Məhkəmə qərarları › İş №1(012)-192/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-192/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-192/2023 10.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs Nuşirəvan oğlu və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində 15 noyabr 2022-ci il tarixdən Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 16 avqust 2022ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Nüşirəvan oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin kənarında yerləşən vaqon tipli saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 850 manat dəyərində su motorunu, 01 ədəd 70 manat dəyərində laqondanı gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nüşirəvan oğluna ümumilikdə 920 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 avqust 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Nüşirəvan oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin kənarında yerləşən vaqon tipli saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 06 ədəd 5100 manat dəyərində su motorunu, 1190 manat dəyərində 85 kiloqram ağırlığında saf misi, 01 ədəd 350 manat dəyərində su qızdırıcısını, 03 ədəd hər biri 75 manat dəyərində təhlükəsizlik kamerasını, 01 ədəd 55 manat dəyərində dəmirkəsən aparatı, 04 ədəd hər biri 50 manat dəyərində dəmir qazanı, 01 torba 70 manat dəyərində yapışdırıcı məhlulu, 01 ədəd 50 manat dəyərində dreli, 03 ədəd hər biri 150 manat dəyərində soyuducu motorunu gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nüşirəvan oğluna ümumilikdə 7690 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Nüşirəvan oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin kənarında yerləşən vaqon tipli saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 380 manat dəyərində avtomobil ehtiyat hissəsi olan səsboğucunu gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nüşirəvan oğluna ümumilikdə 380 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 avqust 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs Nüşirəvan oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin kənarında yerləşən takta konstruksiyalı otaq tipli saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 10 manat dəyərində dəmir baltanı, 01 ədəd 10 manat dəyərində dəmir çəkici, 200 metr uzunluğunda 150 manat dəyərində elektrik naqillərini, hər biri 220 manat dəyərində 02 ədəd aliminum qapını, 01 ədəd 30 manat dəyərində metal televizor altlığını və 370 manat dəyərində digər metal əşyaları gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nüşirəvan oğluna ümumilikdə 1010 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. Küçələrdən metal və plastik tullantıları yığıb satmaqla məşğul olur. 16 avqust 2022-ci il tarixdə saat təxminən 13 radələrində Saray qəsəbəsində piyada gəzərək metal yığan zaman qarşısına bir ədəd köhnə vaqon çıxmış, həmin vaqonun qapısı açıq olduğu üçün içərisinə girib baxmışdır. Oradan 02 ədəd su motoru və 01 ədəd laqonda tapıb satmaq məqsədilə götürüb oradan uzaqlaşmışdır. Götürdüyü əşyaları Abşeron rayonu, Saray qəsəbəsində yerləşən metal qəbulu sexində işləyən Fərid adlı şəxsə 08 manata satmışdır. Fərid ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşduqda Fəridə həmin əşyaları tapdığını bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə təkrarən oraya gedib daha bir neçə motor, bir neçə qazan, bir neçə kiloqram mis, 03 ədəd təhlükəsizlik kamerası, 01 torba yapışdırıcı məhlul, bir ədəd drel, bir ədəd dəmirkəsən aparat və digər metal əşyalar götürüb oradan uzaqlaşmış və oğurladığı əşyaları da Saray qəsəbəsi ərazisində avtomobillə metal qəbul edən tanımadığı şəxslərə 100 manat müqabilində satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə sata biləcəyi bir şey tapmaq məqsədilə yenidən həmin ünvana gedərək oradakı vaqona daxil olmuş oradan bir ədəd avtomobilə məxsus səsboğucu tapıb yenə də Abşeron rayonu, Saray qəsəbəsində yerləşən metal qəbulu sexində işləyən Fəridin yanına aparmışdır. Fəriddən həmin səsboğucunu bir müddət saxlamasını xahiş etmişdir. Həmin səsboğucunu gələcəkdə avtomobil təmiri sexlərindən birinə satmaq barədə fikirləşmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə yenidən həmin yerə gedib vaqonun ətrafında gəzişdikdə taxta konstruksiyalı yarımtikilinin alimunium qapısı gözünə dəymişdir. O həmin aliminum qapını söküb çıxarmış, bundan başqa oradan üç ədəd paslanmış plata, bir ədəd metal konstruksiyalı balta, bir ədəd metal konstruksiyalı çəkic, bir ədəd metal televizor altlığı və təxminən 10 metr uzunluğunda kəsik-kəsik elektrik naqillərini də götürüb çıxmışdır. Götürdüyü əşyaları yaxınlıqda yerləşən qamışlıq sahəyə gətirdikdən sonra aliminum qapını və metal televizor altlığını həmin qamışlıqda gizlətmiş, üç ədəd paslanmış plata, bir ədəd metal konstruksiyalı balta, bir ədəd metal konstruksiyalı çəkic və təxminən 10 metr uzunluğunda kəsik-kəsik elektrik naqillərini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən metal qəbulu sexinə aparıb orada işləyən Fərid adlı şəxsə vermişdir. Bundan başqa Fəridə qamışlıqda metal qapı və metal televizor altlığını tapdığını lakin ağır olduğu üçün daşıya bilmədiyimni demişdir. Ona görə də onlar birlikdə Fəridin idarə etdiyi avtomobillə həmin qamışlıq sahəyə gedib aliminum qapını və metal televizor altlığını Fəridin idarə etdiyi qazelə yükləyib metal qəbulu sexinə aparmışlar. Fərid adlı şəxs həmin əşyaların müqabilində ona 38 manat pul vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nuşirəvan oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə istirahət məqsədilə ailəsi ilə birlikdə Quba rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə qısamüddətli evə baş çəkməyə qayıtmış, təxminən saat 12:30 radələrində yaşadığı həyətə bitişik yerləşən köhnə tipli vaqonun qapısının açıq olduğunu görmüşdür. İçəriyə daxil olduqda oradan ona məxsus bəzi əşyaların oğurlandığını aşkar etmişdir. Bu barədə polisə müraciət edərək məlumat vermişdir, lakin tələsdiyi üçün oradan konkret hansı əşyaların oğurlandığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə təkrarən yaşadığı evə qayıdanda həmin vaqondan və yanındakı yardımçı tikilidən hər biri işlək vəziyyətdə 850 manat dəyərində olan 07 ədəd su motorunun, 1190 manat dəyərində 85 kiloqram ağırlığında saf misin, 350 manat dəyərində 01 ədəd su qızdırıcısının, 03 ədəd hər biri 75 manat dəyərində təhlükəsizlik kamerasının, 200 metr uzunluğunda 150 manat dəyərində elektrik naqilinin, 01 ədəd 70 manat dəyərində laqondanın, 01 ədəd 55 manat dəyərində dəmirkəsən aparatın, 04 ədəd hər biri 50 manat dəyərində dəmir qazanın, 01 torba 70 manat dəyərində yapışdırıcı məhlulun, 01 ədəd 50 manat dəyərində drelin, 02 ədəd hər biri 220 manat dəyərində aliminum qapının, 01 ədəd 30 manat dəyərində metal televizor altlığının, 03 ədəd hər biri 150 manat dəyərində soyuducu motorunun və 780 manat dəyərində digər metal əşyaların oğurlandığını aşkar etmiş və bu barədə əvvəlcə DİN-in 102 xidməti zəng mərkəzinə daha sonra Abşeron RPİ-nin X5 məlumat vermişdir. Həm təqsirləndirilən şəxs, həm də iş üzrə Şahid şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən metal qəbulu sexində işləyir. Kamran adlı şəxsi də təxminən 20 gün olar ki, tanıyır. Belə ki, Kamran hər dəfə plastik və metal tullantıları yığıb satmaq üçün ona gətirirmişdir. xx.xx.2022-ci il tarixdə Kamran bir ədəd su motoru və bir ədəd işlək vəziyyətdə olmayan loqonda gətirib satmaq istəmişdir. O Kamrandan həmin əşyaların oğurluq olub-olmaması barədə soruşsa da Kamran ona həmin əşyaları tapdığını demişdir. O, su motorunu cərəyana qoşsa da işləmədiyini görmüş, buna görə də həmin laqonda və su motorunu ümumilikdə 8 manata Kamrandan almışdır. Bundan sonra Kamran demək olar ki, hər gün onun yanına tullantılar yığıb gətirmişdir. Əlavə olaraq o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində işə gələrkən Kamranın sexin qarşısında onu gözlədiyini görmüşdür. Kamran ayağında problem olduğu üçün topladığı tullantıları yaxınlıqda yerləşən Araz marketin arxa tərəfində qoyduğunu və gedib gətirmək üçün ondan kömək istəmişdir. O, Kamranla birlikdə idarə etdiyi qazel tipli avtomobilə minib Araz marketin yanına getmişdir. Orada Kamranın topladığı bir torba metal içki qablarını, təxminən bir metr uzunluğunda plastmas borunu və bir ədəd metal yağ qabını maşına qoyaraq sexə qayıtmışdır. O həmin əşyaların müqabilində Kamrana 8 manat vermiş, həmin əşyaların 11 manat dəyərində olduğunu, 3 manatı isə yol haqqına çıxdığını demişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Kamran hansı avtomobilə məxsus olduğunu bilmədiyi ehtiyat hissəsi olan səs boğucunu gətirib dayısına məxsus olduğunu və müvəqqəti olaraq saxlamasını ondan xahiş etmişdir. O da etiraz etməyərək həmin səsboğucunu götürüb saxlamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Kamran üç ədəd paslanmış plata, bir ədəd metal konstruksiyalı balta, bir ədəd metal konstruksiyalı çəkic, bir top 10 metr uzunluğunda kəsik-kəsik elektrik naqillərini gətirib satmaq istədiyini demişdir. O Kamrandan həmin əşyaları haradan aldığını soruşduqda Saray qəsəbəsi ərazisində yerləşən qamışlıqdan tapdığını demişdir. Həmçinin Kamran ona həmin qamışlıqda bir ədəd aliminum qapı və bir ədəd metal televizor altlığı da olduğunu, ağır olduğu üçün gətirə bilmədiyini və gedib gətirməkdə kömək etməyini xahiş etmişdir. O da özünə məxsus avtomobillə Kamranın göstərdiyi yerə gedib həmin bir ədəd aliminum qapı və bir ədəd metal televizor altlığını götürüb gəlmişdir. Həmin əşyaların müqabilində o, Kamrana 38 manat vermişdir. Həmin gün tanımadığı bir nəfər şəxs metal qəbulu sexinə gələrək ondan satılıq qazan olub-olmadığını soruşmuşdur. O həmin şəxsə qazan olmadığını bildirmiş və həmin şəxs Kamranın ona satdığı əşyalardan bəzilərini sexdə görüb özünə məxsus olduğunu bildirmişdir. O da həmin şəxsi tanıdığını, adının Kamran olduğunu və Kamranın hər gün müxtəlif metal və plastik tullantılar yığaraq ona satdığını bildirmişdir. Həmin şəxs onun yanında DİN-nin 102 qaynar xətt nömrəsinə yığaraq evindən oğurlanmış əşyaları tapdığını bildirmişdir. Həmin ərəfədə Kamran sexə yaxınlaşmış və sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsə Kamranı göstərərək əşyaları onun gətirib satdığını bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs Kamranın üzərinə hücum çəkdiyi üçün Kamran qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər sonra işlədiyi sexə polis əməkdaşları yaxınlaşaraq onu X5 dəvət etmişlər. O da baş vermiş hadisə barədə Saray polis bölməsində izahat vermişdir. Onun həmin əmlakların oğurluq olmasından məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2022-ci il tarixli 124 nömrəli rəyindən görünür ki, “ Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq, bir ədəd aliminum qapının, bir ədəd avtomobil səsboğucusunun, bir ədəd dəmir televizor altlığının, bir ədəd dəmir konstruksiyalı baltanın, bir ədəd metal konstruksiyalı çəkicin və 20 metr uzunluğunda elektrik naqilinin hadisənin baş verdiyi 2022-ci ilin avqust ayının sonlarına olan təqribi orta bazar qiyməti 545.0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd dəmir baltanın və 01 ədəd dəmir çəkicin əl üsulu ilə hazırlandığı aşkar edilmişdir. Qərarın sualında qeyd olunan 03 ədəd platanın əmtəə göstəriciləri barədə məlumat olmadığına, həmçinin paslanmış və istifadəyə yararsız vəziyyətdə olduğuna görə, həmin əmlak üzərində qiymətləndirmə aparılmadı.Zərərçəkmiş şəxs Nuşirəvan oğluna məxsus əmlakı ayrı-ayrılıqda orta bazar qiyməti rəyin tədqiqat hissəsində göstərilmişdir.” 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon Prokuroru qarşısında vəsatət qaldırılmış, Abşeron rayon Prokuroru həmin vəsatəti əsaslı hesab edərək Abşeron rayon Məhkəməsinə təqdimat vermiş, lakin Abşeron rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin olunmayaraq Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməmişdir. 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmişdir. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmışdır. 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə qəbul edilmiş qərarla cinayət işi üzrə icraat təzələnərək icraata qəbul olunmuşdur. 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon Prokuroru qarşısında vəsatət qaldırılmış, Abşeron rayon Prokuroru həmin vəsatəti əsaslı hesab edərək Abşeron rayon Məhkəməsinə təqdimat vermiş, Abşeron rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2022-ci il tarixli amnistiya qərarının 2.4cü bəndinə uyğun olaraq Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2022-ci il tarixli amnistiya qərarının 7 və 2.4-cü bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, oğurluq edilmiş əmlakın az bir qismi istintaq orqanı tərəfindən götürülmüş, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün ona təyin edilmiş azadlıgdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs götürülmüş və Abşeron rayon Polis İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd aliminum qapı, bir ədəd avtomobil səsboğucusu, bir ədəd dəmir televizor altlığı, bir ədəd dəmir konstruksiyalı balta, bir ədəd metal konstruksiyalı çəkic və 20 metr uzunluğunda elektrik naqili sahibi Zərərçəkmiş şəxs Nuşirəvan oğluna təhvil verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 420 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs götürülmüş və Abşeron rayon Polis İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd aliminum qapı, bir ədəd avtomobil səsboğucusu, bir ədəd dəmir televizor altlığı, bir ədəd dəmir konstruksiyalı balta, bir ədəd metal konstruksiyalı çəkic və 20 metr uzunluğunda elektrik naqili sahibi Zərərçəkmiş şəxs Nuşirəvan oğluna təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə 420 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, hesabına köçürülsün. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar