Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-191/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi evdə kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqdsədlə xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində təmizlik işləri gördüyü Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi evdə olarkən evin qonaq otağında olan 5100 manat pulu həmin dövrün məzənnəsi ilə 3000 ABŞ dolları ekvivalentində, xx xxxxxxxx 2020-ci il tarixdə həmin evin mətbəxində olarkən dolabın üzərində olan bir ədəd 885 manat dəyərində 750 əyarlı sarı rəngli qızıldan olan qolbağı, cbir cüt 173 manat dəyərində üzərində ağ şəffav qaşlı 583 əyarlı sarı rəngli qızıldan olan sırğanı, 1 ədəd 1000 manat dəyərində yaqutqaşlı 14 qramlıq qızıl-sırğanı, 1 ədəd 300 manat dəyərində sırğanı, 1 ədəd 11 qramlıq 750 əyyarlı 1300 manat dəyərində qızıl qolbağı, 1 ədəd 3000 manat dəyərində biriliyant qaşlı sırğanı, xx xxxxxxxx 2020-ci il tarixdə isə həmin evdən 150 manat pulunu oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 11908 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi evdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 3 il olarki, tanıyır. Oktaya məxsus olan ünvan 3 45 ünvanında yerləşən evində həftədə 1 dəfə təmizlik işləri aparmışdır. Hər dəfə gedəndə Oktay ona 10-15 manat arası pul vermişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Oktaygilin evinə təmzliyə getmişdir. Bu zaman evi təmziləyərkən görmüşdür ki, mətəxdə yerləşən şkafın içərsində qızıl sırğa vardır. İmkanı olmadığı üçün qərara gəlmişdir ki, həmin qızıl sırğaını oğurlasın. Həmin vaxtı mətbəxdə heç kim olmamışdır. Ona görə də həmin qızıl sırğanı götürüb cibinə qoymuşdur. Bundan sonra həmin qızıl sırğaını o, təxminən 2020-ci ilin mart ayında tarix dəqiq yadımda deyil Bakı şəhərində yerləşən Moskva Univermağında tanımadığı şəxsə 400 manata sataraq həmin pulları 6 azyaşlı övladı olduğu üçün uşaqlarına xərcləmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə evdən 1 ədəd qızl qolbaq, 2 ədəd əlavə sırğa və xx xxxxxxx 2020-ci il tarixdə 150 manat pulu oğurlamışdır. Həmin qızılları mətbəxi təmizləyərkən oradan oğurlamışdır. Bundan heç kimin xəbəri olmamışdır. Qızıllardan 1 ədəd qolbağı Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olan lambarda 300 manata qoyaraq pul götürmüşdür. Qalan 1 ədəd sırğanı isə 800 manata satmışdır. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə bu barədə ev sahibi biləndə, etdiyi əməlini səmimi olaraq etiraf etmiş və lombarda qoyduğu 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl sırğanı təqdim etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 45 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır. Xanım onun yaşadığı evə həftədə bir dəfə gəlib təmizlik işləri aparıb çıxıb getmişdir. Hər dəfə Xanım onun evinə gələrək təxminən bir neçə saat işləyib çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə Xanım onun evinə təmizliyə gəlib getdikdən sonra o, həmin günün səhəri bilmişdir ki, evdə qonaq otağında saatın üztünə qoyduğu 3000 ABŞ dollarının yerində olmadığını görmüşdür. Həmin vaxtı evə qonaqların çox gəlib getməsindən heç bir yerə şikayət etməmişdir. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə Xanım onun evinə gəlib getdikdən soinra evdən 150 manat pulun oğurlandığını bilmişdir. Həmin günü evə heç kim gəlməmişdir. Evə yalnız Xanım gəlmişdir. Ona görə Xanımdan şübhələnmişdir. Sonradan evə baxnada görmüşdür ki, evdən 1 ədəd 1000 manat dəyərində yaqutqaşlı 14 qramlıq qızıl-sırğanı, 1 ədəd 300 manat dəyərində sırğanı, 1 ədəd 11 qramlıq 750 əyyarlı 1300 manat dəyərində qızıl qolbağı, 1 ədəd 3000 manat dəyərində brliyant qaşlı sırğanı oğurlamışdır. Çünki oğurluq olan vaxtlar onun evində heç bir sındırılma və yaxud dağıdılma olmamışdır. Sonradan o, xx xxxxxxxx 2020-ci il tarixdə Xanıma bu barədə bildirəndə Xanım ona qızılları Moskva univermağında satdığını və lomrada verdiyi bildirmişdir. Hadisə barədə xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyandan cəmi 4635 manat pul ödənilmişdir. Qalan məbləğin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2455-9/4979 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd sarı rəngli metaldan olan üzərində 750 əyar damğası həkk olunmuş 750 əyarlı qızıla uyğun 9.32 qram qolbağın 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 885.00 manat bir ədəd sarı rəngli metaldan olan üzərində ağ şəffav rəngli qaşları olan 583 əyarlı qızıla uyğun 2.30 qram olan bir cüt qızıl sırğanın 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 173.00 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 300 manat məbləğində pul ödənilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa maddi sübut kimi tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 Xanım Şakir qızının himayəsindədirlər. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan qismən təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağın olmasını, ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, həmin tarixdə də barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir,həmin qərarlarda saatlar qeyd olunmadığından məhkəmə həmin günü təqsirləndirilən şəxsə təyin olunacaq cəzada nəzərə alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübut bir ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 50 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd qızıl qolbaq və bir cüt qızıl sırğa saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə 109 manat 50 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-191/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-191/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver