Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-193/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şamaxı şəhəri, Dzerjinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanında yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri Azbentonit yolu deyilən ərazidə yerləşən zavodda işdə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs telefonunu danışmaq adı ilə alıb telefonda olan “Leo Bank”a aid mobil tətbiqə daxil olaraq sonuncunun kart hesabını öz telefonunda olan mobil tətbiqə yönəltməklə Zərərçəkmiş şəxs 4098********0627 nömrəli kart hesabından saat 15:43:06da özünə məxsus 676867****6720 nömrəli kart hesabına 51 manat, saat 16:29:33-də 676867****6720 nömrəli kart hesabına 91,80 manat, saat 19:17:33-də arvadı Şahid1 adına olan mobil tətbiqdə “Bidenem” adı ilə qeyd olunmuş özü istifadə etdiyi kart hesabına 1020 manat, 19:32:13-də “Bidenem” adlı kart hesabına 83,64 manat, ümumi 1246 manat 44 qəpik məbləğdə pulu köçürməklə gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1246 manat 44 qəpik məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, bir azyaşlı qızı vardır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qonşuluqda yaşayır. Nofəl ilə əvvəllər tanışlığı olmasa da, təxminən 6 ay müddətdir ki, birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit yolunda yerləşən “A+CO” adlı zavodda işləmişlər. Həmin vaxtdan münasibətləri yaranmışdır. 2022-ci ilin aprel ayında işdə olan zaman söhbət əsnasında o, Nofələ ona öz adına kreditə mobil telefon almasını, kreditini isə özü ödəyəcəyini demişdir. Nofəl də onunla razılaşmışdır. Bundan sonra Nofəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından ona 1500 manat müqabilində “İphone 11” markalı mobil telefon almışdır. O, həmin telefonun müqabilində “Kontakt Home” mağazasına 6 ay müddətində hər ay 250 manat olmaqla ümumilikdə 1500 manat ödəməli olmuşdur. O, 2022-ci ilin may və iyun ayında hər ay 250 manat olmaqla ümumilikdə 500 manat pul ödəmişdir. Qalan 1000 manat məbləği isə maddi sıxıntıları olduğu üçün ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Nofəl ilə Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit yolunda yerləşən “A+CO” adlı zavodda işdə olan zaman Nofəlin telefonunda olan kart hesabından pul çıxarmaq qərarına gəlmişdir. Əvvəllər Nofəl onun yanında telefonunda olan mobil tətbiq vasitəsi ilə bir neçə dəfə kart hesabı ilə ödəniş etdiyi üçün mobil tətbiqə daxil olmaq üçün tələb olunan şifrəni bilirmiş. Bundan sonra o, Nofəldən danışmaq üçün mobil telefonunu bir neçə dəqiqəlik ona verməsini xahiş etmişdir. Nofəl də heç bir söz deməyərək telefonunu ona vermişdir. O, Nofəldən bir qədər aralandıqdan sonra telefonla evlə bir qədər danışmışdır. Danışığını bitirdikdən sonra Nofəlin telefonunda olan mobil tətbiqə daxil olmuşdur. Bundan sonra Nofəlin kartını öz telefonunda olan mobil tətbiqə yönləndirmiş və Nofəlin telefonunda olan mobil tətbiqdən çıxış etmişdir. Bir qədər sonra Nofəlin telefonunu özünə qaytarmışdır. Bu barədə Nofələ heç bir söz deməmişdir. Bundan sonra o, öz telefonunda mobil tətbiq vasitəsi ilə Nofəlin kart hesabında olan 1250 manat pulu özünə məxsus və həyat yoldaşı Rəmziyyənin adına olan “Leobank” kart hesablarına göndərmişdir. Həmin gün işdən çıxıb evə gedərkən Xırdalan şəhərində xatırlamadığı bankomatda həmin kartlardan pulları çıxarmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Səhəri gün, yəni xx.xx.2022ci il tarixdə Nofəl yaşadığı evə gəlmişdir. Nofəl onu küçəyə çağırmışdır. O, da küçəyə çıxıb Nofəl ilə görüşmüşdür. Nofəl ona kartında olan 1250 manat pulunu niyə çıxardığını soruşmuşdur. O, da Nofələ həmin pulu maddi sıxıntıları olduğuna görə ehtiyacı olduğu üçün çıxardığını və bir neçə gün ərzində pulunu qaytaracağını demişdir. Nofəl də heç bir söz deməyib çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Nofəlin atası Nadir onlara gəlmişdir. O, atası Malik və Nadir yaşadıqları evin həyətində oturmuşlar. Söhbət əsnasında Nadir atasına onun Nofəlin kartından ondan xəbərsiz 1250 manat pul çıxardığını və həmin pulu qaytarmağını tələb etmişdir. Atası da Nadirə hissə-hissə olmaqla pulu qaytaracağı demişdir. Bir neçə gün sonra onu işlədiyi zavodda işdən çıxarmışlar. Həmin vaxtdan o, işsiz qalmışdır. Bu səbəbdən Nofəlin kartından öz kartına köçürdüyü pulu ödəyə bilməmişdir. Həmin ərəfədə ailə münasibətləri də korlandığı üçün atasının evindən çıxmışdır. Həmin vaxtdan işsiz olduğuna görə Nofəlin pulunu qaytara bilməmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 6 ay müddətdir ki, tanıyır, münasibətləri həmişə normal olmuşdur, aralarında heç bir ədavət, qərəzli münasibət olmamışdır. O, Nofəlin kartından öz kartına göndərdiyi pulun hamısını istintaq dövründə tam qaytarmışdır. Zərərçəkmiş şəxs kart hesabından 1250 manat pulu öz şəxsi kartına köçürən zaman Nofələ bu barədə heç bir məlumat verməmişdir. O, Nofəlin kartından pulu oğurlayan zaman heç kimin bu barədə məlumatı olmamışdır. Valideynlərinin də bir neçə gün sonra Nofəlin atasının onlara gəlib atasına məlumat verdikdən sonra xəbəri olmuşdur. xx.xx.2022-ci il tarixli “Leobank”dan alınmış Zərərçəkmiş şəxs adına olan kart hesabının çıxarışında göstərilmiş Zərərçəkmiş şəxs 4098********0627 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:43:06-da 676867****6720 nömrəli kart hesabına 51 manat, saat 16:29:33-də 676867****6720 nömrəli kart hesabına 91,80 manat, saat 19:17:33-də “Bidenem” adlı kart hesabına 1020 manat, 19:32:13-də “Bidenem” adlı kart hesabına 83,64 manat pul köçürülməsi ilə bağlı qeyd olunanlarla razı olduğunu bildirmişdir. 676867****6720 nömrəli kart hesabı özünə məxsusdur, “Bidenem” adlı kart hesabı isə həyat yoldaşı Rəmziyənin adına olsa da özü istifadə edir. Zərərçəkmiş şəxs 4098********0627 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:43:06-da 676867****6720 nömrəli kart hesabına 51 manat, saat 16:29:33də 676867****6720 nömrəli kart hesabına 91,80 manat, saat 19:17:33-də “Bidenem” adlı kart hesabına 1020 manat, 19:32:13-də “Bidenem” adlı kart hesabına 83,64 manat pulu o, köçürmüşdür. Zərərçəkmiş şəxs kart hesabından 1250 manat pulu öz kartlarına köçürməyini bildirmiş, lakin o, həmin pulu 1246,44 deyil, təxminən 1250 manat kimi bilib elə qeyd etmişdir. O, Zərərçəkmiş şəxs kart hesabından ümumilikdə 1246 manat 44 qəpik pulu öz kartlarına köçürmüşdür. Həmin kartlardan pulu da həmin gün çıxarmışdır. Arvadı Rəmziyənin bu barədə heç bir məlumatı olmamış, kart Rəmziyənin adına olsa da, özü istifadə etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada fəhlə işləyir. Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Sədirxan onunla qonşuluqda yaşayır. Münasibətləri həmişə normal olmuşdur. Sədirxanın xahişi ilə ona 2022-ci ilin aprel ayında öz adına Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından 1500 manat dəyərində kreditə telefon götürüb vermişdir. Həmin telefonun kreditinin 500 manatını Sədirxan ödəmişdir. Qalan məbləği isə ödəməkdən imtina etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Xırdalan şəhərində Azbentonit yolu deyilən yerdə “A+CO” adlı zavodda işdə olan zaman Sədirxan kiminləsə danışmaq adı ilə ondan telefonunu istəmişdir. O, da telefonunu Sədirxana vermişdir. Sədirxan ondan təxminən 3-5 metr məsafə aralıda kiminləsə telefonda bir qədər danışdıqdan sonra telefona baxırmış. O, da Sədirxanla yaxın münasibətdə olduğu üçün heç bir söz deməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Sədirxan telefonu geri qaytarmışdır. Telefonuna baxdıqda telefonda olan “Leo bank”a aid mobil tətbiqdən çıxış olduğunu görmüşdür. O, dərhal Sərxandan telefonunda olan “Leo bank”a aid mobil tətbiqdən niyə çıxış etdiyini soruşduqda Sədirxan ona başqa kart hesabından onun kart hesabına pul gəldiyi üçün proqramdan çıxış etdiyini bildirmişdir. Sədirxan ona bir gün sonra həmin mobil tətbiqi aktiv etməyi demişdir. O, da Sədirxana heç bir söz deməmişdir. Səhəri gün, xx.xx.2022-ci il tarixdə telefonunda “Leo bank”a aid mobil tətbiqi yenidən aktiv etdikdə kart hesabından 1250 manat pul çıxarıldığını görmüşdür. O, dərhal Sədirxana zəng edərək onun kartından pul çıxdığını demişdir. Sədirxan ona həmin pulu başqa kart hesabına köçürdüyünü deyərək qısa vaxt ərzində qaytaracağını bildirmişdir. O, da Sədirxana heç bir söz deməmişdir. Aradan bir neçə gün keçdikdən sonra Sədirxanın onu aldatdığını başa düşüb bu barədə xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Sədirxan adlı şəxsi təxminən 2 il müddətdir ki, tanıyır, münasibətləri həmişə normal olmuşdur, aralarında heç bir ədavət, qərəzli münasibət, borc olmamışdır. Sədirxan ona heç bir məbləğdə pul qaytarmamışdır. DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs 2200 manat, Abşeron rayon polis idarəsinə yazdığı ərizəsində və ifadəsində onun kart hesabından 1250 manat pul çıxarmışdır. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli “Leobank”dan alınmış adına olan kart hesabının çıxarışında isə 4098********0627 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:43:06-da 676867****6720 nömrəli kart hesabına 51 manat, saat 16:29:33-də 676867****6720 nömrəli kart hesabına 91,80 manat, saat 19:17:33-də “Bidenem” adlı kart hesabına 1020 manat, 19:32:13-də “Bidenem” adlı kart hesabına 83,64 manat pul köçürülməsi qeyd olunmuşdur. Bununla bağlı o, əvvəl DİNin 102 xidmətinə zəng edən zaman Sədirxanın ona telefon aldığı üçün qalan borcunu hesablayıb elə bildirdiyini, ərizəsində və ifadəsində isə ümumilikdə Sədirxanın onun kartından 1250 manat pul çıxardığını bildirdiyini, lakin, Təqsirləndirilən şəxs onun kart hesabından çıxarışda göstərilən məbləğdə, yəni 1246 manat 44 qəpik məbləğdə pul çıxartmışdır. Hazırda dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şıkayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xırdalan” şərab zavodunda fəhlə işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. Sədirxan onunla birlikdə yaşayır, evlidir, bir azyaşlı qızı vardır. Oğlu Sədirxan işsiz olsa da, arada iş olanda fəhlə işləyir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Nofəlin atası Nadiri təxminən 30 il müddətdir ki, tanıyır. Qonşu kimi normal münasibətləri olmuşdur. Elə yaxın olmasalar da, bir-birini görəndə görüşürmüşlər. Nadirin oğlu Nofəl onunla birlikdə də işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Nadir onlara gəlmişdir. Nadir görüşdükdən sonra həyətdə oturmuşlar. Nadir Sədirxanın onun oğlu Nofəlin kart hesabından pul oğurladığını bildirmişdir. O, isə Nadirə bu barədə heç bir məlumatı olmadığını demişdir. Bundan sonra Sədirxanı yanına çağırmışdır. Ondan nə baş verdiyini soruşduqda, Sədirxan Nofəlin kartından ondan xəbərsiz 1250 manat pul çıxardığını demişdir. O, Nadirdən Sədirxanın işləyib həmin pulu hissə-hissə ödəyəcəyini xahiş etmişdir. Nadir də onunla razılaşmışdır. Bundan sonra Nadir çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra oğlu Sədirxan işlədiyi yerdə ixtisar aparıldığı üçün işdən çıxarılmışdır. Sonradan Nofəlin bu barədə polisə məlumat verməsi barədə məlumatı olmuşdur. Əlavə olaraq bildirmişdir ki, oğlu Sədirxanın Zərərçəkmiş şəxs kart hesabından ondan xəbərsiz 1250 manat pul çıxarması barədə heç bir məlumatı olmamışdır, xx.xx.2022-ci il tarixdə Nofəlin atası Nadir onlara gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Oğlu Sədirxan ilk dəfədir ki, belə bir cinayət hadisəsi törətmişdir. Sədirxan maddi sıxıntıları olduğu üçün bu hadisəni törətmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Leobank”dan alınmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının çıxarışına baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 4098********0627 nömrəli kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:43:06-da 676867****6720 nömrəli kart hesabına 51 manat, saat 16:29:33-də 676867****6720 nömrəli kart hesabına 91,80 manat, saat 19:17:33-də “Bidenem” adlı kart hesabına 1020 manat, 19:32:13-də “Bidenem” adlı kart hesabına 83,64 manat pul köçürülməsi aparılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Leobank”dan alınmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının 01 vərəqədən ibarət olan çıxarışı cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və evdustaqlığında saxlanıldığı 03 ay 07 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Leobank”dan alınmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının 01 vərəqədən ibarət olan çıxarışı cinayət işinin materiallarına saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və evdustaqlığında saxlanıldığı 03 ay 07 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Leobank”dan alınmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının 01 vərəqədən ibarət olan çıxarışı cinayət işinin materiallarına saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-193/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-193/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver