Məhkəmə qərarları › İş №1(012)-192/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-192/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-192/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı Zabit oğlunun, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan 1 ədəd şəffaf sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxil edilmiş 0,641 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 07 mart 2024-cü il tarixdə saat 19:20 radələrində Abşeron RPİ- nin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi, Kamal Qasımov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada saat 21:30-dan 21:38-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə 0,641 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsini təsdiq etdiyini,əməlindən peşiman olduğunu, himayəsində üç azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin X6 əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməyi və üzərindən narkotik vasitənin aşkar olunmasına dair ifadə verməklə bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkməklə istifadə edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il, 8 ay, 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Aradabir bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən çəkməklə istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Xocasən qəsəbəsinə getmişdir. Saat təxminən 11 radələrində Xocasən qəsəbəsində olan zaman təsadüfən orada orta yaşlı şəxslə söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs ona özünün də narkotikdən istifadə etdiyini və ona əgər lazım olsa narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, şəxsi istifadəsi üçün həmin şəxsə bir büküm kakos yəni heroin gətirməsini demişdir. Həmin şəxs ona bir büküm heroini 10 manata gətirə biləcəyini bildirmiş və o, razılaşıb gözləmişdir. Təxminən 20-25 dəqiqə sonra həmin şəxs bir ədəd şəffaf sellofan bükümü gətirib ona vermişdir. O, həmin bükümü açıb yoxladıqda kakos olduğunu görüb 10 manat verib həmin bükülünü alıb əynindəki şalvarının sağ yan cibinə qoyub oradan Hökməli qəsəbəsinə yaşadığı evə getmişdir. Aldığı narkotik olan bükümü şalvarının sağ yan cibində saxlamışdır ki, sonra istifadə etsin. Həmin gün saat təxminən 19 radələrində evdən çıxıb yaşadığı küçə ilə piyada gedərkən 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin X6 əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. Bu səbəbdən o, etiraz etməyib polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Qobu polis bölməsinə aparıldığdan sonra o, polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Abşeron rayon vəkil bürosundan növbətçi vəkil Elşad Məmmədov dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu üçün tutulmağı və şubhəli şəxs qismində hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuşdur. Polis əməkdaşları xidməti otaqda vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış video çəkilişlə keçirilmişdir. Ona üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik maddə «kakos» yəni heroini olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin bükümü haradan və nə vaxt aldığı soruşulduğda o, həmin bükülünü xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xocasən qəsəbəsindən tanmadığı şəxsdən 10 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd içərisində narkotik vasitə olan şəffaf sellofan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşının, dövlət hesabına ayrılmış müdafiəçisinin və onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək protokol ucadan oxunmuşdur. Protokolun doğruluğunu imza edərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə Abşeron RPİ-nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbər o, qrup üzvü isə Abşeron RPİ-nin X6 sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra həmin gün yəni, 07 mart 2024-cü il tarixdə qrup üzvü Şahid2lə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, İcra nümayəndiliyinin yaxınlığında olduğları vaxt Təqsirləndirilən şəxs müşahidə edib Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu deyib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə aparmışlar. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra Təqsirləndirilən şəxsla müdafiəçisi mlə konfidensial görüş təmin edilmişdir. Sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub-olmamağı soruşulmuşdur. Təqsirləndirilən şəxs təklifdən sonra əynində olan boz rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofan bükülü açılaraq baxış keçirilmiş və həmin vaxt spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əhəmiyyət kəsb edəcək əşya və predimet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd şəfaf rəngli sellafon bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 07 mart 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Vüsal Hafizov tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə- kimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli, 3- 16-16/2-6/1388 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245" dairəvi möhür əksi olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2024-cü il tarixli, 2068 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Cinayət işi üzrə Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 mart 2024-cü il tarixdə qeydə alınır. Çəkilişin müddəti 7 dəqiqə 27 saniyədir.Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini aşkar edilir.Narkotik vasitə olan bükülü kağız zərfə qoyularaq qablaşdırılıb götürülür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ilə 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 99892 nömrəli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixədək qeyd edilən cəzanın 01 il 10 ay 02 gününü çəkmişdir. Cəzanın çəkilməmiş hissəsi 10 ay 26 gün təşkil edir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, X2 aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,591 qram heroin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən və Hökməli qəsəbə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 858 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 və uşaqları xx.xx.2010-cu il təvəllüdlü Xanım, xx.xx.2012-ci il təvəllüdlü Zülfüqar və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşaqları Hökməli qəsəbəsi K.Qasımov küçəsi 34 saylı evdə yaşayırlar. Məhkəmə Təqsirləndirilən şəxsının himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmamış qalan 10 ay 26 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 05 ay 13 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-223/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,591 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 65 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmamış qalan 10 ay 26 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 05 ay 13 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,591 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar