadisəsi zamanı evindən ümumi dəyəri 65 manat olan 4 top 4 millimetrlik, ümumi dəyəri 180 manat olan 4 top 2,5 millimetrlik elektrik məftilləri, ümumi dəyəri 12 manat olan 40 ədəd elektrik yuvası, dəyəri 15 manat olan 1 ədəd kollektor şiti, ümumi dəyəri 43 manat olan 9 ədəd elektrik avtomatı, ümumi dəyəri 90 manat olan 30 ədəd spot lampalar, ümumi dəyəri 130 manat olan 51 ədəd elektrik açarı, ümumi dəyəri 110 manat olan 45 metr uzunluğunda elektrik kabeli, təxminən 2-3 gün sonra baş vermiş ikinci oğurluq hadisəsi zamanı hər birinin dəyəri 75 manat olan 2 ədəd kollektor, ümumi dəyəri 60 manat olan 15 ədəd su avadanlıqları, dəyəri 155 manat olan 1 ədəd lazer avadanlığı, dəyəri 100 manat olan 1 ədəd direl, dəyəri 55 manat olan 1 ədəd laqonda, dəyəri 60 manat olan 1 ədəd qızdırıcı və dəyəri 150 manat olan 1 ədəd perforator oğurlanmışdır. 24 avqust 2023-cü il tarixdə gecə saatlarında baş vermiş sonuncu oğurluq hadisəsindən sonra isə evin dəyəri 50 manat olan nəfəsliyinin, ümumi dəyəri 450 manat olan 8 top, dəyəri 75 manat olan 1 top 25 metr uzunluğunda elektrik kabelini, dəyəri 200 manat olan 1 açar dəstinin yerində olmadığını görmüşdür. Baş vermiş hadisələr nəticəsində ona ümumilikdə 1900 manat dəyərində maddi ziyan dəymişdir. İlk iki oğurluq hadisəsinə əhəmiyyət vermədiyi üçün bu barədə heç yerə şikayət etməmiş, lakin üçüncü dəfə təkrarlandığı üçün məlumat vermək qərarına gəlmişdir. Oğurluq hadisəsindən arvadı Günayın da məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən özünə məxsus həyətyanı sahəsi vardır. Həmin həyətyanı sahədə saxlanc yeri yerləşir. Arabir həmin ünvana gedərək həyətyanı sahəyə baş çəkmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 12:00 radələrində növbəti dəfə gedib həyətyanı sahəyə baş çəkən zaman hər şey yerli-yerində olmuş, qeyri-adi halla qarşılaşmamışdır. Həmin vaxt qapını kilidləyərək ünvanı tərk etmiş, 16 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində yenidən həyətyanı sahəyə gedib darvazadan içəri daxil olmuş və orada yerləşən saxlanc yerinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Saxlanc yerinə doğru gedib içəri daxil olduqda orada saxladığı elektrik naqilləri və hamam aksesuarlarının yerində olmadığını aşkar etmiş, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Baş vermiş hadisələr nəticəsində ona ümumilikdə 650 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, bir müddət əvvəl Abşeron rayonu Saray qəsəbəsi ərazisində torpaq sahəsi almış və orada fərdi yaşayış evinin tikintisinə başlamışdır. Həmin evin inşası başa çatmadığından orada yaşayış yoxdur. Mütəmadi olaraq evin yerləşdiyi həyətyanı sahəyə gedərək nəzarət etsə də, işlərinin çoxluğu ilə əlaqədar 2023-cü ilin sentyabr ayının əvvəllərindən oraya gedə bilməmişdir. Evin tikintisində istifadə edilməsi üçün 500 manata xatırlamadığı sayda döşəmə taxtaları alaraq evin içərisinə yığmışdır. 03 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində evə getdiyi vaxt həmin döşəmə taxtalarının yerində olmadıqlarını aşkarlamışdır. Buna görə də dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Lakin hadisənin konkret hansı tarixdə baş verməsi ona məlum deyil. Hadisənin törədilməsində şübhələndiyi hər hansı şəxs və ya şəxslər yoxdur. Hadisə nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Damla” mebel fabrikinin yaxınlığındakı 0,06 hektar torpaq sahəsində özünə birmərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Həmin ev 4 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşağından ibarətdir. Ev kürsülü olduğu üçün zirzəmisi də var. 2023-cü ilin sentyabr ayının ortalarında təmir işləri davam etdiyi üçün yaşayış olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə evə baş çəkdikdə hər şeyin yerli-yerində olduğunu görmüşdür. 14 sentyabr 2023-cü il tarixdə səhər saatlarında evdə işləyən usta onun mobil telefonuna zəng edərək evə zirzəmidən daxil olunaraq oğurluq edildiyini bildirmişdir. O, dərhal evinə yollanmış və naməlum şəxs və ya şəxslərin zirzəminin qapısını açıb oraya girdiklərini və qonaq otağının döşəməsini sökərək evə daxil olduqlarını müəyyən etmişdir. Evin zirzəmisindən dəyəri 150 manat olan 1 ədəd samovar, ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda 0,6 metr diametrli elektrik naqili dəyəri 200 manat olan 1 ədəd perforator, dəyəri 40 manat olan 1 ədəd direl, dəyəri 60 manat olan 1 ədəd laqonda və dəyəri 400 manat olan 1 ədəd taxtakəsən mişar (fuqan) oğurlanmış və nəticədə ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Hadisə yerinə gəldikdən bir qədər sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Oğurlanmış təmiz alətlərinin əksəriyyətini hadisədən təxminən 4-5 ay əvvəl “Sədərək” ticarət mərkəzindən almış, markalarının adı yadında qalmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi “Yeni Üzümlük” yaşayış massivində özünə məxsus 250 m2 torpaq sahəsi vardır. Həmin torpaq sahəsini təxminən 12-13 il əvvəl içərisində fərdi yaşayış evi tikdirmək məqsədilə almış, ətrafını mişar daşları ilə hasarlasa da, qapı qoydurmamışdır. Başqa evi olduğu üçün uzun müddət torpaq sahəsi boş vəziyyətdə qalmış, 2023-cü ilin yaz aylarında ev tikib satmaq üçün oraya ustalar dəvət edərək tikinti işlərinə başlamışdır. Həmin vaxt tanışlarının birindən 3 ton həcmə malik dəmir çən (konteyner) almış və həyətyanı sahəyə qoyaraq qapı düzəltdirmişdir. Tikinti işlərinin aparıldığı müddətdə ustalar özlərinə məxsus olan təmir alətlərini və tikinti materiallarını həmin çənin içərisinə yığmışlar. Tikinti işləri başa çatdıqdan sonra ustalar alətlərini və çənin içərisinə yığdıqları digər şeyləri götürərək çıxıb getmiş və çən boz vəziyyətdə yerində qalmışdır. Başı başqa işlərinə qarışdığından bir müddət torpaq sahəsinə baş çəkə bilməmiş, 2023-cü ilin dekabr ayının ortalarında oraya getdikdə dəyəri 1000 manat olan çənin yerində olmadığını görmüşdür. Bu barədə polisə müraciət edib məlumat vermək istəsə də, növbəti günlərdə xəstələndiyindən və başı övladının “xeyir işi”nə qarışdığından yalnız 11 aprel 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Abşeron rayonu Saray qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlətməyə başlamışdır. O, əlvan metalları və həmin metallardan hazırlanmış məmulatları ucuz qiymətə alıb nisbətən baha qiymətə sataraq gəlir əldə edir. Metal qəbulu məntəqəsi hər gün saat 09:00-dan saat 20:00-dək fəaliyyət göstərir. 2022-ci ilin dekabr ayının əvvəllərində səhər saatlarında işdə olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs məntəqə xatırlamadığı sayda dəmir borular gətirmiş və satmaq istədiyini bildirmişdir. Rasim boruları ona 200 manata satdıqdan sonra əlində başqa borular olduğunu deyərək yenə gətirəcəyini söyləmiş və çıxıb getmişdir. Sonradan o, Rasimdən aldığı dəmir boruları Bakı şəhərində “Baksol yolu” adlanan əraziyə aparıb əritmək üçün əlvan metal qəbulu məntəqəsinə satmışdır. Rasim dəmir boruları ona verərkən oğurluq yolu ilə əldə edilmələri barədə heç nə danışmamış, onların özünə məxsus olduğunu və lazım olmadığından satmaq istədiyini bildirmiş, o da Rasimin sözlərinə inanmışdır. Bundan başqa, Şahid1 ifadəsində göstərmişdir ki, Rasim 02 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində də təkbaşına onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və evində aparılan təmir-tikinti işlərindən sonra artıq qalan şveller, armatur və metal künclük (“uqolnik”) kimi tikinti materiallarını satmaq istədiyini bildirmişdir. Rasimdən həmin materialların oğurluq olub-olmadığını soruşduqda Rasim onu əmin etmişdir ki, həmin əşyalar özünə məxsusdur və artıq qaldığına görə onları satmaq fikrindədir. O, Rasimdən şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə həmin şveller, armatur və metal künclükləri almış və qarşılığında 300 manat pul vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Bu hadisədən uzun müddət keçdiyinə görə Rasimin metal qəbulu məntəqəsinə gəldiyi avtomobilin rəngi, markası və dövlət qeydiyyat nişanı onun yadında qalmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum babasından yadigar qalmış “VAZ- 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Abşeron rayonu Saray qəsəbəsi və Novxanı kəndi ərazisində səyyar şəkildə metal almaqla məşğul olur. 2023-cü ilin fevral ayının sonlarında Saray qəsəbəsi ərazisindəki küçələrdən birində avtomobillə hərəkət edərək metal aldığını qışqıran zaman əvvəllər tanımadığı, sonradan adının Rasim olmasını bildiyi şəxs ona yaxınlaşıb özünə məxsus dəmir boru və listləri neçəyə alması ilə maraqlanmışdır. Əvvəlcə, həmin materialların oğurluq yolu ilə əldə edilib-edilmədiklərini soruşmuş, Rasim adlı şəxs onların özünə məxsus olduğunu və lazım olmadığı üçün satmaq istədiyini bildirdiyi və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb dəmir materialları almağa razılıq vermişdir. Həmin tarixdə dəmir boru və listləri Rasim adlı şəxsdən 60 manata almış və sonradan bir hissəsini müxtəlif metal qəbulu məntəqələrinə satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından əri Zərərçəkmiş şəxs9 ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yerləşən evdə yaşayır. Onlar evi 2023-cü ilin yay aylarında təmir etdirmiş və ətrafını mişar daşları ilə hasarlamışlar. Təmir işləri aparıldığı dövrdə əri İlham mütəmadi olaraq evə gedib baş çəkmişdir. 14 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin evdən 3 dəfə oğurluq etsə də, hadisə barəsində heç kimə məlumat verməmişlər. Lakin 24 avqust 2023-cü il tarixdə baş vermiş sonuncu oğurluq hadisəsindən sonra ərinin əsəbiləşdiyini görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Hadisələr nəticəsində yaşadıqları evdən müxtəlif təmir-tikinti alətləri, elektrik avadanlıqları və digər şeylər oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşayır. İşsiz olduğu üçün 2023-cü ilin yay aylarında atası X5 və tanışı X2 ilə birlikdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs9 məxsus evdə rəngsaz işlərini həyata keçirmişlər. Evin açarları ev sahibindən başqa onun atasında və Şamil adlı elektrikdə olmuşdur. 23 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində işlərini tamamlayıb evi tərk etmiş, ertəsi gün saat 09:00 radələrində işləmək üçün evə qayıtmışlar. İçəri daxil olan zaman həmişə otaqda saxlanılan təmir alətlərinin yerində olmadığını görmüşlər. O, dərhal mobil telefon vasitəsilə İlhama zəng edib bu barədə məlumat vermiş, İlham gələnədək evdə heç nəyə əl vurmamışlar. Bir qədər sonra İlham, ardınca isə polis əməkdaşları oraya gəlib baxış keçirmişlər. Bu zaman onlara naməlum şəxsin evin hamam otağının nəfəsliyindən içəri daxil olaraq oğurluq etdiyi məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl özünə məxsus olan “Saipa” markalı avtomobillə Abşeron rayonu ərazisində səyyar şəkildə metal almaqla məşğul olmağa başlamışdır. Onun işi əlvan metalları və həmin metallardan hazırlanmış məmulatları ucuz qiymətə alıb nisbətən baha qiymətə sataraq gəlir əldə etməkdən ibarət olmuşdur. 25 avqust 2023-ci il tarixdə axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, sonradan adının Rasim olmasını bildiyi şəxs ona yaxınlaşaraq özü ilə gətirdiyi laqonda, perforator, ütü kimi təmir alətləri, elektrik naqilləri və digər şeyləri satmaq istədiyini bildirmişdir. Rasim adlı şəxs gətirdiklərinin özünə məxsus olduğunu bildirdiyi və şəxsiyyət vəsiqəsini göstərdiyi üçün inanıb həmin alətləri və naqilləri 300 manata həmin şəxsdən almışdır. Sonradan aldıqlarını Bakı şəhəri ərazisində müxtəlif yerlərdə sataraq gəlir əldə etmişdir. Rasim adlı şəxs təmir alətləri və digər şeyləri satarkən onların oğurluq yolu ilə əldə edilmələri barədə heç nə danışmamış, həmin əşyaları lazım olmadığından satmaq istədiyini bildirmiş, o da Rasim adlı şəxsə inanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsində əməliyyat müvəkkili işləyir. 15 yanvar Abşeron rayonu Saray qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, üzərində daşıması, istifadəsi etməsi barədə habelə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Mehdiabad polis bölməsinin sahə polis nəfərləri – polis serjantı Şahid7 və polis serjantı Şahid8 ilə birlikdə 15 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 14:00 radələrində o və Şahid7 Mehdiabad- Novxanı avtomobil yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarı ilə piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və odlu silah daşımaqda şübhəli olduğunu bildirib Mehdiabad polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs hüquqları izah edilərək müdafiəçi dəvət olunmuş və bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı əşya, predmet, sənəd, maddə, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər şeylər varsa, onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçüsü olan şəffaf sellofan torba çıxarıb içərisindəki qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli polietilen kisənin içərisində nə olduğu soruşulduqda şübhəli şəxs kisədən 1 ədəd “AK” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd patron darağı və 10 ədəd patronu çıxarıb təqdim etmişdir. Ardınca təqdim edilən avtomat silaha təhqiqatçı tərəfindən baxış keçirilmiş və üzərində “1083302” nömrəsinin qeyd olunduğu, patronların hər birinin 5,45x39 millimetr kalibrli olmaqla silahın komplekt hissəsi olan darağa uyğun gəldikləri müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Ardınca təqdim edilmiş 1 ədəd şəffaf sellofan torbanın içərisindəki kütlə ağ rəngli zərfə, 1 ədəd silah, 1 ədəd patron darağı və 10 ədəd patron isə ağ rəngli polietilen kisəyə qoyularaq üzəriləri möhürlənib qeydlər aparılmış və müvafiq qaydada qablaşdırılıb götürülmüşlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi tozşəkilli kütlənin narkotik vasitə heroin olduğunu və onu 13 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, silahı və həmin silaha aid olan patron darağı və patronları isə ağ rəngli kisənin içərisində təxminən 15-20 gün əvvəl Mehdiabad-Novxanı avtomobil yolunun Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında metal toplayarkən tapdığını, maraqlı gəldiyi üçün kisənin ağzını açıb içərisinə baxanda silah və digər şeyləri aşkarladığını qeyd etmişdir. Patronlar darağın içərisində olmuş, yalnız saydıqdan sonra sayının 10 ədəd olduğunu görmüşdür. Daha sonra həmin silahı, patron darağını və patronları kisənin içərisində məişət tullantıları atılan əraziyə aparıb neft borusunun altında gizlətmiş və tapılmasın deyə ətrafına plastik butulkalər, dəmir listlər və sellofan torbalar yığmışdır. 15 yanvar 2024-cü il tarixdə qar yağdığından silahın gizlətdiyi yerdə islanıb yararsız hala düşəcəyini fikirləşmişdir. Bu səbəbdən həmin yerə gedib polietilen kisəni gizlətdiyi yerdən götürmüş və yaşadığı evə gətirmək istəmişdir. Kisəni götürüb yolun kənarı ilə piyada şəkildə oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı daşıması və üzərində gəzdirməsi barədə polis bölməsinə hər hansı məlumat daxil olmamış, həmin şəxs saxlanılanadək onun narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə narkotik vasitəni 13 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul müqabilində almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində saxlanılan və polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmiş, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid7 və Şahid8 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №236 möhür əksi”, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm kütlə...” və s. soyadlar, imzalar olan 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,794 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,744 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 yanvar 2024-cü il tarixli 24/117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “1083302” nömrəli silah 5,45 millimetr kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş, “AK-74” modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 10 ədəd 5,45x39 millimetr kalibrli patronlardan 3 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 06 dekabr 2023-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 04 dekabr 2023-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 17 dekabr 2023-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 03 dekabr 2023-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 06 aprel 2024-cü il tarixli 2255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006cı il tarixli 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düşar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin 25 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs dəmir çən (konteyner) oğurlamaqda köməklik göstərmiş Sumqayıt şəhəri ərazisində yaşayan və evakuator idarə edən şəxsin, eləcə də Rasim Xasmməmmədovun oğurladığı əşyaları alan digər şəxslərin şəxsiyyətlərini müəyyən edərək onları istintaqa təhvil vermək mümkün olmamışdır. Təqsirləndirilən şəxs oğurluq cinayət əməllərini təkbaşına törətmiş, başqa hər hansı şəxsin cinayətlərin törədilməsində bu və ya digər formada iştirakçılığını olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 iyul 2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, 18 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Polis İdarəsi tərəfindən 03 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 25 iyun 2023-cü il tarixdə barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmış, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılmasına, üzərində qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmasına, cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmasına, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,744 qram narkotik vasitə heroin, 1 ədəd 5,45 millimetr kalibrli, “AK” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd 5,45x39 millimetr kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulan patron darağı, 7 ədəd həmin kalibrli patron Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 1 ədəd şəffaf sellofan torbada çəkisi 0,794 qram olan narkotik vasitə heroini və əlində olan ağ rəngli polietilen kisənin içərisindəki 1 ədəd “Kalaşnikov” konstruksiyalı odlu silahı, 1 ədəd patron darağını və 10 ədəd patronun polis əməkdaşları tərəfindən aşkar edilərək, götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünü müdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqslirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,744 qram narkotik vasitə heroin məhv edilməlidir, 1 ədəd 5,45 millimetr kalibrli, “AK” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd 5,45x39 millimetr kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulan patron darağı, 7 ədəd həmin kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də maddi sübut kimi saxlanılan qalıq çəkisi 0,744 qram narkotik vasitə heroin məhv edilsin. Abşeron rayon Pİ-də maddi sübut kimi saxlanılan 1 ədəd 5,45 millimetr kalibrli, “AK” modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd 5,45x39 millimetr kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulan patron darağı, 7 ədəd həmin kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-190/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-190/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver